Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Giraffa
Zürafə (lat. Giraffa) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin zürafələr fəsiləsinə aid heyvan cinsi. Dünyanın ən hündür canlısıdır. Qara və qəhvəyi xallardan ibarət olan bir bədəni vardır. Hündürlüyü 4–6 m arasında dəyişir. Zürafə təbii şəkildə yalnız Afrikada yaşayır. Cənubi və Şimali Afrika ən çox olduqları bölgələrdir. Ümumiyyətlə savannalarda, otlaqlarda və açıq meşələrdə həyatlarını davam etdirirlər. Akasiya ağacının yetişdiyi bölgələr seçimləridir. Uzun boynu ona yerdə bitən otla yemlənməyə çox mane olsa da, əvəzində üst dodağı və uzun dili ən hündür budaqlardakı yaşıl yarpaqları da qoparmağa kömək edir.
Giraffa camelopardalis

Hiraqa Qennay
Hiraqa Qennay (平賀 源内, 1728[…], Şido[d] – 24 yanvar 1780, Tenma-ço həbsxanası[d], Tokio) – Edo dövründə yaşamış Yaponiya polimatı. O, təbiətşünas, farmakoloq, ranqaku alimi, həkim, ixtiraçı, yazıçı, dulusçu və rəssam kimi tanınmışdır. Samuray ailəsində doğulsa da, özünü elmə və incəsənətə həsr etməyə qərar vermiş, ronin olmuşdur. == Təxəllüsləri == Qennay həyatı boyunca müxtəlif təxəllüslərlə tanınmışdır. Təbiətşünaslıq və rəssamlıqla məşğul olarkən Kyukey ("Göyərçin dərəsi"), yazıçılıqla məşğul olarkən isə Furay Sancin ("Külək sürən") və Tenciku Ronin ("Xaricdən gələn ronin") təxəllüslərindən istifadə etmişdir. Coruri əsərlərini isə Fukuuçi Kiqay təxəllüsü ilə imzalamışdır. İstifadə etdiyi digər təxəllüslərə Kuvazu Hinraku ("Heç nə yemədən yoxsulluğun dadını çıxarmaq") və Hinka Zeninay ("Kasıb ev, pul yoxdur") aiddir. Qennayın istifadə etdiyi təxəllüslər özünə tərif, istehza, hikkə, qayğısızlıq kimi xüsusiyyətlər daşıyır. == Həyatı == === 1728–1763 === Hiraqa Qennay 1728-ci ildə Sanuki əyalətinin Takamatsu hanında doğulmuşdur. Atası Şirayşi Mozaemon aşağı rütbəli samuray idi.
Qərmətilərin İraqa yürüşü
Qərmətilərin İraqa yürüşü — Bəhreyn qərmətilərinin Abbasilər xilafətinin paytaxt bölgəsi İraqa 927-ci ilin payızında başlayan və 928-ci ilin yayına qədər davam edən genişmiqyaslı basqını. Bu yürüş əvvəlki illərdə həcc karvanlarına edilən bir sıra dağıdıcı basqınlar, eləcə də Bəsrə və Kufənin yağmalanmasından sonra yaranan gərginliyin kulminasiya nöqtəsi idi. Bu basqınlar qərmətilərə müqavimət göstərməkdə aciz qalan Abbasi hökumətindəki ümumi siyasi nasazlıq fonunda baş vermiş, Bağdadda siyasi gərginliyi artırmış və vəzir ibn Fəratın edamına səbəb olmuşdur. 927-ci ilin oktyabr və ya noyabr ayında qərmətilərin rəhbəri Əbu Tahir Cənnəbi İraqa yürüş etmək üçün tərkibi 2,300 nəfərdən çox olmayan bir qüvvəyə rəhbərlik etmişdir. Qərmətilər dekabrda Kufəni tutmuş və Azərbaycanın əsir götürülən yarımmuxtar əmiri Yusif ibn Əbu Sac xeyli böyük ordusunu məğlub etmişdilər. Qərmətilər daha sonra şimaldan Fərat çayı boyunca Bağdada doğru hərəkət etməyə başlamış, nəticədə paytaxtda burada geniş çaxnaşma baş tutmuşdur. Təhlükəyə qarşı çıxmaq üçün 40 mindən çox qoşun toplanmış, lakin Abbasi sərkərdələri Munis Müzəffər və Əbülheycə Həmdani döyüşdən yayınmış, əvəzində Bağdad yaxınlığındakı körpüləri və kanalları dağıdaraq qərmatilərin irəliləməsinə mane olmuşdular. Baş verən daşqın nəticəsində qərmatilər 7 yanvar 928-ci il tarixində Bağdad yaxınlıqlarında irəliləməyə son qoymuş, daha sonra Fəratın digər tayına çəkilərək Şimali Mesopotamiyaya doğru hərəkət etmiş, burada bölgəni yağmalamış və sakinləri əsir götürmüşdülər. Müqavimətlə qarşılaşmayan qərmətilər 928-ci ilin yayında Bəhreynə qayıtmışlar. Yürüş Kufədə qərməti simpatizanları olan Bəqliyyə üsyanına səbəb olmuşdur, lakin bu üsyan Abbasi qüvvələri tərəfindən yatırılmışdır.
ABŞ və müttəfiqlərinin İraqa müdaxiləsi (2003)
ABŞ və onun müttəfiqləri tərəfindən İraqa müdaxilə, rəsmi olaraq "İraqın azadlığı" əməliyyatı” — ABŞ və müttəfiqlərinin Səddam Hüseyn rejimini devirmək üçün 2003-cü ildə İraqa qarşı həyata keçirdikləri hərbi əməliyyat. İraq ordusuna qarşı "şok və titrəyiş" doktrinasına əsaslanan hərbi əməliyyatlar martın 20-də başladı və aprelin 9-da Amerika qoşunlarının İraqın paytaxtı Bağdadı tutması ilə başa çatdı. Mayın 1-də ABŞ prezidenti Corc Buş (kiçik) aktiv hərbi əməliyyatların başa çatdığını elan etdi. Hərbi əməliyyatların başlanmasının rəsmi səbəbi kimi Birləşmiş Ştatlar rejimin beynəlxalq terrorizmlə, xüsusən də "Əl-Qaidə" hərəkatı ilə əlaqəsi, eləcə də kütləvi qırğın silahlarının axtarışı və məhv edilməsi olduğunu bildirmişdi. 2004-cü ilin oktyabrında aparılan yoxlamalar İraqda kütləvi qırğın silahlarının mövcudluğunu aşkar etməmişdir. Səddam Hüseyn ABŞ-a qarşı terror hücumları planlaşdırmışdı. Belə ki, 1991-ci ildən əvvəl istehsal edilmiş kimyəvi silah mərmiləri və onların istehsalı üçün zavodlar müharibədən sonra tapılmışdı, hansı ki Səddam Hüseyn onları 1991-ci ildən sonra ləğv etməli idi. İşğalın məqsədlərindən birinin İraq neftinə nəzarəti ələ keçirmək olduğu da irəli sürülür . Əməliyyat BMT tərəfindən bəyənilməyib və beynəlxalq ictimaiyyətin narazılığına səbəb olub . == Zəmin == İşğal ərəfəsində ABŞ-ın rəsmi mövqeyi belə idi ki, İraq kütləvi qırğın silahları hazırlayır (xüsusən, İraqın alüminium borular alması uranın zənginləşdirilməsi və atom silahı üçün sentrifuqların hazırlanmasına sübut kimi təqdim olunurdu) və İraqı güc yolu ilə tərksilah etmək lazımdır.
Siraf
Bəndər Siraf və ya Tahiri— İranın Buşehr ostanının Kəngan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3 500 nəfər və 722 ailədən ibarət idi.
Sırğa
Sırğa — Qulağa taxılan qızıl, gümüş və s.-dən düzəldilmiş müxtəlif formalı bəzək; tana, qulaq pirsinqi. == Etimologiya == Bir çox türkoloq alim "sırğa" sözünün "asmaq" feilindən əmələ gədiyini və sözün ilkin biçiminin asırğa kimi olduğunu düşünür. Çaqatay dilində "astiq" — hörüklərdən və pullardan düzəldilmiş qadın bəzəyi; Azərbaycan türkcəsində "astığ" — qadın sırğası, Türkiyə türkcəsində "asım takım" — qadınların taxdığı süs əşyası. Maraqlıdır ki, Xakas dilinin koybal və kaçin dialektlərində "ak sırğa" ifadəsi "sirkə (bit yumurtası)" anlamına gəlir. Qazax dilində "sirkiremek" — çisəmək (yağış haqqda); Çuvaş dilində "şarkalanmak" — damla-damla tökülmək (şeh haqqda). Tatar, başqırd, çuvaş dillərində "sirkə" həm də "çiçək tozu" deməkdir. == Tarixçə == === Türk kişilərin sırğa taxması === Qədim Türk xüsusiyyətlərinin, adət və ənənələrinin bir çoxunu özündə əks etdirən Kitabi Dədə Qorqudda "altun küpəli Oğuz bəyləri"ndən də bəhs olunur: "Qulağı altun-altun küpəli… Boz ayğırlı Beyrək çapar yetdi" (D-67). Çin mənbələrinin verdiyi məlumata görə qırğızlarda qulağa həlqə, yəni sırğa taxmaq adəti mövcud imiş. Son Xarəzmşahlar dövrü tarixini yazan məşhur Nəsəvidə olan bir qeyd bu adətə aiddir: Səlcuq hökmdarı Alp Arslan Gürcüstana etdiyi səfərlərdə oradakı bir çox bəyləri əsir etmiş, sonra onların qulaqlarına öz adları həkk olunmuş həlqə taxaraq azad etmişdi. Səlcuqların süqutundan sonra bəylərin hamısı bu həlqələri çıxarmışdılar.
Sırqa

Simanqa Dlamini
Mirağa Ağayev
Mirağa Mirzağa oğlu Ağayev (9 oktyabr 1993, Ucar) — İtaliya mediasında “Şahmatın dahisi”, “Şahmatın şahı”, “Azərbaycan işıq saçır” ifadələri ilə adlandırılan, İtaliyada şahmat sahəsində bir sıra ilklərə imza ataraq Pyemont regionunda beynəlxalq usta adını alan ilk şahmatçı olaraq tarixə düşmüş azərbaycan əsilli İtaliya şahmatçısı. == Həyatı == M.Ağayev 1993-cü ildə Ucar rayonunda anadan olmuşdur. Orta məktəbdə oxuyarkən şahmat üzrə zona və respublika yarışlarında iştirak etmişdir. 2003-cü ildə on yaşından ailəsi ilə birlikdə İtaliyaya köçmüş, Milanda da şahmat məktəbinə getməyə başlamışdır. Sonradan oyunlarını intensivləşdirmiş və İtaliya çempionatında 14 yaşlılar arasında oynayaraq ikinci yerə sahib olmuşdu, daha sonra Avropa çempionatına qatılıb gözəl nəticə əldə etmişdir. 2013-cü ildə İtaliyanın ən yüksək təhsili sayılan "Liceo Scientifico Galileo Galilei" bitirmiş, 2014-cü ildə "Università La Sapienza di Roma"nın "Scienze Politiche e relazioni internazionali" fakültəsinə qəbul olmuşdur. 5 dildə (azərbaycan, türk, rus, İtalyan, ingilis) danışa bilən, 2 dildə (fransız, ispan) başa düşən şahmatçı eyni zamanda şahmat üzrə dərslər keçir. İndiyədək əllidən çox seans vermişdir. == Şahmat yolu == 2015-ci ildə İtaliyanın Bratto şəhərində keçirilən yarışda şahmatda Beynəlxalq usta olmaq üçün iştirak etmişdir. Beləki, axırıncı turda rəqibi Ermənistanın baş məşqçisi və qrosmeysteri olan 52 yaşlı erməni Karen Movsesyan idi.
Mirağa Cəfərquliyev
Mirağa Cəfərquliyev — hüquq elmləri doktoru, professor, ədliyyə general-mayoru (1987). == Həyatı == Mirağa Əşrəf oğlu Cəfərquliyev 8 noyabr 1940-cı ildə Lerikdə anadan olmuşdur. 1957-ci ildə Lerik qəsəbə orta məktəbini bitirmişdir. 1959-cu ildə hərbi xidmətə çağrılan M. Cəfərquliyev hərbi xidmətini başa vurduqdan sonra Sverdlovski şəhərindəki Hərbi-texniki məktəbin hüquq fakültəsinə daxil olmuşdur. 1964-cü ildə bu məktəbi fərqlənmə diplomu ilə bitirərək Sverdlovski şəhər Dİİ-nin xidmət şöbəsində inspektor vəzifəsində çalışmışdır. M. Cəfərquliyev 1965-ci ildə Azərbaycan Respublikasına qayıdaraq Sumqayıt şəhərinin daxili işlər orqanlarında əməliyyat-axtarış sahəsində fəaliyyət göstərmişdir. 1966-cı ilin sentyabr ayından SSRİ DİN Akademiyasına daxil olan Mirağa Cəfərquliyev 1969-cu ildə akademiyanı fərqlənmə diplomi ilə tamamlamışdır. Həmin il burada əyani aspiranturaya qəbul edilmiş, aspirant olarkən Akademiyada cinayət prosesi fənnindən dərs demişdir. O, 1972-ci ildə Moskvada namizədlik dissertasiyasını müdafiə etdikdən sonra Bakıya qayıdaraq, Bakı şəhər Daxili İşlər İdarəsinə baş müfəttiş təyin edilir, sonra Bakı şəhər Daxili İşlər İdarəsinin partiya komitəsinin katibi seçilir və 1977-ci ilin avqustuna qədər bu vəzifədə çalışır. Bu dövrdən Azərbaycan KP MK-nın İnzibati Orqanlar Şöbəsində təlimatçı vəzifəsinə dəvət edilən Mirağa Cəfərquliyev 1983-cü ilin dekabrına qədər orada çalışmış, həmin ilin dekabrından Bakı şəhər Partiya Komitəsinin İnzibati Orqanlar Şöbəsinə müdir təyin edilmişdi.
Mirağa Qasımov
Mirağa Hafiz oğlu Qasımov (1 avqust 1995, Moranlı, Cəlilabad rayonu – 12 noyabr 2020, Bakı) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mirağa Qasımov 1995-ci il avqustun 1-də Cəlilabad rayonunun Moranlı kəndində anadan olub. Orta təhsilini əvvəlcə, Moranlı kənd, sonra isə Qara Kazımlı kənd tam orta məktəbində almışdır. == Hərbi xidməti == Mirağa Qasımov 2013–2014-cü illərdə müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. 2015-ci ildən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət edirdi. Azərbaycan Prezidenti İlham Əliyevin 17 avqust 2020-ci il tarixli 2217 nömrəli Sərəncamına əsasən Azərbaycan dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Mirağa Qasımov "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Mirağa Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mirağa Qasımov oktyabrın 26-da Zəngilanın azad edilməsi zamanı ağır yaralanıb və Hərbi Hospitala aparılıb. 20 gün Koma vəziyyətində qaldığdan sonra noyabrın 12-də şəhid olub. Cəlilabad rayonunun Moranlı kəndində dəfn olunub.
Mirağa Əliyev
Mirağa Əli oğlu Əliyev (1912, Çardaqlı, Zəngəzur qəzası – mart 1973) — Azərbaycan-sovet dövlət və partiya xadimi, Azərbaycan SSR kənd təsərrüfatı nazirinin müavini (1954–1955), Azərbaycan Kommunist Partiyasının Qubadlı (1948–1951), Duvannı, İmişli, Qasım İsmayılov rayon komitələrinin və Kirovabad Şəhər Komitəsinin birinci katibi, Azərbaycan KP Gəncə Vilayət Komitəsinin ikinci katibi. == Həyatı == Mirağa Əli oğlu Əliyev 1912-ci ildə Zəngəzur qəzasının Çardaqlı kəndində anadan olmuşdur. 1926-cı ildə orta məktəbi bitirdikdən sonra Quba Kənd Təsərrüfatı Texnikumuna oxumağa göndərilmişdir. O, burada komsomol üzvü olmuş və texnikumun ilk komsomol təşkilatının katibi seçilmişdir. 1930-cu ildə təhsilini bitirdikdən sonra Qubadlı və Laçın rayonlarında müəllim işləmiş, heyvandarlıq texnikumunun direktoru, Azərbaycan SSR Xalq Torpaq Komissarlığının inspektoru olmuşdur. 1941-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsini bitirmişdir. Böyük Vətən müharibəsiin ilk günlərindən müharibə iştirakçısı olan Mirağa Əliyev bir sıra komandir vəzifələrində çalışmış, minamyot divizionunun komissarı, atıcı polku komandirinin siyasi hissə üzrə müavini olmuşdur. Döyüş xidmətlərinə görə "Qırmızı bayraq" ordeni, iki "Qırmızı ulduz" ordeni və medallarla təltif edilmişdir. Fəhlə-Kəndli Qırmızı Ordusu sıralarında mayor rütbəsinədək yükləsən Mirağa Əliyev 1944-cü ilin fevral ayında Dnepr çayından keçərkən ağır yaralanaraq ordudan tərxis edilmişdir. 1945-ci ilin yanvar ayında Mirağa Əliyev Bakı Kənd Təsərrüfatı Texnikumunun direktoru təyin edilmiş və 1948-ci ilin fevral ayınadək bu texnikuma başçılıq etmişdir.
Bəndər Siraf
Bəndər Siraf və ya Tahiri— İranın Buşehr ostanının Kəngan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3 500 nəfər və 722 ailədən ibarət idi.
Mirağa Əliyev (əsgər)
Mirağa Əliyev (tam adı: Mirağa Musa oğlu Əliyev; 29 avqust 2000; Xocavənd, Ağcabədi rayonu, Azərbaycan — 29 sentyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mirağa Əliyev 29 avqust 2000-ci ildə Ağcabədi rayonunun Xocavənd kəndində anadan olmuşdur. Orta təhsilini Ağcabədi rayonu Mirzə Fətəli Axundov adına 3 nömrəli liseydə almışdır. Sonra Bakı şəhərində 5 nömrəli peşə liseyində şirniyyatçı, qənnadçı ixtisası üzrə təhsil almışdır. == Hərbi xidməti == Mirağa Əliyev 2018-ci ilin 25 oktyabrında Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinə hərbi xidmətə yollanmışdır. Burada Mirağa quruda xidmət edirdi, yer məxfi idi və o, hərbi silah-sursatı mühafizə edərək xidmət edirdi. Mirağa Əliyev, hərbi xidmət müddətini 2020-ci ilin 20 aprelində fərqlənmə ilə bitirmişdir. 2020-ci ilin iyul ayında başlayan Tovuz döyüşlərindən sonra Mirağa da səfərbər olunmuş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon üzrə ünvanına yaxınlaşmış, adını könüllü olaraq müharibəyə getmək üçün yazdırmışdır. 21 sentyabr 2020-ci ildə bir neçə günlük hərbi təlim toplantısına çağırılan Mirağa Əliyev 27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsində ilk gündən baş kəşfiyyatçı olaraq ön cəbhədə kəşfiyyatçı tağımında vuruşmuşdur. Füzulinin və Cəbrayılın alınmasında böyük şücaətləri olub.
Mirağa Əliyev (dəqiqləşdirmə)
Mirağa Əliyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Mirağa Əliyev (dövlət xadimi) — Qubadlı Qəza Partiya Komitəsinin birinci katibi.
Mirağa Əliyev (dövlət xadimi)