Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əmrulla Saleh
Əmrulla Saleh (dəri və puşt. امرالله صالح; 15 oktyabr, 1972-ci il, Pəncşir vilayəti) — Əfqanıstan dövlət xadimi, siyasətçi, Əfqanıstanın Birinci Vitse-prezidenti (2020-2021), Əfqanıstan Daxili İşlər Naziri (2018-2019), Milli Təhlükəsizlik İdarəsinin rəisi (2004-2010). 17 Avqust 2021-ci ildə keçmiş prezident Əşrəf Qəni ölkədən qaçdıqdan sonra Əmrulla Saleh özünü prezident vəzifəsini icra edən elan etdi və Taliban yaraqlılarına müqavimət göstərməyə çağırdı. Əhməd Məsudla birlikdə Pəncşir Müqavimətini təşkil etmişdir. == Həyatı == Əmrulla Saleh 15 oktyabr 1972-ci ildə Pəncşir vilayətidə anadan olub. Milliyətcə tacikdir. Siyasətçinin uşaqlıq və gənclik illəri haqqında demək olar ki, heç nə məlum deyil. 1980-ci illərdə Pakistanda yaşamış və təhsil almışdır. 1990-cı ildə Əfqanıstan müxalif qüvvələrinə qoşulmuş, Pakistanda hərbi təlim keçmişdir. O, Mücahidlərin səhra komandiri Əhməd Şah Məsudun başçılığı ilə müharibələrdə iştirak etmişdir.
Hacı Əmrulla hamamı
Hacı Əmrulla hamamı — günbəzli hamam olub, Sumqayıt şəhərinin Corat qəsəbəsi mərkəzindən keçən Sülh küçəsində, Corat cümə məscidinin qarşı tərəfində yerləşir. Günbəzşəkilli olan bu hamam dövlət tərəfindən mühafizə edilir. == Tarixi == Corat sakini Hacı Əmrulla bəyin sifarişi ilə XVII əsrdə tikilməsi qeyd olunur. Qəsəbə sakinləri arasında təzə hamam olaraq tanınır. Corat qəsəbəsində mövcud olmuş iki hamamdan biridir.
Abdulla
Abdulla — kişi adı və təxəllüs. Adın Abdullah forması da var.
Nəsrulla
Nəsrulla — kişi adı. Bu adı olan tanınmış şəxslərNəsrulla xan — hökmdar Nəsrulla Nəsrullayev — Azərbaycanın görkəmli ictimai xadimi Nəsrulla Şeyxov — maarifçi, teatr xadimi. Nəsrulla İmanquliyev — Azərbaycan jurnalisti, elm xadimi və ictimai xadim.
Abbas Abdulla
Abdulla Abbas Hacaloğlu (12 may 1940, Kəpənəkçi, Lüksemburq rayonu – 4 sentyabr 2019) — şair, ədəbiyyatşünas, tərcüməçi, 1977-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1984), ədəbiyyatşünas, tərcüməçi, redaktor, siyasətçi, Azərbaycan Kommunist Partiyası üzvü, Müsavat Partiyası Ali Məclisinin üzvü, Azərbaycanın İstanbuldakı baş konsulu (1992–1997), Ukraynanın Maksim Rılski adına ədəbi mükafatı laureatı (1984). == Həyatı == Abbas Abdulla 1940-cı il mayın 12-də Gürcüstanın Bolnisi rayonunun Bolus Kəpənəkçisi kəndində anadan olmuşdur. Tiflisin baş hakimi İsrafil ağa Acalov və Cənub-Qərbi Qafqaz Türk Respublikasının qurucusu və başcısı Emin ağa Acalov əmiləridirlər. Orta təhsili Bolus Kəpənəkçisi (I-VUI), Arıxlı (IX) və Faxralı (X–XI) kəndlərində almışdır. 1958-ci ilin oktyabrından 1959-cu ilin sentyabrınadək doğma kəndində müəllimlik etmişdir. Sonra ADU-nun filologiya fakültəsində qiyabi təhsil almışdır (1958–1963). Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasını (1964–1966), Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetinin ideoloji kadrlar fakültəsini (1981–1982) bitirmiş, Kiyevdə Ukrayna EA-nın T.Q.Şevçenko adına Ədəbiyyat İnstitutunun Şevçenkoşünaslıq şöbəsində təcrübə keçmişdir. Universitetdə tələbəlik illərində həm də işləmişdir: Bakı Neftayırma zavodunda köməkçi fəhlə, çilingər, eyni zamanda zavodun "Neftayıran" çoxtirajlı qəzeti redaksiyasında əməkdaş olmuşdur (1961–1963). "Ulduz" jurnalı redaksiyasında şöbə müdiri (1966–1973), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında şöbə müdiri, xüsusi müxbir (1973–1977), baş redaktorun müavini (1979–1987), "Ulduz" jurnalının məsul katibi, sonra baş redaktoru (1987–1992), Türkiyədə Azərbaycan Respublikasının Baş konsulu (1992–1997) olmuşdur. Kommunist Partiyasının üzvü olmuş (1978–1990), Azərbaycan Yazıçılar İttifaqında ilk partiya təşkilatının katibi (1981–1983), Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (tənqid-ədəbiyyatşünaslıq, publisistika üzrə) katib seçilmişdir (1991–1992).
Abdulla (Avurğazı)
Abdulla (başq. Абдулла, rus. Абдуллино) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Semenkin kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 28 km, kənd sovetliyindən (Şlanlı): 1 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 39 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (90%) üstünlük təşkil edir.
Abdulla Abatsiyev
Abdulla Alxazoviç Abatsiyev (rus. Абдулла Алхазович Абациев; 16 avqust 1993, Vladiqafqaz) — yarımmüdafiəçi mövqeyində çıxış edən Azərbaycan futbolçusu, == Karyerası == Abdulla Abatsiyev 1993-cü ildə Vladiqafqaz şəhərində anadan olmuşdur. Futbolçunun atası Alxaz Ayvazov azərbaycanlıdır. 8 yaşında Abdulla "Yunost" Vladikavkaz Gənclər İdman Məktəbinin futbol bölməsinə yazıldı və 9 il orada çıxış etdi. 2010-cu ildə Moskvaya, 2011-ci ildə isə 2009 -cu ildə vətəndaşlığını aldığı Azərbaycana köçdü. 15 yaşında "Alaniya" (Vladiqafqaz) Futbol Klubuna transfer olan Abdulla Abatsiyev Şimali Osetiyanın çempionatında əvəzedici heyətində çıxış edib. 2010-cı ildə Moskvaya köçən həvəskar futbol klubların arasında Rusiya çempionatında Üçüncü Divizionda çıxış etməyə başlayıb. Həmin ildə moskvalıların heyətində Moskva Kubokunun sahibi olub. 15 yaşında Abdulla Abatsiev Şimali Osetiya çempionatında çıxış edən "Alaniya" (Vladikavkaz) klubuna keçdi. 2010 -cu ildə Moskvaya köçdükdən sonra həvəskar futbol klubları arasında Rusiya çempionatında Moskvanın "Stolitsa" klubunda oynamağa başladı.
Abdulla Abbas
Abbasov Abdulla Əsgər oğlu (Abdulla Abbas 9 mart 1930, Quba – 23 fevral 2021, Bakı) — ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru (1976), professor (1977). == Həyatı == Abdulla Abbas 1930-cu il martın 9-da Quba şəhərində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra Quba Dövlət Müəllimlər İnstitutunda təhsil almışdır (1948–1950). Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmişdir (1950–1955). Əmək fəaliyyətinə Quba şəhər orta məktəbində müəllim kimi başlamışdır. Azərbaycan Dövlət Universitetinin aspiranturasına daxil olmuş (1962–1964), müasir ədəbi proses mövzusunda dissertasiya müdafiə etdiyinə görə fılologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür (1965). Hazırda Azərbaycan Dövlət Universitetinin çağdaş Azərbaycan ədəbiyyatı kafedrasında çalışır (1970-ci ildən). Eyni zamanda Ali İctimai-Siyasi Kollecin filologiya fakültəsinin dekanıdır (1995-ci ildən). Azərbaycan ədəbiyyatı tarixinə dair mühazirələr oxuyur, elmi tədqiqatla ardıcıl məşğul olur. Uzun illər filologiya fakültəsinin ixtisaslaşdırılmış müdafıə şurasının və elmi-pedaqoji şuranın üzvü olmuşdur.
Abdulla Abdullayev
Abdulla Abdullayev (güləşçi) — dünya şöhrətli pəhləvan, SSRİ çempionu, əməkdar məşqçi, klassik güləş və ağırlıq qaldırma ustası. Abdulla Abdullayev (hərbçi) — 25 mart 1985-ci ildə Əfqanıstan Respublikasında döyüşlər zamanı həlak olmuşdur. "Qırmızı Ulduz" ordeni ilə təltif edilmişdir.
Abdulla Aliş
Abdulla Aliş (tatar. Abdulla Aliş, Ğabdulla Aliş; 15 sentyabr 1908 – 25 avqust 1944, Plyötsenzee həbsxanası[d], Berlin, Üçüncü Reyx) — Tatarıstan sovet şairi, yazıçısı. Əsil adı Abdullah Bariev oğlu Alişevdir. O 15 sentyabr 1908-ci ildə Kayuki kəndində anadan olmuşdur. Onun uşaqlar üçün nağıllar, şeirlər və dramatik əsərləri vardır. == Tərcümeyi-hal == Abdulla 1908-ci ildə anadan olub. 1927-ci ildə Kazan torpaq-tikinti texnikomuna daxil olur. O meliorativ və usta işləyibdir. 1933-cü ildə jurnalistika ilə məşğul olmağa başlayır. O ilk dəfə "Pioner kalyame" (Pioner yazısı) jurnalında işləməyə başlayır.
Abdulla Allahverdiyev
Abdulla Museyib oğlu Allahverdiyev (23 may 1941, Odessa – 14 aprel 2023, Türkiyə) — Azərbaycan sabiq daxili işlər naziri, Bakı Şəhər Baş Polis İdarəsinin sabiq rəisi. == Həyatı == Abdulla Museyib oğlu Allahverdiyev 23 may 1941-ci il tarixində Ukrayna Sovet Sosialist Respublikasının Odessa şəhərində doğulmuşdur. O, 1958-ci ildə Dağ Kəsəmən kənd orta məktəbində, daha sonra isə Azərbaycan Politexnik İnustitunun Avtomobil nəqliyyatının istismarı fakültəsində təhsil almışdır.Abdullah Allahverdiyev 1964-cü ildən 1974-cü ilədək Azərbaycan SSR Daxili İşlər Nazirliyinin mərkəzi aparatında və Azərbaycan SSR Dövlət Avtomobil Müfəttişliyi Xidmətində məsul vəzifələrdə çalışmışdır. O, 1974–1979-cu ilədək Azərbaycan SSR Dövlət Avtomobil Müfəttişliyinin Əlahiddə Yol Nəzarət Diviziyonunun komandiri olmuş, 1979–1981-ci illərdə isə Azərbaycan SSR Daxili İşlər Nazirliyinin avtomobil təsərrüfatına rəhbərlik etmişdir.Abdullah Allahverdiyev 1981–1983-cü illərdə Moskvada SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasında təhsil almış, oranı fərqlənmə ilə bitirərək hüquqşünas ixtisası və milis podpolkovniki rütbəsi almışdır. O, Bakı Xüsusi Orta Milis Məktəbinin rəisi, sonra idarə rəisi vəzifəsində işləmişdir.Abdullah Allahverdiyev 1988–1990-cı illərdə Bakı Şəhər Milis İdarəsinin rəis müavini, 1990–1991-ci illərdə isə nazirliyin hərbi səfərbərlik şöbəsinin rəis müavini vəzifəsində çalışmışdır. 1992-ci ildən isə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.Abdullah Allahverdiyevə 1989-cu ildə polkovnik, 1992-ci ildə isə general-mayor rütbəsi verilmişdir.Abdulla Allahverdiyev 1993-cü ilin aprelin 16-dan iyunun 17-dək Azərbaycanın daxili işlər naziri vəzifəsini daşımışdır. Ondan sonra Rövşən Cavadov daxili işlər naziri vəzifəsini icra etmişdir.Abdulla Allahverdiyev 14 aprel 2023-cü il tarixində Türkiyədə müalicə aldığı xəstəxanada ölmüşdür. Ağstafa rayonu Dağ Kəsəmən kəndində dəfn olunubAbdulla Allahverdiyev Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyevin oğludur.
Abdulla Avlani
Abdulla Avlani - şairi, daramturq, pedaqoq, müasir özbək məktəbinin yaradıcılarından, professor, Özbəkistanın xalq maarif zərbəçisi == Həyatı == Abdulla Miravlan oğlu Avlani 1878-ci il iyulun 12-də Daşkənd şəhərindəki Merqança məhəlləsində toxucu ailəsində anadan olub. Bəzi mənbələrdə isə onun doğulduğu tarix 12 iyul 1874-cü il yazılıb. Abdullanın ailəsi toxuculuqla məşğul olsa da, elmə, təhsilə də yüksək qiymət verib. Övladlarına ata-baba sənətlərini öyrətməklə yanaşı, təhsil almalarına da şərəait yaradıblar. 13 yaşında Ukçi mədrəsəsinə daxil olan Abdulla ilk şeirini 15 yaşında yazır. Mədrəsənin nümunəvi şagirdlərindən olduğundan ona özündən kiçiklərin dərslərinə nəzarət etməyi də tapşırırlar. Lakin mədrəsədəki təhsil proqramı onu qane etmir. == Maarifçilik == Ukçi mədrəsəsini bitirdikdən sonra özü yeni tipli məktəb açır. İsmayıl bəy Qaspıralının yolunu davam etdirən, o dövrdə cədidçilər, yəni yenilikçilər adlandırılan hərəkata qoşulur. 1904-cü ildə açdığı məktəbdə mədrəsələrdə olduğu kimi şəriət, fiqh, islam tarixi, bəlağət fənləri ilə yanaşı, Avropa tipli məktəblərdəki kimi kimya, fizika, riyaziyyat, astronomiya, coğrafiya dərsləri də keçir, uşaqların Doğu və Avropa dillərini mənimsəmələri üçün əlindən gələni əsirgəmir.
Abdulla Axundov
Abdulla Qasım oğlu Axundov (8 fevral 1913, Sədərək, İrəvan qəzası – 16 mart 1970, Bakı) — meliorasiya, suvarma əkinçiliyi sahəsində alim. Texnika elmləri doktoru (1960). == Həyatı == Abdulla Axundov 1913-cü ilin fevralın 8-də Naxçıvan Muxtar Respublikasının Sədərək kəndində anadan olmuşdur. 1930-cu ildə Bakıda Yer quruluşu texnikumunu, 1937-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun hidromeliorasiya fakültəsini, 1947-ci ildə Moskva Hidromeliorasiya İnstitunun aspiranturasını bitirmişdir. 1930–1932-ci illərdə Naxçıvanda yer quruluşu dəstəsinə başçılıq etmişdir. 1937–1939-cu illərdə Balakən suvarma sistemləri idarəsinin rəisi olmuşdur. Böyük Vətən müharibəsinin iştirakçısıdır. 1947–1949-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda müəllim, Pambıqçılıq İnstitutunda meliorasiya və suvarma şöbəsinin, Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunda drenaj şöbəsinin müdiri işləmişdir. "Qırmızı Ulduz" ordeni ilə təltif olunmuşdur. Abdulla Axundov 1970-ci il, martın 16-da Bakıda vəfat etmişdir.
Abdulla Babayev
Abdulla Murtuz oğlu Babayev (1 aprel 1924, Tumbul, Naxçıvan MSSR – 10 mart 2015) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (1998). == Həyatı == Abdulla Murtuz oğlu Babayev 1924-cü il aprelin 1-də Babək rayonunun Tumbul kəndində anadan olmuşdur. 1941-ci ildə orta məktəbi bitirən Abdulla Baba­yev 1959-cu ilə qədər Naxçıvan dəmiryol hissəsində müxtəlif vəzifələrdə çalışmışdır. 1959-­2011-ci illərdə Naxçıvan Dövlət Mahnı və Rəqs Ansamblının solisti kimi fəaliyyət göstərən Abdulla Babayev öz repertuarını daim zənginləşdirmiş, Azərbaycan muğamlarının, xalq və bəstəkar mahnılarının mahir ifaçısı kimi böyük tamaşaçı rəğbəti qazanmışdır. Onun ifasında səslənən “Naxçıvan”, “O Naxçıvandır”, “Təki sən səslə məni” mahnıları bu gün də sevilə-sevilə dinlənilir. Abdulla Babayev Rusiya, Qazaxıstan, Özbəkistan, Tacikistan, Gürcüstan və Türkiyədə qastrol səfərlərində olmuş, Azərbaycan musiqisinin təbliği və yaşadılması istiqamətində mühüm xidmətlər göstərmişdir. Əməyi yüksək qiymətləndirilən Abdulla Babayev 1970-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, 1998-ci ildə isə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülmüş, 1996-cı ildə "Şöhrət" ordeni ilə təltif olunmuşdur. Abdulla Babayev 2002-ci ildə Prezident təqaüdçüsü olmuşdur.Abdulla Babayev 2015 mart ayının 10-da vəfat etmişdir.
Abdulla Bayramov
Abdulla Səlim oğlu Bayramov (1912, Ağamalıoğlu, Yelizavetpol qəzası – may 1977, Bakı) — Azərbaycan geoloqu və dövlət xadimi, Azərbaycan SSR Ali Sovetinin sədri (1955–1958), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi (1956–1960), Azərbaycan SSR mədəniyyət naziri (1960–1963), Azərbaycan SSR Nazirlər Soveti Dövlət Kinematoqrafiya Komitəsinin sədri (1963–1965) və Azərbaycan SSR Nazirlər Soveti Geologiya İdarəsinin rəisi (1965–1974). == Həyatı və fəaliyyəti == Abdulla Səlim oğlu Bayramov 1912-ci ildə hazırkı Goranboy rayonunun Düzqışlaq kəndində yoxsul ailədə anadan olmuşdur. Səkkiz yaşında olarkən atası vəfat etmiş, anasının himayəsində böyümüşdür. İkisinifli kənd məktəbini bitirdikdən sonra o, Gəncəyə gələrək burada təhsilini məktəbdə davam etdirmiş, 1927-ci ildə Bakı Pedaqoji Texnikumuna daxil olmuşdur. Təhsilini bitirdikdən sonra o, Goranboy rayonuna gedərək burada yeddiillik məktəbin müəllimi, məktəb direktoru, RXMŞ-nın təlimatçı-metodisti işləmişdir.1933-cü ildə Abdulla Bayramov Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsinə daxil olmuş, buranı fərqlənmə diplomu ilə bitirmişdir. 1929-cu ildən komsomol sıralarına qoşulan Abdulla Bayramov institutda təhsil aldığı illərdə komsomol komitəsi katibinin müavini seçilmişdir. İnstitutu bitirdikdən az sonra o, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin neft şöbəsinin təlimatçısı vəzifəsinə irəli çəkilmişdir. Böyük Vətən müharibəsi illərində Abdulla Bayramov Sovet Ordusu sıralarında əlahiddə zenit-topçu diviziyasının partiya bürosunun katibi, polk komandirinin siyasi hissə üzrə müavini, diviziya siyasi şöbəsi rəisinin müavini olmuşdur. O, Krım və Şimali Qafqaz cəbhələrində döyüşlərdə iştiraş etmişdir. 1946-cı ildə ehtiyata buraxıldıqdan sonra o, öz ixtisası üzrə Azərbaycan SSR Elmlər Akademiyasının Geologiya İnstitutunun kiçik elmi işçisi olmuşdur.
Abdulla Bağırlı
Bağırlı Abdulla Sadıq oğlu (?-?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == 1920-1925-ci illərdə Kiyev Kommersiya İnstitutunda oxumuş, lakin Rusiyada Oktyabr inqilabından sonra təhsilini yarımçıq buraxıb vətənə qayıtmışdır. Parlamentin 1919-ci il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini iqtisadiyyat sahəsində davam etdirmək üçün Kiyev Kommersiya İnstitutuna göndərilmişdir. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Abdulla xan
Abdulla xan (1340 – 1370) — Mamay xanın köməyi ilə hakimiyyətə gəlmişdi. Əvvəlcə Həsən xan tərəfindən devrilsə də yenidən hakimiyyətə gətirilmiş, müstəqil hərəkətlərindən dolayı Mamay xan onu devirib taxta Bulak xanı gətirmişdi.
Abdulla İbrahimov
Abdulla Hacıbaba oğlu İbrahimov — Azərbaycan SSR Ali Məhkəməsinin sədri (1962–1980), əməkdar hüquqşünas. == Həyatı == Abdulla İbrahimov 1921-ci ildə Dəvəçi rayonunun Zöhrabkənd kəndində anadan olmuşdur. Böyük Vətən müharibəsinin iştirakçısı olan A.İbrahimov 1948-ci ildə Ümumittifaq Hüquq İnstitutunu bitirmişdir. Abdulla İbrahimov 1944–1958-ci illərdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışmış, o cümlədən Bakı şəhər milis idarəsi rəisinin müavini olmuşdur. 1958–1960-cı illərdə isə o, Bakı şəhərinin prokuroru vəzifəsində işləmişdir. 1960–1962-ci illərdə Azərbaycan respublikası Daxili İşlər nazirinin müavini işləmiş A.İbrahimov 1962-ci ilin martında Azərbaycan SSR Ali Məhkəməsinin sədri seçilmişdir. A.İbrahimov 1962-ci ildən 1980-ci ilədək fasiləsiz olaraq 18 il Azərbaycan SSR Ali Məhkəməsinin sədri vəzifəsində işləmiş, 1980–1991-ci illərdə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Hüquq Şöbəsinin müdiri olmuşdur. Təqaüdə çıxdıqdan sonra isə ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Abdulla Hacıbaba oğlu İbrahimov 2003-cü il iyulun 5-də 82 yaşında vəfat etmişdir.
Abdulla İsrafilov
Abdulla Yadigar oğlu İsrafilov (27 yanvar 1997, Qax – 27 sentyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Abdulla İsrafilov 1997-ci il yanvarın 27-də Qax şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Abdulla İsrafilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Abdulla İsrafilov sentyabrın 27-də Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abdulla İsrafilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Abdulla İsrafilov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Abdulla Şahbəndə
Abdulla Şaiq
Abdulla Şaiq (əsl adı: Abdulla Axund Mustafa oğlu Talıbzadə; 24 fevral 1881, Tiflis – 24 iyul 1959, Bakı) — azərbaycanlı şair, yazıçı, dramaturq, publisist, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1940). == Həyatı == === Erkən illəri və təhsili === Abdulla Şaiq Mustafa oğlu 1881-ci ilin fevralın 21-də Tiflisin Şeytanbazar məhəlləsində anadan olmuşdur. Onun valideynləri Axund Mustafa və Mehri xanım bir neçə il idi ki, Tiflisə köçərək orada məskunlaşmışdılar. Abdulla böyük qardaşı Yusifdən sonra evin ikinci övladı idi. Onun əkiztayı olan qız övladı doğulandan az sonra tələf olmuşdu. Atası Axund Mustafa Süleyman oğlu dövrünün seçilən bir ruhani ziyalısı idi. O, 1881-ci ilədək Tiflis şəhəri üzrə qazinin müavini, sonra isə Qafqaz şeyxülislamının müavini işləmişdi. Oğlanları Yusif və Abdulla ilk təhsillərini Tiflisdə müsəlman uşaqları üçün nəzərdə tutulan altısinifli ruhani məktəbində almışdılar. Bu məktəb təkcə dini təhsil ocağı deyildi. Onun tədris proqramı rus-tatar (Azərbaycan) məktəblərinin layihəsinə uyğun idi.
Abdulla Əhm
Abdulla Əhməd oğlu Əhmədov (12 mart 2002, Sumqayıt – 29 sentyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Abdulla Əhmədov 2002-ci il martın 12-də Sumqayıt şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Abdulla Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Talışın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Abdulla Əhmədov sentyabrın 29-da Talış istiqamətində şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abdulla Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2022-ci il tarixli Sərəncamına əsasən Abdulla Əhmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Abdulla Əhmədov
Abdulla Əhməd oğlu Əhmədov (12 mart 2002, Sumqayıt – 29 sentyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Abdulla Əhmədov 2002-ci il martın 12-də Sumqayıt şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Abdulla Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Talışın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Abdulla Əhmədov sentyabrın 29-da Talış istiqamətində şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abdulla Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2022-ci il tarixli Sərəncamına əsasən Abdulla Əhmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Abdulla Ələkbərov
Abdulla Ələkbərov (bioloq) — Biologiya elmləri doktoru, professor. Abdulla Ələkbərov (rəssam) — Azərbaycanlı rəssam. Azərbaycan Rəssamlar İttifaqı (1972) və Jurnalistlər Birliyinin (1981) üzvü.
Abdulla Əmiraslanov
Abdulla Əmiraslanov — Azərbaycanlı rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü. == Həyatı == Əmiraslanov Abdulla İslam oğlu 13 avqust 1950-ci ildə Gəncə şəhərində anadan olmuşdur. O, 1971-ci ildə Əzim Əzimzadə adına Bakı Dövlət rəssamlıq Məktəbini, 1981-ci ildə Tibilisi Dövlət Rəssamlıq Akademiyasını bitirmişdir. Abdulla Əmiraslanov 1986-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Onun 1993-cü ildə Bakıda fərdi yaradıcılıq sərgisi açılmışdır. Rəssam 1971-ci ildən bu günə kimi beynəlxalq və respublika sərgilərində iştirak edib və diplomlara layiq görülmüşdür. Abdulla Əmiraslanov 1973-cü ildən respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır. Rəssam beynəlxalq qrup sərgilərin fəal iştirakçısıdır. Onun əsərləri Moskva, Gürcüstan, Almaniya, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir. Azərbaycanlı rəssamın "Aşıq Ələsgər" qrafik əsəri sərginin diplomuna və pul mükafatına layiq görülüb.