Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
ADNA
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və ya qısaca ADNSU — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == Universitetin tarixi 1887-ci ildən başlayır. 10 noyabr 1887-ci ildə Bakı şəhər duması tərəfindən Bakıda texniki məktəbin yaradılması haqqında qərar çıxarılmışdır. 1896-cı ildə texniki məktəb "Bakı aşağı səviyyəli texniki məktəbə" çevrilmişdir. 1896–1905-ci illər ərzində bu məktəbin mexanika şöbəsi üzrə 50 nəfər, inşaat şöbəsi üzrə isə 55 nəfər buraxılışı olmuşdur. 1910-cu ildə mexanika şöbəsinə neft-texniki və elektromexanika istiqamətlər daxil idi. 1916-cı ildə məktəbdə 494 tələbə təhsil alırdı ki, onlardan da 20 nəfəri azərbaycanlı idi. 1918-ci ildə məktəb politexnikum adlandırılmışdır. Politexnikumda neft sənayesi, elektromexanika və inşaat–memarlıq şöbələri fəaliyyət göstərmiş, tələbələrin sayı 188 nəfər olmuşdur. Bu dövrdə Azərbaycanda, aralarında 12 mühəndis olan cəmi 62 nəfər azərbaycanlının ali təhsili olmuşdur.
Anna
Anna — qadın adı. Anna Favella — İtaliya aktrisası. Anna Freyd — avstriya mənşəli ingilis psixoloqu. Anna Maria Jopek — Polşa caz müğənnisi. Anna Qreki — Əlcəzair yazıçısı. Anna Rita Del Piano — İtaliya kino, televiziya və teatr aktrisası və teatr rejissoru. Anna Samoxina — Məşhur sovet və rus aktrisası Anna Svirşinskaya — Polyak şairəsi. Anna Pavlova Anna Pavlova (balerina) — rus balerina. Anna Pavlova (gimnast) — gimnast. Anna Kendriç — Anna-Liza — Anna Arnautova — Anna Ketli — Anna Koulman Led — Anna Qaplan — Anna Radklif — Anna Sorokin — Anna Atkins — Anna Karima — Anna Kastilo — Anna Palm de Rosa — Anna Zak — Anna Polina — Anna Şudt — Oxşar adlar Anne Haney — ABŞ aktyoru.
Asena
Asena (lat. Acaena) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Assa
Assa Tiflis quberniyasının Tioneti qəzasında çay adı. == Toponimkası == Assa - Tiflis quberniyasının Tioneti qəzasında çay adı. Dağıstanın Qunib dairəsində Assa kənd adı (yenə orada) ilə ehtimal ki, eynidir. Türk dillərində as "çayın ağzı" sözündəndir.
Asuna
Asüna – keçmiş Kanada avtomobil markası. Asuna Kaqurazaka – "Negima! Magister Negi Magi" manqa seriyasının baş qəhrəmanlarından biri. Asuna (Sword Art Online) – "Sword Art Online" ranobe seriyasının baş qəhrəmanlarından biri. Asuna – "Pokemon" personajı.
Ayna
Ayna (qəzet) — həftəlik ictimai-siyasi Azərbaycan qəzeti. Ayna TV — Azərbaycanda fəaliyyət göstərən azərbaycandilli internet televiziya kanalı. Filmlər Ayna (film, 2000) — qısametrajlı bədii televiziya filmi. Ayna (film, 2006) — qısametrajlı cizgi filmi.
Azna
Əzna – İranın Luristan ostanının şəhərlərindən və Əzna şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 37,645 nəfər və 9,178 ailədən ibarət idi.
AŞPA
Avropa Şurası Parlament Assambleyası (AŞPA) insan hüquqlarının, demokratiyanın və qanunun aliliyinin müdafiəsi ilə məşğul olan 46 dövlətdən ibarət beynəlxalq təşkilat olan Avropa Şurasının parlament qoludur. Assambleya Avropa Şurasına üzv dövlətlərin milli parlamentlərini təmsil edən 306 üzvdən ibarətdir və adətən ildə dörd dəfə Strasburqda bir həftəlik plenar iclaslarda toplanır. O, daimi dialoq aparan hökumətləri təmsil edən icraedici orqan olan Nazirlər Komitəsi ilə birlikdə Avropa Şurasının iki qanuni orqanından biridir. Bununla belə, adətən təşkilatın “mühərriki” kimi qəbul edilən, hökumətləri insan hüquqları məsələlərində hesaba çəkən, demokratik standartları dəstəkləmək üçün dövlətlərə təzyiq göstərən, təzə ideyalar təklif edən və islahatlara təkan yaradan Assambleyadır. Assambleya ilk sessiyasını 10 avqust 1949-cu ildə Strasburqda keçirdi və onu Avropanın ən qədim beynəlxalq assambleyalarından birinə çevirdi. Onun əsas nailiyyətləri arasında: yeni üzv dövlətlərdən bütün edamları dayandırmağı tələb etməklə, Avropada ölüm hökmünün ləğvi; Avropa İnsan Hüquqları Konvensiyasının yaradılması və formalaşması; Avropa Şurasına üzv dövlətlərdə insan hüquqlarının pozulmasını ifşa edən yüksək profilli hesabatlar; 1989-cu ildən sonra demokratiyaya keçiddə keçmiş sovet ölkələrinə yardım; bir çox yeni mütərəqqi milli qanunların formalaşmasına ilham vermək və kömək etmək; münaqişələrin aradan qaldırılmasında və ya mübahisəli siyasi və ya sosial məsələlərdə konsensusa nail olmaqda üzv dövlətlərə yardım etmək Avropa Şurası Parlament Assambleyası - Avropa Şurasının iki əsas orqanından biri sayılır və üzv dövlətlərin əsas siyasi tendensiyalarını təmsil edir. Assambleya, Avropa əməkdaşlığı ideyasını Avropa boyu bütün demokratiyalara yaymaqda həlledici rol oynayır. == Səlahiyyətlər == Avropa Parlamentindən (Avropa İttifaqının institutu) fərqli olaraq, Assambleya məcburi qanunlar qəbul etmək səlahiyyətinə malik deyil. Bununla belə, o, 700 milyon avropalı üçün danışır və hüququna malikdir: Avropa Şurasının 46 ölkəsinin hökumətlərindən təşkilatın icraedici orqanı vasitəsilə birgə cavab verməli olan tədbirlər tələb etmək; Üzv dövlətlərin hər hansı birində insan hüquqlarının pozulmasını araşdırmaq; hər hansı məsələ ilə bağlı baş nazirlərə və dövlət başçılarına sualların ünvanlanması; parlamentariləri seçkiləri müşahidə etmək və böhranlarda vasitəçilik etmək üçün göndərmək; dövlətlərin veto hüququ sayəsində Avropa Şurasına daxil ola biləcəkləri şərtləri müəyyən etmək; ruhlandırmaq, təklif etmək və yeni milli qanunların formalaşmasına kömək etmək; üzv dövlətlərin qanunlarına və konstitusiyalarına hüquqi baxış tələb etmək; üzv dövlətin xaric edilməsini və ya fəaliyyətinin dayandırılmasını tövsiyə etməklə ona qarşı sanksiyalar tətbiq etmək AŞPA-nın qanunla müəyyən edilmiş mühüm funksiyaları Avropa İnsan Hüquqları Məhkəməsinə hakimlərin, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı və onun Baş katibinin, habelə İşgəncələrin Qarşısının Alınması üzrə Komitənin üzvlərinin seçilməsidir. Ümumiyyətlə, Assambleya ildə dörd dəfə Strasburqda, fr.
Aşan
Aşan (Marağa) — İranda kənd. Aşan — Xocavənd rayonunun inzibati ərazi vahidində kənd. Aşandağ — Xocavənd rayonu ərazisində dağ.
Aşina
Aşina — Göytürklərin ali hakimiyyətinin soyu. Əfsanəyə görə Aşina soyu bir dişi qurddan törəmişdir. == Soyun tarixi == Hunlar çinlilərə məğlub olduqdan sonra xan Aşina 500 ailə ilə jujanların (avarların) yanına gəlib Altayın cənubunda məskən saldı, onların vassalı oldu. Bu türklər Mərkəzi Asiya, Altay, Böyük Çöl ərazisində yaşayır, dəmirçiliklə məşğul olur, filiz əridirdilər. Aşina soyu Dulu və Nuşibi qollarına ayrılırdı. Tibetdə, Çində, Altaylarda və böyük Sibir çöllərində yaşayan türklər haqqında kitab yazan rus türkoloqu Lev Qumilyovun "Qədim türklər" kitabında yazılır: "635-ci ildə Dulu və Nuşibi tayfaları özünüidarə hüququ qazandılar. 5 Dulu və 5 Nuşibi tayfa rəisləri yerli zadəganlardan təyin olundu. Bunlar şada, yəni xana qan qohumu olan adamlara bərabər tutulurdu. Onların hər birinə hakimiyyət rəmzi kimi ox təqdim olundu. "On ox" türkləri adı belə yarandı (bunlan Çulo xanın oğlu igid və nəcib Aşina şeni etdi).
Aşnak
Aşnak, Əşnək — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km cənubda, Alagöz dağının cənub-qərbində, İrəvan-Talin avtomobil yolunun sol tərəfində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin adı həm də Eşnək formasında göstərilir. Kəndin adı ilk dəfə V əsrdə xatırlanır. Burada IV-V əsrlərə aid alban kilsəsinin qalıqları, IX-X əsrlərdə tikilən qalanın xarabalıqları indi də durur. Qədim Aşnak kəndi indiki Aşnak kəndindən 5 km qərbdə yerləşmişdir. Toponim aşina //aşna türk etnoniminə cəmlik bildirən -k şəkilçisinin artırılması yolu ilə düzəlib «aşina tayfasının yaşadığı kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Esna
İsna (ərəb. إسنا‎) - Misirin cənub hissəsində, Nil çayının sahilində yerləşən şəhər. Nil çayının qərb sahilində, əl-Üqsür və İdfu şəhərləri arasında yerləşən şəhərin 70 min əhalisi var. əl-Üqsür, İsnanın 55 km cənubunda yerləşir.
Sana
Səna (ərəb. صنعاء‎) — Yəmənin paytaxtı və böyük şəhəri. == Haqqında == Bütün göstəricilərə görə Səna Yəmənin ən böyük şəhəridir. Əhalisinin sayı 1,0 mln. nəfərə çatmış Səna dəniz səviyyəsindən 2150 metr hündürlükdə, qərbdən və şərqdən dağlarla əhatə olunan geniş və məhsuldar torpaqları olan düzənliyin ortasında yerləşir. Səna ölkənin əsas siyasi-inzibati, mədəni-maarif və sənaye mərkəzidir. Burada dövləti idarə edən idarələr, mühüm tədris müəssisələri, əsas sənaye sahələri cəmlənmişdir. Paytaxtın iqtisadi həyatında metal emalı, tikinti, yüngül və yeyinti sənaye sahələri üstünlük təşkil edir. Səna müasir tələblərə cavab verən şose yolları vasitəsilə Taiz, Hodeyda, Ədən şəhərləri ilə sıx əlaqə saxlayır. Şəhərin yaxınlığında beynəlxalq dərəcəli təyyarə meydanı var.
İsna
İsna (ərəb. إسنا‎) - Misirin cənub hissəsində, Nil çayının sahilində yerləşən şəhər. Nil çayının qərb sahilində, əl-Üqsür və İdfu şəhərləri arasında yerləşən şəhərin 70 min əhalisi var. əl-Üqsür, İsnanın 55 km cənubunda yerləşir.
Asya
Asya — qadın adı. Asya (müğənni) — türk müğənni. Asya Atakişiyeva — Azərbaycan aktrisası.
Ana
Ana — uşağın bioloji valideyni və ya bu rolu sosial daşıyan qadın. Doğma anadan başqa ögey ana da ola bilər. Qadın doğduğu uşağın süd anası sayılır. Reproduktiv tibbin inkişafı ilə əlaqədar olaraq bioloji ananı genetik və surroqat olaraq iki qrupa bölürlər. Burada bioloji ana dedikdə yumurtalığındakı hüceyrələrdən uşaq formalaşan ana başa düşülür. Surroqat ana isə yalnız bətnində uşağı gəzdirən və doğan qadındır. Həmçinin Ana haqqında çoxlu əsərlər və şeirlər var.Bunlara misal olaraq Cəfər Cabbarlının "Ana" şeirini demək olar.Burada C.Cabbarlı balaca ikən itirdiyi anasına olan məhəbbətindən bəhs edilir. Həmçinin şeirin 2-ci və 3-cü bəndində Rusiyaya qarşı olan nifrətdən də bəhs edilir.
Ana!
Ana! (ing. Mother!) — Darren Aronofskinin rejissorluğu və ssenaristliyini etdiyi 2017-ci il ABŞ istehsalı filmidir. Baş rollarda Cennifer Lourens, Xaviyer Bardem, Ed Harris və Mişel Pfayfer iştirak edir. Psixoloji-qorxu janrında olan filmin əsas süjet xətti sakit və durğun həyat sürən qadın və ərinin evinin gözlənilməz qonaqlar tərəfindən basqını üzərinə qurulub. Ana! filmi ilk dəfə 5 sentyabr 2017-ci ildə 74-cü Venesiya Film Festivalında nümayiş etdirildi. Film həmçinin festivalın əsas mükafatı olan "Qızıl Şir" uğrunda müsabiqədə iştirak edib. Büdcəsi 30 milyon $ olan film bütün dünyada 44,5 milyon $ gəlir əldə edib. Film tənqidçilər tərəfindən birmənalı olaraq qarşılanmayıb.
Aşa
Əşə (tatar. Әшә, Əşə, başq. Әшә, Əşə, rus.
ASAN Radio
ASAN Radio — Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən radio. 24 dekabr 2015-ci il tarixində 100.0 MHz tezliyində Bakı və Abşeron ərazisində sınaq yayımına başlayıb. Radionun direktoru Emin Musəvidir. ASAN Radio Azərbaycan dilində yayımlanır. == Yaradılması == ASAN radionun açılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tapşırıq vermişdi. 8 sentyabr 2015-ci ildə radionun açılması ilə Milli Televiziya və Radio Şurası Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 100 MHs tezliyində Azərbaycan üzrə teleradio yayımın aparılması üçün 6 illik lisenziya verib. Oktyabr ayında televiziya və radio sahəsində böyük təcrübəsi olan Emin Musəvi ASAN Radionun direktoru təyin olundu. 2015-ci ilin sonlarında, 24 dekabr tarixində ASAN radio test yayımına başladı. Radio ilk olaraq yalnız Bakı və Abşeron rayonları ərazisində yayımlanırdı. ASAN Radionun formalaşdırılmasında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi iştirak edib.
ASAN xidmət
"ASAN xidmət" — Azərbaycan Respublikasında dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən mərkəzlər. ASAN sözünün açılışı ingiliscə "Azerbaijan Service and Assessment Network"dür (azərb. Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi‎). "ASAN xidmət" Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tabedir. İlk "ASAN xidmət" mərkəzi 2013-cü ildə fəaliyyətə başlayıb. Hal-hazırda 27 mərkəz fəaliyyət göstərir. Onlardan 7-si Bakıda, iyirmisi isə Azərbaycanın bölgələrindədir. "ASAN xidmət"ə indiyə qədər 70 milyondan çox müraciət edilib. Xidmətlərin göstərilməsində könüllülər də cəlb olunur. "ASAN xidmət" mərkəzlərində müxtəlif dövlət orqanlarının vətəndaşlara göstərdiyi xidmətlərdən başqa funksional yardımçı xidmətlər də təklif olunur.
ASPA Patrulu
Aspa Patrulu (isp. Patrulla ASPA) — İspaniya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Uçuşlar üçün 5 ədəd Eurocopter EC120 Colibri helikopteri istifadə olunur. == Tarixi == Komanda 23 sentyabr 2003-cü ildə qurulmuşdur. İlk aviaşou 16 may 2004-cü ildə baş tutmuşdur. Komandanın ölkə kənarlarındakı ilk debütü 2005-ci ildə Portuqaliyada baş tutmuşdur.
Anna Bergendahl
Anna Henrietta Berqendal — İsveç müğənnisi. O, "This is My Life" mahnısı ilə İsveçi 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Anna Bergendal
Anna Henrietta Berqendal — İsveç müğənnisi. O, "This is My Life" mahnısı ilə İsveçi 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Anna Berqendal
Anna Henrietta Berqendal — İsveç müğənnisi. O, "This is My Life" mahnısı ilə İsveçi 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Anna Bitiyeva
Anna Bitiyeva (17 noyabr 1987, Sxinval) — Azərbaycanı təmsil edən bədii gimnast. == Karyerası == Anna Bitiyevanın da olduğu Azərbaycan qrupu 2007-ci ildə Patras şəhərində (Yunanıstan) baş tutan Dünya Çempionatını onuncu pillədə başa vurdu və olimpiya lisenziyasına sahib oldu. Anna Bitiyeva Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi. Alina Trepina, Anastasiya Prasolova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay və Vəfa Hüseynovada ibarət qrup beş iplə turnirdə 15.575 balla 8-ci pillədə qərarlaşdı. Avqustun 22-də 3 halqa/2 gürzlə turnirdə çıxış edən qrup turniri 15.875 balla 7-ci pillədə başa vurdu. Ümumi nəticədə isə Azərbaycan qrupu 31.450 balla 12 qrup sırasında 8-ci pillədə qərarlaşdı və olimpiadanın final mərhələsinə vəsiqə qazandı. Final mərhələsində qrup əvvəl beş iplə turnirdə mübarizə apardı. Nəticədə Azərbaycan gimnastları 16.075 balla turniri altıncı pillədə başa vurdu. 3 halqa/2 gürzlə turnirdə Azərbaycan qrupu 15.500 balla turniri yeddinci pillədə başa vurdu. Ümumi nəticədə isə Alina Trepina, Anastasiya Prasolova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay və Vəfa Hüseynovadan ibarət qrup Olimpiya Oyunlarında 31.575 balla yeddinci pillənin sahibi oldu.
АЩНЦ-3 katalizatoru