Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şabran
Şabran, və ya keçmiş adı ilə Dəvəçi (digər tarixi adı Dəvəçibazar) — Azərbaycanın Şabran rayonunun inzibati mərkəzi. Paytaxt Bakı şəhərindən 122 km aralı. Şəhər Quba-Xaçmaz iqtisadi rayonunda yerləşir. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 983-IIIQ saylı Qərarı ilə şəhər Şabran adlandırılmışdır. == Tarixi == Qədim mənbələrdə adı çəkilən Şabran (Şabaran) Qafqaz dağlarının cənub-şərq qolunun şimal-şərq yamaclarında, Samurçay hövzəsində ərazi idi. Sonradan Şirvanşahlar, əl-Babın əmirləri və Arran hakimləri arasında bu ərazi üstündə çəkişmələr olmuşdur. Z.Bünyadov Şabranın Dəvəçi yaxınlığında yerləşən orta əsr sahilyanı şəhəri olduğunu qeyd edir. Şabranın şimal-şərqi Azərbaycan ərazisində idarəçilik mərkəzi olmasını daim hücumlara məruz qalan strateji əhəmiyyətli yer kimi tarixdə buraya olan hücumlar da sübut edir. Müxtəlif istiqamətlərə gedən yollar üzərində yerləşən Şabranı təsadüfü deyildir ki, ərəb hücumları dövründə Xəlifə Ömər Şirvanşahların mərkəzi şəhəri kimi, həmçinin Dərbənd və ətraf yerlərin əhalisini şimaldan hücum edənləri ölkəyə buraxmamaq şərtilə vergilərdən azad etmişdir. Azəbaycan tamamilə ərəblərə tabe edildikdən sonra Şabran III Əmirliyin böyük şəhərləri sırasında qeydə alınmışdı.
Ağalıq (Şabran)
Ağalıq (əvvəlki adı: Beynəlmiləl) — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Dəvəçi rayonunun Beynəlmiləl kənd inzibati-ərazi vahidi tərkibindəki Beynəlmiləl kəndi Ağalıq kəndi, Beynəlmiləl kənd inzibati-ərazi vahidi Ağalıq kənd inzibati-ərazi vahidi adlandırılmışdır. == Əhalisi == Kəndin əhalisi 5400 nəfər təşkil edir (2020).
Ağbaş (Şabran)
Ağbaş – Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şabran rayonuna məxsus Ağbaş kənd ərazi dairəsi Siyəzən rayonu ərazisində eksklav (anklav) şəraitdə Samur-Abşeron kanalının kənarında, Samur-Dəvəçi ovalığında yerləşir. Yaşayış məntəqəsi XX əsrin ortalarında Cirax, Hacıiskəndərli və Təkyə kənd sakinlərinə məxsus Ağbaş adlanan qışlaq yerində bəzi ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oğuzların ağbaş tayfasının adındandır. Etnotoponimdir. XTX əsrin əvvəllərində keçmış İrəvan xanlığında Aqbaş adlı kənd qeydə alınmışdır. 1900-cü ildə İran ərazisində Ağbaşlı kecidi adlı yerin olması haqqında məlumat verilir. == Əhalisi == Kəndin əhalisi 2605 nəfər təşkil edir.
Dəhnə (Şabran)
Dəhnə — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dəhnə Dəvəçi rayonunun Çuxurəzəmi inzibati ərazi vahidində kənd. Oykonim ərazidəki Ağzıbirçala gölünün mövqeyi və ya eyniadlı dağın adı ilə bağlıdır.
Dəvəçi (Şabran)
Dəvəçi (əvvəlki adı: Təzəkənd) — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 21 dekabr 2010-cu il tarixli, 35-IVQ saylı Qərarı ilə kənd Dəvəçi adlandırılmışdır. == Əhalisi == 13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Dəvəçi kəndində 2.387 nəfər əhali yaşayır.
Günəşli (Şabran)
Günəşli — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Günəşli Şabran rayonunun Beynəlmiləl inzibati ərazi vahidində kənd. Samur-Dəvəçi ovalığındadır. Yaşayış məntəqəsi keçmiş SSRİ Konstitusiyası sovxozunun 2 nömrəli malikanəsi yanında salınmışdır. 1965-ci ildə rəmzi olaraq Günəşli adlandırılmışdır. == Əhalisi == Kəndin əhalisi 693 nəfər təşkil edir.
Gəndov (Şabran)
Gəndov — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Gəndov Dəvəçi rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Samur-Dəvəçi ovalığındadır. Tədqiqatçılar kəndin adını gah yaxınlığındakı çayın suyunun yaratdığı pis qoxulu gölməçələrlə, gah da cod sulu, içməyə yararsız zəy acısı dadan bulağın suyu ilə bağlayırlar.Kənin əhalisinin çoxunu irandilli xalq olan Tatlar təşkil edir.. Kənd əlverişli coğrafi mövqeyi ilə fərqlənir. == Əhalisi == Kəndin əhalisi 2.296 nəfər təşkil edir. Etnik tərkib baxımından kəndin əhalisi müxtəlifliyi ilə seçilir. Belə ki burada tatlar, mesxeti türkləri, Azərbaycan türkləri həmçinin ləzgilər yaşayır.
Hişkədərə (Şabran)
Hişkədərə — Azərbaycan Respublikasının Şabran rayonunun Zarat inzibati ərazi vahidində kənd. == Tarixi == Xişgədərə kəndi Samur-Dəvəçi ovalığındadır. Oykonim tat dilindəki xişk/xişg (quru), -ə (bitişdirici sait) və dərə (çay dərəsi) komponentlərindən düzəlib, "quru dərə" mənasındadır. Yaşayış məntəqəsi quru çay dərəsində yerləşdiyi üçün belə adlandırılmışdır. HiŞgədərə variantında qeydə alınmışdır.
Liman (Şabran)
Liman — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.
Məliklər (Şabran)
Məliklər — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Məliklər kəndi Rəhimli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Uzunboyad kəndi olmaqla, Uzunboyad kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Əhalisi == Kəndin əhalisi 326 nəfər təşkil edir.
Padar (Şabran)
Padar — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Samur-Dəvəçi ovalığındadır. == Əhalisi == Kəndin əhalisi 563 nəfər təşkil edir. == İqtisadiyyat == Kənd əhalisi fərdi təsərrüfatla məşğul olurlar. Kənddə maldarlıq əkinçilik kimi işlər aparılır.
Qaraçaylı (Şabran)
Qaraçaylı — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.
Qızılqazma (Şabran)
Qızılqazma — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.
Rəhimli (Şabran)
Rəhimli — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Şabran rayonun tanınmış kəndlərindəndir. Bu kəndin evlərinə çatmaq üçün yolun bir qədərini piyada və ya minklə getmək lazımdır. Dəmir yoluna qədər olan ərazilərdə heç kim yaşamır. Ona görədə kəndin başından dəmir yoluna qədər olan məsafəni qət etmək lazımdır. Bu kənddə hər bir şəxsin özünə aid heyvanı və sahəsi olur. Kəndin başında yeni hotel, əyləncə mərkəzi və futbol oynamaq üçün geniş sahə yaradılıb.Burada yerləşən fermada yarışlar keçirilir. Bu kəndin özünə layiq bir məktəbi və bələdiyyəsi var.Bəzən suların gəlmədiyi vaxtda insanlar baza adlanan yerə gedir paltar yuyur və su gətirirlər. Bu kənddə köhnə bir hamamda vardır. == Əhalisi == Kəndin əhalisi 1.363 nəfər təşkil edir.
Sarvan (Şabran)
Sarvan — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.
Surra (Şabran)
Surra — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Hazırda kənd statusuna malik deyil. Şabran şəhərinin Surra küçəsi kimi qeyd edilir. == Coğrafiyası və iqlimi == Kənd Şabran rayon mərkəzi yaxınlığında yerləşir. Dəvəçiçay Surranın mərkəzindən keçir. Bu çay əhalinin içməli su və kənd təsərrüfatında işlədilən suya olan tələbatını ödəyir. == Əhalisi == Kəndin əhalisi 500 nəfərə yaxındır. == İqtisadiyyatı == Kənd əhalisi əsasən bağçılıq, bostançılıq və ticarətlə məşğul olur.
Təkyə (Şabran)
Təkyə — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Təkyə kəndi Ağbaş kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Çaraq kəndi olmaqla, Çaraq kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Əhalisi == === Tanınmış şəxsləri === Vaqif Ucatay (Hüseynov Vaqif Hüseyn oğlu) — Azərbaycan rəssamı.
Təzəkənd (Şabran)
Dəvəçi (əvvəlki adı: Təzəkənd) — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 21 dekabr 2010-cu il tarixli, 35-IVQ saylı Qərarı ilə kənd Dəvəçi adlandırılmışdır. == Əhalisi == 13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Dəvəçi kəndində 2.387 nəfər əhali yaşayır.
Udullu (Şabran)
Udullu, Udulu — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.
Vələsli (Şabran)
Vələsli — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Kəndin əhalisi 329 nəfər təşkil edir. == Din == Kənddə Vələsli kənd məscidi dini icması fəaliyyət göstərir.
Xəlfələr (Şabran)
Xəlfələr — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Xəlfələr Dəvəçi rayonunun Düz Bilici inzibati ərazi vahidində kənd. Yan silsiləsinin (Böyük Qafqaz) ətəyində, düzənlikdədir. Yaşayış məntəqəsi XIX əsrin sonlarında Quba xanı Fətəli xanın (1758-1789) Ərdəbil səfəri (1784) zamanı Azərbaycanın cənubundan gətirdiyi Şahsevənlərə mənsub xəlfələr nəslinin bir hissəsinin məskunlaşması nəticəsində yaranmışdır. == Əhalisi == Kəndin əhalisi 400 nəfər təşkil edir. == Təhsil == Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı ilə Şabran rayonu Xəlfələr kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması üçün 315 000 manat vəsait ayrılmışdır.
Xəlilli (Şabran)
Xəlilli – Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dəvəçi rayonunun Col Quşçu inzibati ərazi vahidində kənd. Dağətəyi düzənlikdədir. Yaşayış məntəqəsi Quba xanı Fətəli xanın (1759-1789) 1781-ci ildə Qarabağdan köçürdüyü xəlilli tayfasına mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. == Əhalisi == Kəndin əhalisi 433 nəfər təşkil edir.
Zeyvə (Şabran)
Zeyvə — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Zeyvə kəndi Pirəbədil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Zeyvə kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Tarixi == Qədim Şabran torpağında bir yurd yeri də Zeyvə kəndidir. Sıx meşələrin, yaşıl ormanların qoynunda binə-bölgə bağlamış bu ucqar dağ kəndi rayon mərkəzindən təxminən 30-35 kilometr uzaqlıqdadır. Yaşı az qala VI-VII əsrlərə gedib çıxan Zeyvə kəndinin adının mənasını araşdırıcılar "künc, bucaq, guşə" (cəmiyyətdən uzaq) kimi yozurlar. Bəlkə də bir vaxtlar elə beləcə də olub. Lakin uzaq Zeyvənin adı əsrlərin uzaqlığında Avropa ölkələrinə yaxın olub. Yeddinci yüzilliyin salnaməçisi, alban tarixçisi Musa Kalankatlı "Ağvan tarixi" əsərində yazır ki, Azərbaycanın şimal hissəsində ipək parçalar və müxtəlif rəngli parlaq xalçalar hazırlanır. Toxunduğu kəndin adı ilə məşhur olan "Zeyvə" çeşidli xalçaları da Avropa rəssamlarının bir sıra məşhur tablolarında zinət vasitəsi kimi geniş istifadə edilib. XV əsr intibah dövrünün görkəmli holland rəssamı Hans Memlinqin və elə həmin əsrdə yaşamış holland boyakarlıq sənətinin banilərindən hesab edilən Yan van Eykin tablolarında Zeyvə xalıları təsvir edilib.
Üzümlü (Şabran)
Üzümlü — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.
Şabran (dəqiqləşdirmə)
Yaşayış məntəqələriŞabran sancağı - Dərbənd əyalətinin sancağı Şabran rayonu— Azərbaycan Respublikasında rayon. Şabran — Azərbaycan Respublikasında şəhər.
Safran
Safran — aeronavtika, kosmos və müdafiə sahələrində beynəlxalq səviyyədə mövcud olan böyük bir Fransız sənaye və texnoloji qrupudur. 2005 -ci ildə Snecma və Sagem şirkətlərinin birləşməsi ilə yaranıb. 2011-ci ilin sentyabr ayından etibarən CAC 40-da siyahıya alınmışdır. Onun şirkətləri təyyarə mühərriklərinin, helikopterlərin və raketlərin, təyyarə avadanlıqlarının və müdafiənin dizaynı və istehsalıdır. 2018 -ci ildə Zodiac Aerospace-in mənimsənilməsindən sonra, qrupun 2020-ci ilin sentyabr ayının sonunda 81,000-dən çox işçisi var idi.
Sehran Vəliyev
Sehran Nizami oğlu Vəliyev (23 fevral 1993; Nəsimikənd, Biləsuvar rayonu, Azərbaycan — 3 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sehran Vəliyev 23 fevral 1993-cü ildə Biləsuvar rayonunun Nəsimi kəndində anadan olub. Sehran 2000-ci ildə yaşadığı Nəsimikənd kəndinin Rafiq Uzayev adına orta məktəbinin 1-ci sinfinə gedib. 2008-ci ildə o, Biləsuvar rayonundakı İ.A. Dəmirov adına Peşə Liseyinə daxil olub və oranı 2011-ci ildə 1-ci dərəcəli traktorçu-maşinist və 1-ci dərəcəli dəmirçi-çilingər ixtisası almaqla bitirib. Sehran 2008-ci ildən kikboksinq idman növü ilə məşğul olmağa başlayıb və bir neçə dərəcə əldə edib. 20 aprel 2011-ci ildə hərbi xidmətə çağırılması ilə əlaqədar idman məktəbindən ayrılıb və 28 aprel 2011-ci ildən Dövlət Sərhəd Xidmətində qulluğa başlayıb. O, 2012-ci ildə hərbi xidmətini müvəffəqiyyətlə başa vurduqdan sonra doğma kəndinə qayıdıb və yenidən idmanla məşğul olub. Bir neçə dəfə ölkə üzrə yarışlarda nailiyyətlər əldə edib. Ailəli idi, 3 övladı əmanət qaldı. == Hərbi xidməti == Sehranın hərbi sahəyə marağı onu yenidən bu çətin və məsuliyyətli işə qaytarıb.