MÜTBİQAT
MÜTƏAHİD
OBASTAN VİKİ
Mütə
Mütə və ya Mütə nikahı; (ərəb. نكاح المتعة‎ Nikāh əl-Mut'ah) - İslamda bir kişi ilə razılığı olan bir qadının, kişi tərəfindən qadına verilən müəyyən mehriyyə müqabilində, müəyyən bir vaxt ərzində evlənməsi. Bəzi mənbələrdə müvəqqəti nikah da deyilir. == Etimologiya == Ərəb dili lüğətində "özündən faydalanılan şey" mənasına gələn mütə, fiqhi bir termin olaraq boşanma və ya evliliyin ləğvindən sonra kişinin qadına verdiyi hər hansı mehriyyəyə deyilir. Bundan başqa müəyyən bir mehriyyə qarşılığında, müəyyən bir vaxta edilən nikaha da mütə deyilir. == Haqqında nəql olunan kəlamlar == Mut`ə ayəsi Allahın kitabında nazil olmuşdur. Biz Allah Rəsulunun (s.ə.s) dövründə ona əməl edirdik. Onu haram edəcək ikinci bir ayə nazil olmadı. Allah Rəsulu (s) da dünyadan köçdüyü günə qədər bizə bu əməli (mutəni) qadağan etmədi. Bir kişi öz rəyi və meyli əsasında bu barədə ürəyi istədiyini dedi.Muhəmməd (əl-Buxari) dedi: Bu şəxs Ömər idi.
Mütə döyüşü
Mütə döyüşü (ərəbcə: غزوة مؤتة) — Şərqi Roma İmperiyası ilə Müsəlmanlar arasında baş vermiş ilk müharibə idi. == Səbəbləri == İslam peyğəmbəri Məhəmməd böyük dövlətlərin hökmdarlarına elçilər göndərdi və onları İslama dəvət etdi. Bu səfirlərdən biri Haris bin Umayr, Bizans İmperiyasının Busra (Havran) valisinə göndərildi. Lakin Busra valisi Şurahbil elçini öldürdü. Bunu eşidən Məhəmməd Şürahbilin üstünə bir ordu göndərməyə qərar verdi. == Döyüş == Müsəlmanlar 3000 nəfərlik bir ordu qurdular. Ordu komandanlığı ilə əlaqədar Məhəmməd bu təlimatları verdi: "Zeyd bin Harisəni komandir təyin etdim. Zeyd bin Harisə şəhid olarsa, qoy Cəfər bin Əbu Talib onu əvəz etsin, Cəfər bin Əbu Talib şəhid olarsa, Abdullah bin Revaha onu əvəz etsin oda şəhid olarsa Müsəlmanlar öz arasından münasib birini seçib onu özlərinə komandir təyin etsin." Daha sonra Məhəmməd orduya qadınları, uşaqları və yaşlıları öldürməmələri lazım olduğunu söylədi; Ağacları, evləri və kilsələri məhv etməmələrini buyurdu. İslam Ordusunun Mədinədən yola düşdüyünü eşidən Şürahbil, Bizans İmperatoru I. İrakliyə bir məktub göndərdi. Bu vaxt, qardaşı Sedusun əmrində Vadi'l Kürə müsəlmanlarla görüşmək üçün göndərir.
Adilə Mütəllibova
Adilə Mütəllibova, Ədilə Mütəllibova (1938, Bakı – 5 iyul 2019, Bakı) — Azərbaycan Respublikasının ilk birinci xanımı, prezident Ayaz Mütəllibovun həyat yoldaşı. İxtisasca həkim idi. == Həyatı == Adilə Mütəllibova 1938-ci ildə Bakı şəhərində anadan olub. Həyat yoldaşı ilə 1961-ci ildə Bakıda ailə qurub və Bakıda yaşayıblar. Ayaz Mütəllibov 1992-ci ildə hakimiyyətdən gedəndən sonra Adilə Mütəllibova onunla birlikdə Moskvada yaşamışdır. 2011-ci ilin avqustunda oğlu Azad Mütəllibov vəfat edəndə, o da Ayaz Mütəllibovla birlikdə Bakıya gəlmişdi. Mətbuatla ünsiyyət saxlamırdı. Mütəllibova 5 iyul 2019-cu ildə uzun sürən bir xəstəlikdən sonra 81 yaşında vəfat edib. Onun dəfn mərasimi həmin gün Bakıda Təzə Pir məscidində keçirilib. Bakı Yasamal qəbiristanlığında oğlu Azadın yanında dəfn edilib.
Asəf Mütəllimov
Asəf Rəhman oğlu Mütəllimov (2 aprel 1966, Neftçala rayonu – 1993, Mərzili) — "Azərbaycan Bayrağı" ordeni kavaleri, Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asəf Mütəllimov 1966-cı il aprel ayının 2-də Neftçala rayonunda anadan olmuşdur. == Hərbi xidməti == === Birinci Qarabağ müharibəsində iştirakı === Qarabağ döyüşləri zamanı könüllü olaraq Milli Ordu sıralarına qoşulmuş, Ağdərə, Tərtər, Ağdam ətrafında gedən döyüşlərdə xüsusi igidliklər göstərmişdir. PDM ekipajının mexaniki olaraq və onu digər iki döyüş yoldaşı Mərzili kəndi uğrunda gedən döyüşlərdə iştirak ediblər. Ermənistan Silahlı Qüvvələrinə məxsus 8 PDM-ni, 3 tankını ələ keçirib 30 canlı qüvvəsini məhv etmişdir. Asəf Mütəllimov 1993-cü ildə Ağdam rayonun Mərzili kəndində gedən döyüşlərdə həlak olmuşdur. Pirətavan qəbristanlığında dəfn edilmişdir. === Monte Melkonyanın öldürülməsi ilə bağlı === Onun və ekipajının "Abo" ləqəbli erməni terrorçusu Monte Melkonyanın maşınını atəşə tutması ilə bağlı versiya var. Nəticədə onun ekipajı tərəfindən terrorçu məhv edilmişdir. Bununla bağlı "258 nömrəli PDM-in ekipajı" sənədli film çəkilib.
Ayaz Mütəllibov
Ayaz Niyazi oğlu Mütəllibov (12 may 1938, Bakı – 27 mart 2022, Bakı) — Azərbaycan siyasi xadimi, Azərbaycan Respublikasının 1-ci prezidenti (1990–1992), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu, 14-cü birinci katibi (1990–1991). == Həyatı == Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Əslən Şamaxının Sarıtorpaq məhəlləsindəndir. 1962-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu maşınqayırma ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 1958-ci ildə Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutu bürosunun böyük texnik-konstruktoru kimi başlamışdır. 1959–1974-cü illərdə Bakı məişət elektrik cihazlar zavodunda işləmişdir. Burada o, quraşdırma sexinin ustası, mühəndis, texniki nəzarət şöbəsinin rəisi, baş konstruktor, baş mühəndis, zavodun direktoru olmuşdur. 1974–1977-ci illərdə "Bakelektroməişətmaş" istehsalat birliyinin baş direktoru olmuşdur. Ayaz Mütəllibov 27 mart 2022-ci ildə 83 yaşında ölmüşdür. Sabiq prezident Birinci Fəxri Xiyabanda dəfn edildi.
Azad Mütəllimov
Azad Mütəllimov — Azərbaycanlı futbol hakimi. == Fəaliyyəti == Futbol üzrə Azərbaycan çempionatının yüksək liqa qarşılaşmalarında 129 dəfə baş hakim olmuşdur. 2013-cü ildə keçirilmiş Tolerantlıq Kubokunun final oyununu idarə etmişdir.
Ağacavad Mütəllimzadə
Ağacavad Ələsgər oğlu Mütəllimzadə (14 avqust 1997, Maştağa – 22 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağacavad Mütəllimzadə 1997-ci il avqustun 14-də Sabunçu rayonunun Maştağa qəsəbəsində anadan olub. == Hərbi xidməti == 2020-ci ilin 14 iyul tarixində general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Ağacavad Mütəllimzadə də səfərbər olunmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Ağacavad Mütəllimzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ağacavad Mütəllimzadə oktyabrın 22-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Sabunçu rayonunun Maştağa qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağacavad Mütəllimzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağacavad Mütəllimzadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağacavad Mütəllimzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ağacavad Mütəllimzadə ​ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Bakı mütəkkəsi
Balvanə-i Mütəmadi (Qürvə)
Balvanə-i Mütəmadi (fars. بالوانه معتمدي‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 319 nəfər yaşayır (70 ailə). Əhalisini kürdlər təşkil edir.
Cənubi Vyetnam Mütəqillik Sarayına bombalı hücum (1962)
1962 Cənub Vietnam mütəqillik sarayına bombalı hücum — Cənubi Vyetnamın paytaxtı Sayqonda yerləşən, prezidentin iqamət etdiyi Müstəqillik sarayına təşkil edilən hava hücumudur. Hücumu təşkil edənlər fərqli pazisiyalardakı iki Vyetnam Hava Qüvvələri pilotları olan leytenant Nguen Van Ku ilə baş leytenant Fam Fu Kuok idi. Pilotlar prezident Ngo Din Diem ilə yanaşı siyasi məsləhətçiləri də olan ailəsini də öldürmək məqsədi güdmüşdülər. Hadisənin ardından pilotlar, hücumu Diemin Avtoqratiq üsulu üzündən etdiklərini demişdilər. Prezidentin Cənub Vietnam hakimiyyətini devirməklə təhdid edən Marksist-Leninist bir partizan dəstəsi olan "Vietnam Milli Qurtuluş Cəbhəsi" ilə mübarizə aparmaqdansa, hakimiyyətdə qalmağa çalışdığını bildirmişlər. Cu və Quoç hücümun Diemin qorunmasızlığını ortaya çıxarıb xalqı ayağa qaldıracağını gözləsələr də, hadisələr bu istiqamətdə dəyişmədi.Bombalardan biri sarayın sol tərəfinə, Prezidentin kitab oxumaqda olduğu otağa düşdü, lakin partlamadı.Bu səbəbdən də prezident "İlahi bir qoruma"ya sahib olduğunu iddia etdi. Kiçik yaralarla qaçmağı bacaran prezidentin kiçik qardaşı Madame Ngo Dinh-dan başqa prezidentin ailəsi hücumdan yarasız qurtuldu, ancaq üç saray işçisi öldü və 30(bəzi mənbələrə görə isə 20) nəfər yaralandı. Hücumundan sonra Cử Kambocaya qaçmağı bacardığı halda, Quoç həbs olundu və həbsə göndərildi. Hücum nəticəsində Diem Cənubi Vyetnamdakı Amerika varlığına düşmən oldu.Diem Amerikan mediasının onu prezidentlikdən salmaq istəməsini iddia edərək mətbuat azadlığı və siyasi birliklər üzərinə yeni məhdudiyyətlər gətirdi. ABŞ-nin bu hadisəni Cənub Vyetnamda vuruşma məqsədli qoşun saxlamağa haqlı çıxaracaq bir səbəb olaraq istifadə edəcəyini irəli sürdü.
Ermənistan Mütərəqqi Birləşmiş Kommunist Partiyası
Ermənistan Mütərəqqi Birləşmiş Kommunist Partiyası (erm. Հայաստանի Առաջադիմական Միացյալ Կոմունիստական Կուսակցություն, Hayastani Aracadimakan Miatsial Komunistakan Kusaktsutyun) — Ermənistanda kommunist siyasi partiya. Vazgen Səfəryan tərəfindən təsis edilmişdir. == Tarixi == Partiya hal-hazırda Ermənistanda səlahiyyətli üç kommunist partiyasından biridir. Buna baxmayaraq, partiyanın heç vaxt Milli Məclisdə təmsilçiliyi olmamışdır. 2012-ci ildə Ermənistanda keçirilən parlament seçkilərindən əvvəl partiyanın Ermənistan Kommunist Partiyası ilə siyasi ittifaq quracağı barədə xəbərlər yayılmışdı. İki partiya arasında danışıqlar aparılsa da, Ermənistan Kommunist Partiyası 2012-ci il seçkilərində təkbaşına, Birləşmiş Kommunist Partiyası isə iştirak etməmək qərarına gəlmişdir. Partiya 2018-ci ildə Ermənistanda keçirilən parlament seçkilərində iştirak etməmişdir. == İdeologiya == Partiya rəhbərləri "SSRİ dövründə Ermənistanın sərvətini və firavanlığın bərpa etmə"yi qarşısına məqsəd qoymuş, pulsuz təhsilin, pulsuz tibbi xidmətin, iqtisadiyyatın istehsal və sənaye sahələrinin inkişafının tərəfdarı idilər.
Firəngiz Mütəllimova
Firəngiz Mütəllimova (Firəngiz Bəhər qızı Mütəllimova; 1 may 1959, Ağcabədi) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının xalq artisti, Prezident təqaüdçüsü (2019). == Həyatı == Firəngiz Bəhər qızı Mütəllimova 1 may 1959-cu ildə Ağcabədi rayonunda doğulub. Ancaq əslən Şuşalıdır. 1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub və 1980-ci ildə oranı bitirib. Həmin il Azərbaycan Akademik Milli Dram Teatrına aktrisa götürülüb. Elə ilk gündən ona məsul rollar tapşırılıb və istedadının dəyərli çalarları üzə çıxıb. Teatrda səmərəli fəaliyyət göstərən Firəngiz Mütəllimova paralel olaraq televiziya tamaşalarında da iştirak edib. Üçillik fasilədən sonra aktrisa 1996-cı ildən yenidən Akademik teatrın truppasına qəbul olunub. Qısa müddətdə repertuardakı tamaşaların bir neçəsinə daxil edilib, təzə əsərlərdə rollar oynayıb. Gözəl ("Qılınc və qələm", Məmməd Səid Ordubadi), Qumral ("Əliqulu evlənir", Sabit Rəhman), Bəyim ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev), Aynur ("Büllur sarayda", İlyas Əfəndiyev), Mələk ("Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev), Gülnaz ("Mahnı dağlarda qaldı", İlyas Əfəndiyev), Gülruh ("Şeyx Xiyabani", İlyas Əfəndiyev), Gülnaz ("Tənha iydə ağacı", İlyas Əfəndiyev), Azadə xanım ("Dəlilər və ağıllılar", İlyas Əfəndiyev), Sonya ("Sizi deyib gəlmişəm", Anar), Firəngiz ("Təhminə və Zaur", Anar), Anna ("Həyatın dibində", Maksim Qorki), Reya ("Böyük Romul", F. Dürrenmatt), Tereza ("Biganələr oteli", Rüstəm İbrahimbəyov), Əsmər ("Günah", R. Əlizadə), Nisə xanım ("Lənkəran xanın vəziri", Mirzə Fətəli Axundzadə), Maral ("Sənsiz", Şıxəli Qurbanov), Nədidə ("Qanlı Nigar", Sadıq Şəndil), Aysulu ("Sokratı anma gecəsi", Çingiz Aytmatov və M. Şahanov), Arvad ("Mənim ərim dəlidir" ("Diaqnoz D"), Gülzar ("Poçt şöbəsində xəyal", Elçin), Sevər ("Bu dünyanın adamları", Hidayət Orucov), Həvva ("Varlı qadın", Əli Əmirli), Raisa ("Mesenat", Əli Əmirli), Nigar ("Qanlı Nigar", Sadıq Şəndil), Kərbəlayi Fatmanisə ("Almaz", Cəfər Cabbarlı) və s.
Haqq-batil savaşı (Mürtəza Mütəhhəri)
Haqq-batil savaşı — Mürtəza Mütəhhərinin fəlsəfi əsəri. == Məzmun == Görkəmli filosof və mütəfəkkir Mürtəza Mütəhhərinin “Haqq-batil savaşı” kitabı müəllifin bu mövzuda etdiyi beş çıxışından və kitaba əlavə olunmuş “İnsanın tarixdə ictimai təkamülü” adlı iki mühazirəsindən ibarətdir. Kitabda əsasən insan, cəmiyyət və tarixdə, keçmiş və günümüzdə haqq və batil məsələləri, haqq və batil arasında gedən mübarizə fərqli baxış bucaqlarından — elmi-fəlsəfi, ictimai-psixoloji yöndən təhlil olunur.
Haqq-batil savaşı (Mütəhhəri)
Haqq-batil savaşı — Mürtəza Mütəhhərinin fəlsəfi əsəri. == Məzmun == Görkəmli filosof və mütəfəkkir Mürtəza Mütəhhərinin “Haqq-batil savaşı” kitabı müəllifin bu mövzuda etdiyi beş çıxışından və kitaba əlavə olunmuş “İnsanın tarixdə ictimai təkamülü” adlı iki mühazirəsindən ibarətdir. Kitabda əsasən insan, cəmiyyət və tarixdə, keçmiş və günümüzdə haqq və batil məsələləri, haqq və batil arasında gedən mübarizə fərqli baxış bucaqlarından — elmi-fəlsəfi, ictimai-psixoloji yöndən təhlil olunur.
Kamil insan (Mürtəza Mütəhhəri)
Kamil insan — Mürtəza Mütəhhərinin əxlaqi-fəlsəfi əsəri. == Məzmun == Böyük filosof Mürtəza Mütəhhərinin bənzərsiz kitablarından olan bu kitabda müxtəlif fikir məktəblərinin “kamil insan” məfhumuna baxışları araşdırılır. Araşdırılan bir çox şərq və qərb məktəblərinin nöqsanları üzə çıxarılaraq göstərilir ki, əslində, qeyd olunan məktəblər hər baxımdan kamil olan bir insan yetişdirməyə qadir deyildirlər. Nəhayət, alim dəqiq əqli təhlillərdən sonra sübut edir ki, yalnız, səmavi göstərişlərə əsaslanan İslam dini kamil insan yetişdirmək qüdrətinə malikdir.
Kamil insan (Mütəhhəri)
Kamil insan — Mürtəza Mütəhhərinin əxlaqi-fəlsəfi əsəri. == Məzmun == Böyük filosof Mürtəza Mütəhhərinin bənzərsiz kitablarından olan bu kitabda müxtəlif fikir məktəblərinin “kamil insan” məfhumuna baxışları araşdırılır. Araşdırılan bir çox şərq və qərb məktəblərinin nöqsanları üzə çıxarılaraq göstərilir ki, əslində, qeyd olunan məktəblər hər baxımdan kamil olan bir insan yetişdirməyə qadir deyildirlər. Nəhayət, alim dəqiq əqli təhlillərdən sonra sübut edir ki, yalnız, səmavi göstərişlərə əsaslanan İslam dini kamil insan yetişdirmək qüdrətinə malikdir.
Materializmə yönəlmənin səbəbləri (Mütəhhəri)
Materializmə yönəlmənin səbəbləri — Mürtəza Mütəhhərinin əsəri. == Məzmun == İnsanları materializm dünyagörüşünə hansı səbəblər gətirib çıxardı? Müasir materialist təfəkkür, əslində, nəyə qarşı yönəlmişdi; kilsəyə, yoxsa ümumi teizmə? Materialist düşüncəyə görə "İlk səbəb" problemi, şərq fəlsəfəsində də problemdirmi? Doğurdanmı Təkamül nəzəriyyəsi ilə Tanrının varlığı mövzusu, həmçinin materiyanın əzəliliyi ilə Tanrının mövcudluğu mövzusu birlikdə qəbul edilə bilməz?! Yaradılış anlayışı nədir? Yoxdan varetmə, yoxsa mövcudu varetmə? Bu ziddiyyət necə həll edilə bilər? "Nizam dəlili" ilə, doğrudan da, Tanrının varlığını isbat etmək olarmı? Devid Yumun "nizam dəlili"nə qarşı irəli sürdüyü iradlara veriləcək qaneedici cavab varmı?
Mirzə Nəsrulla Məlikül-Mütəkəllimin
Mirzə Nəsrulla Məlikül-Mütəkəllimin (15 avqust 1860, İsfahan – 28 noyabr 1908, Tehran) – İranın görkəmli ictimai xadimi, cəsur inqilabçı, yazıçı və mütəfəkkiri idi. == Həyatı == Mirzə Nəsrulla Məlikül-Mütəkəllimin 1908-ci ildə İrandakı əksinqilabi çevriliş zamanı Məhəmmədəli şahın əmri ilə vəhşicəsinə öldürülmüşdür.
Mütəllim Mütəllimov
Mütəllim Kəblə oğlu Mütəllimov (1909, Ağcabədi, Şuşa qəzası – 1981, Bakı) — Azərbaycanlı xanəndə. == Həyatı == Mütəllim Mütəllimov 1909-cu ildə Ağcabədi rayonunda anadan olmuşdur. Qarabağ muğam məktəbinin nümayəndəsi. 1930-cu ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi çıxış edib. O, repertuar seçiminə diqqətlə yanaşmış, öz səsinə uyğun muğam və təsnifləri oxumuşdur. 1930 illərdən M.Mütəllimov Bakıda ADF-nin solisti olmuş, geniş konsert fəaliyyəti ilə məşğul olmuşdur. M. Mütəllimovun repertuarında «Çahargah», «Orta Mahur», «Bayatı-Şiraz», «Mirzə Hüseyn Segahı», «Şur» muğam-dəstgahları xüsusi yer tuturdu. O, mahir təsnif ifaçısı kimi də tanınmışdı, çox zaman təsnifləri silsilə şəklində yəni, ardıcıl olaraq «Rast» və ya «Segah» təsniflərini ifa edirdi. Muğamlara o, özünəməxsus həssaslıqla yanaşmışdır. Belə ki, «Segah» muğamının variantları onun ifasında incə lirizmi ilə, «Çahargah» və «Orta Mahur» muğamları döyüş ruhu ilə yadda qalmışdır.
Mütənasib
Mütənasib - iki kəmiyyətdən birinin artması (azalması) ilə o biri kəmiyyətində eyni dərəcədə artması (azalması). Mütənasib ölçülərin dəyişməz münasibəti mütənasiblik əmsalı adlanır. '∝' riyazi simvolu iki ölçünün mütənasibliyinin göstərilməsi üçün istifadə olunur. Nümunə, A ∝ B. Yunikod kodlaşdırılmasında simvolun qısayol keçidi: U+221D. == Düz mütənasiblik == Düz mütənasiblik — arqumentin (x) neçə dəfə artması ilə funksiyanında (y) bir o qədər artmasının funksional asılığıdır. Riyaziyyatda düz mütənasiblik ifadəsi aşağıdakı düstur şəklində yazılır: f ( x ) = k x , k = c o n s t {\displaystyle f(x)=kx,k=const} == Tərs mütənasiblik == Tərs mütənasiblik — arqumentin neçə dəfə artması ilə funksiyanın bir o qədər azalmasının funksional asılılığıdır. y = k x , x ≠ 0 , k ≠ 0 {\displaystyle y={\frac {k}{x}},x\neq 0,k\neq 0} Funksiyanın xüsusiyyətləri: Təyin oblastı D ( y ) = ( − ∞ ; 0 ) ∪ ( 0 ; + ∞ ) {\displaystyle D(y)=(-\infty ;0)\cup (0;+\infty )} Qiymətlər oblastı E ( y ) = ( − ∞ ; 0 ) ∪ ( 0 ; + ∞ ) {\displaystyle E(y)=(-\infty ;0)\cup (0;+\infty )} Funksiya təkdir, çünki f ( − x ) = k − x = − k x = − f ( x ) {\displaystyle f(-x)={\frac {k}{-x}}=-{\frac {k}{x}}=-f(x)} Funksiya k>0 olduqda ( − ∞ ; 0 ) {\displaystyle (-\infty ;0)} aralığında azalır və ( 0 ; + ∞ ) {\displaystyle (0;+\infty )} artır (k<0 olduqda əks proses).
Mütənəbbi
Əbu ət-Tayyib əl-Mütənəbbi Əhməd ibn əl-Hüseyn ibn əl-Həsən ibn Əbd əs-Səməd əl-Cufi əl-Kindi əl-Kufi (ərəbcə: أبو الطيب المتنبي أحمد بن الحسين بن الحسن بن عبد الصمد الجعفي الكندي الكوفي ; 920[…] və ya 915, Kufə – 23 sentyabr 965) — X əsrin dahi ərəb şairi == Həyatı == Əslən Cufə qəbiləsindən olan şair Kufə şəhərinin əl-Kində məhəlləsində kasıb bir ailədə anadan olmuşdur və nəsəbini də elə bu yerin adından götürmüşdür. Əl-Mütənəbbinin Kufə kimi elm və mədəniyyət ocağında böyüməsi onun hərtərəfli bir şəxsiyyət, müdrik bir insan kimi formalaşmasında böyük rol oynamışdır. Ədib ilk təhsilini də məhz burada — Kufədə, şiə yönlü məktəbdə almışdır. Əksər orta əsr tədqiqatçıları əl-Mütənəbbinin hələ uşaqlıqdan şeir yazdığını və gözəl nitq qabiliyyətinə malik olduğunu bildirirlər. Gənc Əhməd öz həmyaşıdlarından gözəl şeir duyumu və hazırcavablığı ilə fərqlənirdi. 924-cü ildə doğma şəhəri qərmətilər tərəfindən işğal olunduğuna görə, ailəsi ilə birlikdə buranı tərk edib, 2 ilə yaxın Suriya bədəviləri arasında yaşayıb. Köçərilərin əhatəsində keçirdiyi illər onun həyat prinsiplərinin, ictimai-siyasi görüşlərinin, bədii zövq və meyllərinin formalaşması və müəyyənləşməsinə əhəmiyyətli təsir göstərib. Burada – şəhərdəkindən fərqli bir dil mühitinin hökm sürdüyü səhrada o, yaxşı qorunmuş, korlanmamış, canlı klassik ərəb dilini mənimsəyir. Yeri gəlmişkən, təmiz ərəbcəni bədəvilərdən öyrənmək o dövrün şair və dilçiləri arasında yayılmış hal idi. Gənc Mütənəbbi Kufəyə qayıtdıqdan və ilk şeirlərini yazdıqdan sonra, istedadı üçün daha geniş meydan tapmaq ümidi ilə Bağdad, Şam və başqa mərkəzlərə səfərə çıxır, müxtəlif saraylara yol axtarır.
Mütərcim
Mütərcim (jurnal) — Azərbaycanda nəşr olunan jurnal. Mütərcim (nəşriyyat) — Azərbaycanda Nəşriyyat-Poliqrafiya Mərkəzi.
Mütərcim (jurnal)
«Mütərcim» ədəbi, elmi, tərcümə jurnalı 1996-cı ildən nəşr olunur. İldə 4 dəfə buraxılır. Təsisçilər: Azərbaycan Yazıçılar Birliyi, Bakı Slavyan Universiteti «Mütərcim» Tərcümə Mərkəzi Jurnal əsasən dünya ədəbiyyatı korifeylərinin əsərlərinin orijinaldan Azərbaycan dilinə, Azərbaycan yazarlarının əsərlərinin xarici dillərə tərcümələrini, həmçinin bədii tərcümə işinin aktual problemləri, tərcüməçilik işi, tərcümə sənəti, tərcümə nəzəriyyəsi və tarixi, ədəbiyyatşünaslıq və s. mövzuda respublikamızın tanınmış mütəxəssislərinin elmi məqalələrini öz səhifələrində işıqlandırır. Jurnalda «Bədii tərcümə», «Elmi-filoloji tərcümələr», «Tərcümə problemləri», «Tərcümə təriximizdən», «Tərcümə örnəklərimiz», «Ədəbiyyatşünaslıq», «Tarixdə türklər», «Nəsr», «Poeziya», «Ədəbi birliklər və dərnəklər» və s. rubrikalar fəaliyyət göstərir. Dərgi V.Şekspirin «Hamlet», «Kral Lir», «Maqbet»; F.Nitsşenin «Zərdüşt belə demişdir»; A.Kamünün «Taun»; E.Heminqueyin «Yağış altında pişik»; B.Poulsenin «Fil sümüyündən qüllə»; X.Kortasarın «Qorxulu yuxular»; O.Uayldın «Fövqaladə fişəng»; J.P.Sartrın «Divar», «Ədəbiyyat nədir»; E.A.Ponun «Morq küçəsində qətl»; G.Mopassanın «Cehiz»; C.Stüartın «Məhəbbət»; A.Miskeviçin «Pan Tadueş»; F.M.Dostoyevskinin «Karamazov qardaşları», «Gülməli adamın yuxusu», «Atalar və oğullar»; Y.Haşekin «Qoçaq əsgər Şveykin sərgüzəştləri»; A.K. Doylun «Ledi Frensis Karfaksın yoxa çıxması, «Masqreyvlər ailəsinin ritualı»; G.Hegelin «Müsəlmanlıq»; E.Kolduelin «Kristi Tökerin ölümü»; S.Dalinin «Sürrealizm mənəm»; M.Acinin «Qıpçaq çölünün yovşanı»; U.S.Moemin «Həyati hadislər», «Edvard Barnardın dönüklüyü», «Neyl Makadam»; R.Şeklinin «Mütləq silah»; H.Beytsin «Fransa üzərində küləklər»; Q.Qrinin «Canlılar yaşayan otaq»; Ə.Nəvainin «İnsan ürəyi yeyən hind»; T.Hüseynin «Əli və övladları»; C.Bayron, K.Simonov, A.Morua, Y.Yevtuşenko, N.Rubtsov, V.Şimborska, A.S.Puşkin, M.Y.Lermontov, Lonqfellou, A.Opi, C.Kits, U.Vüdsövs, B.Posternak, V.Mayakovski, S.Yeseninin şeirləri və s. kimi dünya ədəbiyyatı korifeylərinin əsərlərinin orijinaldan tərcümələrini öz səhifələrində işıqlandırmışdır. Jurnal S.Məmmədzadə, S.Mustafa, S.İsgəndərov, E.Borçalı, M.Hacıyev, A.Qasımova, A.Abbasov, H.Orucov, M.Qocayev, Q.Əhmədov, M.Hacıyev və s. peşəkar tərcüməçilərlə sıx əməkdaşlıq edir.
Qivami Mütərrizi
Qivami Mütərrizi — XII əsr Azərbaycan şairi. == Həyatı == Nizami Gəncəvinin yaxın qohumu olmuş Qivami Mütərrizi XII əsrdə Gəncədə anadan olmuşdur. O, ədəbiyyat tarixinə Əbül-üla Gəncəvi məktəbinin istedadlı davamçısı kimi düşmüşdür. Ehtimala görə Qivaminin 7000 beytlik divanı olmuşdur. Bəzi mənbələr onun Nizami Gəncəvinin qardaşı olduğunu yazır. == Yaradıcılığı == Qivami Mütərrəzinin divanı Britaniya muzeyində saxlanılır. Qivami Gəncəvinin təxəllüsü "Mütərrizi" olmuşdur. Onun "Bədiiliyin sehirkarlıqları" adlı məşhur qəsidəsi şərhləri ilə birlikdə Özbəkistanda Ə.Biruni adına İnstitutun əlyazmalar şöbəsində saxlanılır. == Əsərləri == Şair saray həyatına tamamiylə biganə olsa da, Eldəgizlərə, Cahan Pəhləvana, Qızıl Arslana qəsidələr yazmış, onların qüdrətini alqışlamişdır. Qızıl Arslanın ölümündən sonra ona şeir həsr etmişdir.
Qivami Mütərrizi Gəncəvi
Qivami Mütərrizi — XII əsr Azərbaycan şairi. == Həyatı == Nizami Gəncəvinin yaxın qohumu olmuş Qivami Mütərrizi XII əsrdə Gəncədə anadan olmuşdur. O, ədəbiyyat tarixinə Əbül-üla Gəncəvi məktəbinin istedadlı davamçısı kimi düşmüşdür. Ehtimala görə Qivaminin 7000 beytlik divanı olmuşdur. Bəzi mənbələr onun Nizami Gəncəvinin qardaşı olduğunu yazır. == Yaradıcılığı == Qivami Mütərrəzinin divanı Britaniya muzeyində saxlanılır. Qivami Gəncəvinin təxəllüsü "Mütərrizi" olmuşdur. Onun "Bədiiliyin sehirkarlıqları" adlı məşhur qəsidəsi şərhləri ilə birlikdə Özbəkistanda Ə.Biruni adına İnstitutun əlyazmalar şöbəsində saxlanılır. == Əsərləri == Şair saray həyatına tamamiylə biganə olsa da, Eldəgizlərə, Cahan Pəhləvana, Qızıl Arslana qəsidələr yazmış, onların qüdrətini alqışlamişdır. Qızıl Arslanın ölümündən sonra ona şeir həsr etmişdir.
Qəzənfər Mütəllimov
Qəzənfər Ədalət oğlu Mütəllimov (27 yanvar 1992; Sumqayıt, Azərbaycan — 5 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qəzənfər Mütəllimov 1992-ci il yanvarın 27-də Sumqayıt şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Qəzənfər Mütəllimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qəzənfər Mütəllimov oktyabrın 5-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qəzənfər Mütəllimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Qəzənfər Mütəllimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qəzənfər Mütəllimov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Samir Mütəllibov

Значение слова в других словарях