1. Güclü işıq verən, işıq saçan, işığı yaxşı olan, parlayan. İşıqlı lampa.
– Havanın üzü ləkəsiz olduğu üçün işıqlı ulduzlar ötədə-bəridə fərq edilirdi.
Ay işıqlı, göy ulduzlu, yol aydın; Könlüm evi çıraqbandır bu gecə.
2. Yaxşı işıqlandırılmış, işıqla dolu, çox işıq düşən. İşıqlı otaq. İşıqlı salon.
– Sarayın geniş, işıqlı, yaraşıqlı foyesində neft qabaqcıllarının … şəkilləri vurulmuş böyük şərəf lövhəsi var idi.
Mehriban … uzun, işıqlı dəhliz ilə gedib sola döndü…
3. Şəffaf, parlayan, təmiz, ləkəsiz. İşıqlı şüşə. İşıqlı səma.
– Xoşladığım bir gecə; yerlər, göylər işıqlı; Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı.
Elə bil çayın suyu aya qədər ucalmaq, aydın səmanın işıqlı sifətini öz bulaşığına boyamaq istəyirdi.
4. məc. Fərəhli, məsud, xoşbəxt. İşıqlı gələcək. İşıqlı günlər.
– Bir işıqlı dünya var – haqq-ədalət dünyası!
// məc. Yaxşı, gözəl, nəcib. Həyatın işıqlı və qaranlıq cəhətləri.
5. məc. Açıq, aydın, parlaq (fikir, ağıl haqqında).
[Zeyd:] Qeys işıqlı bir zəkadır, cəhalət ona məcnun damğası vurur.
◊ İşıqlı dünya – yaşadığımız dünya, aləm. Nağıllarda Simurq quşu qəhrəmanı qaranlıq dünyadan işıqlı dünyaya çıxarır. – Dərviş ucaboylu, arğaz, uzunsaçlı və saqqallı idi.
Gözlərindən və üzündən bunun yuxu və məşəqqət və işıqlı dünyada cəhənnəm oduna düçar olduğu görünürdü.