Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Enuma eliş
Enuma eliş (; akk.. enūma eliš) — dünyanın yaradılması haqqında Babil və Akkad eposu. Adı eposun ilk iki sözündən: "enūma eliš" - "nə zaman yuxarıda" götürülmüşdür. Mətn şumer dilində mixi yazısı ilə yeddi gil lövhələr üzərində yazılmışdır. Bu kitabələr Assuriya çar kitabxanasına məxsus olmuşdur. Onun yaranma tarixi e.ə. II minilliyə təsadüf edir. == Yaranması == Eposun yaranması stadial xarakter daşısa da o, tarixi şəraitlərlə əsaslandırılmışdır. Eposun məğzini paneqiriklər və ağılar təşkil edir. Türk və rus ədəbiyyatındakı leksik düzüm və üslub bu eposun üslubuna daha yaxındır.
Onuma Sittirak
Onuma Sittirak (13 iyun 1986) — Tailand milli voleybol komandası voleybolçusudur. Onuma Sittirak 1986-cı ildə Tailandın Surat Thani bölgəsində anadan olmuşdur. Voleybolçu karyerasına ölkəsinin Bankong Bank klubunda başlamışdı. Karyerasında ən böyük nailliyyətlərini ölkəsində Federbrau klubu ilə yaşamışdır. 2009, 2010 və 2011-ci illərdə bu komanda ilə Asiya Çempionlar liqasında çempionluqlar yaşamışdır. 2009 Asiya çempionatının ən dəyərli oyunçusu seçilmişdir. Həmçinin bu turnirin ən yaxşı zərbəçisi mükafatını da qazanmışdır. 2012-ci ildə İqtisadçı komandasına transfer olunan Sittirak bir müddət sonra Avropa adından söz etdirməyi bacarmışdır. 2013-cü ildə Yaponiyada keçirilən "Grand Champions Cup" un ən məhsuldar oyunçusu olmuşdu. 2013–14 mövsümündə İqtisadçıyla ilk Çempionlar Liqası təcrübəsini qazanan tailandlı turnirin son matçında Vakıfbanka qarşı keçirilən görüşdə mövsüm ərzindəki ən yaxşı oyununu nümayiş etdirmişdir.
Molla Cuma
Molla Cümə (tam adı: Süleyman Salah oğlu Orucov; d. 1854, Aşağı Layısqı, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası — ö. may 1920, Aşağı Layısqı, Nuxa qəzası, Azərbaycan SSR) — Azərbaycan aşığı və şairi. Molla Cümənin həyatı haqqında ən səhih mənbə şeir və dastanlarıdır. Molla Cümənin anadan olma tarixi indiyə qədər təxmini qeyd edilmişdir. O, 1854-cü ildə Nuxa qəzasının Aşağı Layısqı kəndində anadan olmuşdur. "Molla" təxəllüsünü ona savadlı olduğu üçün verilmişdir. Molla Cümənin əsas peşəsi əkinçilik olmuşdur. Qax, Zaqatala, Balakən varlılarının zəmisində biçin biçmiş və bundan aldığı zəhmət haqqı ilə ailəsini dolandırmışdır. Molla Cümə ilk təhsilini Aşağı Göynük kəndində İbrahim Əfəndizadənin mədrəsəsində almışdır.
Numa Pompili
Numa Pompili (lat. Numa Pompilius; 21 aprel e.ə. 753 – e.ə. 671, bilinmir) — Romuldan sonra Roma çarı Tit Tasinin yeznəsi Numa Pompili olmuşdu. O, dinc siyasət yürüdürdü. O, torpaqsızlara torpaq vermiş, yadellilərdən yeni icma yaratmış, sənətkarları “bir kollegiyada birləşdirib onlara xüsusi bayram günü - Aqonalia bayramı - müəyyən etmişdir”. O, pontifiklərin (kahinlər) kollegiyasını yaratmışdı. Onun vaxtında Romada taun xəstəliyinin yayıldığını da deyirlər. Pompilinin hakimiyyəti 43 il davam etmişdir.
Paskal Numa
Paskal Olivier Numa (6 yanvar 1972) ― fransalı keçmiş futbolçu. Karyerasına "PSJ"-də başlamışdır.
Numa Morikazu
Numa Morikazu (2 dekabr 1843, Edo[d] – 17 may 1890, Tokio[d]) – Yaponiya siyasətçisi və jurnalisti. 1843-cü ildə Edo şəhərində samuray ailəsində doğulmuşdur. Sendayu Takanaşinin oğlu idi. Naqasaki və Yokohamada Qərb hərbini və ingilis dilini öyrənmişdir. Boşin müharibəsində iştirak etmiş, Ayzuya gedərək Tokuqava şoqunluğunun tərəfində döyüşmüşdür. Lakin bir müddət həbsdə olduqdan sonra yeni yaradılmış Meyci hökumətinə qoşulmuşdur. 1872-ci ildə Maliyyə Nazirliyində, daha sonra Ədalət Nazirliyində işləməyə başlamışdır. Numa hökumətin söz azadlığı siyasəti ilə razılaşmamış, 1879-cu ildə Qenroindəki (Ağsaqqallar Palatası) postundan istefa edərək özünü azadlıq və insan hüquqları hərəkatına həsr etməyə qərar vermişdir. 1879-cu ildə Tokioda "Yokohama Mainichi Shinbun" qəzetini satın almış və Yaponiya parlamentinin yaradılmasını dəstəkləmişdir. Numa Avropa səyahətindən sonra Omeyşa adlı siyasi tədqiqat qrupu təşkil etmişdir.
Azərbaycanın İrandakı səfirliyinə hücuma reaksiyalar
27 yanvar 2023-cü ildə Azərbaycan Respublikasının İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yerləşən səfirliyinə silahlı hücum baş vermişdir. Azərbaycan Prezidenti İlham Əliyev hücumu qınamışdır, Azərbaycan tərəfi məsuliyyətin İranda olduğunu vurğulamışdır. Odur ki, Azərbaycan tərəfi hücumu "terror aktı" kimi qiymətləndirmişdir. BMT Baş Katibi Antoniu Quterreş, Avropa İttifaqı, NATO, GUAM və bir çox başqa beynəxalq təşkilat, başda ABŞ, Birləşmiş Krallıq, Rusiya və Türkiyə olmaqla bir çox ölkə səfirliyə olan hücumu pisləmişdir. == Azərbaycanda == Azərbaycan Prezidenti İlham Əliyev hücumu qınamış, başsağlığı vermişdir. O, əlavə etmişdir ki, "diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir". Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva başsağlığı vermiş, yaralıların tezliklə sağalması üçün dua etdiyini bildirmişdir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev hücumu Azərbaycan dövlətinə "qarşı bir qəsd" olaraq səciyyələndirmişdir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi hadisəni "xain hücum" kimi təsvir etmiş, həlak olan şəxsə rəhmət diləmiş, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov hücumu qınamışdır. Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov İranı hücumu "hərtərəfli və təfsilatlı olaraq şəffaf şəkildə" tədqiq etməyə çağırmış, lakin demişdir ki, "İran tərəfinə ümidimiz, etibarımız yoxdur" və hücum ilə əlaqədar "İran bir dövlət kimi məsuliyyət daşıyır".
Eksuma
Eksuma (ing. Exuma) — Baham adalarında rayon. Rayonun tərkibində 360-dan çox ada var. == Tarixi == Eksumada əvvəlcə aravaklar və lukayanlar yaşayırdı. Onlar XV əsrdə əsarət altına alınmışdır. XVII əsrə qədər adalarda yaşayış olmamış, dəniz quldurları tərəfindən sığınacaq kimi istifadə edilmişdir. == İnzibati bölgü == Eksuma Baham adalarının 32 rayonundan biridir. Rayon mərkəzi Corc-Taundur. Rayonun sahəsi 290 km2, əhalisi - 7,314 nəfərdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Эксумские острова // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
Enigma
Enigma — musiqi layihəsi, Mişel Kretu tərəfindən 1990-cı ildə yaradılmışdır. Mişel Kretu həm bəstəkar, həm də prodüserdir. Onun həyat yoldaşı, müğənni Sandra Kretudur. == Diskoqrafiya == 1990: MCMXC a. D. 1993: The Cross of Changes 1996: Le Roi Est Mort, Vive Le Roi!
Eniqma
Eniqma maşınları — kommersiya, diplomatik və hərbi rabitəni qorumaq üçün XX əsrin əvvəllərindən ortalarına qədər istifadə olunmuş və inkişaf etdirilmiş elektromexaniki rotor şifrələyici maşınlar seriyası. Eniqma birinci dünya müharibəsinin sonunda Alman mühəndisi Artur Şerbius tərəfindən kəşf edilib. İlk yaradılmış modellər 1920-ci illərin əvvəllərindən kommersiya baxımından istifadə olunurdu. Bu maşın ikinci dünya müharibəsindən əvvəl və müharibə zamanı bir çox ölkələrin xüsusilə də Faşist Almaniyasının hərbi və dövlət xidmətləri tərəfindən istifadə olunmağa başlayıb. Bir neçə müxtəlif Eniqma modelləri istehsal olunub, ancaq Alman hərbi modelləri daha çox tanınırdı. Lakin, Yaponiya və İtaliya modelləri də istifadə olunmuşdur. Eniqma maşınında şifrələnmiş Alman hərbisinin məlumatları ilk dəfə 1932-ci ilin dekabrında Polşa Şifrə Bürosu tərəfindən sındırılıb. Bu Polşa hərbi kəşfiyyatı üçün çalışan Marian Reevskiy, Eji Rojiskiy və Henrix Zıqalskiy adlı üç Polşalı kriptoqrafın işlərinin nəticəsi idi. Reevskiy Fransız hərbi kəşfiyyatının maddi təchizatı və nəzəri riyaziyyatdan istifadə edərək, qurğu üzrə əks mühəndis idi. Sonralar bu üç riyaziyyatçı Eniqma şifrələrinin, o cümlədən kriplocik bombanın sındırılması üçün mexaniki qurğular işləyib hazırladı.
Əncümən
Əncümən- Məşrutə inqilabı (1905-1911) dövrünə aid seçkili inqilabi orqan. Əncümənlər İranın və Azərbaycanın bir çox böyük şəhərlərində var idi və inqilabın müdafiəsində və inkişafında mühüm rol oynayırdılar. 1906 ilin sentyabrında Təbrizdə, şah sarayının məşrutənin(konstitusiyanın)verilməsinin qarşısını almaq cəhdlərinə qarşı böyüyən etiraz zamanı, hərəkatın rəhbərliyi üçün İran tarixində ilk dəfə əhali tərəfindən əncümən seçildi və bununla da bütün İranda əncümənlərin təşkil olunmasının əsası qoyuldu. Təbriz hadisələrinin şahidi, Məhəmməd Bağır Vicuei xəbər verir ki, Təbriz əncüməninə seçkilər, tacirlərdən, sənətkarlardan, zadəganlardan, ruhanilərdən, mülkədarlardan və əkinçilərdən, sentyabr-oktyabr aylarında keçirildi. Əncümənin tərkibinə , əsasən ruhanilərdən, tacirlərdən və mülkədarlardan 20 nəfər adam seçildi. Seçilmişlərin arasında Təbrizin baş müçtəhidi hacı Mirzə Həsən, mülkədarlar Nizam üd Dövlə, Bəsir əs Səltənə, Məlik üt Tuccar, tacir hacı Mirzə -Ağa Kuzəkünani və başqaları vardı. Əncümənin iclaslarında həmçin sənətkarların da nümayəndələri iştirak edirdilər.Əncümənin sədri hacı Nizam üd Dövlə seçilmişdir. Hətta 1907 ilin yayında şah hökuməti tərəfindən Azərbaycanın qeneral-qubernatoru seçilmiş, köhnə məktəbdən sayılan və enerjili inzibatçı olan Fərmanfərma, şəhərdə hakimiyətin tamamilə əncümənin əlində olması ilə barışmışdı;1907 ilin axırında, osmanlılara qarşı yürüş bəhanəsi ilə o Təbrizdən Savucbulaqa gedir, sonra isə Azərbaycan qeneral-qubernator vəzifəsindən istefa verir.(Səciyəvidir ki, osmanlılara qarşı yürüş üçün pulu Fərman-Fərma əncüməndən alır- bu əncümənin təsirinin gücünün göstəricisidir) 1906 ilin sonunda İsfahanda da əncümən təşkil olunur. O həftədə iki dəfə iclas edirdi və İsfahanın və İsfahan əyalətinin idarəsinin bütün işlərinə qarışırdı. 1907 ilin yanvarında, əhalinin müxtəlif təbəqələrindən olan, 30 nəfərdən ibarət əncümən Şirazda yaranır.1907 ilin əvvəlində Təbrizdən Tehrana gedən Təbriz məclisinin deputatalarının fəal iştirakı ilə Gilan əyalətinin mərkəzi Rəştdə əncümən yaradılır.
Enckea
İstiot (lat. Piper) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinə aid bitki cinsi.
Eniqma (musiqi)
Enigma — musiqi layihəsi, Mişel Kretu tərəfindən 1990-cı ildə yaradılmışdır. Mişel Kretu həm bəstəkar, həm də prodüserdir. Onun həyat yoldaşı, müğənni Sandra Kretudur. == Diskoqrafiya == 1990: MCMXC a. D. 1993: The Cross of Changes 1996: Le Roi Est Mort, Vive Le Roi!
Eniqma maşını
Eniqma maşınları — kommersiya, diplomatik və hərbi rabitəni qorumaq üçün XX əsrin əvvəllərindən ortalarına qədər istifadə olunmuş və inkişaf etdirilmiş elektromexaniki rotor şifrələyici maşınlar seriyası. Eniqma birinci dünya müharibəsinin sonunda Alman mühəndisi Artur Şerbius tərəfindən kəşf edilib. İlk yaradılmış modellər 1920-ci illərin əvvəllərindən kommersiya baxımından istifadə olunurdu. Bu maşın ikinci dünya müharibəsindən əvvəl və müharibə zamanı bir çox ölkələrin xüsusilə də Faşist Almaniyasının hərbi və dövlət xidmətləri tərəfindən istifadə olunmağa başlayıb. Bir neçə müxtəlif Eniqma modelləri istehsal olunub, ancaq Alman hərbi modelləri daha çox tanınırdı. Lakin, Yaponiya və İtaliya modelləri də istifadə olunmuşdur. Eniqma maşınında şifrələnmiş Alman hərbisinin məlumatları ilk dəfə 1932-ci ilin dekabrında Polşa Şifrə Bürosu tərəfindən sındırılıb. Bu Polşa hərbi kəşfiyyatı üçün çalışan Marian Reevskiy, Eji Rojiskiy və Henrix Zıqalskiy adlı üç Polşalı kriptoqrafın işlərinin nəticəsi idi. Reevskiy Fransız hərbi kəşfiyyatının maddi təchizatı və nəzəri riyaziyyatdan istifadə edərək, qurğu üzrə əks mühəndis idi. Sonralar bu üç riyaziyyatçı Eniqma şifrələrinin, o cümlədən kriplocik bombanın sındırılması üçün mexaniki qurğular işləyib hazırladı.
Əncümən (qəzet)
Əncümən (qəzet) — 1906-cı il oktyabr ayının 19-dan — 1911-ci ilədək Təbrizdə Mirzə Əli Əkbər Vəkilinin redaktorluğu ilə nəşr olunan mətbu orqan. Təbrizdə Məşrutə qanunu elan edildikdən sonra çıxan 1-ci mətbu orqanı "Ruznaməyi-milli" ("Milli qəzet") olub. Bir müddət sonra bu ad da dəyişilib. "Cəridəyi-milli" adı ilə çıxdı. Qəzet 38 sayından "Azərbaycan əyalət əncüməni"nin rəsmi orqanı kimi fəaliyyət göstərərək "Əncümən" adı ilə yayıldı. Qəzet 1906-cı il oktyabr ayının 19-dan Təbrizdə Mirzə Əli Əkbər Vəkilinin redaktorluğu ilə nəşr olunub. İlk illərdə həftədə 2 dəfə, Mahmud Qənizadənin redaktoru olduğu illərdə isə həftədə 3 dəfə çap olunub. Qəzetin titul səhifəsində XI-XIV əsrdə Azərbaycanın Atabəylər dövlətinə mənsub olan sonralar isə Qacarların rəsmi embleminə çevrilən Şir və günəş əks olunmuşdu. Qəzetin nəşri 1911-ci ilədək davam etmişdir. Qeyd etmək lazımdır ki, "Əncümən" Məşrutə inqilabı dövründə işıq üzü görən ilk milli orqan idi.
Enigma (musiqi layihəsi)
Enigma — musiqi layihəsi, Mişel Kretu tərəfindən 1990-cı ildə yaradılmışdır. Mişel Kretu həm bəstəkar, həm də prodüserdir. Onun həyat yoldaşı, müğənni Sandra Kretudur. == Diskoqrafiya == 1990: MCMXC a. D. 1993: The Cross of Changes 1996: Le Roi Est Mort, Vive Le Roi!
Gəncüm ağa Xandəmirov
Ecma International
Avropa kompüter istehsalçıları assosiasiyası — kompüter avadanlıqları istehsal edən Avropa firmalarının təşkilatı; mənzil-qərargahı Cenevrədə (İsveçrə) yerləşir və ABŞ-nin CBEMA (Computer and Business Equipment Manufacturers Association) assosiasiyasının analoqudur. 1961-ci ildə yaradılmış bu qurum 1994-cü ildən European Association for Standardizing Information & Computer Systems adlanır. İnformasiya texnologiyaları üzrə standartların işlənib hazırlanması və irəlilədilməsi ilə məşğul olur. Mövcud olduğu müddətdə 270-dən artıq standart, o cümlədən proqramlaşdırma dilləri üçün ECMA-262 spesifikasiyasını işləyib hazırlayıb. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 253 s.
Nüma Denis Füstel de Kulanj
Nüma Denis Füstel de Kulanj (fr. Numa Denis Fustel de Coulanges) 18 mart 1830[…], Paris – 12 sentyabr 1889[…], Massi[d] — fransız tarixçisi, qədim dövr və orta əsrlər tarixi üzrə mütəxəssis. 1853-cü ildə ali normal məktəbi bitirmiş, daha sonra 1870–80-ci illərdə oranın müəllimi, 1880–83-cü illərdə isə direktoru olmuşdur. Xiosda arxeoloji qazıntılar aparmış, qədim yunan ailəsinin tarixini tədqiq etmişdir. 1858-ci ildə Polibi haqqında, daha sonra Vesta kultuna dair dissertasiya müdafiə etmişdir. 1860-cı ildən Strasburq Universitetinin professoru olmuş, 1864-cü ildə "Qədim insanlarda ailə və dövlət" adlı məşhur əsərini yazmışdır. 1875-ci ildə əxlaqi və siyasi elmlər akademiyasına üzv seçilmiş, 1878-ci ildən Sorbonnada orta əsrlər tarixi kafedrasının müdiri olmuşdur. Əsas elmi əsəri olan "Qədim Fransanın siyasi institutları" (fr. "L’Histoire des institutions politiques de l’ancienne France") tamamlanmamışdır. Bəzi cildləri şagirdi Kamil Jüllian tərəfindən çapa hazırlanmışdır.