Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Stapli qoruğu
Sataplia qoruğu — Gürcüstanın Çxaltub bələdiyyəsinə bağlı qoruğ. Qafqazın cənub-şərq silsiləsində, Stapli dağında yerləşir. Qoruğun əsası 1935-cildə qoyulub, indiki sərhədlərnən—1957-ci ildə. Qoruğ həmişə yaşıl meşələrin Kolxid növünün və geologiya, arxeologiya abidələrinin qorunması məqsədi ilə qurulub. Qoruğun sahəsi 354 hektardır, 348 hektarı meşə sahəsidi. Qoruğun relyefi dağlıqdır, iqlimi isə subtropikə yaxındır. Qoruqda nadir meşə ağacları yetişir, onlardan: tis, kolxidi samşiti, kolxidi padubu, meşə fıstlğı və s. 20 növ ağac endemik sayılır. Qoruğda dovşan, tülkü, çaqqal və barsuk vardır. Qoruğun ərazisində sönmüş vulkanın krateri, daş dövrünə aid ilk insan məskənləri, dinazavorların daşlaşmım ayaq izləridə vardır.
Şamlı
Şamlı — Təxəllüs. Bu təxəllüsü olan tanınmış şəxslərAbbasqulu xan Şamlı — Qızılbaş sərkərdəsi, Heratın hakimi, şair, xəttat Abdı bəy Şamlı — Qızılbaş əmiri, Heratın hakimi Durmuş xan Şamlı — Qızılbaş sərkərdəsi, Heratın hakimi Ağzivər sultan Şamlı — Qızılbaş sərkərdəsi, Herat hakimi Hüseyn bəy Şamlı — I Şah İsmayılım lələsi, Şirvanın ilk qızılbaş hakimi Hüseyn xan Şamlı — Qızılbaş sərkərdəsi, Əmirəlüməra, Heratın, Çuxur Sədin bəylərbəyi Hüseynqulu sultan Şamlı — Şamlı elindən qızılbaş sərkərdəsi, Səbzivar vilayətinin hakimi Həsən xan Şamlı — Qızılbaş sərkərdəsi, Heratın hakimi, şair, xəttat II Zeynal xan Şamlı — Qızılbaş sərkərdəsi, Bağdadın hakimi, Zeynal xan Şamlının nəvəsi Mirzə Vəli xəlifə Şamlı — Qızılbaş sərkərdəsi, Məşhədin hakimi Mustafa xan Şamlı — Nadir şahın səfiri, Şamlı elinin başçılarından Mürtəzaqulu xan Şamlı — şair, vali, xəttat Rzaqulu xan Şamlı — Nadir şahın sərkərdəsi və səfiri Sultan Hüseyn xan Şamlı — Şamlı elindən qızılbaş sərkərdəsi, Qəzvin hakimi, Herat bəylərbəyi Vəliqulu bəy Şamlı — Şamlı elindən olan Azərbaycan tarixçisi Xəlifə sultan Şamlı — Qızılbaş sərkərdəsi, Heratın hakimi Zeynal xan Şamlı — Qızılbaş sərkərdəsi, Heratın hakimi Əhməd sultan Şamlı — Şamlı elindən qızılbaş sərkərdəsi, I Şah Təhmasib Səfəvinin əmiri. Əhməd Şamlı — tanınmış İran şairi Əhməd Şamlı Məşhədi — XVIII əsrin və Qacarlar dövrünün əvvəllərinin xəttatlarından Əliqulu xan Şamlı — Sultan Hüseyn bəyin oğlu, Durmuş xanın nəvəsi, II Şah İsmayıl Səfəvinin zamanında Heratın hakimi, Abbas mirzənin (I Şah Abbas Səfəvinin) lələsi, I Təhmasib Səfəvinin kürəkəni Əlmərdan xan Şamlı — Nadir şahın səfiri, sərkərdə Ərəb xan Şamlı — Şamlı elinin Bəydili oymağından olan qızılbaş sərkərdəsi, Şirvan vilayətinin bəylərbəyi Sepidə Şamlı — İranlı yazıçı, romançıYaşayış məntəqələriŞamlı (Qəbələ) — Azərbaycanın Qəbələ rayonunda kənd. Şamlı (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Hüseynabad Şamlı — İranın Həmədan ostanının Məlayer şəhristanının Cokar bəxşində kənd Şamlı (tayfa) — Azərbaycanlıların soykökündə duran tafyalardan biri. Şamlı eli — Azərbaycanın soykökündə duran qurumlardan biri.
Andromeda ştamı
Andromeda ştamı (ing. The Andromeda Strain; 1969) — ABŞ yazıçısı Maykl Kraytonun elmi-fantastik romanı. == Mövzusu == ABŞ-nin kosmosa göndərdiyi hərbi kosmik peyk kiçik bir qəsəbəyə düşür. Peyki götürmək üçün bölgəyə gedən xüsusi hərbi heyətin mərkəzlə radio əlaqəsi qəflətən kəsilir. Heyətin və qəsəbə sakinlərinin hamısı (bir körpə və sərxoşdan başqa) ölü tapılır. Hərbi peykin kosmosdan indiyədək mənşəyi bilinməyən virus gətirdiyindən şübhələnirlər. Ölkənin qabaqcıl alimlərindən ibarət qrup müasir texnologiya ilə təchiz olunan laboratoriyada virusun sirrini açmağa çalışır. == Filmlər == Maykl Kraytonun 1969-cu ildə yazdığı bu roman əsasında 1971-ci ildə eyniadlı film çəkildi. Robert Uaysın rejissoru olduğu və baş rollarda Artur Hill, Devid Ueyn, Ceyms Olson və Keyt Ridin oynadığı film böyük rəğbət qazandı. 2008-ci ildə bu roman üzrə 2 seriyalı televiziya film çəkilmişdir.
Böyük Şamlı
Böyük Şamlı-İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanının Abışəhməd bəxşinin Qışlaq dehestanında kənd.
Hüseynabad Şamlı
Hüseynabad Şamlı-İranın Həmədan ostanının Məlayer şəhristanının Cokar bəxşində kənd.
Kiçik Şamlı
Kiçik Şamlı (fars. شاملوي كوچك‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanının Abışəhməd bəxşinin Qışlaq dehestanında kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 187 nəfər yaşayır (35 ailə).
Məhəmmədcəfər Şamlı
Məhəmmədcəfər Şamlı-(?-?). XVIII yüzil tarixçisi == Həyatı == == Yaradıcılığı == Məhəmmədcəfər Şamlı öncə Nadir şah Avşarın sarayında, onun ölümündən sonra Əfqanıstanın Dürrani sülaləsindən Əhməd şah Abdalinin srayında yazıb-yaratmışdı.Onun "Mənazil-əl-futuh", "Tərifi-Mənazil-əl-futuh" adlı tarixi əsərləri var. Bu əsərlər İran, hindistan şahlarından bəhs edir. Məşhur Paniapat döyüşü bu əsərlərdə işıqlandırılır.
Sepidə Şamlı
Sepidə Şamlı- İranlı yazıçı, romançı.O, fars dilində bir neçə roman yazmışdır.2000-ci ildə onun "Eləbil bizə demişdin Leyli" adlı romanı Gülşiri mükafatına layiq görülmüşdür.
Səid Şamlı
Professor Səid Şamlı-İranın Klinik psixologiyasının təsisçisi.1929-cu ildə Məlayer şəhərində anadan olmuşdur.ABŞda təhsil alıbdır.2004-cü ildə Tehranda vəfat edib.
Şamlı (Ağdam)
Şamlı — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1993-cü ildə Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur. == Tarixi == Şamlı- Ağdam rayonunda XIX əsrdə kənd adı. Suriyada (Şamda) məskunlaşmış və sonra qızılbaşlara qoşulmuş bir elin adı. Teymurləng səfəvi şeyxi Xacə Əliyə bağışlamış, o da onları Azərbaycana gətirib yerləşdirmişdir.
Şamlı (Heris)
Şamlı (fars. شاملو‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanının Xoca bəxşinin Qərbi Bedevostan dehestanında kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 295 nəfər yaşayır (69 ailə).
Şamlı (Qəbələ)
Şamlı — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Azərbaycanda müxtəlif türk tayfalarının adını özündə yaşadan yaşayış məskənləri, toponimlər mövcuddur. Bunlardan biri də Qəbələ rayonundakı Şamlı kəndidir. "Şamlı" Suriyadan gəlmiş türk tayfalarından (boylarından) birinin adı olub. Kəndin əsasını Şamlı tayfaları qoymuşdur. Şamlı Şimali Suriyadan gəlmiş Türk tayfalarından (boylarından) birinin adı olub. Şamlı tayfasının Azərbaycana köç etməsi faktı Türkiyəli alim İsmayıl Qayqusuzun internetdə verilmiş “Qızılbaşlıq və qızılbaşlar” adlı məqaləsində də qeyd olunur. Monqolların hücumu zamanı Türkiyəyə gedən və Şamda (Suriyada) məskən salan (o zaman Suriya Osmanlı imperatorluğunun tərkibində olub) səlcuqlardan ibarətdir. Onlar Şamlı adı altında Topal Teymur tərəfindən Suriyadan köçürülmüş və İranda məskunlaşmışlar. Sonradan onlar Azərbaycana köçüblər.
Şamlı (Zəngilan)
Şamlı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Gilətağ kənd inzibati ərazi dairəsində kənd.Yerli əhalinin məlumatına əsasən kəndin əsası XIX əsrdə Şamı, Tağı və Nağı adlı qardaşlar qoymuşlar. Böyük qardaş Şamının adı ilə Şamlı adlandırılmışdır. Əslində topononim Qızılbaşların şamlı qəbiləsi ilə bağlıdır. Şamlı Teymurun 1402-ci ildə türk Bəyazid üzərində qəbələsindən sonra Suriyadan (Şamdan) apardığı bəydili ailəsi ilə əlaqədardır. Həmin ailəni Teymur Səfəvi şeyxi Xacə Əliyə vermiş, oda onları Azərbaycanın cənubundə yerləşdirmişdir. Səfəvilərin hakimiyyəti uğrunda mübarizədə şamlılar iştirak etmişdir. Səfəvi şahları bu tayfaya Azərbaycanda yerlər bağışlamışdır.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub. == Tarixi == Əsasını Şamlı tayfaları qoymuşdur. == Əhalisi == Erməni işğalınadək kənd əhalisi Azərbaycan türklərindən ibarət olmuşdur .
Şamlı (tayfa)
Şamlı — tayfa, el. Qızılbaş tayfa ittifaqına daxil olan toplulardan biri. == "Şamlı" adı haqqında == Azərbaycanda müxtəlif türk tayfalarının adını özündə yaşadan yaşayış məskənləri, toponimlər mövcuddur. Bunlardan biri də Azərbaycan Respublikasının Qəbələ rayonundakı "Şamlı" adıdır. Məlumdur ki, "Şamlı" Şimali Suriyadan gəlmiş türk tayfalarından (boylarından) birinin adı olub. Bu faktı tarixi mənbələr də təsdiq edir. Şamlı adının yaranması haqda Məhəmməd Həsən Vəliyevin (Baharlı) "Azərbaycan" adlı kitabında (fiziki-coğrafi, etnoqrafiq və iqtisadi oçerk) belə yazılır: "1034-cü ildən (425-ci ildən) başlayaraq Azərbaycana Səlcuq adı ilə tanınmış bir türk tayfası gəlməyə başlamışdır… Səlçuqlar bir sıra tayfalara bölünmüşlər və bunlardan bir çoxları monqol hücumu dövründə onlara tabe olmaq istəməyib, Kiçik Asiyaya çıxıb getmiş və ordan sonralar müxtəlif vaxtlarda Azərbaycana gəlmişdilər, bir hissəsi isə monqollar dövründə də Azərbaycanda qalmışdı. Səlcuq tayfaları indi də Ayrum, Şamlı, Bəydilli, İnallı, Təklə, Qaramanlı, Əhmədli, Aydınlı, İmirli, Düxər və s. adlarla məşhurdur". M. H. Vəliyev (Baharlı) eyni əsərində daha sonra yazır: "…Başqa səlcuq tayfası Şamlı, monqolların basqını zamanı Türkiyəyə gedən və Şamda (Suriya) məskən salan (o zaman Suriya Osmanlı İmperiyası|Osmanlı imperatorluğunun tərkibində olub – müəl.) səlcuqlardan ibarətdir.
Şamlı bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şamlı eli
Şamlı — tayfa, el. Qızılbaş tayfa ittifaqına daxil olan toplulardan biri. == "Şamlı" adı haqqında == Azərbaycanda müxtəlif türk tayfalarının adını özündə yaşadan yaşayış məskənləri, toponimlər mövcuddur. Bunlardan biri də Azərbaycan Respublikasının Qəbələ rayonundakı "Şamlı" adıdır. Məlumdur ki, "Şamlı" Şimali Suriyadan gəlmiş türk tayfalarından (boylarından) birinin adı olub. Bu faktı tarixi mənbələr də təsdiq edir. Şamlı adının yaranması haqda Məhəmməd Həsən Vəliyevin (Baharlı) "Azərbaycan" adlı kitabında (fiziki-coğrafi, etnoqrafiq və iqtisadi oçerk) belə yazılır: "1034-cü ildən (425-ci ildən) başlayaraq Azərbaycana Səlcuq adı ilə tanınmış bir türk tayfası gəlməyə başlamışdır… Səlçuqlar bir sıra tayfalara bölünmüşlər və bunlardan bir çoxları monqol hücumu dövründə onlara tabe olmaq istəməyib, Kiçik Asiyaya çıxıb getmiş və ordan sonralar müxtəlif vaxtlarda Azərbaycana gəlmişdilər, bir hissəsi isə monqollar dövründə də Azərbaycanda qalmışdı. Səlcuq tayfaları indi də Ayrum, Şamlı, Bəydilli, İnallı, Təklə, Qaramanlı, Əhmədli, Aydınlı, İmirli, Düxər və s. adlarla məşhurdur". M. H. Vəliyev (Baharlı) eyni əsərində daha sonra yazır: "…Başqa səlcuq tayfası Şamlı, monqolların basqını zamanı Türkiyəyə gedən və Şamda (Suriya) məskən salan (o zaman Suriya Osmanlı İmperiyası|Osmanlı imperatorluğunun tərkibində olub – müəl.) səlcuqlardan ibarətdir.
Əhməd Şamlı
Əhməd Şamlı (farsca: احمد شاملو; 12 dekabr 1925, Tehran – 24 iyul 2000 və ya 23 iyul 2000, Kərəc, Tehran ostanı) — A.Bamdad ədəbi təxəllüsü ilə tanınan iranlı şair, yazıçı və jurnalist. O, müasir İranın ən vacib şairlərindən biri hesab olunur. İlk şeirlərini Nima Yuşiçin təsiri altında yazmış, onun ənənələrini davam etdirmişdir. İranlı ədəbi tənqidçi Abduləli Dastgib Şamlının müasir İran poeziyasının qabaqcıllarından biri olduğunu və Nimadan sonra öz dövrünün şairlərinə ən çox təsir göstərən şair olduğunu söyləmişdir. Şamlının şeirləri mürəkkəb olsa da, təsvirləri anlaşıqlıdır. O, İran oxucularına Hafiz və Ömər Xəyyamın şeirlərindən tanış olan ənənəvi təsvirlərdən istifadə etmişdir. Şamlının şeirlərində gündəlik təsvirlərdə təcəssüm etdirilən oksimonorik elementlər abstraktlığın qeyri-reallığı, eyni zamanda da reallıq ilə vəhdət təşkil edir. İran poeziyasında görülməyən bu metod ənənəvi şeriyyat pərəstişkarlarının bəzilərini narahat etmişdir. Şamlı fransız dilindən farscaya çoxlu tərcümələr etmiş, eyni zamanda, öz əsərləri də bir çox dillərə tərcümə olunmuşdur. Bundan əlavə, o, çox sayda pyes yazmış, İran poeziyasının önəmli klassik şairlərinin, xüsusilə də Hafizin əsərlərini redaktə etmişdir.
Abbasqulu xan Şamlı
Abbasqulu xan Şamlı (?-?) — qızılbaş sərkərdəsi, Heratın hakimi, şair, xəttat. == Həyatı == Abbasqulu xan Həsən xan oğlu Herat şəhərində doğulumuşdu. Ailə təlim-tərbiyəsi almışdı. Sonra mədrəsədə oxumuşdu. Atası kimi şair və xəttatlığı vardı. Abbasqulu xan şairlərə hamilik edirdi. Onun sarayında Sədəddin Məhəmməd Rəqəm, Molla Nazim, Mirzə Mənsur Şəhriyari, Mirzə Həsən Vahib, Mirzə Fəsihi Ənsari və başqaları kimi şairlər şeir məclislərində iştirak edir, çörək yiyəsi olurdular. Abbasqulu xan öncə sarayda qılınc qorçusu kimi xidmətə başlamışdı. Sonra yüzbaşı olmuşdu. Atasının vəfatından, 1641-ci ildən sonra Heratın hakimi olmuşdu.
Andromeda ştamı (roman)
Andromeda ştamı (ing. The Andromeda Strain; 1969) — ABŞ yazıçısı Maykl Kraytonun elmi-fantastik romanı. == Mövzusu == ABŞ-nin kosmosa göndərdiyi hərbi kosmik peyk kiçik bir qəsəbəyə düşür. Peyki götürmək üçün bölgəyə gedən xüsusi hərbi heyətin mərkəzlə radio əlaqəsi qəflətən kəsilir. Heyətin və qəsəbə sakinlərinin hamısı (bir körpə və sərxoşdan başqa) ölü tapılır. Hərbi peykin kosmosdan indiyədək mənşəyi bilinməyən virus gətirdiyindən şübhələnirlər. Ölkənin qabaqcıl alimlərindən ibarət qrup müasir texnologiya ilə təchiz olunan laboratoriyada virusun sirrini açmağa çalışır. == Filmlər == Maykl Kraytonun 1969-cu ildə yazdığı bu roman əsasında 1971-ci ildə eyniadlı film çəkildi. Robert Uaysın rejissoru olduğu və baş rollarda Artur Hill, Devid Ueyn, Ceyms Olson və Keyt Ridin oynadığı film böyük rəğbət qazandı. 2008-ci ildə bu roman üzrə 2 seriyalı televiziya film çəkilmişdir.
Ağzivər sultan Şamlı
Ağzivər sultan Dəmri sultan oğlu Şamlı (?-1534) — qızılbaş sərkərdəsi, Herat hakimi. == Həyatı == Ağzivər sultan Dəmri sultan oğlu Şamlı elinin Bəydili oymağındandır. Durmuş xan Şamlıdan sonra I Şah İsmayıl Səfəvinin oğlu Sam mirzənin lələsi olmuşdu. Əvvəlcə Nişapurun, sonra Herat əyalətinin hakimi idi. Dəfələrlə özbəklərə qarşı vuruşmuşdu. 1532-ci ildə Übeydulla xan şəhərdən geri çəkildikdən sonra Herata daxil olan şah, Heratın özbəklər tərəfindən mühasirəsi zamanı "məzlumların əmlakını qarət etdiklərinə", xalqı incitdiklərinə görə Xorasan hakimi Qazi xan Təkəlini və onun köməkçilərini vəzifədən kənar etməyə məcbur olmuşdu. Xəzinədən "yoxsullara" və "zəiflərə" pul paylandı. Ağzıvar xan Şamlı eyni zamanda vilayətin nominal hakimi çahzadə Sam mirzənin atabəyi (lələsi) yerini tutmaqla Xorasan hakimi təyin olundu. 1534-cü ildə vəkil Hüseyn xan Şamlının öldürülməsi ilə əlaqədar olaraq qızılbaş tayfaları arasında başlanan ara müharibələri, Xorasanda da feodal hərc-mərcliyinə səbəb oldu. Hüseyn xanın həmtayfası, Xorasan bəylərbəyi Ağzıvar sultan mərkəzi hakimiyyətə qarşı qiyam qaldırdı.
Abdı bəy Şamlı
Abdı bəy Şamlı (XIV əsr – 1524) — qızılbaş əmiri, Heratın hakimi. == Həyatı == Abdı bəy Şamlı I Şah İsmayılın görkəmli əmirlərindən idi. Əmir xan Mosullu-Türkmandan sonra Heratın hakimi oldu. O, 1524-cü ildə vəfat etdi. == Ailəsi == Abdı bəyin soyu Abdılı adlanırdı.
Durmuş xan Şamlı
II Durmuş xan Əbdi bəy oğlu Şamlı (XV əsr, Herat – 1525, Herat) — qızılbaş sərkərdəsi, Heratın hakimi. == Həyatı == II Durmuş xan Əbdi bəy oğlu Şamlı elinın Bəydili oymağındandır. I Şah İsmayıl Səfəvinin sarayında eşikağası vəzifəsində çalışırdı. Şah onu oğlu Sam mirzəyə lələ təyin etdi və onu Əmir xan Türkmanın əvəzinə Herata hakim göndərdi. O, burda 1521-ci ildən 1525-ci ilədək bəylərbəyi oldu. Durmuş xan adlı-sanlı qızılbaş sərkərdəsi idi. Ölkənin müxtəlif yerlərində üsyan, yağı hücumu olanda şah şamlı əmirlərini, o cümlədən Durmuş xanı ora göndərirdi. Tarixçi Əbdi bəy Şirazi yazır: "Mazandaranın hakimləri vergini verməyə diqqətsizlik etdiklərinə görə Durmuş [xan] və Zeynal xan Şamlını onları tənbeh etmək üçün göndərdilər. Zilhiccə [ayının] 7-də (10 dekabr 1518) Ulad və Kilis qalalarını mühasirə etdilər. [Həmin ayın] 11-də (14 dekabr 1518) Kilis fəth olundu.
Heydər Qiyai Şamlı
Heydər Qiyai Şamlı (23 oktyabr 1922, Tehran – 6 sentyabr 1985, Antib) — Azərbaycanlı memar. Müasir İran memarlığının ilk nümayəndələrindən biri olan o Senat evinin, Tehran Hilton Otelinin, bir neçə qatar stansiyalarının, kinoteatrların, müxtəlif mülkü və hökumət binalarının memarıdır. == Həyatı == Heydər Qiyai Şamlı Qızılbaş tayfa ittifaqına daxil olan Şamlı tayfasındandır. 23 oktyabr 1922-ci ildə Tehranda doğulub. 1948-1953-cü illər ərzində o Parisdə yerləşən "École nationale supérieure des Beaux-Art" ali məktəbində təhsil alıb. 1954-cü ildə vətənə qayıtdıqdan sonra Tehran universitetinin incəsənət fakultəsində dərs deməyə başlayır. Dövlətdən aldığı ilk sifariş Tehran Senat evinin tikintisi olur. 1954-1959-cu illər ərzində Mohsen Furuği il birlikdə bu binanın tikintisində çalışır. Bundan sonra məşhurluq əldə edən o 1959-cu ildə Su və elektrik təchizatı nazirliyi binasının, 1960-cı ildə İncəsənət sarayının, 1963-cü ildə Məşhəd xəstəxanasının, 1970-ci ildə Kənd təsərrüfatı nazirliyi binasının və bir sıra dövlət sifarişi olan binaların memarı olur. 1968-ci ildə Qiyai rəsmi olaraq şah sarayının memarı təyin olunur və Fərəhabad saraylarının tikintisi ilə məşğul olur.
Heydər Ğiyai Şamlı

Hüseyn bəy Şamlı
Hüseyn bəy Şamlı (fars. حسین بیگ شاملو‎); d. ?, türk mənşəli Şamlı eli - ö. 1514, Çaldıran) — Şah İsmayılın lələsi, Səfəvilər dövlətinin ilk əmir-əl-ümərası və vəkili. == Həyatı == Şamlı elindən olub, Şah İsmayılın Gilanda gizləndiyi vaxt qoruyucusu idi. I Şah İsmayılın həm ən nüfuzlu silahdaşı, həm də tərbiyəçisi olan Hüseyn bəy Şamlı 1501-ci ildə Şirvana canişin təyin olunmuşdu. Ancaq daha sonra darmadağın edilmiş Şirvanlıları təqib edərək Fərrux Yəsara çatan və şirvanşahın başını I Şah İsmayıla gətirən cilovdarı Şahgəldi ağanı öz yerinə təyin etmişdir. Eyni il Səfəvilər dövlətinin bütün ordusunun sərkərdəsi - əmir əl üməra və vəkili təyin olunmuşdur. 1507-ci ildə bir qrup kürd qarətçi tərəfindən hücuma məruz qalıb 300 əsgər itirməsi onun dövlətdəki gücünün zəifləməsinə səbəb oldu. Bundan sonra vəkillik vəzifəsindən azad olundu.
Hüseyn xan Şamlı
Hüseyn xan Əbdi bəy oğlu Şamlı (XIV əsr – 1534, Herat) — qızılbaş sərkərdəsi, əmir əl-üməra, Heratın, Çuxursəəd bəylərbəyi. == Həyatı == Hüseyn bəy Əbdi bəy oğlu Şamlı elinin Bəydili oymağındandır. I Şah İsmayıl Səfəvinin bacısı oğludur. Şahdan öncə sultan, sonra xan ünvanı almışdı. 1525-ci ildə Heratın, sonra Çuxur Sədin bəylərbəyisi olmuşdu. I Şah Təhmasib ona əmirəlüməra ünvanı verdi. Hüseyn xan 1534-cü ildə I Şah Təhmasib tərəfindən öldürülüb. == Herat bəylərbəyi == Bu zaman özbəklərlə döyüşdə böyük şücaət və cəsurluq nümayiş etdirmiş şamlı tayfasının başçısı Hüseyn xan əvvəlki mühasirə zamanı ağır vəziyyətə salınmış, ərzaq cəhətdən korluq çəkən Heratın hakimi vəzifəsini tutmuşdu. Qızılbaş qoşunu Xorasanı tərk edən kimi, Übeydulla xan yenidən bura hücum etdi və Hüseyn xanın azsaylı qızılbaş dəstəsi ilə qoruduğu Heratı mühasirəyə aldı. Çuxa Sultan qızılbaş qoşununu Heratda mühasirəyə düşənlərə köməyə göndərməyi yubandırdı.
Ataməli Musaoğlu
Ataməli Seyidməmməd oğlu Musaoğlu və ya Musayev (5 mart 1995, Lökbatan – 16 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin tabeliyindəki Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş kəşfiyyatçısı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ataməli Seyidməmməd oğlu Musaoğlu əslən Neftçaladan olsa da Lökbatan qəsəbəsində doğulub. Neftçi Qurban adına 288 sayılı tam orta məktəbdə təhsilini almışdır. BDU məzunu olub. Xəzər universitetində magistr tələbəsi olan Ataməli psixoloq kimi fəaliyyət göstərirdi və çox uğurla karyerasını yüksəldirdi. 2 yaşında Gül adlı qızı var. Evin tək oğlu idi. Səfərbərlik zamanı işini, qızını arxada qoyub könüllü cəbhəyə yollanmışdı. Suqovuşana bayraq sancanlardan olub. Yaralı dostunu xilas edərkən düşmən tərəfindən ürəyindən nişan alınıb və atasının ad günündə 16 oktyabr tarixində Ağdərə rayonunda qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.
La Stampa
La Stampa — 1867-ci ildə yaranan İtaliya qəzeti.
Samuli Piippo
Samuli Piippo (1 yanvar 1980) — Finlandiyalı oxatan. Samuli Piippo Finlandiyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. O, 2013-cü il Dünya Çempionatında kişilərin fərdi yarışında iştirak etmişdir. == Karyerası == Samuli Piippo birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Almaniyanın nümayəndəsi Florian Floto ilə üz-üzə gəldi. Həmin görüşdə Samuli Piippo rəqibinə 0:6 hesabı ilə uduzdu.
Şamoli Ray
Şamoli Ray (5 aprel 1994) — Banqladeşli oxatan. Şamoli Ray Banqladeşi 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Şamoli Ray birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Meksikanın nümayəndəsi Qabriela Bayardo ilə üz-üzə gəldi. Həmin görüşdə Şamoli Ray rəqibinə 0:6 hesabı ilə uduzdu.
I Gilyom de Şamplit
I Gilyom de Şamplit (fr. Guillaume II de Champlitte; 1160-cı illər – 1209[…], Apuliya) — Axeya knyazı (hak. 1246–1262). Bizans imperatoru tərəfindən devrilən Şamplit daha sonra Fransa krallığına köçmüş və orada sülalə qurmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Fillips, Conatan. Четвёртый крестовый поход (rus). Moskva: АСТ; Астрель. 2010. ISBN 978-5-17-057043-0.