Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Arakül
Arakül (digər adı: Xətai) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Arakül kənd inzibati ərazi dairəsində kənd. 15 avqust 1993-cü ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Kənd 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kəndin keçmiş adları Arakul, Hərəkül olmuş, hətta ermənilər tərəfindən Arakel də adlandırılmışdır. 1988-ci ildə Ermənistandan qovulmuş Azərbaycan ailələri kənddə məskunlaşdıqdan sonra əhalinin xahişi ilə yaşayış məntəqəsi Azərbaycan şairi və Səfəvilər dövlətinin görkəmli xadimi Şah İsmayıl Xətainin şərəfinə Xətai adlandırılmışdır XIX əsrin ikinci yarısında Ərgünəş və ya Dolanlar kənd icmasında iki Arakel məntəqəsi vardı. Kənddə 1840-cı ildə Cənubi Azərbaycanın Qaradağ mahalındakı Sevakar kəndindən və İrəvan əyalətinin Qafan mahalından köçüb gəlmə erməni ailələri məskunlaşmışdı. Kəndin adı onun əsasını qoymuş erməni Arakelin adındandır. Kəndin digər adı Xətaidir. Kəndin əvvəlki adı Qara Quzey olmuşdur. Arakel oykonimi türk dillərindəki arak və el sözlərindən ibarət olub, "su, çay kənarında yerləşən kənd, oba" mənasına uyğundur.
Aralduz
Aralduz (qaz. Аралтұз) — Qazaxıstan mədən şirkəti, qida və texniki duz istehsalçısı. İstehsal müəssisələri Qazaxıstanın Qızılorda vilayətinin Jaksıkılış qəsəbəsində, qərargahı Alma-Ata şəhərindədir. Qazaxıstanın ən böyük duz şirkətidir və MDB-də ən böyüklərindən biridir. Ölkə bazarının 70%-ə qədərini əlində cəmləyir. Cəmiyyətin tam adı "Araltuz" səhmdar cəmiyyətidir. == Tarix == İlk dəfə Jaksıkılış gölündən xörək duzunun çıxarılmasına 1913-cü ildə başlanılır ki, bu da Aral dənizində balıq ovunun inkişafına təkan verir. Sənaye miqyasında duz hasilatı 1925-ci ildə Sol-Artel müəssisəsinin yaranması ilə başlanır. Zamanla “Sol-Artel” Sovet İttifaqı respublikalarına ildə 600 min ton duz verən “Aralsulfat” zavoduna qədər genişləndirilir. Bundan əlavə, göldən natrium sulfat da çıxarılır ki, bu da yerli qəsəbəyə Aral sulfat adını verir.
Aralia
Araliya (lat. Aralia) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinə aid bitki cinsi. Kiçik ağaclar, çox vaxt kollar, yaxud hündür çoxillik otlardır. Yarpaqları lələkvarı bölümlüdür. Çiçəkləri iri süpürgə çiçək qrupunda toplanmışdır. Şərqi və Cənub-Şərqi Asiyada, Şimali Amerikanın cənubunda 40-adək növü məlumdur. Uzaq Şərqdə 3 növü bitir. Kolşəkilli, cüt lələkli, mürəkkəb yarpaqlı, bərk tikanlı ağacdır. Araliyaların çoxu orijinal dekorativ bitkilərdir. Çox vaxt araliyakimilərin digər cinslərinin növlərini də səhvən araliya adlandırırlar: məs., gövdəsinin özəyindən kağız hazırlanmasında istifadə edilən Cənubi Çin kolu tetrapanaks; otaq və oranjereya bitkisi kimi becərilən Yaponiya fatsiyası.
Arallı
Arallı — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanının Hir bəxşində şəhər. == Tarix == 2019-cu ildə, Böyük Arallı və Kiçik Arallı kəndləri birləşdirilərək, şəhər statusu almışdır. == Əhalisi == 2016-cı ilin məlumatına görə şəhərdə 3,261 nəfər yaşayır (913 ailə). === Milli tərkibi === Əhalisi Azәrbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Aralqum
Aralqum — Aral dənizinn quruması nəticəsində formalaşan yeni səhra. Qumdan və şoranlıqdan ibarət olan Qazaxıstan və Özbəkistan ərazilərini əhatə edən səhra. Qaraqum səhrası və Qızılqum səhraları ilə sərhədə malikdir. Səhranı həmcinin Аğqum olaraq adlandırırlar Aral dənizinin səviyyəsi SSRİ dönəmində səhra sahələrinin əkinə cəlb olunması ilə azalmağa başlamışdır. 2005-ci ildə Kokaral bəndinin tikintisi ilə Şimali Aral tədricən bərpa olunmağa başlamışdır. Cənubi Aral quruduqca Aralqum səhrasının sahəsi böyüyür. Gölün quruması nəticəsində 200 növ bitki və heyvan növü ərazini tərk etmişdir. Gölün quruması 1960-cı ildən başlamışdır. Əsas bitkiləri: Salicornia europaea, Suaeda crassifolia, Tripolium vulgare, Suaeda acuminata və Atriplex fominii. Aralqumun sahəsi 38 min km² təşkil edir.
Aralsk
Aralsk (qaz. Арал) — Qazaxıstanın Qızılorda vilayətində şəhər, Aral bölgəsinin inzibati mərkəzi. Dəmiryol stansiyası Aral dənizi (qaz. Арал Теңізі). I Arıs —Kandıaqaş dəmir yolu xətti cüt yolludur, normal kalibrli, dizel çəkicidir. Aral dənizi stansiyasından şərq-şimal-şərqə, Zhaksykylysh kəndi ərazisində sodyum xlorid və sodyum sulfatın inkişafına xidmət edən uzunluğu 32 km olan bir yollu dəmir yolu qolu yola düşür. İrqiz - Aralsk - Ayteke-Bi magistral yolu (M-32 Samara - Çimkent şossesinin hissəsi) şəhərdən 2 km şimalda uzanır. 2009-2011-ci illərdə yolda əsaslı təmir işləri aparıldı (əvvəllər Aralskdan bölgənin sərhədinə qədər yolun asfalt örtüyü var idi, daha sonra İrgiz tərəfə pis vəziyyətdə olan yalnız torpaq yol var idi). Küçələrin düzeni rüblük binalarla düzbucaqlıdır; evlər əsasən birmərtəbəli, kərpic, mərkəzdə - ikimərtəbəli, daşdır. Əsas prospektlər asfaltlanıb, qalanları çınqıldır.
Aralıq
Aralıq — Bərzəx Aralıq (İğdır) — İğdır ilinin ilçələrindən biridir. Aralıq (Şörəyel) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Aralıq (Talin) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonu ərazisində kənd. Aralıq qoyun — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonu ərazisində qışlaq. Aralıq Kolanlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Aralıq Oxçu — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Aşağı Aralıq — Azərbaycanın Şərur rayonunda kənd. Yuxarı Aralıq — Azərbaycanın Şərur rayonunda kənd.
Aramus
Aramus - İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Başqa adı Ərəmusdur 1590-cı ilə aid türkcə mənbədə Əramus kimidir [169, 61]. Mənbədə adı İrəvan əyalətinin Qırxbulaq nahiyəsində çəkilir [23, 75]. Yerli tələffüz forması -Ərəmis. VII əsrdən məlumdur. Katolikos David Aramusetsinin [728-741] məlumatından göründüyü kimi [150, 70] kənddə ermənilər də yaşamışlar. Orta əsrlərdə Qatar-göl monastırının Vəqf kəndi olmuşdur [150, 358]. 1886-cı ilə aid məlumatlarda əhalisi ermənilər idi. Lakin XX əsrin əvvəllərində orada azərbaycanlıların da yaşadığı məlumdur və onlar 1918-ci ildə qovulmuşlar. Türk dillərindəki urem "dağ vadisində çaykənarı dərinləşmiş zolaq" [126, 380] və erməni dilindəki yunan mənşəli os (us) şəkilçisindən ibarətdir.
Araxus
Açaluk
Yuxarı Açaluk
Apalus
Blennosperma (lat. Blennosperma) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Apalus DC. Coniothele DC. == Növləri == Blennosperma bakeri Heiser Blennosperma chilense Less.
Arali
Arali Tiflis quberniyasının Axalsix qəzasında (indi Adıgün rayonunda) kənd adı. == Toponimkası == Arali - Tiflis quberniyasının Axalsix qəzasında (indi Adıgün rayonunda) kənd adı. Axısqa türklərindən ibarət əhalisi 1944-cü ildə deportasiya olunmuşdur.Azərbaycanda Ərəş qəzasında Aral kənd, Şimali Qafqazda Kaytak-Tabasaran dairəsində Arallar - Göytəpə kənd, Dağıstan dairəsinin Kürə nahiyəsində Aral (Yenkicə) kənd və Teymurxan şura dairəsində Aral dağ və kənd adları ilə mənaca eynidir. XVII əsrdə Tiflis əyalətinin Ağcaqala nahiyəsində Aral tayfasının adı çəkilir. Mənşəcə Afşar tayfasının bir qoludur. Azərbaycanda Aral kəndi (Ağdaş rayonu), qaraqalpaqlarda isə Aral tayfası vardır.
Orta Açaluk
Orta Açaluk (inquş Юкъера-Ачалкхе, Боьтамарзи-Юрт, çeç. Юккъера Ачалкхе) - İnquşetiya Respublikasının Malqobek rayonunda yerləşən kənd. Kənd rayon mərkəzindən 28 km cənub-şərqdə - Malqobek şəhərindən və Maqas şəhərindən 30 km şimal-qərbdə (yol boyu məsafədə), Açaluk çayının dağlıq vadisində yerləşir. Çay kəndin qərbindən başlayır, Yuxarı Açaluk kəndindən keçir, sonra şimal-şərqə, Orta Açaluk kəndinə, oradan isə Aşağı Açaluk kəndinə istiqamətlənir, Sunja silsiləsindən keçərək Alxançurt vadisinə tökülür. Orta Açaluk kəndindən bir az şimalda, bu çayın sağ qolu olan Mavi Daş adlı kiçik bir çay axır. Kəndin şərqində, Sunjenski silsiləsinin yamacında Alxançurt kanalı çəkilmişdir. Orta Açaluk kəndinin yerləşdiyi Sunja silsiləsinin qərbdən şərqə doğru hündürlüyü azalır. Kəndin şimal-qərbində Babalo zirvəsi (818.1 m), şərqdə - Albaskina dağı (777.9 m) yerləşir. Kənd regional R-296 Mozdok - Çermen - Vladiqafqaz magistral yolu boyunca yerləşir. Ən yaxın yaşayış məntəqələri: cənub-qərbdə - Yuxarı Açaluk kəndi, şimal-qərbdə - Qeyrbek-Yurt, şimal-şərqdə - Aşağı Açaluk və cənub-şərqdə - Pliyevo və Qarabulaq şəhəri.
Ramazankənd (Aralıq)
Ramazankənd — Türkiyənin İğdır ilinin Aralıq ilçəsinə daxil olan kənd. Kənd 1901-ci ildən bəri eyni adı daşıyır. İğdır il mərkəzindən 12 km, Aralıq ilçə mərkəzinə 11 km uzaqlıqdadır. 1886-cı il məlumatına görə kənddə 391 nəfər azərbaycan türkü və 55 kürd yaşayırdı.
Semyon Aralov
Semyon İvanoviç Aralov (tam adı: rus. Семён Иванович Аралов; 30 dekabr 1880, Moskva – 22 may 1969, Moskva) — Qızıl Ordu Baş Kəşfiyyat İdarəsinin ilk rəhbəri və SSRİ diplomatik xidmət əməkdaşı. Aralov Moskvada varlı tacir ailəsində anadan olmuşdur. 1905-ci ildə Rusiya İmperator Ordusuna qoşulmuş və Birinci Dünya müharibəsi zamanı Hərbi Kəşfiyyat bölməsində mayor rütbəsinə yüksəlmişdi. O, Oktyabr inqilabında iştirak edib. Aralov Çekanın qurucu üzvlərindəndir. 1918-ci ilin yanvarında Moskva Hərbi Rayonunun rəhbəri təyin edilib. Daha sonra Trotski onu Çexoslovakiya legionu ilə danışıqlar aparması məqsədilə Sibirə göndərir. 1918-ci ilin sentyabrında Hərbi İnqilab Komitəsinə təyin edildi və girov götürülmə işlərinə görə cavabdeh oldu. Nəticədə Qırmızı Ordu sadiqliyinə şübhə edilən keçmiş çar məmurlarının ailə üzvlərini ələ keçirə bildi.
Solanum paralum
Solanum paralum (lat. Solanum paralum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü.
Qırçiçəyi (Aralıq)
Qırçiçəyi — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. Kəndin adı 1928-ci il qeydlərində Qıraçbağı kimi qeyd olunur. Kənd İğdır şəhər mərkəzinə 24 km, Aralıq qəsəbə mərkəzindən 21 km məsafədədir.
Saraçlı (Aralıq)
Saraçlı — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. Kəndin adı 1901-ci il qeydlərində Saraçlu, 1928-ci il qeydlərində Pirço kimi qeyd olunur. Kənd İğdır şəhər mərkəzinə 41 km, Aralıq qəsəbə mərkəzindən 4 km məsafədədir.
Tarlabaşı (Aralıq)
Tarlabaşı — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. Kəndin adı 1901 və 1928-ci il qeydlərində Ahuri və ya Ahori kimi qeyd olunur. Kənd İğdır şəhər mərkəzinə 63 km, Aralıq qəsəbəsinin mərkəzindən 18 km məsafədədir.
Təzəköy (Aralıq)
Təzəköy — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. Kənd 1928-ci ildən eyni addadır. Kənd İğdır şəhər mərkəzinə 41 km, Aralıq şəhər mərkəzindən 4 km məsafədədir.
Yenidoğan (Aralıq)
Yenidoğan — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. Kənd İğdır şəhər mərkəzinə 67 km, Aralıq qəsəbəsinin mərkəzindən 22 km məsafədədir.
Yuxarıaratan (Aralıq)
Yuxarıaratan — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. Kənd 1928-ci ildən eyni addadır. Kənd İğdır şəhər mərkəzinə 49 km, Aralıq şəhər mərkəzindən 4 km məsafədədir.
Yuxarıtorpaqlı (Aralıq)
Yuxarıtorpaqlı — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd.. Kəndin adı 1928-ci il qeydlərində Yuxarı Əliqızıl kimi qeyd olunur. Kənd İğdır şəhər mərkəzinə 36 km, Aralıq qəsəbə mərkəzindən 9 km məsafədədir.
Yuxarıçamurlu (Aralıq)
Yuxarıçamurlu — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. Kənd 1928-ci ildən eyni addadır. Kənd İğdır şəhər mərkəzinə 49 km, Aralıq şəhər mərkəzindən 4 km məsafədədir.
Yuxarıçiftlik (Aralıq)
Yuxarıçiftlik — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. Kənd 1928-ci ildən eyni addadır. Kənd İğdır şəhər mərkəzinə 49 km, Aralıq şəhər mərkəzindən 4 km məsafədədir.