Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Eldost Bayram
Eldost Bayramov, Eldost Bayram (Bayramov Eldost Əlövsət oğlu; 25 yanvar 1947, Çöl Ərəb, Kürdəmir rayonu) — Azərbaycan diktoru, Azərbaycan Respublikasının xalq artisti (2016), "Tərəqqi" medalı laureatı (2008) == Həyatı == Eldost Bayramov 25 yanvar 1947-ci ildə Kürdəmir rayonunun Çöl-Ərəb kəndində anadan olub. 1965-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olub, 1969-cu ildə təhsilini başa vurmuş, Ağsu rayonunun İlxıçı kəndində tarix müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. Eldost müəllim 1972-ci il aprelin 1-də Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsinə (indiki Dövlət Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti) diktor vəzifəsinə qəbul olunub. Hazırda ali dərəcəli diktor kimi öz fəaliyyətini uğurla davam etdirir. 2006-cı ildə "Respublikanın əməkdar artisti fəxri adına, 2008-ci ilin noyabrında isə "Tərəqqi" medalına layiq görülüb. 2016-cı ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür. 2016-cı ildə Azərbaycan Respublikasında televiziya və radio sahəsində xidmətlərinə görə "Xalq artisti" fəxri adına layiq görülüb. == Filmoqrafiya == Bal arısı (film, 2000) Pənah Xəlilov (film, 2001) Alovlardan keçən ömür (film, 2005) Zəngəzur qartalı (film, 2012) Zamanla yaşayan sənətkar.
Eldost Bayramov
Eldost Bayramov, Eldost Bayram (Bayramov Eldost Əlövsət oğlu; 25 yanvar 1947, Çöl Ərəb, Kürdəmir rayonu) — Azərbaycan diktoru, Azərbaycan Respublikasının xalq artisti (2016), "Tərəqqi" medalı laureatı (2008) == Həyatı == Eldost Bayramov 25 yanvar 1947-ci ildə Kürdəmir rayonunun Çöl-Ərəb kəndində anadan olub. 1965-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olub, 1969-cu ildə təhsilini başa vurmuş, Ağsu rayonunun İlxıçı kəndində tarix müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. Eldost müəllim 1972-ci il aprelin 1-də Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsinə (indiki Dövlət Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti) diktor vəzifəsinə qəbul olunub. Hazırda ali dərəcəli diktor kimi öz fəaliyyətini uğurla davam etdirir. 2006-cı ildə "Respublikanın əməkdar artisti fəxri adına, 2008-ci ilin noyabrında isə "Tərəqqi" medalına layiq görülüb. 2016-cı ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür. 2016-cı ildə Azərbaycan Respublikasında televiziya və radio sahəsində xidmətlərinə görə "Xalq artisti" fəxri adına layiq görülüb. == Filmoqrafiya == Bal arısı (film, 2000) Pənah Xəlilov (film, 2001) Alovlardan keçən ömür (film, 2005) Zəngəzur qartalı (film, 2012) Zamanla yaşayan sənətkar.
Eldost Hüseynov
Erdös ədədi
Erdöş ədədi hər hansı alimin həmmüəlliflik baxımından məşhur macar riyaziyyatçısı Pal Erdöşə nə qədər yaxın olduğunu göstərir. Pal Erdöş digər tanınmış alimlərlə ən çox əməkdaşlıq etmiş riyaziyyatçı sayılir. Onunla həmmüəllif olmuş alimlərin sayı 511-dir. Bu alimlərin Erdöş ədədi tərifə görə 1-ə bərabər götürülür. Erdöş ədədi 1-ə bərabər olan alimlə həmmüəllif olmuş digər alimin Erdöş ədədi 2-yə bərabərdir və s. Amerikanın Oakland Universitetinin The Erdős Number Project layihəsinin nəticələrinə görə tanınmış riyaziyyatçıların Erdöş ədədi kifayət qədər kiçikdir. Məsələn, Fields medalına layiq görülmüş riyaziyyatçıların Erdöş ədədi orta hesabla 3-ə bərabərdir . Qeyd etmək lazımdır ki, Oakland Universitetinin "The Erdős Number Project" layihəsində bütün məşhur mükafatçıların (Nobel, Fields, Wolf, Abel, Steele və s.) Erdöş ədədləri ayrıca siyahılar şəklində göstərilib . Bu layihədə həmçinin indiyə qədər bütün dünya alimləri arasında Erdöş ədədi 2-ni aşmayan alimlərin siyahısı müəyyənləşdirilmişdir . Fields medalçılarının orta Erdöş ədədi 3-ə bərabərdir.
Pal Erdöş
Pal Erdöş (mac. Erdős Pál; 26 mart 1913, Budapeşt — 20 sentyabr 1996, Varşava) — XX əsrin ən görkəmli riyaziyyatçılarından biridir. Müasir riyaziyyatın müxtəlif sahələrində: kombinatorika, qraflar nəzəriyyəsi, ədədlər nəzəriyyəsi, riyazi analiz, yaxınlaşmalar nəzəriyyəsi, çoxluqlar nəzəriyyəsi və ehtimal nəzəriyyəsidə işləmişdir. Bir çox riyazi mükafatlarla elecə də, Volf mükafatı ilə təltif olunmuşdur. Pal Erdöş martın 6-sı, 1913-cü ildə Budapeştdə (o dövrdə Avstriya-Macarıstan)doğulmuşdur. O, ziyalı yəhudi mənşəli ailənin (Anna və Lajos Erdöşun) sağ qalan yeganə övladı olmuşdu. Onun hər iki valideyni ixtisasca riyaziyyatçı idi və bir müddət aliməktəb müəllimi olaraq işləmişdilər. Onun riyazi qabilliyəti çox erkən yaşında özünü göstərmiş, belə ki hələ dörd yaşı olarkən o beynində dört tərtibli rəqəmlər üzərində vurma əməliyyatı aparırdı. O uşaq yaşlarından valideynlərindən riyaziyyat haqda çox şey öyrənmişdir. Erdöş öz valideynlərini həmişə böyük sevgi ilə xatırlayardı.
Rodost
Bizant (q.yun. Βισάνθη), daha sonra Rodost (q.yun. Ῥαίδεστον) və ya Radest (lat. Rhaedestum) — Qədim Frakiyada, Propontida sahilində tarixi şəhər. Şəhər indiki Təkirdağ yaxınlığında yerləşirdi. Şəhər samoslular tərəfindən salınmışdır. Bizant e.ə. IV əsrdə Odris çarlığının tərkibində idi. IV əsrdə Bizans imperatoru Yustinian şəhəri bərpa etməyə səy göstərir. Buna baxmayaraq, şəhər bulqarlar tərəfindən 813-cü və 1206-cı illərdə məhv edilir.
Ordos
Ordos (çin. 鄂爾多斯沙漠) — Mərkəzi Asiyada yerləşən səhradan ibarət olan plato. Cənubdan Lyesso platosu ilə əhatələnir. Ən hündür nöqtəsi 2535 m təşkil edir. İqlimi kəskin kontinentaldır. Yanvar ayının orta temperaturu —10°С, iyul ayının isə 23°С-dir. Şimal-qərbdən cənub-şərdə doğru yağıntının miqdarı 100 – 400 mm arasında dəyişir. Dolu müşahidə edilir. Ərazidə çoxlu sayda duzlu göllər vardır. Barxanlar əsasən insan və heyvanlar tərəfindən məhv edilmiş bitki örtüyü sayəsində geniş sahə tutur.
Ərdov
Hüseyn Fərdust
Hüseyn Fərdust (fars. حسین فردوست‎ 1917, Tehran – 18 may 1987, Tehran) — İran ordusunun generalı (Arteshbod). Məhəmməd Rza şah Pəhləvinin gizli xidmətində çalışan tanınmış hərbi xadim. O, həm də Pəhləvi dövrəsində Xüsusi Kəşfiyyat idarə başçısı idi (SAVAK müavini kimi də on il xidmət edib). == Həyatı == Hüseyn Fərdust, uşaqlıq dövründə, Məhəmməd Rza Pəhləvi ilə birlikdə Nizam mədrəsəsinin xüsusi sinifdə dərs alıb ki Rza xan Şahzadə üçün təşkil etmişdir. Rza xan ki istirdi oğlunun bir səyli dostu və oyun yoldaşı ola, Fərdustda xüsusi diqqət qeyd etdi və o Məhəmməd Rza Pəhləvi ilə birlikdə İsveçrədə kollecə göndərildi. O Məhəmməd Rza Pəhləvi, və senat majlisinə inqilabçılar barəsində düzgün informasiya vermirdi və dövlətin sirri qərarların ingilabçılara yetirirdi. O 1979-cu İran inqilabından sonra, az müddət İran İslam dövlətinin kəşfiyyat təşkilatının (SAVAMA) başçısı idi ki, sonra adı İnformasiya Nazirliyinə dəyişdirildi. Atası Seyfulla Fərdust jandarmeriya zabiti idi ki, sonra kapitan rütbəsinə irəli çəkilmişdi. == Əsərləri == "Pəhləvilər səltənətinin zühuru və süqutu" kitabının müəllifi X. Mötəzed, Məhəmməd Rza şahın keçmiş generalı və köməkçisi Hüseyn Fərdust nəslinin vətənə, xalqa xəyanətlə dolu xidmətlərinin mahiyyətini açıb göstərir.
Dost
Dostluq — qarşılıqlı inam və qayğı üzərində qurulan şəxslərarası münasibət. Dostluqlar bizim şəxsi inkişafımıza əhəmiyyətli dərəcədə təsir edə biləcək mühüm komponentlərdir. Dostluqlar şəxsiyyətimizi, dünyaya baxışımızı və gələcəyimizi köklü şəkildə formalaşdıra bilən transformativ əlaqələrdir. Dostların təqdim etdiyi təcrübələr, məsləhətlər və imkanlar qərarlarımıza təsir edə və bizi müəyyən istiqamətlərə yönəldə bilər. Dostlar bizim güclü, zəif tərəflərimizi və potensialımızı əks etdirən güzgü rolunu oynayır. Dostluq həyatımızı müxtəlif yollarla formalaşdıra və zənginləşdirə bilən güclü qüvvədir. Dostluq fərdlərə emosional dəstək verməkdə əsas rol oynayır. Dostlar həyatın çətin anlarında ilk müraciət etdiyimiz insanlardır. Əsl dostluq ehtiyaca və ya mənfəətə əsaslanmır. Əsl dostluğun təməlində bir-birinə olan səmimi qayğı və şəfqət dayanır.
Emma Frost
Emma Frost (ing. Emma Frost) — Marvel Comics tərəfindən yaradılmış super qəhrəman personajı. İks-adamlar komandası ilə tanınır. 1980-ci ildə Kris Klermont və Con Brin tərəfindən yaradılmış və ilk dəfə "Əsrarəngiz İks-adamlar" komiksinin 129-cu sayında yer almışdır. Ağ kraliça adı ilə də tanınır. İlk əvvəllər bir super cinayəkar olsa da, yaxşıların tərəfinə keçib İks-adamların əhəmiyyətli üzvlərindən biri olmuşdur. Emma Frost bir telepatdır. Bununla yanaşı dərisi almaz qədər sərt ola bilir. 2011-ci ildə çəkilən "İks-adamlar: Birinci dərəcə" filmində Emma Frost əhəmiyyətli personajlardan biri olmuşdur. Bundan əvvəl 1996-cı ildə "Nəsil X" və 2009-cu ildə "İks-adamlar: Başlanğıc.
Ferdos
Firdovs (fars. فردوس‎; əski adı:Tun) — İranın Cənubi Xorasan ostanının şəhərlərindən və Firdovs şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 25,968 nəfər və 7,316 ailədən ibarət idi.
Sərdəşt
Sərdəşt (fars. سردشت‎) yoxsa Sarıdaş (az-əbcəd. سارؽ‌داش‎) — İranın Qərbi Azərbaycan ostanında şəhər. Sərdəşt şəhəri əyalətin cənub-qərb hissəsində yerləşir, İraqla sərhəddir. Şəhərin təbiəti, torpağı gözəl, cəlbedicidir. Ehtimal edilir ki, bu şəhər Zərdüşt peyğəmbərin doğulduğu yerdir. Sərdəştin Əhalisini 1900-ların başına qədər bütövlüklə Azərbaycanlılar təşkil edirdi ancaq Pəhləvilər rejimi dövründən başlayaraq şəhərə Kürdlər köçmüşdür. Sərdəşt şəhərin Pəhləvidən əvvəl ismi Sarıdaş olmuş. Sərdəşt şəhərinin yaxınlığında "Şalmaş şəlaləsi" çox məşhurdur. Çeşmə-Qrou (bulaq) Mahabad-Sərdəşt yolunda yerləşir.
Zərdüşt
Zərdüşt, Zaratuştra və Zoroastr — zərdüştçülük dininin yaradıcısı, İranın ən böyük tarixi şəxsiyyətlərindəndir. İndiki İranın şərqində e.ə. VI–V yüzilliklər arasında yaşaması ehtimal edilir. Bəzi mənbələrdə Zərdüştün doğulduğu yer Bəlx, bəzən isə Raqa göstərilir. Avesta kitabı Orta əsrlərdə ən möhtəşəm tarixi olması barədə məlumat verilir. Avestanın qatlarında verilən moizə-nəğmələrdə Zərdüşt tək Tanrıya sitayiş edən qədim Ariya (Əryan) dinlərinin əsaslarını yenidən qaytarmağa çalışır, qanlı qurbanlara və "xaum" ayininin həyata keçirilməsinə qarşı çıxır. Öz moizələrində Zərdüşt təbiətcə bir-birinə zidd və daima mübarizə aparan iki qüvvə – Xeyir və Şəri Tanrının iki başlanğıc enerjisi kimi qələmə verir. İnsanlara Xeyirə tabe olub (xeyirli işlər görüb) Şərdən qaçmağı təbliğ edirdi. Zərdüşt Peyğəmbər bəşəriyyətin ümumi yaşam konsepsiyasını bircə cümlədə ifadə etmişdir – Doğru Düşüncə, Doğru Söz, Doğru İş! Bütün dinlərin mahiyyəti, insanlığın mənası, Allahı dərk etməyin yolu bu fikirdə ifadə olunub..
Ernest
Ernest — ad. Ernest Heminquey — amerikalı yazıçı Ernest Şeklton - Ernest Rezerford — Yeni Zelandiyalı fizik Ernest-Anri Bayon — Fransa botaniki.
Kanespi (Bəradost dehistanı)
Kanespi (fars. ‎‎‎كانسپي‎) və ya Ağbulaq — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 102 nəfər yaşayır (15 ailə).
Kanişurik (Bəradost dehistanı)
Kanişurik (fars. ‎‎‎كاني شوريك‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 191 nəfər yaşayır (31 ailə).
Kuranə (Bəradost dehistanı)
Kuranə (fars. كورانه‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 504 nəfər yaşayır (89 ailə).
Məstəkan (Bəradost dehistanı)
Məstəkan (fars. مستكان‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 234 nəfər yaşayır (37 ailə).
Qaraağac (Bəradost dehistanı)
Qaraağac (fars. قره اغاج‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 408 nəfər yaşayır (64 ailə).
Qəsrik (Bəradost dehistanı)
Qəsrik (fars. قصريك‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 122 nəfər yaşayır (20 ailə).
Xanik (Bəradost dehistanı)
Xanik (fars. خانيك‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 122 nəfər yaşayır (26 ailə).
Yan Arnost Smoler
Yan Arnost Smoler (y.sorb Jan Arnošt Smoler, alm. Johann Ernst Schmaler‎; 3 mart 1816 – 13 iyun 1884, Bautzen, Saksoniya) — sorb filoloqu və yazıçısı. 19-cu əsrdə sorbların milli intibah dövrünün ən mühüm nümayəndələrindən biri olmuşdur. Yan Arnost Smoler 1816-cı ildə Sorbianın Prussiya hissəsində, Hoyersverdadan uzaq olmayan Luço kəndində anadan olmuşdur. Atası Korla Yan Smoler Loza kəndində xidmət edən protestant müəllim idi. Yan Smoler Lozada ibtidai məktəbdə oxuyub. 1827-ci ildə Smoler Bautzen Gimnaziyasına daxil olur. 1836-cı ildə gimnaziyanı bitirdikdən sonra Breslau Universitetinin İlahiyyat fakültəsinə daxil olmuş və 1840-cı ilə qədər burada oxumuş. 1840–1845-ci illərdə şair Çelakovskinin rəhbərliyi altında oxuduğu slavyan dilçiliyi və ədəbiyyatı ilə maraqlanmışdır. Artıq gimnaziyada Smoler digər tələbələrlə Sorb dilini öyrəndiyi bir dərnəyi təşkil edirdi.
Ernst
Ernst — ad. Ernst Ştayniq — Almaniya güləşçisi, Avropa Çempionatları mükafatçısı.
Frost (Mortal Kombat)
Frost (ing. Frost) - "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Frost nindza qadın personajlarından biridir. Qüvvə səhətdən Sab-Zironu xatırladır.
Riçard Vilyam Trost
Riçard Vilyam Trost (14 noyabr 1833 - 8 noyabr 1905) — Amerikalı rəssam. Riçards 1833-cü il noyabrın 14-də Pensilvaniya ştatının Filadelfiya şəhərində anadan olub. O, 1846 və 1847-ci illərdə yaşadığı yerdə Mərkəzi Liseydə oxuyub. Riçardsın qatıldığı ilk ictimai sərgi 1858-ci ildə rəssam Albert Bayerstadın Nyu Bedfordda təşkil etdiyi sərgi olub. 1861-1899-cu illərdə Milli Dizayn Akademiyasında, 1863-1885-ci illərdə Bruklin İncəsənət Assosiasiyasında Riçardsın əsərləri sərgiləndi. Riçard 1881-ci ildə Rod-Aylend ştatının Ceymstaun şəhərində məskunlaşıb və ömrünün sonuna qədər burada yaşayıb. O, 1905-ci il aprelin 17-də Rod-Aylend ştatının Nyuport şəhərində vəfat edib.
DOST Agentliyi
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi — "DOST" mərkəzlərinin idarə edilməsi, onların fəaliyyətinə nəzarət və qiymətləndirmənin həyata keçirilməsi, eləcə də məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində, habelə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi siyahıda göstərilən xidmətlərin "DOST" mərkəzlərində göstərilməsinin təşkili ilə bağlı fəaliyyət göstərən publik hüquqi şəxsdir. == Tarixi == DOST Agentliyi Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2018-ci il tarixli 229 saylı Fərmanına əsasən yaradılıb. Azərbaycan Respublikası Prezidentinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) fəaliyyətinin təmin edilməsi haqqında 10 dekabr 2018-ci il tarixli 387 saylı Fərmanına əsasən DOST Agentliyin Nizamnaməsi, Strukturu, "DOST" mərkəzlərində göstərilən xidmətlərin siyahısı və xidmətlərin göstərilmə Qaydası təsdiq edilib. 9 may 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə DOST Agentliyinin və 1 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 24 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 19 may 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə 3 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 30 mart 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 4 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 14 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Abşeron DOST Mərkəzinin açılışı həyata keçirilib. 22 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışı həyata keçirilib. 28 dekabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 5 saylı Bakı DOST Mərkəzinin açılışı olub.
Dost Məhəmməd
Dost Məhəmməd — ad. Dost Məhəmməd (siyasətçi) — Pakistan siyasətçisi. Dost Məhəmməd xan Dost Məhəmməd xan (Əfqanıstan əmiri) — Əfqanıstan əmiri (1834-cü ildən). Dost Məhəmməd xan (Moğolustan xanı) — Moğolustan xanı.
Dost TV
«Dost TV» — Türkiyə özəl telekanalı. Telekanal 2005-ci ildə Ankara şəhərində təsis edilib və dini mövzuları əhatə edən verilişlər, filmlər və teleseriallar yayımlayır.
Dost atəşi
Dost atəşi (ing. friendly fire) — hərbi birliyin öz qüvvələrinə və ya müttəfiq qüvvələr üzərinə açdığı atəş. Səhvlər və istənməyən inkişaflar, hədəf alınan düşmən yerinə səhvən dost hədəflərin vurulmasına səbəb ola bilər.
Sadiq dost
Sadiq dost (ing. The Devoted Friend) — görkəmli irland yazıçısı Oskar Vayld tərəfindən yazılmış nağıl.Nağıl ilk dəfə 1888-ci ildə "Xoşbəxt şahzadə və digər nağıllar" antologiyasında nəşr edilib.Antologiyaya "Sadiq dost"dan başqa "Bülbül və qızılgül", "Eqoist nəhəng", "Görkəmli raket" nağılları da daxildir. Bir çox əsərlərin müəllifi Oskar Uayldı ən çox məşhurlaşdıran onun nağıllları olmuşdur. Kiçikhəcmli əsərlərin adi dialoqlarında belə böyük mətləblər ifadə etmək bacarığı, humanizm, ədalətsizliyə və amansızlığa qarşı üsyankarlıq,onları ifşa etmək onun yaradıcılığının əsas məziyyətlərindəndir.Bu məqamda demək olar ki, bu nağılda bədii gülüş aparıcıdır. Əlbəttə ki, bu gülüş ironiya, kinayə olub insanlardan istifadə edən, hər cür əliaçıqlığa, sədaqətə, dostluğa yad olan insanlaradır.
Ölümcül dost
Ölümcül dost (ing. Deadly Friend) — 1986-cı ildə ABŞ-də istehsal olunmuş və Dayana Henstellin "Dost" romanının əsasında çəkilmiş elmi fantastika filmidir. Film "Frankenşteyn" filmlərinin yenisinə bənzəyir. Bu film Ues Kreyvenin Qarağac küçəsində qarabasma filmindən sonra çəkdiyi ən yaxşı filmidir. Filmdə robotun səsini "Qarağac küçəsində qarabasma" filmində Həkim Kinq rolunu canlandıran Çarlz Fleyşer səsləndirir. Filmin seçilmiş sitatları aşağıdakılardır: O sənsiz yaşaya bilmir (ing. She can't live without you) Bəzi insanlara yalnız ölmək yaxşıdır (ing. Some people are just better off dead) Kim qonşuluqdakı qızla oynayır, orada sağ qalan yoxdur (ing. There's no one alive who'll play with the girl next door) Auditoriyada sizi tutan zaman dostunuzu əvvəlcədən götürün! (ing.
Dülkan (Sərdəşt)
Dülkan (fars. دولكان‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 286 nəfər yaşayır (64 ailə).
Dülmir (Sərdəşt)
Dülmir (fars. دول مير‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Dülşərixə (Sərdəşt)
Dülşərixə (fars. ‎دول شريخه‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Düləbi (Sərdəşt)
Düləbi (fars. دوله بي‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 88 nəfər yaşayır (17 ailə).
Düləh (Sərdəşt)
Düləh (fars. دوله‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 76 nəfər yaşayır (17 ailə).
Dəşti (Sərdəşt)
Dəşti (fars. دشتي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 91 nəfər yaşayır (14 ailə).
Dəştə (Sərdəşt)
Dəştə (fars. دشته‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 37 nəfər yaşayır (8 ailə).
Ernest Ballion
Ernest Ballion (rus. Эрнест Эрнестович Баллион;18 (30) noyabr 1816, Sankt-Peterburq – 9 sentyabr 1901, Novorossiysk) Rusiya İmperiyası entomoloqu. == Əsərləri == «Краткая ботаника» Ч. I (Казань, 1857); «Опыт исследования о русских названиях простонародных и книжных млекопитающих животных, водящихся в пределах Российской Империи» (Казань, 1858) Публикации исследований по энтомологии России, помещенных в «Bulletin de la soc. Imp. des naturalistes de Moscou» (1805—1888). == İstinadlar == Лапин Е. Собрал все книги и пожертвовал // Новороссийский рабочий.
Ernest Buş
Ernest Vilhelm Bernard Buş (alm. Ernst Wilhelm Bernhard Busch‎; 6 iyul 1885 – 17 iyul 1945, Olderşot[d], Hempşir qraflığı[d]) — alman hərb xadimi, Vermaxtın general-feldmarşalı (1943).
Ernest Heminquey
Ernest Miller Heminquey (ing. Ernest Miller Hemingway; 21 iyul 1899[…], Ouk-Park[d], İllinoys – 2 iyul 1961[…], Ketçum[d], Aydaho) — amerikalı yazıçı və jurnalist, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1954), Pulitser mükafatı laureatı. == Həyatı == Amerikan yazıçısı Ernest Miller Heminquey Çikaqo yaxınlığındakı Ouk-Park şəhərciyində doğulmuşdu. Ailədə altı uşaqdan ən böyüyü idi. Anası opera müğənnisi, 1928-ci ildə həyatına intiharla son qoyan atası isə həkim olmuşdu. Orta təhsilini başa vurduqdan sonra cəbhəyə getmək istəsə də, gözlərində problem yarandığından arzusuna çatmamışdı. Bir müddət Kanzasda çıxan "Star" qəzetində çalışdıqdan sonra könüllü dəstənin tərkibində Avropaya, Birinci Dünya müharibəsi cəbhələrinə yollana bilmişdi. Amerika Qırmızı Xaçının sürücüsü kimi hərbi əməliyyatlarda iştirak etmiş, ayağından yaralanmışdı. İgidliyinə görə İtaliyanın iki hərbi medalı ilə təltif olunmuşdu. On il sonra yazacağı "Əlvida, silah" (1929) romanındakı bir sıra hadisə və personajları şəxsən görüb müşahidə etmişdi.
Ernest Heminqvey
Ernest Miller Heminquey (ing. Ernest Miller Hemingway; 21 iyul 1899[…], Ouk-Park[d], İllinoys – 2 iyul 1961[…], Ketçum[d], Aydaho) — amerikalı yazıçı və jurnalist, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1954), Pulitser mükafatı laureatı. == Həyatı == Amerikan yazıçısı Ernest Miller Heminquey Çikaqo yaxınlığındakı Ouk-Park şəhərciyində doğulmuşdu. Ailədə altı uşaqdan ən böyüyü idi. Anası opera müğənnisi, 1928-ci ildə həyatına intiharla son qoyan atası isə həkim olmuşdu. Orta təhsilini başa vurduqdan sonra cəbhəyə getmək istəsə də, gözlərində problem yarandığından arzusuna çatmamışdı. Bir müddət Kanzasda çıxan "Star" qəzetində çalışdıqdan sonra könüllü dəstənin tərkibində Avropaya, Birinci Dünya müharibəsi cəbhələrinə yollana bilmişdi. Amerika Qırmızı Xaçının sürücüsü kimi hərbi əməliyyatlarda iştirak etmiş, ayağından yaralanmışdı. İgidliyinə görə İtaliyanın iki hərbi medalı ilə təltif olunmuşdu. On il sonra yazacağı "Əlvida, silah" (1929) romanındakı bir sıra hadisə və personajları şəxsən görüb müşahidə etmişdi.
Ernest Qyoka
Ernest Qyoka (alb. Ernest Gjoka) — Albaniyanın "Kukesi" futbol klubunun baş məşqçisi (2016-cı ildən).