Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Avarı
Avarı — Azərbaycanda yaşayan avarlara mənsubdur. "Avarı" rəqsi azərbaycanlılar arasında da geniş yayılmışdır. Üç hissəsi vardır. Rəqsin melodiyası aram-aram başlayır. Sonradan tempı artırır, orta templə keçir, nəhayat, Ləzginka ritmində cəld səslənən tempramentli rəqsə çevrilir. Zaqatalada da bu rəqs "Tala" da deyilir. "Avarı"nın qadın ifasının melodiyası kişi rəqsinin melodiyasından fərqlənir. Şəkidə solo ifa olunur. Zaqatalada solo yada kollektiv surətdə ifa edilir.
Abari
Abari — Ambrolauri rayonunda kənd. == Toponimkası == Abari — Ambrolauri rayonunda kənd adı. Hun tayfa ittifaqına daxil olmuş qədim türk mənşəli Abar tayfasının adını əks etdirir. Tədqiqatçılara görə avarlar özlərini məhz "abar" adlandırırdılar. Orxan-Yenisey türk run yazılarında Apar kimidir. Mənşəcə Ermənistanda olmuş altı Abaran kənd adı ilə eynidir.
Acari
Gənələr (lat. Acari) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan yarımsinfi. Gənə tünd qırmızı qəhvəyi rəngdə yastı oval 8 ayaqlı bir parazitdir. Məməlilər, quşlar və sürünənlərdən qan əmərək yaşayarlar. Bahar və yay mövsümündə yaşıllıq sahələrdə olurlar. Dişləmələri ağrısızdır. Bir neçə gün içində qaşıntı və ya gənənin görülməsiylə fərq edilər. Bir çox bakteriya və virusu heyvanlardan insanlara bulaşdıra bilər. Gənə ilə bulaşan xəstəliklərin çoxu yüksək qızdırmayla seyr edən lyme xəstəliyi, dönmə qızdırma, tularemi kimi və son zamanlarda səslənilən, müalicəsi olmayan, gənələrin bulaşdırdıqları viruslarla yaranan Krım-Kongo qanamalı qızdırma sayıla bilməkdədir. Bu xəstəlik Azərbaycanda son illərdə görülməkdə olsa da ilk olaraq 1944-cü ildə Krımda, 1956-cı ildə də Konqoda görülmüşdür.
Avaci
Avaci (yap. 淡路島) — Yaponiyaya məxsus olan ada. Avaci adası Daxili Yapon dənizində, Osaka körfəzinin şərqi və Kii boğazının cənubunda yerləşir. Onun sahəsi 592,17 km² təşkil edir. Avaci adası şimaldan Honşu adası ilə Asaki-Kayke, Şikoku adası ilə isə cənubdan Naturo körpüsü ilə birləşir. Adada dəmir yol nəqliyyatı mövcud deyildir. Yeganə nəqliyyat vasitəsi avtomobildir. == Tarixi == VII əsrdən XIX yüz illiyinə qədər ada ayrıca Avaci vilayəti tərkibinə daxil idi. Avaci sözü tərcümədə Ava vilayətinə gedən yol mənasını verir. == İnzibati bölgü == İzibati cəhətdən ada Hyoqo prefekturasına daxildir.
Avarim
Avarim — İordaniyada dağ silsiləsi. İordan çayının şərq sahilində, keçmiş Moav torpağında, israillilərin səhrada 40 illik səfərinin sonunda düşərgə saldıqları yerdədir. Bu silsilənin Nevo adlanan zirvələrindən birində Musa ölümündən əvvəl dayanmış və son dəfə İsrail torpaqlarını seyt etmişdir. O, orada vəfat etmiş və ərazidəki vadidə basdırılmışdır.
Avarn
Avarn (q.yun. Αβαρνεσ) — Anadoluda qədim Bizans şəhəri. Kayseri yaxınlığındakı Kültəpə (Kaniş) və Əlişarda (Ankuva) tapılan, Assuriya dövrünə aid mixi yazı ilə yazılmış kitabələrdə adı qeyd olunur. Ehtimal olunur ki, bu, eyniadlı parçanın toxunma mərkəzidir. Bəzi tarixçilərə görə şəhər indiki Çərmik ərazisində yerləşirdi.
Avşarı
Avşarı - qədim Azərbaycan rəqslərindən biri.[mənbə göstərin]Bu rəqsin adı bəzi mənbələrdə "Əfşarı" kimi də qeyd edilir. "Avşarı"da əhliləşdirilmiş mеymundan istifadə olunur. Mütəxəssislərin fikrincə "Avşarı" hərbi rəqs sayılırdı. Еnsiklopеdiyada yazılır: "Hərbi muğam, məqam əsası şüştər, musiqi ölçüsu 2/4-dir. Azərbaycan aşıq havası, şux, oynaq xaraktеrli gеniş instrumеntal müqədimmə ilə başlanır. Sazda "Qaraçı" kökündə ifa olunur. Muğam əsası şurdur. Кuplеt formasında olan "Əfşarı"nın poеtik mətni qoşmadır".
Pavarı
Pavarı (az.-əbcəd پاوارێ‎, fars. پاوه‌رود‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 558 nəfər yaşayır (172 ailə).
Avar
Avar dili — Qafqazda yaşayan xalqlardan biri olan avar xalqının dili. Avarlar (qafqazdilli) — Dağıstan Respublikasında ən böyük, Azərbaycanda sayca altıncı böyük etnik qrup. Avarlar — Avar xaqanlığını quran türk xalqı. Avar xaqanlığı — bu günki Macarıstan, Slovakiya, Rumıniya və Serbiya torpaqlarında 562-823-cü illər arasında hökm sürən Türk dövləti. Ağ Hunlar — Hunların qərb qolu.
Atari, SA
Atari SA (əvvəllər Infogrames Entertainment SA) — baş qərargahı Paris şəhərində yerləşən Fransa videooyun holdinq şirkəti. == Tarixi == Şirkət Bruno Bonnell tərəfindən 1983-cü ilin iyun ayında, Lion şəhərində "Infogrames" adı ilə qurulmuşdur. Şirkət uğurlu inkişaf siyasəti nəticəsində böyümüş, "Atari" brendini satın alaraq onun adını mənimsəmişdir."Infogrames" 2001-ci ildə "Hasbro Interactive" studiyasını 100 milyon ABŞ dollarına satın almışdır.Bundan sonra şirkət "MicroProse" studiyası və "Dungeons & Dragons" seriyasının hüquqlarını satın almışdır. Şirkət "MicroProse" studiyasının satın alınması ilə "Civilization" seriyasının da hüquqlarına sahib oldu. Buna baxmayaraq, seriyanın hüquqları daha sonra, 2004-cü ildə "Take-Two Interactive" korporasiyası tərəfindən 22.3 milyon ABŞ dollarına satın alınmışdır."Atari, Inc.", "Atari Interactive, Inc.", "Humongous, Inc." və "California US Holdings, Inc." 21 yanvar 2013-cü il tarixində, Birləşmiş Ştatlar Bankrotluq Məcəlləsinin 11-ci maddəsinə əsasən Birləşmiş Ştatlar Bankrotluq Məhkəməsi üçün kollektiv şəkildə petisiyası imzalamışdır.
Atari SA
Atari SA (əvvəllər Infogrames Entertainment SA) — baş qərargahı Paris şəhərində yerləşən Fransa videooyun holdinq şirkəti. == Tarixi == Şirkət Bruno Bonnell tərəfindən 1983-cü ilin iyun ayında, Lion şəhərində "Infogrames" adı ilə qurulmuşdur. Şirkət uğurlu inkişaf siyasəti nəticəsində böyümüş, "Atari" brendini satın alaraq onun adını mənimsəmişdir."Infogrames" 2001-ci ildə "Hasbro Interactive" studiyasını 100 milyon ABŞ dollarına satın almışdır.Bundan sonra şirkət "MicroProse" studiyası və "Dungeons & Dragons" seriyasının hüquqlarını satın almışdır. Şirkət "MicroProse" studiyasının satın alınması ilə "Civilization" seriyasının da hüquqlarına sahib oldu. Buna baxmayaraq, seriyanın hüquqları daha sonra, 2004-cü ildə "Take-Two Interactive" korporasiyası tərəfindən 22.3 milyon ABŞ dollarına satın alınmışdır."Atari, Inc.", "Atari Interactive, Inc.", "Humongous, Inc." və "California US Holdings, Inc." 21 yanvar 2013-cü il tarixində, Birləşmiş Ştatlar Bankrotluq Məcəlləsinin 11-ci maddəsinə əsasən Birləşmiş Ştatlar Bankrotluq Məhkəməsi üçün kollektiv şəkildə petisiyası imzalamışdır.
Avarn (şəhər)
Avarn (q.yun. Ἀβαρνίς), həmçinin Avarni və Aparn (q.yun. Ἀπαρνίς) — qədim Misiyada, eyniadlı burunda yerləşən sahil şəhəri. Ksenofont bu yerdən bəhs edərkən qeyd etmişdir ki, Konon Lisandr ilə nişanlanarkən Sparta donanmasının gəmilərini oğurlamış, öz donanmasını yenidən təşkil etmiş və I Evaqorasa sığınmaq üçün qaçmışdı, eyni zamanda Paralı döyüşlərdən xəbər gətirmək üçün Afinaya göndərmişdir.Onun ərazisi ilkin olaraq Asiya Türkiyəsi, Çardak yaxınlığında yerləşir.
Avart (mifologiya)
Avart (q.yun. ᾌβαρτος, Ábartos) — qədim yunan mifologiyasında personaj. Avart sonrakı dövrlərə aid ənənəyə görə, Attikanın sonuncu çarı olan əfsanəvi Kodrun nəslindən idi. Onu Kodrun nəslindən olan Deoit və Perikl ilə birlikdə fokeyalılar göndərmişdir, çünki ioniyalılar Fokeya şəhərini yalnız Kodrun nəslinin nümayəndələrinin idarə etdiyi halda öz ittifaqlarına qəbul etmək niyyətində idilər. Bu mifik versiya İoniyanın qərbi Anadolunun məskunlaşmasında Afinanın dominant rolu vurğulamaq üçün nəzərdə tutulmuşdu.
Avaçi buxtası
Avaça körfəzi (rus. Авачинская бухта) — Sakit okeanda, Kamçatka yarımadasının cənub-şərqində buxta. Uzunluğu 24 kilometr, eni (girişində) 3 kilometr, dərinliyi 26 metrdir. Avaça körfəzinin şimal sahilində Petropavlovsk-Kamçatski şəhəri (portu) var. Liman balıçılıq və yük daşımalarında istifadə edilən gəmiləri qəbul edir.Buxta ilk dəfə 1729-ci ildə Vitus Berinqin təşkil etdiyi Birinci Kamçatka ekspedisiyası zamanı kəşf edilmişdir. == Qısa təsvir == Dünyanın ən böyük buxtalarından biridir. Dünyanın istənilən tip gəmilərini qəbul edir. Avaçi körfəzinin qapalı hissəsini təşkil edir. Buxta 24 km uzunluğa və 3 km enə malikdir (girəcəkdə). Su səthinin sahəsi 215 km2-dir.
Avaçi körfəzi
Avaçi körfəzi — Sakit okean sahillərində yerləşən körfəz. Körfəz öz növbəsində iki hissədən ibarətdir ki, burada açıq hissə Avaçi körfəzi, qapalı hissə isə Avaçi buxtası adlanır. Daxilində bir çox buxtalar yerləşir: Tarya, Tixoya, Rakovata, Babiya, Petrovavlovskaya, Seroqlazka, Moxovaya və s. Körfəz və buxta ilk dəfə 1729-ci ildə Vitus Berinqin təşkil etdiyi Birinci Kamçatka ekspedisiyası zamanı kəşf edilmişdir. Avaçi körfəzinə Avaça və Paratunka çayları tökülür. Körfəzdə yerləşən Kraşennikov və Stariçkov adaları quş koloniyalarının əsas düşərgəsi olduğundan xüsusi qorunan ərazi elan edilmişdir. == Mənbə == История плавания В. Беринга на боте «Св.
Azari dili
Azəri (azari, adari, fars. آذری‎ āḏarī [ , ərəb. الأذرية‎ əl-āḏarīya) — Atropatenanın ölü iran dili o zaman regionda geniş yayılmışdır. Regionun tam türkləşməsindən sonra Azərbaycan türkcəsi ilə yerdəyişməsi baş vermişdir.10–12-ci əsrlərdə ərəb coğrafiyaşünaslarından azərilərin Atropatenanı təsvir etdiyinə dair sübutlar var. Bu barədə əl-Məsudi yazırdı. İbn Haukal, Yakut əl-Həməvi, əl-Bəlazuri və digər ərəb müəllifləri də bu barədə xəbər verirlər. == İlk tədqiqatlar == Azəri dili haqqında yalnız 20-ci əsrdə, Əhməd Kəsrəvinin (1890–1946) "Azəri yoxsa Azərbaycanın qədim dili" (fars. آذری یا زبان باستان آذربایجان‎) adlı kitabında məlumat verilir. Kitab 1926-cı ildə Tehranda işıq üzü görmüşdür. Kəsrəvi ilk dəfə orta əsrlərdə Atropatenada yayılmış azəri dilinin materiallarını ortaya çıxarmış, onun iran xarakterini sübut etmişdir.Sonralar iranşünaslıqda inqilab iranşünas alim Boris Vsevolodoviç Millerin "Bu bölgənin türkləşməsinə qədər Azərbaycan əhalisinin dili məsələsinə dair" əsərinin Moskvada 1930-cu ildə nəşri sayəsində baş verdi.
Cvari (şəhər)
Cvari (gürc. ჯვარი) – Gürcüstanın şimal-qərbində şəhər, Sameqrelo-Yuxarı Svaneti bölgəsində şəhərdir. Şəhərdə yaşayan 763 nəfər əhalinin (2014-cu il) böyük əksəriyyəti meqrellərdən ibarətdir.
Cvari monastırı
Cvari monastırı (gürc. ჯვრის მონასტერი) — Gürcüstanın şərqində, Msxeta şəhəri yaxınlığında VI əsrə aid Gürcü Ortodoks monastırı. Monastır Msxetadakı digər tarixi abidələrllə birlikdə UNESCO Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Tarixi == Cvari monastırı Kür və Araqvi çaylarının qovuşduğu yer yaxınlığında hündür qayalı dağın zirvəzində yerləşir və qədim dövrdə İberiya çarlığının paytaxtı olmuş Msxeta şəhərinə baxır. Ənənəvi inanca görə IV əsrin əvvəllərində Kral III Miriana xristianlığı qəbul etdirmiş Müqəddəs Nino bu ərazidəki paqan məbədinin yerində böyük taxta xaç ucaltmışdır. Deyilənə görə xaç açıq möcüzələr göstərmiş, buna görə də bütün Qafqaz ərazisindən onun ziyarətinə gəlmişlər. 545-ci ildə taxta xaçın qalıqları üzərində "Kiçik Cvari kilsəsi" adlandırılan ilk kilsə inşa edilmişdir. "Böyük Cvari Kilsəsi" adlandırılan hazırkı kilsə 590–605-ci illərdə I Stefan tərəfindən inşa etdirilmişdir. Bu məlumatın verildiyi və kilsənin fasadında yerləşdirilmiş Cvari kitabələrində kilsənin memarlarının da adı qeyd edilir: Stefanos Patrikiya, Demetri Hipatos və Adernese Hipatos. Professor Kiril Tumanov bu şəxslərin II Stefan, Demetre (I Stefannın qardaşı) və II Adernese (II Stefanın oğlu) ilə identikləşdirilməsinə razı deyil.Zaman keçdikcə əhəmiyyəti daha da artan Cvari monastırı daha çox diqqət cəlb etmişdir.
Cvari şəhəri
Cvari (gürc. ჯვარი) – Gürcüstanın şimal-qərbində şəhər, Sameqrelo-Yuxarı Svaneti bölgəsində şəhərdir. Şəhərdə yaşayan 763 nəfər əhalinin (2014-cu il) böyük əksəriyyəti meqrellərdən ibarətdir.
Eleqaz açarı
Eleqaz açarı — elektrik qövsünün söndürülmə vasitəsi kimi eleqazdan istifadə olunan, enerjisistemdə normal və ya qəza rejimlərində əl ilə, məsafədən və ya avtomatik olaraq dövrə hissəsinin və ya elektrik avadanlığının operativ qoşulması və açılması üçün nəzərdə tutulmuş yüksək gərginlik açarlarının bir növüdür. == Giriş == Bu günkü gündə, eleqazın qövssöndürücü vasitə kimi istifadəsi sıxılmış hava və yağ ilə müqayisədə daha təsirlidir və yüksək və ultra yüksək gərginlikli dəyişən cərəyan açarlarının inkişafı üçün ən perspektivli və sürətlə inkişaf edən bir istiqamətdir. Eleqaz avadanlıqlarının əsas üstünlükləri eleqazın unikal fiziki-kimyəvi xüsusiyyətləri ilə müəyyən edilir. Düzgün istifadə ilə, eleqaz köhnəlmir və yağ kimi xüsusi qulluğa ehtiyac duymur. Eleqaz açarlarına aşağıdakılar xasdır: kompaktlıq; uzun müddətli istismarın mümkünlüyü; nominal gərginliklərin geniş diapazonu (6–1150 kV); yanğından təhlükəsiz olması və yüksək xidmət təhlükəsizliyi. Eleqaz açarları 1980-ci ildən bəri intensiv şəkildə inkişaf etdirilməyə başlandı və 110 … 1150 kV gərginliklərdə və 80 kA qədər cərəyanlarda böyük perspektivlərə malikdir. Texniki cəhətdən inkişaf etmiş ölkələrdə yüksək və ultra yüksək gərginlikli (110–1150 kV) eleqaz açarları demək olar ki, bütün digər aparatları əvəz etdi. Həmçinin, aparıcı xarici şirkətlər demək olar ki, 110 kV və daha yüksək gərginlik sinifləri üçün komplekt eleqaz tipli paylayıcı quruluşların və eleqaz açarlarının istehsalına tamamilə keçid etdilər. == Eleqaz açarının quruluşu == Konstruksiyasına görə sütunşəkilli və çənli açarlara bölünürlər. Sütunşəkilli olanlar az həcmli yağlı açarlarından görünüşü və ölçüsü ilə əsaslı şəkildə fərqlənmir.
Pavarı Qışlağı
Pavarı Qışlağı (az.-əbcəd پاوارێ قێشلاغێ‎, fars. قشلاق پاوه‌رود‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 49 nəfər yaşayır (13 ailə).
Pupi Avati
Pupi Avati (it. Pupi Avati) və ya Cüzeppe Avati (it. Giuseppe Avati) — İtaliya kinorejissoru, prodüser və ssenarist. == Həyatı == Pupi Avati 3 noyabr 1938-ci ildə İtalyanın Bolonya şəhərində anadan olmuşdur. == Filmoqrafiya == 1968 - "Qan qohumluğu" / Balsamus, l'uomo di Satana 1969 - "Tomas və tilsimlənmişlər" / Thomas... gli indemoniati 1974 - La mazurka del barone, della santa e del fico fiorone 1976 - "Gülən pəncərəli ev" / La casa dalle finestre che ridono 1976 - Bordellо 1977 - "Bütün rəhmətliklər... ölülərdən başqa" / Tutti defunti... tranne i morti 1978 - "Caz-bend" (TV) / Jazz band 1979 - Le strelle nel fosso 1980 - Cinema (TV serial) 1981 - "Mənə yatmağa kömək edin" / Aiutami a sognare 1982 - Dancing Paradise 1983 - "Zeder — o biri dünyadan səslər" /Zeder (Voices From The Beyond) 1983 - "Tələbə yürüşü" / Una gita scolastica 1984 - "Üç nəfər / Noi tre 1984 - Impiegati 1985 - "Buraxılış axşamı" / Festa di laurea 1986 - Hamburger Serenade (TV serial) 1986 - Regalo di Natale 1986 - "Son dəqiqədə" / Ultimo minuto 1986 - Storie Incredibili 1987 - Sposi 1989 - "Oğlanların və qızların hekayəsi" / Storia di ragazzi e di ragazze (titrlərdə yoxdur) 1989 - È proibito ballare 1991 - "Qardaşlar və bacılar" / Fratelli e sorelle 1991 - "Biks" / Bix 1993 - "Maqnifikat" / Magnificat 1994 - Dichiarazioni d'amore 1994 - "Uşaqlıq dostu" / L'amico d'infanzia 1995 - Voci notturne 1996 - "Cadugər" / L'arcano incantatore 1996 - "Festival" / Festival 1998 - "Sağdış" / Il testimone dello sposo 1999 - "Mələklərin yolu" / La via degli angeli 2001 - "Səlib yürüşü cəngavərləri" / I cavalieri che fecero l'impresa 2003 - "Ürək səninlə deyil" / Il cuore altrove 2004 - La rivincita di Natale 2005 - "Qızlar axı nə vaxt gələcək?" / Ma quando arrivano le ragazze?
Qacaranın açarı
"Qacaranın açarı" abidəsi (yerli azərbaycanlılar tərəfindən: Ayı heykəli; erm. Քաջարանի բանալի) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin Qafan və Qacaran şəhərlərini birləşdirən avtomobil yolunun solunda, Oxçuçayın sağ sahilində qaya üzərində yerləşən abidə. == Tarixi == 1966-cı ildə Qafan-Qacaran avtomobil yolunun solunda, Oxçuçayın sağ sahilində qaya üzərində ucaldılan abidənin müəllifi heykəltaraş Marat Nuricanyandır. Abidə respublika əhəmiyyətli olub, Qafanın tarixi-mədəni daşınmaz abidələri siyahısındadır. == Təsviri == Oxçuçayın sahilində qaya üzərində yerləşmiş ağzında açar tutan ayı heykəli bərəkətli Zəngəzur torpaqlarını və onun uğrunda döyüşmüş zəngəzurluları simvolizə edir. Azərbaycanlı yerli sakinlər tərəfindən də "Ayı heykəli" adıyla tanınan abidə Qafan şəhərinin əsas simvollarından biridir.
Xəlilov açarı
Xəlilov açarı — neft və qaz quyularının yeraltı təmirində nasos-kompressor borularını (diametri 20-dən 132 mm-dək) bağlamaq və açmaq, həmçinin APR tipli mexaniki açarlarla birgə işlənməsi üçün nəzərdə tutulan alət.
Bakının açarı
Bakının Açarı — 2022-ci ildə çəkilmiş Azərbaycan Film Akademiyası filmidir. Quruluşçu rejissor və ssenari müəllifi Zaur Tahirsoydur. Layihə Azərbaycan Film Akademiyası Postmodern Aktyorluq Məktəbinin tədris proqramı çərçivəsində ərəsəyə gətirilib == Məzmunu == Xanlıqlar dövründə Bakının yeraltı şəhərinin açarı rusların əlinə keçir. Açar ruslarda olsa da Bakının yeraltı şəhərinin yerini ancaq Bakının qoruyucuları bilir. Qoruyuculardan sonuncusu günümüzdə tarix müəllimi işləyir. O açarı ələ keçirmək üçün şəhərin ən yaxşı 5 oğrusunu bir araya yığıb açarı rusların Bakıdakı tarix muzeyindən oğurlamaq planı qurur. Ruslar da muzeydə açarın oğurlanmasını gözləyir ki, qoruyucunun izinə düşsünlər. Tanıtım linki == Filmin janrı == Film Macəra janrındadır. == Yaradıcı heyət == Quruluşçu rejissor: Zaur Tahirsoy Ssenari müəllifi: Zaur Tahirsoy Quruluşçu operator: Elvin Mikail Montaj: Azflix Pro === Aktyor heyəti === Azərbaycan Film Akademiyası aktyor və aktrisa heyəti: Urfan Cabbarlı Nərmin Əhməd Vüsal Dastan Anar Əli İbrahim Əlizadə Fidan İsmayılova Maya Hüseynli == Çəkiliş yerləri == • Filmin çəkilişi Azərbaycan Film Akademiyasında aparılıb.