Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Olanlar oldu (mahnı)
Sonra nə oldu? (veriliş, 2019)
Sonra nə oldu? — rusdilli yumoristik bir internet şousu. Komediyaçılar dəvət olunan qonağın hekayəsini dinləyir və sonra hekayə necə başa çatdığını təxmin etməyə çalışırlar. == Şounun sxemi == Dəvət olunmuş məşhur qonaq hekayəni danışır və şou iştirakçıları qonağın hekayəsinin necə başa çatdığını təxmin etməyə çalışırlar. == Şounun tarixi == Şou üçün ideya müəllifi Maksim Morozovdur. Şounun orijinal adı "Və sonra ən gülməli şey oldu."-dur.
Rac bir centlmen oldu (film, 1992)
Raju Ban Gaya Gentleman (Devnagari: राजू बन गया जेन्टलमैन, mənası: Rac bir centilmen oldu) komediya janrında olan bir Bollivud filmidir. Filmin rejissoru Əziz Mirzədir. Filmin əsas rollarında Şahrux Xan, Cuhi Çavla, Nana Patikar və Amrita Sinq yer almışdır. Şahrux filmdə Rac Mathur rolunu ifa edir. O yeni iş tapmaq üçün yaşadığı Darjilinq şəhərindən Bombeyə gələn yenicə məzun olmuş gənc mühəndisdir. Film 13 Noyabr 1992-ci ildə tamaşaçılara təqdim edilmişdir. Həmçinin həmin gün Cuhi Çavla ad gününü, 25 yaşını qeyd etmişdir. == Rollarda == == Musiqi == Musiqilərin müəllifi Çətin-Lalitdir.
Ordu
Ordu — dövlətin silahlı qüvvələrinin əsas hissəsi; məsələn, Azərbaycan Milli Ordusu, müdafiə ordusu, hücum ordusu, ekspedisiya ordusu və s. Ordu, bir dövlətin silahlı qüvvələrinin bütünü ya da hər hansı bir hərbi qüvvənin ən böyük birliyi. Ordular 4 elə 6 korpuslardan meydana gələr. Günümüz orduları əksəriyyətlə ən az general rütbəsinə sahib hərbçilər tərəfindən idarə edilir. Ordunun vəzifəsi dövlətə qarşı gələcək daxili və xarici təhdidlərdən müdafiə etməkdir. Buna qarşı indiki vaxtda və ya keçmişdə müxtəlif ölkələrdə ordunun rəhbərliyə əl qoyması da görülmüşdür. Ordu, üç hissədən meydana gələr: Quru Qüvvələri, Dəniz Qüvvələri və Hava Qüvvələri. Bəzi ölkələrdə bu üç hissəyə əlavə olaraq Sahil Mühafizə, Daxili Qüvvələr, Dəniz Piyadaları, Kosmik Qüvvələri, Dəniz Hava Qüvvələri, Havadan Müdafiə Qüvvələri, Xüsusi Qüvvələr, Hərbi Kəşfiyyat, Topçu Qüvvələri, Raket Qüvvələri, Mərmi Qüvvələri və Hərbi Tibb Xidməti kimi alt hissələr də orduların tabeçiliyində vardır. Bəzi ölkələr isə öz silahlı qüvvələrinə içində Quru Qüvvələri, Hava Qüvvələri, Dəniz Qüvvələri vs. qüvvələr olmasına baxmayaraq "silahlı qüvvələr" adı yerinə "ordu" adını verər (Məs: Çin Xalq Ordusu, Vyetnam Xalq Ordusu kimi).
Boldu
Beilschmiedia (lat. Beilschmiedia) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinə aid bitki cinsi.
Rəcəb
Rəcəb – Hicri təqviminin 7-ci ayı, Allah qonaqlığı üçün səfərə hazırlıq aylarından birincisi və haram aylardan biridir. == Quranda rəcəb ayı == Aşağıdakı ayələr rəcəb ayı haqqındadır: Tövbə surəsi 36-37-ci surələr; == Tarixi günlər == Rəcəbin 1-i İmam Baqirin döğum günü. Rəcəbin 3-ü İmam Hadinin vəfatı. Rəcəbin 5-i İmam Hadinin doğum günü. Rəcəbin 8-i (hicri 20-ci il) – İslam dininin Misirə gəldiyi gündür. Rəcəbin 9-u İmam Hüseynin oğlu Əli Əsgərinin doğum günü. Rəcəbin 10-u (hicri 195-ci il) İmam Təqinin doğum günü. Rəcəbin 12-i (hicri 36-cı il) Həzrət Əli (ə) Kufə şəhərinə daxil olmuş və buranı xilafətin paytaxtı kimi müəyyənləşdirmişdir. Rəcəbin 13-ü İmam Əlinin dögüm günü (hicrətdən 23 il əvvəl). Rəcəbin 15-i (besətin 5-ci ili) müsəlmanların ilk hicrəti – Məkkədən Həbəşistana getmələri baş vermişdir.
Ədəb
"Ədəb" — Cənubi Azərbaycanda dərc olunmuş qəzetlərdən biri. == Tarixi == Qəzet Cənubi Azərbaycanda dövrün tanınmış şəxsiyyətlərindən biri Sadiq xan Fərəhani tərəfindən 1898-ci ildə Təbrizdə çap olunmuşdur. O, sonralar qəzetin, tək Cənubi Azərbaycanda deyil, İranın Məşhəd və Tehran şəhərlərində də çap olunmasına nail olur. == Fəaliyyəti == Bu mətbu orqan publisistik dillə ölkənin ictimai-siyasi vəziyyətini açıb göstərir, xalqı müstəmləkəçilərə və istibdada qarşı mübarizəyə səsləyir, ölkədə islahatlar keçirilməsinə, qabaqcıl ideyaların yayılmasına səy göstərirdi.
Ərəb
Ərəblər — Afrika və Asiya qitələrində kompakt şəkildə yaşayan , dünyanın ən böyük xalqlarından biri. Səudiyyə Ərəbistanında, Suriyada, İordaniyada, İraqda, Yəməndə, Omanda, Misirdə, Sudanda (əhalisinin 1/2-ni təşkil edirlər), Əlcəzairdə, Liviyada, Tunisdə və s. əhalinin əksəriyyətini təşkil edirlər. Dünyada sayları təxminən 354.503 milyon nəfərdir. Hazırda dünyada 21 müstəqil ərəb dövləti var. Ərəblər ana dilləri ərəbcə olan, başlıca Ərəb yarımadası və şimali Afrikada yerləşmiş olan sami xalqdır. Aralıq dənizinin cənubunda Afrikada Böyük Səhra və Sudana, şərqində İraqa və Ərəb yarımadasına qədər uzanan bir coğrafiyada yaşayırlar. Əhalisinin əksəriyyəti ərəblərdən ibarət olan və ərəbcə danışılan ölkələr ərəb ölkələri olaraq adlanırlar. Bu ölkələrdə, ərəbcədən əlavə olaraq Şimali Afrikada bərbərcə, İraqda kürdcə və türkməncə, Cənubi Ərəbistanda isə müxtəlif yerli dillər danışılır. == Ərəblərin soyu == İbrahim peyğəmbərin İsmayıl və İshaq adında iki oğulu olmuşdur.
LDU
Lənkəran Dövlət Universiteti və ya qısaca LDU — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == Lənkəran Dövlət Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1991-ci il tarixli 319 saylı qərarı ilə Bakı Dövlət Universitetinin Lənkəran filialı kimi açılmış, Nazirlər Kabinetinin 1992-ci il 23 iyul tarixli 403 saylı sərancamı ilə müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan Respublikasının ilk Dövlət statuslu ali məktəbi kimi fəaliyyətə başlamışdır. Azərbaycanımızın cənub bölgəsində bu yeni ali məktəbin fəaliyyətə başlaması gənc dövlətin ictimai, mədəni və elmi həyatında böyük rezonans doğurmuş, bölgənin mədəni-siyasi, elmi həyatında alimlərin, ziyalıların və ali məktəb tələbələrinin fəal iştirakına şərait yaratmaqla yeni ictimai mühitin formalaşmasına səbəb olmuşdur. Tariximizin çətin, ziddiyyətli və şərəfli dövründə yaranmış Lənkəran Dövlət Universiteti ilk addımlarını Azərbaycanın müstəqilliyi dövründəki təhsil sistemi ilə birlikdə atmış və bu gün respublikanın qabaqcıl ali təhsil müəssisələrindən biri kimi 25 illik şərəfli tarixi yol keçərək milli mədəniyyətimizin, elm və təhsilimizin inkişafında mühüm xidmətlər göstərmişdir. Fəaliyyətinin ilk dövründə LDU-da 12 ixtisas üzrə 218 tələbə təhsil almış, onların təlim-tərbiyəsi ilə 50 müəllim məşğul olmuşdur. Həmin dövrdə universitetdə 3 fakültə, 11 kafedra fəaliyyət göstərirdi. Universitetin ilk rektoru və yaradıcısı tarix elmləri doktoru, professor Hacıbaba Əzimov olmuşdur. Sonralar, 1997-ci ildə Respublika Prezidenti Heydər Əliyevin sərəncamı ilə Əməkdar Elm Xadimi, texnika elmləri doktoru, professor Mirzə Ağa Bağırov və 2005-ci ildə Respublika Prezidenti İlham Əliyevin sərəncamı ilə Əməkdar Elm Xadimi, fizika və riyaziyyat elmləri doktoru, professor Asəf İsgəndərov rektor vəzifəsinə təyin edilmişlər. Hazırda universitetin rektoru vəzifəsini tanınmış riyaziyyatçı alim, riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimov icra edir. == Maddi-texniki bazası == Universitetdə kompüter mərkəzi, kimya, biologiya, fizika laboratoriyaları, informasiya və komunikasiya texnologiyaları mərkəzi hərbi və fiziki təlim kafedrasının nəzdində hərbi hazırlıq metodikası kabineti, mülki müdafiə kabineti və hərbi rabitə hazırlığı kabineti fəaliyyət göstərir.
Ağ ordu
Ağ qvardiya — 1906-cı ildə Finlandiyada yaranmış Rusiya milisi. == Tarixi == 1) Rusiyada Romanovlar mütləqiyyətinin əleyhinə çevrilmiş inqilabi hərəkata qarşı mübarizə məqsədilə Finlandiyada yaradılmış burjua milisi (1906). Fərqləndirici əlaməti qola bağlanan ağ sarğı idi; 2) Rusiyada Vətəndaş müharibəsi və xarici hərbi müdaxilə (1917 −1922) illərində burjua-mülkədar rejiminin bərpası uğrunda vuruşan hərbi hissələrə verilən ad. Sovet ədəbiyyatı publisistikasında, habelə danışıqda bəzi əksinqilabi milli — hərbi hissələrə (ağ finlərə, ağ çexlərə, ağ polyaklara v və ümumiyyətlə, əksinqilabçılara da Ağ qvardiya deyilən İnqilabçı xalqın, inqilabın rəmzi olan qırmızı rəngdən fərqli olaraq, ağ rəng "rəsmi qayda-qanun" tərəfdarlarının rəmzi sayılır. Adı da buradandır. == Quruluşu və ideologiyası == 1917-ci ildən sonra Rusiya kontekstində "Ağ" rəng üç əsas anlayışa malik idi: İnqilabçı Qırmızı Ordusu Bolşevik hökumətini dəstəkləyən Qırmızılara qarşı siyasi qarşıdurma; mütləq monarxiyaya tarixi istinad; əksəriyyət Ağ Ordu əsgərləri tərəfindən geyinilən Rusiya İmperiyasının ağ hərbi formaları. === İdeologiyası === Ağ hərəkət hər şeydən əvvəl Qırmızı Ordunun opponentləri kimi meydana gəlmişdi. Ağ ordu vətəndaş müharibəsindən əvvəl Rusiya ordusunun qanun və sərəncamını Rusiyanın qurtuluşunu qorunmalı idi və. Ağ nəzarətdə olan ərazidə sovet təşkilatlarını və vəzifəlilərini uzaqlaşdırmaq üçün çalışırdılar. Onlar nəzarət altında olan Ağ ərazilərdə sovet təşkilatları və vəzifəli şəxsləri aradan qaldırmalı idilər.
Bəyaz ordu
Ağ qvardiya — 1906-cı ildə Finlandiyada yaranmış Rusiya milisi. == Tarixi == 1) Rusiyada Romanovlar mütləqiyyətinin əleyhinə çevrilmiş inqilabi hərəkata qarşı mübarizə məqsədilə Finlandiyada yaradılmış burjua milisi (1906). Fərqləndirici əlaməti qola bağlanan ağ sarğı idi; 2) Rusiyada Vətəndaş müharibəsi və xarici hərbi müdaxilə (1917 −1922) illərində burjua-mülkədar rejiminin bərpası uğrunda vuruşan hərbi hissələrə verilən ad. Sovet ədəbiyyatı publisistikasında, habelə danışıqda bəzi əksinqilabi milli — hərbi hissələrə (ağ finlərə, ağ çexlərə, ağ polyaklara v və ümumiyyətlə, əksinqilabçılara da Ağ qvardiya deyilən İnqilabçı xalqın, inqilabın rəmzi olan qırmızı rəngdən fərqli olaraq, ağ rəng "rəsmi qayda-qanun" tərəfdarlarının rəmzi sayılır. Adı da buradandır. == Quruluşu və ideologiyası == 1917-ci ildən sonra Rusiya kontekstində "Ağ" rəng üç əsas anlayışa malik idi: İnqilabçı Qırmızı Ordusu Bolşevik hökumətini dəstəkləyən Qırmızılara qarşı siyasi qarşıdurma; mütləq monarxiyaya tarixi istinad; əksəriyyət Ağ Ordu əsgərləri tərəfindən geyinilən Rusiya İmperiyasının ağ hərbi formaları. === İdeologiyası === Ağ hərəkət hər şeydən əvvəl Qırmızı Ordunun opponentləri kimi meydana gəlmişdi. Ağ ordu vətəndaş müharibəsindən əvvəl Rusiya ordusunun qanun və sərəncamını Rusiyanın qurtuluşunu qorunmalı idi və. Ağ nəzarətdə olan ərazidə sovet təşkilatlarını və vəzifəlilərini uzaqlaşdırmaq üçün çalışırdılar. Onlar nəzarət altında olan Ağ ərazilərdə sovet təşkilatları və vəzifəli şəxsləri aradan qaldırmalı idilər.
Daimi ordu
Daimi ordu — bir dövlətin həm sülh, həm də müharibə vaxtı fəaliyyət göstərən daimi, əsasən peşəkar ordusu. Daimi hərbi işdə fəaliyyət göstərən əsgərlərdən (hərbi xidmətə çağırılanlar da buna aid ola bilərlər) ibarət olur. Bu, üzun müddət fəaliyyət göstərən əsgərlərdən ibarət olan və sadəcə müharibə və ya təbii fəlakət vaxtı fəallaşdırılan hərbi ehtiyatlardan və mülki əhalidən yaradılan və sadəcə müharibə və ya müharibə təhlükəsi vaxtı fəallaşan və müharibə və ya müharibə təhlükəsi bitən zaman ləğv edilən müvəqqəti ordulardan fərqlidir. Termin təxminən XLVIII əsrdə yaradılıb, ancaq onu izah edən fenomen daha köhnədir. == Tarix == İlk daimi ordu Assuriyada III Tiqlatpalasar (comment. h. hakimiyyət e.ə. 745–727) tərəfindən yaradılmışdır. Avropada yaradılan və bizə məlum olan ilk daimi ordular Qədim Yunanıstanda idi. Qədim Spartanın kişi vətəndaşları daimi ordu kimi fəaliyyət göstərirdi.
Kabus ordu
Kabus ordusu (ing. The Ghost Army və ya rəsmi adı ing. 23rd Headquarters Special Troops, qısaca ing. 23rd Special Troops) — İkinci dünya müharibəsi zamanı Alman Ordusunu aktiv olaraq yanıltmaq üçün istifadə olunmuş ABŞ Ordusunun gizli hərbi birliyidir. Kabus ordusu 1100 nəfərdən ibarət olub və 1944-1945-ci illərdə 20-yə yaxın çaşdırıcı qurma döyüşlər hazırlayıblar. Kabus ordusu ilə bağlı məlumatlar 1996-cı ilə qədər gizli saxlanılıb. Sonradan bununla bağlı bir neçə sənədli film çəkilib.
Kontinental Ordu
Kontinental Ordu — sonralar Amerika Birləşmiş Ştatları kimi tanınan koloniyaların başlatdığı Amerikan İnqilab Müharibəsinin törədilməsindən sonra İkinci Kontinental Konqres tərəfindən formalaşdırıldı. 1775-ci il, İyunun 14-də Konqresin qərarı ilə təsis edilən Böyük Britaniya hakimiyyətinə qarşı On Üç Koloniyanın hərbi səylərini koordinasiya etmək üçün yaradılmışdır. Kontinental Ordu yerli döyüşçülər və könüllü qoşunlardan ibarət ordu idi. General Corc Vaşinqton müharibə boyunca ordunun baş komandanı olmuşdur. 1783-cü ildə müharibənin başa çatması ilə Paris Sülh Müqaviləsi bağlanır və Kontinental Ordunun əksər hissəsi dağılır. 1792-ci ildə, 1-ci və 2-ci Alaylar General Entoni Veynin rəhbərliyi altında Amerika Birləşmiş Ştatları Legionunun əsasını qoymağa başladılar. Bu, 1796-cı ildə yaranmış ABŞ Ordusunun təməli oldu.
Könüllü ordu
Könüllü ordu (rus. Добровольческая армия) Rusiya vətəndaş müharibəsi əsnasında 1917-ci ilin noyabrında Antantanın yardımı ilə general M.V.Alekseyev tərəfində, keçmiş çar ordusu zabitləri, yunkerləri, kazaklarından təşkil olunmağa başlanıb. 27 dekabr 1917-ci ildə (9 yanvar 1918-ci il) Rostov-na-Donu şəhərində rəsmi olaraq, M.V.Alekseyevın ali rəhbərliyi, L.Q.Kornilovun baş komandanlığı və A.S.Lukomskoyun qərargah rəyasəti olmaqla Könüllü ordunun yaradılması barədə elan olundu. 1-ci Könüllü diviziyanın rəisi Anton Denikin idi. Fərqləndirici işarə kimi — şinelin və kitelin sol qolunda üçrəngli şevron (Rusiya Respublikasının bayrağı). Könüllü ordu (təxminən 4 min süngü və qılınc) A.M.Kaledinin ağ-qvardiyaçı kazakları ilə birlikdə bolşeviklərə qarşı vuruşurdular. Kaledinin süqutundan sonra Könüllü ordu 1918-ci ilin fevralında Rostovu tərk edir və bolşeviklərə qarşı orada plasdarm yaratmaq məqsədi ilə Kubana çəkilir (Buz yürüşü). Lakin 6 minlik Könüllü ordunun 9-13 apreldə Yekaterinodarı tutmaq cəhdi boşa çıxır. Bu döyüşlərdə həlak olan Kornilovun əvəzinə orduya Denikin komandanlıq etməyə başlayır. Dona qayıdan Könüllü ordu burada almanların dəstəklədikləri ataman P.N.Krasnovdan silahla və sursatla kömək alır.
Milli Ordu
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və ya Azərbaycan Ordusu — Azərbaycan Respublikasının müstəqilliyini və ərazi bütövlüyünü qorumağa həsr olunmuş hərbi təşkilat. Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Quru Qoşunları, Azərbaycan Hərbi Hava Qüvvələri və Azərbaycan Hərbi Dəniz Qüvvələrindən ibarətdir. Birləşən qüvvələrə Azərbaycan Respublikası Daxili Qoşunları, Azərbaycan Milli Qvardiyası, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti daxildir. 1918-ci ilin mayın 28-də qəbul edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsində Azərbaycanın Silahlı Qüvvələrinınin yaradılması qeyd edilib. 1918-ci ilin mayın 28-də yaradılan ilk kabinədə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edilib. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldığı ilk dövrlərdə onun hərbi qüvvələri 600 nəfərlik könüllü dəstələrdən ibarət idi. Hökumət 1918-ci il iyunun 19-da ölkə ərazisində hərbi vəziyyət elan edib. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə "Vəhşi diviziya" adlanan keçmiş Tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan korpusu" yaradılıb. İyulun 11-də hökumət fərmanı ilə hərbi səfərbərlik elan edilib. Azərbaycan Respublikasının 1894–1899-cu illərdə anadan olmuş bütün müsəlman vətəndaşları orduya hərbi qulluğa çağırılıb.
Ordu-Balıq
Ordu-Balıq yaxud Qarabalsaqun (Çin dili: 回鶻單于城 pinyin: huígǔ dānyú chéng; anlamı: Uygur Tanhu qalası) — Uyğur Xaqanlığının aynı paytaxtını müdafiə edən qala. Uyğur Xaqanlığının paytaxtı o dövrdə Mubalik də adlanan Ordu-Balıq adlı şəhər olmuşdur. Qala ordu deyilən bir bürcdən ibarət idi. Bu bürc isə balıq deyilən ikinci bir bürcün daxilində idi. Bu qala sisteminə də Ordu-Balıq deyilir. Ordu-alıq sadəcə Türklərdə istifadə olunan qala sitilidir. Keçmiş türk dillərində balıq (بلق) qala şəhər mənasında işlənirdi.
Ordu (dəqiqləşdirmə)
Ordu — dövlətin Silahlı Qüvvələrinin əsas hissəsi. Ordu ili — Türkiyənin 81 ilindən biri. Ordu (şəhər) — Türkiyənin Ordu ilinin inzibati mərkəzi.
Ordu (şəhər)
Ordu, əvvəllər Kotyora (yun. Κοτύωρα) və Bayramlı — Türkiyədə Ordu ilində yerləşən port şəhəri.
Ordu generalı
Ordu generalı — == Azərbaycanda == Azərbaycan Respublikası Silahlı Qüvvələrində general-polkovnik rütbəsindən daha yüksək olan hərbi rütbə. Bu, ordu generalının ümumi rütbəsindən əlavə xidməti (qüvvələr) və xüsusi təyinatlı qüvvələrin (1993-cü ildə siyahıdan çıxarıldı) marşallarının sıraları mövcud olduğu SSRİ Silahlı Qüvvələrindən fərqli olaraq, bütün qoşunların (qüvvələrin) və xüsusi təyinatlı qüvvələrin hərbçilərinə təyin edilə bilər. == Həmçinin bax == Dörd ulduzlu general Böyük Admiral Ordu generalı (Rusiya) Həqiqi dövlət ədliyyə müşaviri Ordu generalı (SSRİ) == İstinadlar == == Xarici keçidlər == Azərbaycanda Ordu generalı rütbəsi kimə verilə bilər?
Qırmızı Ordu
Fəhlə-kəndli Qızıl Ordusu, həmçinin qısaca Qızıl Ordu və ya Qırmızı Ordu — RSFSR və SSRİ-nin 1918–1946-cı illərdə (sonradan Sovet Ordusu adlandırılmışdır) silahlı qüvvələrinin rəsmi adı. Tərkibinə aşağıdakı qoşun növləri daxil idi: quru qoşunlar, fəhlə-kəndli qızıl hava qoşunları, SSRİ Hərbi Dəniz Donanması, SSRİ XDİK qoşunları, Sərhəd qoşunları, respublika daxili mühafizə qoşunları, SSRİ Dövlət konvoy mühafizəsi . FKQO yaranma günü 23 fevral 1918-ci il hesab edilirdi. Sovet Rusiyasının rəhbəri Vladimir Leninin əmri ilə 11-ci Qırmızı Ordu 1920-ci il, aprelin 27-də Bakıya daxil olub və Azərbaycan Xalq Cümhuriyyətini devirib. Sovet dönəmində aprelin 28-i Azərbaycanda "sovet hakimiyyətinin qurulduğu" gün kimi qeyd olunur və həmin günün şərəfinə bir sıra dövlət təsisatlarına "28 aprel" adı verilirdi. Bakının şimal girişində "11-ci Qırmızı Ordu" dairəsi kimi tanınan ərazidə Azərbaycanı işğal etmiş əsgərlərə abidə ucaldılıb. Sonradan həmin ərazidə 1990-cı il, 20 yanvarda Bakıya daxil olan sovet qoşunları onlarla adamı qətlə yetiriblər. Sovet tarixçiləri Azərbaycanın işğalını yerli kommunistlərin nailiyyəti kimi qələmə verirdilər, hərçənd ki, ordunun döyüşçü heyətinin böyük əksəriyyəti qeyri-azərbaycanlılardan ibarət idi. 11-ci Qırmızı Ordunu Azərbaycana gəlişində Nəriman Nərimanov müşayiət edirdi. Moskvada qərargahlanan bolşevik hökuməti N. Nərimanovu AXC-ni əvəzləyən qeyri-müstəqil Azərbaycan Sovet Sosialist Respublikasına rəhbər təyin etdirdi.
Qızıl Ordu
Fəhlə-kəndli Qızıl Ordusu, həmçinin qısaca Qızıl Ordu və ya Qırmızı Ordu — RSFSR və SSRİ-nin 1918–1946-cı illərdə (sonradan Sovet Ordusu adlandırılmışdır) silahlı qüvvələrinin rəsmi adı. Tərkibinə aşağıdakı qoşun növləri daxil idi: quru qoşunlar, fəhlə-kəndli qızıl hava qoşunları, SSRİ Hərbi Dəniz Donanması, SSRİ XDİK qoşunları, Sərhəd qoşunları, respublika daxili mühafizə qoşunları, SSRİ Dövlət konvoy mühafizəsi . FKQO yaranma günü 23 fevral 1918-ci il hesab edilirdi. Sovet Rusiyasının rəhbəri Vladimir Leninin əmri ilə 11-ci Qırmızı Ordu 1920-ci il, aprelin 27-də Bakıya daxil olub və Azərbaycan Xalq Cümhuriyyətini devirib. Sovet dönəmində aprelin 28-i Azərbaycanda "sovet hakimiyyətinin qurulduğu" gün kimi qeyd olunur və həmin günün şərəfinə bir sıra dövlət təsisatlarına "28 aprel" adı verilirdi. Bakının şimal girişində "11-ci Qırmızı Ordu" dairəsi kimi tanınan ərazidə Azərbaycanı işğal etmiş əsgərlərə abidə ucaldılıb. Sonradan həmin ərazidə 1990-cı il, 20 yanvarda Bakıya daxil olan sovet qoşunları onlarla adamı qətlə yetiriblər. Sovet tarixçiləri Azərbaycanın işğalını yerli kommunistlərin nailiyyəti kimi qələmə verirdilər, hərçənd ki, ordunun döyüşçü heyətinin böyük əksəriyyəti qeyri-azərbaycanlılardan ibarət idi. 11-ci Qırmızı Ordunu Azərbaycana gəlişində Nəriman Nərimanov müşayiət edirdi. Moskvada qərargahlanan bolşevik hökuməti N. Nərimanovu AXC-ni əvəzləyən qeyri-müstəqil Azərbaycan Sovet Sosialist Respublikasına rəhbər təyin etdirdi.
Nizamlı ordu
Nizamli ordu — bir dövlətin və ya ölkənin rəsmi ordusu, silahlı qüvvələri. Könüllü nizamsız milislər, özəl ordulər, muzdur əsgərlərdən təşkil olunan nizamsız ordunun əksinə, nizamlı ordunun daimi ordusu və hərbi ehtiyatları var. Birləşmiş Krallıq və Birləşmiş Ştatlarda nizamli ordu termini peşəkar daimi fəal orduya aid edilir. == Ədəbiyyat == Vudvard, Deyvid. Armies of the world, 1854–1914 (ingilis). London: Sidgwick & Jackson, cop. 1978. ISBN 0-283-98243-8.
Ordu ili
Ordu ili — Türkiyədə il, Qara dəniz bölgəsində yerləşir. Orduspor futbol komandasına malikdir.
Ordu qrupu
Ordu qrupu — ən azı 2 ordudan ibarət olan və ən azı dörd ulduzlu general və yaxud admiral rütbəsində olan hərbçilər tərəfindən idarə olunan bir hərbi birlikdir. Ümumiyyətlə, 3 ordudan qurulur və mövcud sayı təxminən 650.000 ətrafında olur. Onlara ümumiyyətlə marşal və böyük admiral rəhbərlik edir. == Osmanlı dövləti == Birinci Dünya müharibəsi əsnasında bu birliklər mövcud idi. 1918-ci Mustafa Kamal Atatürkün liderliyində İldırım Ordular qrupu mövcud idi. == Almaniya == Almaniyada İkinci Dünya müharibəsi əsnasında A, B, C, Mərkəzi, Cənub və Şimal ordu qrupları mövcud idi.
Ordu şəhəri
Ordu, əvvəllər Kotyora (yun. Κοτύωρα) və Bayramlı — Türkiyədə Ordu ilində yerləşən port şəhəri.
Nizamsız ordu
Nizamsız ordu — bir ölkənin milli silahlı qüvvələrindən fərqli olan hər hansı qeyri-standart hərbi komponent. Terminə aid edilənlər olduqca müxtəlifdir. Bu, hərbi təşkilat növünə və ya istifadə edilən taktika növünə aid edilə bilər. Nizamsız hərbi təşkilat nizamlı hərbi təşkilatın bir parçası olmayan bir hərbi təşkilatdır. Standart hərbi birləşmə təşkilatı olmayan hərbi təşkilatları izah etmək üçün "trup", "qoşun", "dəstə", "qrup", "birləşmə", "banda" və ya "qüvvə" kimi daha ümumişlək sözlərdən də istifadə edilir. Nizamsızlar bu cür hərbi təşkilatların üzvü olan əsgər və ya döyüşçülərdir. Nizamsız müharibə adətən nizamsız hərbi təşkilatlar tərəfindən istifadə edilən taktikalardan ibarət müharibəyə deyilir. Buna böyükmiqyaslı döyüşdən yayınmaq və kiçik, gizli, vur-qaç münaqişələrə fokuslanmaq daxildir.
Tanrı öldü
"Tanrı öldü" (Almanca : </img> ) — alman filosof Fridrix Nitsşe tərəfindən istifadə edilmiş ifadə. O, bu ifadəni ilk dəfə "Şən Elm" əsərində istifadə etmişdir. Nitsşe Şən Elm kitabında bunları demişdir: Tanrı öldü. Tanrıdan geriyə yalnız bir ölü qalıb. Və biz onu biz öldürdük. Özümüzü necə təsəlli edək, biz qatillərin, qatilləri?Dünyanın indiyədək sahib olduğu şeylərdən ən müqəddəs və ən qüdrətli nə idi ki, bıçaqlarımız altında qanımız axdı: bu qanı bizdən kim siləcək?Özümüzü təmizləyə biləcək hansı su var?Hansı kəffarə bayramlarını, hansı müqəddəs oyunları icad etməli olacağıq?Bizim üçün çox böyük deyilmi, bu əməlin izzəti?Ona layiq olmaq üçün biz də tanrı olmamalıyıqmı? Nitsşe bu kəlamdan "Zərdüşt belə deyirdi" əsərində də istifadə etmişdir. Nitsşe, bunu nihilizm əsrinə giriş olaraq göstərmiş və Tanrını öldürənin məhz biz olduğumuzu demişdir. "İndi hara gedirik? Bütün günəşlərdən uzağamı?
Ölçü
Ölçü - hər hansı bir şeyin səciyyəvi xüsusiyyətlərinin təsviri üçün qəbul edilmiş vahid. Keyfiyyət özünəməxsusluğu olan hər bir obyektə müəyyən kəmiyyət xarakteristikaları xasdır və bu kəmiyyət xarakteristikalarınin hər birinin ölçüləri vardır. Hər bir elmdə və sənətdə umumi ölçülərlə bərabər yalnız onlara məxsus olan ölçülər və ölçü vahidləri vardır. Məsələn: Texnikada və fizikada (bax Ölçü vahidləri, Ölçü cihazı, Cihazlar və qurğular) Riyaziyyatda (bax Çoxluqlar nəzəriyyəsi) Zərgərlikdə (bax Karat (ölçü vahidi)) Fəlsəfədə (bax Ölçü (fəlsəfə)) və s. == Ölçmə == Xüsusi texniki vasitələrin köməyi ilə fiziki kəmiyyətlərin qiymətlərinin təcrübi yolla tapılmasıdır Xətti, radius və bucaq kəmiyyətləri ölçmələri texniki ölçmələr adlanır. Ölçmələr sınaqlar və nəzarət zamanı obyekt haqqında informasiya alınmasının aralıq və son mərhələsi ola bilər. Sınaq isə nəzarət prosesində ilkin informasiya alınmasının bir mərhələsidir. == Texniki nəzarət == Müəyyən edilmiş texniki normalara məmulatın uyğunluğunun yoxlanılması prosesidir və ondan məhsulun keyfiyyəti xeyli asılıdır. Ölçmə vasitələrinin tətbiqi ilə aparılan texniki nəzarət ölçmə nəzarəti adlanır. === Sınaqlar === Sınaq obyektinin kəmiyyət xassələrinin obyektə müəyyən təsir göstərməklə müəyyən edilməsidir.
Ecey
Ecey - türk və altay mifologiyasında yer üzündəki ilk qadın, Həvva. Ece, Ece, Eje də deyilir. Törüngəyin yoldaşıdır. Şumerlerdeki Ecem (Kraliça Tanrıçası) ilə də əlaqəlidir. Adəm isə Əlley (və ya Törüngəy) olaraq bilinir. İlk insan (ilk kişi və ilk qadın) anlayışlarına bütün mədəniyyətlərdə maraq eşidilmişdir, çünki insanın yer üzündə nə vaxt və necə var olduğu sualı daim maraq edilmişdir. == Etimologiya == (Ec/Eç/Eş) kökündən törəmişdir. Şumer mənşəli olduğu deyilməkdədir. Türkcədə böyük bacı, kraliça mənaları vardır. Türkcədə "Eş" kökünü də işarə edər.
Ereb
Ereb (yun. Ἔρεβος; lat. Erebus, mənası zülmət, qaranlıq deməkdir.) qədim yunan mifologiyasında və Hesiod teoqoniyasına görə daimi zülməti tərənnüm edən Xaosdan sonra törənmiş ilk tanrılardan biri, Niksin qardaşı və ondan dünyaya gətirmiş olduğu Efir və Hemeranın atasıdır. Mifologiyaya görə, yeraltında qalan mağaralar və digər qaranlıqlar Erebin hökmündədir.
Eçer
Eçer – Macarıstanda, Budapeşt yaxınlığında qədim kənd. Kənd Budapeştdən cənubi-şərqdə, Feriheci Beynəlxalq Aeroportunun yaxınlığında, 120a dəmir yolunun üzərində yerləşir.
Ərəb Valyuta Fondu
Ərəb Valyuta Fondu - Regional maliyyə təşkilatı. 1976-cı il aprel ayının 27-də Mərakeşin mərkəzi Rabatda ərəb dövlətlərinin iştirakı ilə yaradılan təşkilat. == Təşkili == Fondun yaradılması haqqında qərar 21 ərəb ölkəsinin təşkil etdiyi Ərəb Dövlətləri İqtisadi Konseyi tərəfindən 1976-cı il aprel ayının 27-də Mərakeşin mərkəzi Rabatda imzalanmışdır. Mərkəzi Əbu-Dabidə olan Ərəb Valyuta Fondunun üzvləri eyni zamanda Ərəb Birliyi üzvləridir. == Tarixi == 1977-ci ildən 1982-ci ilə qədər Ərəb Valyuta Fondunun ilk prezidenti və direktoru Doktor Cavad Haşim olmuşdur. 1988-ci ildə Ərəb Valyuta Fondu ona qarşı mülki məsələ qaldırmış və təşkilata rəhbərlik etdiyi müddətdə aldığı vəsaiti geri qaytarmağı tələb etmişdir. Növbəti 20 il hüquqi müstəvidə Ərəb Valyuta Fondu ilə sabiq direktor arasında düşmənçiliklə müşahidə olunmuşdur. 1982-ci ildə Ərəb Valyuta Fondu İnvestkorpun maliyyələşdirilməsinə və onun üzərində nəzarətə başlamışdır. 2014-cü ildə Səudiyyə Ərəbistan Mərkəzi Bankının sabiq rəhbəri Əbdülrəhman ibn Abdullah əl-həmidi Ərəb Valyuta Fondunun baş direktoru və idarə heyətinin sədri təyin edilmişdir. 2015-ci ilin aprelində Dünya Bankı qrupu və Ərəb Valyuta Fondu MENA (Middle East & North Africa - Orta Şərq və Şimali Afrika) bölgəsində əməkdaşlığın genişləndirilməsinə dair sövdələşmə imzalamışdır.
Aşıq Rəcəb
Aşıq Rəcəb (XVIII əsrin sonu—XIX əsrin əvvəlləri) — XVIII əsrin sonu, XIX əsrin əvvəllərində yaşamış aşıq. == Həyatı == Aşıq Rəcəb XVIII əsrin sonu, XIX əsrin əvvəllərində yaşadığı güman edilir. Samurun Əhrak kəndində yaşayıb. Dərdənddə "Haqq aşığı", "Kor aşıq" adları ilə tanınıb. Şeirlərinin əksəriyyəti o vaxtlar toplanmadığı üçün, təəssüflər olsun ki, günümüzə gəlib çatmamışdır. Təkcə bəzi gəraylı, qoşma və divaniləri bizə məlumdur. Onun əlimizdə olan bu şeirlərində aşıq kimi ustalığı dərhal özünə diqqət çəkir. "Kəklik" rədifli şeri belə şerlərdəndir. Yeri kəklik sənin sinən aladı, Görənlərin gözü səndə qaladı, Ayaqların dağda bitən lalada. Yerişin gördüm, get ağa, kəklik.
Cəbəlül-Ərəb
Cəbəl-Druz və ya Cəbəl əd-Druz (ərəb. جبل الدروز‎), rəsmi olaraq Cəbəlül-Ərəb (ərəb. جبل العرب‎) — Suriyanın сənubunda vulkan massivi. Maksimum hündündürlüyü 1,800 metrdir (Əl-Ceyna dağı). Əsasən bazaltdan ibarətdir, lava axınları ilə əhatələnmişdir. Zirvə və yamaclarında Pliosen püskürmələrinin kraterləri var. Səhra bitkiləri yayılmışdır. Bu vilayətin sakinlərinin əksəriyyəti druzlardır, həmçinin kiçikmiqyaslı müsəlman və əhəmiyyətli xristian icmaları da var. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Cəbəl-Druz ilə əlaqəli mediafayllar var.
Rəcəb Aktuğ
Rəcəb Aktuğ (13 may 1954, İzmir – 14 yanvar 2020, İstanbul) — Türkiyə aktyoru və müğənnisi. == Həyatı == 13 may 1954-cü ildə İzmirdə doğulub. Rəcəb Aktuğ 14 yanvar 2020-ci ildə İstanbulda 65 yaşında dünyasını dəyişib. 15 yanvar 2020-ci ildə Zəncirliquyu qəbiristanlığında dəfn edilib. === Ailəsi === Qızı Zeynəb Aktuğdur. == Yaradıcılığı == Rəcəb Aktuğ Türkiyənin bir çox məşhur seriallarında əsas rol ifaçılarından biri kimi çıxış edib. Aktyora ən çox məşhurluq qazandıran "Kurtlar Vadisi Pusu" serialında Ender bəy və "Aşk-Memnu" serialında Hilmi bəy obrazı olub.
Rəcəb Baxırcı
Rəcəb Hüseynov
Rəcəb Nazim oğlu Hüseynov (3 yanvar 1994; Aşağı Quşçu, Tovuz rayonu — 9 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəcəb Hüseynov 1994-cı il yanvarin 3-də Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 2000–2011-ci illərdə İ. Bayramov adına Aşağı Öysüzlü kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı, bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Rəcəb Hüseynov 2012–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Rəcəb Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Rəcəb Hüseynov noyabrın 9-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Tovuz rayonunun Aşağı Quşçu kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəcəb Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Rəcəb Musayev
Rəcəb Musayev — azərbaycanlı müğənni, aparıcı == Həyatı == 1975-ci il 25 may tarixində anadan olmuşdur. Əslən Yardımlı rayonundan olan sənətçi orta təhsilini Bakı şəhərində yerləşən 88 saylı məktəbdə başa vurmuşdur. İlk ali təhsilini Türkiyənin Anadolu Universitetində almışdır. İkinci təhsilində isə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi olmuşdur. 2004 və 2005-ci illərdə SOY şirkətinin rəhbərliyi ilə ATV kanalında yayımlanan "Yeni Ulduz-2" musiqi müsabiqəsinin qalibi olmuşdur. Daha sonra AzTv kanalında yayımlanan əsgərlər üçün hazırlanan "Əsgər anı" adlı yumoristik verilişin həm aparıcılarından həm də aktyorlarından biri olmuşdur. 2011-cu il yanvarın 8-də axşam saatlarında Sabunçu rayonu ərazisində yol qəzası törətmişdir. Qəzadan sonra onu 3 saylı Sabunçu rayon xəstəxanasına çatdırsalar da, yolda dünyasını dəyişib. Sözləri və musiqisi Gövhər Həsənzadəyə aid olan "Tanrım" mahnısının ifaçısıdır.İlk və son klipini də məhz bu mahnı üçün çəkdirmişdir.
Rəcəb Məmmədov
Rəcəb Məmmədov (əsgər, 1995) — əsgər, Vətən müharibəsinin şəhidi. Rəcəb Məmmədov (əsgər, 1996) — əsgər, Vətən müharibəsi şəhidi.
Rəcəb Paşa
Kürəkən Rəcəb Paşa (ö. 1726) — Osmanlı sultanı III Əhməd dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Əslən alban olub, saraydakı qohumları vasitəsilə Əndəruna alınmışdır. Ardından saray xəzinədarı olaraq xidmət etdikdən sonra 1707-ci ilin sentyabrında vəzirliklə Diyarbəkir, 1710-cu ildə Van, 1711-ci ildə Sivas, 1712-ci ildə Trabzon valisi təyin edildi. Bu vəzifədə ikən 1712-ci ildə Sultan Mustafanın qızlarından Əminə Sultanla nigahlandı. 1713-cü ildə Təkə, 1714-cü ildə Qüds, 1716-cı ildə Şam, 1717-ci ilin iyulunda Vidin, 1719-cu ilin fevralında Hələb, 1720-ci ildə Misir bəylərbəyi oldu. Ancaq bir il sonra vəzifədən alındı və çox keçmədən yenidən Hələbə təyin olundu. Daha sonra 1724-cü ilin martında Tiflis, 1725-ci ilin mayında Diyarbəkir, 1726-cı ildə İrəvan bəylərbəyi oldu. Ancaq həmin il vəfat etmişdir. == Mənbə == Sicill-i Osmani IV cild, səh.
Rəcəb Pekər
Mehmet Rəcəb Pekər (5 fevral 1889, Konstantinopol – 2 aprel 1950, İstanbul) — Türk hərbçi və siyasət adamı. Dağıstandan Anadoluya köçmüş bir Ləzgi olan Mustafa bəyin oğludur.1931–1936 illəri arasında Cümhuriyyət Xalq Partiyası Ümumi katibi qismində, Atatürk və İnönünün yanında rejimin "üçüncü adamı" olaraq seçildi Faşist İtaliya və Nazı Almaniyasına yaxın bir siyasəti müdafiə etdi. 7 Avqust 1946–10 Sentyabr 1947 tarixləri arasında baş nazirlik etdi.1 aprel 1950 tarixində İstanbulda vəfat etdi. Məzarı Ədirnəqapı Şəhidliyidir.Milliyəti ləzgidir..
Rəcəb Qulamov
Rəcəb Xaydaroviç Qulamov (31 mart 1996; Sumqayıt, Azərbaycan — 1 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəcəb Qulamov 31 mart 1996-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. Subay idi.Sumqayıt şəhərində anadan olmuşdur.O 2002 ci ildə 1 ci sinifə Sumqayıt şəhər 6 saylı tam orta məktəbdə getmişdir.Mehriban gülərüz olmuşdur.Məktəbi bitirdikdən sonra Aşpazlıq kursuna getmişdir və oradan sertifkat almışdır.Sentyabırın 7 sində hərbi hissəyə daxil olmuş 27 sentyabrdada döyüş başlamışdır. == Hərbi xidməti == Rəcəb Qulamov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında bir müddət həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra mülki fəaliyyət göstərmişdir. 8 sentyabr 2020-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Rəcəb Qulamov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rəcəb Qulamov 1 oktyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Uzun müddət nəşi tapıla bilməmişdir.
Rəcəb İsmayılov
Rəcəb Nəcəf oğlu İsmayılov (16 sentyabr 2000, Əliqullar, İmişli rayonu – 30 oktyabr 2020, Güləbird, Laçın rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Rəcəb İsmayılov 2000-ci il sentyabrın 17-da İmişli rayonunun Əliqulular kəndində anadan olmuşdur. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Rəcəb İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rəcəb İsmayılov 30 oktyabr 2020-ci ildə Laçın rayonunun Güləbird kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəcəb İsmayılov "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Rəcəb İsmayılovun uzun müddət tapıla bilməyən nəşi 3 fevral 2021-ci ildə İmişli rayonunun Əliqulular kəndində torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəcəb İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəcəb İsmayılov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəcəb İsmayılov ​ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Rəcəb Əfəndizadə
Rəcəb Əfəndizadə (1893, Nuxa – 20 dekabr 1956) – maarif xadimi, pedaqoq-alim, yazıçı, tərcüməçi, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasın məzunu. == Həyatı == Rəcəb Əsədulla oğlu Əfəndizadə 1893-cü ildə Nuxa şəhərində sənətkar ailəsində anadan olmuşdur. Şəkidə mollaxanada (1900–1901), altısinifli şəhər məktəbində (1902–1910), Qori Müəllimlər Seminariyasında (1910–1914) təhsil almışdır. Ekstern yolu ilə Azərbaycan Dövlət Universitetinin pedaqogika fakültəsini bitirmişdir (1930). Göyçay ikinci dərəcəli şəhər məktəbində (1914–1915), Şəki kişi-qadın gimnaziyasında müəllim (1915–1922), Şəki Pedaqoji Texnikumunda (1922–1927), Tiflis Pedaqoji Texnikumunda (1928-1929) direktor, Ali Pedaqoji İnstitutda müəllim ve dosent (1929–1934), Azərbaycan Dövlət Qiyabi Pedaqoji İnstitutunda tədris və elmi işlər üzrə direktor müavini, pedaqogika kafedrasının müdiri (1945–1949) işləmişdir. Rəcəb bəy Azərbaycan Xalq Cümhuriyyəti dövründə Nuxa qəzasında Hökumətin xalq maarifi sahəsində təd-birlərini həyata keçirmiş, "Türk qiraəti" (1918) dərsliyini nəşr etdirmişdir. "İş otağı" (1933), "Müəllimlərin ixtisasını artırma işinin təşkili" (1934), "Xalq maarifi üzrə məlumat kitabı" (1935), "Fiziki coğrafiya" (1935), "Qiyabi təhsil sistemində şifahi konsultasiya" (1936), "İzahlı pedaqoji lüğət" (1939), "Şagirdlərin fiziki tərbiyəsi və hərbi hazırlığı" (1942), "Uşaqlarda səhiyyə vərdişləri tərbiyəsi" (1947) və s. əsərləri Azərbaycanda xalq maarifi və tərbiyə işlərinin elmi-metodik əsaslar üzərində qurulmasında mühüm rol oynamışdır. Avropa və rus pedaqogikasının klassikləri Y.A.Komenski ("Didaktik prinsiplər"), İ.H.Pestalotsi ("Seçilmiş pedaqoji əsərləri") və K.D.Uşinskinin ("Məktəbdə təlim-tərbiyə işləri haqqında") irsi Azərbaycan pedaqoji fikrinə ilk dəfə Əfəndizadənin tərcümələri vasitəsilə daxil olmuşdur. Əfəndizadə ali və orta məktəblər üçün Moskvada nəşr olunmuş "Psixologiya" və "Pedaqogika" dərsliklərinin də ilk tərcüməçisidir.