Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aynar Karlson
Aynar Karlson (13 oktyabr 1988) — Estoniyalı boksçu. Aynar Karlson Estoniyanı 2015-ci ildə I Avropa Oyunlarında təmsil etdi. Karlson 10 yaşından boks ilə məşğul olmağa başlamışdır. Kikboksinq üzrə dünya gənclər çempionu və 9 dəfə Estoniya boks çempionudur. Boksdan əlavə kikboksinq, sərbəst güləş, cüdo və ciu-citsu ilə məşğul olur. == Karyerası == Aynar Karlson birinci dəfə Avropa Oyunlarına 2015-ci ildə qatıldı. O, Bakıda baş tutan I Avropa Oyunlarında kişilər 81 kq çəki dərəcəsində, 1/32 final mərhələsində Monteneqronun nümayəndəsi Bosko Draskoviç ilə üz-üzə gəldi. Həmin görüşdə Aynar Karlson rəqibinə 1:2 hesabı ilə uduzdu.
Aynaji
Aynaji (latış. ‎, 1917-ci ilə qədər Haynaş (alm. Haynasch‎) — Latviyanın Limbaji diyarında şəhər (1928-ci ildən). Riqa körfəzinin sahilində, Estoniya ilə sərhəddə yerləşir. 1 iyul 2009-cu ilə qədər Limbaji diyarının bir hissəsi idi. Aynaji bütün Vidzemenin ən kiçik şəhəri və Latviya naviqasiyasının beşiyidir. == Etimologiya == "Aynaji" eston dilində "quru ot yolu" mənasını verən "heinastee" sözündən yaranmış ola bilər. Digər ehtimallara livon dilində "quru ot" mənasını verən "aaina" və ya "tənha" mənasını verən "ainagi" sözləri daxildir. Orta əsrlərdə şəhər alman dilində "Haynaş" kimi bilinirdi. == İqtisadiyyatı == Aynajinin ən mühüm sənaye sahələri meşəçilik, ağac emalı və ticarətdir.
Aynalı
Aynalı və Ağlyanlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Aynalı (Susuz) — Qars ilinin Susuz ilçəsinin Mərkəz bucağında kənd. Aynalı (Xudafərin) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd.
Aynazur
Aynazur — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km şimal-qərbdə yerləşir. Toponim türk dilində «cin, şeytan» mənasında işlənən ayna sözü ilə, türk dilində «yarğan» mənasında işlənən car sözünün əsasında əmələ gələn zur sözünün birləşməsindən əmələ gəlmişdir. Ehtimal ki, həmin dərə qorxulu, vahiməli olduğu üçün Aynazur adlandırılmışdır. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10.IX.1946-cı 11 fərmanı ilə adı dəyişdirilib Axavnadzor qoyulmuşdur. == Əhalisi == Burada 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. Ermənilər Aynazur kəndinə 1828-29-cu illərdə İranın Xoy və Salmas vilayətlərindən köçürülmüşdür. Kənddə ermənilərdən başqa 1897-ci ildə 75 nəfər, 1926-cı ildə 4 nəfər azərbaycanlı yaşamışdır . 1926-cı ildən sonra azərbaycanlılar kənddən çıxarılmışdır.
Aynular
Aynular (アイヌ), Aino (アイノ), və tarixi mətnlərdə Ezo (蝦夷), Yaponiya və Rusiyada var yerli xalq və ya qruplar.Tarixən, onlar Aynu dili və əlaqədar sortlarıyla danışıb və Hokkaydo, Kuril adaları, Kamçatka və Saxalində yaşamış.Aynu (Aynu dilində insan) sözü Yaponiyada uzun bir zaman etnik bir təhqir olaraq istifadə edildiyi üçün hələ də bəzi Aynular özlərinə Utari (yoldaş) deməyi üstün edir.
Aypara
Aypara — yeni doğulmuş Ay. Türkiyə və Azərbaycanın bayrağında bu simvoldan istifadə olunur.
Cynara
Ənginar (lat. Cynara) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda ənginarın iki növü əkilir. Bunların biri əkin ənginarı, digəri isə İspaniya ənginarı adlanır. Hər iki növ çoxillik, göy-yaşıl rəngdə bitkidir, 2 m-ə qədər hündürlükdə yerüstü gövdəsi var. Çiçəkləri qırmızı və ya bənövşəyidir, meyvəsi qutucuqdan ibarətdir. Bitki iyul ayında çiçəkləyir, meyvəsi avqustda yetişir. Əkin ənginarı Azərbaycanda Lerik, Şamaxı rayonlarında və Mərəzədə becərilir. Abşeronda da becərilməsi yaxşı nəticə verir. Əkin ənginarı ilə yanaşı Azərbaycanda İspaniya ənginarı (Cynara cardunculus) da becərilir.
Jaynagar
Jaynagar Majilpur — Hindistanda şəhər. Əhalisi 25922 nəfərdir (2011).
Yanvar
Yanvar — Qriqorian təqvimində ilin birinci ayı, 31 gündən ibarətdir. Bu ad latın sözü olan januarius sözündən götürülmüş və Roma tanrısı Yanusun şərəfinə belə adlandırılmışdır. Antik dövrdə bu ay Roma təqviminin on birinci ayı, Yuli Sezarın təqvim islahatından sonra isə ilin birinci ayı olmuşdur. Psixoloqlara görə bu ay ilin ağır ayı hesab edilir. Braziliyanın Rio de Janeyro şəhərinin adının mənası "Yanvar çayı"deməkdir. Bu adın etimologiyasında portuqalların Quanabara buxtasını məhz yanvar ayında kəşf etmələri durur. Yanvar sözünün ilkin mənası qapı deməkdir. Yanvar ayı başlanğıc,zaman tanrısı olan Yunusun adından götürülmüşdür. Yanus şəkillərdə əks istiqamətlərə baxan ikisifətli insan kimi təsvir olunurdu. Üzünün biri qabağa yəni gələcəyə baxırdısa,digəri arxaya,yəni keçmişə nəzər salırdı.
Ayılar
Ayılar (lat. Ursinae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Analar yanar ağlar (film, 1990)
Anar Məmmədov (20 Yanvar şəhidi)
Anbar
Anbar — Yüklərin saxlanması onların daşınması, ehtiyaatların idarə edilməsi və anbarlama əməliyyatları ilə sıx bağlıdır. İstifadə olunan daşımaçı, ehtiyatların səviyyəsi və tələb olunan anbarların arasında birbaşa əlaqə vardır. Göstərilən əməliyyatlar həmçinin yükləmə-boşaltma işləri ilə də bağlıdır. İstənilən material axınlarının yerdəyişməsi onların lazım olan miqdarının müəyyən yerlərdə cəmlənməsi olmadan mümkün deyildir. Cəmlənmə istənilən logistik sistemin ayrılmaz bəndi olan anbarlarda aparılır. Bu obyektlərdə qəbul olunan və yola salınan yük partiyalarının böyüklüyünə, tərkibinə, göndərmə vaxtına və s. parametrlərinə görə dəyişdirilməsi hesabına yük axınlarının şəkil dəyişmə baş verir. Malların anbarlardan keçməsi əmək və maddi vəsaitləri sərfinə səbəb olduğundan onların dəyərinin artmasına gətirib çıxarır. Ona görə də anbarların fəaliyyəti material axınlarının hərəkətinin optimallaşdırılmasına əhəmiyyətli təsir göstərir. == Anbarların təsnifatı == Logistik fəaliyyətdə çoxlu anbar növləri istifadə olunur.
Ancar
Əncər (ərəb. عنجر‎ ‘Anjar, erm. Անճար) — Livanda, Biqa vadisində yerləşən şəhər. Əhalisi 2400 nəfərdir və demək olar ki, tamamilə ermənilərdən ibarətdir. Ümumi sahəsi iyirmi kvadrat kilometrə (7.7 kvadrat mil) bərabərdir. Yayda erməni diasporunun üzvləri şəhərə ziyarət üçün qayıtdıqdan sonra əhali 3500 nəfərə çatır. Şəhər, qədim dünyada Çalkis kimi tanınırdı. == Tarix == Ümumilikdə şəhərin, 8-ci əsrin əvvəllərində Əməvi xəlifəsi I Valid tərəfindən saray-şəhər olaraq salındığı qəbul edilir. Lakin, tarixçi Yere Bakarak, bizans-yunan salnaməçisi Feofan İspovednikə istinadən Əncərin, e.ə 714-cü ildə Validin oğlu əl-Abbas tərəfindən salındığını iddia edir. Əncər sonrakı illərdə tərk edildi və 1939-cu ildə şəhərə bir neçə min erməni qaçqını köçürüldü.
Aybar
Aybar (isp. Aibar) — İspaniyanın Navarra əyalətində bələdiyyə. == Tarixi == == Coğrafiyası == == Əhalisi == 2010-cu ilin məlumatına görə bu bələdiyyənin əhalisi 904 nəfərdir.
Aynur
Aynur — Azərbaycanlı qız adı. Aynur Məmmədova — Taekvondo üzrə 3 qat dünya və 2 qat Avropa çempionu Aynur Sofiyeva — Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini. Aynur Camalqızı — sabiq deputat, jurnalist, yazıçı, "Gündəlik Teleqraf" MMC-nin direktoru.
Aysar
Aznar
"Aznar" (tam adı: "Aznar" QSC) — Azərbaycan şirkəti. == Yeri == Şirkət Göyçay rayonunda fəaliyyət göstərir. == Rəhbərlik == Şirkətin təsisçi və majoritar səhmdarı milyarder Fərhad Əhmədovdur. O, həm də 2012-ci ildən "Aznar" Direktorlar Şurasının sədridir.
Aylar
Ay — Ayın Yer ətrafında dövr etməsi vaxtına təqribən bərabər olan və təqvimlərdə istifadə edilən zaman ölçü vahidi. Ayın Yerdən görünən bütün mərhələlərini keçdiyi müddət orta hesabla 28,530588 günəş günüdür (28 gün, 12 saat, 44 dəqiqə, 3 saniyə). Bir ulduz ayı isə, Ayın hər hansı bir ulduzla ard-arda düzülməsi (ulduzla eyni mövqeyə gəlməsi) iki dəfə eyni yerə gəlməsi nəticəsində yaranan zaman müddətdir və 27,321661 gün davam edir (27 gün, 7 saat, 43 dəqiqə, 12 saniyə). Müasir təqvimlərdə ay ilin 12-də biri olaraq qəbul edilir.
Eynəkli ayılar
Eynəkli ayılar (lat. Tremarctinae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Jaynagar Majilpur
Jaynagar Majilpur — Hindistanda şəhər. Əhalisi 25922 nəfərdir (2011).
Kisəli ayılar
Qanlı Yanvar
Qara Yanvar, bəzən Qanlı Yanvar və ya 20 Yanvar faciəsi — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə saat 23:30-da Sovet İttifaqı qoşunları SSRİ Ali Sovetinin Rəyasət Heyətinin "Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi haqqında" Fərmanına uyğun olaraq və siyasi müxalifət nümayəndələrinin təşkil etdiyi kütləvi iğtişaşların qarşısını almaq üçün SSRİ Konstitusiyasının 14-cü maddəsinin 119-cu bəndini rəhbər tutaraq Bakı şəhərinə daxil oldular. Respublikada vəziyyətin sabitliyinin pozulması dövrü ilk növbədə Ermənistanla Azərbaycan arasında Qarabağla bağlı ərazi mübahisəsi ilə bağlı olmuşdur. Bu, regionda idarəolunmaz vəziyyətlərin, o cümlədən etnofobiya təzahürlərinin yaranmasına səbəb olmuşdur. 1989-cu ilin iyulunda Azərbaycan Xalq Cəbhəsi siyasi təşkilatı Azərbaycan milli hərəkatının rəhbəri oldu. Bunun fonunda 1990-cı il yanvarın əvvəlində və ortalarında ermənilərlə azərbaycanlılar arasında toqquşmalara çevrilmiş Bakıda kommunist hökumətinə qarşı ölkədə kütləvi nümayişlər keçirildi. Azərbaycan SSR Nazirlər Sovetinin o vaxtkı sədri Ayaz Mütəllibovun 1989-cu il dekabrın 25-də yazdığı xatirələrə əsasən, respublika KP MK-nın birinci katibi Əbdürəhman Vəzirov onu çağırıb: "O dedi ki, fəlakət yaranır və biz Moskvadan kömək istəməliyik. Bizim Daxili İşlər Nazirliyinin dəbilqə və dəyənəklə təchiz olunmuş öz daxili qoşunlarımız yox idi. Onlar ancaq Moskvadan gələn əmrlərə əməl edirdilər. Biz Daxili İşlər Nazirliyinə və Nazirlər Şurasına qoşun göndərməyi xahiş etdik, əks halda böyük fəlakət baş verə bilər". SSRİ Kommunist Partiyasının baş katibi Mixail Qorbaçov və müdafiə naziri Dmitri Yazov Azərbaycan istiqlal hərəkatının Sovet Azərbaycanı hökumətini devirmək cəhdlərinin qarşısını almaq üçün hərbi vəziyyətin zəruri olduğunu müdafiə edirdilər.
Qara Yanvar

Qaynar (Mərənd)
Qaynar (fars. قينر‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 435 nəfər yaşayır (101 ailə).