Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şabran
Şabran, və ya keçmiş adı ilə Dəvəçi (digər tarixi adı Dəvəçibazar) — Azərbaycanın Şabran rayonunun inzibati mərkəzi. Paytaxt Bakı şəhərindən 122 km aralı. Şəhər Quba-Xaçmaz iqtisadi rayonunda yerləşir. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 983-IIIQ saylı Qərarı ilə şəhər Şabran adlandırılmışdır. Qədim mənbələrdə adı çəkilən Şabran (Şabaran) Qafqaz dağlarının cənub-şərq qolunun şimal-şərq yamaclarında, Samurçay hövzəsində ərazi idi. Sonradan Şirvanşahlar, əl-Babın əmirləri və Arran hakimləri arasında bu ərazi üstündə çəkişmələr olmuşdur. Z.Bünyadov Şabranın Dəvəçi yaxınlığında yerləşən orta əsr sahilyanı şəhəri olduğunu qeyd edir. Şabranın şimal-şərqi Azərbaycan ərazisində idarəçilik mərkəzi olmasını daim hücumlara məruz qalan strateji əhəmiyyətli yer kimi tarixdə buraya olan hücumlar da sübut edir. Müxtəlif istiqamətlərə gedən yollar üzərində yerləşən Şabranı təsadüfü deyildir ki, ərəb hücumları dövründə Xəlifə Ömər Şirvanşahların mərkəzi şəhəri kimi, həmçinin Dərbənd və ətraf yerlərin əhalisini şimaldan hücum edənləri ölkəyə buraxmamaq şərtilə vergilərdən azad etmişdir. Azəbaycan tamamilə ərəblərə tabe edildikdən sonra Şabran III Əmirliyin böyük şəhərləri sırasında qeydə alınmışdı.
Dəhnə (Şabran)
Dəhnə — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dəhnə Dəvəçi rayonunun Çuxurəzəmi inzibati ərazi vahidində kənd. Oykonim ərazidəki Ağzıbirçala gölünün mövqeyi və ya eyniadlı dağın adı ilə bağlıdır.
Dəvəçi (Şabran)
Dəvəçi (əvvəlki adı: Təzəkənd) — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 21 dekabr 2010-cu il tarixli, 35-IVQ saylı Qərarı ilə kənd Dəvəçi adlandırılmışdır. == Əhalisi == 13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Dəvəçi kəndində 2.387 nəfər əhali yaşayır.
Günəşli (Şabran)
Günəşli — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Günəşli Şabran rayonunun Beynəlmiləl inzibati ərazi vahidində kənd. Samur-Dəvəçi ovalığındadır. Yaşayış məntəqəsi keçmiş SSRİ Konstitusiyası sovxozunun 2 nömrəli malikanəsi yanında salınmışdır. 1965-ci ildə rəmzi olaraq Günəşli adlandırılmışdır. == Əhalisi == Kəndin əhalisi 693 nəfər təşkil edir.
Gəndov (Şabran)
Gəndov — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Gəndov Dəvəçi rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Samur-Dəvəçi ovalığındadır. Tədqiqatçılar kəndin adını gah yaxınlığındakı çayın suyunun yaratdığı pis qoxulu gölməçələrlə, gah da cod sulu, içməyə yararsız zəy acısı dadan bulağın suyu ilə bağlayırlar.Kənin əhalisinin çoxunu irandilli xalq olan Tatlar təşkil edir.. Kənd əlverişli coğrafi mövqeyi ilə fərqlənir. == Əhalisi == Kənddə 2.296 nəfər əhali yaşayır. Əhalisi tatlardan ibarətdir.
Hişkədərə (Şabran)
Hişkədərə — Azərbaycan Respublikasının Şabran rayonunun Zarat inzibati ərazi vahidində kənd. == Tarixi == Xişgədərə kəndi Samur-Dəvəçi ovalığındadır. Oykonim tat dilindəki xişk/xişg (quru), -ə (bitişdirici sait) və dərə (çay dərəsi) komponentlərindən düzəlib, "quru dərə" mənasındadır. Yaşayış məntəqəsi quru çay dərəsində yerləşdiyi üçün belə adlandırılmışdır. HiŞgədərə variantında qeydə alınmışdır.
Liman (Şabran)
Liman — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.
Məliklər (Şabran)
Məliklər — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Məliklər kəndi Rəhimli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Uzunboyad kəndi olmaqla, Uzunboyad kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Kəndin əhalisi 326 nəfər təşkil edir.
Padar (Şabran)
Padar — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Samur-Dəvəçi ovalığındadır. Kəndin əhalisi 563 nəfər təşkil edir. Kənd əhalisi fərdi təsərrüfatla məşğul olurlar. Kənddə maldarlıq əkinçilik kimi işlər aparılır.
Qaraçaylı (Şabran)
Qaraçaylı — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Kənd 2017-ci ildə Shabran Agrocomplex MMC-nin tələbi ilə boşaldılıb. Kənd əhalisi artıq qonşu kəndlərdə yaşayır.
Qızılqazma (Şabran)
Qızılqazma — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.
Rəhimli (Şabran)
Rəhimli — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Şabran rayonun tanınmış kəndlərindəndir. Bu kəndin evlərinə çatmaq üçün yolun bir qədərini piyada və ya minklə getmək lazımdır. Dəmir yoluna qədər olan ərazilərdə heç kim yaşamır. Ona görədə kəndin başından dəmir yoluna qədər olan məsafəni qət etmək lazımdır. Bu kənddə hər bir şəxsin özünə aid heyvanı və sahəsi olur. Kəndin başında yeni hotel, əyləncə mərkəzi və futbol oynamaq üçün geniş sahə yaradılıb.Burada yerləşən fermada yarışlar keçirilir. Bu kəndin özünə layiq bir məktəbi və bələdiyyəsi var.Bəzən suların gəlmədiyi vaxtda insanlar baza adlanan yerə gedir paltar yuyur və su gətirirlər. Bu kənddə köhnə bir hamamda vardır. Kəndin əhalisi 1.363 nəfər təşkil edir.
Sarvan (Şabran)
Sarvan — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.
Təkyə (Şabran)
Təkyə — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Təkyə kəndi Ağbaş kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Çaraq kəndi olmaqla, Çaraq kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Vaqif Ucatay (Hüseynov Vaqif Hüseyn oğlu) — Azərbaycan rəssamı.
Zeyvə (Şabran)
Zeyvə — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Zeyvə kəndi Pirəbədil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Zeyvə kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Qədim Şabran torpağında bir yurd yeri də Zeyvə kəndidir. Sıx meşələrin, yaşıl ormanların qoynunda binə-bölgə bağlamış bu ucqar dağ kəndi rayon mərkəzindən təxminən 30-35 kilometr uzaqlıqdadır. Yaşı az qala VI-VII əsrlərə gedib çıxan Zeyvə kəndinin adının mənasını araşdırıcılar "künc, bucaq, guşə" (cəmiyyətdən uzaq) kimi yozurlar. Bəlkə də bir vaxtlar elə beləcə də olub. Lakin uzaq Zeyvənin adı əsrlərin uzaqlığında Avropa ölkələrinə yaxın olub. Yeddinci yüzilliyin salnaməçisi, alban tarixçisi Musa Kalankatlı "Ağvan tarixi" əsərində yazır ki, Azərbaycanın şimal hissəsində ipək parçalar və müxtəlif rəngli parlaq xalçalar hazırlanır. Toxunduğu kəndin adı ilə məşhur olan "Zeyvə" çeşidli xalçaları da Avropa rəssamlarının bir sıra məşhur tablolarında zinət vasitəsi kimi geniş istifadə edilib. XV əsr intibah dövrünün görkəmli holland rəssamı Hans Memlinqin və elə həmin əsrdə yaşamış holland boyakarlıq sənətinin banilərindən hesab edilən Yan van Eykin tablolarında Zeyvə xalıları təsvir edilib.
Şabran (dəqiqləşdirmə)
Yaşayış məntəqələri Şabran sancağı - Dərbənd əyalətinin sancağı Şabran rayonu— Azərbaycan Respublikasında rayon. Şabran — Azərbaycan Respublikasında şəhər.
Şabran (rayon)
Şabran rayonu (əvvəlki adı: Dəvəçi rayonu) — Azərbaycan Respublikasında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Şabran şəhəridir. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 983-IIIQ saylı Qərarı ilə rayon Şabran rayonu adlandırılmışdır. 1578-ci ildə Osmanlı İmperiyası tərkibində Cənubi Qafqazda Dərbənd əyalətinin Şabran sancağı olmuşdur. Mərkəzi Şabran (qədim şəhər) idi. Dəvəçi rayonu 1930-cu ildə təşkil edilmişdir. 1959-cu ildə Siyəzən rayonu ləğv edilərək ona birləşdirilmiş və rayon ərazisi genişləndirilmişdir. 1992-ci ildə Siyəzən yenidən ondan ayrılmış və müstəqil rayon olmuşdur. Dəvəçi rayonu 1963-cü ildə ləğv edilərək ərazisi Abşeron rayonuna verilmiş (Dəvəçi və Siyəzən şəhərləri respublika tabeliyində şəhər kimi qalmışlar), 1965-ci ildə yenidən Dəvəçi adı ilə müstəqil rayon olmuşdur. Lap əvvəllər Dəvəçi rayonunun adı Dəvəçibazar olmuşdur.
Şabran (şəhər)
Şabran, və ya keçmiş adı ilə Dəvəçi (digər tarixi adı Dəvəçibazar) — Azərbaycanın Şabran rayonunun inzibati mərkəzi. Paytaxt Bakı şəhərindən 122 km aralı. Şəhər Quba-Xaçmaz iqtisadi rayonunda yerləşir. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 983-IIIQ saylı Qərarı ilə şəhər Şabran adlandırılmışdır. Qədim mənbələrdə adı çəkilən Şabran (Şabaran) Qafqaz dağlarının cənub-şərq qolunun şimal-şərq yamaclarında, Samurçay hövzəsində ərazi idi. Sonradan Şirvanşahlar, əl-Babın əmirləri və Arran hakimləri arasında bu ərazi üstündə çəkişmələr olmuşdur. Z.Bünyadov Şabranın Dəvəçi yaxınlığında yerləşən orta əsr sahilyanı şəhəri olduğunu qeyd edir. Şabranın şimal-şərqi Azərbaycan ərazisində idarəçilik mərkəzi olmasını daim hücumlara məruz qalan strateji əhəmiyyətli yer kimi tarixdə buraya olan hücumlar da sübut edir. Müxtəlif istiqamətlərə gedən yollar üzərində yerləşən Şabranı təsadüfü deyildir ki, ərəb hücumları dövründə Xəlifə Ömər Şirvanşahların mərkəzi şəhəri kimi, həmçinin Dərbənd və ətraf yerlərin əhalisini şimaldan hücum edənləri ölkəyə buraxmamaq şərtilə vergilərdən azad etmişdir. Azəbaycan tamamilə ərəblərə tabe edildikdən sonra Şabran III Əmirliyin böyük şəhərləri sırasında qeydə alınmışdı.
Şabran bələdiyyələri
Şabran bələdiyyələri — Şabran rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şabran bələdiyyəsi

Şabran mahalı
Şabran mahalı — Quba xanlığında mahal. İndiki Şabran və Siyəzən rayonlarının müəyyən hissəsini əhatə edirdi. Şabran mahalı Hüseynəli və Fətəli xanların dövründə Muğandan və Azərbaycanın digər bölgələrindən köçürülmüş sakinlər tərəfindən məskunlaşdırılmışdır. Mənbələrdə əhalinin şiə məzhəbli olduğu və qubalılar kimi türk dilində danışdığı barədə məlumatlar vardır. Mahalın əhalisi taxılçılq, maldarlıq və ipəkçilik ilə məşğul olurdu. Mahalın ərazisində 81 kənd olmuşdur. Mustafazadə Tofiq. Quba xanlığı. Bakı, Elm; 2005, 480 səh.. + 1 xəritə.
Şabran rayonu
Şabran rayonu (əvvəlki adı: Dəvəçi rayonu) — Azərbaycan Respublikasında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Şabran şəhəridir. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 983-IIIQ saylı Qərarı ilə rayon Şabran rayonu adlandırılmışdır. 1578-ci ildə Osmanlı İmperiyası tərkibində Cənubi Qafqazda Dərbənd əyalətinin Şabran sancağı olmuşdur. Mərkəzi Şabran (qədim şəhər) idi. Dəvəçi rayonu 1930-cu ildə təşkil edilmişdir. 1959-cu ildə Siyəzən rayonu ləğv edilərək ona birləşdirilmiş və rayon ərazisi genişləndirilmişdir. 1992-ci ildə Siyəzən yenidən ondan ayrılmış və müstəqil rayon olmuşdur. Dəvəçi rayonu 1963-cü ildə ləğv edilərək ərazisi Abşeron rayonuna verilmiş (Dəvəçi və Siyəzən şəhərləri respublika tabeliyində şəhər kimi qalmışlar), 1965-ci ildə yenidən Dəvəçi adı ilə müstəqil rayon olmuşdur. Lap əvvəllər Dəvəçi rayonunun adı Dəvəçibazar olmuşdur.
Şabran çayı
Şabrançay — Şabran və Quba rayonu ərazisindən çay. Uzunluğu 53 km, hövzəsinin sahəsi 203 km²-dir. Yan silsiləsinin şimal-şərq yamacından (1680 m) başlayır və Ağzıbirçala gölünə tökülür. Yuxarı axınlarında Çiçi çayla (uzunluğu 18 km) qovuşur. Axımı əsasən yağış sularından əmələ gəlir. Yaz və payız aylarında çayda kiçik, daşqınlar olur. Çaydan suvarma işlərində istifadə edilir.
Şabran şəhəri
Şabran, və ya keçmiş adı ilə Dəvəçi (digər tarixi adı Dəvəçibazar) — Azərbaycanın Şabran rayonunun inzibati mərkəzi. Paytaxt Bakı şəhərindən 122 km aralı. Şəhər Quba-Xaçmaz iqtisadi rayonunda yerləşir. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 983-IIIQ saylı Qərarı ilə şəhər Şabran adlandırılmışdır. Qədim mənbələrdə adı çəkilən Şabran (Şabaran) Qafqaz dağlarının cənub-şərq qolunun şimal-şərq yamaclarında, Samurçay hövzəsində ərazi idi. Sonradan Şirvanşahlar, əl-Babın əmirləri və Arran hakimləri arasında bu ərazi üstündə çəkişmələr olmuşdur. Z.Bünyadov Şabranın Dəvəçi yaxınlığında yerləşən orta əsr sahilyanı şəhəri olduğunu qeyd edir. Şabranın şimal-şərqi Azərbaycan ərazisində idarəçilik mərkəzi olmasını daim hücumlara məruz qalan strateji əhəmiyyətli yer kimi tarixdə buraya olan hücumlar da sübut edir. Müxtəlif istiqamətlərə gedən yollar üzərində yerləşən Şabranı təsadüfü deyildir ki, ərəb hücumları dövründə Xəlifə Ömər Şirvanşahların mərkəzi şəhəri kimi, həmçinin Dərbənd və ətraf yerlərin əhalisini şimaldan hücum edənləri ölkəyə buraxmamaq şərtilə vergilərdən azad etmişdir. Azəbaycan tamamilə ərəblərə tabe edildikdən sonra Şabran III Əmirliyin böyük şəhərləri sırasında qeydə alınmışdı.
Əmirxanlı (Şabran)
Əmirxanlı — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Baş Əmirxanlı Dəvəçi rayonu-nun Əmirxanlı (keçmiş Şıxlı) inzibati ərazi vahidində kənd. Əmirxanlı çayının sahilində, Yan silsiləsinin Şimal ətəyindədir. Etnotoponimdir. Oykonim "yuxarı Əmirxanlı kəndi" deməkdir. Kəndin əhalisi 1.382 (2009) nəfər təşkil edir.
Safran
Safran — aeronavtika, kosmos və müdafiə sahələrində beynəlxalq səviyyədə mövcud olan böyük bir Fransız sənaye və texnoloji qrupudur. 2005 -ci ildə Snecma və Sagem şirkətlərinin birləşməsi ilə yaranıb. 2011-ci ilin sentyabr ayından etibarən CAC 40-da siyahıya alınmışdır. Onun şirkətləri təyyarə mühərriklərinin, helikopterlərin və raketlərin, təyyarə avadanlıqlarının və müdafiənin dizaynı və istehsalıdır. 2018 -ci ildə Zodiac Aerospace-in mənimsənilməsindən sonra, qrupun 2020-ci ilin sentyabr ayının sonunda 81,000-dən çox işçisi var idi.
Sehran Vəliyev
Safran (Yalova)
Safran — Türkiyənin Yalova vilayətinin mərkəz rayonunda kənd. == Coğrafiyası == Kənd Yalova şəhər mərkəzindən 6 kilometr aralıdadır.