Legizm – e.ə. VI–III əsrlərdə Qədim Çində meydana gəlmiş etik-siyasi təlimdir.
Legizmin diqqət mərkəzində – dövləti idarəetmə problemidir. Leqistlər hesab edirdilər ki, siyasət əxlaqla bir araya sığan deyil və idarəetmənin başlıca vasitəsi – mükafat və cəzadır, özü də sonuncu daha çox olmalıdır. Leqistlər hamının qanun qarşısında bərabər olduğu müstəbid dövlət nəzəriyyəsi işləyib hazırlamışdılar. Yeganə istisna – qanunların yaradıcısı olan hökmdardır. Leqizmin ən görkəmli nümayəndələri – Şan Yan, Quan Çjun, Tszı Çan, Li Kuy, Şen Buxay və Xay Feydir. E.ə. III əsrdən başlayaraq leqizmin konfutsiçiliyə qarışması prosesi başlanır, nəticədə artıq Xan dövründə müstəqil varlığını dayandırır.