Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Almanax
Almanax — XIV–XV əsrlərdə astronomik hesablamaları əhatə edən təqvim cədvəllərinə verilən ad. Sonralar hər il nəşr edilməyə başlayan bu cədvəllərə şeirlər, zarafat ruhunda yazılar və s. əlavə olunmuşdur. Daha sonrakı dövrlərdə müxtəlif bədii və elmi əsərləri əhatə edən məcmuələrə alamanax adı verilmişdir. 1940-cı illərdə Bakıda "Nizami" almanaxı çap olunmuşdur. == Mənşəyi == Sözün mənşəyinin haradan gəldiyi dəqiq bilinmir, lakin bununla bağlı bir neçə nəzəriyyə var: Almanax sözü yunan sözü olan almenikiaka-dan gəlib, mənası təqvim deməkdir. Ən birinci almanaxlar tərkibində kənd təsərrüfatı, astroloji və meteoroloji məlumatlar olan təqvimlərdən ibarət idi. Digər bir iddia isə almanaxın mənşəcə ərəb sözü olan (əl-manāx) iqlim mənasını verdiyi ilə bağlı idi, hansı ki, havanın təbii şəkildə dəyişdirilməsini bildirirdi. Müasir mənasında da almanax müəyyən bir dövr üçün hava proqnozunu nəzərdə tutur. Bu, eyni zamanda iqlim deyə adlandırılan, xüsusi bir ərazi üçün nisbətən sabit hava şəraitidir.
Almanax (dəqiqləşdirmə)
Almanax —
Almanax (film, 2013)
Almanax — rejissor Eltun Baxışzadə tərəfindən 2013-cü ildə çəkilmiş qısametrajlı bədii film. Noize of Artın istehsalıdır. Film yuxuları ilə reallığı qarışdıran yazıçının əhvalatıdır. Əsas rolları Zaur Əliyarov, Fazil Əliyev, Fərrux Səlimxanlı, Cəmilə Ramazanova ifa edirlər. == Məzmun == Pavel (Zaur Əliyarov) ortayaşlı yazıçıdır. O, "P.İ.R" adlı almanax üzərində gərgin işləyir. Bu müddət ərzində qeyri-adi yuxular görür. Həm işinə, həm də yuxularına dərindən köklənən Pavel reallıqla yuxularını ayırd etməkdə çətinlik çəkməyə başlayır...
Qoşa qanad (almanax)
Qoşa qanad almanax
Almanca
Alman dili (alm. , tələffüs olunur: [ˈdɔʏtʃ]; deutsche Sprache) — almanların, avstriyalıların, lixtenşteynlilərin, eləcə də isveçrəlilərin çoxunun dili, Almaniyanın, Avstriyanın, Lixtenşteynin rəsmi dili, İsveçrənin, Lüksemburqun və Belçikanın rəsmi dillərindən biri. Çin, ərəb, hindi, ingilis, ispan, benqal, portuqal, rus və yapon dillərindən sonra dünyada ən çox yayılmış dildir. Bu dil Avropa Birliyinin rəsmi və işçi dillərindən biridir. Alman dili hind-avropa dilləri ailəsinin german dilləri qrupuna daxildir. Latın əlifbası əsasında yaranan yazısına umlautlu üç sait (ä, ö, ü) və esset (ß) liqaturası əlavə edilib.
Almanlar
Almanlar (Almanca: die Deutschen) — qədim germanlardan əmələ gələn xalq, Almaniya, Avstriya, İsveçrə və Lixtenşteynin əsas əhalisi. Ümumi sayları təxminən 140 milyondur. Bundan başqa Amerika Birləşmiş Ştatlarında, Rusiyada, Braziliyada, Qazaxıstanda və s. ölkələrdə yaşayan və almanca danışmayan əhali də etnik baxımıdan alman sayılır. == Tarix == Bir etnos kimi almanlar bugünkü Almaniya, Avstriya və qonşu ərazilərdə formalaşıblar. Almanların əcdadı olan german tayfaları e.ə. V əsrdə Skandinaviyadan enib eramızın I əsrinə qədər bu əraziləri ələ almışdılar və burada keltlərlə, slavyanlarla və Ural tayfaları ilə qarışmışdılar. Halbuki "Deutsche" (alman) adı etnik mənada ilk dəfə XV əsrdə Müqəddəs Roma imperiyası dövründə işlənmişdir. İmperiyanın dağılmasından və 1870-ci ildə kiçik alman hersoqluqlarının birləşib vahid Almaniya dövlətinin yaranmasından sonra almanlar tamamilə formalaşmış xalqa çevrilirlər. Orta əsrlərdən başlayaraq ta XX əsrin ortalarınadək almanlar fəal mühacirət proseslərinə cəlb olunmuşdular.
Almanya
Almaniya (alm. Deutschland‎ [ˈdɔʏtʃlant]) və ya rəsmi adı ilə Almaniya Federativ Respublikası (alm. Bundesrepublik Deutschland‎ [ˈbʊndəsʁepuˌbliːk ˈdɔʏtʃlant]) — Mərkəzi və Qərbi Avropada yerləşən federativ parlament respublikası. Şimaldan Baltik və Şimal dənizləri, cənubdan Alp dağları, Boden gölü və Yuxarı Reynlə əhatə olunmuşdur. Ölkə şimaldan Danimarka, şərqdən Polşa və Çex Respublikası, cənubdan Avstriya və İsveçrə, cənub-qərbdən Fransa, qərbdən Lüksemburq, Belçika və Niderlandla həmsərhəddir. Əhalisi təxminən 83 milyondur ki, bu da Avropanın ən böyük (Rusiyadan sonra) əhalisidir. Almaniya həm də ABŞ-dən sonra dünyada ikinci ən çox mühacirət edilən ölkədir. Almaniya ərazisinə 16 federal torpaq daxildir, ümumi sahəsi 357,386 kvadrat kilometr təşkil edir və mülayim mövsümi iqlimə sahibdir. Almaniya dünyada ABŞ-dən sonra ən çox miqrant qəbul edən ikinci ölkədir 83 milyon nəfərlik əhalisi ilə Avropada Rusiyadan sonra ikinci, Avropa İttifaqına üzv ölkələr arasında isə ilk yerdədir. Almaniya yüksək səviyyədə desentralizasiyalaşmış ölkədir.
Almancı
Almancı — Almaniyada yaşayan türklərə aid edilən türkcə epitet. == Tarixi == "Almancı" termini türkcə "alman" sözünün kiçildilməsidir. Əvvəlcə 1960–1970-ci illərdə qastarbayter adı ilə Almaniyaya səyahət edən türk miqrantlara aid edilir, lakin sonradan bu termin daha geniş məna və konnotasiyaları əhatə etmək üçün təkamül etmişdir. Sonralar bu termin daha çox Almaniyada yaşamaqdan zövq alan, öz vətənlərinə istirahət yeri kimi baxan, ifrat milliyətçi, radikal islamçı və Ərdoğan tərəfdarı kimi baxılan Almaniyada yaşayan stereotipik türklərə aid bir termin olmuşdur. Bu termin bəzən Almaniyadakı türklər arasında materializm, mədəni yadlaşma və orijinallığın olmaması mənasını vermək üçün aşağılayıcı mənada istifadə olunur.
Albana
Albana — Azərbaycanda, qədim dövrlərdə mövcud olmuş şəhər. Yunan coğrafiyaşünası Ptolemey "Coğrafi təlimnamə" əsərində Albananın Kas çayı mənsəbində olduğunu göstərmişdir. Bir sıra alimlər buranı Qax rayonundakı Torpaqqala, Rusiyadakı Dərbənd və Zərdab rayonundakı Əlvənd kəndi ilə eyniləşdirirlər. Albananın Bakı yaxınlığında olması da güman ediliir. Lakin Quba rayonundakı indiki Alpan kəndinin Albana olması ehtimalı alimlər arasında daha inandırıcı qəbul edilmişdir.
Almata
Almatı (qaz. Алматы; 1921-ci ilədək — Vernı, orta əsrlərdə — Almatu) — Qazaxıstanın ən böyük şəhəri və 1927–1997-ci illərdə ölkənin paytaxtı. Əhalisi 2 milyon nəfərdir). Qazaxıstanın cənub şərqində yerləşən Almatı şəhəri, 1854-cü ildə Rusların şərqdə sərhəd qalası olaraq qurduqları şəhərdir və 2020-ci il 1 sentyabr statistikasına əsasən 1.955.080 nəfər əhalisi ilə Orta Asyanın ən inkişaf etmiş beynəlmiləl şəhəridir. Bir çox ticarət mərkəzi, restoranları, otelleri və kazinoları ilə varlı həyat tərzi ilə seçilir. Öncəki adı Alma Ata olan şəhər Alatau Dağları platosunda yerləşir. Bütün Qazaxıstanda olduğu kimi, Almatıda da ana dil qazaxca və ruscadır. Qazaxıstanın 1991-ci ildə Sovet İttifaqından müstəqillik əldə etməsindən sonra, Almatı şəhəri Qərb bazarlarına açılıb, çox sürətli inkişaf etmişdir. Almatı köhnə paytaxt olmasına baxmayaraq (indiki paytaxt Astana şəhəridir), hələ də ölkənin mədəni, iqtisadi və ticarət mərkəzi olaraq qalır. == Təbiəti == Almatı şəhəri qış turizmi üçün ideal yerdir.
Alana
Alana — nazlı, armud və s.-dən hazırlanan çərəz. Əsasən, Azərbaycanın Naxçıvan bölgəsinin Ordubad rayonu ərazisində geniş yayılmışdır. == Hazırlanması == Onu, adətən, şaftalının nazlı növündən və armudun əndiryani və şəkəri növündən hazırlayırlar. Alananı hazırlamaq üçün ilk əvvəl lazım olan meyvələr dərilir. Meyvənin qabığı soyulub 5-6 gün günəş şüası altında qurudulduqdan sonra saplaq tərəfdən dairəvi kəsilir və içərisi oyulur. Yenidən gün düşən yerə bir gün saxladıqdan sonra hazırlanmış içlik meyvənin içərisinə doldurulur. İçliyi hazırlamaq üçün cəviz ləpəsini iri gözlü ət maşınında çəkərək 1:1 nisbətində şəkər tozu əlavə edilir. Alananın tamı daha yaxşı olsun deyə ona 1-2 çimdik vanil əlavə edirlər. Elə ki, içlik qurudulmuş meyvənin içərisinə dolduruldu, onda əvvəlcədən hazırlanmış xırda meyvə qapaqlarını alananın yuxarı hissəsinə qoyaraq sap keçirilmiş təbənə ilə deşərək sapa düzülür. Təxminən 20-30 alana bir sapa düzülərək düyünlənir və üzərinə tənzif keçirilərək münasib bir yerdən asılır.
Alman
Almanlar (Almanca: die Deutschen) — qədim germanlardan əmələ gələn xalq, Almaniya, Avstriya, İsveçrə və Lixtenşteynin əsas əhalisi. Ümumi sayları təxminən 140 milyondur. Bundan başqa Amerika Birləşmiş Ştatlarında, Rusiyada, Braziliyada, Qazaxıstanda və s. ölkələrdə yaşayan və almanca danışmayan əhali də etnik baxımıdan alman sayılır. == Tarix == Bir etnos kimi almanlar bugünkü Almaniya, Avstriya və qonşu ərazilərdə formalaşıblar. Almanların əcdadı olan german tayfaları e.ə. V əsrdə Skandinaviyadan enib eramızın I əsrinə qədər bu əraziləri ələ almışdılar və burada keltlərlə, slavyanlarla və Ural tayfaları ilə qarışmışdılar. Halbuki "Deutsche" (alman) adı etnik mənada ilk dəfə XV əsrdə Müqəddəs Roma imperiyası dövründə işlənmişdir. İmperiyanın dağılmasından və 1870-ci ildə kiçik alman hersoqluqlarının birləşib vahid Almaniya dövlətinin yaranmasından sonra almanlar tamamilə formalaşmış xalqa çevrilirlər. Orta əsrlərdən başlayaraq ta XX əsrin ortalarınadək almanlar fəal mühacirət proseslərinə cəlb olunmuşdular.
Alamana döyüşü
Alamana döyüşü ― Yunanıstan İstiqlaliyyət müharibəsi zamanı 22 aprel 1821-ci ildə yunanlar və Osmanlı imperiyası arasında baş verən döyüş. == Döyüş == 1 aprel 1821-ci ildə Levadiya şəhərinin Afanasios Diakos və Vasilis Busqosun başçılıq etdiyi yunan döyüşçülərindən ibarət kontingentə təslim olandan sonra Hurşid Ahmed Paşa Fessaliyadan olan iki ən səriştəli komandirləri Ömər Vrioni və Köse Mehmedi 8000 nəfər ordu ilə Rumeli üsyanının yatırılmasına və daha sonra Peloponnesə keçərək Tripoli mühasirəsinin dağıdılmasına göndərdi. Dimitrios Panuryas və Yannis Dyovuniotisin döyüşçüləriylə gücləndirilən Afanasios Diakos və dəstəsi osmanlıların Rumeliye irəliləməsini dayandırmaq üçün Fermopillər yaxınlığında müdafiə mövqeləri tutmağı qərar verdi. 1500 nəfərlik yunan qüvvələri üç hissəyə bölündü: Divuniotis Qorqopotamos körpüsünü, Panurgias Halkomata təpəsini və Diakos Alamana körpüsünü qorumalı idi. Lamiya şəhəri yaxınlığında Lianokladidəki düşərgələrini tərk edən osmanlılar qısa müddətdə qüvvələrini böldülər. Əsas güc Diakosa yollandı, digəri sürətlə darmadağın edilən Divuniotisa hücum etdi, Panurgias yaralanandan sonra isə onun adamaları təslim oldular. Yunan qüvvələrinin əksəriyyəti qaçdı, osmanlılar hücumlarını Diakosun Alamana körpüsündəki mövqeyinə yönəltdilər. Məğlubiyyətin zaman məsələsi olduğunu görən Diakosla birlikdə döyüşən Busqos yalvarırdı ki, onunla təhlükəsiz yerə getsin. Diakos qalmağı və bir neçə saat ərzində 48 nəfərlə vuruşmağı seçdi Diakos yaralandı və qılıncının qırılmasından sonra əsir düşdü. === Diakosun vəfatı === Afanasios Diakos Ömər Vrioninin qarşısına gətirildi və ona türk ordusunda zabit rütbəsi təklif olundu.
Almanca Vikipediya
Almanca Vikipediya (alm. Deutschsprachige Wikipedia‎) — Vikipediyanın Alman dilində olan bölməsidir. Bu günə qədər 2.947.687 məqalə yaradılıb.
Almanya tarixi
Almaniya tarixi (alm. Geschichte Deuchlands‎) — Almaniyanın tarixi. == Alman xalqının formalaşması == Alman xalqının etnik olaraq formalaşmasının Skandinav bürünc əsrində, təxminən e.ə 1700-cü illərdə baş verdiyi güman edilir. Eramızdan əvvəl 1-ci əsrdə German tayfaları Cənubi Skandinaviya və Şimali Almaniyadan tədricən cənuba, şərqə və qərbə doğru yayılmağa başladılar. Bu prosesdə onlar baltik, irandilli, slavyan və yunan xalqları ilə təmasda olmağa başladılar. Roma imperiyasındakı alimlərin tədqiqatlarına baxmayaraq, german tayfalarının ilkin dövrlərdəki fəaliyyəti haqda müasir elmə çox az şey məlumdur. İmperator Avqustun dövründə Roma İmperiyası Germaniyaya (romalılar Reyn çayı ilə Ural dağları arasındakı əraziləri belə adlandırırdı) hücum etdi. Roma qoşunlarına tanınmış sərkərdə Publiy Kvintiliy Var başçılıq edirdi. Eramızın 9-cu ilində Tevtoburq meşəsindəki döyüşdə Varın başçılıq etdiyi 3 Roma legionu german tayfaları tərəfindən məğlub edildi. Beləliklə, müasir Almaniya ərazisindəki xalqlar Roma imperiyası tərəfindən işğal olunmaq təhlükəsindən azad oldu.
Almaran (Sərdəşt)
Almaran (fars. ‎ال مران‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 107 nəfər yaşayır (16 ailə).
Azərbaycanda almanlar
Azərbaycan almanları — Azərbaycanda yaşamış alman icmasına verilən ümumi ad. 1817-ci ildə General Yermolov almanların ilk dəstələrinin Azərbaycana yerləşdirilməsi barədə göstəriş vermişdir. Azərbaycana yerləşdirilmiş ilk almanların çoxu Vürtemberq krallığının sakinləri olmuşdular. 1817–1818-ci illərdə Qafqazda təşkil olunmuş 8 alman koloniyasından ikisi Yelenendorf (Helenendorf) (indiki Göygöl şəhəri, Göygöl rayonu) və Annenfeld (indiki Şəmkir şəhəri, Şəmkir rayonu) Şimali Azərbaycanda yerləşirdi. Bu koloniyalardan başqa almanlar Georqsfeld (Georgsfeld) (indiki Çinarlı, Şəmkir rayonu), Qrünfeld (Grünfeld) (indiki Həsənsu, Ağstafa rayonu), Ayxenfeld (Eichenfeld) (indiki İrmaşlı, Şəmkir rayonu), Traubenfeld (indiki Tovuz şəhəri, Tovuz rayonu), Yelizavetinka (indiki Ağstafa şəhəri, Ağstafa rayonu) kimi kəndlərdə yaşayırdılar. Qafqaz almanları tərəfindən Tiflis şəhərində nəşr olunan "Kaukasische Post" qəzetinin hər bir nömrəsi yuxarıda göstərilən kənd və şəhərlərə çatdırılırdı. Almanlar Azərbaycanda siyasi və ictimai həyatda daim fəal olmuşdular. Azərbaycan Demokratik Respublikası parlamentinin IX Milli azlıqlar fraksiyası dörd üzvündən biri əslən alman olan Lorens Kun olmuşdur. Lorens Kun 1884-cü ildə Yelenendorf (Helenendorf) (indiki Göygöl şəhəri, Göygöl rayonu) şəhərində anadan olmuş və bir müddət burada fəaliyyət göstərmişdir. 1918-ci ilin 7 dekabr tarixində AXC parlamenti öz işinə başlayanda Lorens Kun da parlamentə qoşulmuşdur.
Villa Alemana
Villa Alemana - Çili şəhəri. Əhalisi 122.806 nəfərdir (2002).
Vilya-Alemana
Villa Alemana - Çili şəhəri. Əhalisi 122.806 nəfərdir (2002).
Almanın günahı
Almanın günahı qısametrajlı sənədli filmi rejissor İdris Heydərov tərəfindən 2014-cü ildə çəkilmişdir. İzmediada istehsal edilmişdir. Film Almaniyada baş verən siyasi hadisələri araşdırır. == Məzmun == Avropanın mərkəzində 40 min nümayişçi amansızlıqla dağıdılıb. Polis heç kimə rəhm etmir: nə qocalara, nə qadınlara, nə də uşaqlara... Min nəfərdən çox fəal həbs edilib, bloqqerlərə, jurnalistlərə qarşı cinayət işi açılıb, hətta parlamentin deputatları da təqib olunurlar. Söz, toplaşmaq azadlığının pozulması... Eynulla Fətullayevə müsahibə verən alman hüquq müdafiəçiləri təsdiq edirlər ki, liberal Almaniya amansız avtoritarizmə qayıdır. Film Almaniyada baş verən siyasi hadisələri araşdırır.
Anemone albana
Alban güləbətini (lat. Pulsatilla albana) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin güləbətin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdəsi sadədir, 5-15 sm hündürlükdədir. Meyvəvermə zamanı 26 sm-ə qədər uzanır. Kökətrafı yarpaqları əsasən çiçəklərlə eyni vaxtda əmələ gəlir, uzunsov, 2 dəfə lələkvari bölünmüş, neştərşəkilli və ya xətvari, tamkənarlı və ya dişcikli hissəlidir. Çiçəkləri sallanan, sarı, zəngvaridir. Çiçək yatağının yarpaqları 18–25 mm uzunluğunda, uzunsov, ellipsivari, əyilmiş ucludur. Meyvələri tükcüklü, qılçıqlıdır, 2-2,5 sm uzunluqdadır.
Myobroma albana
Astragalus pinetorum subsp. declinatus (lat. Astragalus pinetorum subsp. declinatus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinin astragalus pinetorum növünə aid bitki yarımnövü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir –CR A2c+3c; B1ac(i)+2ab(i,ii,iii). Azərbaycanın nadir növüdür. Hündürlüyü 30 sm-ə qədər, gövdəsiz, ağ tükcüklərlə örtülmüş çoxillik bitkidir. Yarpaqları ellipsvari və ya neştərşəkillidir, yarpaqcıqları hər iki tərəfdən sıx olmayan tükcüklüdür, uc hissəsi sivriləşmişdir. Tacı sarı rəngdədir, nəzərə çarpacaq dərəcədə kasacıqdan uzundur, qanadı enlidir, tərs-yumurtaşəkillidir, uc hissəsi oyuqludur. Yumurtalığı və dişiciyi sıx ağ tükcüklərlə örtülüdür.
Pulsatilla albana
Alban güləbətini (lat. Pulsatilla albana) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin güləbətin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. Gövdəsi sadədir, 5-15 sm hündürlükdədir. Meyvəvermə zamanı 26 sm-ə qədər uzanır. Kökətrafı yarpaqları əsasən çiçəklərlə eyni vaxtda əmələ gəlir, uzunsov, 2 dəfə lələkvari bölünmüş, neştərşəkilli və ya xətvari, tamkənarlı və ya dişcikli hissəlidir. Çiçəkləri sallanan, sarı, zəngvaridir. Çiçək yatağının yarpaqları 18–25 mm uzunluğunda, uzunsov, ellipsivari, əyilmiş ucludur. Meyvələri tükcüklü, qılçıqlıdır, 2-2,5 sm uzunluqdadır.
Bellevalia albana
Dağ bellevaliyası (lat. Bellevalia montana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin bellevaliya cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanağı iri, dəyirmi, 4-5 sm uzunluğunda və 3 sm enindədir. Gövdənin hündürlüyü 20—40 sm arasında dəyişir. Yarpaqları rozet, enli neştərvari, 25—30 sm uzunluğunda, 2-3 sm enindədir. Salxım uzunsov, çoxçiçəkli, enli-piramidavari çiçək saplağı çox uzundur. Çiçəkyanlğı 10 mm uzunluğunda, uzunsov boruşəkillidir, solğun-bənövşəyi, qonur, qurudulduqda sarımtıl-qırmızı, üçkünc-yumurtavari olub, sivriləşmiş, uzunluğu çiçəkyanlığından qısadır.