Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Həsənəli
Həsənəli — Azərbaycanda kişi adı. Bu adı olan tanınmış insanlarHəsənəli Qaraqoyunlu — Qaraqoyunlu dövlətinin sonuncu sultanı və Cahanşah Həqiqinin oğlu. Həsənəli xan Ziyadlı-Qacar — İrəvan xanı Həsənəli bəy Əsgərxanov — şair, polis pristavı, "Georgi" xaçı kavaleri. Həsənəli bəy Vəlibəyov — Qarabağda quberniya katibi, dövlət məmuru. Həsənəli xan Qaradaği — görkəmli Azərbaycan maarifpərvəri, şair, pedaqoq.
Təknəli
Təknəli — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızıl Qoç (Qukasyan) rayonunda kənd. 1728-ci ildən mə’lumdur. == Tarixi == Rayon mərkəzindən 21 km məsafədə, Ellər dərəsində yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun tabeliyində olmuşdur. Qafqazın 5 verstlik xərtiəsində qeyd edilmişdir. == Toponimi == Toponim dulusçuluqla, daşyonma ilə məşğul olan türk mənşəli təknəli etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 25.l.1978-ci il tarixli fərmanı ilə adı dəyişdirilib Kokohovit qoyulmuşdur.
Təkəli
Təkəli (Sarvan) — Sarvan bələdiyyəsində kənd. Təkəli (Dərəçiçək) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd.
Hindistan çətənəsi
Hindistan çətənəsi (lat. Cannabis indica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin çətənə cinsinə aid bitki növü.
Həsənəli (Qaraqoyunlu)
Həsənəli Mirzə, Sultan Həsənəli və ya Həsənəli bəy (o dövrün Azərbaycan türkcəsi ilə:حسن‌علی بیگ , Təbriz – 1469, Həmədan) — Qaraqoyunlu dövlətinin sonuncu sultanı və Cahanşah Həqiqinin oğludur. 10 noyabr 1467–ci ildə Cahan şahın öldürülməsindən sonra Azərbaycanın cənubunda Qaraqoyunlu hakimiyyətini bərpa etməyə cəhd göstərmiş ancaq buna nail olmadan 1469-cu ildə öldürülmüşdür. == Üsyanları == O, Cahanşah Həqiqinin oğludur və üsyankar təbiətinə görə atası tərəfindən dəfələrlə həbs edilmişdir. 1458-ci ildə üsyana başlamış, atasının Heratdan geri dönməsi xəbərini eşitdikdən sonra isə Makuya qaçmışdır. Anasının vasitəçiliyi ilə üsyan başlatması məsələsində atası tərəfindən əhv edilsə də, Uzun Həsənə qatılmışdır. Lakin qısa müddət sonra oradan da qovulmuş və İsfahandakı qardaşı Pirbudağa qatılmışdır. Qardaşlar birləşərək 1459-cu ildə üsyana başlamışdırlar. Üsyankar qardaşlar atalarının ordusu tərəfindən darmadağın edilsələr də, edam edilmədilər. Çünki Cahanşahı öz təsirində saxlayan anaları yenidən sultanın onları əhv etməsinə nail olmuşdur. Onların son üsyanı 1464-cü ildə baş verdi və fəlakətlə nəticələndi.
Həsənəli Abbasov
Həsənəli Çingiz oğlu Abbasov (d. 1996; Yuxarı Öysüzlü, Tovuz rayonu, Azərbaycan - ö. 11 mart 2017; Ağdam rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2017-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olmuşdur. == Həyatı == Həsənəli Abbasov 1996-cı ildə Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olmuşdur. == Hərbi xidməti == Həsənəli Abbasov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Həsənəli Abbasov 2017-ci il martın 11-dən başlayan və 1 gün davam edən, Azərbaycan-Ermənistan təmas xəttində erməni hərbçilərin atəşkəs rejimini pozması nəticəsində başlayan qarşıdurmada iştirak etmişdir. Hərbi əməliyyatlar zamanı qarşı tərəfin dayaq nöqtələrinə vurulan dəqiq atəş zərbələri nəticəsində 5 erməni hərbçisi həlak olmuşdur. Həsənəli Abbasov 11 mart 2017-ci ildə Ağdam rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. O, qarşıdurmada Azərbaycan tərəfindən həlak olan yeganə hərbçi idi.
Həsənəli Qaraqoyunlu
Həsənəli Mirzə, Sultan Həsənəli və ya Həsənəli bəy (o dövrün Azərbaycan türkcəsi ilə:حسن‌علی بیگ , Təbriz – 1469, Həmədan) — Qaraqoyunlu dövlətinin sonuncu sultanı və Cahanşah Həqiqinin oğludur. 10 noyabr 1467–ci ildə Cahan şahın öldürülməsindən sonra Azərbaycanın cənubunda Qaraqoyunlu hakimiyyətini bərpa etməyə cəhd göstərmiş ancaq buna nail olmadan 1469-cu ildə öldürülmüşdür. == Üsyanları == O, Cahanşah Həqiqinin oğludur və üsyankar təbiətinə görə atası tərəfindən dəfələrlə həbs edilmişdir. 1458-ci ildə üsyana başlamış, atasının Heratdan geri dönməsi xəbərini eşitdikdən sonra isə Makuya qaçmışdır. Anasının vasitəçiliyi ilə üsyan başlatması məsələsində atası tərəfindən əhv edilsə də, Uzun Həsənə qatılmışdır. Lakin qısa müddət sonra oradan da qovulmuş və İsfahandakı qardaşı Pirbudağa qatılmışdır. Qardaşlar birləşərək 1459-cu ildə üsyana başlamışdırlar. Üsyankar qardaşlar atalarının ordusu tərəfindən darmadağın edilsələr də, edam edilmədilər. Çünki Cahanşahı öz təsirində saxlayan anaları yenidən sultanın onları əhv etməsinə nail olmuşdur. Onların son üsyanı 1464-cü ildə baş verdi və fəlakətlə nəticələndi.
Həsənəli Qədimov
Həsənəli Qədimov (tam adı: Qədimov Həsənəli Hüseynəli oğlu; 25 fevral 1942, Ağstafa rayonu – 6 iyun 2015) — Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı (1995-2000), "Azərpoçt" MMC-də baş direktorun maliyyə məsələləri üzrə müavini (2006–2015) == Həyatı və fəaliyyəti == Həsənəli Qədimov 1942-ci il fevralın 25-də Ağstafa rayonunun Poylu kəndində anadan olmuşdur.Əmək fəaliyyətinə 1961-ci ildə fəhlə kimi başlamışdır.1965-ci ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun Avtomobil nəqliyyatı ixtisası üzrə mexanika fakültəsinin qiyabi şöbəsinə daxil olmuşdur. 1973-cü ildə həmin institutu bitirərək Poylu sovxozunda baş mühəndis-mexanik, sovxoz direktoru işləmişdir.1990–1991-ci illərdə Ağstafa rayon XDS icra komitəsinin sədri, 1992–1995-ci illərdə Poylu sovxozunun direktoru olub. 1995-2000-ci illərdə isə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.2004-cü ildən "Azərpoçt" MMC-də Nəqliyyat şöbəsinin rəisi, 2006-cı ildən ömrünün sonuna qədər isə baş direktorunun maliyyə məsələləri üzrə müavini vəzifəsində çalışıb.6 iyun 2015-ci ildə vəfat edib.
Həsənəli mirzə
Həsənəli Mirzə, Sultan Həsənəli və ya Həsənəli bəy (o dövrün Azərbaycan türkcəsi ilə:حسن‌علی بیگ , Təbriz – 1469, Həmədan) — Qaraqoyunlu dövlətinin sonuncu sultanı və Cahanşah Həqiqinin oğludur. 10 noyabr 1467–ci ildə Cahan şahın öldürülməsindən sonra Azərbaycanın cənubunda Qaraqoyunlu hakimiyyətini bərpa etməyə cəhd göstərmiş ancaq buna nail olmadan 1469-cu ildə öldürülmüşdür. == Üsyanları == O, Cahanşah Həqiqinin oğludur və üsyankar təbiətinə görə atası tərəfindən dəfələrlə həbs edilmişdir. 1458-ci ildə üsyana başlamış, atasının Heratdan geri dönməsi xəbərini eşitdikdən sonra isə Makuya qaçmışdır. Anasının vasitəçiliyi ilə üsyan başlatması məsələsində atası tərəfindən əhv edilsə də, Uzun Həsənə qatılmışdır. Lakin qısa müddət sonra oradan da qovulmuş və İsfahandakı qardaşı Pirbudağa qatılmışdır. Qardaşlar birləşərək 1459-cu ildə üsyana başlamışdırlar. Üsyankar qardaşlar atalarının ordusu tərəfindən darmadağın edilsələr də, edam edilmədilər. Çünki Cahanşahı öz təsirində saxlayan anaları yenidən sultanın onları əhv etməsinə nail olmuşdur. Onların son üsyanı 1464-cü ildə baş verdi və fəlakətlə nəticələndi.
Kətəbəli xalçaları
Kətəbəli xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları == Təbriz xalçaçılıq sənəti == Təbriz xalçaçılıq sənətinin çiçəklənmə dövrü XII–XVI əsrlərə aiddir. Təbriz məktəbinin XVI əsr qızıl dövrünün 200-ə qədər şah əsəri miniatür rəssamlıq sənəti ilə toxuculuğun harmonik birləşməsi, peşəkar rəssam və xalçaçıların yüksək ustalığı ilə səciyyələnir. Həmin şəhər dekorativ-tətbiqi sənətin zəngin ənənələrinin inkişafında mühüm rol oynamışdır.Təbriz xalçaları arasında saray üçün toxunan iri xalılar daha məşhur olub. Sərdabələri, məqbərələri bəzəmək üçün böyük ölçüdə xalçalar toxunub. Hətta xalçaların toxunmasında ipəkdən, bahalı daş-qaşdan da istifadə olunub. Xalça üzərində əks olunan hər bir ornamentin özünün simvolik mənası olub. Alimlər illərdir bunun tədqiqatı ilə məşğul olurlar. Təbriz xalçaları kompozisiya baxımından mürəkkəbliyi, naxışlarının incə və nəfisliyi, ən başlıcası isə dinamikliyi ilə göz oxşayır. Bu xalça qrupu incə naxışlı kompozisiyalarla yanaşı, həm də süjetli xalçaların toxunması ilə seçilir (“Leyli və Məcnun”, “Ovçuluq”, “Dörd fəsil”, Dərvişlər” və s.). Təbrizdə “Dörd fəsil” ənənəvi təsvirli xalçalar istehsal olunurdu (Ilin dörd fəsli).
Əkin çətənəsi
Əkin çətənəsi (lat. Cannabis sativa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin çətənə cinsinə aid bitki növü. == Arealı == Rusiyanın Avropa hissəsinin cənub-şərqindən Çinin şimal-qərbivə Pakistana qədər yayılmışdır. == Sinonimləri == Cannabis americana Pharm. ex Wehmer Cannabis chinensis Delile Cannabis erratica Siev. Cannabis foetens Gilib. Cannabis generalis E.H.L.Krause Cannabis gigantea Crevost Cannabis indica Lam. Cannabis indica f. afghanica (Vavilov) Vavilov Cannabis indica var. kafiristanica Vavilov Cannabis intersita Soják Cannabis kafiristanica (Vavilov) Chrtek Cannabis lupulus Scop.
Ənənəvi din
Ənənəvi din — əsasən post sovet ölkələrində işlədilən ifadədir.
Ənənəvi dinlər
Ənənəvi din — əsasən post sovet ölkələrində işlədilən ifadədir.
Ənənəvi satanizm
Teistik satanizm (ing. Theistic Satanism), ənənəvi satanizm (ing. Traditional Satanism) və ya dini satanizm (ing. spiritual Satanism) — şeytanı (satana) obyektiv olaraq sitayiş ediləcək bir mövcud fövqəltəbii varlıq və ya qüvvə hesab edən dini inanclar üçün istifadə edilən ümumiləşdirici termin, satanizmin növü. Bu ümumiləşdirici termin çərçivəsindəki fərdi inanc sistemləri bir-birləri ilə başdansovma əlaqəli olan və ya müstəqil qruplar tərəfindən tətbiq edilir. Teistik satanizmin başqa bir səciyyəvi xüsusiyyəti seremonial sehrdən istifadədir.Teistik satanizmin insanların tətbiq etdiyi dini inanc kimi tarixi qeyri-müəyyəndir, ancaq tarix boyu xeyli insan şeytana sitayiş etməklə təqsirkar bilinmişdir. 1560–1630-cu illərdə kulminasiya nöqtəsinə çatmış cadugər məhkəmələrini, xüsusilə də Salem cadugər məhkəmələrini buna nümunə göstərmək olar. Əsl teistik satanist dinlərin əksəriyyəti olduqca yeni modellərdə və ideologiyalarda mövcuddurlar. Onların çoxu İbrahimi dinlərdən müstəqil olduqlarını iddia edirlər. == Qeydlər == == İstinadlar == == Ədəbiyyat == Ellis, Bill, Raising the Devil: Satanism, New Religions and the Media (Lexington: University Press of Kentucky, 2000).
Ənənəvi Çincə
Ənənəvi Çin yazısı (Çincə: 繁体字; pinyin: fántǐ zì), Çin yazısının qədim dövrlərdən bəri Çində istifadə edilən bir növüdür. Ənənəvi Çin yazısı, 1960-cı illərdə Materik Çinində Sadələşdirilmiş Çin yazısına keçiddən sonra rəsmən ortadan qaldırılmışdır, ancaq gündəlik həyatda daxil olmaqla bir çox sahələrdə istifadə edilir. Hong Kong, Makao və Tayvanda isə Ənənəvi Çin yazısı hələ də rəsmi olaraq istifadə edilir.
Əvəzəli Muğanlı
Əvəzəli Səfiqulu oğlu Muğanlı (XVIII-XIX əsrlər).rəssamDövrün məşhur miniatüristi. Tərcüməçi Respublika Əlyazmaları İnstitutunda saxlanılan «Kəlilə və Dimnə» dastanının iki əlyazmasından biri XVIII əsr rəssam-miniatürçüsü, tərcüməçi muğanlı Əvəz Əli Səfiqulu tərəfindən yazılmışdır."Kəlilə və Dimnə" (1809) miniatüru məşhurdur.
Təkəli (Dərəçiçək)
Təkəli — İrəvan əyalətinin, Dərəçiçək nahiyəsində, İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Ermənistan SSR, Razdan rayonunda, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd . == Tarixi == Rayon mərkəzindən 20 km şimal-qərbdə, Misxana çayının sol axarında, Maymaq dağının ətəyində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. Erməni mənbələrində Təkərli kimi də göstərilir. Toponim qızılbaşlar türk tayfasına mənsub olan təkəli etnonimi əsasında yaranmışdır. Tayfanın adı təkə formasında da qeyd edilir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dyişdirilib Artavaz qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 41 nəfər, 1873 - cü ildə 335 nəfər, 1886-cı ildə 469 nəfər, 1897-ci ildə 543 nəfər, 1908-ci ildə 641 nəfər, 1914 - cü ildə 807 nəfər, 1916-cı ildə 730 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Təkəli (Marneuli)
Təkəli — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Təkəli (Sarvan)
Təkəli — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Təkəli (Urmiya)
Təkəli (fars. تكالو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 298 nəfər yaşayır (79 ailə).
Təkəli eli
Təkəlilər — Oğuzların Salur boyuna mənsub bir qolu. "Kitabi-Dədə Qorqud" yarandığı dövrün adətənənələri, köçəri həyat tərzi və s. haqqında tarixietnoqrofik məlumatla zəngindir. Bu köçərilərdən biri də Oğuz tayfasının Təkəli tirəsidir. Təkə “keçi” deməkdir. Bu etnonim totem mənşəlidir. Xivə Xanı Əbül Qaziyə görə, Təkə tayfası Salur boyundan gəlir və tayfa başçılarından birinin adıdır.Salur Oğuzların Üçoqlar qolundan (sol qolundan) Oğuz xanın oğlu Dağ xanın soyundan gəldikləri qəbul edilir. " Salur" sözü yurd salan, utaraq həyata keçən mənasında istifadə edilmişdir. XIV əsrdə Sivas, Ərzincan, Kayseri və Tokat ətrafında hökm sürmüş Qazı Bürhanəddin dövləti Salur boyuna mənsubdur.Salurlar əsl Xəzər ətrafında yaşamış və oradan Xorasan, Orta Asiya və Anadolu bölgələrinə qədər dağılmışdılar. Salurlar içərisindəki tayfa və tayfalar adında bu gün Salur baba yurdu olan Xəzər regionunda yer, əkiləcək tarla, kənd və yaşayış məntəqələri adları hələ də yaşamaqdadır.
Təkəli tayfası

Çənəli zəlilər
Çənəli zəlilər (lat. GNATHOBDELLIDA) Zəli sinfinə aid dəstə. == Haqqında == Əksər zəlilər ağız boşluğunda çənələr inkişaf etmişdir. Çənələr üç ədəd olub, mişar kimidir. Mayalanmaları spermatoforlar vasitəsilədir. Tibb zəlisində cütləşmə orqanı vardır. Dəstənin Hirudinidae fəsiləsində olan növləri geniş yayılmışdır. Bu zəlilər yaxşı üzmək qabiliyyətinə malik olub, yumurtalarını torpağa qoyurlar. Fesilənin xarakterik nümayəndələrindən biri at zəlisidir (Limnatis nilotica). At zəlisinin uzunluğu 8–10 sm, eni l-1,5 sm-dir.
Şani Təkəli
Şani Təkəli (1546 - 1615) – azərbaycanlı şair. == Həyatı == Şani Təkəli tayfasının əmirlərindəndir. I Şah Abbasın saray şairlərindən və şahın mülazimlərindən idi. Vəcdəddin Şani Təkəli Xorasanda dəfn edilib. == Yaradıcılığı == Şani Təkəli şair Fəzliyə bir cavab yazmışdı.
Aşanti ənənəvi tikililəri
Aşanti ənənəvi tikililəri — Aşanti imperiyası dövründə Qana ərazisində inşa edilən 10 ənənəvi bina və Ümumdünya irsi ərazisi. Aşanti Krallığı 18-ci əsrdə qızıl dövrünə sahib olmuş, 1806-cı ildən 1901-ci ilə qədər ərazinin İngilis işğalı zamanı geriləmiş və dövrün əksər Aşanti tikililəri məhv edilmişdir. Digər binalar arasında Kral məqbərəsi də 1895-ci ildə Britaniya ordusunun zabiti Robert Baden-Pauel tərəfindən dağıdıldı. Binalar "insanlar və tanrıların evi" kimi təsvir edilmişdir və Aşanti xalqının tarixi və mədəniyyətinin son qalıqlarıdır. Evlər gil, saman və ağacdan tikilib və təbii təsirlərə qarşı həssasdır. Buna görə binaların qorunmasına ehtiyac var. == Mənbə == Michael Swithenbank. Ahanti fetish houses.
Stenli
Stenli (ing. Stanley, əvvəlki adı Port Stenli, ing. Port Stanley) — Atlantik okeanının cənub-qərbində, Cənubi Amerikanın sahillərindən 500 kilometr məsafədə yerləşən Böyük Britaniyaya məxsus Folklend adalarının inzibati mərkəzi və yeganə şəhəri. Şərqi Folklend adasında yerləşir. Əhalisi 2 115 nəfərdir 2006. Şəhərdən 5 kilometr şərqdə aeroport yerləşir. Şəhərdə ada qubernatorunun, hökumətin administrasiyası, anqlikan kilsəsi və ada muzeyi yerləşir. == Tarixi == Adanın mərkəzi ilk əvvəl Port Luis idi və indiki Stenlidən şimalda yerləşirdi. 1843-cü ildə yeni inzibati mərkəz tikilməyə başlandı və 1845-ci ildə ora dövlət idarələri köçürüldü. Şəhər o dövrdə müstəmləkələr üzrə dövlət katibi olan Stenlinin şərəfinə adlandırılıb.
Tekeli
Tekeli (qaz. Текелі) — Qazaxıstanın Almatı vilayətində, Almatı şəhərindən 310 km və Taldıkorqan şəhərindən 40 km məsafədə yerləşən bir şəhər. == Tarixi == 1933-cü ildə, Korinski dərəsindəki Tekeli bölgəsində, M. M. Yudiçevin rəhbərlik etdiyi bir geoloji kəşfiyyat ekspedisiyası polimetal filizlərinin, xüsusən də qurğuşunların böyük yataqlarını kəşf etdi, bundan sonra Sovet hakimiyyəti filizləri mədənləşdirməyə və işlətməyə qərar verdi. Artıq 1942-ci ildə Cunqar dağlarının ətəyində "Qurğuşun-Sink kombinatı" və onun altında bir işçi qəsəbəsi salınmışdır. Müəssisə Tekeli, Koksu və Tuyuk yataqlarını işlətdi. Böyük Vətən Müharibəsi illərində bu bitki hər səkkizinci güllə üçün ölkəni qurğuşunla təmin edirdi . Daha sonra, müharibədən sonrakı dövrdə Tekeli kəndi böyük ölçüdə artmağa başladı, yaşayış binalarının inşası heyranedici bir tikinti layihəsi elan edildi və Sovet İttifaqının hər yerindən könüllülər axını gəldi. Tekelinin evləri və sənaye obyektləri təkcə ziyarətçi inşaatçılar tərəfindən deyil, Yapon əsir əsgərləri tərəfindən də tikilmişdir. 1952-ci ildə qəsəbəyə şəhər statusu verildi. Tekeli sürətli şəkildə böyüdü və inkişaf etdi.
Stendli ardıcı
Stendli ardıcı (lat. Juniperus standleyi) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.
Avrasiya tuneli
Avrasiya tuneli — İstanbulda Bosfor boğazın altından keçən avtobil tuneli. Tunel rəsmi olaraq 20 dekabr 2016-cı ildə, nəqliyyat üçün isə 22 dekabr 2016-cı ildə açılır. 5.4 km (3.4 mil) uzunluğa malik ikimərtəbəli tunel Türkiyənin Avropa hissəsindəki Qumqapı məhəlləsi ilə Asiya hissəsindəki Kadıköyü birləşdirir. Uzunluğu tunelə giriş yolları daxil olmaqla 14,6 km (9,1 mil) təşkil edir. Tunelin dəniz dibi altından keçən maksimum dərinliyi 106 m-ə çatır. 29 oktyabr 2013-cü ildə açılan Marmaray dənizaltı dəmir yolu tunelindən təxminən 1 km cənubda yerləşir. İki qitə arasındakı səyahət təxminən 5 dəqiqə çəkir. Rüsumlar hər iki istiqamətdə də tutulur; 2020-ci ilin fevralından etibarən avtomobillər üçün 36,40 lirə (təxminən 4 dollar) və mikroavtobuslar üçün 54,70 lirə (6 dollar). 2021-ci ilin fevralında gediş haqları 26% artaraq müvafiq olaraq 46 liraya (təqribən 6.20 ABŞ dolları) və 69 lirəyə (təxminən 9.30 ABŞ dolları) çamışdır. Avrasiya tunelinin konseptual təməlləri, İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən irəli sürülən 1997 Nəqliyyat Master Planına əsasən İstanbul Universiteti tərəfindən hazəırlanmışdır.
Eynəli dağı
Eynəli ya Eynalı dağı - İranın Şərqi Azərbaycan ostanında yerləşən dağ. Təbriz şəhəri bu dağın ətəyində yerləşib. Bu dağda deyilənlərə görə Həzrət Əlinin övladlarından olan Ovn ibn Əli dəfn olunub. Təbrizlilər həftənin cümə günləri bu dağa çıxırlar.
Gimri tuneli
Gimri tuneli — Rusiyanın ən uzun yol tunelidir.Tunel Dağıstanda yerləşir; Buynaksk və Gimri kəndini birləşdirən tunel, İrqanay Su Elektrik Stansiyasının tikintisi üçün ən qısa və hava şəraitindən asılı olmayan nəqliyyat əlaqəsini təmin edir. Tunel həmçinin respublikanın mərkəzi dəmir yolu xətti ilə Dağıstanın 9 dağlıq bölgəsini birləşdirir. Tunelin uzunluğu 4303 m-dir. Gimri tunelinin ötürmə qabiliyyəti saatda 4 min avtomobildir. Yolun hərəkət hissəsinin eni 7 metr, hündürlüyü isə 5 metrdir. Tunel, səthdən 900 m-ə qədər dərinlikdə əhəng daşı, qumdaşı, alevrolit və argillit qatında yerləşir. Tunelin kəsişmə diametri 9 m, hərəkət hissəsinin eni 7 m-dir. Drenaj və ventilyasiya xidməti tunelə paralel yerləşir (birləşdirən körpülər hər 300 m-də yerləşir). Tunel işıqlandırılıb və burada avtomatik yanğın siqnalizasiya sistemləri, oğurluq həyəcan siqnalları, yüksək səsli elanlar, telefon əlaqələri, televiziya nəzarəti, əməliyyat ventilyasiyası, mərkəzi dispetçer nəzarəti quraşdırılıb. == Tikintisi == Gimri tuneli İrgqnay hidroelektrik kompleksinin inşası üçün malların daşınması məqsədi ilə inşa edilmişdir.
Kohrəng tuneli
Kohrəng tuneli və ya Kuhrəng tuneli — Kohrəng çeşməsinin suyun Zayəndə çayına daşınması üçün 1953-cü ildə yardılmış tunel; Çahar-Mahal və Bəxtiyari ostanının Çelgerd şəhərinin yaxınlığındadır.
Kuhrəng tuneli
Kohrəng tuneli və ya Kuhrəng tuneli — Kohrəng çeşməsinin suyun Zayəndə çayına daşınması üçün 1953-cü ildə yardılmış tunel; Çahar-Mahal və Bəxtiyari ostanının Çelgerd şəhərinin yaxınlığındadır.
Lardal tuneli
Lardal tuneli (Norveçcə:Lærdalstunnelen) Norveçin qərbində yerləşir. Lardal tuneli hal-hazırda dünyada ən uzun yol keçidi hesab olunur. Uzunluğu 24.5 km olan bu tunelin inşasına 1995-də başlanıb, 2000-ci ildə isə tunel istifadəyə açılıb. Tuneldə hərəkət 2 yönlü və 4 xətlidir. Yolda dayanmaq və istirahət etmək üçün şərait var. Oslo və Bergen şəhərlərini birləşdirən şose yolu bu tuneldən keçir.