Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Botoşani (judets)
Botoşani judetsi (rum. Județul Botoșani) — Qərbi Moldova regionunda yerləşən ölkənin ən şimal Rumıniya judetsi. == Əhalisi == 2007-ci ildə əhalinin sayı 454 167 nəfər təşkil edirdi, sıxlığı — 91,08 nəf/km². === Əhali sayının dinamikası === === Milli tərkibi === 2002-ci ilə olan milli tərkibi: rumınlar — (98,8 %) — ölkədə ən yüksək faiz qaraçılar — (0,7 %) ruslar — (0,2 %) ukraynalılar — (0,2 %) == İnzibati bölgüsü == Judetsə 2 bələdiyyə, 5 şəhər və 71 kommuna daxildir. === Bələdiyyə === Botoşan (Botoșani) Doroxoy (Dorohoi) === Şəhərlər === Buçeça (rum. Bucecea) Darabani (rum. Darabani) Seveni (rum. Săveni) Flemınzi (rum. Flămânzi) Ştefeneşti (rum.
Fotoyığım avtomatı
Fotoyığım avtomatı (en. imagesetter ~ ru. фотонаборный автомат ~ tr. görüntü ayarlayıcı) – masaüstü nəşriyyat sisteminin işinin nəticələrini birbaşa “fotoplyonka”ya çıxara bilən qurğu. Adətən, yüksək çözümlülüyə malikdir: 1200-3500 (və daha artıq) nöqtə/düym. Adətən, bütün fotoyığım avtomatları PostScript dilini dəstəkləyir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Kalaşnikov avtomatı
Kalaşnikov avtomatı-AK-47 (rus. Автомат Калашникова образца 1947 года) — avtomatik rejimli döyüş silahı. Dünyada ən geniş yayılmış odlu silahdır. Həm tək, həm də avtomat rejimdə ardıcıl atəşaçma qabiliyyətinə malikdir. Yüksək etibartlığı və sadə qulluq olunması ilə fərqlənir. == Tarixi haqqında == 1943-cü ildə Elizarov və Seminanın işlədikləri 7,62 mm patrona uyğun olaraq yeni silah hazırlanmağa başlanır. Pistolet-pulemyotları əvəz etmək üçün yeni fərdi avtomatik silaha ehtiyac var idi. Bu avtomat dəyişiləbilən daraq və rejimləri çevirən mexanzimə malik, karabin daraqlı, yəni özü gülləni verən, yüngül pulemyot xassələri özündə cəmləməli idi. Avtomat üzərində ilk işi 1944-cü ildə bir çox orijinal konstruksiyalar layihələndirmiş Sudayev aparır. Sonralar bu avtomatın üzərində Kalaşnikov işləməyə başlayır.
Xəzri avtomatı
Xəzri — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları tərəfindən təkmilləşdirilimiş döyüş silahı, avtomat. AK-74M-in bazası uzərində yaradılmışdır. Avtomatın istehsalı ən əsası xüsusi təyinatlı dəstələr üçün nəzərdə tutulmuşdur. Amma plana görə 2020-ci ilə qədər Azərbaycan Silahlı Qüvvələrinin inventarında olan bütün atıcı silahların təkmilləşdirilməsi nəzərdə tutulur. Çox güman ki, nəzərdə tutulan silah elə Xəzri olacaqdır. Silahın üzərinə kolimatrik nişangah, avtomat tutacağı, və s. bu kimi atıcılıq qabiliyyətini artıran qurğular quraşdırılmışdır.
Sızma cərəyanından mühafizə avtomatı
Sızma cərəyanından mühafizə avtomatı — Elektrik sızmaları yaranan zaman ciddi zədələnmələrin qarşısını almaq üçün elektrik dövrəsini dərhal kəsən qurğu. Bu qurğuların elektrik birləşməsi dövrəni avtomatik və cəld bir şəkildə ayırmağa xidmət edir. Faza və neytral keçiriciləri arasında bir uyğunsuzluq yəni fərq yarananda dövrə ayrılır. Cərəyan sızması elektrik cərəyanının keçdiyi kabellər və elektrik avadanlıqların izolyasiya hissələrinin köhnəlməsi nəticəsində və ya xətalı izolyasiyaya görə keçirici hissələrin açıqda qalan hissələrinə əllə və ya bədənin hər hansı üzvü ilə birbaşa və ya başqa keçirici cismlə təmasdan yaranır. == İşləmə prinsipi == Əgər sistemdə bir sızma yoxdursa, torodial ölçü transformatoru içərisindən keçirilən faz və nol keçiriciləri, bərabər miqdarlı və əks istiqamətli cərəyana malik olurlar. Ölçü transformatoru içərisindən keçən toplam cərəyan dəyəri sıfır olduğuna görə, ölçü transformatoru üzərində hər hansı bir maqnit seli yaranmaz. Əgər sistemdə bir sızma cərəyanı yaranarsa, faz üzərindən keçən cərəyan miqdarının hamısı nol üzərindən geri qayıtmadığı üçün faz və nol cərəyanlarının cəmi sıfır olmaz. Aradakı fərq cərəyanı ölçü transformatoru üzərində bir maqnit seli yaradır. Bu maqnit seli isə sarğı üzərində bir cərəyan yaradır. Yaranan bu cərəyan idarəetmə dövrəsinin elektromaqnit bobinini (makara) hərəkətə keçirir.
"Bakılı" press-avtomatı (film, 1967)
"Bakılı" press-avtomatı — qısametrajlı sənədli film. Rejissor Seyfulla Bədəlov tərəfindən 1967-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə yeni texnikanın-"Bakılı" press-avtomatının istehsalatda tətbiqindən, bunun xalq təsərrüfatının inkişafında əhəmiyyətli rolundan danışılır. == Məzmun == Filmdə yeni texnikanın-"Bakılı" press-avtomatının istehsalatda tətbiqindən, bunun xalq təsərrüfatının inkişafında əhəmiyyətli rolundan danışılır.
Kapitol Hillin sirli soda avtomatı
Kapitol Hillin sirli soda avtomatı (ing. Capitol Hill's mystery soda machine) – ABŞ-nin Sietl şəhərinin Kapitol Hill bölgəsində yerləşən Coke avtomatı. 1990-cı illərin əvvəllərindən fəaliyyət göstərən avtomat 2018-ci ildə müəmmalı şəkildə yoxa çıxmışdır. Avtomatın kim tərəfindən idarə edildiyi naməlumdur. == Təsvir == Avtomatın üstündə 6 ədəd "? mystery ?" (azərb. ? müəmma ?‎) düyməsi vardı və düymələrin birinə basdıqda nadir içki konservləri düşürdü. Bu içkilər həm artıq ABŞ-da əldə oluna bilməyən, həm də 1980-cı illərdən satılmayan nadir içkilər idi. Məsələn, bu sirli avtomat vasitəsilə "Mountain Dew White Out", moruq dadlı "Nestea Brisk", "Hawaiian Punch", üzümlü "Fanta", "Vanilla Cokes", "Black Cherry Frescas" və "Sunkist Cherry Limead" kimi çox nadir içkiləri əldə etmək olurdu.