Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Albuka
Quşsüdü (lat. Ornithogalum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinə aid bitki cinsi. Ornitoqalum cinsinin adı yunancadan tərcümədə "quşsüdü" deməkdir. Avropa, Asiya və Afrikanın mülayim iqlimli və subtropik zonalarında yayılmış bu bitkinin 150-yə yaxın növü məlumdur. Gülçülükdə 15 növündən geniş istifadə olunur. Gülçülükdə aşağıdakılar xüsusilə məşhurdur: Çətirli quşsüdü (O. umbellatum) — ağ çiçəkləri çətir çiçək qrupunda toplanmış çoxillik bitkidir. İri quşsüdü (O. magnum) ağ gülləri salxım çiçək qrupuna toplanmış bitkidir. Bəzi növlərin zərif olduğu üçün quşsüdünü qida elementləri ilə zəngin olmayan, qeyri — münbit torpaqlarda əkmək çətinlik yaradır. Onları otaq bitkiləri kimi yetişdirirlər. Quşsüdü bitkisinin soğanaqlarını yarımkölgəli yerdə, 6–10 sm dərinlikdə, avqustda ya da sentyabrda açıq torpağa əkirlər.
Akbuğa
Albula
Albula (lat. Albula) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin albulakimilər dəstəsinin albulalar fəsiləsinə aid heyvan cinsi.
Anbuba
Anbuba — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Anbabu Astara rayonunun Asxanakəran inzibati ərazi vahidində kənd. BəŞərü çayının sahilində, Peştəsər silsiləsinin ətəyindədir. Anbobu, Anbubu, Anbobo variantlarına da təsadüf olunur. 1917 və 1961-ci illərdə Ambu Şəklində qeydə alınmışdır. Talış dilində ambu "anbar" deməkdir. == Tanınmış şəxslər == === Şəhidləri === Kənan Hacıyev (əsgər) (2001-2020).
Arauka
Arauka — Kolumbiyanın Arauka deparatamentində yerləşən şəhər, Venesuela ilə sərhəddir. Tam adı Santa Barbara Araukadır. Şəhər dağlıq yerdədir və tez-tez daşqınlara məruz qalır. == Tarixi == Arauka ərazisi 1536-cı ildə Almaniyalı konkistador Xorxe de la Espira tərəfindən əsası qoyulmuşdur. Lakin kondistadorlar bu yerdə qalmadılar və Eldorado da axtarışa yolandılar. Daha sonra yezuitlər gəlidi və yaşayış məntəqələrini burda qurdular. Arauka şəhəri, 4 dekabr 1780-ci ildə Xuan İsidro Daboyn tərəfindən kiçik kənd Quaxironun yerində əsası qoyuldu. Burada kiçik bi hind ailəsi 10 ilə yaxın yaşadı. Arauca indi Venesueladan ayrılan və öz növbəsində yerli əhalinin özünə məxsus adını verən Arauca çayının adına verildi.Bir zamanlar şəhər Kasanare vilayətinin paytaxtı idi. Kasanare müasir Araukanın indiki departamentindən daha böyük idi.
Arbuğa
Ərbuğa — türk mifologiyasında yarı insan, yarı buğa olan varlıq. "Arbuğa, Yarbuğa" və ya "Ərboğa", bəzən də Arboğa olaraq adlandırılar. Dişi olanları üçün "Işbuğa" deyilər. (Iş sözcüyü monqolcada dişilik bildirir.) Buğa və Bugu sözcüyü bir çox Türk ləhcəsində Geyik mənasında da istifadə edilər, bu səbəblə bəzən yarı insan, yarı maral olaraq görülə bilər. Yarı insan və yarı heyvan olan varlıqlara dünyada bir çox mədəniyyətdə rast gəlinir. Kimilərində alt qisim heyvan, diyarın yuxarısı insandır, bəzilərində isə baş, heyvan başı biçimindeyken alt tərəf insan şəklindədir. Türk mifologiyasına yunan mədəniyyətinin təsiri ilə girmiş olması ehtimal edilir. == Əryund == Türk mifologiyasında yarı insan, yarı at olan varlıqlara isə Aryund adı verilər. Aryunt, Aryond, Əryunt olaraq da bilinər. "Yaryunt" olaraq da ifadə edilər.
Ağbuğa
Bazuka
Bazuka(bazooka) İkinci dünya müharibəsi dövründə istifadə olunan və Amerika Birləşmiş Ştatları istehsalı olan bir antitank daşına bilən silahıdır. İstifadə olunduğu dövrlərdə ABŞ ordusunun piyada qüvvələri tərəfindən istifadə olunan əsas antitank silahı olmuşdur. Bu silah yüksək partlayıcılı antitank (High Explosive Anti-tank /HEAT) döyüş başlığına malik ilk antitank silahlarından biridir. Alman silahlı qüvvələri də bu silahın dizaynına uyğun dərhal silah istehsal etmişdirlər. Bu silah 88 mm-lik Raketenpanzerbüchse silahıdır.
Albuca
Quşsüdü (lat. Ornithogalum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinə aid bitki cinsi. Ornitoqalum cinsinin adı yunancadan tərcümədə "quşsüdü" deməkdir. Avropa, Asiya və Afrikanın mülayim iqlimli və subtropik zonalarında yayılmış bu bitkinin 150-yə yaxın növü məlumdur. Gülçülükdə 15 növündən geniş istifadə olunur. Gülçülükdə aşağıdakılar xüsusilə məşhurdur: Çətirli quşsüdü (O. umbellatum) — ağ çiçəkləri çətir çiçək qrupunda toplanmış çoxillik bitkidir. İri quşsüdü (O. magnum) ağ gülləri salxım çiçək qrupuna toplanmış bitkidir. Bəzi növlərin zərif olduğu üçün quşsüdünü qida elementləri ilə zəngin olmayan, qeyri — münbit torpaqlarda əkmək çətinlik yaradır. Onları otaq bitkiləri kimi yetişdirirlər. Quşsüdü bitkisinin soğanaqlarını yarımkölgəli yerdə, 6–10 sm dərinlikdə, avqustda ya da sentyabrda açıq torpağa əkirlər.
Abuca
Abuca (ing. Abuja, yor. Abùjá) — 1991-ci il 12 dekabr tarixindən etibarən Nigeriyanın paytaxtı. Ölkənin mərkəzində-Cos platosunda yerləşir. Şəhərin əhalisi 778 567 nəfər (2006), aqlomerasiyanın əhalisi təxminən 1,4 milyon nəfərdir (2005). == Tarixi == Şəhərin əsası 1828-ci ildə, kiçik düşərgə-istehkam düşərgəsinin yerində salınmışdır. Abucaya federal paytaxt funksiyasının verilməsi haqqında qərar 1976-cı ildə qəbul edilmiş, 15 illik hazırlıq, yenidənqurma və inşaat işlərindən sonra bu qərarın icrası təmin edilmişdir. Əksər hökumət idarələri isə rəsmən 1991-ci ilin dekabrında köçürülmüşdür. Ölkənin əvvəlki paytaxtı Laqos şəhəri olmuşdur. Şəhər yapon memarı Kendzo Tanqe tərəfindən layihələndirilmişdir.
Abuta
Abuta (lat. Abuta) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin menispermaceae fəsiləsinə aid bitki cinsi.
Azula
Şahzadə Azula - Avatar: Aanq haqqında əfsanə cizgi serialın və Axırıncı hava maqı filmin əsas personajlardan biri (2-ci sezondan (Yer kitabı) bəri). Dublaj - Qrey DeLisl.
Abaka
Musa textilis (lat. Musa textilis) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin banan cinsinə aid bitki növü. Tropik ölkələrdə lif almaq məqsədilə becərilir. Vətəni Filippin adalarıdır. Abakaya Manila kəndiri (lifi) də deyilir. İspanların lif ixrac etmək məqsədi ilə becərilməsini təşkil etdikləri 1768-ci ildən bəri bu bitki avropalıların həyatına qədəm qoydu. Abakanı ilk olaraq yalnız Filippin becərilirdi, 1920-ci ildən bu yana isə İndoneziya, eləcə də Mərkəzi Amerikada (Kosta-Rika, Honduras) istifadə olunur. Bitkinin lifli hissəsi 18-24 ayda yetişir, bundan sonra lif qabıqdan təmizlənir, günəşdə qurudulur və əlavə emal olunmadan və hətta əyirilmədən istifadə edilə bilər. == Sinonimləri == Musa abaca Perr. nom.
Abruka adası
Аbruka adası (est. Abruka, alm. Abro‎) — Riqa körfəzində yerləşən Estoniya adasıdır. Saaremaa adasından 4 km cənubda yerləşmişdir.. == Coğrafiyası == Qonşu bir neçə kiçik ada (Vahase, Kasselaid, Linnusitamaa və Kirjurahu) ilə birlikdə Laane-Şaar Parisin bir parçası olan Abruka kəndini meydana gətirirlər. 34 adamın yaşadığı kəndin ümümi sahəsi 10.1 km²-dir. Abruka adasının ümumi sahəsi 8,78 км², qonşu kiçik adaların ümumi sahəsi isə 1,3 км²-dir.. == Təbiət == Abruka adası nadir hesab olunan Orta Avropa tipli enliyarpaqlı meşələrinin olduğu bir adadır. Bu təbiət ehtiyatı 1937-ci ildə qoruma altına alınıb və qoruq kimi fəaliyyət göstərir. Abruka adasında bir kitabxana (Liman binasında olan) və adanın ən köhnə binası olan bir malikanə (Abruka Evi) yerləşmişdir.
Alabuka rayonu
Alabuka rayonu (qırğ. Алабука району) — Qırğızıstan Respublikasının Cəlalabad vilayətinin inzibati vahidi. İnzibati mərkəzi Alabuka kəndidir. == Tarixi == Mərkəzi Alabuka kəndində olan Alabuka rayonu 2 sentyabr 1936-cı ildə Qırğızıstan MSSR-in tərkibində qurulur. 1936-cı ilin dekabrından isə Qırğızıstan SSR-yə daxil olur. 1938-1939-cu illərdə Cəlalabad dairəsinin, 21 noyabr 1939-cu ildən Cəlalabad vilayətinin bir hissəsi idi. 27 yanvar 1959-cu ildə Cəlalabad vilayətindən Oş vilayətinə verilməsi ilə, Alabuka rayonu Cangi-Col rayonuna birləşdirilir. == Coğrafiyası == Rayon Cəlalabad vilayətinin şimal-qərbində, Özbəkistanın Nəməngan vilayətinin 4 rayonu (Yeni-Kurqan, Kasansay, Çust, Pap) ilə sərhəddədir. Çatkal rayonu Özbəkistanla sərhədə doğru bir-birindən ayrılmış iki hissədən ibarətdir. Alabuka rayonu Tereksay çayı boyunca çoxsaylı allyuvial düzənliklərində qızıl və mis yataqları vardır.
Albula forsteri
Albula forsteri (lat. Albula forsteri) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin albulakimilər dəstəsinin albulalar fəsiləsinin albula cinsinə aid heyvan növü.
Albula glossodonta
Albula glossodonta (lat. Albula glossodonta) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin albulakimilər dəstəsinin albulalar fəsiləsinin albula cinsinə aid heyvan növü.
Albula vulpes
Albula vulpes (lat. Albula vulpes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin albulakimilər dəstəsinin albulalar fəsiləsinin albula cinsinə aid heyvan növü.
Arauka (departament)
Arauka(isp. Arauca) — Kolumbiyanın departamentlərindən biri, ölkənin şimal-şərqində, Orinoko çayı hövzəsində yerləşir. Şimal və şərqdə Venesuela ilə sərhəddədir. İnzibati mərkəzi Arauka şəhəridir.
Azovka çayı
Azovka (köhnə adı. Dkopinka) — Rostov vilayəti ərazisindən axan, Don çayının sol qolunu təşkil edən çay. Onun uzunluğu 11 km Bir qədər Azov şəhəri ərazisindən axır. Azovka çayı aşağı axarlarda dayazlıqda üzə bilən kiçik dəniz gəmilərinin hərəkəti üçün əlverişlidir. Yerli yaxt-klublar reqatlar təşkil edir == Axın == Çay öz başlanğıcını Kuleşovka kəndinin qərb hissəsindən götürür. İlk əvvəl çay şimala axır. Mənsəbə yaxın ərazidən Rostov-na-Donu - Azov avtomagisralı keçir. Kuleşokanın çıxacağında sağdan Lebyaje gölündən bəhrələnir. Sonradan süni şəkildə hazırlanmış kanallarla hərəkət edir. Lebyajo gölündən bəhrələndikdən sonra qərbə istiqamətlənir.
Dmitri Azbukin
Dmitri İvanoviç Azbukin (rus. Дмитрий Иванович Азбукин; 23 may 1883, Oryol – 8 iyul 1953, Moskva) — Rusiya və SSRİ defektoloqu və psixiatrı, RSFSR PEA-nın müxbir üzvü (1945). Oliqofreniya, oliqofrenopedaqogika və məktəb gigiyenası üzrə işləmişdir. == Həyatı == Dmitri Azbukin 23 may 1883-cü ildə 2-ci Oryol İlahiyyat Məktəbində köməkçi işləyənlərin ailəsində anadan olmuşdur. O, Moskva Universitetinin tibb fakültəsini bitirmişdir. Azbukin 1905-ci ildə Moskvada inqilabi hadisələrdə iştirak etmişdir. O, 1907-ci ildə bu hadisələrdə iştirak etdiyinə görə həbs edilmişdir. Birinci Dünya müharibəsi illərində Azbukin Moskvada hərbi psixiatr, sonra isə Rovnodakı nevroloji xəstəxananın baş həkimi vəzifələrində çalışmışdır. O, Moskvada Alkoqolizmlə Mübarizə Cəmiyyətinin üzvü idi. Azbukin 1919-cu ildə Ural Universitetinin psixiatriya kafedrasının professoru seçilmişdir.
II Ağbuğa
II Ağbuğa (1407 – 1451) — Mesxetiyanın 9-cu atabəyi idi. 1446-cı ildə IV Vaxtanqa Cahanşah Həqiqi qarşısında yardım etmiş, onun ölümündən sonra isə atasının başladığı üsyançı siyasəti davam etdirmiş. Yenicə gürcü taxtına çıxmış olan VIII Georgiyə qarşı mübarizəyə başlamışdı. Hətta öz müstəqil kilsəsini qurmuşdu. 1451-ci ildə yerinə onun siyasətini davam etdirən II Kvarkvare gəldi.
I Ağbuğa
I Ağbuğa — Əmir Teymurun Gürcüstana yürüşü zamanı yaranan xaos vaxtı hakimiyyətə gəlmişdi. Babası II Bekanın qanunlarına öz qanunlarını da əlavə etmişdi. 1394-cü ildə Əmir Teymurun ordusuna qarşı vuruşmuş, sonrakı il ölmüşdü.
Katya Sambuka
Katya Sambuka (rus. Катя Самбука; doğum adı: Yekaterina Mixailova (rus. Екатери́на Миха́йлова); 27 avqust 1991, Leninqrad, RSFSR, SSRİ) — Rusiya müğənnisi, aktrisası, televiziya aparıcısı və erotik modeli.
Yevgeni Lazuka
Yevgeni Lazuka (19 aprel 1989) — Belarusu və Azərbaycanı təmsil edən üzgüçü. == Karyerası == Yevgeni Lazuka Belarusu 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə 100 metr məsafəyə batteflay üsulula üzmə turnirnində 54.54 saniyə nəticə göstərdi və 43-cü pillənin sahibi olub.Yevgeni Lazuka 2013-cü ildə İndoneziyada baş tutan III İslam Həmrəyliyi Oyunlarında bir gümüş və bir bürünc medala sahib oldu. Daha sonra Yevgeni Lazuka Azərbaycanı 2012-ci ildə Birləşmiş Krallıqın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə 100 metr məsafəyə batteflay üsulula üzmə turnirnində 52.86 saniyə nəticə göstərdi və 38-ci pillənin sahibi olub.