Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Babil
Babil (Akkad dilindəki "Tanrının qapısı" mənasını verən "bab-İllu" sözlərindən) — E.ə. II minilliyin əvvələrində Mesopotamiyada mövcud olmuş şəhər, Babilistanın paytaxtı. Qədim dünyanın ən böyük şəhərlərindən biri. Babil şəhər dövləti e.ə. XIX əsrdə Babilistan dövlətinə çevrildi. Babilin qalıqları Dəclə və Fərat çaylarının qovuşması yaxınlığında, indiki Bağdad şəhərindən 85 km cənubdakı Əl-Hillə şəhərinin yerində tapılmışdır. == Tarixi == Babil çarlığı Mesopotamiyada yerləşən, öz hakimiyyətə altında böyük əraziləri birləşdirən güclü bir dövlət olmuşdur. Onun tarixi üç dövrə bölünür: Qədim (e.ə. XIX–XVI); Orta (e.ə. XVI–XII); Yeni (e.ə.
Babir
Babir — İranın Qərbi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Maku şəhristanının Poldəşt bölgəsinin Sarı Subasar kəndistanında, Poldəşt qəsəbəsindən 29,5 km qərbdədir.
Babı
Babı — Azərbaycan Respublikasının Füzuli rayonunun Arayatlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == XIII əsr mənbələrində Babı kəndinin adı çəkilir. Bu kəndin Beyləqan vilayətinə bağlı olduğu göstərilir. Babı kəndi Şeyx Babi Yəqubun olacağı idi. Şeyx Babi Yəqub bin İsmayıl Qur Xərdir. Şeyx Babi Yəqub XIII yüzildə yaşayıb. Hazırkı Babı kəndinin ərazisində yerləşən İmamzadə məqbərəsi yaxınlığında zaviyəsi varmış. Dövrünün böyük alimlərindən, təriqət mürşidlərindən sayılıb. Elxanlı sultanları ona hörmət edirmişlər. Onun müridlərini də əzizləyirmişlər.
Babiy Yar qətliamı
Babi Yar (ukr. Бабин Яр, Babyn Yar; rus. Бабий Яр, Babiy Yar) — 1941-ci ildə Nasist Almaniyası tərəfindən Ukrayna Sovet Sosialist Respublikasına bağlı Kiyev şəhəri yaxınlığında etnik yəhudilərə qarşı gercəkləşdirilmiş qətliam. İki gün ərzində 33.771 etnik yəhudi nasistlər tərəfindən öldürülmüşdür. Babi Yar qətliamının ən bilinən tərəflərindən biri 1941-ci ilin 29 və 30 sentyabr tarixlərində 33.771 nəfər etnik yəhudinin öldürülməsi faktıdır. Kiyev şəhərində və ətraf ərazilərdə yaşayan bütün etnik yəhudilərinin öldürülməsi ilə bağlı qərarı SS hərbçisi Kurt Eberhard, Cənub Polis Təşkilatının rəhbəri Fredrix Yaklin və Einsatzgruppe C rəhbəri Otto Raşx tərəfindən verilmişdir. Qətliam Sonderkommando 4a birliyinin əsgərləri tərəfindən, yerli polisin dəstəyi ilə gercəkləşdirilmişdir. Babi Yar Üçüncü Reyxin SSRİ ilə apardığı müharibə dövründə gercəkləşdirilmiş ən böyük qətliam kimi tarixə keçmişdir. Babi Yar eyni zamanda Holokost ərzində gercəkləşdirilmiş ən böyük qətliam hadisədidir. Qətliam öldürülən insanların sayına görə Polşanın işğalı zamanı öldürlən 42–43 min nəfər və 1941-ci ildə törədilmiş Odessa qətliamından (50 min) say baxımından geri qalsada, müharibə tarixində ən qısa vaxtda maksimal dərəcədə ən çox insanın öldürüldüyü cinayət kimi tarixə düşmüşdür.
Andrey Babiş
Andrey Babiş (çex. Andrej Babiš; 2 sentyabr 1954[…], Bratislava) — 2017-ci ilin dekabrından Çex Respublikası Baş naziri, 2012-ci ildən isə ANO 2011-in qurucu lideri olan çex siyasətçi. Slovakiyada doğulub böyüyən Babiş Məxməri inqilabdan sonra Çexiyaya köçdü. Uzun iş fəaliyyəti ərzində "Bloomberg"-ə görə təxminən 4.04 milyard dollar sərvəti ilə Çexiyanın ən zəngin ikinci adamı oldu. Bu sərvətin böyük hissəsi Çexiyanın ən böyük iki qəzetinə, "Mladá fronta DNES" və "Lidové noviny"-ə sahib olan "Agrofert Group"-un rəhbər və sahibi olduğu dövrdə gəldi. Babiş 2012-ci ildə ANO 2011-i quraraq siyasətə girdi. Yeni partiya olmasına baxmayaraq, ANO 2011 2013-cü il seçkilərində güclü çıxış edərək lider ÇSDP-dan cəmi 3 yer geridə qaldı. Baş nazir Bohuslav Sobotka tərəfindən Baş nazirin müavini və Maliyyə Naziri təyin edildi. 2017-ci ilin may ayında Sobotka Babişin "Agrofert"-in baş direktoru olarkən vergi ödəməkdən yayındığı iddialarından qaynaqlanan böhrandan sonra Babişi istefaya göndərdi. 2017-ci il seçkilərindən sonra, ANO 2011 potensial koalisiya tərəfdaşlarının zəif iştirakı səbəbindən mütləq çoxluq yaratmasa da, asanlıqla çoxluq partiya oldu.
Babil (dəqiqləşdirmə)
Babil — Mesopotamiyada mövcud olmuş şəhər-dövlət. Babil (el) — İraqın 18 mühafəzəsindən biri. Babil (film, 2006) — Alehandro Gonzalez İnyarritunun çəkdiyi dram filmi.
Babil (el)
Babil mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Babil Livasının ərzisi 6.468 km², 2014-cü ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 2,000,000 nəfər, inzibati mərkəzi Əl-Hillə şəhəridir.
Babil (serial)
Babil — Türkiyə istehsalı teleserial. == Rollarda == === Baş rollar === Halit Ergenç (İrfan Tuna Saygun): 7 yaşındakı oğlu Dəniz üçün əlindən gələni edən bir iqtisad professoru. İlayın köhnə sevgilisi. Ozan Güven (Egemen Kıvılcım): İrfanın uşaqlıq dostu və ən yaxın dostu. Dənizin əsl atası. Aslı Enver (Ayşe Karaali / Nihal): İrfan çətinlik çəkəndə rastlaşan gənc qız. Süleymanın qaranlıq işlərini ortaya çıxarmaq üçün onunla birlikdə gedən gizli polisdir. Daha sonra İrfan və Egemen'in köməkçisi oldu. Birce Akalay (İlay Yücedağ): Süleymanın sevgilisi və İrfanın köhnə sevgilisi. Nur Fettahoğlu (Eda Saygun): İrfanın həyat yoldaşı, Dənizin anası.
Babil mühafazası
Babil mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Babil Livasının ərzisi 6.468 km², 2014-cü ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 2,000,000 nəfər, inzibati mərkəzi Əl-Hillə şəhəridir.
Babil mühafəzası
Babil mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Babil Livasının ərzisi 6.468 km², 2014-cü ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 2,000,000 nəfər, inzibati mərkəzi Əl-Hillə şəhəridir.
Babil mühafəzəsi
Babil mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Babil Livasının ərzisi 6.468 km², 2014-cü ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 2,000,000 nəfər, inzibati mərkəzi Əl-Hillə şəhəridir.
Babil qülləsi
Babil qülləsi — E.ə. II minilliyin əvvələrində Babilistan dövlətində yerləşən bir qüllədir. Onun varlığı haqqında yəhudi, xristian, islam və başqa mənbələrdə rast gəlinir. Əfsanəyə görə bu qüllə tanrıya çatmaq üçün tikilmişdir. == Tarixi == Dünyanın yeddi möcüzəsindən biri hesab edilən və Babilin asma bağlarında yerləşən Babil qülləsi Tanrı Mardukun adına tikilib Şumerlər göylərə sitayiş edir, göylə yeri birləşdirən müqəddəs ağacın varlığına inanırdılar. Şumerlər yeri göylə birləşdirən bu ağacı təmsil edən və Tanrı dağı adlandırdıqları qülləni bizim dövrümüzdən təxminən 5000 il əvvəl tikiblər. Qüllə əsasən eni 90 metr, hündürlüyü 90 metr olan 7 mərtəbəli bina idi. Qüllənin ətrafında kahinlərin sarayları, taxıl anbarları, qonaq otaqları və tanrı Mardukun başqa bir məbədi olan Esagilaya gedən liturgik yol var idi. Babili işğal edən Tikulti-Ninurta, Sarqon, Sanherip və Aşurbanipal qülləni dağıdıb. Babil padşahları Nebupolassar və Navuxodonosor isə qülləni yenidən bərpa edirlər.
Babil sürgünü
Babil sürgünü — Yəhudilərin Miladdan əvvəl 598/7 və 587/6-cı illərdə Babililər tərəfindən fəth edilməsi nəticəsində Yəhudilərin Babilə sürgün edilməsi və orada əsirlik dövrü. Sürgün dövrü, eramızdan əvvəl 538-ci ildə farsların Babil fəthi ilə rəsmi olaraq sona çatdı. Fars kralı Böyük Cyrus (Cyrus) yəhudilərin Fələstinə qayıtmasına icazə verdi. == Əsirlik müddəti == Bibliya Yeremya kitabında, Babil sürgünü 70 il davam edir. Bir çox alim deyir ki, ilk köçürülmə miladdan əvvəl 597-ci ildə, Kral Yekhanya devrildikdə və ailəsi, saray adamı və minlərlə işçi sürgün edildikdə baş verdi. Bu vəziyyətdə sürgünün müddəti təxminən 60 ildir. Bəzi alimlər deyirlər ki, ilk köçürmə eramızdan əvvəl 586-cı ildə, Yerusəlim Nebuchadnezzar tərəfindən yandırılaraq məhv edildikdən sonra və sürgün 48 il davam etdi. Müqəddəs Kitabın 70 nömrəsini qəbul edənlər eramızdan əvvəl 608–58 və ya 586–511 tarixlərini düzgün söyləyirlər. 516-cı il Qüds Məbədinin yenidən qurulması idi. == Qeydlər == Cüzeppe Verdinin "Nabukko" operası Babilin sürgün edilməsi ilə məşğuldur.
Babil təqvimi
Babil təqvimi — qədim təqvimlərdən biri. Şumerdə e.ə. IV minilliyin sonu-III minilliyin başlanğıcında hər bir şəhərin öz təqvimi var idi. Kahinlər ulduzlu səmanı müşahidə etməklə xeyli astronomik nəticəni əldə etmişlər. E.ə. III minillikdə səma cisimlərinin hərəkətinin müşahidə etmək üçün hündürlüyü 20 m-ə çatan çoxmərtəbəli qüllələr inşa olunurdu. Bu qüllələr adətən məbədlərin yanında tikilirdi. Üst hissəsində ibadətgah olurdu. Ümumiyyətlə İkiçayarasının əhalisinin qədim inamında astral sitayişlər geniş yayılmışdır. İkiçayarasının erkən sivilizasiyalarında təsərrüfat həyatının tənzimlənməsində ayın hərəkətinə xüsusi yer verildiyində buradakı şəhər və dövlətlərin ilk təqvimləridə qəməri təqvim olmuşdur.
Babir (Maku)
Babir — İranın Qərbi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Maku şəhristanının Poldəşt bölgəsinin Sarı Subasar kəndistanında, Poldəşt qəsəbəsindən 29,5 km qərbdədir.
Mihay Babiç
Mihay Babiç (mac. Babits Mihály; 26 noyabr 1883[…], Seksard, Macarıstan krallığı – 4 avqust 1941[…], Budapeşt) — Macarıstan şairi, yazıçısı və tərcüməçisi. Daha çox dini mövzuda yazdığı şeirləri ilə məşhurdur. Babiç Seksard şəhərində anadan olmuşdur. 1901-1905-ci illərdə Budapeşt Univeritetində təhsil almışdır. Burada o, Dejö Kostolanyi və Dyula Yuhas ilə tanış oldu. Müəllim kimi fəaliyyət göstərmiş və Baya (1905–06), Seqed (1906–08), Feqeraş (1908–11), Uypeşt (1911) və Budapeşt (1912–18) şəhərlərində məktəblərdə dərs demişdir. 1908-ci ildən başlayaraq yazdığı poemalar ona şöhrət gətirdi. Həmin ildə İtaliyaya səfər etdi və Dante Aligyeri ilə maraqlanmağa başladı; sonrakı illərdə İtaliyaya yenidən səfərlər etdi. Qazandığı təcrübələrdən qaynaqlanaraq Dantenin “İlahi Komediya” əsərini macar dilinə tərcümə etdi.
Srdan Babiç
Srdan Babiç (Serb kirili: Срђан Бабић; 22 aprel 1996, Banya Luka) — Serbiyalı peşəkar futbolçu. İspaniyanın Almeriya və futbol üzrə Serbiya milli komandasının müdafiəçisi. Babiç 2011-ci ilin avqust ayında Voyvodina FK-ın gənclər yığmasına qatılmamışdan əvvəl karyerasına ilk olaraq ev klubu olan Boraç Banya Luka klubunda başlamışdır. O, ilk oyununa Branko Babiçin başçılığı altında 1 mart 2014-cü ildə Vozdovaç FK klubuna qarşı oyunda çıxmışdır. Babiç 90 dəqiqə oyunda olmuş və komandası 2–0 hesabı ilə qalib gəlmişdir. Babiç 2013–14 mövsümündə 8 oyunda iştirak etməsinə baxmayaraq, mövsümün rəmzi komandasına düşməyi bacarmışdır. O, Serbiya Kubokunun finalında Yaqodina klubunu 2–0 məğlub edilməsində böyük rol oynayaraq kuboku komandasına qazandırmışdır. 2014–15 mövsümündə Babiç bütün turnirlər nəzərə alınaraq, ümumilikdə 27 oyunda meydana çıxmışdır. Babiç 2014-cü ildə UEFA U-19 Çempionatında iştirak etmiş və Serbiyanın uğurları üçün çalışmışdır, lakin yarımfinalda güclü Portuqaliya milli komandası tərəfindən dayandırılmışdır. O, 2015 FİFA U-20 Dünya Çempionatında qalib gələn heyətin də bir üzvü olub.
Şeyxzadə Babiç
Şeyxzadə Babiç (14 yanvar 1895, Asyanovo[d], Ufa quberniyası – 28 mart 1919, Zilair[d]) — Başqırd ordusunda hərbi müxbir. 1918–1919-cu illərdə Başqırd ordusunda hərbi müxbir işləyən Şeyxzadə Babiç Başqırdıstanın muxtariyyətı uğrunda mübarizə aparır. Lakin bu mübarizə uğurla nəticələnmir. Bolşeviklər ağqvardiyaçılar üzərində qələbə çaldıqdan sonra müttəfiqləri olan başqırd millətçilərinə qarşı da münasibətlərini dəyişirlər. İlk günlər nisbətən mülayim davranaraq Başqırdıstanda Sovetlərin qurulduğunu elan edirlər. Hətta keçmiş kadrların bir çoxunu da yeni hökumətdə işə götürürlər. 1919-cu il fevralın 25-də bolşeviklər Babiç Şeyxzadəyə də Başqırdstan İnqilab Komitəsi nəzdindəki sovet mətbuatı şöbəsində iş verirlər. Az sonra isə ənənələrinə sadiq qalaraq müttəfiqlərinə yenə də xəyanət edirlər. Ağqvardiyaçılara qarşı birgə mübarizə apardıqları Başqırd ordusunu dağıdır, ordunun millətsevər zabit və əsgərlərini cəzalandırmağa başlayırlar. 1993-cü ildə rejissor Malik Yakşimbetov şair Şeyxzadə Babiç haqqında "На камне кровь моя густая" (azərb.
Babil söyüdü
Babil söyüdü (lat. Salix babylonica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni İran və Çindir. == Botaniki təsviri == Hündürlüyü 15 m-ə, gövdəsinin diametri 60 sm-ə çatan ağacdır. Çətiri uzun, nazik, elastiki, sallaq budaqlardan ibarət sarımtıl-yaşıldır. Yarpaqlarının alt tərəfi tüklü olub, sonralar hər iki tərəfi çılpaqlaşır. Yarpaq ayasının uzunluğu 9-16 sm, eni 1-2,5 sm-dir, neştərvari-хətvari və ya uzunsov-neştərvaridir, ucuna doğru uzun və çəpəki sivridir, qaidəsinə doğru isə tədricən daralır, kənarları хırda mişardişlidir, üst tərəfi tünd-yaşıl, alt tərəfi göyümtüldür. Uzunluğu 1 sm-ə qədər olan yarpaqaltlıqları neştərşəkilli, sivri, tüklü, yanları dişli olub, çoх vaхt damarlıdır və erkən tökülür. Çiçəkləri bircinslidir. Erkəkcikləri 2, sərbəst, qaidəyə yaхın hissəsi tüklüdür.
Babil Hərəkatı
Babil Hərəkatı (ərəb. حركة بابليون‎) — İraqda yerləşən siyasi partiya. 2014-cü ildə qurulan partiya İraqın Xalq Səfərbərlik Qüvvələrinin bir hissəsi kimi yaradılmış xristian milis olan Babil Briqadalarının siyasi qanadıdır. Rəyan əl-Kildani hazırda partiyanı 2014-cü ildə qurduqdan sonra rəhbərlik edir. Partiya Xalq Səfərbərlik Qüvvələrinə daxil olmaqla Bədr Təşkilatı və SEPAH ilə sıx əlaqələrə malikdir. İŞİD-in məğlubiyyətindən bu yana Babil Hərəkatı çoxsaylı insan haqları pozuntularında, o cümlədən Neynəvə mühafəzəsində qeyri-qanuni torpaq zəbtində və seçkilərdə korrupsiyada ittiham olunur.
Abıy ulusu
Abıy ulusu (saxa Абый улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Belaya Qora şəhər tipli qəsəbəsidir. == Coğrafiyası == Arktikada (coğrafi koordinatları: 146 ° 25 'şərq uzunluğu və 68 ° 32' şimal enliyi), Kolıma ovalığında yerləşir. Allayıaxa, Orta Kolıma, Yuxarı Kolıma, Muoma və Ust-Yana ulusları ilə həmsərhəddir. Ərazi — 69,4 min km²-dir. Rusiyadakı on birinci ən uzun çay olan İndigirka və Uyandı çayları rayon ərazisindən axır. Aşağıdakı yaşayış məntəqələri rayonda yerləşir: Suturuoxa, Kuberqan, Abu, Sıagqannah, Kenq-Kuel. Çoxlu sayda kiçik və böyük göllərə sahibdir (təxminən 12000), bunlardan ən böyüyü Ojoqino gölüdür. Landşaft əsasən meşə-tundra ilə təmsil olunur. Bitki örtüyündə Qmelin şamı üstünlük təşkil edir.
Babi Bədəlov
Babi Bədəlov (18 iyun 1959) — Azərbaycanlı şair və incəsənət xadimi. == Həyatı == Babi Bədəlov 18 iyun 1959-cu ildə Azərbaycan SSR Lerik rayonunda doğulub. 15 yaşı olanda Bakıya köçüb. 2 il Sovet ordusunda xidmət etdikdən sonra 1980-ci ildən Leninqradda yaşamağa başlayıb və rəssamlıq edib. 2008-ci ildə İngiltərəyə gedib və mühacirət etmək istəyib, lakin Babinin müraciəti sığınacaq üçün yetərli hesab olunmayıb. O, sığınacaq üçün İngiltərədən sonra Fransaya üz tutub. Nəhayət, iki ildən sonra Fransa vətəndaşlığını ala bilib. Paris, Kartaxena, Antverpen kimi şəhərlərdə sərgiləri baş tutub. == Əsərləri == Gustie usi indusa adlı şeir kitabı 2010-cu ildə Berlində çap olunub.
Pərvin Babi
Pərvin Babi (bütöv adı — Pərvin Vəli Məhəmməd xan Babi ing. Parveen Wali Mohammad Khan Babi, hind. परवीन बाबी; 4 aprel 1954 – 20 yanvar 2005, Mumbay) — hind aktrisası və modeli. Pərvin Babi 4 aprel 1954-cü ildə Cunaqadxda müsəlman ailəsində anadan olmuşdur. Ailənin tək övladı olub. Bütöv adı Pərvin Vəli Məhəmməd xan Babidir. Hind aktrisası və modelidir. Karyerasına model kimi 1972-ci ildə başlayıb. Kabir Bedi ilə ailəli olmuş, ayrılmışdır. Aktrisa şizofreniya xəstəliyindən əziyyət çəkib.
Baby Monster
Baby Monster —Baby Monster, aka Baemon , YG Entertainment tərəfindən yaradılmış Cənubi Koreyalı qız qrupudur . Yeddi üzvdən ibarət qrupun 2023-cü ildə debüt etməsi planlaşdırılır. == Haqqında == YG Entertainment-in 2NE1 (2009) və Blackpink (2016) qız qruplarının buraxılması ilə növbəti qız qrupunun xəbərləri hələ 2018-ci ildə yayıldı. Onlar müxtəlif ölkələrdən müraciət edənləri qəbul etdilər, onlardan bəziləri qəbul edildi. onun təlim proqramı 10 yaşında, orta hesabla dörd-beş ildir. Şirkət müxtəlif ölkələrdən müraciətlər aldı və onlardan bəziləri qəbul edildi. Hər bir üzv öz dinləmələrində 1000 nəfərə qarşı birinci yeri tutdu.2020-ci ilin yanvarında, ilkin olaraq Blackpink üçün nəzərdə tutulan bir çox qrup adlarından biri olan "Baby Monster" və "Baemon", şirkət tərəfindən ticarət nişanı oldu və onların rəsmi istifadəsi açıqlanana qədər media orqanları tərəfindən müvəqqəti olaraq istifadə edildi.QalibQrupun debüt studiya albomu Page 2021-ci il radio şousunda leybl yoldaşı Kang Seung-yoon, albomun aparıcı sinqlı "Iyah"ın son xorunda qrupun üzvlərinin vokallarının eşidilə biləcəyini açıqladı.
Baby Ariel
Ariel Rebecca Martin (22 noyabr 2000, Pembrok-Payns[d], Florida) — amerikalı aktrisa və müğənnidir.