Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aynar Karlson
Aynar Karlson (13 oktyabr 1988) — Estoniyalı boksçu. Aynar Karlson Estoniyanı 2015-ci ildə I Avropa Oyunlarında təmsil etdi. Karlson 10 yaşından boks ilə məşğul olmağa başlamışdır. Kikboksinq üzrə dünya gənclər çempionu və 9 dəfə Estoniya boks çempionudur. Boksdan əlavə kikboksinq, sərbəst güləş, cüdo və ciu-citsu ilə məşğul olur. == Karyerası == Aynar Karlson birinci dəfə Avropa Oyunlarına 2015-ci ildə qatıldı. O, Bakıda baş tutan I Avropa Oyunlarında kişilər 81 kq çəki dərəcəsində, 1/32 final mərhələsində Monteneqronun nümayəndəsi Bosko Draskoviç ilə üz-üzə gəldi. Həmin görüşdə Aynar Karlson rəqibinə 1:2 hesabı ilə uduzdu.
Aynaji
Aynaji (latış. Ainaži‎, 1917-ci ilə qədər Haynaş (alm. Haynasch‎) — Latviyanın Limbaji diyarında şəhər (1928-ci ildən). Riqa körfəzinin sahilində, Estoniya ilə sərhəddə yerləşir. 1 iyul 2009-cu ilə qədər Limbaji diyarının bir hissəsi idi. Aynaji bütün Vidzemenin ən kiçik şəhəri və Latviya naviqasiyasının beşiyidir. == Etimologiya == "Aynaji" eston dilində "quru ot yolu" mənasını verən "heinastee" sözündən yaranmış ola bilər. Digər ehtimallara livon dilində "quru ot" mənasını verən "aaina" və ya "tənha" mənasını verən "ainagi" sözləri daxildir. Orta əsrlərdə şəhər alman dilində "Haynaş" kimi bilinirdi. == İqtisadiyyatı == Aynajinin ən mühüm sənaye sahələri meşəçilik, ağac emalı və ticarətdir.
Aynalı
Aynalı və Ağlyanlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Aynalı (Susuz) — Qars ilinin Susuz ilçəsinin Mərkəz bucağında kənd. Aynalı (Xudafərin) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd.
Aynazur
Aynazur — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km şimal-qərbdə yerləşir. Toponim türk dilində «cin, şeytan» mənasında işlənən ayna sözü ilə, türk dilində «yarğan» mənasında işlənən car sözünün əsasında əmələ gələn zur sözünün birləşməsindən əmələ gəlmişdir. Ehtimal ki, həmin dərə qorxulu, vahiməli olduğu üçün Aynazur adlandırılmışdır. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10.IX.1946-cı 11 fərmanı ilə adı dəyişdirilib Axavnadzor qoyulmuşdur. == Əhalisi == Burada 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. Ermənilər Aynazur kəndinə 1828-29-cu illərdə İranın Xoy və Salmas vilayətlərindən köçürülmüşdür. Kənddə ermənilərdən başqa 1897-ci ildə 75 nəfər, 1926-cı ildə 4 nəfər azərbaycanlı yaşamışdır . 1926-cı ildən sonra azərbaycanlılar kənddən çıxarılmışdır.
Aynular
Aynular (アイヌ), Aino (アイノ), və tarixi mətnlərdə Ezo (蝦夷), Yaponiya və Rusiyada var yerli xalq və ya qruplar.Tarixən, onlar Aynu dili və əlaqədar sortlarıyla danışıb və Hokkaydo, Kuril adaları, Kamçatka və Saxalində yaşamış.Aynu (Aynu dilində insan) sözü Yaponiyada uzun bir zaman etnik bir təhqir olaraq istifadə edildiyi üçün hələ də bəzi Aynular özlərinə Utari (yoldaş) deməyi üstün edir.
Aypara
Aypara — yeni doğulmuş Ay. Türkiyə və Azərbaycanın bayrağında bu simvoldan istifadə olunur.
Cynara
Artişok, Ənginar (lat. Cynara) – mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda artişokun iki növü əkilir [becərilir]. Bunların biri əkin artişoku, digəri isə İspaniya artişoku adlanır. Hər iki növ çoxillik, göy – yaşıl rəngdə bitkidir, 2 m-ə qədər hündürlükdə yerüstü gövdəsi var. Çiçəkləri qırmızı və ya bənövşəyidir, meyvəsi qutucuqdan ibarətdir. Bitki iyul ayında çiçəkləyir, meyvəsi avqustda yetişir. Əkin artişoku Azərbaycanda Lerik, Şamaxı rayonlarında və Mərəzədə becərilir. Abşeronda da becərilməsi yaxşı nəticə verir. Əkin artişoku ilə yanaşı respublikamızda İspaniya artişoku (Cynara cardunculus) da becərilir.
Jaynagar
Jaynagar Majilpur — Hindistanda şəhər. Əhalisi 25922 nəfərdir (2011).
Yanvar
Yanvar — Qriqorian təqvimində ilin birinci ayı, 31 gündən ibarətdir. Bu ad latın sözü olan januarius sözündən götürülmüş və Roma tanrısı Yanusun şərəfinə belə adlandırılmışdır. Antik dövrdə bu ay Roma təqviminin on birinci ayı, Yuli Sezarın təqvim islahatından sonra isə ilin birinci ayı olmuşdur. Psixoloqlara görə bu ay ilin ağır ayı hesab edilir. Braziliyanın Rio de Janeyro şəhərinin adının mənası "Yanvar çayı"deməkdir. Bu adın etimologiyasında portuqalların Quanabara buxtasını məhz yanvar ayında kəşf etmələri durur. Yanvar sözünün ilkin mənası qapı deməkdir. Yanvar ayı başlanğıc,zaman tanrısı olan Yunusun adından götürlmüşdür. Yanus şəkillərdə əks istiqamətlərə baxan ikisifətli insan kimi təsvir olunurdu. Üzünün biri qabağa yəni gələcəyə baxırdısa,digəri arxaya,yəni keçmişə nəzər salırdı.
Ayılar
Ayılar (lat. Ursinae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Analar yanar ağlar (film, 1990)
Analar yanar ağlar televiziya tamaşası 1990-cı ildə Azərbaycan televiziyasında istehsal edilmişdir.
Anbar
Anbar — Yüklərin saxlanması onların daşınması, ehtiyaatların idarə edilməsi və anbarlama əməliyyatları ilə sıx bağlıdır. İstifadə olunan daşımaçı, ehtiyatların səviyyəsi və tələb olunan anbarların arasında birbaşa əlaqə vardır. Göstərilən əməliyyatlar həmçinin yükləmə-boşaltma işləri ilə də bağlıdır.İstənilən material axınlarının yerdəyişməsi onların lazım olan miqdarının müəyyən yerlərdə cəmlənməsi olmadan mümkün deyildir. Cəmlənmə istənilən logistik sistemin ayrılmaz bəndi olan anbarlarda aparılır. Bu obyektlərdə qəbul olunan və yola salınan yük partiyalarının böyüklüyünə, tərkibinə, göndərmə vaxtına və s. parametrlərinə görə dəyişdirilməsi hesabına yük axınlarının şəkil dəyişmə baş verir. Malların anbarlardan keçməsi əmək və maddi vəsaitləri sərfinə səbəb olduğundan onların dəyərinin artmasına gətirib çıxarır. Ona görə də anbarların fəaliyyəti material axınlarının hərəkətinin optimallaşdırılmasına əhəmiyyətli təsir göstərir. == Anbarların təsnifatı == Logistik fəaliyyətdə çoxlu anbar növləri istifadə olunur. Anbarlar aşağıdakı xarakteristikalarına görə təsnif olunurlar: Logistikanın bazis sahələrinə; Mülkiyyət formalaarına; Funksional təyinatlarına; Mal xüsusiləşməsinə; Sahəsinin ölçülərinə Texniki təminatına; Anbar binasının və ətraf ərazinin növünə görə.
Ancar
Əncər (ərəb. عنجر‎ ‘Anjar, erm. Անճար) — Livanda, Biqa vadisində yerləşən şəhər. Əhalisi 2400 nəfərdir və demək olar ki, tamamilə ermənilərdən ibarətdir. Ümumi sahəsi iyirmi kvadrat kilometrə (7.7 kvadrat mil) bərabərdir. Yayda erməni diasporunun üzvləri şəhərə ziyarət üçün qayıtdıqdan sonra əhali 3500 nəfərə çatır. Şəhər, qədim dünyada Çalkis kimi tanınırdı. == Tarix == Ümumilikdə şəhərin, 8-ci əsrin əvvəllərində Əməvi xəlifəsi I Valid tərəfindən saray-şəhər olaraq salındığı qəbul edilir. Lakin, tarixçi Yere Bakarak, bizans-yunan salnaməçisi Feofan İspovednikə istinadən Əncərin, e.ə 714-cü ildə Validin oğlu əl-Abbas tərəfindən salındığını iddia edir. Əncər sonrakı illərdə tərk edildi və 1939-cu ildə şəhərə bir neçə min erməni qaçqını köçürüldü.
Aybar
Aybar (isp. Aibar) — İspaniyanın Navarra əyalətində bələdiyyə. == Tarixi == == Coğrafiyası == == Əhalisi == 2010-cu ilin məlumatına görə bu bələdiyyənin əhalisi 904 nəfərdir.
Aynur
Aynur — Azərbaycanlı qız adı. Aynur Məmmədova — Taekvondo üzrə 3 qat dünya və 2 qat Avropa çempionu Aynur Sofiyeva — Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini. Aynur Camalqızı — sabiq deputat, jurnalist, yazıçı, “Gündəlik Teleqraf” MMC-nin direktoru.
Aysar
Aysar - türk və anadolu xalq inancında dəyişən xarakterli adam və onun dəyişən xarakteri. Aya (ayın hərəkətləri ilə mərhələlərində və bəlkə də dünyaya olan məsafəsinə) bağlı olaraq xarakteri və xasiyyəti dəyişən adam və onun yaşadığı psixoloji vəziyyət. Aysamak hərəkəti də eyni şəkildə bu dəyişən ruh halını və nəticələrini izah etməkdə istifadə edilər. Qərb mifologiya və nağıllarında iştirak edən və dolunayda qurda çevrilən Erbörü "Qurd Adam" (Canavar adam) motivi bu anlayışın bir dışavurumudur. Ayın hərəkətləri və mərhələləri insanoğlunun həmişə marağını çəkmiş və bunlara dəyişik mənalar yüklənmişdir. == Ayın təsirləri == Qədim dövrlərdə insanların ayın hərəkətləriylə əlaqədar gördükləri təsirlərin böyük bir qisminin boş inanclar olduğu dəqiqləşmiş vəziyyətdədir. Qədim sivilizasiyalarda və xalq inanclarında insanların yuxularında gəzişməyə bütöv ay işığı tərəfindən çəkilmələrində bağlanmışdır. Bütöv ayın işığının pəncərədən içəri girməsinin yuxuları belə təsir etdiyinə, dolunayda cinsi instinktlərin, tarlaların bereketlerinin artdığına hətta Canavar adama dönüşüldüğüne belə inanılmışdır. İndiki vaxtda isə ayın mərhələlərini bağlı olaraq zəlzələlərin, qasırğaların artdığı, hətta cinayətlərin, intiharların, qəzaların çoxaldığı; qadınların aybaşları və xəstələrin keşikləri ilə ayın cazibə qüvvəsi arasında əlaqə olduğu irəli sürülür. Ancaq ay ilə ilə bəhs edilən hadisələr arasında hələ elmi bir əlaqə müəyyən oluna bilməmişdir.
Aznar
"Aznar" (tam adı: "Aznar" QSC) — Azərbaycan şirkəti. == Yeri == Şirkət Göyçay rayonunda fəaliyyət göstərir. == Rəhbərlik == Şirkətin təsisçi və majoritar səhmdarı milyarder Fərhad Əhmədovdur. O, həm də 2012-ci ildən "Aznar" Direktorlar Şurasının sədridir.
0 yanvar
0 yanvar (sıfır yanvar; alternativ adı: 31 dekabr) - bir çox astronomik və texniki materiallarda qeyd olunan mövcud olmayan təqvim tarixidir.
10 yanvar
10 yanvar — Qriqorian təqvimində ilin 10-cu günü. Bu tarixdə ilin sonuna 355 gün (uzun ildə 356 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 28 dekabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === E.ə. 49 — Qay Yuli Sezar Rubikon çayını keçərək, Qədim Roma vətəndaş müharibəsini başlayıb. 1072 — Robert Qviskar Palermonu işğal edib. === 1601–1900 === 1863 — Londonda Paddinqton və Farrinqton stansiyaları arasında dünyada ilk metro xətti istifadəyə verilmişdir. === 1901–cari === 1946 — Londonda 51 millətin nümayəndəsinin iştirakı ilə BMT-nin ilk Baş Assambleyasının açılışı olmuşdur. === Azərbaycana aid hadisələr === 1954 — Mingəçevir Su Elektrik Stansiyası işə salınıb. 1992 — Azərbaycan Beynəlxalq Bankı yaradılmışdır.
11 yanvar
11 yanvar — Qriqorian təqvimində ilin 11-ci günü. Bu tarixdə ilin sonuna 354 gün (uzun ildə 355 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 29 dekabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1569 — İngiltərədə ilk dəfə lotoreya qeyd olunub. === 1601–1900 === 1861 — ABŞ-də vətəndaş müharibəsi: Alabama ştatı ABŞ-dən ayrılmışdır. === 1901–cari === 1985 — Ameliya Erhart Havaydan Kaliforniyaya təkbaşına uçan ilk şəxs olmuşdur. 1985 — Rio-de-Janeyroda ilk dəfə Rock in Rio musiqi festivalı keçirilib. === Azərbaycana aid hadisələr === 1963 — Azərbaycan Kinematoqrafçılar İttifaqı təsis edilib. 1991 — "Səs" qəzeti ilk dəfə nəşr olunub. 1994 — Azərbaycan və Latviya arasında diplomatik əlaqələr qurulmuşdur.
13 yanvar
13 yanvar — Qriqorian təqvimində ilin 13-cü günü. Bu tarixdə ilin sonuna 352 gün (uzun ildə 353 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 31 dekabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === E.ə. 27 — Oktavian Avqust dövləti Senatın və xalqın sərbəst sərəncamına verib. O, on il müddətinə İspaniya, Qaul və Suriyanı öz əyaləti kimi idarə edib. === 1601–1900 === 1900 — Çex millətçiliyinə qarşı mübarizə aparmaq üçün, imperator I Frans İosif Almaniyanın imperiya ordusunda alman dilini rəsmi edib. === 1901–cari === 1968 — Conni Keş Folsom Dövlət Həbsxanasında çıxış edib. 2020 — ABŞ-də ilk dəfə COVID-19 qeydə alınıb. === Azərbaycana aid hadisələr === 1813 — Rusiya imperiyasının əsgərləri Talış xanlığının paytaxtı Lənkəran şəhərini işğal edib.
14 yanvar
14 yanvar — Qriqorian təqvimində ilin 14-cü günü. Bu tarixdə ilin sonuna 351 gün (uzun ildə 352 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 1 yanvar tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1900 — Cakomo Puççininin "Toska" operası Romada səhnəyə qoyulub. === 1901–cari === 1939 — Norveç Kraliça Mod Torpağına Antarktidada iddia edib. 1953 — İosip Broz Tito Yuqoslaviyanın ilk prezidenti seçilib. === Azərbaycana aid hadisələr === 1982 — Şuşada Vaqif türbəsinin açılış mərasimi olub. 1992 Azərbaycan və Türkiyə arasında diplomatik əlaqələr qurulmuşdur. Bolqarıstan Azərbaycanın müstəqilliyini tanımışdır. == Doğumlar == === 1600-cü ildən əvvəl === E.ə.
15 yanvar
15 yanvar — Qriqorian təqvimində ilin 15-ci günü. Bu tarixdə ilin sonuna 350 gün (uzun ildə 351 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 2 yanvar tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1559 — I Elizabet Vestminster abbatlığında İngiltərənin şahzadəsi olub. === 1601–1900 === 1759 — Britaniya muzeyi xalqa açılıb. 1892 — Ceyms Neysmit basketbolun qaydalarını nəşr edib. === 1901–cari === 2001 — Vikipediya fəaliyyətə başlayıb. === Azərbaycana aid hadisələr === 1990 — Dağlıq Qarabağda fövqəladə vəziyyət tətbiq edilib. 1992 — Avstriya Azərbaycanın müstəqilliyini tanımışdır. 1997 — Azərbaycan və Kosta-Rika arasında diplomatik əlaqələr qurulmuşdur.
19 yanvar
19 yanvar — Qriqorian təqvimində ilin 19-cu günü. Bu tarixdə ilin sonuna 346 gün (uzun ildə 347 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 6 yanvar tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1419 — Yüzillik müharibə: Ruan şəhəri İngiltərə kralı V Henriyə təslim olur və o, Normandiyanın yenidən fəthini tamamlayır. === 1601–1900 === === 1901–cari === 1983 — Nasist müharibə cinayətkarı Klaus Barbi Boliviyada həbs edilib. 2012 — Honqkonqda yerləşən Megaupload fayl paylaşım saytı Federal Təhqiqat Bürosu tərəfindən bağlanmışdır. === Azərbaycana aid hadisələr === 1990 — Sovet İttifaqının qoşun hissələri Bakı və Azərbaycanın digər ərazilərində dinc əhaliyə qarşı şiddətlı basqın edib. 1992 — İslandiya Azərbaycanın müstəqilliyini tanımışdır. 1993 — Azərbaycan və Qırğızıstan arasında diplomatik əlaqələr qurulmuşdur. 2019 — Bakıda siyasi məhbuslara dəstək etirazı keçmişdir.
1 yanvar
1 yanvar — Qriqorian təqvimində ilin 1-ci günü. Bu tarixdə ilin sonuna 364 gün (uzun ildə 365 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 19 dekabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1502 — Braziliyanın Rio de Janeiro şəhərinin indiki yeri, ilk olaraq Portuqallar tərəfindən araşdırılıb. === 1601–1900 === 1600 — Şotlandiya 25 mart əvəzinə, yanvarın 1-ni ilin başlanğıcı kimi tanıyıb. 1651 — II Karl Şotlandiyanın kralı olub. === 1901–cari === 1912 — Çin Respublikası qurulub. 1942 — Birləşmiş Millətlər Təşkilatının Bəyannaməsi iyirmi altı ölkə tərəfindən imzalanmışdır. 1971 — ABŞ televiziyasında siqaret reklamı qadağan edilib. 1984 — Bruney Birləşmiş Krallıqdan müstəqil olub.