Şamlı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Gilətağ kənd inzibati ərazi dairəsində kənd.[1]
Şamlı | |
---|---|
Ölkə | Azərbaycan |
Rayon | Zəngilan rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 680 m |
Saat qurşağı |
Yerli əhalinin məlumatına əsasən kəndin əsası XIX əsrdə Şamı, Tağı və Nağı adlı qardaşlar qoymuşlar. Böyük qardaş Şamının adı ilə Şamlı adlandırılmışdır. Əslində topononim Qızılbaşların şamlı qəbiləsi ilə bağlıdır. Şamlı Teymurun 1402-ci ildə türk Bəyazid üzərində qəbələsindən sonra Suriyadan (Şamdan) apardığı bəydili ailəsi ilə əlaqədardır. Həmin ailəni Teymur Səfəvi şeyxi Xacə Əliyə vermiş, oda onları Azərbaycanın cənubundə yerləşdirmişdir. Səfəvilərin hakimiyyəti uğrunda mübarizədə şamlılar iştirak etmişdir. Səfəvi şahları bu tayfaya Azərbaycanda yerlər bağışlamışdır.[2]
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub.
Əsasını Şamlı tayfaları qoymuşdur.
Erməni işğalınadək kənd əhalisi Azərbaycan türklərindən ibarət olmuşdur .
Zəngilan rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |