Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çəlpək
Çəlpək (türkm. Çelpek; qaz. шелпек; qırğ. май токоч, челпек; özb. чалпак; uyğ. чалпак) — Orta Asiya türklərinin ənənəvi çörəklərindən biri. == Lazım olan ərzaqlar == un süd şəkər kərə yağı qaymaq soda duz bitki yağı == Hazırlanma qaydası == Xəmir top şəklində düzülür və qızıl rəngə çatana kimi isti bitki yağı ilə qızardılır. Çəlpək maya ilə də hazırlana bilər, beləliklə xəmir daha uzun müddət yumşaq qalır. Verilən vəziyyətdə xəmir hazırlamaq üçün resept bursak (bağırsaq) üçün işlədilən reseptə bənzəyir . == İstinadlar == Çəlpək Çəlpək / Tatar mətbəxi .
Şəlvə
Şəlvə (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Şəlvə (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd.
Ramazan Şəlləh
Ramazan Abdullah Məhəmməd Şəlləh (Ərəbcə: رمضان عبد الله محمد شلح; 1 yanvar 1958 – 6 iyun 2020[…], Beyrut) — Fələstin İslami Cihad Təşkilatının banisi, 1995-ci ildə öldürülən Fəthi Şəqaqinin baş katibi idi. 24 fevral 2006-cı ildə Şəlləh və digər FİCT üzvü Əbdüləziz Avda, FTB-nin Most Wanted Terrorists (“Ən Çox Axtarılan Terroristlər”) siyahısına daxil edilmişdirlər.
Şələ
Şələ (Yardımlı) — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Şələ (nəqliyyat) — ən qədim yükdaşıma qaydalarından biri.
Şəlvə (Laçın)
Şəlvə — Azərbaycan Respublikasının Laçın rayonu Şəlvə kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Şəlvə kəndi Şəlvəçay sahilində, dağətəyi ərazidədir. Kəndin adı Şəlvə çayinin adından götürülmüşdür. Qədim türk dilində Şəlvə sözü şölə sözündən törəmiş аlov, parıltı, işıltı, şəfəq kimi mənaları ifadə edir. Deməli, toponimin tam düzgün mənası od, аlov, parıltı, işıltı, şəfəq mənalarını verir. Digər türk dillərində bu söz bir çox hallarda “dəri”, “örtük”, bəzən də “ləpə” mənasında işlənir. == Tarixi == Şəlvə kəndinin ərazisi 1747-ci ildən Qaraçorlu mahalının, 1840-cı ildən Şuşa qəzasının Zəngəzur sahəsinin, 1867-ci ildə Zəngəzur qəzasının tərkibində mövcud olmuşdur. 28 may 1918-ci ildən 28 aprel 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzasına daxil olmuşdur. Cümhuriyyətin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra Azərbaycan SSR-nin Zəngəzur qəzasının, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsində təsis edilmiş Kürdüstan mahalının (sonradan qəza) tərkibində olmuşdur. 8 aprel 1929-cu ildə Kürdüstan qəzası ləğv edildir və yeni yaradılmış Laçın rayonunun tərkibinə daxil edilmişdir.Şəlvə kəndi 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmiş, və işğalçılar tərəfindən yaşayış, sosial və təsərrüfat təyinatlı tikililərin əksəriyyəti yandırılmış və dağıdılmışdır.
Şəlvə (Xocalı)
Şəlvə (əvvəlki adı: Rev) — Azərbaycan Respublikasının Xocalı rayonunun Təzəbinə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Rev kəndi Şəlvə kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Şəlvə kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == Şəlvə kəndi Qarabağ xanı İbrahim xana məxsus mülklərdən biri olmuşdur. Laçın rayonunda Şəlvə kənd adı ilə eynidir. XVIII əsrin ortalarına aid mənbədə Yuxari Qarabagın Xaçın nahiyəsində Şəlvə kəndinin adı qeyd olunur.Kənd dağətəyi ərazidədir. Bu kənddə məskunlaşmış ermənilər zamanında kəndin adı Rev adlanmışdır. Rev türk dillərində “astana”, “sığınacaq” mənasında izah edilir. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən, Şəlvə kəndinin əhalisinin sayı 113 nəfər təşkil edirdi.
Şəlvə dərəsi
Şəlvə sövməəsi
Şəlvə sovməəsi — Laçın rayonunun Şəlvə kəndinin ərazisində, Şəlvə kəndinin mərkəzində yerləşən və XV əsrdə tikildiyi güman edilən məbəd. Məbəd sovməə tipli alban məbədləri sırasına daxildir. Sovməə binası yerli bazalt daşlardan və əhəng-gəc qatışığından inşa edilib. Məbəd hal-hazırda Azərbaycanın 27 sentyabrdan etibarən keçirdiyi uğurlu əməliyyat nəticəsində 10 noyabr 2020-ci il tarixində imzalanmış müqaviləyə əsasən 1 dekabr 2020-ci iltarixindən etibarən Azərbaycan Respublikasının nəzarətinə keçmiş qədim Alban məbədidir == Haqqında == Şəlvə sövməəsi Laçın rayonunun Şəlvə kəndində XV əsrə aid edilən sövməə tipli alban məbədləri sırasına daxildir. Sövməə binası yerli bazalt daşlardan və əhəng-gəc qatışığından inşa edilib. Tikintinin inşa strukturu ətraf ərazilərdə olan mərkəz tipli bazilikası olan digər sovməələrlə səsləşir, memarlıq quruluşuna görə onlara daha çox bənzərliyi diqqəti cəlb edir. Onlar arasında əhəmiyyətli fərq yalnız qurbangahın qapısının hər iki tərəfində keşiş cübbələrinin və kilsə avadanlığının saxlandığı yerlərin mövcud olmasıdır. Sövməədə işıqlandırma məsələsi pəncərələrlə həyata keçirilir. Dörd pəncərənin üçü sövməənin şərq divarında, biri isə qərb divarındadır. Sövməəyə giriş tikilinin qərb tərəfindəndir.
Şeşpər-şeşpər
Şeşpər-şeşpər - Azərbaycanda əsasən yazqabağı, bayramqabağı günlərdə əsasən uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim oyunlardan biri. == Ümumi məlumat == Şeşpər-şeşpər yazın əvvəllərində və payızda keçirilən uşaq oyunlarındandır. Bu oyun bəzi yerlərdə, əsasən də Bakı kəndlərində "Şeşpər-şeşpər", bəzi yerlərdə "Şumaqədər", bəzi yerlərdə "Şappu", bəzi yerlərdə isə "Hadar-hadar" adlanır. Oyun uşaqları çevikliyə alışdırır və onlarda güc yaradır. Bu oyun bəlkə də hərbi məşq məqsədilə yaranmış, sonra uşaq oynuna çevrilmişdir. == Oyunun qaydaları == Oyunda bir neçə nəfər iştirak edir. Hər oyunçu özü ilə 50-60 sm uzunluğunda ucları yonulmuş çoxlu ağac gətirir. Bu ağaclara şeşpər deyilir. Böyük dairə çəkilir. Oyuna ilk başlayan oyunçu püşk yolu ilə müəyyənləşdirilir.
Selket
Selkit - Qədim Misir mifologiyasına görə əqrəb ilahə, tanrı Horun arvadı.
Sellər
Sel — dağ çaylarının yatağında intensiv yağışın, buz və mövsimi qar ərimələrinin nəticəsində gözlənilmədən yaranan palçıqlı və daşlı-palçıqlı axındır. Sel hadisələrinin yaranmasına əsas səbəb ərazinin fiziki-coğrafi şəraiti, o cümlədən, oroqrafik-geomorfoloji quruluşu - iqlim, torpaq, bitki örtüyü və hidrometeororloji proseslər təşkil edir.Dağ çaylarının qısa müddətli (bəzən bir neçə saat ərzində) dağıdıcı qüvvəyə malik palçıqlı-daşlı daşqını (axını). İntensiv leysan yağışları, buzlaqların və mövsümi qar örtüyünün sürətlə əriməsi qırıntı materiallarını yamaclardan çayın yatağına (məcrasına) doldurur. Böyük kütləsi və sürəti olan çox böyük dağıdıcı qüvvəyə malikdir. Azərbaycan Respublikası ən fəal axınları sahəsidir. S.-lər çayların yatağını və sahillərini yuyur, qarşısındakı maneələri, yaşayış məntəqələrini, körpüləri və s. dağıdır. İnsan tələfatına səbəb olur. Belə fəlakətli S. hadisələri Azərbaycanın Şin (1510), Kiş (1901, 1982), Kürmük (1921) və s. çaylarında baş vermişdir.
Serpez
Serpez (fr. Serpaize) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vyen-1 kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38484. Kommunanın 2012-ci il üçün əhalisi 1564 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 190 ilə 324 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 23 km cənubda, Qrenobldan 80 km şimal-qərbdə yerləşir.
Şeşpər
Əmud, Gürz, Toppuz və ya şeşpər, düşməni yaralamaq və qalxanı (zirehi) sındırmaq (dağıtmaq) üçün yaxın məsafədən istifadə edilən hərbi silah. == Hazırlanması == Əmud odlu silah yaranmamışdan əvvəl istifadə edilən baş hissəsi sümük, daş, dəmir, tunc, bürünc və sairədən, sapı isə ağacdan və yaxud da tamamilə metaldan, düzəlmiş bir silahdır. == İstifadəsi == Piyadaların istifadə etdikləri əmud çox sadə olmuşdur. Lakin sonradan süvarilərin istifadə etdikləri gürzlərin sapı daha uzun və at üstündən istifadə emək üçün təkmilləşdirilmişdir. Əmud hər növ qalxana və zirehə qarşı işlədilən ən yaxşı silah növü olmuşdur. == Digər dillərdə == Əmud (Gürz) türk dilində "bozdoğan" deməkdir. "Bozdoğan" bir ytırtıcı quş cinsidir. Əmud (Gürz), bozdoğan quşunun başındakı pipiyə bənzədiyi üçün bu adla adlandırılmışdır. Əmudun (Gürzün) baş (yumuru) hissəsi çıxıntılı və ya düz olardı. Ərəb dilində əmud "sütun" mənasında işlədilir.
Şələ (Yardımlı)
Şələ — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Şələ (nəqliyyat)
Şələ — ən qədim yükdaşıma qaydalarından biri. == Ümumi məlumat == Şələ - bağlama yük daşıması formasına oxşasa da ondan tamamilə fərqlənir. Şələ vasitəsilə odun, ot, dərz, təndir üçün corpə və s. daşıyırdılar. Şələni düzəltmək üçün muəyyən yükü üst-üstə yığıb bir necə yerindən ilgəkili və ya doğanaqlı irəşmə, çatı vasitəsilə sarıyır, sonra bellərinə qaldırırdılar. Kəndlərimizdə bu üsuldan hal- hazırda da geniş ə istifadə olunur.
Selen
Selen (Se) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 34-cü element. Fotokeçirici xüsusiyyəti səbəbiylə fotokopiya aparatlarında istifadə edilir. Şüşə sənayesində, xüsusilə yaqut rəngli şüşə və mina istehsalında istifadə edilir. Həmçinin, foto tonik, fotoelektrik gözələr, televiziya kameraları və işıq ölçərlərin istehsalında; günəş gözələrində yarımkeçirici və polad istehsalında da qatqı maddəsi olaraq istifadə olunur. Bitkilərdə selenin miqdarı 0.000001% (kütlə ilə) təşkil edir.Bəzi bitkilər seleni torpaqdan mənimsəyərək toplamaq qabiliyyətinə malikdir, onların arasında payız astra çiçəyi də var. Selenin miqdarı sarımsaqda, zeytunda, dəniz yosunlarında, paxlalılarda , hind qozunda, püstədə və keşdə daha cox olur. Spirulin yosunu, dərman evkalipti, ural biyanı, səhra efedrası çöl qatırquyruğu selen ilə zəngindir. Lakin son yüz ildə torpaqda selenin azlığı müşahidə olunur və nəticədə tərəvəzdə də onun miqdarı az olur.Selen gübrələri lazımı səmərə vermir. Buna səbəb odur ki, nitratlar, xloridlər və fosfatlar seleni əlaqələndirərək həll olmayan birləşmələrə çevirirlər. Otuz dərman bitkisi seleni toplayır.Belə bitkilərə demirotu, meşə çiyələyi, yunlu üskükotu, aptek çobanyastığı, itburnu, çılpaq biyan, ağacabənzər aloe, qanqırmızı yemişan aiddir.
Serex
Serex — Qədim Misir fironlarının Hor adına əlavə edilmiş, saray fasadını stilizə edən bir təsvir. Adətən serex üzərində Hor və ya Set, bəzən də hər ikisi birilikdə təsvir edilirlər.
Mişşi Sespel
Mişşi Sespel (rus. Михаи́л Кузьми́ч Кузьми́н; d. 16 noyabr 1899, Kazan quberniyası, Tsivil qəzası, Kazakkası kəndi – ö. 15 iyun 1922) — çuvaş şairi. == Həyatı == Mişşi Sespel 1899-cu il noyabrın 16-da Kazan quberniyası Tsivil qəzasının çuvaşlar yaşayan Kazakkası kəndində kasıb bir ailədə doğulmuşdur. Fiziki cəhətdən zəif və cılız olan Mixaili atası 1910-cu ilin payızında Şuqurav kilsəsi yanındakı məktəbə qoyur. O, burada rus dilində yazıb-oxumaqla yanaşı, xristian dininin ehkamlarını da öyrənir. 1911-ci ilin yayında ailə üzvləri arasında münaqişə yaranır və bu münaqişə faciə ilə nəticələnir. Mixailin atası həbs edilərək Sibirə göndərilir. Kasıb ailənin vəziyyəti bundan sonra daha da ağırlaşır.
Semper fidelis
Semper fidelis (Latınca tələffüz: [ˈsɛmpɛr fɪˈdeːlɪs]) — latın dilindən tərcümədə "Həmişə sadiq " mənasını verən ifadə. Qədim Roma senatorlarının müdaxilələrinin sonunda dedikləri bir ifadədən gəldiyinə inanılır. "Semper fidelis"in ilk dəfə deviz kimi 1369-cu ildə Fransanın Abbevil şəhərində istifadə edilmişdir. Bu, digər şəhərlər tərəfindən də istifadə edilmişdir və XIII əsrdən müxtəlif Avropa zadəgan ailələrinin şüarı olmuşdur. "Semper fidelis" Birləşmiş Ştatlar Dəniz Piyadaları Korpusunun şüarıdır. Adətən "Semper Fi" kimi qısaldılır. == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == Hardiman's history of the town of Galway Exeter City Council site giving supposed origin of Exeter's use of the motto.
Səlvər Aslanov
Səlvər Rza oğlu Aslanov (11 oktyabr 1930, Bakı – 3 avqust 2000, Bakı) — Azərbaycan Respublikasının əməkdar elm xadimi (20.12.1991), Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının üzvü (26.11.1991), 8 nömrəli Nizami seçki dairəsindən deputat, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, АМЕА-nın üzvü (1989), Azərbaycanlı tarixçi, tarix elmləri doktoru (1965), Professor(1967). == Həyatı == Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Səlvər Rza oğlu Aslanov 1930-cu il oktyabrın 11-də Bakıda anadan olmuşdur. 1954-cü ildə M.Lomonosov adına Moskva Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. O, Moskva Dövlət Universitetində dissertasiya müdafiə edərək 1960-cı ildə fəlsəfə doktoru, 1965-ci ildə elmlər doktoru, 1966-cı ildə professor elmi adını almışdır. 1989-cu ildə AMEA-nın müxbir üzvü seçilmişdir. S.Aslanov 2000-ci il 3 avqust tarixində Bakı şəhərində vəfat etmişdir. == Fəaliyyəti == S.Aslanov 1955-1956-ci illərdə respublika və ittifaq miqyasında müxtəlif vəzifələrdə çalışmışdır. O, 1966-1973-cü illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (hazırda Azərbaycan Dövlət İqtisad Universiteti) rektoru olmuşdur. 1973-1998-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti) əvvəlcə professoru, kafedra müdiri vəzifələrində çalışmış, daha sonra həmin institutun rektoru vəzifəsinə təyin edilmişdir. S.Aslanov 1998-2000-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Milli Münasibətlər İnstitutunun baş elmi işçisi olmuşdur.
Şelbax adası
Şelbax adası — ada Barens dənizinə daxil olan Krestovski buxtasında yerləşir. İnzibati cəhətdən Arxangelsk vilayəti ərazisinə daxildir. == Xüsusiyyətləri == Ada qütb dairəsi daxilində yerləşir. İqlimi sərt arktikdir. Adada mamır və şibyəyə rast gəlmək olar. Burada yaşayış yoxdur. Sahilləri qayalıqdır. Hündürlük hətta 10 metri keçir. Sahillərində daşlı çimərliklər vardır. Şimalında yerləşən burun dənizin içətilirinə doğru uzanır.
Sele
Sele (sloven. Celje; alm. Cilli‎) — Sloveniya ərazisində yerləşən şəhər. Ölkənin əhali sayına görə üçüncü ən böyük şəhəridir. Aşağı İştiriya tarixi vilayətinin mərkəzi olmuşdur. Sele şəhər (icma) dairəsinin inzibati mərkəzidir. Şəhər dəniz səviyyəsindən 238 m (781 fut) yuxarıda yerləşir. == Ümumi məlumat == Sele şəhəri Saviya, Lojnisa və Volqayna çaylarının qovuşduğu ərazidə, iri bir təpənin yaxınlılğında yerləşir. Təpədə qədim Sels qəsri yerləşir. Şəhər tarixə Sele qraflığının mərkəzi olaraq daxil olmuşdur (XIV–XV əsrlər.).
Cypseloides senex
Cypseloides senex (lat. Cypseloides senex) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin amerika uzunqanadı cinsinə aid heyvan növü.
Maks Şeler
Maks Şeler (22 avqust 1874[…], Münhen – 19 may 1928[…], Frankfurt-Mayn, Prussiya[d]) — alman filosofu, fəlsəfi antropologiyanın banilərindən biri. Maks Şeler insanın mahiyyətini izah edən təlimləri beş növə ayırmışdır: 1) Avropa-xristian doktrinası; 2) antik yunan; 3) naturalist; 4) dekadans nəzəriyyəsi; 5) fövqəlinsan konsepsiyası. == Həyatı == Maks (Ferdinand) Şeler Almaniyada Münhen şəhərində ortodoks yəhudi (atası Protestantlığı qəbul etmiş yəhudi) ailəsində anadan olmuşdur . 1894 ci ildə Münhendə Universitet dərsləri başladı lakin 1895-ci ildə təhsilini Berlində davam etdirdi . hərçənd ki , O Tibb təhsili almaq üçün Berlin Universitetinə müraciət etmişdir və İlk növbədə fəlsəfə və sosialogiyanı öyrənir , ən çox V. Diltey , G. Zimmelin mühazirələrini dinləmişdir. O, Yena Universitetində 1897 ci ildə doktorluq dərəcəsi aldı və 1899 –cı ildə isə professor oldu. Şeler 1901 –ci ildə Husserl ilə bir yığıncaqda görüşür və 1 ildən sonra Husserl in “Məntiqi Tədqiqatlar ” əsərini oxuyur . Bu əsərin təsiri ilə Şeler ömrünün qalan hissəsini Fenomenologiyanın inkişafına həsr etmişdir. Şeler 2 cilddə “Etikada Formalizm və Maddi Dəyər Etikası” ( 1913-16) əsərini yazmışdır. Həmin əsərdə Şeler qeyd edirdi ki , dəyərlərin ( bu anlayışı fəlsəfəyə Lotze gətirmişdir ) Öz mövcüdluğu vardır.
Peter Şelte
Peter Şelte - Dəniz qazma platformalarının daşınması üçün nəzərdə tutulan dünyanın ən iri yük gəmisi. Cənubi Koreyadan ilk səfərinə çıxan gəminin dekabr ayında Rotterdama çatacağı bildirilir. == Haqqında == Eni 124 metrə və uzunluğu 382 metrə çatan gəmi İsveçrənin sualtı kəmərlərin tikintisi ilə məşğul olan Allseas firmasına məxsusdur. Cənubi Koreyanın Daewoo Heavy Industries kompaniyası tərəfindən tikilən Peter Şelte 3 milyard dollara başa gəlib və 48 min ton yükgötürmə qabiliyyətinə malikdir. == Digər sifariş == Allseas kompaniyası artıq eni 160 metr və uzunluğu 400 metr olan daha bir gəmi hazırlatmaq niyyətində olduğunu bəyan edib. 77 min ton yükgötürmə qabiliyyətinə malik bu gəminin 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılır.
Selen Soyder
Selen Soyder (türk. Selen Soyder, 26 dekabr 1986, İzmir) — Türkiyə modeli, Miss-Türkiyə 2007. == Həyatı == 26 dekabr 1986-cı ildə İzmirin Alsancak qəsəbəsində anadan olmuşdur. Məktəbi qurtarandan sonra Selen Soyder liseyi İzmirdə bitirmişdir. 2006-cı ildə Miss Model Of Turkey yarışmasında Türkiyənin ən yaxşı modeli seçildi ve Miss Bikini Of The Universe yarışmasında Çin Xalq Respublikasında Türkiyəni təmsil etdi. İlk beşliyə daxil olan Soyder, Türkiyəyə "Ən yaxşı milli geyim" mükafatını qazandırdı. 2007-ci ildə Star TV-nin yayımladığı və 1200 nəfərin qatıldığı Türkiyə Gözəllik Yarışması Miss Turkey-də "Türkiyə Gözəli" seçildi və Türkiyəni Miss World 2007-də 106 ölkənin içində Çinin Sanya adasında təmsil etdi. İlk beşliyə daxil ola bilmədi. 2007-ci ildə Vakkonun modeli olmuşdur. Daha sonra dil təhsili üçün Kanadaya gedən Selen Soyder 2009-cu ildə Türkiyəyə geri döndü.
Səlix (Auırqazı)
Salih (başq. Сәлих, rus. Салихово) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Türümbət kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 27 km, kənd sovetliyindən (Türümbət): 2 km. ən yaxın dəmiryol stansiyasından (Dövləkən stansiyası): 22 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (90%) üstünlük təşkil edir.
Səltə (Çaypara)
Səltə (fars. سالطه‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.