ipəkçi

is. magnanier m, sériciculteur m

ipək
ipəkçilik
OBASTAN VİKİ
Abdi İpəkçi
Abdi İpəkçi (9 avqust 1929, Konstantinopol – 1 fevral 1979, İstanbul) — Türkiyə jurnalisti, yazıçı. == Həyatı == Abdi İpəkçi ibtidai təhsil aldıqdan sonra Qalatasaray litseyini bitirmişdir. Bir müddət Hüquq fakültəsinə təhsil almışdır. "Yeni Səhər", "Yeni İstanbul" və "İstanbul Ekspress Qəzeti" kimi müxtəlif qəzetlərdə idman müxbiri, səhifə sekretarı və yazı işləri müdiri kimi çalışmışdır. Əli Naci Cüyürün nəşr etdirdiyi "Milliyyət" qəzetinin yazı işləri müdiri (1954), bir müddət sonra da ümumi nəşr müdiri olmuşdur. 1961-ci ildən qətlə yetirildiyi 1 fevral 1979-cu ilə qədər bu qəzetin redaktoru olmuş, Türkiyə Jurnalistlər Birliyi, Türkiyə Mətbuat İnstitutu Qurumu, İstanbul Jurnalistlər Cəmiyyəti və Beynəlxalq Mətbuat İnstitutunun ikinci katibi, Mətbuat Şərəf Divanının ümumi katibi vəzifələrini də daşımışdır. Yazılarında Atatürkçülüyü, sülhü, düşüncə azadlığını, ölkənin müstəqilliyini və bütünlüyünü müdafiə etmişdir. == Sui-qəsd və ölümü == 1970-ci illərdəki anarxiya və terrorun qarşısının alınması üçün iqtidarla müxalifət liderləri arasında dialoq qurulmasının vacibliyini söyləyən, dövlət rəhbərliyinə hakim kəsilən döyüşçü və romantik ruhunun ağıl və soyuqqanlıq ilə əvəzlənməsini istəyən İpəkçi 1979-cu il 1 fevral gecəsi İstanbul Maçkadakı evinin yaxınlığında avtomobilində ikən Məmməd Əli Şəbəkə tərəfindən qətlə yetirilmişdir. Məmməd Əli Şəbəkə verdiyi ifadədə ona 5–6 dəfə atəş etdiyini söyləmişdir. Lakin hadisə yerindən 9 giliz tapılmışdır.
İpəkçi (qəzet)
"İpəkçi" — Şəkidə nəşr edilmiş çoxtirajlı qəzet, sonuncu fəhlə qəzeti[mənbə göstərin]. "İpəkçi" qəzeti 13 mart 1933-cü il tarixdən nəşr edilir. O vaxt qəzet "Nuxa ipək kombinatı firqə kollektivinin və yerli komitəsinin orqanı" idi və ilk redaktoru Rəsul Rəsullu olmuşdu. Daha sonra isə — 1935-ci ildən, qəzet Əli İsgəndərovun və digər şəxslərin redaktorluğu ilə çap edilmişdi. İkinci dünya müharibəsi illərində — 1943-cü ildə, qəzetin nəşri dayandırılsa da, müharibədən sonra — 1958-ci ildə yenidən bərpa edilir. 1958–1965-ci illərdə qəzetin redaktoru Məmmədiyyə Cabbarov (Süleymanlı), 1965–2009-cu illərdə isə Salis Məmmədov olmuşdur. 2009-cu ildən etibarən isə redaktor Aydın Məmmədovdur. "İpəkçi" qəzeti 1983-cü ildə, 50 ilik yubileyi münasibətilə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. Qəzetin 60 illik yubileyi münasibətilə isə Azərbaycan Respublikasının o vaxtkı prezidenti Heydər Əliyev qəzetin redaksiyasına təbrik məktubu ünvanlamışdır. "İpəkçi" qəzetinin 12 dekabr 1990-cı il tarixli, 33–34 (1967–1968) saylı nəşrində, V. İ. Lenin tərəfindən deyilmiş və Sovet mətbuatının atributu olan "Bütün ölkələrin proletarları birləşin!" şüarı qəzetin başlığı üzərindən götürülmüş, daha əvvəl "Azərbaycan Kommunist partiyası V. İ. Lenin adına Şəki İstehsal İpək Birliyi Komitəsinin, Birlik Həmkarlar İttifaqı, Komsomol Komitələrinin və baş direktorluğun orqanı" olan bu qəzet, bu dəfə "Şəki ipəkçilərinin açıq tribunası" elan edilmişdir.
Gümçü-ipəkçi nəğmələri
Kümçü nəğmələri — Azərbaycanda ipəkçiliyin inkişafı nəticəsində yaranmış spesifik sənət nəğmələri. İpəyin gözəlliyi, zərifliyi, göz oxşaması, sevinc gətirməsi, barama qurdlarının tərifi, baramaçı qızların hiss-həyəcanları bu nəğmələrin mövzusunu təşkil edir. Bu nəğmələrə bəzən gümçü-ipəkçi, yaxud kümzaru nəğmələri də deyilir. Barama qurdunu əzizləyən nümunədən bir parça: == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Abdi İpəkçi sui-qəsdi
1970-ci illərdəki anarxiya və terrorun qarşısının alınması üçün iqtidarla müxalifət liderləri arasında dialoq qurulmasının vacibliyini söyləyən, dövlət rəhbərliyinə hakim kəsilən döyüşçü və romantik ruhunun ağıl və soyuqqanlıq ilə əvəzlənməsini istəyən İpəkçi 1979-cu il 1 fevral gecəsi İstanbul Maçkadakı evinin yaxınlığında avtomobilində ikən Məmməd Əli Şəbəkə tərəfindən qətlə yetirilmişdir. Məmməd Əli Şəbəkə verdiyi ifadədə ona 5-6 dəfə atəş etdiyini söyləmişdir. Lakin hadisə yerindən 9 giliz tapılmışdır. Bu isə qətldə başqa birinin də iştirak etdiyini göstərmişdir. Həmin şəxs Oral Polad olmuşdur. Oral Polad və Məmməd Şənər sui-qəsdi birlikdə planlaşdırmış, Məmməd Əli Şəbəkə isə onu icra edəcək şəxs kimi onlara sonradan qoşulmuşdur. Məmməd Əli Şəbəkə sui-qəsdə görə edama məhkum edilsə də 1979-cu ildə ölkənin ən ciddi qorunan hərbi həbsxanalarından biri Maltepe Hərbi Həbsxanasından qaçırılmışdır. Abdullah Çatlı Bədrəddin Comərd sui-qəsdində əli olduğuna görə axtarışa verilmiş və 1978-ci ilin avqustunda Sakaryada saxlanılmışdır. Buna baxmayaraq o 48 saat sonra sərbəst buraxılmışdır. Uğur Şamçının İpəkçi cinayətinin əsas fiquru adlandırdığı Çatlı 1982-ci ilin fevralında bu dəfə "MHP" cinayəti ilə axtarışa verilmiş, Sürixdə Məmməd Şənər ilə birlikdə saxta pasportla tutulmuş, ancaq yenə də 48 saat sonra azadlığa buraxılmışdır.
Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutu
Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutu — Azərbaycanın ipəkçilik sənayesini ölkədə istehsal olunan xammalla tam təchiz etmək və ipək ixracını artırmaq məqsədilə qurulmuş elmi-tədqiqat müəssisəsi == Tarixi == Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutu 7 yanvar 1958-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə yaradılmışdır. == Məqsədi == Müasir seleksiya metodlarından istifadə edərək, yüksək məhsuldar ipəkqurdu cinsləri və tut sortları yaratmaq, yeni mütərəqqi yemləmə texnologiyaları və əkin sxemi tətbiq etməklə ipəkçiliyin intensiv inkişafına nail olmaq institutun qarşısında duran əsas məqsəddir. == Nailiyyətləri == İnstitutun əməkdaşları tərəfindən 50-dən çox yüksək ipəkliliyə malik ağ baramalı tut ipəkqurdu cinsi və 30-dan çox tut sortları yaranmışdır. Müxtəlif illərdə ipəkqurdu cinslərindən 16-sı və tut sortlarının 20 hibridi Azərbaycanda rayonlaşdırılmışdır ki, bu da ipəkçiliyin inkişafına mühüm əhəmiyyətə malik olmuşdur. == Mənbə == İsmət Abasov, "Ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının prioritet istiqamətləri", Bakı, "Elm və təhsil" 2011.
Azərbaycanda ipəkçilik
Azərbaycan qədim zamanlardan bəri Şərqin ən böyük ipəkçilik ölkəsi kimi tanınırdı və Şirvan əlayəti Azərbaycanda ən iri ipəkçilik rayonu idi. Bundan başqa Azərbaycanın Şamaxı, Basqal, Gəncə, Şəki, Şuşa bölgələrində da ipəkçilik istehsalı çox inkişaf etmişdir. Bu rayonlarda ipəkdən çox qəşəng, bəzəkli, naxışlı, zərif qadın baş örpəkləri istehsal olunurdu. Azərbaycanda ipəkçilik həm qədim vaxtlarda, həm də müasir dövrdə əhalinin əsas fəaliyyət növlərindən biri olmuşdur. Fərziyyələrə görə, ipəkçiliklə bağlı işlərlə burada təxminən 2000 ildən artıqdır ki, məşğul olurlar. Artıq V–VI əsrlərdə Azərbaycanın iqtisadiyyatında ipəkçilik mühüm yer tutmuşdur. Antik dövr Alban tarixçisi M. Kalankaytuklu özünün "Alban tarixi" kitabında Kür çayı sahillərində çoxlu tut ağacının bitdiyini, ondan, əsasən, ipək parça istehsalında xammal kimi istifadə olunduğunu göstərmişdir. Azərbaycanın təbii şəraiti bu ölkəni bir çox əsrlər boyu dünyanın ipəkçilik mərkəzlərindən birinə çevirmişdir. Şamaxıda, Şəkidə və Azərbaycanın digər guşələrində istehsal olunan ipək parçalar zəngin təbiətli diyarın bütün rənglərinin coşqunluğunu özündə əks etdirmişdir. == Qarabağda == Qarabağın ipəkçilik müəssisələri əsasən Şuşa və Cəbrayıl qəzalarında yerləşirdi.
Azərbaycanda ipəkçilik sənayesi (film, 1923)
Azərbaycanda ipəkçilik sənayesi qısametrajlı sənədli filmi 1923-cü ildə AFKİdə istehsal edilmişdir. Elmi-kütləvi təbliğat filmi ipək istehsalı prosesinin əsas mərhələləri haqqındadır. == Məzmun == Elmi-kütləvi təbliğat filmi ipək istehsalı prosesinin əsas mərhələləri haqqındadır. == Filmin üzərində işləyən == Operator: V. Lemke == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 29.
Azərbaycanda İpəkçilik Sənayesi (1923)
Azərbaycanda ipəkçilik sənayesi qısametrajlı sənədli filmi 1923-cü ildə AFKİdə istehsal edilmişdir. Elmi-kütləvi təbliğat filmi ipək istehsalı prosesinin əsas mərhələləri haqqındadır. == Məzmun == Elmi-kütləvi təbliğat filmi ipək istehsalı prosesinin əsas mərhələləri haqqındadır. == Filmin üzərində işləyən == Operator: V. Lemke == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 29.
İpəkçilik (1928)
Tammetrajlı elmi-istehsalat filmi Nuxa (indiki Şəki) rayonunda ən yaxşı baramaaçan fabrikdə çəkilmişdir. Burada ipək sapı istehsalının mürəkkəb texnoloji prosesi lentə alınmışdır. Film saxlanılmayıb. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 30.
İpəkçilik (film)
İpəkçilik (film, 1928)
İpəkçilik (film, 1928)
Tammetrajlı elmi-istehsalat filmi Nuxa (indiki Şəki) rayonunda ən yaxşı baramaaçan fabrikdə çəkilmişdir. Burada ipək sapı istehsalının mürəkkəb texnoloji prosesi lentə alınmışdır. Film saxlanılmayıb. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 30.
İpəkçilik (film, 1954)
Elmi-kütləvi filmdir. Kinolent Azərbaycan SSR-də baramaçılıq təsərrüfatının elmi qaydada inkişaf etdirilməsi haqqında danışır.

Значение слова в других словарях