Şahzadə Abdullah (1464, Amasya ili – 6 noyabr 1483, Qaramanlı eli) — 8. Osmanlı sultanı II Bəyazidin oğlu, Osmanlı şahzadəsi.[1][2]
Şahzadə Abdullah | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1464 |
Doğum yeri | Amasya sancaqbəyliyi, Osmanlı imperiyası |
Vəfat tarixi | 6 noyabr 1483 |
Vəfat yeri | Qaraman əyaləti, Osmanlı imperiyası |
Dəfn yeri | Muradiyə külliyəsi, Bursa |
Atası | II Bəyazid |
Anası | Şirin Xatun |
Həyat yoldaşı | Fərahşad Sultan |
Uşaqları |
Şahzadə ... Aynişah Sultan Şahnisə Sultan |
Şahzadə Abdullah 1464-cü ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun xanımlarından Şirin Xatundur. Uşaqlıq illəri Amasyada keçən Şahzadə Abdullah 1480-ci ildə qardaşlarıyla birlikdə İstanbula — babası Fateh Sultan Mehmedin yanına göndərildi. Burada qardaşları Qorqud, Əhməd, Aləmşah, Mahmud və Səlim, eləcə də əmisi Şahzadə Cemin oğlu Oğuz xanla birlikdə möhtəşəm mərasimlə sünnət edildi. Mərasimin ardından Trabzon sancaqbəyi təyin edildi və anası Şirin Xatunla birlikdə Trabzona yollandı. Beləcə, Trabzona təyin olunan ilk Osmanlı şahzadəsi oldu. Cəmi bir il sonra Fateh Sultan Mehmedin vəfatıyla atası II Bəyazid dərhal İstanbula yola düşdü və qardaşı Şahzadə Cemlə girişdiyi taxt mübarizəsinin ardından taxta çıxdı.
Atasının taxta çıxmasından bir müddət sonra vəzifə yeri dəyişdirildi və ana-oğul Qaraman əyalətinə yollandı. Ölümünədək əyalətin mərkəzi hesab edilən Konyada qalan Şahzadə Abdullah çox keçmədən 1483-cü ildə vəfat etdi. Cənazəsi Bursaya gətirilərək Muradiyə külliyəsinə dəfn edildi. Daha sonra anası Şirin Xatun tərəfindən məzarı üzərinə türbə inşa edildi.