Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ağəhməd
Ağəhməd Tiflis əyalətinin Ağcaqala nahiyəsində bir oymağın (tayfanın adı). == Toponimkası == Ağəhməd - Tiflis əyalətinin Ağcaqala nahiyəsində bir oymağın (tayfanın adı).Mənşəcə Təkəli elinin bir qoludur. Bu el (mənbədə "oymaq" kimidir) Məhanə, Şimali, Sayatlı və Kiçik Sayatlı camaatlıqlardandır.
Bəyəhməd
Bəyəhməd abidələr kompleksi — Naxçıvan MR-in Culfa rayonunun Bəyəhməd kəndi ərazisində yerləşən arxeoloji abidələr. == I Bəyəhməd == I Bəyəhməd Culfa rayonunun Bəyəhməd kəndindən şimal – qərbdə Dərəçayın sol sahilində, ilk dəmir dövrünə aid yaşayış yeridir. Abidə dağ silsiləsinin çaya enən yamacındadır. Sahəsi 1500 m² – dir. 1991 – ci ildə qeydə alınmışdır. Abidənin yerləşdiyi ərazidən uzun müddət əkin sahəsi kimi istifadə edildiyindən yerüstü materiallar və ilkin mədəni təbəqə dağılmışdır. Yerin səthində gil qab qırıqlarına, çəhrayı və boz rəngli tuf daşından hazırlanmış dən daşlarına təsadüf edilmişdir. Bəzi qab qırıqlarının üzərinə qara boya çəkilərək yüngülcə cilalanmışdır. Abidədən əldə edilmiş tapıntılar Culfa Tarix-Diyarşünaslıq muzeyində sərgilənir. Abidənin e.ə.
Əhməd
Əhməd — Kişi adı. Əhməd Yəsəvi — Əhməd Hüseynzadə — Əhməd bəy Ağaoğlu — ictimai xadim, jurnalist, pedaqoq Əhməd şah Qacar — Yəzid ibn Əhməd — Şirvanşahlar dövlətinin onuncu hökmdarı Əhməd Ər — Əhməd Əsəd Uras — Əhməd Kənan Tanrıkulu — Əhməd Krımlı — Əhməd Məhəmməd Aq Amani — Əhməd Mithəd Qalabalıq — Əhməd Rasim — Əhməd sultan Avşar — Şah Əhməd Əhməd Əhmədov Əhməd Əhmədov (Ruminski) — Azərbaycan teatr və kino aktyoru, şair və dramaturq. Əhməd Əhmədov (İman oğlu) — Sumqayıt hadisələrinin təşkilatçısı kimi güllələnən azərbaycanlı. Əhməd Əhmədov (general) — Naxçıvanın Daxili İşlər naziri, polis general-leytenantı. Əhməd Əhmədov (geoloq) — azərbaycanlı neftçi-geoloq. Əhməd Əhmədov (dövlət xadimi) — Tarix, Dil və Ədəbiyyat İnstitutunun direktoru. Repressiya qurbanı.
Bəyəhməd aşırımı
Bəyəhməd aşırımı – Culfa və Ordubad rayonlarının sərhədində, Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun suayırıcısında aşırım (hünd. 2486,0 m). Boyəhməd kəndindən 2,5 km cənub-şərqdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Alt Paradaş yarımlay dəstəsinin çökmə süxurlarını yaran gəzdəkdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-şərq qurtaracağında müşahidə edilən Ərəfsə sinklinalının nüvə hissəsində yerləşir. Gəzdəyindən şimal-qərb istiqamətli Göygöl-Şahbuzçay dərinlik qırılması izlənilir. Həmçinin, gəzdəyi və cənub-şərq yamacından şimal-şərqə istiqamətlənmiş fay-yerdəyişmələri keçir.
Güləhməd Talıbov
Güləhməd Talıbov (Güləhməd Mirəhməd oğlu Talıbov) — kimya elmləri doktoru, professor. İlin müəllimi (2014). == Ümumi məlumatlar == Güləhməd Mirəhməd oğlu Talıbov Lənkəran rayonu, Şağlaser kəndində anadan olmuşdur. Təvəllüdü (gün, ay, il): 10. iyul 1961 Təhsil (məktəbin adı və ixtisası): 1978-ci ildə ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə daxil olmuşdur. 1981-ci ildə köçürülmə yolu ilə Leninqard Dövlət Universitetinin (indiki Sankt-Peterburq universiteti) kimya fakültəsinin üçüncü kursundan təhsilini davam etdirmişdir. 1984-cü ildə "Fiziki üzvi kimya" kafedrasında kimyaçı ixtisası üzrə oranı bitirmişdir. LDU Elmi Şürasının qərarı ilə Ali məktəbi bitirən kimi aspiranturaya qəbul olunmağa tövsiyə edilmişdir. == Əsas elmi nailiyyətləri == 1984-cü ildən təyinatla Milli Elmlər Akademiyasının Neft-Kimya Prosessləri İnstitutunun "Nüvə maqnit rezonansı spektroskopiyası" qrupunda baş laborant kimi əmək fəaliyyətinə başlamışdır. Talıbov Güləhməd Mirəhməd oğlu 2011-ci ildə "Doymamış C3-spirtlərin efirləri və onların törəmələri: sintezi xassələri və tətbiqi" mövzusunda kimya elmləri üzrə doktorluq dissertasiyası müdafiə etmişdir.
Məhməd Polat
Mehmet Polat (türk. Mehmet Polat) — Türkiyə aktyoru. == Həyatı == Mehmet Polad 1970-ci il yanvarın 14-də Diyarbakırda anadan olub. 1982-ci ildə konservatoriyanı bitirib. "Beləmi olacaqdı" (türk. Böylemi olucaktı) adlı serialda debüt edib. Sonra "Qurdlar vadisi", "Acı həyat" kimi seriallara çəkilib.
Məhməd Xeyri
Mehmet Xeyri (türk. Mehmet Hayri) (d. 1879, Konya, Osmanlı İmperiyası - ö. 1928, Ankara, Türkiyə) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1887-ci ildə hərbi məktəbə daxil olmuş və 1895-ci ilin 26 yanvarında oranı bitirmişdir. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1920-ci ildə Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədən sonra “İstiqlaliyyət medalı” ilə mükafatlandırıldı. O, 18 may 1921-ci ildə öz istəyi ilə təqaüdə çıxdı. Təqaüdçü olduqdan sonra Xarici İşlər Nazirliyinə işlədi.
Məhməd Qəssaboğlu
Mehmet Məhərrəm Qəssaboğlu və ya Mehmet Muharrem Kasapoğlu (türk. Mehmet Muharrem Kasapoğlu; 22 dekabr 1976, İstanbul) — Türkiyə dövlət xadimi. O, hazırkı Gənclər və İdman naziridir. == Erkən illəri == Mehmet Məhərrəm Qəssaboğlu 1976-cı ildə Türkiyənin İstanbul şəhərində anadan olmuşdur. O, Mərmərə Universitetinin İqtisadiyyat və İnzibati elmlər fakültəsində Biznesin idarə edilməsi üzrə təhsil almış və oranı bakalavr dərəcəsi ilə bitirmişdir. Qəssaboğlu daha sonra həmin universitetdə Yerli İdarəetmələr və Mərkəzsizləşdirmə üzrəmagistr dərəcəsi qazanmışdır. Florida Dövlət Universitetinin Biznesin İdarə Edilməsi Fakültəsində İdarəetmənin təşkili sahəsində tədqiqatçı, mütəxəssis və layihə koordinatoru kimi fəaliyyət göstərmişdir. Floridadakı Palm-Biç Atlantik Universitetində Biznesin idarə edilməsi üzrə daha bir bakalavr dərəcəsi qazanmışdır. Qəssaboğlu Türkiyəyə qayıtmış və İstanbul Universitetində Yerli Məşğulluq üzrə Doktorluq dərəcəsi əldə etmişdir. 10 iyul 2018-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan tərəfindən Gənclər və İdman naziri təyin edilmişdir.
Məhməd Şimşək
Mehmet Şimşək (həmçinin Mehmet Şimşək; türk. Mehmet Şimşek; 1 yanvar 1967, Arıca[d], Batman ili, Türkiyə) — Türkiyə siyasətçisi və iqtisadçısı. O, 3 iyun 2023-cü ildən Türkiyə Xəzinə və Maliyyə naziri vəzifəsində çalışır. Şimşək 24 noyabr 2015-ci il tarixindən 9 iyul 2018-ci ildə bu vəzifə ləğv edilənə qədər Türkiyə Baş nazirinin müavini olmuşdur. O, daha əvvəl 2009–2015-ci illərdə baş nazirlər Rəcəb Tayyib Ərdoğan və Əhməd Davudoğlunun hökumətlərində maliyyə naziri vəzifəsində çalışmışdır. Şimşək Ədalət və İnkişaf Partiyasının üzvü olaraq 2007-ci ildə keçirilən ümumi seçkidə Qaziantepdən, 2011-ci ildə isə Batmandan millət vəkili seçilmişdir. == Həyatı == Mehmet Şimşək 1 yanvar 1967-ci ildə Türkiyənin Batman vilayətinin Gərcüş rayonunun Arıca kəndində anadan olmuşdur. Kürd əsillidir. Şimşək səkkiz uşaqlı ailənin ən kiçiyi idi. Anası o, dörd yaşında olarkən vəfat etmişdir.
Bəyəhməd abidələr kompleksi
Bəyəhməd abidələr kompleksi — Naxçıvan MR-in Culfa rayonunun Bəyəhməd kəndi ərazisində yerləşən arxeoloji abidələr. == I Bəyəhməd == I Bəyəhməd Culfa rayonunun Bəyəhməd kəndindən şimal – qərbdə Dərəçayın sol sahilində, ilk dəmir dövrünə aid yaşayış yeridir. Abidə dağ silsiləsinin çaya enən yamacındadır. Sahəsi 1500 m² – dir. 1991 – ci ildə qeydə alınmışdır. Abidənin yerləşdiyi ərazidən uzun müddət əkin sahəsi kimi istifadə edildiyindən yerüstü materiallar və ilkin mədəni təbəqə dağılmışdır. Yerin səthində gil qab qırıqlarına, çəhrayı və boz rəngli tuf daşından hazırlanmış dən daşlarına təsadüf edilmişdir. Bəzi qab qırıqlarının üzərinə qara boya çəkilərək yüngülcə cilalanmışdır. Abidədən əldə edilmiş tapıntılar Culfa Tarix-Diyarşünaslıq muzeyində sərgilənir. Abidənin e.ə.
Mirzə Əlməmməd Xəlilov
Mirzə Əlməmməd Xəlilov (1862, Naxçıvan – 1896) — Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu, pedaqoq. == Həyatı == Mirzə Əliməmməd 1862-ci ildə Naxçıvan şəhərində anadan olmuşdu.Zaqafqaziya (Qori) Müəllimlər seminariyasını bitirmişdi. O. bu seminariyanın ilk şagirdlərindən idi. 1879-cu ildə Qori Müəllimlər Seminariyası nəzdində Azərbaycan şöbəsinin açılması məsələsi müzakirəyə çıxarılan zaman A. Çernyayevski bu şöbənin təşkili və yaradılması üçün ən münasib və layiqli şəxs hesab edilir. Həmin ilin yayında Azərbaycanın bütün irili-xırdalı yaşayış məntəqələrini, kənd və şəhərlərini qarış-qarış gəzib, seminariyanın yenicə açılmış Azərbaycan şöbəsində oxumaq üçün şagird toplayan Aleksey Osipoviç cəmi bir neçə gənc ilə geri qayıdır. Sonralar onlardan yalniz üç nəfəri, Teymur bəy Bayraməlibəyov (Lənkəran), Səfərəli bəy Vəlibəyov (Şuşa) və Mirzə Əliməmməd Xəlilov (Naxçıvan) şəhadətnamə alıb xalq müəllimi adına layiq görülürlər. A. Çernyayevski Səfərəli bəy Vəlibəyovu dərs demək üçün seminariyada saxlayır. Mirzə Əliməmməd müəllim işləmişdi. O, 1896-cı ildə vəfat edib. == Fəaliyyəti == Dövrün tərəqqipərvər, açıqfikirli ziyalılarından Məhəmməd ağa Şahtaxtlı (1846–1931), Qurbanəli Şərifov (1854–1917), Məhəmməd Tağı Sidqi (1854–1903), Cəlil Məmmədquluzadə (1869–1932), Eynəli bəy Sultanov (1866–1935), Mirzə Əlməmməd Xəlilov (1862–1896), Mirzə Ələkbər Süleymanov (1862–1921), Mirzə Məmməd Zamanbəyov və başqalarının təşəbbüsü və səyi nəticəsində 1883-cü ildə Naxçıvanda ilk dəfə olaraq "Müsəlman incəsənəti və dram cəmiyyəti" (R.Nəcəfov.
Abış Əhməd
Abış Əhməd (fars. آبش احمد‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanında yerləşən şəhər. Təbrizdən 273 kilometr şimal-şərqdə yerləşir və Hurand şəhərilə 54 kilometr məsafəsi var. Şəhərin qədim adı Əhmədli / Əhmədlu olmuşdur. Kənd qalası və Şahzadə Qasım imamzadəsi şəhərin tarixi abidələrindəndir. == Əhalisi == Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 2329 nəfər yaşayır (526 ailə).
Aşıq Əhməd
Aşıq Əhməd (XIX əsr, Güvəndik) — XIX əsr Azərbaycan aşığı. == Həyatı == Aşıq Əhməd Tovuz rayonunun Güvəndik kəndində anadan olan aşığın doğum və ölüm tarixi dəqiq məlum deyil. Şeirlərində çar rejimini tənqid etdiyi üçün ömrü boyu təqiblərə məruz qalmış, bu səbəbdən dövrün digər qaçaqları kimi ömrünün çoxunu dağlarda keçirmiş və şeirlərinin çoxu günümüzə gəlib çatmamışdır. Əlimizdə olan şeirləri o dövrün aşıqlarının yaddaşlarında qorunub saxlanılanlardır. Şeirlərində əsasən bəxtindən, sevdasından, istəklərinə, arzularına qovuşa bilmədiyindən şikayət edir.
Benazir Əhməd
Benazir Əhməd (1 oktyabr 1963) — Təcili cavab batalyonunun (RAB) və 2014-cü ildən bəri Banqladeş Milli Polisinin rəhbəri. == Həyat və fəaliyyəti == Dakaka Universitetinin tibb fakültəsində İngilis mütəxəssislərinin, magistr, bakalavr, sonra tibb elmləri namizədi olan xüsusi bir proqrama əsasən təhsil aldı. Dakada Polis Akademiyasını bitirdikdən sonra Kişoreganj şəhərinin rayon şöbəsində Banqladeş Daxili İşlər Nazirliyinin əməkdaşı oldu. Bir neçə il sonra müvəqqəti olaraq polis xidmətindən ayrıldı və sosiologiya dosenti olaraq əlavə institusional mənsubiyyət aldı. Tezliklə Daka Polis Akademiyasında Baş Təlimatçı və Tanqaylda yerləşən təlim hərbiyyə mərkəzinin komendantı vəzifələrini aldı. Qısa müddət Banqladeş Polis Qərargahında Maliyyə Sistemi və İdarə Əməliyyatları Sistemi Başçısı olaraq çalışdı. 2013-cü ildə Dakka Polis Komissarı vəzifəsinə yüksəlmişdir. Xaricdə, o, BMT-nin Kosovadakı silahsız beynəlxalq hərbi müşahidəçilərinin bir hissəsi idi və bir müddətdir UNMIBH sülhməramlıları ilə Bosniya və Herseqovinada asayişi izləmişdir. Digər ölkələrdə çoxsaylı təcrübə keçib, o cümlədən: Asiya-Sakit Okean Təhlükəsizlik Tədqiqatları Mərkəzində (Havay, ABŞ) İnteqrasiya Terrorizm dərəcəsi ilə. Avstraliya Federal Polis Universitetində (Kanberra, Avstraliya) cinayət kəşfiyyatı dərəcəsi ilə.
Bilal Əhməd
Bilal Əhməd (tam adı: Bilal Mahmud oğlu Əhməd; 1884, Pirşağı, Bakı qəzası – 1944, Kirovabad) — Türk İşçi Teatrı və Azərbaycan Dövlət Dram Teatrının ilk baş rejissoru və direktoru, Əməkdar artist, dramaturq, yazıçı, tərcüməçi, teatr və kino xadimi, aktyor. == Həyatı == Bilal Əhməd 1884-cü ildə Bakının Pirşağı kəndində dünyaya gəlib. Atası Kərbəlayı Mahmud öz dövrünün məşhur həkimi olub. Anası Çeşmi xanım isə adlı-sanlı "Məmməd Səfi" nəslindən idi. İlk təhsilini mollaxanada alan Bilal Əhməd ərəb-fars dillərini mükəmməl öyrənir. Daha sonra o, Bakı gimnaziyasına qəbul olur və 1907-ci ildə gimnaziyanı fərqlənmə ilə bitirir. Gimnaziyada oxuduğu illərdə rus və alman dillərini öyrənir. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bilal Əhməd Azərbaycan hökuməti tərəfindən Leninqrad (Sankt-Peterburq) İncəsənət İnstitutuna oxumağa göndərilir. Repressiya qurbanı olan Bilal Əhməd 1937-ci ildə həbs olunur. Heç bir günahı olmadığı üçün doqquz aydan sonra onu həbsxanadan buraxırlar.
Bürhanəddin Əhməd
Qazi Bürhanəddin (1345, Kayseri – 1398, Sivas) — mənşəcə Azərbaycan türklərindən olan XIV əsrin məşhur şairi, dövlət xadimi və alim. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Qazi Bürhanəddin Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Görkəmli dövlət xadimi, məşhur sərkərdə və şair Qazi Bürhanəddin 1344-cü il-də Qeysəriyə şəhərində dünyaya göz açmışdır. O, mənşəyinə görə, qədim türk-oğuz boylarından sayılan Salur tayfasına mənsub idi. Belə bir ehtimal da var ki, onun qədim babaları Xarəzmdən gəlmişdilər. Şairin adı Əhməd, künyəsi Əbülabbas, təxəllüsü isə Qazi Bürhanəddin idi. O, irsən keçən qazilik hüququna malik, yüksək savad dərəcəsi və əsl-nəcabəti ilə məşhur olan bir ailədən idi. Qeysəri şəhərinin qazıları Cəlaləddin Həbib, Hüsaməddin Hüseyn, Siracəddin Süleyman bu nəsildəndirlər. Onun babası Siracəddin Süleyman Anadoluda yaradılmış Ərətna bəyliyinin banisi Ələddin Ərətnanın sarayında yaşamış və bəyliyin siyasi həyatında mühüm rol oynamışdır. Şairin atası Şəmsəddin Məhəmməd də öz dövrünün məşhur qazilərindən sayılır.
Bəy Əhməd
Bəy-Əhməd Tiflis əyalətinin Dəmirçi Həsənli nahiyəsində el adı. == Toponimkası == Bəy-Əhməd- Tiflis əyalətinin Dəmirçi Həsənli nahiyəsində el adı.Mənbədə bu kiçik elin (camaatın) Dəmirçi Həsənli tayfasına mənsub olması göstərilir (yenə orada) Əsli Beq Əhməd.
Dilqəm Əhməd
Dilqəm Əhməd (3 dekabr 1985, İrəvan) — azərbaycanlı jurnalist, araşdırmaçı, yazıçı və kolleksiyaçı. 2019-cu il mayın 27-də "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalına layiq görülüb. == Həyatı və təhsili == Dilqəm Əhməd 1985-ci il dekabrın 3-də İrəvan şəhərində anadan olub. 1988-ci ildə ailəsi İrəvandan deportasiya edilib və onlar Sumqayıt şəhərinə köçüblər. 1992-ci ildə Sumqayıt şəhərİNDƏ 33 saylı orta məktəbdə ibtidai təhsil almağa başlayıb. 1999-cu ildən təhsilini Bakı şəhəri 246 saylı məktəb-liseydə davam etdirib. 2003–2007-ci illərdə Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakultəsində politologiya ixtisası üzrə bakalavr təhsili alıb. “Üzeyir Hacıbəyovun ictimai-siyasi görüşləri” mövzusunda elmi iş yazaraq, universiteti fərqlənmə diplomu ilə bitirib. 2007–2008-ci illərdə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olub. 2008-2010-cu illərdə Bakı Dövlət Universitetində sosial iş ixtisası üzrə magistr təhsili alıb.
Faiq Əhməd
Faiq Əhməd (d. 1982, Sumqayıt, Azərbaycan SSR, SSRİ) — Azərbaycan müasir incəsənət rəssamı. Faiq Əhməd Azərbaycan xalçalarının zəngin naxışlarını və dizaynlarını öyrənir, milli mədəniyyətə və rəssamlıq ənənələrinə əsaslanaraq, nadir və müasir məhsullar yaradır. Bundan istifadə edərək Faiq Əhməd xalçaların dizaynını müasir əsərlərə çevirir. == Fəaliyyəti == 2004-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını heykəltəraşlıq ixtisası üzrə bitirib. Faiq Əhməd Azərbaycanı Venesiya Biennalesində təmsil etmişdir: öncə 2007-ci ildə Azərbaycan pavilyonu burada ilk dəfə təqdim olunduqdan, sonra 2013-cü ildə “Love Me, Love Me Not” adlı ekspozisiya keçirildikdə; 2018-ci ildə Merkosur Birliyi ölkələrinin 11-ci Biennalesində də Azərbaycanı təmsil etmişdir. Sənətkar özünün konseptual əsərləri ilə məşhurdur. Həmin əsərlərində o, müasir incəsənətə aid heykəltəraşlıq nümunələri yaratmaq üçün xalq sənəti ənənələrindən və ələlxüsus xalçaçılıq sənətinin vizual dilindən istifadə edir. O, ənənə və stereotipləri müəyyən tərkib hissələrə ayıraraq xalq sənəti haqqında təsəvvürümüzü yeniləyir. Qədim əsnaflıq irsimizi yeni vizual sərhədlərə çıxarır.
Gödək Əhməd
Əbül Nasir Gödək Əhməd (1476, Konstantinopol – 13 dekabr 1497 və ya 1497, İsfahan) — Ağqoyunlu dövlətinin VI hökmdarı. Həsən bəy Rumlu Əhsənüt-təvarix əsərində Gödək Əhmədlə bağlı yazırdı: "O, həmin ilin qışında öldürüldü. Onun hakimiyyəti altı ay davam etdi. Bədən quruluşuna gəlincə; üzü son dərəcə qırmızı və ağ, əlləri və ayaqları qısa idi. Bu səbəbdən Əhməd gödək adı ilə tanınırdı". == Həyatı == Ağqoyunlu Əhməd bəy mənbələrdə Əhməd Mirzə, Sultan Əhməd, Gödək Əhməd ünvan və ləqəbləri ilə tanınır. O, Uzun Həsənin nəvəsi, Uğurlu Məhəmmədin isə oğlu idi. Uğurlu Məhəmməd atasına qarşı 1474-cü ildə döyüşdə məğlub olduqdan sonra Osmanlı dövlətinə sığınmışdı. Fateh Sultan Mehmed də onu qızı Gövhərxan Sultan ilə evləndirərək onları Sivas bəyliyinə göndərir. Uğurlu Məhəmməd bəy Səlcuqşah Bəyimin təşkil etdiyi sui qəsd nəticəsində Ərzincana gedərək orada öldürülür.
Günay Əhməd
Günay Əhməd — Azərbaycanın teatr və kino aktrisası. == Həyatı == Gunay Əhməd 1985-ci ildə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olub. 1987-ci ildə ailəsi ilə birgə Rusiyann Kursk vilayətinə daha sonra 1992-ci ildə Bakı şəhərinə köçürlər. 1992-ci ildə "Karate Do" daha sonra Azərbaycan milli rəqslərinin sirrlərini öyrənir. 2002–2005-ci ildə Bakı Mədəni-Maarif Texnikumunun "Kütləvi tədbirlər rejissor" fakültəsində təhsil alır.2005–2006-cı illərdə Cabir Novruz Fondunun nəznində "CNF production"da prodüser kimi çalışıb. Həmin illərdə bir neçə klip ve reklamlarda çəkilir.2012-ci ildən aktrisa kimi fəaliyyətinə davam edir. İlk çəkildiyi serial "Sirr"serialı olur. 2014-cü ildə xalq artisti Pərviz Məmmədrzayevin köməyi ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının nəznində yaranan studiyada fəaliyyət göstərib. 2015-ci ildə xalq artisti Vidadi Həsənovun yaratdığı "M-Teatr"in üzvü olur. Hazırda "M-Teatr" ilə yanaşı seriallarda ve filmlərdə çəkilir.
Həmzə Əhməd
Həmzə Əhmədoğlu (29 may 1939, Bakı – 27 yanvar 2008) — Azərbaycan operatoru, aktyor. == Həyatı == Həmzə Əhmədoğlu 29 may 1939-cu ildə Bakıda anadan olub. Odessa Kinematoqrafiya İnstitutunu bitirib (1960). Əməkdar mədəniyyət işçisi (2007) idi. Həmzə Əhmədoğlu 2008-ci ildə vəfat edib. == Filmoqrafiya == Afroditanın qolları (film, 1987) (qısametrajlı bədii film) Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film) — quraşdırılmış səhnələrin operatoru Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film) — quraşdırılmış səhnələrin operatoru Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film) — quraşdırılmış səhnələrin operatoru Anın quruluşu (film, 1980) (tammetrajlı bədii film) — quraşdırılmış səhnələrin operatoru Asif, Vasif, Ağasif (film, 1983) Aşkarsızlıq şəraitində... (film, 1986) Bağ mövsümü (film, 1985) Bəyin oğurlanması (film, 1985) Birisigün, gecəyarısı... (film, 1981) Bizi bağışlayın (film, 1979) Cin mikrorayonda (film, 1985) Çalalar (film, 2000) Dədə Qorqud (film, 1975) Dəvətnamə (film, 1989) Dörd bazar günü (film, 1975) Əlavə iz (film, 1981) Ərazi (film, 2005) Evlənmək istəyirəm (film, 1983) Fransa qəhrəmanı (film, 1975) Gözlə məni (film, 1980) Gün keçdi (film, 1971) Xoşbəxtlik qayğıları (film, 1976) Qanun naminə (film, 1968) Qayınana (film, 1978) Qərib cinlər diyarında (film, 1977) Qəribə adam (film, 1979) Qəzəlxan (film, 1991) Qızıl balıqlar (film, 1975) Mahnı qanadlarında (film, 1972) Mənim ağ şəhərim (film, 1993) Möcüzələr adası (film, 1963) Nəsimi (film, 1971) Nəsimi (film, 1973) Ömrün ilk saatı (film, 1973) Pəncərə (film, 1991) Pirverdinin xoruzu (film, 1987) Prokuror (film, 2008) Respublikam haqqında həqiqət (film, 1972) Sevil (film, 1970) Sevinc buxtası (film, 1977) Şeytan göz qabağında (film, 1987) Şir evdən getdi (film, 1977) Tənha narın nağılı (film, 1984) Torpaq. Dəniz. Od.
III Əhməd
III Əhməd (Osmanlı türkcəsi: أحمدي ساليس بن محمد — Aḥmed-i sālis) (30 dekabr 1673, Dobriç[d], Silistrə əyaləti, Osmanlı imperiyası – 1 iyul 1736, Topqapı sarayı, Konstantinopol, Rumeli əyaləti, Osmanlı imperiyası) — 23-cü Osmanlı sultanı və 102-ci İslam xəlifəsi. Məşhur Lalə dövrünün sultanıdır. == Həyatı == === İlk illəri === 30 dekabr 1673-cü ildə bazar günü dünyaya gəlmişdir. Atası Sultan IV Mehmed, anası isə Rabiyə Əmətullah Gülnuş Sultandır. 26 may 1675-ci ildə Ədirnədə qardaşı Şahzadə Mustafayla birlikdə möhtəşəm bir mərasimlə sünnət edildi. Bu mərasim əsnasında bacıları Xədicə Sultan və Gülsüm Sultanlar da evləndirilmişdir. İlk dərslərini sultan şeyxi Mehmed Əfəndidən aldı, daha sonra Seyid Feyzullah Əfəndinin tələbəsi oldu. 14 yaşında ikən əmisi Sultan Süleyman taxta çıxmış, bu səbəblə atası və qardaşı Şahzadə Mustafa ilə birlikdə Şimşirlik otağına həbs olunmuşdur. Daha sonra Ədirnəyə aparıldı və əmiləri Sultan Süleyman, Sultan Əhməd və qardaşı Sultan Mustafanın səltənətlərində burada qalmışdır. Nəhayət 1703-cü ildə baş verən Ədirnə hadisəsində, üsyançı cəbəcilər şeyxülislam seçdikləri Mehmed Əfəndinin təkidiylə onun taxta çıxarılmasını tələb etdi və 18 avqust 1703 tarixində Sultan Əhməd adına Çorluda xütbə oxundu.
II Əhməd
II Əhməd (Osmanlı türkçəsi: أحمد الثاني Ahmed-i sani; 25 fevral 1643, Konstantinopol – 6 fevral 1695, Ədirnə) — 21-ci Osmanlı padşahı və 100-cü İslam xəlifəsidir. == Şahzadəlik dönəmi == I İbrahimin üçüncü oğludur. Anası Xədicə Müəzzəz Sultandır. 1643 tarixində İstanbulda dünyaya gəlmişdir. Mükəmməl ərəbcə və farsca təhsil aldı. Qardaşı Sultan Süleymanın 4 illik dönəmində sarayda qəfəs həyatı yaşadı. 21 iyun 1691 tarixində taxta çıxanda 48 yaşındaydı. Sultan Əhmədin cülus mərasimi zamanı Osmanlı dövləti İkinci Vyana mühasirəsini davam etdirirdi. == Hakimiyyət illəri == Sultan Əhməd taxta çıxdıqdan dərhal sonra Avstriya səfərinə göndərilən Sədrəzəm Fazil Mustafa Paşaya bir fərman göndərərək sədarətdə qaldığını və səfəri davam etdirəcəyi barədə xəbər verdi. Fazil Paşa 20 iyul tarixində divan qərarı olmadan Petervaradin ətrafındakı Avstriya qoşunlarına hücum çəkdi.
I Əhməd
I Əhməd (osman. مراد رابع Ahmed-i evvel, Divan ədəbiyyatındakı adı ilə Bahtî ; 18 aprel 1590, Manisa, Osmanlı imperiyası – 22 noyabr 1617[…], Konstantinopol, Osmanlı imperiyası) — 14. Osmanlı padşahı, 93. İslam xəlifəsidir. == Həyatı == === İlk illəri və taxta çıxışı === Atası III Mehmedin Saruhan sancaqbəyliyi əsnasında 28 aprel 1590-cı ildə Manisada dünyaya gəlmişdir. Anası Handan Sultandır. Ordu və idarəetmə sistemində böyük rəğbət qazanan və taxtın ən güclü namizədi olan böyük qardaşı Şahzadə Mahmud, çevriliş edəcəyi şübhəsi ilə 7 iyun 1603 tarixində sarayda boğularaq edam edilmiş, beləliklə, Şahzadə Əhməd üçün taxt yolu açılmışdı. Cəlali üsyanları səbəbilə sancağa göndərilməmişdir. Atasının 22 dekabr 1603 tarixində vəfatının ardından 14 yaşında taxta çıxdı. Atası Sultan Mehmed o günə qədərki sultanlar içərisində ən gənc yaşda vəfat edən sultan olduğundan, Osmanlı tarixində ən gənc yaşda taxta oturan hökmdar da məhz Sultan Əhməd oldu.
Mehmed
Mehmet — türk kişi adı. Mehmet Akif Ərsoy — Türk şairi, baytar, müəllim, vaiz, hafiz, Quran tərcüməçisi Mehmet Kaplan — Türkəsilli İsveçli siyasətçi. Mehmet Əli Ağca — türk cinayətkar. Mehmet Gün — türk rəssam. Mehmet Harmancı — əslən Kipr türkü olan siyasətçi Mehmet Korhan Fırat — Türkiyəli aktyor. Mehmet Yıldız — Futbolçu Mehmet Müəzzinoğlu — Türkiyənin səhiyyə naziri (2013–2016).
III Mehmed
III. Mehmed (osman. محمد ثالث — Mehmed-i sālis) (26 may 1566, Manisa – 22 dekabr 1603, Konstantinopol) — 13. Osmanlı padşahı və 92. İslam xəlifəsidir. Taxta çıxdığı 1595-ci ildən ölümünə qədər sultanlığını davam etmişdir. == Həyatı == === Şahzadəlik illəri === Atası Sultan III. Murad, anası isə əsl adı Sofia Baffo olan venesiyalı Safiyə Sultandır. Böyük babası Sultan Süleyman son səfəri olan Zigetvar səfərinə yenicə çıxmış, bu əsnada nəvəsi Şahzadə Muradın bir övladının olduğu xəbəri gəldi. Adı Fateh Sultan Mehmedə nəzərən böyük babası Sultan Süleyman tərəfindən qoyuldu. Şahzadəliyi dövründə İbrahim Cəfər Əfəndi və Pir Mehmed Əzmi Əfəndi kimi dövrün tanınmış alimlərindən dərs almışdır. 29 may 1582-ci ildə Osmanlı tarixində o günədək görülməmiş böyüklükdə bir mərasimlə Cərrah Mehmed Paşa tərəfindən sünnət edildi və bu mərasim 55 gün boyunca davam etdi.
II Mehmed
II Mehmed və ya Fateh Sultan Mehmed (osman. السلطان الغازي محمد الثاني الفاتح Mehmed-i Sani; 30 mart 1432, Ədirnə – 3 may 1481, Gəbzə, Kocaeli ili) — 7-ci Osmanlı padşahı. II Mehmed, 21 yaşında İstanbulu fəth edərək 1000 illik Bizans imperiyasına son verdi və bu hadisə bir çox tarixçi tərəfindən Orta Çağın sonu Yeni Çağın başlanğıcı olaraq qəbul edildi. Fəthdən sonra Fəthin Atası mənasını verən "Əbül-Fəth" (Osmanlı türkcəsi ilə ابو الفتح), daha sonrakı dövrlərdə isə "Çağ Açan Hökmdar" və "Kayser-i Rum" (Roma imperatoru, Osmanlı türkcəsi: قیصر روم) ünvanları ilə anıldı. Fateh, İslam Peyğəmbəri Məhəmmədin bir hədisinə nail olduğu üçün indiki vaxtda Türkiyə və İslam dünyasının geniş bir hissəsində "qəhrəman" olaraq qəbul edilməkdədir. == Həyatı == === Şahzadəliyi və ilk səltənəti === 30 mart 1432-ci ildə bazar günü şəfəq vaxtında Ədirnədə dünyaya gəlmişdir. II Muradın dördüncü oğludur. Anası Hüma Xatun, tarixçi Babinger və yazar Lord Kinross'a görə müsəlman olmayan bir kölədir. Mehmed iki yaşına qədər Ədirnədə qaldıqdan sonra 1434-cü ildə süd anası və böyük qardaşı Ələddin ilə birlikdə 14 yaşındakı böyük qardaşı Əhmədin Rum sancaqbəyi olduğu Amasyaya göndərildi. Burada böyük qardaşı Əhmədin erkən yaşda ölməsi üzərinə Mehmed altı yaşında Rum sancaqbəyi oldu.
IV Mehmed
IV. Mehmed və ya Ovçu Mehmed (2 yanvar 1642, Konstantinopol – 6 yanvar 1693, Ədirnə) — 19. Osmanlı padşahı və 98. İslam xəlifəsidir. Atasının taxtdan devrilməsi nəticəsində 1648-ci ildə 6 yaşında sultan elan edildi. Tez-tez ova çıxması ona ovçu ləqəbini qazandırmışdır. 39 illik səltənəti ilə I. Süleymandan sonra ən uzun müddətli hakimiyyəti ilə seçilir. Dönəmində bir çox memarlıq işləri görüldü. 60 ildir inşaatı bitməyən Yeni Məscid külliyəsi məhz bu dövrdə tamamlanmışdır. 1658–1680 müddətində Rumeli və Anadolu hisarları təmir edilmişdir. Misir bazarı, Hünkar qəsri, Körpülü külliyəsi, Safranbolu Körpülü Mehmed Paşa Məscidi, Vəzirkörpü Fazil Əhməd Paşa külliyəsi, İncəsu Mərzifonlu Qara Mustafa Paşa Məscidi və karvansarası məhz bu dövrdə inşa edilmişdir.
I Mehmed
I Mehmed ya da Çələbi Mehmed (Osmanlı türkcəsi: چلبی محمد - Mehmed-i evvel; 1386, Bursa – 26 may 1421, Ədirnə) — 5. Osmanlı padşahıdır. Atası Sultan I Bəyazid, anası isə Gərmiyanoğulları bəyliyindən Dövlət Xatundur. == Şahzadəliyi == Şahzadə Mehmed 1381-ci ildə dünyaya gəlmişdir. Atası İldırım Bəyazid, anası Dövlət Xatundur. Bəzi mənbələrdə anasının Gərmiyanoğlu Süleyman bəyin qızı Dövlətşah Xatun olduğu qeyd olunsa da, bu məlumat yanlışdır. Şahzadə Mehmed uşaqlığından etibarən böyük alimlərdən dərs alıb. Dünyəvi və dini elmlərə yiyələnmişdir. 1393-cü ildə təcrübə qazanmaq üçün atası İldırım Bəyazid tərəfindən Amasya sancaqbəyi olaraq təyin edildi. 1393-1402-ci illər arasında Amasya sancaqbəyi olaraq fəaliyyət göstərdiyi müddətdə dövlət idarəçiliyini öyrəndi.
Mehmed Bozdağ
Mehmet Bozdağ (türk. Mehmet Bozdağ; 1 yanvar 1983, Kayseri) — türk senarist,prodüser və rejissor. == Bioqrafiya == Mehmet Bozdağ 1 yanvar 1983-cü ildə anadan olub.Sakarya Universtitetində təhsil alb."Ustalar, alimlər və sultanlar","Könül oğrusu","Diriliş:Ərtoğrul" və "Yunus Əmrə" seriallarına və filmlərinə prodüserlik və senaristlik etmişdir.İndi isə "Quruluş:Osman" serialına prodüserlik və senaristlik etməkdədir.
Mehmed Hanciç
=== Mehmed Hanciç (tib. Mehmed Handžić; 16 dekabr 1906, Sarayevo – 26 iyul 1944, Sarayevo) — Bosniya İslamşünas, ilahiyyatçı və siyasətçisi. O, Bosniyada İslam dirçəliş hərəkatının lideri və "Əl-Hidayə" dini icmasının yaradıcısı olmuşdur. Hanciç Sarayevo Müsəlman Qətnaməsinin müəlliflərindən biri və Milli Qurtuluş Komitəsinin sədri idi. === == Həyatı == Hanciç Sarayevoda anadan olmuş, burada ibtidai və orta təhsilini almışdır. O, daha sonra Misirin Əl-Əzhər Universitetinə daxil olmuş, ilk əsərlərini burada yazmışdır. Hanciç Əl-Əzhəri bitirdikdən sonra Bosniyaya qayıtmış, ölkədəki Qazi Xosrov bəy adına mədrəsənin professoru, sonra isə müdiri olmuşdur. 1936-cı ildə o, dirçəliş hərəkatının ziyalılarını bir araya gətirən "Əl-Hidayə" assosiasiyasının həmtəsisçisi olmuş, 1939-cu ildə isə təşkilatın prezidenti və onun mətbu orqanının baş redaktoru olmuşdur. == Fəaliyyəti == Hanciçin siyasi karyerası 1938-ci ildə Yuqoslaviyada keçirilən parlament seçkilərində namizədliyi ilə başlamışdır. Bir il sonra o, Bosniya və Herseqovina Muxtariyyət Hərəkatının yaradılmasında iştirak etmiş və onun rəhbərliyinin bir hissəsi olmuşdur.
Mehmed Polad
Mehmet Polat (türk. Mehmet Polat) — Türkiyə aktyoru. == Həyatı == Mehmet Polad 1970-ci il yanvarın 14-də Diyarbakırda anadan olub. 1982-ci ildə konservatoriyanı bitirib. "Beləmi olacaqdı" (türk. Böylemi olucaktı) adlı serialda debüt edib. Sonra "Qurdlar vadisi", "Acı həyat" kimi seriallara çəkilib.
Mehmed Polat
Mehmet Polat (türk. Mehmet Polat) — Türkiyə aktyoru. == Həyatı == Mehmet Polad 1970-ci il yanvarın 14-də Diyarbakırda anadan olub. 1982-ci ildə konservatoriyanı bitirib. "Beləmi olacaqdı" (türk. Böylemi olucaktı) adlı serialda debüt edib. Sonra "Qurdlar vadisi", "Acı həyat" kimi seriallara çəkilib.
VI Mehmed
VI Mehmed Vəhidəddin (osman. محمد سادس وحیدالدین) (14 yanvar 1861[…], Konstantinopol – 16 may 1926[…], San-Remo, Liquriya) — son Osmanlı sultanı və 115-ci İslam xəlifəsi. == Həyatı == === İlk illəri === 14 yanvar 1861-ci ildə Dolmabağça sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcid, anası isə Gülüstü Qadınəfəndidir. 6 aylıqkən atası, 4 yaşında isə anası vəfat etmiş, bu səbəblə atasının digər xanımı olan Şayəstə xanımın himayəsində böyümüşdür. 1870-ci ildə Dolmabağça sarayında keçirilən mərasimlə Süleyman Əfəndi, Cəlaləddin Əfəndi, Səlahəddin Əfəndi, İzzəddin Əfəndi və Münirə Sultanın oğlu Sultanzadə Ələddin bəylə birlikdə sünnət edildi. Aldığı saray təhsili və Fateh mədrəsəsində aldığı bəzi dərslərlə özünü yetişdirdi. Böyük qardaşı Sultan Əbdülhəmid taxta çıxdıqdan sonra ona hədiyyə etdiyi Çəngəlköy köşkündə məskunlaşdı və taxta çıxanadək burada yaşadı. Bu səbəblə yaşadığı bu köşk Vahidəddin köşkü adlanmağa başlandı. Dövrün Osmanlı vəliəhdi Yusif İzzəddin Əfəndinin gözlənilməz ölümünün ardından (1 fevral 1916) Osmanlı taxtının rəsmi vəliəhdi elan edildi.
V Mehmed
V Mehmed Rəşad (Osmanlı türkcəsi: محمد خامس — Meḥmed-i ẖâmis) (2 noyabr 1844[…], Çırağan sarayı, Konstantinopol, Osmanlı imperiyası – 3 iyul 1918[…], Konstantinopol) — 35-ci Osmanlı sultanı və 114-cü İslam xəlifəsi. == Həyatı == === İlk illəri === 2 noyabr 1844-cü ildə Çırağan sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcid, anası isə Gülcamal Qadınəfəndidir. Saray ənənələrinə uyğun olaraq böyüdüldü. Ərəbcə, farsca və dini dərslər aldı. 9 aprel 1857-ci ildə Dolmabağça sarayında qardaşları Nurəddin Əfəndi, Kəmaləddin Əfəndi və Burhanəddin Əfəndiylə birlikdə sünnət edildi. Atasının və əmisi Sultan Əbdüləzizin səltənəti illərində sərbəst və rahat həyat sürdü. Qardaşı Sultan Əbdülhəmid taxta çıxdıqdan sonra vəliəhd oldu və sarayda nəzarət altında yaşamağa başladı. Özündən əvvəlki 2 sultanın taxtdan endirilməsi səbəbilə narahat olan Sultan Əbdülhəmid qardaşının sarayda yaxın ətrafından başqa heç kimlə görüşməsini istəmirdi. Bu qapalı və təhlükəli həyat tərzi onun əqli və psixoloji vəziyyətinə olduqca mənfi təsir edirdi.
Şahzadə Mehmed
Şahzadə Mehmed (I Süleymanın oğlu)
Şəhzadə Mehmed
Şahzadə Mehmed (I Süleymanın oğlu)
Mehmed Babayev
Mehmed Silo Babayev (kürd. Mehmedê Silo Babayev; 20 oktyabr 1920, Dəvəli, İrəvan qəzası – 30 dekabr 2011, Bakı, Azərbaycan) — kürd əsilli SSRİ və Azərbaycan alimi, aqronomu, siyasi fəalı. "Yekbun" təşkilatında bir çox fəaliyyətlər həyata keçirmişdir. == Həyatı == Mehmed Babayev 20 oktyabr 1920-ci ildə Ermənistan SSR-nin Dəvəli kəndində, kürd mənşəli bir kəndli ailəsində anadan olmuşdur. Onun iki qardaşı və üç bacısı vardı. 1928-ci ildə atası vəfat etmişdir. 1937-ci ildə qohumları ilə birgə Mərkəzi Asiyaya sürgün edilmişdir. 1948-ci ildə İrəvan Kənd Təsərrüfatı İnstitutunda təhsil almışdır. O, 1961-ci ilin əvvəlində digər kürd fəallarla birlikdə Kürdüstan qəzasının bərpası kimi "Kürd Muxtar Bölgəsi"nin qurulması məqsədilə Moskvaya getmişdir. 1965-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək alim elmi adını almışdır.
Mehmed Kapetanovic
Mehmed Kapetanovic (bosn. Mehmed-beg Kapetanović Ljubušak; 19 dekabr 1839 – 28 iyul 1902) — Bosniyalı yazıçı, folklorşünas, ziyalı, dövlət xadimi. Sarayevo meri (1893-1899). Bosniyalıların milli identifikasiyası prosesinə böyük töhfə verdi. == Bioqrafiya == Bosniyalı zadəgan ailəsində anadan olub. Lyubuşki şəhərindəki mədrəsəni bitirmişdir. Şərq dillərini öyrənib. O, Bosniyanın bir neçə şəhərində məmur vəzifəsində çalışıb.1878-ci ildən Sarayevoda yaşayıb. 1893-cü ildə Sarayevo şəhərinin meri oldu. Şəhər infrastrukturunun inkişafı ilə məşğuldur.
Mehmed Konitsa
Mehmed Konitsa (1881, Konitsa[d] – 1948, Roma) — Albaniyanın bütün tarixində mühüm rol oynamış diplomat və siyasətçi idi. Üç dəfə Xarici İşlər Naziri vəzifəsində çalışmış Konitsa Albaniyanın müstəqilliyinin qorunub saxlanması və beynəlxalq aləmdə tanınması üçün böyük səylər göstərmişdir. Həm də yazıçı və pedaqoq olan Konitsa Albaniyanın müasirləşməsinə və mədəni inkişafına da töhfə verib. == Həyatı == Albaniyanın müstəqillik mübarizəsində mühüm rol oynamış aparıcı diplomat, yazıçı və maarif xadimi idi. Osmanlı İmperiyasının Yanya vilayətində (indiki Konitsa, Yunanıstan) doğulan Konitsa ilk təhsilini Yanya və İstanbulda almışdır. Daha sonra Parisə Sorbonna Universitetində hüquq və siyasi elmlər üzrə təhsil alıb. Konitsa tələbəlik illərində alban millətçiliyi hərəkatı ilə tanış olmuş və Albaniyanın müstəqillik uğrunda mübarizəsində fəal iştirak etmişdir. 1909-cu ildə Albaniyanın müstəqilliyini elan edən Vlorë Konqresində nümayəndə kimi iştirak etmişdir. O, müstəqillik əldə etdikdən sonra yaradılmış Albaniya Knyazlığında müxtəlif diplomatik vəzifələrdə çalışıb. 1912-ci ildə London səfirlərinin konfransında Albaniyanı təmsil etmiş və 1914-cü ildə Albaniyanın xarici işlər naziri təyin edilmişdir.