Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şahzade Demir
Şahzadə Dəmir (1974, Şırnaq ili) — jurnalist, yazıçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Şahzadə Dəmir 1974-cü ildə Şırnak ilinin İdil ilçəsində anadan olub. İbtidai təhsilini İdil ilçəsində, orta və lisey təhsilini isə Nüseybin ilçəsində alıb. Anadolu Universiteti İqtisadiyyat Bölməsindən məzun olub. Jurnalist olaraq çalışıb. Qəzetlərdə və jurnallarda məqalələri dərc olunub. “Nipper” adlı romanın müəllifidir. Hürr Dava Partiyasının qurucularından olub. Hazırda Hürr Dava Partiyasının İdarə Heyətinin üzvü və Baş Katibi vəzifələrində çalışır. 2023-cü il mayın 14-də Hürr Dava Partiyasının namizədi olaraq Ədalət və İnkişaf Partiyası siyahısından Qaziantep ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.
Şəhzadə
Şahzadə bu mənalara gələ bilər: Şahzadə (oğlan) — titul. Şahzadə (qız) — titul. Şahzadə (kitab) — yazıçı Nikkolo Makiavelli tərəfindan yazılmış siyasət haqqında elmi nəzəriyyə. Şahzadə (Osmanlı imperiyası) — Osmanlı sülaləsinə mənsub kişi. Şahzadə (Prince of Persia) — Prince of Persia oyun seriyasının qəhrəmanı.
Şahzadə
Şahzadə bu mənalara gələ bilər: Şahzadə (oğlan) — titul. Şahzadə (qız) — titul. Şahzadə (kitab) — yazıçı Nikkolo Makiavelli tərəfindan yazılmış siyasət haqqında elmi nəzəriyyə. Şahzadə (Osmanlı imperiyası) — Osmanlı sülaləsinə mənsub kişi. Şahzadə (Prince of Persia) — Prince of Persia oyun seriyasının qəhrəmanı.
Şəhzadə Bəyazid
Şahzadə Bəyazid (I Süleymanın oğlu) — I Süleymanın oğlu. Şahzadə Bəyazid (I Əhmədin oğlu) — I Əhmədin oğlu.
Şəhzadə Cahangir
Şahzadə Cahangir (9 dekabr 1531, Konstantinopol – 27 noyabr 1553[…], Hələb) — Sultan Süleyman Qanuninin Xürrəm Sultanla olan nikahdan dünyaya gələn oğludur. Şahzadə Cahangir 1531-ci ildə İstanbulda dünyaya gəlmişdir. Təhsilini sarayda tamamlamışdır. Fiziki qüsurlu dünyaya gəlmiş, bu səbəblə ətrafındakı insanlar tərəfindən təcrid olunmuşdur. Qardaşı Şahzadə Bəyazidlə birlikdə möhtəşəm bir mərasimlə sünnət edilmişdir. 28 sentyabr 1539-cu ildə baş tutan və 2 həftə davam edən mərasim əsnasında bacısı Mihrimah Sultan da o illərdə Diyarbəkir bəylərbəyi olan Rüstəm Paşayla evləndirilmişdir. Həddi buluğa çatdığı yaşlarda atası tərəfidən Amasiya sancaqbəyliyinə gətirilmək istənsə də, xəstəliyi səbəbilə bu vəzifəni qəbul etməmişdir. Saraydakı günlərini xəttatlıqla və "Zarifi" təxəllüsü ilə şeir yazmaqla keçirmişdir. Atasının yalnız 2 səfərində iştirak etmiş ancaq bütün səfər dövrünü xüsusi kəcavədə həkim nəzarətində yatalaq olaraq keçirmişdir. Qatıldığı son səfər olan Naxçıvan səfərində isə böyük qardaşı Şahzadə Mustafa atası tərəfindən edam edilmişdir.
Şəhzadə Mehmed
Şahzadə Mehmed (I Süleymanın oğlu)
Şəhzadə cami
Şahzadə külliyəsi və ya Şahzadəbaşı külliyəsi — İstanbulda XVI əsrə aid külliyə. Osmanlı sultanı Qanuni Sultan Süleyman tərəfindən inşa etdirilən külliyə məscid, mədrəsə, imarət, sübyan məktəbi və karvansaraydan ibarətdir. Osmanlı sultanı Qanuni Sultan Süleymanın Manisa sancaqbəyi ikən vəfat edən oğlu Şahzadə Mehmedin adına inşa etdirdiyi Şahzadə külliyəsi memar Sənan tərəfindən hazırlanmışdır. İnşasına 1543-cü ilin iyununda başlanmış, ilk olaraq Şahzadə Mehmedin dəfn olunduğu türbə tamamlanmışdır. Ardından 23 may 1544-cü ildə təməli atılan məscid 1548-ci ilin avqustunda ibadətə açılmışdır. Bu müddət ərzində külliyəyə aid olan mədrəsə, imarət, sübyan məktəbi və karvansarayın inşası tamamlandı. Külliyədən nisbətən aralı yerləşən imarət və sübyan məktəbi isə Dədəəfəndi küçəsində yerləşir. 1613 və 1633-cü illərdə baş verən güclü yanğının ardından zədələnən külliyə binaları IV Murad tərəfindən təmir edilmiş, bu əsnada şadırvan gümbəzi də yenilənmişdir. 1718 cə 1782-ci illərdəki yanğınlarda isə minarənin bütün taxta konstruksiyası yanmış, 1916 və 1953-cü illərdə bəzi türbələrdə və məsciddə qismən restavrasiya işləri görülmüş, 1994–1999 illəri arasında külliyədə əsaslı təmir işləri aparılmışdır. Memar Sənanın baş memar ünvanıyla inşa etdirdiyi ilk əsər olan bu məscid bir-biriylə simmetrik olan 2 bərabər hissədən – məscidin ana binası (harim) və avlu (meydança) ibarətdir.
Şəhzadə Mustafa
Şahzadə Mustafa (osman. شهزاده مصطفى, türk. Şahzade Mustafa; 1515 – 6 oktyabr 1553) — Qanuni Sultan Süleyman ilə xanımı Mahidövran Sultanın oğlu. Atası Süleymanın əmriylə edam edilmişdir. Şahzadə Mustafa sultan olmadan haqqında ən çox mərsiyə yazılan tək şahzadədir. Manisa, Amasya və Konya sancaq bəyliklərində vəzifə almışdır. Atasına qarşı üsyan etdiyi üçün mühakimə olunmuşdur; Naxçıvan yürüşünə gedən Osmanlı ordusunun Konyada yerləşdiyi vaxt padşahın otağında boğdurulmuşdur. Qətli dövlətə qarşı üsyan ilə bağlıdır, lakin dəlillər və şahidlər mövzusu mübahisəlidir. Bəzi tarixçilər Xürrəm Sultanın öz oğullarından birini taxta çıxarmaq üçün Şahzadə Mustafaya tələ qurduğunu və ölümünü hazırladığını iddia edir. Həmçinin, 2005-ci ildə Amasiya valiliyi miniatürlərdən ilhamlanaraq Şahzadə Mustafanın bal mum heykəlini hazırlatmışdır.
Şəhzadə Nasim
Nasim Həmid (ərəb. نسيم حميد‎;12 fevral 1974, Şeffild, Yorkşir[d]) — britaniyalı keçmiş peşəkar boksçu. Həmçinin Şəhzadə Nasim (ing. Prince Naseem) və Naz ləqəbləri ilə də tanınır. Nasim Həmid 1974-cü ildə İngiltərənin Yorkşir əyalətinin Şeffild şəhərində, yəmənli ailədə anadan olub. Peşəkar boks karyerasına 1992-ci ildə başlamış və 2002-ci ildə karyerasına son vermişdir. 1998–2001-ci illərdə dünya çempionu titulu uğrunda keçirilən bütün yarışlarda aralıqsız çempion olmuşdur. Həmid uçan xalça ilə, kəcavə üzərində, həmçinin Maykl Ceksonun "Triller" videosunu canlandıraraq və s. bunun kimi möhtəşəm rinqə girişləri ilə tanınırdı. O, həmçinin özünəməxsus boks tərzi və güclü zərbə ilə rəqiblərini nokaut etməsi ilə məşhurlaşmışdı.
Konsort Şahzadə
Kral-konsort, şahzadə-konsort və ya kraliça-konsort (Prince consort) — monarxın həyat yoldaşı (kişi və ya qadın özü monarx olduqda bu titul işlədilmir). Müasir dövrün konsortları II Elizabetin həyat yoldaşı şahzadə Filip və Danimarkanın kraliçası II Marqretin əri şahzadə Henrikdir. Kraliçanın həyat yoldaşının yüksək statusunu göstərmək üçün ona şahzadə, şahzadə-konsort və ya kral-konsort titulu verilə bilər. Kraliçanın ölümündən sonra konsort titulu itirilir və sadəcə şahzadə və ya hersoq çağrılır. Anoloji status, kraliça-konsort kralın da həyat yoldaşına verilə bilər. Məsələn, VI Georqun həyat yoldaşı kraliça II Elizabetdə bu statusu daşımışdır (1936—1952).
Mehrab (şahzadə)
Mehrab — Şirvanşah şahzadəsi. == Hakimiyyət uğrunda mübarizə == Haqqında çox məlumat yoxdur. Bürhanəlinin ölümündən sonra Şirvan əyanları Dərbəndi Şirvanşahlar nəslindən Mehrab adlı birisini Şirvan hakimi seçdilər. Səfəvilər əleyhinə mübarizəyə başçılıq edən Mehrab Mirzə Şirvan qoşunları ilə Şirvan sərhədini keçərək Kür sahillərinə enib Siqnax şəhərini tutdu. Abdulla xan Mehraba hücum etdi, müqavimət göstərməyə gücü çatmayan Mehrab qaçdı və Şirvan vilayəti yenidən qızılbaşların əlinə keçdi.
Şahzadə Vaxuşti
Vaxuşti Baqrationi; Şahzadə Vaxuşti (gür.: g.ə. ვახუშტი ბატონიშვილი, l.ə. vaxuşti batonişvili) — Kartli kralı VI Vaxtanqın nigahdankənar oğlu, alim, coğrafiyaçı, tarixçi və kartoqraf. 1717–1724-cü illərdə Kartlinin siyasi həyatında fəal iştirak etmişdir: VI Vaxtanqın əmri ilə 1722-ci ildə (I Pyotrun Xəzərsahili əyalətlərə yürüşü zamanı Səfəvi şahına xəyanət edən VI Vaxtanq oğlu III Bakarla birlikdə 40.000 əsgər ilə rus ordusuna qoşulmaq üçün Gəncəyə gedərəkən və orada Rusiya imperatorundan xəbər gözləyərkən: 1722-ci ilin avqust–noyabr aylarında) Kartlinin hakimi, 1724-cü ildə isə Aşağı Kartli ordusunun baş komandanı təyin edilmişdi. 15 iyul, 1724-cü ildə kral ailəsinin digər üzvləri ilə birlikdə Rusiya çarlığına (Həştərxana) köçdü. 1757-ci ildə Moskvada vəfat edən Vaxuşti bu şəhərdə yerləşən "Don monastırı" nekropolunda dəfn edilmişdir. Vaxuşti, qısa adı Kartvel krallığının təsviri (gür.: g.ə. აღწერა სამეფოსა საქართველოსა, l.ə. ağtsera sameposa sakartvelosa) – tam adı Kartvel krallığının təsviri, onun adət və qanunları (gür.: g.ə. აღწერა სამეფოსა საქართველოსა, ზნენი და ჩვეულებანი საქართველოსანი l.ə.
Şahzadə Xəlil
Şahzadə Xəlil (d. 1346 - ö. aprel 1362) — 2-ci Osmanlı sultanı Qazi Orxan bəyin oğlu, Osmanlı şahzadəsi. Onun qaçırılma hadisəsi XIV əsr Osmanlı-Bizans münasibətlərinin formalaşmasında mühüm rol oyandı. Şahzadə Xəlil doğumu haqqında dəqiq yazılı məlumat yoxdur. Ancaq 1362-ci ildə taxt uğrunda ayaqlananda 16 yaşı olduğu qeyd edilir və beləcə doğum tarixi təxminən 1346 olaraq qəbul edilir. Atası Osmanlı dövlətinin ikinci bəyi Qazi Orxan bəy, anası isə Bizans imperatoru VI İohann Kantakuzinin qızı Teodora idi. Tarixi mənbələrdə haqqında yazılan ilk məlumat isə 1357-ci ildə genuyalı dəniz quldurları tərəfindən İzmit sahillərində qaçırılması hadisəsidir. XIV əsrdə Egey və Mərmərə dənizi quldur hücumlarının mərkəzinə çevrilmişdi. Ancaq bu hadisə zamanı quldurların əsir götürükləri 11 yaşlı uşağın kimliyini bilib-bilmədikləri dəqiq deyil.
Şahzadə (oğlan)
Şahzadə — Şah oğlu və ya padşah ailəsindən olan şəxslərin övladlarından biri. Osmanlı imperiyasındakı şahzadə tituluna uyğundur. Prenslər əksər Avropa ölkələrində prenseslərlə ilə birlikdə taxt üçün növbəyə dururdular. Fransada vəliəhd prensi dofen adlandırırdılar. Qədim türklərdə Tigin sözü şahzadə sözünə müvafiq gəlir.
Şahzadə (qız)
Şahzadə qız ümumiyyətlə, sülalələrdə qadın üzvlərə verilən ümumi bir zadəgan tituludur. Bəzi ölkələrdə taxt-taca sahib olmaq imkanı yoxdur, lakin bəzi ölkələrdə tək başına taxt-taca sahib ola bilərlər. Tarixdə mənsub olduqları ölkənin və sülalələrin maraqları naminə başqa ölkələrin hökmdarları və ya əhəmiyyətli məmurları ilə evləndirilmişdirlər. Buna misal olaraq tez-tez görülən Bizans sülalələri ilə Osmanlı sülaləsi arasındakı evliliklərdir. Sözün qədim türk dilində qarşılığı kunçuy, Azərbaycanca şahzadə qızdır.
Şahzadə oğlan
Şahzadə — Şah oğlu və ya padşah ailəsindən olan şəxslərin övladlarından biri. Osmanlı imperiyasındakı şahzadə tituluna uyğundur. Prenslər əksər Avropa ölkələrində prenseslərlə ilə birlikdə taxt üçün növbəyə dururdular. Fransada vəliəhd prensi dofen adlandırırdılar. Qədim türklərdə Tigin sözü şahzadə sözünə müvafiq gəlir.
Şahzadə Saqqız
Şahzadə Bonnibel Saqqız (həmçinin Bonni, PB və P-bubs kimi bilinir) — Pendlton Vord tərəfindən yaradılmış "Macəra zamanı" cizgi serialının personajlarından biri. Hynden Walch tərəfindən səsləndirilmişdir. Şahzadə Saqqız konfet insanların yaşadığı Konfet Krallığını idarə edir. O, serialın baş qəhrəmanları Finn və Ceyk ilə yaxın dostdur və ilk dəfə serialın 2008-ci ildəki pilot epizodunda görünüb. Bonni LGBT cəmiyyətinin üzvüdür, serialın "Come Along with Me" adlı final epizodunda o, Marselin ilə öpüşərək bunu təsdiqləmişdir. Onun seksuallığı məlum olmasa da, onun lezbiyan, biseksual, queer və ya non-binar ola biləcəyi güman edilir. Saqqız çox mədəni və qayğıkeşdir, o, doğru olanı etməyə inanır. Ancaq kimsə onu əsəbləşdirsə, o, istəmədən pis tərəfini göstərə bilər. O, inanılmaz dərəcədə ağıllı və istedadlıdır, Konfet insanları yaratmış, həmçinin zaman maşını daxil olmaqla müxtəlif ixtiralara imza atmışdır. Almanca və Koreya dilində sərbəst şəkildə danışmağı bacarır.
Şahzadə Dəmir
Şahzadə Dəmir (1974, Şırnaq ili) — jurnalist, yazıçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Şahzadə Dəmir 1974-cü ildə Şırnak ilinin İdil ilçəsində anadan olub. İbtidai təhsilini İdil ilçəsində, orta və lisey təhsilini isə Nüseybin ilçəsində alıb. Anadolu Universiteti İqtisadiyyat Bölməsindən məzun olub. Jurnalist olaraq çalışıb. Qəzetlərdə və jurnallarda məqalələri dərc olunub. “Nipper” adlı romanın müəllifidir. Hürr Dava Partiyasının qurucularından olub. Hazırda Hürr Dava Partiyasının İdarə Heyətinin üzvü və Baş Katibi vəzifələrində çalışır. 2023-cü il mayın 14-də Hürr Dava Partiyasının namizədi olaraq Ədalət və İnkişaf Partiyası siyahısından Qaziantep ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.
Şahzadə Nukada
Şahzadə Nukata (額田王, təq. 630 – təq. 690) və ya Nukata no Okimi – Asuka dövründə yaşamış Yaponiya şairəsi. Şahzadə Kaqaminin qızı və İmperator Tenmunun həyat yoldaşı olmuşdur. Yamato əyalətində yerləşən Nukata kəndində doğulduğu və Fucivara no Kamatarinin həyat yoldaşının bacısı olduğu güman olunur. Ana tərəfdən ailəsi İzumo qrupunun üzvü olmuş güclü bir klana mənsub olmuşdur. Ailəsi miflər və şifahi ənənələrlə zəngin olduğu üçün sarayda ədəbi bacarıqlarına görə fərqlənmişdir. Əvvəlcə Şahzadə Oama (gələcək imperator Tenmu) ilə evlənsə də, təxminən 658-ci ildə Şahzadə Naka no Oe (gələcək imperator Tenci) ilə evlənmişdir. Heç vaxt rəsmi saray imperatriçası statusu daşımamasının səbəbi yüksək rütbəli şinto rahibəsi olması ilə əlaqələndirilir. İmperator Tenmu üçün bir qız doğmuşdur.
Şahzadə Nukata
Şahzadə Nukata (額田王, təq. 630 – təq. 690) və ya Nukata no Okimi – Asuka dövründə yaşamış Yaponiya şairəsi. Şahzadə Kaqaminin qızı və İmperator Tenmunun həyat yoldaşı olmuşdur. Yamato əyalətində yerləşən Nukata kəndində doğulduğu və Fucivara no Kamatarinin həyat yoldaşının bacısı olduğu güman olunur. Ana tərəfdən ailəsi İzumo qrupunun üzvü olmuş güclü bir klana mənsub olmuşdur. Ailəsi miflər və şifahi ənənələrlə zəngin olduğu üçün sarayda ədəbi bacarıqlarına görə fərqlənmişdir. Əvvəlcə Şahzadə Oama (gələcək imperator Tenmu) ilə evlənsə də, təxminən 658-ci ildə Şahzadə Naka no Oe (gələcək imperator Tenci) ilə evlənmişdir. Heç vaxt rəsmi saray imperatriçası statusu daşımamasının səbəbi yüksək rütbəli şinto rahibəsi olması ilə əlaqələndirilir. İmperator Tenmu üçün bir qız doğmuşdur.
Behzad Behzadi
Behzad Behzadi (1927, Astara, Gilan ostanı – 27 fevral 2008, Kaliforniya) — Azərbaycanlı alim, yazıçı, tərcüməçi və Azərbaycan dili üzrə tədqiqatçı. O, hüquq sahəsində təhsil almış hüquqşünas, 2000-ci illərdə Tehranda nəşr olunan "Azəri" jurnalının redaktoru idi.
Şahzadə Yaqub
Şahzadə Yaqub (1359, Bursa – 1389, Kosovo) — 3. Osmanlı padşahı I Muradın Füldanə Xatundan doğulan üçüncü oğludur. Kiçik yaşlarından etibarən mükəmməl təhsil almış, hərbi və siyasi həyata erkən yaşlarından başlamışdır. Atasının bütün səfərlərinə qatılmışdır. I Muradın son səfəri olan Kosova Meydan Müharibəsində böyük qardaşı Şahzadə Bəyazidlə birlikdə səfərə qatılmışdır. Döyüş əsnasında Serb hakimi Lazarın qüvvələrini məğlub edən Yaqub Çələbi qaçan düşmən qüvvələrinin ardından getdi və döyüş meydanından kənara çıxdı. Bu əsnada döyüş meydanını gəzən I Murad şəhid edilmiş, paşaların da təşviqi ilə Şahzadə Bəyazid gizlicə sultan elan edilmişdir. Ancaq Şahzadə Yaqubun səltənəti ələ almaq üçün taxt mübarizəsinə başlama ehtimalını önləmək üçün xəbərsiz şahzadənin edam qərarı verildi. Sultan otağına çağırılan Şahzadə Yaqub Çələbi heç nə izah edilmədən dərhal boğularaq öldürüldü. I Bəyazid qardaşının cənazəsini Bursaya gətirərək burda torpağa verdi.
Şahzadə Yelena
Şahzadə Yelena və ya Yelena Avqusta Viktoriya (ing. Helena Augusta Victoria; 25 may 1846, Vestminster borosu, Böyük London – 9 iyun 1923) — Şelezviq-Qolşteyn şahzadəsi, Kraliça Viktoriya və Albert Saxe-Koburq Saalfeldin beşinci uşağı.
Şahzadə Yiçenq
Şahzadə Yiçenq — Suy sülaləsindən Çin şahzadəsi. Şahzadə Anyinin ölümündən sonra 599-cu ildə Yami xaqanla evləndirilmişdir. Onun ölümündən sonra 609-cu ildə Şibi xaqanla, 619-cu ildə Çula xaqanla, 621-ci ildə İllig xaqanla evlənmişdir. 630-cu ildə Tan sülaləsi sərkərdəsi Li Çinq tərəfindən öldürülmüşdür.
Şahzadə Yəhya
Şahzadə Yəhya (1585, 1589 və ya bilinmir, bilinmir – 1649, Kotor) — 12-ci Osmanlı padşahı III Muradın və Trabzon imperiyasında hakim olmuş Komnenos ailəsinə mənsub Elenanın oğludur. Qardaşı III Mehmed taxta çıxdığı gecə 19 qardaşının edamı üçün fətva istədi. Bu səbəbdən elə həmin gecə anasının tərtib etdiyi bir tərtibatla saraydan qaçırıldı. Bugünkü Makedoniya torpaqlarında bir monastıra aparılmış və xristian olaraq xaç suyuna salınmışdır. Böyük qardaşının 1603-cü ildə vəfat etməsinin ardından 13 yaşlı qardaşı oğlu I Əhməd taxta keçdi. Həmin illərdə ən böyük şahzadə olan Şahzadə Yəhya taxtın öz haqqı olduğunu iddia etdi və geri qalan həyatını bunun uğrunda mübarizə ilə keçirdi. 1603-cü ildən sonra Avropada davamlı olaraq iddiasına dəstək axtaran Şahzadə Yəhya Florensiya, Madrid, Roma, Krakov, Antverpen və Praqa başda olmaq üzrə çox sayda şəhəri və ölkəni gəzdi. 1614–1617-ci illər arasında Serbiya Provaslav kilsəsi ilə birlikdə Nobırda və Şar dağlarında müxtəlif qiyam cəhdlərinə qarışmış, sipahi geyimində səfərlərə qatılmışdır. Daha sonra kazakların dəstəyi ilə bir donanma quraraq İstanbula hücuma keçdi. Ancaq bu hücumu müvəffəqiyyət qazanmadı.
Şahzadə adaları
Adalar arxipelaqı (Qızıl adalar; türk. Kızıl Adalar, Prens Adaları — "Şahzadə adaları" və ya sadəcə Adalar; yun. Πριγκηπόννησα, Pringeponnesa; q.yun. Πριγκήπων νήσοι, Pringēpōn nēsoi) — adalar qrupuna doqquz ada daxildir. Adalar Mərmərə dənizində İstanbul şəhər sahilindən bir qədər araləda qərarlaşır. İnzibati cəhətdən isə Türkiyənin İstanbul ilinin Adalar bələdiyyəsi ərazisinə daxildir. Adalar arxipekaqına daxil olan adalar: Böyükada (türk. Büyükada) — adından göründüyü kimi arxipelaqın ən iri adasıdır. Yunsnlar adanı Prinkilos (yun. Πρίγκηπος, Prínkēpos — "şahzadə") adlandırırlar.
Bəyzadə
Bəyzadə — bəy oğlu, bəy nəslindən olan adam. Sovet hakimiyyəti qurulana qədərki Azərbaycanda hakim sinfə mənsub adamların oğlan uşaqlarına da bəyzadə deyilirdi. Bu titul Osmanlı imperiyasında zadəgan nəslindən olan və imperiyada mühüm vəzifə tutan müvəqqəti valilərə və hərbi generallara verilirdi. Bu termin tez-tez Osmanlı imperiyası haqqında olan Qərb mənbələrində cəmiyyətdə üstün yer tutan, adətən böyük gücə malik olan kişilərə aid edilirdi. Şərqi Avropada, Balkanlarda, Qafqazda, Anadolu və İraq Kürdüstanının bəzi bölgələrində Osmanlının bu regionlardakı fəthlərində iştirak edən çərkəz şahzadələrinə bəyzadə titulu verilirdi.
Şəhadət
Kәlmeyi-şəhadət (ərəb. الشهادة‎ — əş-şəhadə, tərc. "şahidlik ", ) — İslamın iki əsas ehkamını ifadə edən düsturdur. Tək Allaha və Məhəmməd peyğəmbərin onun elçisi olmasına inamı ifadə edir. Müsəlman ibadətlərində şəhadətdən geniş istifadə olunur. Ərəbcə: Ərəbcə tələffüzü: Azərbaycanca: İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.128.
Şəhrizadə
Söyləməzoğlu Şəhrizadə Kamali Səhaməttin qızı (d. 3 sentyabr 1952, Ankara, Türkiyə Respublikası) — müğənni, xanəndə, xeyriyyəçi, caz musiqiçisi və mahnı bəstəçisidir. Şəhrizadə Kamali Söyləməzoğlu 1952-ci il 3 sentyabrda Ankara şəhərində ziyalı ailəsində anadan olub. Atası "Mədən kralı" kimi tanınan Səhaməttin Kamali Söyləməzoğlu iş adamıdır. Anası məşhur, hörmətli Sevinc Tevs ilk türk caz müğənnisi olub. 1970-ci ildə Beyrut şəhəri Choueifat Beynəlxalq İngilis Kollecini bitirərək bakalavr dərəcəsini qazanmışdır. Türk, ingilis, fransız və ərəb dillərini öz ana dili kimi istifadə edir. Qüvvət komandiri general Süleyman Şefiq paşanın nəvəsidir. Ədhəm Pərtəv paşanın qardaşı olan Rumeli bəylərbəyi və Konya qubernatoru Əli Kamali paşa ulu babasıdır. Bibisi Pərizad Osmanlı İmperiyası şahzadəsi tituluna malik idir.
Şeyxzadə
Məqsud Şeyxzadə — milliyyətcə azərbaycan türkü olan Özbəkistan şairi. Hafiz Məmmədəmin Şeyxzadə — Azərbaycan pedaqoqu, din xadimi.