Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anika Boşkoviç
Anika Boşkoviç (d. 1714, Raqusa Respublikası – ö. 13 avqust, 1804, Raqusa) — Raqusalı yazıçı. == Haqqında == O pastoral mahnılar yazır və onları italyan dilindən tərcümə edirdi. Yezuitlər tərəfindən təbliğ olunan xristianlıq mövzuları onun yaradıcılığın əsas mövzusu idi. Onun adı Raqusa ədəbiyyatında ən vacib qadın adlarından biridir. "Dialoq" (1758) əsəri Raqusa ədəbiyyatında qadın müəlliflərdən tərəfindən yazılan ilk və yeganə bədii əsəridir. Boşkoviç 3 noyabr və ya 3 dekabr tarixində 1714-cü ildə Raqusada doğulub. Ailədə 9 uşaqdan ən kiçiyi idi. Onun valideynləri Paula Bettera varlı italyan ailədən idi.
Abikaz
Abikaz — qədim türkcə abuqaz "əmi", "atanın kiçik qardaşı" ("Kitabi-Dədə Qorqud"da Kan-Abkaz adını xatırlayın); Azərbaycanda bu mənada şəxs adları indi də vardır: Əmikişi "əmisi kimi kişi", Balaəmi "kiçik əmi" mənalarında.
Acıçay
Acıçay (Qax)
Alipay
Alipay (çin. 支付宝) — Alibaba Qrupuna daxil olan və dünyanın böyük ödəniş sistemlərindən biridir. 2004-cü ildə qurulub. Alibaba Qrupunun təklif etdiyi məhsulların ödənişi üçün qrup daxilində istifadə üçun yaradılıb, ancaq sonradan digər şirkətlərdə istifadə etməyə başlayıb və hal hazırda 930 mindən çox digər şirkət də bu ödəmə sistemindən istifadə edir. Bu yaxınlarda şirkət sifarişlərin birbaşa mobil telefondan ödənilməsi üçün bir sistem inkişaf etdirib və Çinin ən böyük mobil operatorlarından biri olan "China Unicom" ilə əməkdaşlıq müqaviləsi imzalayıb. 2018-ci ilin dörduncu rübunun nəticələrinə əsasən Alipay sistemi, Çin ərazisindəki onlayn ödəmə bazarının 55,32 faizinə sahibdir. == Tarixi == 6 iyul 2009-cu il tarixinə qeydiyyatdan keçmiş istifadəçilərin sayı 200 milyonu, gündəlik dövriyyəsi isə 700 milyon yuanı keçib. 2010-cu ilin dekabr ayına qədər Alipay ödəmə sistemində 550 milyondan çox istifadəçi qeydiyyatdan kjeçir və hər gün təqribən ümumi məbləği 385 milyon dollar olan 8,5 milyon əməliyyat həyata keçirilir. 2011-ci ilin nəticələrinə görə Alipay payı elektron ödəmələr seqmentindəki ödəmə sistemi 50% -i keçir. Bu isə təxminən 46 milyard dollarlıq əməliyyat idi.
Aznakay
Aznaqay (tatar. Aznaqay) ya da Aznakayevo (rus. Азнакаево) — Rusiya Federasiyasında yerləşən şəhər, Tatarıstan Respublikasına daxildir. == Coğrafi mövqeyi == Şəhərin sahəsi 15 км² dir. Kama (tatarca Çulman) çayı boyunda, Estərle çayı (Стәрле/Эстәрле (Stərle/Estərle) / Стярле/Стерли) sahilində yerləşir. Qazana qədər məsafəsi 376 km-dir. Aznaqay şəhərinin yanında Tatarıstanın ən hündür nöqtələrindən biri sayılan Çadır dağı (Чатыр-Тау (Çatır-Tau) / Шатёр-гора) yerləşir. Çadır dağının ətəyində qırmızı kitaba düşmüş nadir səhra bitkiləri yetişir. == Əhali == Əhalinin sayı 2014-cü ildə 34 747 nəfər təşkil edib. == İqtisadiyyat == Sənaye üsulu ilə neft 1950-ci ildə əldə edilib.
Enmikay
Enmıkay (Enminkey) — elədə hündür olmayan Çukot dənizi sahilində yerləşən burun. İnzibati cəhətdən Çukot Muxtar Dairəsinin İultinski rayonu ərazisində yerləşir. Ən yaxın yaşayış məntəqəsi Lelinqradski qəsəbəsidir. Çukot dilində. — «kiçik qaya» mənasını verir. Burunda naviqasiya işarəsi quraşdırılmışdır.
Aniran
Aniran (fars. انیران‎) və ya Aneran (pəhl. 𐭠𐭭𐭩𐭥𐭠𐭭) —"qeyri-iranlı " və ya "qeyri-İran " (qeyri-ari) mənasını verən etnolinqvistik termin. Beləliklə, ümumi mənada "Aniran" İran dillərinin danışılmadığı əraziləri ifadə edir. Alçaldıcı mənada "İranın və zərdüştiliyin siyasi və dini düşməni" deməkdir. "Aniran" termini Pəhləvi dilində "aneran" sözündən gəlir. Bu, öz növbəsində ya xalqı, ya da Sasani imperiyasını ifadə edən "Eran"ın antonimi idi. Bununla belə, "zərdüşti ədəbiyyatında və ola bilsin ki, Sasanilərin siyasi fikrində də bu terminin həm də nəzərəçarpacaq dərəcədə dini mənası var". "Aner" şəxs sadəcə qeyri-iranlı deyil, xüsusilə də qeyri-zərdüşti hesab olunurdu. Bu söz həmçinin, divlərə ibadət edənləri və ya başqa dinlərin tərəfdarlarını nəzərdə tutur.
ANİİA
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası (qısaca: ANİİA) — Azərbaycan Respublikasında fəaliyyət göstərən assosiasiyalardan biri. == Tarixi == Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası 2016-cı ilin noyabr ayından fəaliyyətə başlayıb və ilk günlərdən Azərbaycanda narçılıqla məşğul olan fiziki və hüquqi şəxsləri öz ətrafına toplamağa nail olmuşdur. Dəqiq qeydiyyatlar nəticəsində bu sahədəki mövcud problemləri aradan qaldıran ANİİA narçılığın inkişafı istiqamətində aqrotexniki maarifləndirmə işləri aparmış və bu sahədə fəaliyyət göstərən yerli və xarici mütəxəssislərlə görüşlər keçirərək yüksək təcrübələr əldə etmişdir. Assosiasiya "Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyi adı ilə 31 oktyabr 2016-cı il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Assoasiasiyanın ilk yığıncağı 17 mart 2017-ci il tarixində keçirilmişdir. Assosiasiya müvafiq dövlət qurumlarının daimi hərtərəfli dəstəyilə öz fəaliyyətini göstərilən etimada uyğun olaraq davam etdirməkdədir. ANİİA rəhbərliyi və üzvləri Respublika əhəmiyyətli tədbirlərdə hər zaman təmsil olunur. Ölkə başçısı cənab İlham Əliyevin də iştirakı ilə ölkəmizdə və Belarusiya, Polşa, Ukrayna, Latviya, BƏƏ, Rusiya, Türkiyə kimi ölkələrdə təşkil edilən biznes forumlarda İqtisadiyyat Nazirliyinin birbaşa dəvəti ilə iştirak edirlər. Assosiasiya üzvləri AZPROMO-nun dəstəyi ilə keçirilən beynəlxalq sərgi və tədbirlərdə, narın ixracı ilə əlaqədar təşkil olunan bütün xarici forumlarda AZPROMO-dan olan həmkarları ilə birgə iştirak edirlər. == Məqsədi == Assosiyasiyanın məqsədi nar təsərrüfatı ilə məşğul olmaq istəyən fermerlərə təmənnasız şəkildə xidmət göstərmək, Azərbaycan narının dünya bazarında "Made in Azerbaijan" brendi kimi tanınmasına dəstək verməkdir.
Acika
Acika (abx. Аџьыка, gürc. აჯიკა) — Abxaz və gürcü mətbəxinə aid sous. Tərkibinin acılığından asılı olaraq yeməklərə tomat kimi də istifadə oluna bilir. Bəzən bitki yağı da əlavə olunur. Bu zaman yeməklərə daxil edildikdə xoşa gəlməz tam verə bilir. Daha çox sadə üsulla istifadə geniş yayılmışdır. == Tərkibi == 3 kq qırmızı bibər 300 qr bolqar bibəri 100 qr acı bibər (zövqə görə artırılıb və ya azaldıla bilər) 0,8 kq pomidor 4-5 diş sarımsaq (zövqə görə artırıla bilər) dada görə duz == Hazırlanma qaydası == Tərkibdə sadalanan tərəvəzlər birlikdə ət maşınından keçirilir. Zövqə görə pomidorun qabığını soymaqda olar. Çəkilmiş tərəvəzlər birlikdə suyu çəkilənə qədər bişirilir.
Aniva
Aniva (rus. Ани́ва) ya da Rutaka (yap. 留多加) — Rusiya Federasiyasında yerləşən şəhər. Saxalin vilayətinin tərkibinə daxildir.
Nikah
Nikah, kəbin, izdivac — evlənmənin qanuni şəklə salınması. Azərbaycan Respublikasında nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Ailə dövlətin himayəsindədir. Azərbaycanda ailə-nikah hüquqları ailə və nikah haqqında Azərbaycan Respublikasının Ailə Məcəlləsində öz əksini tapmışdır; bu məcəllə Azərbaycan Respublikasının Konstitusiyasında qoyulmuş qaydalara əsasən nikahı tənzimləyir. Azərbaycanın Əsas Qanununun 34-cü maddəsinə uyğun olaraq "nikah qarşılıqlı razılıq əsasında bağlanır", "nikah dövlətin himayəsi altındadır", "ər və arvadın hüquqları bərabərdir". Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Azərbaycan Respublikasında nikah bağlamaq üçün aşağı yaş həddi kişilər və qadınlar üçün 18 yaş müəyyən olunur. === Azərbaycanda dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. === Ər-arvadın soyad seçmək hüququ - Ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə , yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər == Mütə == Mütə — İslamın bəzi məzhəblərində evlənməsi qadağan olmayan qadın və kişi arasında bağlanmış müvəqqəti nikah. == Maraqlı faktlar == Böyük Britaniyada 1836-cı ildən 2012-ci ilədək axşam saat 6-dan səhər saat 8-dək nikah bağlamaq qadağan edilmişdir.
Abılay xan
Abılay xan (1711, Türkistan – 23 may 1781, Daşkənd) — Orta juzun, sonra isə bütün Qazax xanlığının qurultayda seçilmiş xanı, Qazaxıstanın azadlıq və müstəqillik simvolu (1711–1781) == Həyatı == Əsl adı Əbilmənsur olan və sonralar babasının adı ilə Abılay xan kimi tanınan bu böyük və cəsur insan 1711-ci (1713) ildə o dövrün məşhur xanı Korkem Vali sultanın ailəsində anadan olub. Uşaq ikən cəsurluğu və döyüşkənliyi ilə seçilən Əbilmənsur dərhal ətrafındakıların diqqətini cəlb etmişdi. Oğlunun cəsurluğunu görən atası onun haqqında fəxrlə: "Onun gözlərində qorxu yoxdur. O, ölümündən qorxmur, ondan yaxşı sərkərdə çıxacaq",-demişdi. Hələ gənc ikən Abılay həm də müdrik bir insan təsiri bağışlayırdı və o ən çətin vəziyyətlərdən belə çıxış yolu tapa bilirdi. Ona görə də ona "Aruvaq" (ataların ruhu) ləqəbini vermişdilər. Abılay 13 yaşında olanda Cunquriya xanı Tsevan Rabdan Orta Cüzə hücum etdi. Bu hücum zamanı Abılayın atası qəhrəmancasına həlak oldu. Ancaq düşmən güclü idi və ona görə də Orta Cüzün əhalisi Səmərqəndə çəkilməyə məcbur oldu. Abılay xan isə qisas almaq üçün alışıb yanırdı və ona görə də bir neçə dəfə Cunquriya xanına qarşı yürüşdə iştirak etdi.
Acıçay (Qax)
Acıçay — Qax rayonunda çay. == Toponimikası == Çay Kürmükçaydan (Qurmuxçay) ayrılaraq Qanıxçaya (Alazan) tökülən qoldur. Hidronim acı və çay sözlərindən düzəlib, obyekt suyunun acı və ya şor olduğunu bildirir. Türkmənistan ərazisində Açısay adlı çay və yaşayış məntəqəsi qeydə alınmışdır.
Acıçay (Qürvə)
Acıçay (fars. آجي چاي‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 212 nəfər yaşayır (62 ailə). Əhalisini kürdlər təşkil edir.
Acıçay (Təbriz)
Acıçay — Şərqi Azərbaycan ostanının və Təbrizin əsas çaylarından biri. Çay Savalan dağının zirvəsindən qaynaqlanır və qərb istiqamətində axaraq Urmiya gölünə tökülür.
Acıçay (Şamaxı)
Acıçay — Şamaxı rayonunda çay (Çigilçay hövzəsi). == Toponimikası == Çay Tudar kəndinin yaxınlığından axır. Tüdar da adlanır. Hidronim acı və çay sözlərindən düzəlib, obyekt suyunun acı və ya şor olduğunu bildirir. Türkmənistan ərazisində Açısay adlı çay və yaşayış məntəqəsi qeydə alınmışdır.
Acıçay körpüsü
Acıçay körpüsü Təbriz şəhərinin şimal-qərb bölgəsində yerləşən və Acıçayın üzərində olan tarixi körpüdür. == Haqqında == Bu körpü Təbrizi Cənubi Azərbaycanın şimal-qərb regionları, Türkiyə və Rusiya ilə birləşdirmək üçün istifadə edilmişdir. Bu körpü tarixi İpək yolunun şərq və qərb hissələrini birləşdirən əsas element olmuşdur. Körpü 16 aşırımdan ibarətdir. Uzunluğu 105 metr, eni isə 5 metrdir. Körpü dəfələrlə müxtəlif şəxslər tərəfindən restavrasiya olunduğuna görə vahid memarlıq üslubu yoxdur. 16 aşırımdan 3-ü yarım dairəvi formada olsa da, yerdə qalan aşırımlar ziq-zaq formasındadır. == Restavrasiyalar == Tarixin müəyyən dövrlərində körpü dəfələrlə restavrasiya olunmuş və ya dağılmışdır. Körpü həm təbii fəlakətlərə görə, həm də müharibələr zamanı dağılmışdır. Körpünün sonuncu restavrasiyası Abbas Mirzənin hakimiyyəti illərində baş vermişdir.
Alakay (İşembay)
Alakay (başq. Алаҡай, rus. Алакаево) — Başqırdıstan Respublikasının İşembay rayonunda yerləşən kənd. Kənd Skvorçixa kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (İşembay): 12 km, kənd sovetliyindən (Skvorçixa): 20 km. ən yaxın dəmiryol stansiyasından (Salavat stansiyası): 6 km.
Amitay Etsioni
Amitay Etsioni (ivr. ‏אמיתי עציוני‏‎, ing. Amitai Etzioni; 4 yanvar 1929, Köln, Prussiya[d] – 31 may 2023, Vaşinqton; doğum adı Verner Falk (alm. Werner Falk‎)) — təşkilat sosiologiyası, sosioiqtisadiyyat, kommunitarizm, sosial və siyasi fəlsəfə, beynəlxalq münasibətlər nəzəriyyəsi (yeni qlobal memarlığın formalaşması) sahəsindəki işləri ilə tanınan alman yəhudi əsilli amerikalı sosioloq. 1990-cı illərin əvvəllərində kommunitar hərəkatların qurucularından biri olmaqla yanaşı hərəkatın fikirlərini yaymaq üçün kommunitar şəbəkələrin qurucusu idi. == Bioqrafiyası == === Məzun olmadan əvvəl === Amitay Etsioni 1929-cu ildə Kölndə yəhudi ailəsində anadan olub. Ailəsi 1930-cu illərdə məcburi Fələstinə qaçmışdır. Etsioni Qüdsdəki İbrani Universitetini bitirmişdir (1954-cü ildə bakalavr dərəcəsi, 1956-cı ildə magistr dərəcəsi). Müəllimləri arasında Martin Buber də var idi. 1958-ci ildə Berkli Universitetinin Kaliforniya Universitetində Sosiologiya üzrə doktorluq dərəcəsini almışdır.
Anibar körfəzi
Anibar (ing. Anibare) — Nauru adasının şərqində yerləşən körfəz. Körfəz İyuv burnu ilə Menenq burnu arasında yerləşir. Sahilləri ən yaxşı ağ qumlu mərcan çimərliyi sayılır. Ölkənin əsas turistik məkanlarından sayılır. Körfəzin cənubunda yerləşən Menenq mehmanxanası dövlətə məxsusdur. 2000-ci ildə Körfəin sahilində Anibar limanı salınmışdır.
Animal Planet
Animal Planet (azərb. Heyvanlar aləmi‎) — Discovery Channel şirkətinə məxsus Amerika kabel kanalıdır. 1 oktyabr 1996-cı ildə yaradılıb, şəbəkə əsasən vəhşi və ev heyvanları haqqında seriya və sənədli filmlərə həsr olunub. Peyk və kabel versiyalarında yayılmışdır. Kanal, yaşayış yerlərində heyvanları göstərən filmləri, Qırmızı Kitabda qeyd olunan növlərlə bağlı hekayələr yayımlayır. Kanalın şüarı — «Planetimizdə 2 milyondan çox canlı var. Onlardan biri — sənsən. Qalan hissəsini isə Animal Planet kanalının proqramlarında tanış ol.» Kanalın müəyyən versiyaları Kanada, Hindistan, Yaponiya, Tayvan və digər ölkələrdə yaradılmışdır. Bəzi yayımları DVD şəklində buraxılır. == Tarixi == «Animal Planet» kanalı 1 oktyabr 1996-cı ildə əsası qoyulmuşdur.
Annika Dris
Annika Dris (10 fevral 1992, La-Hoyya[d], Kaliforniya) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Annika Dris, ABŞ yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İspaniya yığmasını 8:5 hesabı ilə məğlub edən ABŞ yığması, London Olimpiadasının qızıl medalına sahib oldu.
Arenaria (animal)
Daşçevirən (lat. Arenaria) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinə aid heyvan cinsi.
Asılay (Uçalı)
Asılay (başq. Аһылай, rus. Аслаево) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Mindyak kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 100 km, ən yaxın dəmiryol stansiyasından (Ural-Tau stansiyası): 47 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (98 %) üstünlük təşkil edir.
Aznakay rayonu
Aznakay rayonu (tatar. Aznaqay rayonı, Азнакай районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Respublikanın cənub-şərqində yerləşir. Şimaldan Muslim, şimal-qərbdən Sarmanov rayonu, qərbdən Aktnış, cənubdan respublikanın Buqulma və Yutazı rayonları ilə, şərqdən Başqırdıstanın Bakalı və Şaran rayonları ilə həmsərhəddir. İnzibati mərkəzi Aznakay şəhəridir. == Coğrafiyası == Rayon respublikanın cənub-şərqində yerləşir. Təbii baxımdan Şərqi Zakamyenin meşə-çöl zonasına daxildir. Relyef yüksək bir düzənlikdir. Yüksək yarusluluq, quruluş və yamacların açıq asimmetriyası ilə xarakterizə olunur. Ural dağları ərəfəsində, Buqulma yaylasındakı ərazi Buqulma-Belebey dağının şimal-şərqini tutur (Çatır-Tau dağı regional əlamətlidir və onun ayrılmaz hissəsidir) və geniş İk vadisinin sol sahilini bitişik İks-Zain su hövzəsi ilə əhatə edir..