Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əbülhəsən
Əbülhəsən — kişi adı. Əbülhəsən Ələkbərzadə — Azərbaycan SSR xalq yazıçısı (1979) Əbülhəsən Marağayi — Məşhur Azərbaycan həkimi və alimi Əbülhəsən Bəhmənyar — Şərq peripatetizminin görkəmli nümayəndələrindən biri, Əbülhəsən Anaplı — aktyor. Əbülhəsən Əşəri — Ərəb ruhanisi, filosofu, Əşərilər təriqətinin yaradıcısı. Əbülhəsən xan Səba — İranın ustad misiqiçisi, bəstəkar Əbülhəsən Raci — şair Əbülhəsən Vaqif — XIX əsr Azərbaycan şairi. Əbülhəsən xan İqbali Azər — Azərbaycan müğənnisi, Təbriz şəhərinin meri. Əbülhəsən bəy Baharlı — Dekanın sultanı, qütbşah.
Əbülhəsən əl-Həsən ibn Əli
Əbülhəsən əl-Həsən ibn Əli (1109 - 1171) — İfrikiyyədə hökm sürən Zirilər sülaləsi (Sanhacə) dövlətinin sonuncu hökmdarı. == Həyatı == Fevral 1109-cu ildə Susədə doğuldu. Atasının ölümü üzərinə taxta keçdiyində hələ on iki yaşındaydı. Bu səbəblə dövlətin idarəsi Sandal əl-Xadim adlı siyasətdən anlamayan cahil bir məmlükün əlinə keçdi. Qısa bir müddət sonra idarədə gəvşəmə və çözülmə meydana gəldi. Bu durumu fürsət bilən Norman Kralı II Rocer, Murabıt hökmdarı Əli ibn Yusif bin Taşfînin komandanlarından Əbu Abdullah İbn Meymunun Siciliyaya hücumundan Həsən ibn Əlini sorumlu tutaraq Zirilər xanədanının mərkəzi Mehdiyəyə əsgər göndərdi. Ancaq şəhəri ələ keçirməyə müvəffəq ola bilmədi (1122). Ertəsi il 300 gəmi və 1000 süvariylə Hasi adasına hücum edən və Dəymas qalasını alan Normanlar, Həsən ibn Əlinin göndərdiyi qüvvələr və onların yardımına gələn ötəki Ərəb və Bərbəri qəbilələr tərəfindən ağır bir məğlubiyyətə uğradıldı. Həmmadi əmiri Yəhyanın komandanlarından Mutarrif ibn Həmdun ibn Əli 1135-ci ildə Məhdiyəyi dənizdən və qurudan mühasirə altına alınca zor durumda qalan Həsən ibn Əli, bölgədəki Bəni-Hilal qəbiləsinə mənsub ərəblərdən və Norman kralı II Rocerdən yardım istədi. Həmmadi mühasirəsi onların yardımı sayəsində başarısızlıkla sonuclandı.
Həsən
Həsən — Azərbaycanda daha çox işlədilən kişi adı. Həsən ibn Əli — 12 imamdan biri. Həsən Hüsnü Saka — sabiq millət vəkili, baş nazir. Həsən Mülkülü — şair Həsən Məmmədov — Azərbaycan teatr və kino aktyoru. Həsən Zirək — İran musiqiçisi. Tanınmış kürd əsilli İran sənətçisi və bəstəkarı. Həsən İsazadə — Azərbaycan Tibb Universitetinin professoru. Seyid Həsən Əxlaq — Həsən Həsənov (alim) — Həsən Ələvikia — Həsən Feyziyev — Həsən Həsənzadə Amoli — Həsən Nuran (Üşnəviyyə) — Həsən Tahsin paşa — Həsən Türkmani — Həsən mahalı — Həsən Əbdülzadə — Həsən Tufan — Tatarıstan şairi və yazıçısı.
Dəlihəsən (Həştrud)
Dəlihəsən (fars. دلوحسن‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 238 nəfər yaşayır (44 ailə).
Əbülhəsən Abbasov
Əbülhəsən Fərhad oğlu Abbasov – Azərbaycan filosofu, AMEA Fəlsəfə İnstitutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru, professor, Rusiya Pyotr Akademiyasının və “Dünya professorları sülh uğrunda” Beynəlxalq Təşkilatın üzvü. 43 illik elmi-pedaqoji və təşkilati fəaliyyəti ərzində 23 fəlsəfə doktoru və 5 elmlər doktoru hazırlayıb; 17 monoqrafiyanın, 4 dərs vəsaitinin, 200-dən çox elmi məqalənin müəllifidir; 35 tematik kitabın həmmüəllifi və baş redaktoru, 40-dan artıq elmi toplu və monoqrafiyanın elmi redaktoru olub. == Həyatı == 12 fevral 1953-cü ildə Azərbaycan Respublikasının Gədəbəy rayonu, Düzrəsullu kəndində anadan olub. 1960-1970-ci illərdə Novosaratovka kənd orta məktəbində rus dilində təhsil alıb. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsinə daxil olub və 1975-ci ildə həmin təhsil ocağını yüksək göstəricilərlə bitirib. Təyinatı üzrə 1 avqust 1975-ci ildə Kibernetika İnstitutunda əmək fəaliyyətinə başlayıb və burada işləyərək, paralel olaraq, saat hesabı əsaslarla üç il ərzində Azərbaycan Dövlət Universitetində (BDU-da) “riyazi fizika tənlikləri”, “kompleks dəyişənlər funksiyalarının nəzəriyyəsi” və “nəzəri mexanika” kursları üzrə seminar və mühazirə dərsləri aparıb. 1975-1978-ci illər – Azərbaycan EA-nın Kibernetika İnstitutunda baş laborant, riyaziyyatçı-proqramist; 1978-1984-cü illər – Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunda kiçik elmi işçi; 1984-1992-ci illər – Azərbaycan İnşaat İnstitutunun Fəlsəfə kafedrasında müəllim, dosent; 1992-1994-cü illər – Azərbaycan Respublikası Prezident Aparatında (ərazi idarəetmə şöbəsində) böyük məsləhətçi, zona kurartoru; 1994-1996-cı illər – Bakı Ümumqoşun Ali Hərbi Məktəbin polkovniki vəzifəsində bölmə rəisi-professoru; 1996-2009-cu illər – AMEA Fəlsəfə və Siysi-Hüquqi Tədqiqatlar İnstitutunun “Sosial fəlsəfə” şöbəsinin müdiri; 2010-cu ildən bu günə kimi AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun (h/h Fəlsəfə İnstitutunun) baş elmi işçisi. == Əmək fəaliyyəti == 1982-ci ildə Tbilisi Dövlət Universitetində ”Sistemlik-bütövlük problematikasının baza anlayış və prinsiplərinin nisbəti” (09.00.01- dialektik və tarixi materializm) mövzusunda namizədlik dissertasiyasını, 1997-ci ildə isə BDU-da iki ixtisas üzrə (09.00.11 – sosial fəlsəfə; 09. 00.01- dialektika və idrak nəzəriyyəsi) “Mürəkkəb sistemlərin təşkili, fəaliyyəti, təkamülü və onların idarə olunması problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Həmin doktorluq dissertasiyası hələ 1990-cı ilin oktyabr ayında M. Lomonosov adına Moskva Dövlət Universitetində müzakirədən keçirilərək epistemoloji cəhətdən əhəmiyyətli, elmi yeniliklərlə zəngin fundamental iş kimi dəyərləndirilib və müdafiəyə təqdim olunub.
Əbülhəsən Anaplı
Əbülhəsən Anaplı — Azərbaycan teatrının ən görkəmli komiklərindən biri, aktyor. == Həyatı == 1894-cü ildə Qubada doğulub. Uşaqlığı Bakıda keçən Əbülhəsən səhnəyə ilk dəfə 1911-ci ildə çıxıb. "Nicat", "Səfa" mədəni-maarif cəmiyyətlərinin teatr truppalarında, Hüseynqulu Sarabskinin "Müsəlman opera artistləri", "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının "Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsi"ndə faciə, dram, əsasən komediya tamaşalarında cazibəli səhnə surətləri yaradıb. Soyadı bəzi afişa və proqramlarda "Anaplinski" kimi də göstərilib. == Yaradıcılığı == Əbülhəsən Anaplı Azərbaycanın ilk parodiya aktyorlarından biridir. O, sənət dostu Rza Darablı ilə birgə böyük maraqla qarşılanan konsertlər vermiş, burada faciə aktyorlarından Hüseyn Ərəblinskinin, Abbas Mirzə Şərifzadənin, komiklərdən Mirzağa Əliyevin, Hacıağa Abbasovun, opera ustası Hüseynqulu Sarabskinin, qadın rollarının mahir ifaçısı Əhməd Ağdamskinin və başqalarının oyun tərzlərinə maraqlı parodiyalar etmişdir. Yaradıcılığı qaravəlli oyun prinsipləri, çevik improvizə bacarığı ilə seçilib. Gözəl və məlahətli səsi, zərif plastikası aktyorluq imkanlarına genişlik verib. == Çıxış etdiyi tamaşalar və oynadığı rollar == Qafqazın, İranın bir çox şəhərində qastrol səfərlərində olmuşdur.
Əbülhəsən Banisədr
Əbülhəsən Bənisədr (tam adı: Səyyid Əbülhəsən Bənisədr, fars. سیدابوالحسن بنی‌صدر‎; 22 mart 1933[…], Həmədan – 9 oktyabr 2021, XIII arondisman (Paris)[d]) — İran dövlət xadimi, 1979-cu ildə baş tutan İran İslam İnqilabından sonra ölkənin demokratik yolla seçilən ilk prezidenti. Əbülhəsən Bənisədr uzun müddətdir ki, Fransada yaşayır. 1960-cı illərdə İrandakı şah əleyhinə tələbə hərəkatında iştirak elədiyi üçün iki dəfə tutulub və 1963-cü ildə yaralandıqdan sonra Fransaya köçərək 1979-cu ildə Xomeyni ilə birgə İrana qayıdanadək burada məskunlaşıb. 5 fevral 1980 — 20 iyun 1981-ci illər arasında prezident kimi fəaliyyət göstərmişdir. Hakimiyyətdəki dindar qüvvələrə qarşı hərəkət etməsi səbəbi ilə vəzifədən uzaqlaşdırılıb. Bənisədr 22 Mart 1933 -cü ildə Həmədan şəhərində anadan olmuşdur. Atası ayətullah idi və Ruhullah Xomeyniyə yaxın idi. İran İnqilabından sonra Banisadr 4 fevral 1979 -cu ildə maliyyə nazirinin müavini oldu və 27 fevral 1979 -cu ilədək vəzifədə oldu. Bazargan və başqaları müvəqqəti hökuməti qurmaq üçün məclisdən çıxanda da inqilabi məclisin üzvü oldu.
Əbülhəsən Bəhmənyar
Əbülhəsən Bəhmənyar Azərbaycani (993 – 1067) — Şərq peripatetizminin nümayəndələrindən biri, Azərbaycan fəlsəfi məktəbinin banisi, İbn Sinanın şagirdi. Doğum yeri naməlum olan filosof mənbələrdə bir qayda olaraq "əl-Azərbaycani" kimi xatırlanır və Azərbaycandan olması vurğulanır. Şagirdi Zəhirəddin əl-Beyhəqi filosofun Azərbaycandan olmasını xüsusilə qeyd edir. Bəzi mənbələr onun əvvəllər zərdüşt olduğunu, daha sonra İslamı qəbul edib Müsəlman olduğunu qeyd edirlər. Bəhmənyar Azərbaycani əksər şərq peripatetikləri kimi öz əsərlərini ərəb dilində yazmışdır. Təkcə Azərbaycanda deyil, ümumilikdə Şərq fəlsəfəsi tarixində yaradıcılığı böyük əhəmiyyətə malik olan filosof həm də yetişdirdiyi dəyərli alimlərlə öz məktəbini yaratmışdır. == Həyatı == Əbülhəsən Bəhmənyar Mərzban oğlu böyük Azərbaycan filosofu, Şərq peripatetizminin nümayəndələrindəndir. AMEA-nın müxbir üzvü Zakir Məmmədov araşdırmaları nəticəsində belə qənaətə gəlmişdir ki, Azərbaycanda Şərq peripatetizminin ilk böyük nümayəndəsi olan Bəhmənyar X əsrin sonlarında təvəllüd tapmışdır. Tədqiqatçı həmin tarixi 993-cü il kimi göstərmişdir. Orta əsr müəllifləri Bəhmənyarın "Azərbaycan ölkəsindən" ("min bilad Azərbaycan"), yaxud da "Azərbaycanlı" ("əl-Azərbaycani") olduğunu yazmışlar.
Əbülhəsən Eyvazov
Əbülhəsən Balaş oğlu Eyvazov (1 noyabr 1996, Mollakənd, Kürdəmir rayonu – 30 oktyabr 2020, Füzuli rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Eyvazov Əbülhəsən Balaş oğlu 1 noyabr 1996-cı ildə Kürdəmir rayonunun Mollakənd kəndində anadan olub. Ailənin kiçiyi, iki bacının bir qardaşı idi. Subay idi. Əbülhəsən 9 aylıq olarkən ailəsi Bakı şəhəri, Nardaran qəsəbəsinə, 3 yaşı olanda Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsinə köçüb. 2003-cü ildə Əbülhəsən NZS qəsəbəsində yerləşən 165 saylı orta məktəbin 1-ci sinifinə qəbul olunub. Əbülhəsən hər zaman öz tərbiyəsi, əxlaqı, mədəniyyətilə seçilib. Hər kəs onu "Əbi" deyə çağırardı. == Hərbi xidməti == 2014-cü ildə orta məktəbi bitirdikdən sonra, həmin ilin oktyabr ayında hərbi xidmətə çağırılır. Hərbi xidmətini Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissədə keçir.
Əbülhəsən Həsənzadə
Əbülhəsən Mirzə oğlu Həsənzadə (20 avqust 1997; Havzova, Lənkəran rayonu, Azərbaycan — 4 noyabr 2020; Daşaltı, Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əbülhəsən Həsənzadə 20 avqust 1997-ci ildə Lənkəran rayonunun Havzova kəndində anadan olmuşdur. Ailəsində 2 qardaş və 1 bacı olmuşdur. 2003-2014-cü illərdə şəhid Aydın Əliyev adına Lənkəran rayon Havzova kənd tam orta məktəbində təhsil almışdır. Təhsil müddətində 2012-2014-cü illərdə Lənkəran İslam Kollecində oxumuşdur. Hərbi xidmətini bitirdikdən sonra Rusiyada yaşamış və işləmişdir. Subay idi. == Hərbi xidməti == Əbülhəsən Həsənzadə 2015-ci ilin oktyabrında Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Tərtər rayonunun Qapanlı kəndində yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Hərbi xidmət müddətində 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşmuş, Tərtər rayonu istiqamətində fərqlənmişdir.
Əbülhəsən Marağayi
Əbülhəsən Marağayi və ya Əl-Məraği — Azərbaycan həkimi və alimi. == Həyatı == Əbülhəsən Marağayi İranın Marağa şəhərində anadan olmuşdur. 1775/1756-cı ildə fars dilində tibb və əczaçılıq üzrə "Müalicəti-münfəridə" əsərini yazmışdır. Bu kitabda müxtəlif xəstəliklərin müalicəsindən və bir çox dərman otlarının, mineral və heyvanların sağaldıcı keyfiyyətlərindən bəhs olunur. Sinir sistemi xəstəliklərindən migren, meningit, yaddaşın pozulması, depressiya, qarabasmalar, epilepsiya, insult, iflic və sair xəstəliklər haqqında ardıcıl məlumat verilir. Məsələn, Əbülhəsən Mərağayi qıcolmalara qarşı süsən, maral piyi, çödükotu, bal, sədəfotu və kastordan (qunduzun qoxu vəzisindən) hazırlanmış yağdan istifadə etməyi tövsiyə edirdi. Kitab həcmcə böyük olmasa da, ensiklopedik xarakter daşıyır, tibb və əczaçılıq elmlərinin əsas məsələlərini əhatə edir. Əsəri yazarkən, müəllif ondan öncə yaşamış məşhur azərbaycanlı alimlərin kitablarından, xüsusilə də Yusif İbn İsmayıl Xoyinin "Cəmül-Bağdadi" əsərindən yararlanmışdır. Əbülhəsən Mərağayinin əsərinin əlyazması AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunur.
Əbülhəsən Raci
Əbülhəsən Raci (1831, Təbriz – 1876, Qırmızı dəniz) — şair. == Həyatı == Azərbaycanın İrana mütəəlliq qitəsində zühur edən türk şairlərindən məşhuru Hacı Əbülhəsən Racidir. Racinin nüfuzu Araz çayının sol tərəfində sükunət edən Azərbaycan türklərinə dəxi ki, rus təbəələrindən ibarət olsun, keçibdir. Belə ki, Raci nə qədər İran torpağında mərufü məşhurdur, bir o qədər də Zaqafqaziya türkləri arasında onun hörmət və şöhrəti vardır. Bununla belə Raci kimi şairin ki, onun lətif və dilpəsənd qəzəlləri və cigərsuz növhələri böyükdən kiçiyə kimi cümlə əhli-savadın dillərində caridir, tərcümeyi-halına dair lazım olan məlumatı cəm etməkdə aciz qaldıq. Divani-qəzəliyyat, qəsaid və növhəcatına rücu etdik də şairin öz halü şəninə və filcümlə seyr-sülukuna məxsus bir işarə də bulmadıq. Bu isə bir tərəfdən şayani-təəssüf və bir yandan layiqi-heyrət və təəccüb bir haldır ki, kərrat və dəfəat ilə Racinin divani-əşarü kəlamı çapdan çıxıb və hər bir sinif arasında intişar tapıbdır və divan çap etdirən kitabfüruşların və onun təbinə imtiyaz alan sair əşxasın heç birinin fikrinə gəlməyibdir ki, divan sahibi olan şairin tərcümeyi-əhvalına dair divanın, icmalən cüzi məlumat kitabın bir guşəsində dərc edib, oxuyanları onunla aşina eləsin. Bu təəccüb kəlməsi hal bir Racinin haqqında olmayıb, bəlkə ümum İran və Azərbaycan şairlərinin halına şamildir. İndiyə kimi demək olur ki, Şeyx Sədinin "Gülüstan" və "Bustan" kitabları əqəllən yüz dəfə çapdan çıxıbdır, amma bu çapların heç bir nüsxəsinə Sədi kimi müəzzəm və mötəbər, əhli-hikmət şairin haqqında üç kəlmə də söz tapılmaz. Ancaq kitabın axırında çəndan lüzumiyyəti olmayan şeyi qeyd edirlər ki: "Günahsız mərhum filankəsin divanı çox hörmətli məşhədi filanın göstərişi əsasında tamam oldu və ya xeyrül-həqq filan kərbəlayının səyi nəticəsində çap olundu".
Əbülhəsən Rahibi
Əbülhəsən Şəvtir oğlu Rahibi — coğrafiyaçı, tarixçi, şair. == Həyatı == Rahibi 1848-ci ildə İranda doğulmuşdur. 1859–1860-cı ildə ilk səyahəti olan Lib səyahətinə başlamışdır. Bu səyahətdə bütün İranı gəzmiş və çoxlu məlumatlar yazmışdır.1861–1863-cü ildə Ərəbistanı gəzmişdir sonra yenidən (1864-cü ildə) İrana qayıtmışdır. 1865 və 1869-cu ildə Türkiyəni , 1871-ci ildə isə Rusiyanı gəzmişdir. 1872-ci ildə Azərbaycanda olmuş və bu ölkə haqda çoxlu məlumatlar yazmışdır. Həm də bu ildə Civkəri adli bir əsər yazmışdır. 1873-cü ildə İrana qayıdanda ajanlar tərəfindən sui-qəsd nəticəsində öldürülmüşdür. Deyilənə görə ürəyinə 23-dən çox xəncər batırılmışdır.
Əbülhəsən Vaqif
Əbülhəsən Vaqif (1845, Salyan – 1914, Bakı) — XIX əsr Azərbaycan şairi. == Həyatı == Əbülhəsən Vaqif 1845-ci ildə Salyan şəhərində bərəçi ailəsində doğulmuşdur. İlk təhsilini Salyanda mədrəsədə almış, fars dilini və klassik ədəbiyyatı öyrənmişdir, lakin maddi çətinlik üzündən təhsilini davam etdirə bilməyən Vaqif mədrəsədən çıxaraq atasının yanında işləmişdir. Yalançı ruhanilər əleyhinə yazdığı tənqidi şeirlər onun təqibinə səbəb olmuş və şair 1888-ci ildə Salyanı tərk edərək Bakıya köçmüşdür. Vaqif Bakıda yaşayarkən "Məcməüş şüzra" ədəbi məclisinin yığıncaqlarına getmiş, Əbdülxaliq Yusif, Cənnəti, Seyid Zərgər və başqa şairlərlə yaxınlıq vs dostluq etmişdir, O, 1914-cü ildə Bakıda vəfat etmiş və Şıx (Bibiheybəi) qəbristanlığında dəfn olunmuşdur. İlk şeirlərini gənclik illərində yazan Vaqifin bəzi qəzəlləri XX əsrin əvvəllərində mətbuat səhifələrində görünmüşdür, lakin onun əsərləri tam halda əldə yoxdur. Ədəbiyyatşünas — alim Cənnət Nağıyeva şairin boyük zəhmət bahasına ələ gətirə bildiyi əsərlərini toplayaraq, 2000-ci ildə Bakıda nəşr etdirmişdir.
Əbülhəsən Ələkbərzadə
Ələkbərzadə Əbülhəsən Əlibaba oğlu (27 fevral (12 mart) 1906, Basqal, Şamaxı qəzası – 20 may 1986, Bakı) – nasir, 1934-cü ildən AYB-nın üzvü, Azərbaycan SSR xalq yazıçısı (1979). == Həyatı == Müasir Azərbaycan nəsrinin görkəmli təməlçilərindən olan və onun təkamülündə çox fəal iştirak edən ədiblərdən biri də xalq yazıçısı Əbülhəsəndir. Əbülhəsənin təmsil etdiyi nəsil müasir cəmiyyətimizin formalaşmasının bilavasitə şahidi və iştirakçısı olmuşdur. 1904-cü ildə Azərbaycanın Şamaxı qəzasının Basqal kəndində anadan olmuşdur. Bakı darülmüəllimini bitirmişdir (1925). Azərbaycan Kinematoqrafiya Komitəsində baş redaktor, müxtəlif vaxtlarda iki dəfə "Azərbaycan" jurnalında baş redaktor vəzifələrində işləmişdir. Döyüş və ədəbi-ictimai fəaliyyətinə görə üç dəfə "Qırmızı əmək bayrağı" ordeni (1966, 1971, 1976), fəxri fərmanlar və döyüş medalları ilə təltif edilmişdir. "Yoxuşlar" (1933), "Müharibə" (I kitab, 1947), "Dostluq qalası" (1960), "Tərs adamlar" (1967), "Dünya qopur" (1968), "Seçilmiş əsərləri" (üç cilddə 1984 və s. kitabların müəllifi olmuşdur. 1986-cı ildə vəfat etmişdir.
Əbülhəsən Əşəri
Əbülhəsən Əşəri(ərəb. ابو الحسن علي بن إسماعيل الأشعري‎) (təq. 873[…], Bəsrə, İraq, Abbasilər xilafəti – təq. 935, Bağdad, İraq, Abbasilər xilafəti) — Ərəb ruhanisi, filosofu, Əşərilər təriqətinin yaradıcısı. == Həyatı == Ömrünün təxminən 35 ilini mütəzilə əqidəsində keçirib, əqli elmlərdə məharət sahibi olduqdan sonra, o məzhəbi tərk edərək Əhli Sünnətin məzhəbinə keçmiş və məharətini bu əqidənin müdafiəsi üçün sərf etmiş, xüsusilə əqli cəbhədəki ehtiyacı qarşılamışdır. Dönüş səbəbi isə, Allahın Rəsulunu dəfələrlə yuxuda görməsi və ona "sünnətimə dəstək çıx, olduğun yoldan (itizaldan) uzaqlaş" deməsi və bunu dəfələrlə yuxuda təkrarlaması olmuşdur. İmam, bundan sonra hər şeyi kənara buraxıb bir müddət dəlilləri qarşılaşdırmış, üzərində düşünmüş və nəhayət Əhli Sünnət məzhəbinə keçərək, bütün köhnə kitablarını etibarsız elan etmişdir. Belə ki, o mütəzilənin imamlarıyla münazirə etmək üçün məclislər qurar və onları daha öncə məğlub olmadıqları şəkildə məğlub edərdi. Əbu Səhlin rəvayətinə görə, o Bəsrədə mütəzilə məzhəbindən olan bir qrup alimlə münazirə məqsədilə məclis qurdu. Münazirədə iştirak edən alimlər tək tək məğlub olub susdular.
Əllənən purpura
Əllənən purpura (palpabl purpura) – dəri vaskulitinin ən çox rast gələn əlamətidir, tipik yeri aşağı ətraflardır, güclə əllənən purpur ləkələrdən ibarətdir. Mərkəzində nekrotik toxuma olur.
Gələsən Görəsən (Meşkinşəhr)
Gələsən Görəsən (fars. گلسن گورسن‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 30 nəfər yaşayır (9 ailə).
Köməyə tələsən itlər
Köməyə Tələsən İtlər (ing. PAW Patrol) — Kit Çapman tərəfindən yaradılmış Kanada kompüter animasiyalı uşaq televiziya serialı. Guru Studio tərəfindən təmin edilən animasiya ilə Spin Master Entertainment tərəfindən istehsal edilmişdir. Azərbaycan dilində səsli versiya ARB Günəşdə yayımlanır.
Mirzə Əbülhəsən Kamiranizadə
Mirzə Əbülhəsən Kamiranizadə (Əbülhəsən Vaqif Kamranzadə) — Azərbaycan şairi Vaqif Əbülhəsən Kamranzadə. Şeirlər. Tərtib edəni: Cənnət Nağıyeva.
Mirzə Əbülhəsən Kamranzadə
Mirzə Əbülhəsən Kamiranizadə (Əbülhəsən Vaqif Kamranzadə) — Azərbaycan şairi Vaqif Əbülhəsən Kamranzadə. Şeirlər. Tərtib edəni: Cənnət Nağıyeva.
Mirzə Əbülhəsən Şəhid
Mirzə Əbülhəsən Kərbəlayı Kazım oğlu Şəhid – şair, qazı. == Həyatı == Mirzə Əbülhəsən Şəhid 1829-cu ildə Şuşa şəhərində anadan olmuşdu. Əslən Cavanşir-Dizaq mahalının Merdinli obasındandır. İbtidai təhsilini molla yanında almışdı. Bir müddət sərraclıq etmişdi. Sonra mədrəsədə təhsilini davam etdirmişdi. Şuşa məscidinin axundu, sonra Cavanşir qəzasının qazısı olmuşdu. Şair idi. Şəhid təxəllüsü ilə klassik üslubda şeir yazırdı. Mirzə Əbülhəsən Şəhid 1884-cü ildə vəfat edib.
Şeyx Əbülhəsən Xərqani
Şeyx Əbülhəsən Xərqani (963–1033)— sufi şair, arif. == Həyatı == Bu görkəmli arif 351 ya 352-ci hicri ilində Qəleno kəndində anadan olub və 425-ci hicri ilində 73 yaşında anadan olduğu kənddə əbədiyyətə qovuşub. Şeyx Əbülhəsən Xərqaninin tanınmış şagirdlərindən olan Xacə Abdullah Ənsari 5-ci hicri əsrinin tanınmış ariflərindən olub. == Kəraməti == Maraqlı bir dastanda deyilir ki, Xərəqan vilayətində Şeyx Əbülhəsən Xərəqani adlı arif yaşayarmış. Onun şöhrəti yaxın və uzaq ətrafa yayılıbmış. Bir gün həqiqət axtarışında olan bir şəxs nəsihət almaq üçün şeyxin görüşünə gəlir. Şeyxin arvadı qapıya çıxıb yolçunun istəyini soruşur. Öz ziyarət qəsdini açıqlayan şəxs qadının təhqirlərinə mə᾽ruz qalır. Qadın hətta öz əri haqqında nalayiq sözlər işlədir. Yolçunun əl çəkmədiyini görüb şeyxin səhraya çır-çırpı yığmağa getdiyini deyir.
Əbülhəsən Tana Şah
Əbülhəsən Tana şah (8 oktyabr 1600, Heydәrabad, Qütbşahlar – 1699) — Qütbşahlar dövlətinin son hökmdarı, Baranlı sülaləsinin kiçik qollarından birinə mənsub idi, son sultan Abdullah şahın kürəkəni idi. == Həyatı == Öncəki həyatı ilə bağlı məlumat azdır. Sarayda yetişmişdir, lakin 12 yaşında saraydan qovulan Əbülhəsən mədrəsəyə gedib sığınmalı olub. Müəllimi Seyyid Şah Raziəddin tərəfindən uşaqlıqda "Tana şah" (Müqəddəs Uşaq) ləqəbi ilə çağrılmışdır. == Hakimiyyəti == 1672-ci ildə Qütbşahlar dövlətinin sultanı elan olundu. 1683-cü ildə Övrəngzibə olan xəracını vermədiyi üçün onun hücumuna məruz qaldı. 120.000 əsgərdən ibarət Moğol ordusuna qarşı 35.000 əsgərlə çıxmağa məcbur olmuşdu. Qolkondanın qalası hər cür hücuma hazırlanmış, 120 metr hündürlüyündə divarlarla çevrilmiş və dəmir qapı ilə gücləndirilmişdi. 8 aylıq mühasirə Moğol ordusunu zəiflətsə də admiral Münəvvər xanın dənizdən gələn ərzaq yardımı ilə ordu özünü toplamışdı. Mühasirə gedişatında Qütbşahi sərkərdələrində Sərəndaz xan və Müqərra xan Moğollara qoşulmuş, şəhəri Övrəngzibə təslim etmişdilər.
Əbülhəsən bəy Baharlı
Əbülhəsən Tana şah (8 oktyabr 1600, Heydәrabad, Qütbşahlar – 1699) — Qütbşahlar dövlətinin son hökmdarı, Baranlı sülaləsinin kiçik qollarından birinə mənsub idi, son sultan Abdullah şahın kürəkəni idi. == Həyatı == Öncəki həyatı ilə bağlı məlumat azdır. Sarayda yetişmişdir, lakin 12 yaşında saraydan qovulan Əbülhəsən mədrəsəyə gedib sığınmalı olub. Müəllimi Seyyid Şah Raziəddin tərəfindən uşaqlıqda "Tana şah" (Müqəddəs Uşaq) ləqəbi ilə çağrılmışdır. == Hakimiyyəti == 1672-ci ildə Qütbşahlar dövlətinin sultanı elan olundu. 1683-cü ildə Övrəngzibə olan xəracını vermədiyi üçün onun hücumuna məruz qaldı. 120.000 əsgərdən ibarət Moğol ordusuna qarşı 35.000 əsgərlə çıxmağa məcbur olmuşdu. Qolkondanın qalası hər cür hücuma hazırlanmış, 120 metr hündürlüyündə divarlarla çevrilmiş və dəmir qapı ilə gücləndirilmişdi. 8 aylıq mühasirə Moğol ordusunu zəiflətsə də admiral Münəvvər xanın dənizdən gələn ərzaq yardımı ilə ordu özünü toplamışdı. Mühasirə gedişatında Qütbşahi sərkərdələrində Sərəndaz xan və Müqərra xan Moğollara qoşulmuş, şəhəri Övrəngzibə təslim etmişdilər.
Elşən
Elşən — Kişi adı. Elşən Həşimov — Milli təhlükəsizlik və hərbi elmlər doktoru (2019), professor (2017). Elşən Abuzərov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, I Qarabağ müharibəsinin şəhidi. Elşən Aslanov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi. Elşən Həmidov — Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan əsgəri, Vətən müharibəsinin şəhidi. Elşən Həmzəyev — Azərbaycanlı deputat. Elşən Səmədli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Elsevən (Culfa)
Elsevən (fars. ايل سون‎) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 23 nəfər yaşayır (5 ailə).
Eyvind Helgesen
Eyvind Helgesen (10 oktyabr 2001-ci ildə Norveçdə anadan olub) — Norveç Eliteserien təmsilçilərindən olan Soqndal klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Norveçli futbolçudur. == Klub karyerası == === Soqndal === Helgesen Soqndal akademiyası vasitəsilə inkişaf etmişdir. Helgesen öz peşəkar karyerasında debütünü 13 may 2017-ci ildə Vikinq klubuna qarşı oyunda etmişdir. O, 94-cü dəqiqədə Martin Ramslandı əvəz etmişdir. Həmin görüşdə Soqndal liqa görüşündə rəqibinə 4-0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 3 avqust 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Norveç Superkuboku görüşləri daxildir.