Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qaramani
Qaramani — çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Həbib Qaramani Cəbrail b. Molla Məhəmməd əl-Qaramani 1204/1790-cı - Əsəri Fransa Milli Kitabxanasında qorunur.
Aqreman
Aqrement (fr. agrément — təsdiqləmə, razılaşma) — qəbul edən ölkənin hökumətinin müəyyən şəxsi diplomatik nümayəndəliyin başçısı qismində təyinatına razılıq. == Normativ baza == Aqreman razılığı 18 aprel 1961-ci il tarixli "Diplomatik münasibətlər haqqında Vyana Konvensiyası" ilə tənzimlənir. == Ümumi qaydaları == Aqreman sorğusunun edilməsi faktının açıqlanmasına yol verilmir. Çünki sorğuya rədd cavabının aşkarlığı iki ölkə arasında münasibətlərin gərginləşməsinə gətirib çıxara bilər. Əksər hallarda bu razılıq alınır. Lakin qəbul edən dövlətin hökuməti təklif olunan şəxsin qeyri-məqbul olduğunu hesab etsə, rədd cavabı verilə bilər. Bir qayda olaraq, qəbuledilməmə haqda rəsmi eyham da namizəd üzrə təklifin geri çağırılması üçün kifayətdir. Vyana konvensiyası dövlətin aqremandan izahat vermədən imtina etmək hüququnu saxlayır. Razılıq alındıqda namizəd persona qrata, əks hal baş verdikdə persona non qrata kimi qəbul edilir.
Qaraman
Qaraman — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Göyçay rayonunun Qaraman kəndi Ləkçılpaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qaraman kənd inzibati ərazi vahidi yaradılmışdır. Kəndin adı qaraman tayfasının adı ila əlaqədardır. Bir məlumata görə, 2000 çadırdan ibarət qaramanlar Səlcuq sultanı Toğrul bəy dövründə (1038-1063) əvvəlcə Anadoluya gəlmiş və buradan da başqa yerlərə, o cümlədan Azərbaycana yayılmışlar. Qaramanların XIII əsrdə şimaldan Azərbaycana gəlməsi və buradan müəyyan hissəsinin Ön Asiyaya köçməsi fikri də mövcuddur. Onlar varsaq, qara, İsa, koşun va qıştomir qollarından ibarət olmuşlar. XV əsrdə Cənubi Azərbaycanda yaşamış qaramanlar qızılbaş tayfalarından biri olmuşdur. Səfəvi şahları hərbi xidmətlərinə görə bu tayfaya Azərbaycanda yerlər vermişdilər. Qaraman adı Çində yaşayan salarlar arasında da çəkilir. Tadqiqatçılara görə, qaraman oğuz tayfalarındandır.
Qaramat
Qaramat - türk, çuvaş və anadolu xalq mədəniyyətində kabus cini. Keremet və ya Qarımıt da deyilir. "Qarav" olaraq da bilinər. Kabuslara səbəb olan və bunun nəticəsində sayıqlama və psixoloji pozuqluqları ortaya çıxaran şər varlıq. İndiki vaxtda şizofreniya adı verilən ruhi xəstəliyə bənzər halların keçmişdə bu varlıqla əlaqəli olduğu düşünülmüşdür. Bundan başqa bu söz; çuvaş dilində pis ruh, ataların ruhlarının çağırılması, müqəddəs ərazi, müqəddəs obyekt; Udmurt dilində şeytan kimi mənalar ehtiva etməkdədir. Yəni xüsusilə məşhur bir inanc olaraq iştirak etdiyi Çuvaş dilində həm müsbət həm də mənfi bir dizi məna saxlayar. Əvvəllər pis ruh olaraq da bilinən mifik bir varlıqdır. "Çuvaş Etimologiya Lüğəti"ndə "Kiremet" şəklində iştirak edən bu sözün mənası "kinli ruh" olaraq keçməkdədir. Tatar dilində isə tərs bir mənala "xeyriyyəçi ata ruhu, qoruyucu ruh" mənasını verməkdədir.
Həbib Qaramani
Həbib Qaramani (Niğdə ili – 1497) — XV əsr xəlvəti şeyxlərindən biri. Soyunun ata tərəfdən Ömərə, ana tərəfindən isə Əbu Bəkrə çatdığı söylənilir. == Həyatı == Həbib Qaramani Qaramanda, Niğdə yaxınlığında, Ortaköy qəsəbəsində doğulmuşdur. O zaman Niğdə Qaramana bağlı olduğundan Qaramani nisbəsini almışdır. Təhsilini tamamladıqdan sonra Sultan Rüknəddin mədrəsəsində müdərrislik etmişdir. Daha sonra Bakıya gələrək Seyid Yəhyaya intisabla tam 12 il onun yanında olmuşdur. Seyri-sülukunu tamamlayaraq icazə və xilafətlə şeyxinin əmri üzərinə Anadoluya xidmət üçün göndərilmişdir. Şeyx Həbib əfəndi uzun müddət Ankarada qalmışdır. Burada Hacı Bayram Vəlinin qəbrini ziyarət etmiş, Ağşəmsəddinlə də bir müddət münasibətdə olmuşdur. Ayrıca Kayseridə Şeyx İbrahim Tənnuri və Nəqşibəndilik təriqəti xəlifələrindən Əmir ilə söhbət etmişdir.
Qaramanı-Türkmanan
Türkmən (qədim adı Qaramanı-Türkmanan) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Tarixdə bu yer Qaramanı-Türkmanan adlanmışdır.
Aqraxan körfəzi
Aqraxan körfəzi — körfəz Xəzər dənizinin qərb sahillərində yerləşir. Dənizdən Aqraxan yarımadası ilə təcrid olunur. Körfəz girəcəkdən cənuba doğru 40 km uzunluğa malikdir. Eni bir necə yüz metrdən 10 km-lərə qədərdir. Dərinliyi 4 metrdir. Körfəzin şimalına doğru suyu şorlaşır. Körfəzə axan ən iri çay Terekdir == Tarixi == Vaxtı ilə körfəz olduqca dərin olmuşdur. Buna sübut I Pyotrın İran yürüşü zamanı gəmilərlə körfəzin cənubuna maneəsiz irəliləməsi və burada Müqəddəs Xaç qalasını inşa etdirməsidir. == Təbiəti == Körfəzdə və ətraf ərazilərində relik bitkilərə rast glmək olar. Suları balıqlarla zəngindir.
Aqraxan siyənəyi
Aqraxan siyənəyi (lat. Alosa braschnikowi agrachanica) — siyənək cinsinin nümayəndəsidir. == Yayılması == Orta və Şimali Xəzərin şərq hissəsindən, Volqa deltası qarşısında şirinləşmiş sahədən başqa Aqraxan siyənəyi Xəzərin hər yerində rast gəlinir. == Morfoloji əlamətləri == D III-IV 13-15,A III 16-20 şüa olur. Qəlsəmə dişcikləri düzdür.Onların sayı 26-41,orta hsabla 32,2-dir.Bədəni nisbətən hündürdür,açıq rənglidir.Rostrum kütdür.Qəlsəmə qapağı gerisində adətən bir qara ləkə olur.Uzunluğu 29-33 sm-dir. Üzgəcləri ,başı,bel tərəfi az piqmentlənmişdir.Pulcuqları iri,nazik və tez qopandır. Üst çənə göz ortası şaqulinin arxasına keçir,alt çənə ya üst çənəyə bərabərdir,ya da yüngülcə irəli çıxır.Dişləri yaxşı inkişaf etmişdir. == Yaşayış yeri və həyat tərzi == Şortəlimsu balığıdır,çaylara girmir,nisbətən istiliksevəndir.Orta Xəzərdə kütləvi gedişləri 13-14° temperaturda müşahidə edilir.Başlıca olaraq kilkələr və başqa balıqlarla qidalanan yırtıcıdır.Kürütökmədən sonrakı dövrdə daha intensiv qidalanır.Yem obyektləri ardınca hətta qışda da yerdəyişmələr edir. == Çoxalması == 3-4 yaşlarında cinsiyyət yetkinliyinə çatır.Kürüsü hissə-hissə yetişir,kürü tökməsi may-iyun aylarında suyun temperaturu 20° olduqda müşahidə edilir.Kürülərin sayı 49 mindən 370 minə qədər olub,orta hesabla 203 mindir.Kürü yarımpelagikdir,suyun dibyanı laylarında üzür.19-21° temperaturda inkişaf müddəti 37 saata yaxındır. Kürü tökdükdən sonra sürətlə qidalanmağa başlayır.
Aqraxan yarımadası
Aqraxan yarımadası (və ya, Üç-Kosa) — Alçaq yarımada olaraq Xəzər dənizinin Dağıstan sahillərində yerləşir. Terek çayının tarixi deltasında meydana gələn yarımada. İnzibati cəhətdən Mahaçqala şəhəri inzibati sovetliyinə daxiıdir. Yarımadanın sahəsi 212 km², uzunluğu 50 km, eni isə 8 km təşkil edir. Ən hündür nöqtəsi Xəzərdən 10 metr yüksəklikdə yerləşir. Qərbdən Aqraxan körfəzinin suları ilə yuyulur. Düynlər və şoranlıqlar ərazisinin böyük hissəsini əhatə edir. Əsasən yarımsəhra bitkiləri geniş yayılıb. Güçlü küləklər əsir. Yarımada boyunca vaxtı ilə mövcud olan Sulak Lopatin dəmir yolunun qalıqlarına rast gəlmək olar.
Qaraman (Türkiyə)
Karaman — Türkiyənin Karaman ilinin inzibati mərkəzi.
Qaraman bələdiyyəsi
Göyçay bələdiyyələri — Göyçay rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaraman bəyliyi
Qaramanoğulları bəyliyi (türk. Karamanoğulları Beyliği) — Qaramanoğulları oğuzların Əfşar boyuna mənsubdurlar. Qaramanoğulları Anadoluda ən güclü ailə və soy qəbul edilirdi. Bu səbəbdən Osmanlı bəyliyi onlardan ilk başlarda uzaq durmuş, yaxşı böyüyüb gücləndikdən sonra Anadoludaki son bəylik olaraq Qaramanoğullarını özlərinə tabe ediblər. Bu güclü ailənin irəlidə problem çıxarmasını əngəlləmək üçün Osmanlı dövləti Qaramanoğlu ailəsindən olanları yeni fəth edilən Balkan torpaqlarına, oradan da Dunay sahilindəki Bolqar ölkəsinə və Kiprə sürgün etmişlər.
Qaraman əyaləti
Qaraman əyaləti — Osmanlı imperiyasının əyalətlərindən biri.
Hacı Qaraman ocağı
Hacı Qaraman ocağı — Cəbrayıl rayonunda Çələbilər kəndinin ərazisində, Hacı Qaraman (Əhməd) Çələbinin məzarı yerləşən ziyarətgah. Hacı Qaraman Çələbi Əhmədli dövrünün sayılıb-seçilən kəramət şeyxlərindən olub, mükəmməl dini – mədrəsə təhsili almışdır. Bütün elin dini və dünyəvi işlərinə nəzarət edirdi. == Tarixi == Hacı Qaraman ziyarətgahı Əhməd Çələbinin dəfn olduğu məzar (Çələbi – Çələbi sözu dini və dünyəvi termin olub hakimiyyətlərin, şahzadələrin ləqəbi kimi işlənib, Allahı sevən, yazıcı, şair, bilici mənalarını verir). XIII əsrin birinci yarısında – Monqol yürüşləri dövründə Kiçik Asiyadan (əsasən Türkiyə ərazilərindən) məşhur Qaraman tayfasının (Qaraqoyunlu hökmdarı Qara Yusifin sərkərdəsi Qaraman, Qarabağ hakimi Əmir Yaəhməd, I Şah Abbasın Şamaxıya hakim təyin etdiyi Zülfüqar Xan da Qaraman tayfasından idilər) tərkibində Azərbaycana gəlmələri tarixdən məlumdur. Cələbilərin adlı-sanlı başçılarından olan Hacı Qaraman XIII–XIV əsrlərdə Cəbrayıl ərazisinə gəlmiş, əvvəlcə Niftalılar və Nüsüs kəndləri arasındakı yerdə özünə məskən salmış, sonralar Cələbilər kəndinə köçmüşdür. Ona görə də Hacı Qaramanın dəfn edildiyi məzar sonralar "Ocaq" kimi müqəddəsləşdirilmişdir. Cələbilər kəndindəki məscid isə Məhəmməd ibn Hacı Qaraman Əhmədli tərəfindən Hicri 1088-ci ildə (Miladi 1678) inşa edilmişdir. Hacı Qaramanın adı məşhur oğuz türk tayfasından olan Qaraman tayfasının adından götürülmuşdur. == Ziyarətgah == Hacı Qaraman ocağı ziyarətgahı Cəbrayıl rayonunun Çələbilər kəndində yerləşir.
Sami Sabit Qaraman
Sami Sabit Qaraman (türk. Sami Sabit Karaman) (d. 1877 Dəməşq, – ö. 04.09.1957, İstanbul) — Türk əsgəri. 1895-cı ildə hərbi məktəbə daxil olmuş və 1899-cu ildə oranı bitirmişdir. İtaliya-Osmanlı müharibəsində, Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1921-ci ilin aprel ayında Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədə göstərdiyi şücaətlərə görə Qırmızı lentli "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) ilə mükafatlandırıldı. 16 dekabr 1935-ci ildə öz istəyi ilə təqaüdə çıxdı. 1957-ci ildə vəfat etdi.
Hacı Qaraman Çələbi Əhmədli
Hacı Qaraman çələbi (XVI yüzilin sonu—XVII əsrin əvvəli) — övliya, XVI əsrin sonu, XVII əsrin əvvəli. == Həyatı == Hacı Qaraman Çələbi Türkiyənin Diyarbəkir əyalətində anadan olmuşdur. Əsl adı Əhməd Çələbidir. Mükəmməl mədrəsə təhsili almışdı. Bütün elin dini və dünyəvi işlərinə nəzarət edirdi. Hacı Qaraman (Əhməd) Çələbi kəramət sahibi bir şeyx olmuşdur. Onun başqa bir tərıqət şeyxi Üryan Xıdırla söhbət və məqallarının olduğu məlumdur. Əhməd Çələbinin (Hacı Qaraman) Mustafa və Muhəmməd adlı iki oğlu olmuşdur. Qəbri Hacı Qaraman ocağı ziyarətgahıdır.
Nişançı Qaraman Mehmed Paşa
Nişançı Qaraman Mehmed Paşa (13 sentyabr 1458, Karaman – 4 may 1481, Konstantinopol) — Osmanlı sədrəzəmı. Sultan II Mehmedin hakimiyyəti dövründə 1477–1481-ci illərdə sədrəzəmlik etmişdir. Nişançı Qaraman Mehmed Paşa II Bəyazidin yox Cem Sultanın hakimiyyətə gəlməsini dəstəkləmişdir. 1481-ci ildə yeniçərilər tərəfindən sultanın ölüm xəbərini gizlətməsi səbəbindən öldürülmüşdür.