Mirağa Əliyev (tam adı: Mirağa Musa oğlu Əliyev; 29 avqust 2000; Xocavənd, Ağcabədi rayonu, Azərbaycan — 29 sentyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Mirağa Əliyev | |
---|---|
Mirağa Musa oğlu Əliyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Xocavənd, Ağcabədi rayonu, Azərbaycan |
Vəfat tarixi | (20 yaşında) |
Vəfat yeri | Cəbrayıl rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Musa Əliyev |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2018-2020 |
Rütbə | Əsgər |
Vəzifəsi | Baş kəşfiyyatçı |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Cəbrayılın azad edilməsi |
Təltifləri |
Mirağa Əliyev 29 avqust 2000-ci ildə Ağcabədi rayonunun Xocavənd kəndində anadan olmuşdur.[1] Orta təhsilini Ağcabədi rayonu Mirzə Fətəli Axundov adına 3 nömrəli liseydə almışdır. Sonra Bakı şəhərində 5 nömrəli peşə liseyində şirniyyatçı, qənnadçı ixtisası üzrə təhsil almışdır.
Mirağa Əliyev 2018-ci ilin 25 oktyabrında Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinə hərbi xidmətə yollanmışdır. Burada Mirağa quruda xidmət edirdi, yer məxfi idi və o, hərbi silah-sursatı mühafizə edərək xidmət edirdi. Mirağa Əliyev, hərbi xidmət müddətini 2020-ci ilin 20 aprelində fərqlənmə ilə bitirmişdir.
2020-ci ilin iyul ayında başlayan Tovuz döyüşlərindən sonra Mirağa da səfərbər olunmuş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon üzrə ünvanına yaxınlaşmış, adını könüllü olaraq müharibəyə getmək üçün yazdırmışdır. 21 sentyabr 2020-ci ildə bir neçə günlük hərbi təlim toplantısına çağırılan Mirağa Əliyev 27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsində ilk gündən baş kəşfiyyatçı olaraq ön cəbhədə kəşfiyyatçı tağımında vuruşmuşdur. Füzulinin və Cəbrayılın alınmasında böyük şücaətləri olub. Füzulinin və Cəbrayılın keçilməz yollarını, erməninin keçilməz postlarını qəhrəmanlıqla keçiblər. Düşmənin arxa cəbhəsinə dəfələrlə keçərək mühüm məlumatlar əldə etmişdir. Döyüş yoldaşlarını mühasirədən xilas etmişdir.[2] Füzuli və Cəbrayıl uğrunda gedən döyüşlərdə hər iki ayağından qəlpə yarası alsa da, döyüşə davam etmişdir. Çoxlu canlı erməni qüvvələrini məhv etmişdir. Füzulinin və Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. O, 29 sentyabr 2020-ci ildə Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən snayperlə açılan atəş nəticəsində ürəyindən vurularaq həlak olmuşdur. 30 sentyabr 2020-ci ildə doğulduğu Ağcabədi rayonunun Xocavənd kəndində torpağa tapşırılmışdır.
Evin tək oğlu idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirağa Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirağa Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mirağa Əliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[5]
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Mirağa Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.[6]
Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyi tərəfindən Mirağa Əliyev ölümündən sonra "Qarabağ uğrunda" medalı ilə təltif edildi.
Atası Musa Sətdar oğlu Əliyev Birinci Qarabağ müharibəsində könüllü olaraq kəşfiyyat tağımında döyüşmüş və Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyi tərəfindən "Qarabağ veteranı" medalı ilə təltif edilmişdir.