Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Köhnə Şərəli (Bakalı)
Köhnə Şərəli (başq. Иҫке Шәрәшле, rus. Старые Шарашли) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Köhnə Şərəli kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 7 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 81 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (39 %) və kryaşenlər (39%) üstünlük təşkil edir.
Yeni Şərəli (Bakalı)
Yeni Şərəli (başq. Яңы Шәрәшле, rus. Новые Шарашли) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Köhnə Şərəli kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 10 km, kənd sovetliyindən (Köhnə Şərəli): 3 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 85 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (95 %) üstünlük təşkil edir.
Sərdarlı
Sərdarlı — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidliyində kənd. == Tarixi == Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir == Toponimikası == Sərdarlı oyk. Füzuli r-nun eyniadlı i.ə.v-də kənd. Araz çayının sol sahilində, Mil düzündədir. == Əhalisi == === Tanınmışları === İslam Rzayev Əziz Xələfov Fəridə Vəzirova Məmməd Orucov == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Sərkarlı
Sərkarlı (Göygöl) — Göygöl rayonunda kənd. Sərkarlı (Xaçmaz) — Xaçmaz rayonunda kənd.
Sərkərli
Sərkərli (əvvəlki adı: Borispol) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Xaçmaz rayonunun Borispol kəndi Sərkarlı kəndi adlandırılmışdır.
Akaki Sereteli
Akaki Rostomoviç Sereteli (gürc. აკაკი წერეთელი; 9 (21) iyun 1840, Sxvitori[d], İmereti vilayəti[d], Rusiya imperiyası – 26 yanvar 1915, Saçxere, İmereti) — gürcü şairi, yazıçı, ictimai xadim. == Həyatı == Firudin bəy Köçərli yazır: "Akaki Sereteli məşhur İmeret knyazlarının nəslindəndir. Onun babaları sabiqdə İmeret padşahlarına müqərrib olub, vətənlərinə və millətlərinə böyük xidmətlər göstərmişlər. Knyaz Akaki anadan olubdur Kutais quberniyasının Şorapel uyezdində özünə mütəəlliq Saçxeri adlanan məhəldə, miladın 1840-cı sənəsində iyunun 9-da. Akakinin valideyni Qafqazın knyaz və nücəbaları arasında qədimdən işlənən adətə görə öz körpə balalarını tərbiyə üçün bir rəiyyət evində süd anasına tapşırıblar".
Georgi Sereteli
Georgi Sereteli (gürc. გიორგი ვასილის ძე წერეთელი; 8 (21) oktyabr 1904, Tianeti, Tiflis quberniyası – 9 sentyabr 1973, Tbilisi) — Sovet alimi, Gürcüstan şərqşünaslıq elmi məktəbinin qurucusu, ərəbşünas, Tbilisi Dövlət Universitetinin (TSU) Şərq fakültəsinin təsisçisi, Gürcüstan SSR Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun təsisçisi və ilk direktoru, Gürcüstan SSR Elmlər Akademiyasının akademiki, Gürcüstan SSR əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor. SSRİ Elmlər Akademiyasının həqiqi üzvü (1968). == Bioqrafiya == Georgi Sereteli 1904-cü ildə Tianeti (Şərqi Gürcüstan) kəndində anadan olmuşdur. Atası Şahzadə Vasili Sereteli (1862-1937) məşhur gürcü həkimi, jurnalist və xeyriyyəçi, əmisi isə Mixail Sereteli (1878-1965) görkəmli tarixçi idi. 1927-ci ildə Sereteli TDU-ni bitirir. 1928-1931-ci illərdə SSRİ Elmlər Akademiyasının aspirantı, 1931-1933-cü illərdə Leninqrad Dövlət Yaşayan Şərq Dilləri İnstitutunun dosenti olmuşdur. 1933-1973-cü illərdə Tiflis Dövlət Universitetində dosent (1933-1942) və professor (1942-1973) olur. 1933-1937-ci illərdə Gürcüstan Dövlət Muzeyində baş elmi işçi işləyir. 1940-1960-cı illərdə Sereteli Gürcüstan Elmlər Akademiyası Dilçilik İnstitutunda Şərq dilləri şöbəsinin müdiri olur.
Mixail Sereteli
Mixail Sereteli (gürc. მიხეილ გიორგის ძე წერეთელი; 23 dekabr 1878 – 2 mart 1965, Münhen, Bavariya, Qərbi Almaniya) — Gürcü şahzadəsi, tarixçi, filoloq, sosioloq, publisist və diplomat. == Bioqrafiya == Şahzadə ailədəndir. Vasili Sereteli onun kiçik qardaşıdır (1862-1937). Heidelberg Universitetini bitirir (1911). 1913-cü ildə namizədlik dissertasiyasını müdafiə edir. 1914-1918-ci illərdə Heidelberg Universitetində dərs demişdir. Eyni zamanda 1914-1917-ci illərdə Gürcüstanın İstiqlal Komitəsinin rəhbərlərindən biri olmuşdur. Bu vəzifədə gürcü menşeviklərinin lideri Noy Jordaniya ilə görüşmək üçün gizli olaraq Gürcüstana səfər etdi. 1918 -ci ildə Gürcüstanın müstəqilliyini elan etdikdən sonra Gürcüstan Demokratik Respublikasının İsveç və Norveçdəki səfiri olur.
Rahim Sərdarlı
Rahim Rafik oğlu Sərdarlı (3 avqust 1996, Canaxır, Xaçmaz, Azərbaycan — 9 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rahim Sərdarlı 13 avqust 1996-cı ildə Xaçmaz rayon Canaxir kəndində anadan olub. Məktəbi bitirdikdən sonra 2014–2016-cı illərdə müddətli hərbi xidmət çəkib. == Hərbi xidmətləri == Rahim Sərdarlı 2016-cı il Aprel döyüşlərində iştirak edib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Rahim Sərdarlı, Cəbrayıl, Hadrut, Şuşanın azad edilməsində savaşıb. 9 noyabr 2020-ci ildə Şuşa şəhəri ərazisində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Rahim Sərdarlı Xaçmazda torpağa tapşırılmışdır.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rahim Sərdarlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rahim Sərdarlı ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamı ilə Rahim Sərdarlı ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.
Rauf Sərdarlı
Rauf Sərdarlı Mədət oğlu — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Sərdarlı Rauf Mədət oğlu 8 yanvar 1949-cu ildə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun «Seqnetoelektriklərin Radiasiya Fizikası» laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professordur. == Elmi fəaliyyəti == Rauf Sərdarlı rezonans və anharmonik qarşılıqlı əlaqənin, anizotropiyanın və qəfəs fonon spektrlərində qanunauyğunluqları təyin etmişdir. A3B6 və A3B3C62 tipli birləşmələrin qəfəsinin temperatur qeyri stabilliyinin tədqiqatları faza keçidlərin mövcudluğu aşkar edilmiş və hərtərəfli tədqiq etmişdir. Onun tərəfindən ilk dəfə olaraq təyin edilmişdir ki, faza keçidləri ifrat strukturlu inkommensurate temperatur oblastları ilə müşahidə olunur. Həmçinin, tədqiq olunan obyektlərin qəfəs dinamikasını xüsusiyyətlərindən tam və dolğun informasiya əldə etməkdən ötrü Raman, infraqırmızı və neytron spektroskopiya üzrə eksperimentlər aparılmışdır. R.Sərdarlı elmi fəaliyyət istiqamətlərindən biri də qamma şüaların və Yan-Teylor tipli aşkarların A3B6 и A3B3C62 birləşmələrin energetik spektrə təsirini öyrənməkdən ibarət olmuşdur. Bu tədqiqatların nəticəsi kimi təyin edilmişdir ki, bəzi şərtlər çərçivəsində, laylı və zəncirvarı quruluşlu kristallar aşağı ölçülü sistemlər kimi özlərini göstərir.
Səfərəli Babayev
Səfərəli Yaqub oğlu Babayev – (15 mart 1923, Naxçıvan rayonu, Naxçıvan MSSR – 2003) coğrafiya elmləri doktoru, AMEA-nın müxbir üzvü. == Həyatı == S. Y. Babayev Naxçıvan MR-nın Babək rayonunun Əznəbürd-Təzəkənd kəndində anadan olmuşdur. 1954-cü ildə Azərbaycan Dövlət Qiyabi Pedaqoji institutu coğrafiya fakultəsini bitirmişdir. 1959-cu ildə Azərbaycan EA Coğrafiya İnstitutunun dissertantı olmuşdur. 1968-ci ildə "Naxçıvan MSSR-in təbii şəraiti və landşaftı" mövzusunda namizədlik müdafiə etmişdir. 2002-ci ildə isə "Naxçıvan MR-da Dədə-Qorqud toponimləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. == Elmi fəaliyyəti == 1937–1938-ci illərdə Babək rayonu Xıncab kənd yeddiillik məktəbində işləmişdir. 1948-ci ildə Azərbaycan LKGİ Naxçıvan Vilayət Komitəsinin katibi çesilmişdir. 1950–1952-ci illərdə Azərbaycan KP MK yanında İkiillik Partiya məktəbinin dinləyicisi olmuşdur. 1952–1955-ci illərdə Naxçıvan MR-sı Maarif Nazirliyinin məktəb inspektoru Naxçıvan rayon Partiya komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri teyin olunub 1956–1957-ci illərdə Naxçıvan MR Maarif Nazirinin müavini 1957–1960-cı illərdə Muxtar Respublikanın maarif naziri vəzifəsində işləmişdir.
Səfərəli Məmmədov
Məmmədov Səfərəli İbrahim oğlu (30 dekabr 1929, Əhən, İsmayıllı rayonu – 22 mart 2010, Bakı) — Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı Laureatı, Azərbaycan Respublikasının Əməkdar inşaatçısı, Bakı şəhərinin fəxri vətəndaşı, Prezident təqaüdçüsü == Həyatı == Səfərəli Məmmədov 30 dekabr 1929-cu ildə İsmayıllı rayonunun Əhən kəndində anadan olub. 1947-ci ildən Azərbaycan Sənaye Tikinti Nazirliyinin 4 nömrəli trestinin 48 nömrəli tikinti idarəsində 48 il çalışıb. Trestdə fəhləlikdən trestin Həmkarlar İttifaqının sədri vəzifəsinə qədər yüksəlmişdir. Səfərəli Məmmədov 22 mart 2010-cu ildə vəfat etmişdir.
Səfərəli Vəzirov
Vəzirov Səfərəli Ağarza oğlu (28 aprel 1929, Divəzər, Xızı rayonu – 9 noyabr 1982, Bakı) — qarmon ifaçısı. == Həyatı == Qarmon çalmağı atasından öyrənmiş, daha sonra məşhur qarmonçu Kor Əhəddən (1893-1942) və Teyyub Dəmirovdan (1908-1970) dərs almış, ondan musiqi, ifaçılıq sənətinin sirlərini daha mükəmməl mənimsəmişdir. Az müddətdə Səfərəli el arasında öz dəst-xətti ilə tanınır. Səfərəli qarmon ifaçılığını təkmilləşdirməklə bərabər 1948 ildə Xalq Təsərrüfatı İnstituna qəbul olunur. Tələbə ikən institutda yaratdığı x.ç.a. ansamblına rəhbərlik edir. 1951 ildə Polşada keçirilən Beynəlxalq musiqi festivalının qalibi olur. Onun ifasında 1953-cü ildə lentə alınmış bir sıra muğam («Çahargah» dəstgahı) və rəqslər («Qazaxı», «Kolxozu», «Azərbaycan», «14 nömrə», «Qaytağı», «Tərəkəmə», «Vağzalı»), həmçinin özünün bəstələdiyi «Pambıq çöllərində» kompozisiyası AzRT Fondunda qorunur. Səfərəli Vəzirovun oğlanları əməkdar artistlər Ədalət Vəzirov, Kamil Vəzirov, Ramiz, Babək, Qalib musiqi aləmində tanınmış musiqi ifaçılarıdır.
Sərkarlı (Göygöl)
Sərkar — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Sərkar oyk., sadə. Samux r-nunun eyniadlı i.ə.v.-də və Bolçalı i.ə.v.-də iki kənd. Yaşayış məntəqələri keçmişdə Gəncə mahalında maldarlıqla məşğul olmuş sərkar elatının adı ilə bağlıdır. Sərkarlar keçmişdə əsasən Şirvanda yaşayan xançobanılann bir qoludur. Şirvan xanları da bu tayfadan idi. Müəyyən tarixi hadisələrlə əlaqədar Gəncə zonasına köçmüş sərkarlar bu tayfanın tirələrindən olmuşdur. XII əsrin əvvəllərində sərkarlarm bir neçə tirəsinin adı çəkilir və onlar haqqında məlumat verilirdi. Göygöl r-nunun eyniadlı i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir.
Sərkarlı (Xaçmaz)
Sərkərli (əvvəlki adı: Borispol) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Xaçmaz rayonunun Borispol kəndi Sərkarlı kəndi adlandırılmışdır.
Usta Səfərəli
Usta Səfərəli (Səfərəli İmamqulu oğlu Qarabaği) (1788-1856) — Qarabağ xanlığının papaqçılarından biri == Həyatı == Səfərəli İmamqulu oğlu 1788-ci ildə Şuşa şəhərinin Qurdlar məhəlləsində anadan olmuşdu. Molla yanında oxumuşdu. Papaqçılıqla məşğul olmuşdu. Qarabağ xanlığının elitar təbəqəsinin papağını tikirdi. Usta Səfərəli 1856-cı ildə Şuşa şəhərində vəfat edib. == Ailəsi == Usta Səfərəli Xədicə ilə ailə qurmuşdu. Zeynal, Həsən, Həzrətqulu, Məmmədqulu adlı oğlanları, Püstə adlı qızı vardı. == Mənbə == Ənvər Çingizoğlu, Qarabağ xanlığı, Bakı, "Şuşa", 2007. Ənvər Çingizoğlu, Qarabağda sənət və sənətkarlar, Bakı: "Elm və Təhsil", 2011,-280 səh.
Vasili Sereteli
Vasili Sereteli (gürc. ვასილ გიორგის ძე წერეთელი; 1862 – 1937) — Gürcü siyasətçi, həkim və jurnalist. == Bioqrafiya == Knayaz ailəsindəŞ anadan olmuşdur. Qardaşı Mixail Seretelidir (1878-1965). Orta təhsilini Kutaisidə alır, 1884-cü ildə Novorossiysk Universitetinin Təbiət Elmləri Fakültəsinə daxil olur. 1887-ci ildə universitetdən qovulur (Xalq İradəsi təşkilatının üzvü idi və Varlam Çerkezişvili ilə əlaqəli olduğundan). Gürcüstana qayıdaraq, təxminən beş il Batumidə yaşaır və çalışır, rusdilli "Çernomorski Vestnik" qəzetinin redaktoru olur. 1898-ci ildə Kiyev Universitetinin tibb fakültəsini bitirir. Məzun olduqdan sonra Çiatura, Tiflis və Tianesitdə həkim, 1908-ci ildən Kutaisidə Kutaisi poliklinikasının müdiri və Kutaisi gimnaziyasında gigiyena müəllimi işləmişdir. Bu illərdə fəal jurnalist fəaliyyəti ilə məşğul olur.
Zurab Sereteli
Zurab Sereteli — sovet və rus monumentalist rəsamı, Rusiya Rəssamlıq Akademiyasının prezidenti; UNESCO-nun xoşməramlı səfiri., SSRİ xalq rəssamı.
Şerəli Curayev
Şerəli Curayev (12 aprel 1947, Asaka[d], Əndican vilayəti – 4 sentyabr 2023, Daşkənd) — Ssenari müəllifi, Özbək və Türk xalq artisti.[mənbə göstərin] == Həyatı == Şerəli Nurməhəmməd oğlu Curayev 12 aprel 1947-ci ildə Özbəkistanın Əndican şəhərində anadan olub. Daşkənd Teatr İnstitutunda təhsil alıb (1966-1970). 1970-ci ildən Özbəkistan Dövlət Filarmoniyasının solistidir. == Mükafat və təltifləri == Özbəkistan xalq artistidir.
Şerəli Yurayev
Şerəli Yurayev (özb. Sherali Jo‘rayev; 13 dekabr 1986) — Özbəkistan cüdoçusu. Şerəli Yurayev Özbəkistanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Şerəli Yurayev birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 90 kq çəkidə, 1/32 final mərhələsində Əlcəzairin nümayəndəsi Abderahmane Benamadi ilə üz-üzə gəldi. Həmin görüşdə Şerəli Yurayev rəqibinə 0:0 hesabı ilə bərabərə qalsa da, şido xalları ilə qalib gəldi. Daha sonra Şerəli Yurayev 1/16 final mərhələsində İsveç təmsilçisi Markus Numan ilə üz-üzə gəldi. Həmin görüşdə Şerəli Yurayev rəqibinə 1:101 hesabı ilə uduzdu.
Dizac Səfərəli (Vərziqan)
Dizac Səfərəli (fars. ديزج صفرعلي‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 495 nəfər yaşayır (115 ailə).
Səfərəli bəy Kəbirli
Səfərəli bəy Kəbirli — Qarabağ xanı İbrahimxəlil xanın yaxınlarından biri, Zəngəzur mahalının naibi, poruçik. == Həyatı == Səfərəli bəy Əli bəy oğlu Kəbirli elinin Əlibəyli qışlağında dоğulmuşdu. Mədrəsə təhsili almışdı. Mehdiqulu xan Sarıcalı-Cavanşirə xidmət etmişdi. Səfərəli bəy Cəfərqulu xan Məhəmmədhəsən ağa oglu Sarıcalı-Cavanşirin lələsi idi. Cəfərqulu xan 1809-cu ildə lələsinin əlindən Qaravəlli kəndini almaq istəyirdi. Səfərəli bəy öncə Mehdiqulu xana, sonra Qafqaz canişininə şikayət etdi ki, bu obanı onun atası Əli bəy Muğandan gətirmişdir. Sonda obanı Səfərəli bəyə qaytarılar. Səfərəli bəy ruslara qulluq göstərmişdi. Öncə prapоrşik, sоnra 1820-ci il mart ayının 31-də Yermоlоvun əmri ilə pоruçik rütbəsi almışdı.
Səfərəli bəy Vəlibəyov
Səfərəli bəy Şıxhəsən bəy oğlu Vəlibəyov (1861, Şuşa – 31 avqust 1902, Şuşa) — Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu, görkəmli maarif xadimi, pedaqoq, publisist. Səfərəli bəy Vəlibəyov XIX əsr Azərbaycan pedaqoji tarixinin simalarından biridir. O, Zaqafqaziya (Qori) müəllimlər seminariyasını bitirən ilk üç Azərbaycanlıdan biri olmuş,[mənbə göstərin] ömrünün 16 ilini pedaqoji işə sərf etmişdir. Bu müddət ərzində C.Məmmədquluzadə, N.Nərimanov, S.S. Axundov kimi şəxsiyyətlər ibtidai təhsillərini Vəlibəyovdan almışdır. == Həyatı == Hacı Vəli bəy Kəbirlinin ikinci oğlu Şıxhəsən bəyin oğlu Səfərəli bəy Vəlibəyov 1861-ci ildə Şuşa şəhərində anadan olmuşdurş. Molla yanında təhsil alarkən ərəb və fars dillərinə mükəmməl yiyələnmişdir. 1875–1879-cu illərdə Şuşa şəhər rus məktəbində təhsil almışdır.1879-cu ildə Aleksey Çernyayevski tələbə toplamaq məqsədi ilə Şuşada olarkən gənc Səfərəli bəylə söhbət aparmış, zirək və bacarıqlı olduğunu görüb onu Zaqafqaziya Müəllimlər Seminariyasının nəzdində açılmış Azərbaycan bölməsinə aparmış, onu seminariyanın 2-ci sinfinə qəbul etmişdir. Seminariya həyatı, ordakı təlim-tərbiyə sistemi basqa seminaristlər kimi Səfərəli bəy Vəlibəyovun da mənəvi inkişafına müsbət təsirini göstərmişdir. Gələcək müəllim təhsilin ilk günlərindən başlayaraq özünü qabil və işgüzar bir gənc kimi göstərir, tədris fənlərinə dərindən yiyələnir, dünya ədəbiyyatı nümunələrini mütaliə edir, pedaqoqika elmi haqqında təhsil alır. == Fəaliyyəti == Qori müəllimlər seminariyası nəzdində açılmış ibtidai məktəbə müəllim olmadığına görə Çernyayevski özü rəhbərlik edirdi, məktəbdə şagirdlərə Azərbaycan və Rus dillərində dərs keçilirdi, onlar əsas şöbəyə hazırlanırdılar.
Səfərəli bəy Əbdürrəhmanbəyov
Səfərəli bəy Məşədi Hacı bəy oğlu Əbdürrəhmanbəyov (1878-17 may 1899)—Qarabağ bəylərindən. == Həyatı == Hacı bəyin ikinci oğlu Səfərəli bəy 1878-ci ildə Cəbrayıl qəzasının Əbdürrəhmanbəyli obasında dünyaya gəlmişdi. Molla yanında oxumuşdu. Özəl təsərrüfatını idarə etməklə keçinirdi. Səfərəli bəy 17 may 1899-cu ildə qaçaqlar tərəfindən öldürüldü. Hadisənin təfsilatı: Zəngəzur qəzasının Sisyan nahiyəsinin Pul kəndi yaxınlığında Əbdürrəhmanbəyli köçü qaçaqlarla üzləşdi. Qaçaqlardan Qaragüvəndikli Cabbar Hüseyn oğlu və Əbdülhəsən Bədəl oğlu Səfərəli bəydən qızıl pul tələb etdilər. Səfərəli bəy onlara bir neçə qoç təklif etdi ki, aparın şişlik çəkin. Qızılım yoxdur. Mübahisə edib, çəplşdilər.
Səmərəli bazar hipotezi
Səmərəli bazar hipotezi (ing. efficient market hypothesis, EMH) — bütün əhəmiyyətli məlumatların qiymətli kağızların bazar qiymətində dərhal və tam əks olunduğu fərziyyə. Effektiv bazar fərziyyəsinin zəif, orta və güclü formaları var. Bu fərziyyə amerikalı iqtisadçı Yucin Fama tərəfindən tərtib edilmişdir. Səmərəli bazar fərziyyəsi aşağıdakı kimi formalaşdırıla bilər: bazar hər hansı bir məlumatla bağlı o zaman səmərəli olur ki, o, aktivin qiymətində dərhal və tam əks olunsun. == Bazar səmərəliliyinin üç forması == Bazar səmərəliliyinin üç formasını ayırmaq adətdir: səmərəliliyin zəif forması, əgər bazar aktivinin dəyəri bu aktivlə bağlı keçmiş məlumatları tam əks etdirirsə (hazırda bazarın keçmiş vəziyyəti, ilk növbədə valyuta məzənnəsinin dinamikası və ticarətin həcmi haqqında ictimai məlumat, maliyyə aktivi); səmərəliliyin orta forması, əgər bazar aktivinin dəyəri təkcə keçmişdə deyil, həm də ictimai məlumatları (hazırda ictimailəşən, cari mətbuatda verilən cari məlumatlar, şirkətlərin hesabatları, dövlət rəsmilərinin çıxışları, analitik proqnozlar) tam əks etdirirsə. və s.); səmərəliliyin güclü forması, əgər bazar aktivinin dəyəri bütün məlumatları - keçmiş, ictimai və daxili məlumatları (rəsmi mövqeyə və ya digər hallara görə dar bir dairəyə məlum olan insayder məlumatları) tam əks etdirirsə. === Bazar köpüyü === Maliyyə bazarlarının real davranışı ilə səmərəli bazar fərziyyəsi arasında empirik uyğunsuzluq. Effektiv bazar nəzəriyyəsi bazar baloncuklarının mövcudluğunu inkar edir. Yəni, fərziyyəyə görə, bazarda bütün qiymətlər mövcud məlumat və ondan əldə edilə bilən fərziyyələrlə bağlıdır.
Sərfəli Sifariş Miqdarı
Sərfəli Sifariş Miqdarı modeli (ing. Economic order quantityEconomic order quantity) — bilinən ən qədim və ən çox istifadə edilən ehtiyatlara nəzarət metodu olub, ilk dəfə 1915-ci ildə Ford Harrisin nəşrlərində rast gəlinib. == Modelin şərtləri == Modeldən istifadə etmək rahat olsa da, bəzi şərtlərin ödənilməsi vacibdir. Bu şərtlər: Tələb müəyyən və sabitdir. Çatdırılma vaxtı- sifarişlərin verilməsi ilə təhvil alınması arasında müddət müəyyən və sabitdir. Sifariş edilən miqdar hissələrlə deyil, bütöv olaraq təslim edilir və sabitdir. Sifarişin təchiz olunma müddəti dəqiq bilinir və ya sıfıra bərabərdir. Əsas xərclər sifariş və ehtiyat saxlama xərcləridir ki, bunlar da il ərzində dəyişilmir. Güzəşt və endirimlər mövcud deyil.Əgər yuxarıda göstərilən şərtlərin biri və ya bir neçəsi ödənməssə SSM modelində dəyişikliklər edilərək istifadə olunur. == Modelin dəyişkənləri == Sm – Məhsulun sifariş miqdarı Sm/2 – Ortalama ehtiyat Sn – Sifariş vermə nöqtəsi D – İstehsalat tələbi (illik) T0 – Sifarişin dövrünün uzunluğu (Sm/d) d – İstehsalat tələbi (günlük) == Modelin qurulması == Sifarişlər partiya halında və bir dəfəyə təslim edilir, sabit bir tələb sürəti ilə istifadə edilir.