Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əliağalı
Əliağalı — Azərbaycan Respublikasının Ağdam rayonunun Əlimədətli kənd inzibati ərazi dairəsində kənd. Kənd 1993-cü il iyunun 12-də Ermənistan ordusu tərəfindən işğal olunmuşdur. == Tarixi == 1930-cu ilə qədər Əliağalı kəndi Yelizavetpol quberniyasının Cavanşir qəzasının tərkibində olub. Əliağalı kəndi rayon mərkəzi Ağdam şəhərindən 30 km. şimal-qərbdə, Xaçın çayının sol sahilində, Qarabağ silsiləsinin şimal-şərq tərəfindəki dağətəyi düzənlikdə yerləşir. 20.11.2020-ci il Tarixində Azərbaycan Ordusu Tərəfindən Azad Edildi == Mədəniyyəti == İşğala qədərki dövrdə Əliağalı kəndində orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, uşaq bağçası, kəndli-gənclər məktəbi və müxtəlif ticarət-iaşə obyektləri var idi. Azərbaycanın işğala məruz qalmış bütün yaşayış məntəqələrində olduğu kimi, erməni işğalçıları Əliağalı kəndində də hər şeyi dağıdıb yerlə yeksan ediblər. == Əhalisi == "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 65 evdə 324 şiə tatar yaşayırdı. === Görkəmli şəxsləri === Əliyev Nadir Alış oğlu — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharbəsi şəhidi. Baxşeyiş Hətəmli == İstinadlar == == İstifadə olunan ədəbiyyat == Orxan Məmmədov (Baharlı).
Vəliağalı
Vəliağalı — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 8 km şimal-şərqdə, Göyçə gölünün yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Vəliağa şəxs adına mənsubluq bildirən -lı şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kəndin adı 1920-ci ildə dəyişdirilib Dzorageğ (Dərəkənd) qoyulmuşdur. == Əhalisi == 1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsi ilə bağlı 1828-1829-cu illərdə Türkiyədən köçürürlən ermənilər burada yerləşdirilib. Kənddə 1897-ci ildə ermənilərlə yanaşı 41 azərbaycanlı yaşamışdır.