Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alogizm
Alogizm (yun. A-inkar və logos-zəka) – məntiqi təfəkkürün rolunun həqiqətə çatmağın vasitəsi olmasının inkar edilməsi, yaxud kiçildilməsinə alogizm deyilir. Alogizm insan təfəkkürünə, əqli imkanlarına neqativ münasibətin formalaşmasıdır. A yunan-cada inkar hissəcəyi kimi işlənir, Loqos isə ağıl, zəka deməkdir. Bu bağlamda ortaya çıxan alogizm terminin hərfi mənası əqli, zəkanı inkar edən təfəkkür tərzi deməkdir.
Aforizm
Aforizm (yun. αφορισμός, aphorismos) — qısa kəlam, ümumiləşdirilmiş, bitkin, dərin mənalı fikir, hikmətli söz deməkdir. == Xarici keçidlər == Aforizm Çoxlugu – ingilis dilində. Muasir Aforizm – ingilis dilində.
Alogiya
Psixologiyada alogiya (yun. α-, "inkar", və λόγος, "nitq"), və ya nitq kasadlığı — ünsiyyət zamanı adi nitqin təminatı üçün lazımı və əlavə ehtiyatların olmaması. Xüsusən şizofreniya xəstəliyində özünü büruzə verir və neqativ simptom kimi qiymətləndirilıir. Bu zaman ünsiyyəti təmin emək mümkün olmadığına görə xəstəyə təyin olunmuş psixoterapiya çətinləşmiş olur. Alogiya bəzən afaziyaya sinonim kimi istifadə olunur.
Atomizm
Atomistika və ya atomizm (qədim yunan sözü olub a-tomos, bölünməz deməkdir) - materiyanın diskret, arası kəsilmədən (atomlardan və mikrozərrəciklərdən ibarət) quruluşu haqqında təlim. Atomistikanınn ilk tərifi nyaya, vayşeşika qədim hind fəlsəfəsi təlimlərindən daha dolğun isə Levkip, Demokrit, Epikür və Lükretsi fəlsəfəsində verilmişdir. Antik fəlsəfənin sonrakı mərhələləri 1) eklektizm; 2) skeptisizm və sofizm üçün zəmin rolu oynayan qnoseoloji problemlərin meydana gəlməsi, bilik qaydalarını izah edən Sokratın fəlsəfəsi; 3) atomistlər tərəfindən təqdim edilmiş varlıqla olmuşun sintezi. Atomizm, yaxud mexanisizm müxtəlif formalarda ifadə olunmuşdur. Ya bir neçə keyfiyyətinə görə müxtəlif maddələr dünyanın başlan­ğıcı götürülür, yaxud da keyfiyyətinə görə vahid (atom) başlanğıcı kimi qəbul edilirdi. Birinci halda maddələr ilkin şeylər (Anak­saqor) sayılır, yaxud da maddə (cism) və ruh bir– birinə qarşı qoyulurdu (materializm). Hərəkətin mənbəyi də müxtəlif cür başa düşülürdü. Ya maddədən (cismin) özü ilə əlaqələndirilirdi. Atomizm Empedokl və Anaksaqorun mexanizmindən inkişaf etmişdir. Empedokl (b.
Atonizm
Aton dini və ya Atonizm – tarixdə məlum olan ilk monoteist din. Qədim Misirdə 18-ci sülalənin hakimiyyəti dövründə sonradan özünü Exnaton adlandırmış firon IV Amenhotep tərəfindən yaradılmışdır. Bu din e.ə. XIV əsrdə təxminən 20 il müddətinə Qədim Misir dövlətinin rəsmi dini olmuşdur. "Tanrı uludur, birdir, təkdir. Ondan başqası yoxdur. Odur hər varlığı Yaradan. Bir ruhdur Tanrı, görünməyən bir ruh. Ta əzəldən var idi Tanrı. Heç bir şey yox ikən O vardı.
Leqizm
Legizm – e.ə. VI–III əsrlərdə Qədim Çində meydana gəlmiş etik-siyasi təlimdir. == Əsas ideyası == Legizmin diqqət mərkəzində – dövləti idarəetmə problemidir. Leqistlər hesab edirdilər ki, siyasət əxlaqla bir araya sığan deyil və idarəetmənin başlıca vasitəsi – mükafat və cəzadır, özü də sonuncu daha çox olmalıdır. Leqistlər hamının qanun qarşısında bərabər olduğu müstəbid dövlət nəzəriyyəsi işləyib hazırlamışdılar. Yeganə istisna – qanunların yaradıcısı olan hökmdardır. Leqizmin ən görkəmli nümayəndələri – Şan Yan, Quan Çjun, Tszı Çan, Li Kuy, Şen Buxay və Xay Feydir. E.ə. III əsrdən başlayaraq leqizmin konfutsiçiliyə qarışması prosesi başlanır, nəticədə artıq Xan dövründə müstəqil varlığını dayandırır. == Mənbə == Книга правителя области Шан ("Шан цзюнь шу").
Legizm
Legizm – e.ə. VI–III əsrlərdə Qədim Çində meydana gəlmiş etik-siyasi təlimdir. == Əsas ideyası == Legizmin diqqət mərkəzində – dövləti idarəetmə problemidir. Leqistlər hesab edirdilər ki, siyasət əxlaqla bir araya sığan deyil və idarəetmənin başlıca vasitəsi – mükafat və cəzadır, özü də sonuncu daha çox olmalıdır. Leqistlər hamının qanun qarşısında bərabər olduğu müstəbid dövlət nəzəriyyəsi işləyib hazırlamışdılar. Yeganə istisna – qanunların yaradıcısı olan hökmdardır. Leqizmin ən görkəmli nümayəndələri – Şan Yan, Quan Çjun, Tszı Çan, Li Kuy, Şen Buxay və Xay Feydir. E.ə. III əsrdən başlayaraq leqizmin konfutsiçiliyə qarışması prosesi başlanır, nəticədə artıq Xan dövründə müstəqil varlığını dayandırır. == Mənbə == Книга правителя области Шан ("Шан цзюнь шу").
Aloiza Paşkeviç
Aloiza Paşkeviç (tam adı: Aloiza Paşkeviç, belar. Алаіза Сцяпанаўна Пашкевіч; 3 (15) iyul 1876 – 5 (18) fevral 1916, Stary Dvor[d], Vilen quberniyası[d]) — Belarus şairəsi və Belarusun milli-demokratik dirçəlişinin siyasi fəalı. == Həyat və fəaliyyəti == Aloiza Paşkeviç zəngin və əsil-nəcabətli ailədə anadan olmuşdur. Vilnüs Özəl Məktəbinin məzunudur. Sankt-Peterburqa köçdükdən sonra 1902-ci ildə Aleksandria Qızlar Gimnaziyasını bitirmiş və 1902–1904-cü illərdə fiziki tərbiyə müəllimliyi ixtisasından məzun olmuşdur. Paşkeviç Belarus Sosialist Məclisinin yaradıcılarından biridir. 1904-cü ildə o, müəllimliyi buraxır və Vilnüsə qayıdır. O, işçi qruplarını təşkil edir, hökumət əleyhinə müraciətlər yazır və təbliğ edir, müzakirələrdə və siyasi görüşlərdə iştirak edirdi. Siyasi fəallığına görə o zamanlar Avstriya-Macarıstan İmperiyasının tərkibinə daxil olan Qalisiyaya immiqrasiya etməyə məcbur edilir. Lvivdə yaşayır.
Alоiz Zenefelder
Aloiz Zenefelder
Aloiz Zenefelder (6 noyabr 1771[…], Praqa, Bohemiya tacı torpaqları[d] – 26 fevral 1834[…], Münxen) — poliqrafiya sahəsində alman ixtiraçısı. == Həyatı == Praqada ziyalı ailəsində doğulmuş, Münxendə ölmüşdür. Gənc yaşlarından mətbəə – çap prosesləri ilə maraqlanmış, ədəbi-bədii fəaliyyət göstərmiş, dram əsərləri də yazmışdır. 1796-cı ildə əhəng daşının kimyəvi emalı ilə əlaqədar hündür çap formalarının hazırlanmasını müəyyənləşdirmiş, 1798-ci ildə litoqrafiyanı kəşf etmişdir. Sonralar Zenefelder litoqrafiya çap maşınının konstruksiyasını hazırlamışdır. 1818-ci ildə çapdan buraxdığı "Litoqrafiyaya dair tam rəhbərlik" əsəri geniş yayılmışdır. == İstinadlar == == Mənbə == Şahverdiyev A. B. Azərbaycan mətbuatı tarixi.