Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İşikari
İşikari (yap. 石狩市) — Yaponiyanın Hokkaydo adasında və eyni adlı prefekturanın İşikari sabprefekturanın eyni adlı paytaxtı.
İşıqlı
İşıqlı (Füzuli) — Azərbaycanın Füzuli rayonunda kənd. İşıqlı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. İşıqlı (dağ) — Azərbaycanın Laçın rayonunda dağ. Böyük İşıqlı — Azərbaycanın Laçın rayonunda dağ. Kiçik İşıqlı — Azərbaycanın Laçın rayonunda dağ.
Şinci
Şinci — ad.
Abdi İpəkçi
Abdi İpəkçi (9 avqust 1929, Konstantinopol – 1 fevral 1979, İstanbul) — Türkiyə jurnalisti, yazıçı. == Həyatı == Abdi İpəkçi ibtidai təhsil aldıqdan sonra Qalatasaray litseyini bitirmişdir. Bir müddət Hüquq fakültəsinə təhsil almışdır. "Yeni Səhər", "Yeni İstanbul" və "İstanbul Ekspress Qəzeti" kimi müxtəlif qəzetlərdə idman müxbiri, səhifə sekretarı və yazı işləri müdiri kimi çalışmışdır. Əli Naci Cüyürün nəşr etdirdiyi "Milliyyət" qəzetinin yazı işləri müdiri (1954), bir müddət sonra da ümumi nəşr müdiri olmuşdur. 1961-ci ildən qətlə yetirildiyi 1 fevral 1979-cu ilə qədər bu qəzetin redaktoru olmuş, Türkiyə Jurnalistlər Birliyi, Türkiyə Mətbuat İnstitutu Qurumu, İstanbul Jurnalistlər Cəmiyyəti və Beynəlxalq Mətbuat İnstitutunun ikinci katibi, Mətbuat Şərəf Divanının ümumi katibi vəzifələrini də daşımışdır. Yazılarında Atatürkçülüyü, sülhü, düşüncə azadlığını, ölkənin müstəqilliyini və bütünlüyünü müdafiə etmişdir. == Sui-qəsd və ölümü == 1970-ci illərdəki anarxiya və terrorun qarşısının alınması üçün iqtidarla müxalifət liderləri arasında dialoq qurulmasının vacibliyini söyləyən, dövlət rəhbərliyinə hakim kəsilən döyüşçü və romantik ruhunun ağıl və soyuqqanlıq ilə əvəzlənməsini istəyən İpəkçi 1979-cu il 1 fevral gecəsi İstanbul Maçkadakı evinin yaxınlığında avtomobilində ikən Məmməd Əli Şəbəkə tərəfindən qətlə yetirilmişdir. Məmməd Əli Şəbəkə verdiyi ifadədə ona 5–6 dəfə atəş etdiyini söyləmişdir. Lakin hadisə yerindən 9 giliz tapılmışdır.
Böyük İşıqlı
Böyük İşıqlı ya Mets Ishkhanasar (erm. Մեծ Իշխանասար) vulkanı - Azərbaycan Respublikasının qərbində, Laçın rayonunun cənub-qərbində Qarabağ vulkanik yaylasında yerləşən vulkanik dağ. Vulkanın mütləq hündürlüyü dəniz səviyyəsindən 3552 metrdir. Böyük İşıqlı yatmış vulkandır və burada mezozoy erasının effuziv süxurları üstünlük təşkil edir. Yamacında İşıqlı Qaragölü yerləşir. Həmçinin 17 oktyabr 1987-ci il tarixində yaradılmış Qaragöl Dövlət Təbiət Qoruğu da, Böyük İşıqlı dağının yamacında, 2650–2700 m mütləq yüksəklikdə yerləşir.Böyük İşıqlı dağı Ermənistanla sərhəddə yerləşir. Qarabağ yaylasında ən yüksək zirvələrdən biridir. İşıqlı komponenti dağın (başı daim qarla ortulu olduğundan) işıq saçdığını, parıldadığını bildirir. == Mənbə == 8-ci siniflər üçün dərslik. Azərbaycan Respublikasının Fiziki Coğrafiyası.
Hidrogen tsikli
Hələ 1950-ci ildə Beyts və Nikole hidroksil radikalının ozon ilə reaksiyaya girərərək və sonra regenerasiya olunması ilə ozonun parçalanmasının mümkünlüyünü söyləmişdir: HO•+ O3 → HO•2 + O2HO•2 + O• → HO•2 + O2Stratosferdə hidroksil radikalları su, hidrogen və metan molekullarından əmələ gəlir. Su molekulu günəşin ultrabənövşəyi radiasiyasının təsiri ilə fotodissosiasiya olunur, H2 və metan isə O (1D) vəziyyətində olan atomar oksigen reaksiyaya girir: H2 + O(1D) → HO• + H H•+ O2 + M → HO•2 + M CH4 + O(1D) → C•H3 + HO•HO• radikallarının hesablanan qatılığı təxminən 40 km hündürlükdə maksimuma çatır. Hidrogen tsikllindəki ozon ilə hidroksil radikalının reaksiyası radikalların məhv olması nəticəsində pozulur: HO•+ HO•2 → H2O + O2HO•2 + HO•2 → H2O2 + O2Lakin, HO• radikalları məhv olana qədər hündürlükdən asılı olaraq15-dən 110-a qədər ozon molekulunu parçalaya bilirlər. == Mənbə == V.M. Abbasov, R.Ə. Əliyeva, N.Ə.Səlimova, M.M Abbasov. Ekoloji kimya 2003.
Isekai Shokudō
Restaurant to Another World (azərb. Başqa dünyaya restoran‎) və ya Yaponiyada tanınan adı ilə Isekai Shokudō (異世界食堂, azərb. Alternativ dünya restoranı‎) — Katsumi Enaminin rəssamlığı ilə Cunpey İnuzuka tərəfindən yazılan ranobe seriyası. Shufunotomo nəşriyyatı tərəfindən üç cildi buraxılmışdır. Takaaki Kuqatsunun rəssamlığı ilə hazırlanan manqa 2016-cı ilin noyabrında Square Enix nəşriyyatının "Young Gangan" jurnalında nəşr olunur. 3 iyul 2017-ci ildən 18 sentyabr 2017-ci ilə kimi anime serialı adaptasiyası yayımlanmışdır. == Məzmun == "Yōshoku no Nekoya" (azərb. "Qərb mətbəxi pişik restoranı"‎) alış-veriş rayonunun tanınmayan küncündə yerləşən Qərb üslubunda olan adi restorandır. Lakin müəmmalı şəkildə bu restoran bazar günləri açıq olur və çox qəribə müştərilərə çox qəribə yeməklər təklif edir. == Media == === Ranobe === Müəllif Cuppey İnuzuka ranobe seriyasını Shōsetsuka ni Narō veb-roman saytı vasitəsilə 4 yanvar 2013-cü ildən yayımlamaqdadır.
Keşikçi (1990)
== Məzmun == Siyasi satira olan film Qorbaçov dövrünün Ermənistan-Azərbaycan münaqişəsi haqqındadır. == Film haqqında == Cizgi filmi Belarus Animasiya Mərkəzinin sifarişi ilə çəkilmişdir.
Keşikçi məbədi
Keşikçidağ məbədi (həmçinin Qaraca məbədi, David Qareci məbədi) — Azərbaycanın Gürcüstanla sərhəddində, hazırda mübahisəli ərazi sayılan zonada yerləşən qədim Alban məbədi. Dəniz səviyyəsindən 850 metr hündürlükdə olan və böyük coğrafi sahəni əhatə edən məbəd kompleksinin bir hissəsi Gürcüstanın Saqareco rayonu, digər bir hissəsi isə Azərbaycanın Ağstafa rayonu ərazisində yerləşir. Keşikçi məbədinin mənşəyinə dair Azərbaycan və gürcü mənbələri arasında tarixi konsensus mövcud deyildir. Azərbaycan mənbələrinə görə Keşikçi məbədi qədim alban mənşəli olub, Qafqaz Albaniyasının mədəni irsinə aiddir. Əksər gürcü mənbənləri isə məbədin gürcü mənşəli olub tarixən Gürcü Pravoslav Kilsəsinə tabe olduğunu iddia edirlər. Azərbaycan tarixçilərinə görə məbəd gürcülər tərəfindən yalnız IV Qurucu Davidin hakimiyyəti dövründə (1089-1125) ziyarət edilməyə başlanmış, daha sonra Tamaranın hakimiyyəti dönəmində (1184-1207) gürcü kilsəsinin təsiri altına düşmüşdür. O dövrdə Azərbaycanda mövcud olan müsəlman Atabəylər dövləti, həmçinin Şirvanşahlar dövləti xristian məbədlərinə o qədər də maraq göstərmir və onları himayə etmirdilər. Məhz belə bir dövrdə onsuz da sayca azlıqda qalan xristian albanlar dağlara çəkilmişdilər və bu məbəd də o dövrdə tərk edilmişdi. Aparılan tədqiqatlar göstərmişdir ki, məbədin divarlarına çəkilmiş şəkillər və gürcü dilində olan yazılar onun yaşına nisbətən xeyli gəncdir. == Məbədə gürcü iddiasının arqumentləri == Tarixçi-alim Altay Göyüşovun sözlərinə görə, "David Qareci" həqiqətən qədim alban məbədidir və uzun illər alban kilsəsinin nəzarəti altında fəaliyyət göstərib.
Kiçik İşıqlı
Kiçik İşıqlı — Laçın rayonu ərazisində dağ. Dağ Qarabağ yaylasındadır. Ermənistanla sərhədin yaxınlığında, Böyük İşıqlı dağından şimaldadır. Hündürlüyü 3455 m. Böyük İşıqlı dağından (3552 m.) nisbətən alcaq olduğu üçün belə adlandırılmışdır.
Nişiki çayı
Nişiki çayı (錦川, Nishiki-gawa) – Yaponiyanın Yamaquçi prefekturasının ən uzun çayı. Uzunluğu 110 kilometrdir. Nişiki uzunluğu 331,8 kilometr olan çay sisteminin ən böyük çayıdır. Yaponiya hökuməti həmin çay sistemini 2-ci sinif çay sistemi kimi təsnif etmişdir. Çayın hövzəsinin sahəsi 885 km² təşkil edir. Çay öz başlanğıcını Şunan şəhərinin yaxınlığından götürür. İvakuni şəhərindən keçdikdən sonra Daxili Yapon dənizinə tökülür. Çayın üzərində iki su bəndi tikilib: Kodo və Suqano.
Oşikoçi Mitsune
Oşikoçi Mitsune (yaponcaː 凡河内 躬恒, IX əsr – X əsr) - Erkən Heyan dövründə sarayda inzibatçı, məşhur vaka şairi. == Haqqında == Erkən orta əsrlərdə yapon şairlərinin sosial tərkibi müxtəlif idi. Burada imperatorlara, feodallara, kəndlilərə rast gəlmək olurdu. Hətta şairlər içərisində rahiblər belə var idi. Saray inzibatçısı olan Oşikoçi Mitsunenin vaka şairi kimi tanınması da bu baxımdan dövrün qanunauyğunluğuna müvafiqdir. Oşikoçi Mitsune 859-cu ildə anadan olub. Yaponiya üçün xarakterik cəhətlərdən biri təbiəti seyr etmək ənənəsidir (“見” {mi} “baxmaq” heroqlifi ilə qeyd olunur). Məs., hanami (花見) – çiçəkləri seyr etmək, xüsusilə də, sakuranın çiçəklənməsi prosesi; tsukimi (月見) – ayı seyr etmək. Bəlkə də buna görə Yaponiya poeziyasında təbiətin, çiçəklərin təsvirinə daha geniş yer verilir, onlar simvollara çevrilirlər. Bənövşəyi və çəhrayı rəngdə olan haqi çiçəkləri Yaponiyada payızın ənənəvi rəmzi hesab olunur.
Pişikli (Bostanabad)
Pişikli (fars. پشيكلو‎‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 353 nəfər yaşayır (57 ailə).
Toyqar İşıqlı
Toyqar İşıqlı (16 aprel 1974, Gölcük[d], Kocaeli ili) — türk bəstəkarı, musiqi prodüseri və müğənnisi. Film və serial musiqisi üzrə fəaliyyət göstərən sənətkar mindən çox əsər bəstələmişdir. Serial musiqi albomları ilə yanaşı, onun öz sözləri, bəstəsi və şərhi ilə solo albomları da var. Arven Müzik film istehsalı və yayımlanması şirkətinin sahibidir. == Həyatı == 1974-cü ildə Gölcükdə anadan olub. Gölcük Barbaros Hayrettin Liseyini bitirib. Daha sonra İstanbula köçdü və Mərmərə Universitetində vokal ixtisası üzrə bakalavr təhsili aldı. O, magistr dərəcəsini İstanbul Texniki Universiteti MİAM-da (Musiqidə İrəli Araşdırmalar Mərkəzi) almışdır. Hal-hazırda, İstanbul Texniki Universitetində musiqişünaslıq və musiqi nəzəriyyəsi üzrə aspirantura təhsili alır. Toygar Işıklı Berklee Musiqi Kollecində də film musiqisi oxuyub.
İkinci dil
İkinci dil — şəxsin öz ana dilindən başqa öyrənib danışa bildiyi əlavə dildir. Ümimiyyətlə isə ikinci dil daha çox öyrənilən dilin əslində həmin ölkədə danışılmayan dildir.
İkinci imperiya
İkinci imperiya (fr. Second Empire; rəsmi olaraq — Fransa imperiyası, Empire des Français) — Fransa tarixinin 1852-ci ildən 1870-ci ilə qədər əhatə edən bonapartist diktatura dövrü. 2 dekabr 1852-ci ildə plebissit nəticəsində I Napoleonun qardaşı oğlu, III Napoleon adı ilə imperator titulu almış Lui Napoleon Bonapartın başçılığı ilə konstitusiyalı monarxiya quruldu. Daha əvvəl Lui Napoleon İkinci respublikanın prezidenti (1848—1852) olmuşdur. İkinci imperiya dövrü baş verən hadisələrin xarakterinə və səciyyəvi xüsusiyyətlərinə görə iki yerə bölünür: Avtoritar imperiya dövrü - 1852-1860-cı illər; Liberal imperiya dövrü-1860-1870-ci illər.İkinci imperiya sentyabr inqilabı ilə devrilmişdir. III Napoleon, Fransa–Prussiya müharibəsi zamanı Sedan yaxınlığında alman əsirliyinə düşdükdən sonra (2 sentyabr 1870) fəhlələr Paris küçələrinə gələrək, III Napoleonun devrilməsini tələb etdilər. 3-4 sentyabr tarixlərində qanunverici korpusun gecə iclasında Jül Favr imperatorun dağıdılmasını elan edib müvəqqəti hökumət seçməyi təklif etdi. Sentyabrın 4-də səhər xalq palataya hücum etdi və Qambetta xalqın adından "Lui Napoleon Bonapart və onun xanədanının Fransada hökmranlığını dayandırıldığını" elan etdi. Həmin bələdiyyə başçısı tərəfindən Fransa respublika elan edildi və lazımi seçki olmadan Parisin bütün deputatlarının (Araqo, Kremyö, Ferri, Favr, Qambetta, Garnye-Pajes, Pelltan, Pikar, Simon, sonrakı Reşfor) daxil olduğu müvəqqəti bir "xalqın müdafiəsi hökuməti" təyin edildi. == Tarixi == === Avtoritar imperiya dövrü === Avtoritar dövrdə III Napoleonun sərt idarəetmə üsulu bərqərar olmuş, demokratik hüquq və azadlıqlar xeyli dərəcədə məhdudlaşdırılmış və Napoleon xüsusi bir idarəetmə sistemi yaratmışdır ki, buna da tarixdə "Bonapartist idarə üsulu" deyilir.
İkinci minillik
2-ci minillik — bizim eranın 1 yanvar 1001-ci ilindən 31 dekabr 2000 inədək olan zaman.
İkinci məbəd
Herod məbədi (ivr. ‏מקדש הורדוס‏‎) və ya İkinci məbəd (ivr. ‏בֵּית־הַמִּקְדָּשׁ הַשֵּׁנִי‏‎: Beyt HaMikdaş HaŞeni) — Yerusəlim şəhərindəki Məbəd dağında olmuş yəhudi müqəddəs məbədinə verilən ad. Məbəd dağında eyni yerdə iki yəhudi məbədi olmuş və onlar təxminən e.ə. 516-cı ildən b.e. 70-ci ilinə kimi fasiləsiz və ardıcıl olaraq ibadətçilərə xidmət etmişlər. Yəhudi tarixinin İkinci məbəd dövrünün adı bu məbədlə əlaqəlidir. Yəhudi Bibliyasına görə İkinci məbəd e.ə. 586-cı ildə Yeni Babil imperiyasının Yerusəlimi işğal edib, İudey krallığının əhalisinin bir hissəsini əsir alması zamanı dağıdılmış Solomon məbədinin (Birinci məbəd) yerində inşa edilmişdir. Bibliyaya görə, İkinci məbəd əvvəlcə Əhəmənilərin hakimiyyəti dövründə Babildən Lenavta qayıtmış bir qrup yəhudi tərəfindən Zarovavelin rəhbərliyi ilə inşa edilmiş kiçik tikili olmuşdur.
İkinci rejissor
İkinci rejissor, Rejissor köməkçisi və ya Köməkçi rejissor — rejissora köməklik göstərən, yazı blanklarını hazırlayan, yazışmalara nəzarət edən, çəkilişlər üçün lazım olan icazələri alan, proqram layihəsini və kamera kartlarını hazırlayan insandır. Çəkiliş məşqləri zamanı çəkilişin mərhələlərini və digər əmrləri hazırlayır. Redaktə mərhələsində rejissora köməklik göstərir. Proqramın vaxtını əvvəlcədən müəyyənləşdirir. Rejissor tərəfindən verilmiş olan digər vəzifələri və tapşırıqları yerinə yetirir.
İkinci simfoniya
İkinci simfoniya (Qara Qarayev)
İkinci Çaylı
İkinci Çaylı — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Şamaxı rayonunda Birinci və İkinci Çaylı adında iki Çaylı kəndi var. Bu kəndlər 1846-cı ildə ağakişibəyli (Çaylıda dəymədağıldı da deyilən bəy nəslinin bəyinin adı ilə adlandırılmışdır) (Birinci Çaylı) və baxşıbəyli (İkinci Çaylı) adlı elatlara mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışlar. Çaylı adlı bütün yaşayış məntəqələri çay kənarında yerləşdikləri üçün belə adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Kənd Pirqulu istiqamətində yerləşir. == Əhalisi == Kənd əhalisi 501 nəfərdir ki, onun da 253 nəfəri kişi, 248 nəfəri isə qadınlar təşkil edir.
İkinci Çağan
İkinci Çağan – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == İkinci Çağan Şamaxı rayonunun Dədəgünəş inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi keçmiş Çağan Məmmədsəlimli (indiki Birinci Çağan) kəndindən çıxmış ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır. == Əhalisi == Kənd əhalisi 194 nəfərdir ki, onunda 96 nəfəri kişi, 97 nəfəri isə qadınlar təşkil edir.
İkinci İmamverdili
Qaralılar (əvvəlki adı: İkinci İmamverdili) — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Beyləqan rayonunun Bünyadlı kənd Sovetinin İkinci İmamverdili kəndi Qaralılar kəndi adlandırılmış və Bünyadlı kənd Sovetinin tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qaralılar kənd Soveti yaradılmışdır. == Toponimikası == XX əsrin 90-cı illərinədək rayonun ərazisində Birinci və İkinci İmamverdili adı ilə iki kənd olmuşdur. 1991-ci ildən İkinci İmamverdili kəndi Qaralılar adı ilə rəsmiləşdirildikdən sonra Birinci İmamverdili kəndi də İmamverdili adlandırılmışdır. Yaşayış məntəqələri imamverdili nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. == Coğrafiyası və iqlimi == Kənd Mil düzündə yerləşir.
İkinci İpək
İkinci İpək — Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
İkinci Şahsevən
İkinci Şahsevən — Azərbaycan Respublikasının Beyləqan rayonunun İkinci Şahsevən kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == İkinci Şahsevən kəndi Beyləqan rayonunun eyniadlı i.ə.v.-də kənd. Düzənlikdədir. Yaşayış məntəqəsi Qarabağda məskunlaşmış şahsevən tayfa birliyinə mənsub ailələrin saldıqları kəndlərdəndir. Oykonimin birinci komponenti bu kəndi Ağcabədi rayonundakı eyniadlı (Birinci Şahsevən) kənddən fərqləndirməyə xidmət edir.