Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
VİM-Avia
"VİM-Avia" (rus. «ВИМ-Авиа») — Rusiyanın ən böyük aviaşirkətlərindən biri. 24 təyyarəsi olan aviaşirkət 30 məntəqəyə uşuşlar həyata keçirərək, illik ortalama 1,6 milyon sərnişin daşıyır. 2017-ci ilin sentyabr ayında əlavə vəsait olmadan fəaliyyəti davam etdirə bilmədiyi üçün "VİM-Avia" müflis olduğunu elan edib və satışa çıxarılıb.
Apia
Apia — Samoanın yeganə şəhəri və paytaxtı. == Əhalisi, dil və dini == Əhalisi 35 min nəfərdən çoxdur. Şəhərdə əsasən м samoalılar (93 %), avropalılar və avropa-polineziya qarışığı olan insanlar yaşayır. Rəsmi dillər samoa və ingilis dilləridir. Dini inancları olanlar əsasən protestantlar (50 %) və katoliklərdir (45 %). == Mənbə == Samoa Starts Daylight Saving Time in 2009 Словарь географических названий зарубежных стран. — 3-е изд. перераб. и доп. — М.: Недра, 1986.
Avila
Avila (Latınca: Abila və ya Óbila) – İspaniyanın Kastiliya və Leon Muxtar Regionundakı vilayət və bu vilayətin mərkəzi şəhər. Tarixi Köhnə Kastiliya regionunun cənubunda yerləşir. Şəhər İspaniyanın 1117 metr hündürlüyü ilə ən yüksək əyalət mərkəzidir. Madridə olan məsafəsi 115 km-dir. 2005-ci il hesablamalarına görə şəhərin əhalisi 53.000 nəfərdir. Şəhərin tarixi əraziləri 1985-ci ildə UNESCO tərəfindən Dünya İrsi elan edilmişdir.
Avka
Avka (iq. Ọka) — Nigeriyanın Anambra ştatının paytaxtı.
Avva
Avva və ya Aba (ivr.-aram. אבא, yun. ἀββᾶ) – arami-süryani dilində "ata". İvritcə אב (av), ərəbcə أب (abu), amharca አባት (abat) sözləri ilə eyni mənanı daşıyır. == Xristianlıqda == İlk dəfə olaraq, rahiblərə hörmətlə müraciət forması olaraq, abba sözü Suriyalı Efremin yazılarında rast gəlinir. Süryani, Qibti, Efiopiya kilsələrində "abun" ("atamız") şəklində olan söz kahinlərə, rahiblərə və yepiskoplara aid edilir. Fransada "avva" istənilən katolik keşişə aid edilən tituldur . == İstinadlar == == Xarici keçidlər == Богословско-литургический словарь Игум. Иннокентий (Павлов). Авва // Православная энциклопедия.
Avşa
Avşa adası (türk. Avşa Adası, yun. Αφουσία) — Müasir Türkiyə ərazisində, Mərmərə dənizinin cənubunda yerləşən ada. Cənubi Mərmərə arxipelaqına daxil olan bu ərazi Balıkəsir ilinin Mərmərə ilçəsinə aiddir. Sahəsi 36 km² olan ada 2005-ci ilə qədər ada "Türkeli" adlansada, sonradan dəyişdirilib Avşa adlandırıldı. == Coğrafiyası == Avşa adası böyüklüyünə görə arxipelaqın 3-cü adasıdır.(Mərmərə və Paşalimanı adalarından sonra) Ümumilikdə ada yerləşən arxipelaqda 12 ada var. Geoloji baxımdan adalar materikin, Kapıdağ yarımadasının suda olan davamıdır. Dördüncü dövürdə dəniz səviyyəsinin qalxması nəticəsində ərazi adaya çevrilmiş. Ada yaşı 570–225 milyon il arasında dəyişən qranit, qneys və mərmər süxurlardan təşkil olunub. Ərazidə qumsal və qumlu ərazilər üstünlük təşkil edir.
Cavia
Cavia (lat. Cavia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin gəmiricilər dəstəsinin caviidae fəsiləsinə aid heyvan cinsi.
Gavia
Qaqar (lat. Gavia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinə aid heyvan cinsi. 5 növü var.
Pavia
Paviya (it. Pavia) — İtaliyanın Lombardiya regionunda şəhər.
Avit
Mark Mesili Flavi Eparxi Avit (rus. Marcus Maecilius Flavius Eparchius Avitus), Roma tarixşünaslığında daha çox Avit kimi tanınır (395, Klermon-Feran – 457) — 455–456-cı illərdə Qərbi Roma imperatoru. 455-ci ildə Petroni Maksim vəfat etdikdən sonra Şimali Afrikada məskunlaşan vandallara qarşı mübarizəyə rəhbərlik etmək üçün vestqotlar tərəfindən imperator seçilmişdir. Şərqi Roma imperiyasından kömək ala bilmədiyi üçün 456-cı ildə vestqotlar tərəfindən taxtdan salınmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Sidonius Apollinaris, Panegyric for Avitus Hydatius, Chronicle John of Antioch, Chronicle Jones, Arnold Hugh Martin, John Robert Martindale, John Morris, "Eparchius Avitus 5", Prosopography of the Later Roman Empire, Volume 2, Cambridge University Press, 1992, ISBN 0-521-20159-4, pp. 196–198. Mathisen, Ralph W., "Avitus (9/10 July 455 – 17/18 October 456)", De Imperatoribus Romanis Max, Gerald E., Political Intrigue During the Reigns of the Western Roman Emperors Avitus and Majorian, Historia, 1979, pp. 225–237. Randers-Pehrson, Justine Davis. "Barbarians and Romans: The Birth Struggle of Europe, A.D. 400–700".
Avia-Aqreqat Zavodu
Avia-Aqreqat Zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. == Tarixi == Avia-Aqreqat Zavodu 1961-ci ilin yanvar ayında Keşlə Maşınqayıma zavodunun kondisionerlər sexinin bazasında Bakı Klimatik Qurğuları Təcrübə Zavodu adı altında yaradılmışdır. 1961-ci ildə adı dəyişdirilərək Bakı Kondisionerlər Zavodu olmuş və 1965-ci ildən SSRİ Aviasiya Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir. 1970-ci ilin aprel ayında zavod Buzovna qəsəbəsinin Albalılıq dayanacağında yaradılan yeni istehsalat sahəsinə köçürülmüş və Bakı Maşınqayırma Zavodu adlandırılmışdır. 1978-ci ildə SSRİ aviasiya sənayesi nazirinin əmri ilə Sovet Azərbaycanının 50 illiyi adına Bakı Maşınqayırma Zavodunun adı dəyişdirilərək "İqlim" BAİB-in bazasında Bakı Aqreqat Zavodu yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 yanvar 1993-cü il tarixli 16 nömrəli Qərarı ilə zavodun adı dəyişdirilərək Avia-Aqreqat Zavodu adlandırılmışdır. 1993-cü ildən zavod Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərməyə başlamışdır. 1997-ci ildə zavodun adı yenidən dəyişdirilərək Bakı Avia-Aqreqat İB adlandırılmışdır. 2006-cı ilin sentyabrından Avia-Aqreqat Zavodu adı altında Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir. 2006-ci ildə İSO 9001-2001 sertifikatını almışdır.
ARIA Charts
ARIA Charts - Avstraliyada "Australian Recording Industry Association" tərəfindən yayımlanan rəsmi hit parad.
AVIC AG600
AVIC AG600 və ya kod adı ilə Su əjdahası – Çin tərəfindən istehsal olunmuş amfibiya-təyyarə. Dünyanın ən böyük amfibiya-təyyarəsidir. İlk uçuşunu 24 dekabr 2017-ci ildə keçirib. Sınaq uçuşu Çinin cənubunda Çhuhay şəhərinin aerodromunda həyata keçirilib. Təyyarə yerli vaxtla 09:39-da havaya qalxıb. Uçuş bir saat davam edib.AG600 təyyarəsinin uzunluğu 36,9 metr, qanadlarının kənar nöqtələri arasındakı məsafə 38,8 metr, çəkisi 53,5 ton, sürəti 500 km/saat, uçuş mənzili isə 4500 km təşkil edir.Təyyarə 20 saniyə ərzində 12 ton su toplaya bilir. 12 saat havada qala bilən təyyarənin 50 nəfər sərnişin daşıma qabiliyyəti də var.AG600 təyyarəsi havadan yanğınla mübarizə və axtarış-xilasetmə əməliyyatları üçün hazırlanıb.
Abia ştatı
Abia ştatı (ing. Abia State) — Nigeriya Cənub-şərq geosiyasi zonasında ştat. Niger deltasının hissəsidir. == Adı == Abia ştatı 1991-ci ildə İmo ştatından ayrılaraq yaradılıb. Yeni ştatın adı, onun üçün ayrılan, əxali sıxlığı nisbətən böyük olan dörd bölgə adlarının (Aba, Bende, İsuikvuato və Afikpo) abreviaturasıdır.
Aria (jurnal)
"Aria" (アリア) — Yaponiyanın Kodansha nəşriyyatı tərəfindən nəşr olunan keçmiş aylıq şoco və cosey manqası jurnalı. 2010-cu ilin aprelində Kodansha yeni jurnalın təsis edilməsində maraqlı olduğunu açıqlamışdır. Jurnalın ilk sayı 28 iyul 2010-cu ildə çapdan çıxmışdır. Jurnal B5 formatında nəşr olunur. "Aria" jurnalı əsasən 16-22 yaşlı qadınlar üçün nəzərdə tutulmuşdur. 2013-cü ildə Kodansha "Shingeki no Kyojin" manqa seriyasının spin-offu olan Attack on Titan: No Regrets manqasının proloq fəslinə olan təlabatı ödəmək üçün jurnalın tiraj sayını təxminən 500 % (80.000 nüsxə) artırmağa qərar vermişdir.Jurnal 28 aprel 2018-ci ildə fəaliyyətini dayandırmışdır. == Manqa seriyaları == Amatou Penguin - Kenci Sonishi Ani - Imo - Haruko Kurumatani Demon from a Foreign Land – Kaori Yuki GDGD-DOGS - Ema Toyama Haikyo Shojo - Nao Tsukici (başa çatıb) Hanirabi!
Aria alnifolia
Sorbus alnifolia (lat. Sorbus alnifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.
Aria nivea
Sorbus aria (lat. Sorbus aria) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.
Asia Karrera
Eyşa Karrera (6 avqust 1973, Nyu-York, ABŞ) — ABŞ pornoaktrisası, ssenaristi və modelidir. 300-dən artıq pornoqrafik filmdə iştirak etmişdir. Eyşa Karrera ateistdir. == Həyatı == Eyşa Karrera 1973-cü ildə ABŞ-nin Nyu-York şəhərində anadan olmuşdur. Atası yapon, anası alman əsillidir. Ailədə 4 uşaqdan biridir. Uşaqlıq vaxtında piyano dərsləri almışdır. 1990-cı ildə barlarda striptizçi olaraq çalışmışdır. 1993-cü ildə isə artıq porno kassetlər yayımlamışdır. Bəzən "Cessika Bennett" ləqəbi ilə də filmlərdə iştirak etmişdir.
Avila vilayəti
== Ərazisi == Avila vilayətinin ərazisi 8 048 km2-dır. İspaniyanın 50 vilayəti sırasında Avila vilayəti ərazisinə görə 24-cü yeri tutur. == Əhalisi == 2013-cü ilə olan məlumatlara əsasən Avila vilayətinin əhalisi 168 826 nəfərdir. İspaniyanın 50 vilayəti sırasında - vilayəti ərazisinə görə - pilləni tutur.
Aviz sülaləsi
Avislilər sülaləsi— Portuqaliya kralları sülaləsi (1385—1580). Yan xətti Burqonlular sülaləsi.
CNBC Asia
"CNBC Asia" (Si-en-bi-si Asia) — biznes və iqtisadi xəbərlər sahəsi üzrə xəbərlər telekanalı. CNBC amerikalı telekanalın Asiya filialıdır.
Cavia anolaimae
Dəniz donuzcuğu (lat. Cavia porcellus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin gəmiricilər dəstəsinin caviidae fəsiləsinin cavia cinsinə aid heyvan növü.
Cavia cobaya
Dəniz donuzcuğu (lat. Cavia porcellus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin gəmiricilər dəstəsinin caviidae fəsiləsinin cavia cinsinə aid heyvan növü.
Cavia cutleri
Dəniz donuzcuğu (lat. Cavia porcellus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin gəmiricilər dəstəsinin caviidae fəsiləsinin cavia cinsinə aid heyvan növü.
Cavia leucopyga
Dəniz donuzcuğu (lat. Cavia porcellus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin gəmiricilər dəstəsinin caviidae fəsiləsinin cavia cinsinə aid heyvan növü.
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.