Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ağgünəş
Argünəş - Azərbaycannın Xocavənd rayonunun Xırmancıq kəndi ərazisində dağ. == Haqqında == Xocavənd rayonunun Xırmancıq kəndi ərazisində yerləşən Argünəş dağının hündürlüyü 1468 metrdir. Oronim Ar və günəş sözlərindən düzəlmişdir. Toponimik ədəbiyyatlarda Ərgünəş şəklində təqdim olunan bu oronim belə izah olunur: "yaxınlığındakı dağlardan hündür olmasına və günəş şüası ilk dəfə həmin dağın zirvəsinə düşməsinə görə dağ belə adlanmışdır". Ar sözü "keşikçi, gözətçi"; "quru çay dərəsi" mənaları ilə yanaşı, buryat, yakut və monqol dillərində "qərb, arxa tərəf, şimal, dağın kölgə düşən hissəsi, quzey" da ifadə edir. Qeyd etmək lazımdır ki, Quba rayonu ərazisində yerləşən və hazırda Dolanlar adlanan dağın da əvvəlki adı Argünəş olmuşdur. Bu oronimin coğrafi mövqeyi ikinci izahla üst-üstə düşür. Dolanlar adına gəlincə, dolan qədim fars və tacik dillərində "dağ keçidi", monqol dilində (dalın) "arxa tərəf, yüksəklik, yol" deməkdir. Bu baxımdan Argünəş və Dolanlar oronimləri sinonim hesab oluna bilər. Qırğızıstanda Dolon, Tacikistanda Dolona, Dolonabulak yer adları bu oronimin türk dilləri üçün yad olmadığını sübut edir.
Fagales
Fıstıqçiçəklilər (lat. Fagales) — bitkilər aləminə aid bitki dəstəsi.
Ağanus
Ağanus — Azərbaycan Respublikasının Laçın rayonu Fətəlipəyə kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Tarixi == Ağanus kəndi Laçın rayonunun Fətəlipəyə kənd inzibati ərazi dairəsində yerləşir. Adını ərazidəki eyni-adlı mineral bulaqdan almışdır. Bəzi tədqiqatçılara görə, toponim ağ və naus (ərəbcə "məbəd" deməkdir. Sasanilər dövründə zərdüştiliyə sitayiş edənlərin qəbirüstü tikilisi də "naus" adlanırdı) sözlərindən düzəlib, "ağ rəngli məbəd" mənasını ifadə edir. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. 2022-ci ilin avqustunda Laçın dəhlizini əvəz edən Rusiya sülhmərəmlılarının nəzarətində olan Ermənistan və Dağlıq Qarabağ arasında yeni dəhlizdə yerləşir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır. == İnfrastrukturu == Ağanus kəndində işğala qədər 1 orta məktəb, mədəniyyət klubu, kitabxana, rabitə qovşağı, 2 mağaza, 1 iaşə obyekti (Turşsu), fəaliyyət göstərirdi.
Avanes İoannesyan
Avanes Ayrapetoviç İoannesyan (1881, Şuşa – 28 iyul 1938, Bakı) — sovet dirijoru, pedaqoq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1936). Azərbaycan Dövlət Xalq Çalğı Orkestrinin (Dövlət Şərq Orkestrinin) təşkilatçısıdır. == Həyatı == Avanes İoannesyan 1881-ci ildə Şuşada anadan olmuşdur. 1900-cü ildə realnı məktəbindən məzun olduqdan sonra qızlar gimnaziyasında musiqi müəllimi işləməyə başlamışdır. 1925-ci ildə Azərbaycanda qadınlardan ibarət ilk xalq çalğı alətləri orkestrinin yaradılmasında da Avanes İoannesyanın xidmətləri olmuşdur.
Ağanus (bulaq)
Ağanus — Laçın rayonunu ərazisində mineral bulaq. Hidronim ağan/aqan (iti axan) və us (su) sözlərindən düzəlib, "iti axan su" deməkdir.
Quercus afares
Quercus afares (lat. Quercus afares) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Aranes dili
Aranes dili (Qaskon dilində: Aranés; ispan dilində: Aranese; katalan dilində: Aranès; Fransız dilində: Aranais) Kataloniyanın Val-d'Aran regionunun rəsmi dilidir. Bu dil təxmini olaraq 7000 insan tərəfindən ana dili kimi istifadə edilir. Fransada danışılan qaskon dilinin bir ləhcəsi hesab edilir. 1984-cü ildən bəri isə bu dil məktəblərdə tədris olunur.
Agnes Arber
Aqnes Robertson Arber (ing. Agnes Robertson Arber; 23 fevral 1879[…] – 22 mart 1960[…], Kembric) — Böyük Britaniya botaniki.. == Elmi fəaliyyəti == Aqnes Robertson Arber toxumlu bitkilər üzrə (kələmkimilər) ixtisaslaşmışdır. == Əsərləri == Arber, A. (1912). "Herbals: their origin and evolution. A chapter in the history of botany, 1470–1670". Cambridge: Cambridge University Press. Arber, A. Water Plants: A Study of Aquatic Angiosperms (ing.). — Cambridge, 1920. Arber, A. The Gramineae (q.müəy.).
Agnès Jaoui
Agnès Jaoui (19 oktyabr 1964[…], Antoni[d]) — alman aktrisa. == Filmoqrafiyası == === Kino === 1991: Canti 1993: Cuisine et dépendances 1993: Smoking/No Smoking 1996: Un air de famille 1997: Same Old Song 2000: The Taste of Others 2000: An Outgoing Woman 2002: 24 Hours in the Life of a Woman 2004: Look at Me 2004: The Role of Her Life 2005: Nina's House 2012: The Dandelions 2013: Under the Rainbow 2014: The Easy Way Out 2015: I'm All Yours 2015: The Sweet Escape 2017: I Got Life! 2018: Place publique 2018: Best Intentions Harmonie === Teleserial === 1997: Nulle part ailleurs.
Aqnes (roman)
Aqnes — Alman yazışısı Peter Stamm tərəfindən 1998-ci ildə yazılmış roman. Kitab ilk dəfə 1 avqust 1998-ci ildə alman dilində nəşr olunmuşdur. == Məzmunu == Kişi Amerika lüks qatar vaqonları haqqında tədqiqat aparan gənc bir isveçrəli, qadın isə dissertasiya yazan amerikalı bir fizika tələbəsi. Çikaqo İctimai kitabxanasının isti oxu zalında ilk dəfə baxışları toqquşur, qəhvə içərkən isə ilk dəfə bir-biri ilə danışırlar. Onlar birlikdə yeməyə çıxırlar, yaxınlıqdakı meşələrə gəzintiyə gedirlər və Miçiqan gölünün ətrafında dolaşırlar. Bir dəfə Aqnes ondan özünün ədəbi portretini yaratmağı xahiş edir. Bir model foto çəkilişi üçün poza verən kimi, o da yazıçının qarşısında oturur, cavan oğlan isə kompüterdə birgə həyatlarını canlandırmağa çalışır. Əvvəli daha romantik, sonu isə ağır bir roman, əsərin süjetinə uyğun olaraq reallıq da bu istiqamətdə dəyişir. Reallıq əsərdə yazılan şəkildə inkişaf edir və Aqnes Çikaqonun mərkəzində onun yaşadığı Doral Plazanın 27-ci mərtəbəsindəki mənzilə köçür. Bundan sonra isə yazıçının virtual fantaziyası hadisələrin gedişatına daha çox təsir etməyə və söz sahibi olmağa başlayır.
Aqnes Allen
Aqnes Allen (ing. Agnes Allen; 21 sentyabr 1930 – 24 fevral 2012) — İngilis uşaq kitablarının müəllifidir. Britaniya adalarında evlərin tarixini izləyən məşhur bir kitab olan "Evinizin tarixi" kitabına görə 1949-cu ildə İngilis uşaq kitabları üçün Karneqi medalı qazandı. Karneqi medalını alan ikinci məşhur elmi kitab Allen və əri Cek tərəfindən çəkilmiş detallı rəsmlər idi. Aqnes Allenin "Hekayələr" seriyası 1947-ci ildə "Kəndin nağılları" ilə başladı. Əsasən sosial tarix və sənət mövzusunda bir sıra kitablar yazdı. Bunlara Parlamentimizin tarixi (1949), Şosenin tarixi (1950) və Geyim tarixi (1955) daxildir.
Aqnes Kittelsen
Aqnes Kittelsen (20 may 1980) — norveçli aktrisa. O, "Skolen"(2004) televiziya seriyasındakı "Anneli", "Maks Manus"(2008) filmindəki "Tikken" və "Kon-Tiki" filmindəki "Liv Heyerdal" rolları ilə tanınır. 2003-cü ildə Norveç Milli Teatr Akademiyasını bitirdikdən sonra o, 2004–2006-cı illərdə Den Milli Teatrında,2007-ci ildən isə Oslo Milli Teatrında işləmişdir. Aqnes Kittelsen 2012-ci ildə "Reisen til julestjernen" adlı Norveç filmində cadugər rolunu və 2013-cü ildə NRK-də yayımlanan 2Yarım qardaş" kitabının televiziya versiyasında Vivian rolunu ifa etmişdir.
Aqnes Monika
Aqnes Monika (tam adı: Aqnes Monika Mulyöto, ind. Agnes Monica Muljoto; 1 iyul 1986, Cakarta) — İndoneziya müğənnisi və rəssamı. Üç uşaq albomu yazdırıb. Bir çox uşaq televiziya proqramlarında aparıcı kimi çıxış edib. == Həyatı == 6 yaşında ikən öz fəaliyyətinə əyləncə sənayesində başlamışdır. Həmin dövrdə üç albom buraxdırmış Aqnesin adı məşhur müğənnilərlə bir sırada çəkilməyə başlayır. Oxumaqla yanaşı, həmçinin uşaq televiziya şousunun aparıcısı olmuşdur. Hələ yeniyetmə ikən Aqnes aktyorluq fəaliyyətinə başlamışdır. 2001-ci ildə çəkilmiş "Dininin toyu" sabun operası ona müvəffəqiyyət qazandırdı. 2003-cü ildə Aqnes And the Story Goes adlı ilk böyük albomunu çıxarır və bununla da İndoneziya musiqi sənayesində adını həkk etdirir.
Aqnes Primas
Aqnes Primas (5 mart 1980, Dunauyvaroş, Feyer medyesi[d]) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Aqnes Primas, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra Aqnes Primas, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu.
Aqnes Valkay
Aqnes Valkay (27 fevral 1981) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Aqnes Valkay, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra Aqnes Valkay, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu.
Aqneş Hranitski
Aqneş Hranitski (tam adı: Aqneş Hranitski, mac. Ágnes Hranitzky; 4 iyul 1945) — Macarıstan rejissoru və montajçısı. Həyat yoldaşı Bela Tarr ilə uzunmüddətli əməkdaşlığına görə tanınır. == Fəaliyyəti == Hranitski kino sahəsində fəaliyyətə 1970-ci illərdə macar filmlərinin montajçısı kimi başlamışdır. 1981-ci ildə "Yad adam" filmini montaj edərək Bela Tarr ilə əməkdaşlığa başlamışdır. O vaxtdan Tarrın bütün filmlərini montaj etmişdir. 2000-ci ildə "Verkmeyster harmoniyası" ilə Hranitski Tarrın filmlərinin ikinci rejissoru kimi görünməyə başladı. 2007-ci ildə o, Tarrın baş rejissoru olduğu "Londonlu adam" filmində yenidən ikinci rejissor kimi fəaliyyət göstərdi. Film 2007 Kann kinofestivalında nümayiş olundu. O, 2011-ci ildə "Turin atı" filmində yenidən ikinci rejissor kimi görünür.
Aqneş Keleti
Aqneş Keleti (mac. Ágnes Keleti; 9 yanvar 1921, Budapeşt) — Macar və yəhudi əsilli Olimpiya və dünya çempionu olan idman gimnastı və məşqçi. Yay Olimpiya oyunlarında Macarıstanı təmsil edərək 5 qızıl medal, 3 gümüş medal və iki bürünc medal qazanmışdır və bütün dövrlərin ən yaxşı yəhudi əsilli Olimpiya oyunçusu kimi tanınır. Keleti İsrail vətəndaşlığı olan bütün idmançılardan daha çox medal qazanmışdır və Mark Spitzdən sonra ən çox Olimpiya medalı qazanan yəhudidir. 1956-cı ildə təşkil olunan Yay Olimpiya oyunlarının ən uğurlu idmançılarından biri hesab olunur. 1957-ci ildə Keleti İsrailə köçdü və hal-hazırda da orada yaşayır. == İdman karyerası == Keleti yəhudidir və Macarıstanın Budapeşt şəhərində anadan olmuşdur. 4 yaşında gimnastika ilə məşğul olmağa başlamışdır və artıq 16 yaşında Macarıstanın Milli Çempionu adını qazanmışdır. 1937 və 1956-cı illər arasındakı gimnastika karyerası ərzində 10 dəfə çempion titulunu əldə etmişdir. Keleti 1940-cı ildə təşkil olunacaq Olimpiya oyunlarında Macarıstanı təmsil edəcək ən potensiallı idmançı hesab olunurdu.
Müqəddəs Aqnes
Müqəddəs Aqnes ya Romalı Aqnes (Aqnesa, Aqniya, Anna (lat. Agnes); təq. 291 ci il — 304 cü il) — xristianlıqda III–IV əsrlərdə yaşamış, inancına görə əzablar çəkmiş şəhid məsihçi qız. Erkən xristiyanlıqda elan edilmiş müqəddəslərdən biri. Rəvayətə görə məsihçiliyin təqib edildiyi dövrdə imperator Domisian məsihçi Aqnesin qarşısına şərt qoyur; ya o, Roma tanrısına qurban verməli ya da rüsvayçılıqla fahişəxanaya göndəriləcək. Bundan imtina edə Aqnesin fitva ilə hücum çəkən kütlə paltarını cırıb zindana salırlar. Aqnesin saçları dərhal uzanaraq onun ayıbını örtür. Bu zaman agah olan mələk ona şəffaf bir örpək gətirmiş olur. Möcüzə davam edir; qızı zorlamaq istəyən hər bir kişi onu görcək ehtirasdan düşmüş olaraq utancaq bir şəkildə fahişəxananı tərk edirlər. Onun bəxtsiz sevgilisi Aqnesə baş çəkərkən qəflətən ölür.
Nemeş Aqnes
Nemeş Aqnes (mac. Nemes Nagy Ágnes 3 yanvar 1922, Budapeşt – 23 avqust 1991, Budapeşt) — Macar şairəsi. 1922-ci ildə Kalvinist ailəsində anadan olmuşdur. 1944-cü ildə Budapeşt Universitetini bitirir. Burada macar və latın dillərini, sənət tarixini öyrənir. Müharibədən sonra Yeni Ay jurnalının ədəbi qrupuna (Maqda Sabo, Qeza Otlik və başqaları) aid idi. Yanosh Pilinski ilə dost olmuşdur. 1948-ci ildən sonra jurnal hakimiyyət tərəfindən bağlandıqdan sonra (yalnız 1986-cı ildə fəaliyyətə davam etdi), on il Nemeş Aqnes yalnız tərcümələri çap edir, pedaqoji bir jurnalda çalışır və məktəbdə ədəbiyyat öyrədirdi. 1944–1958-ci illərdə ədəbi tənqidçi və Dünya xalqları ədalətliləri mükafatının lauriyyatı Sale Balaj Lendel ilə evli olur. Nemeş Aqnes obyektiv poeziyanın Eeliot xəttini inkişaf etdirir və duyğuların birbaşa dindarlığını ifadə edirdi.
Periqorlu Aqnes
Periqorlu Aqnes (fr. Agnes; v. 1345) — Albaniya Krallığının hökmdarı olan Durattso hersoqu Qravinalı İohann ilə evliliyi sayəsində Durattso hersoginyası. Aqnes heç vaxt Kraliça kimi seçilməsə də, siyasi cəhətdən nüfuzlu oldu. 1343-cü ildə Neapol Kralı Robertin ölümündən sonra o, böyük oğlu üçün Neapol taxt-tacında ikinci sırada olan Robertin nəvəsi ilə evlilik təşkil etdi. Aqnesin ambisiyası ailəsini varislik xəttinə yaxınlaşdırmaq idi. Aqnes Perigor qrafı VII Eli və ikinci həyat yoldaşı Brunissende de Fuanın qızı idi. Onun qardaşları arasında Avinyon Papalığının əsas fiquruna çevriləcək kardinal Eli de Talleyran-Perigor da var idi. Aqnes və İohann arasındakı evlilik, çox güman ki, Avinyon Papalığına olan rəğbətinə görə Siciliya Kralı Robert tərəfindən təşkil edilmişdir. Kralın Şimali İtaliyada gibellinlər əleyhinə ambisiyaları var idi və onlara nail olmaqda Papalıqdan və fransızlardan dəstək istəyirdi.
Qerqey Aqneş
Qerqey Aqneş (mac. Gergely Ágnes d. 5 oktyabr 1933) — Macarıstan şairi, nəsr yazıçısı, tərcüməçi, Koşut mükafatı laureatı. Onun əmisi qızı Fenakel Cudit eyni zamanda məşhur yazıçı və Ədəbiyyat Akademiyasının üzvüdür. Jurnalist Qutmann Cyordiya (mac. Guttmann György) və hökumət rəsmisi Fanakel Rosanın (mac. Fenákel Róza) ailəsində anadan olmuşdur. Uşaqlığını Zalaeqerseqdə keçirmişdir. Budapeşt və Seqeddəki məktəblərdə oxumuşdur. Atası Mauthauzen həbs düşərgəsində dünyasını dəyişmişdir.
Gergey Aqneş
Qerqey Aqneş (mac. Gergely Ágnes d. 5 oktyabr 1933) — Macarıstan şairi, nəsr yazıçısı, tərcüməçi, Koşut mükafatı laureatı. Onun əmisi qızı Fenakel Cudit eyni zamanda məşhur yazıçı və Ədəbiyyat Akademiyasının üzvüdür. == Bioqrafiyası == Jurnalist Qutmann Cyordiya (mac. Guttmann György) və hökumət rəsmisi Fanakel Rosanın (mac. Fenákel Róza) ailəsində anadan olmuşdur. Uşaqlığını Zalaeqerseqdə keçirmişdir. Budapeşt və Seqeddəki məktəblərdə oxumuşdur. Atası Mauthauzen həbs düşərgəsində dünyasını dəyişmişdir.
Vilya de Leqanes Kuboku
Vilya de Leqanes Kuboku (isp. Trofeo Villa de Leganés) – hər il İspaniyanın "Leqanes" futbol klubu tərəfindən keçirilən yoldaşlıq turniri. Turnirin qaliblərinə "Qızıl xiyar" mükafatı təqdim olunur. == Tarix və format == Vilya de Leqanes Kuboku 1980-ci ildə yay turniri kimi təsis olunmuşdur. Yoldaşlıq turniri xarakterli bu turnirdə ev sahibi "Leqanes" klubu ilə bir qonaq komanda yarışır. Turnir əsasən İspaniyada baş tutsa da, 1998-ci ildəki turnir "Kampomayorense" klubu ilə Portuqaliyada və 2013-cü ildəki turnir "Qətər" klubu ilə Qətərdə keçirilmişdir. "Leqanes" turnirin ən uğurlu komandasıdır (24 dəfə). Turnir müxtəlif formatlar üzrə keçirilmişdir. 1980–1996-cı illərdəki turnirlərin çoxu dörd komanda ilə baş tutmuş, qalib yarımfinal və final oyunları ilə müəyyən edilmiş, üçüncü yer uğrunda oyun keçirilmişdir. 1985, 1989, 1994 və 1995-ci illərdəki turnirlər, eləcə də, 1997-ci ildən etibarən keçirilən bütün turnirlər ancaq 2 komandanın iştirakı ilə baş tutmuşdur.
Müqəddəs Aqnes katakombaları
Müqəddəs Aqnes katakombaları (it. Catacomba di Sant'Agnese) — Romada, Via Nomentana ərazisində, Sant-Anyeze-fuori-le-Mura monumental kompleksi içərisində katakombalar. Katakombanın adı Müqəddəs Aqnesin adından gəlir. O, bu katakombalarda basdırılmış ən məşhur xristian şəhidi hesab olunur. Onun ölümü imperator Diokletianın əmri ilə xristianların təqib olunduğu dövrə təsadüf edir. Latın ənənəsinə görə, Müqəddəs Aqnes 21 yanvar 304-cü ildə, 12 yaşında öldürülmüşdür. Ehtimal olunur ki, cadugərlikdə günahlandırılan Aqnes odda yandırılmağa məhkum edilmişdir. Buna baxmayaraq, alov ona toxunmadan bədəninin altına yayılmış, saçları da çılpaqlığını örtəcək qədər uzanmışdır. Bu möcüzədən sonra Aqnesin boğazına qılınc vurulmuşdur. Ölümündən sonra cəsədi katakombalarda basdırılmışdır.
Müqəddəs Aqnes kilsəsi
Müqəddəs Aqnes kilsəsi ya Sant Aqneze in Aqone (it. S. Agnese in Agone, lat. Sanctae Agnetis in Agone) Roma şəhərində, Navona meydanında yerləşən, Müqəddəs Aqnesin adına tikilmiş titullu kilsə. Kilsənin yerində antik dövrdə fahişəxanalar yerləşirdi. Məhz bu yerdə Müqəddəs Aqnes şəhid edilmişdir. Rəvayətə görə məsihçiliyin təqib edildiyi dövrdə imperator Domisian məsihçi Aqnesin qarşısına şərt qoyur; ya o, Roma tanrına qurban verməli ya da rüsvayçılıqla fahişəxanaya göndəriləcək. Bundan imtina edə Aqnesin fitva ilə hücum çəkən kütlə paltarını cırıb zindana salırlar. Aqnesin saçları dərhal uzanaraq onun ayıbını örtür. Bu zaman agah olan mələk ona şəffaf bir örpək gətirmiş olur. Möcüzə dava edir; qızı zorlamaq istəyən hər bir kişi onu görcək ehtirasdan düşmüş olaraq utancaq bir şəkildə fahişəxananı tərk edirlər.