Tanrı öldü

Fridrix Nitsşe

"Tanrı öldü" (Almanca : Gott ist tot</img> Gott ist tot) — alman filosof Fridrix Nitsşe tərəfindən istifadə edilmiş ifadə. O, bu ifadəni ilk dəfə "Şən Elm" əsərində istifadə etmişdir. Nitsşe Şən Elm kitabında bunları demişdir:

Tanrı öldü. Tanrıdan geriyə yalnız bir ölü qalıb. Və biz onu biz öldürdük. Özümüzü necə təsəlli edək, biz qatillərin, qatilləri?Dünyanın indiyədək sahib olduğu şeylərdən ən müqəddəs və ən qüdrətli nə idi ki, bıçaqlarımız altında qanımız axdı: bu qanı bizdən kim siləcək?Özümüzü təmizləyə biləcək hansı su var?Hansı kəffarə bayramlarını, hansı müqəddəs oyunları icad etməli olacağıq?Bizim üçün çox böyük deyilmi, bu əməlin izzəti?Ona layiq olmaq üçün biz də tanrı olmamalıyıqmı?

Nitsşe bu kəlamdan "Zərdüşt belə deyirdi" əsərində də istifadə etmişdir. Nitsşe, bunu nihilizm əsrinə giriş olaraq göstərmiş və Tanrını öldürənin məhz biz olduğumuzu demişdir.

"İndi hara gedirik? Bütün günəşlərdən uzağamı? Dayanmadan yıxılmırıqmı? Önə, arxaya, sağa, sola, hər yerə yıxılmırıqmı? Hələ də yüksəklik və alçaqlıq qavramları mövcuddurmu? Sonsuz heçlikdə boş-boş gəzmirikmi? Sifətimizdə boşluğun nəfəsini hiss etmirikmi? Hava indi həmişəkindən daha da soyuq deyilmi? Gecələr getdikcə daha çox qaranlıqlaşmırmı? Tanrı öldü! Tanrı öldü! Onu öldürən bizik!"

Nitsşe, Tanrının insan tərəfindən uydurulan bir ulu varlıq olduğunu, bu qavramın təmsil etdiyi həyat fəlsəfəsinin isə başdan-başa səhv və mövcud oluşa qarşı olduğunu və Tanrının öldürülməsi ilə yaşamın dirilə biləcəyini düşünürdü. İnsanlar bu ölümü öz üzərlərində yeni qələbə kimi dəyərləndirməlidir. Əks təqdirdə mənasızlığın və yoxluğun içində yaşamaqla bunun cəzasını çəkəcəklər. Nitsşe, Tanrının ölməsi ilə fövqəl insana gedən yolun açıldığını və bu fürsətdən istifadə etməyin zəruri olduğunu düşünürdü.