Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bard
Bard — Qədim keltlərdə şair-nəğməkar. Bardlar poeziyası eramızdan əvvəl meydana çıxıb və XVIII əsrə qədər davam etmişdir. Bir müddət bardlar knyaz saraylarında oxuyan şair-nəğməkarlar idi. Bardlar bir neçə dərəcəyə bölünürdülər. Yüksək dərəcəli sənətkar bard olmaq üçün uzun müddət (10-12 il) xüsusi məktəbdə təlim almaq lazım idi. Bardlar poeziyası Avropada çox yayılaraq romantizmin inkişafına təsir göstərmişdir. XIX-XX əsrlərdə bard, əsasən, şair sözünün sinonimi kimi işlənirdi. Bəzən təmtəraq üçün, yaxud kinayə məqsədi ilə də “şair” əvəzinə “bard” deyirlər. == Mənbə == «Ədəbiyyatşünaslıq terminləri lüğəti», Bakı, Maarif, 1978, səhifə 20.
Bari
Bari — İtaliyanın cənub-şərqində Adriatik dənizi kənarında bir liman şəhəridir. Puglia bölgəsinin ve eyni adlı Bari ilinin mərkəzidir. Bari bələdiyəsi əhatəsi daxilində əhali sayı 319.978-ə , varoş bələdiyyəsi ilə birlikdə (təx. 230 km² lik) 653.028 dir. Metropoliten Bari bölgəsində əhali təxminən 1 milyondur. Cənubi İtalyanın yarımadadakı Napolidən sonra ikinci böyük şəhəri olan Bari, böyük bir regional mərkəz və xüsusilə Aralıq dənizinin şərqlə əlaqələrində əhəmiyyətli bir ticarət şəhəridir. Yaxın dövrdə ənənəvi sənayeyə, qida sənayesi, kimya, toxuma və maşın sənayeləri əlavə olunmuşdur. Köhnə şəhərin iştirak etdiyi burun, köhnə və yeni limanları ayırır; arxada iştirak edən 19. əsr şəhəri, dama taxtası formasında bir plana görə qurulmuşdur. Bari Azərbaycanın Sumqayıt şəhəri ilə qardaşlaşıb.
Barj
Barja — yedək gəmisi, su nəqliyyatı vasitə. == Ümumi məlumat == Barja taxta və dəmir hissələrdən hazırlanırdı. Barjanın dəniz, göl, çay, kanal sularında işlədilən müxtəlif formaları olmuşdur. Yük tutumu böyük olan və yaxşı materialdan hazırlanmış barjalar 20 il müddətində iş üçün yararlı olurdu.
Barl
Barl (fr. Barles, oks. Barles) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Seyn kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04020. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 253 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyat meşəçilik, kənd təsərrüfatı, qoyunçuluq və turizmə əsaslanır. 2007-ci ildə 93 yaşında (15-64 yaş arasında) 64 nəfər iqtisadi cəhətdən fəal, 29 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68,8%, 1999-cu ildə 67.2%).
Berd
Berd, Tovuzqala — Ermənistan Respublikası ərazisində şəhər. Berd rayonunun mərkəzi. == Tarixi == Tovuzqala Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında (İndi ERmənistanın Şəmşədil rayonunda) kənd adı. Albaniyanın erkən orta əsrlərdə qalalarından birinin adıdır. “Alban tarixi”ndə adı 827-ci ilə aid hadisələrlə əlaqədar çəkilir (III kitab, 20-ci fəsil). Tovuz çayının sıldırım sahilində tikilmiş qala çayın adı ilə adlanmışdır (Qudyalçay və Qudyalqala-Quba kimi). Çayın adı isə qədim türk dillərində taus “səs-küy” sözündən ibarətdir.
Yard
Yard (ing. yard) — İngiltərədə və ABŞ-də ölçü vahidi. 1 yard = 0.9144 m ,.
Bard Bidlin nağılları
Bard Bidlin nağılları; J.K.Roulinq tərəfindən yazılan Harri Potter romanının 7-ci kitabında, Albus Dambldorun Hermiona Qreyncerə verdiyi kitabdır. Kitab, cadugər və sehrbaz uşaqların bildiyi hekayələrdən ibarətdir. İçərisindəki hekayələr bunlardır: Sehrbaz və Tullanan qazan Gözəl Taleh Çeşməsi Sehrbazın tüklü ürəyi Dovşan, Movşan və qaqqıldayan kötüyü Üç qardaşın hekayəsiSon hekayə olan Üç qardaşın hekayəsi, 7-ci kitaba adını verən Ölüm Hədiyyələrinin nələr olduğunu izah etməkdədir. Bunlar Gəndalaş əsa, Görünməzlik şalı və diriltmə daşıdır. Hekayə bu üç sirrli obyektin Peverell qardaşların Ölüm tərəfindən necə qazanıldığını izah edərək son kitabın mərkəzinə çevrilmişdir. Kitab hələlik Azərbaycan dilinə tərcümə olunmayıb.
Bad
Bad (sinql) — Maykl Cekson tərəfindən ifa olunmuş mahnı. Bad (Quba) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.
Bar
Bar — müştərilərə əsasən alkoqollu içkilər (çox vaxt kokteyl şəklində) təqdim edilən, içində içki vermək üçün hündür stola və stullara malik guşə olan istirahət yeridir. Bar sözü ingilis mənşəli olub, baryer sözündən əmələ gəlmişdir. Burada içkilər saxlanılan şkaflar nəzərdə tutulur. Məqsəd Amerikanın məskunlaşmadırılması zamanı içkiləri qorumaq idi. Barların əksəriyyəti axşam və ya kecə açıqdır. Aralıq dənizi hövzəsinin ölkələrdində bar bir az baş məna daşıyır. Məsələn, İtaliyada bu kafeyə oxşayan kiçik qastronomiya şəklində fəaliyyət göstərir və onlara hər küçədə rast gəlmək olur. Belə espresso barlara artıq başqa ölkələrdə rast gəlinir.
Arndale Board
Arndale Board bir-çox imkanlara sahib olan, ARM Cortex-A15 MPCore prosessoru üzərində Cənubi Koreyada yaradılmış bir-lövhəli kompüterdir. == Xüsusiyyətləri == Arndale Board dörd hissədən ibarətdir: Mərkəzi Prosessor lövhəsi, Əsas lövhə, Audio lövhəsi, və Konnektorlar lövhəsi.
Badd sahili
Badd sahili (ing. Budd Coast) — Şərqi Antarktidanın Uilks Torpağı ərazisində, 109°16' və 115°33' şərq uzunluğunda yerləşən bölgə.. Badd sahili dənizə daxil olan böyük bir yarımada formasındadır. Bölgə nəhən buz qatı altında yerləşir. Yarımadanın qərb sahilində Qrirson vahəsi yerləşir. Vahədə Avstraliyaya məxsus olan Uilks stansiyası fəaliyyət göstərir. Badd sahili 1840-ci ildə ABŞ ekspedisiyasının rəhbəri Çarlz Uilks tərəfindən kəşf edilmiş və ekspedisiyada iştirak edən gəmilərdən birinin kapitanı Tomas Baddın şərfinə adlandırmışdır.
Bara Din
Bara din — Bara Din, Pakistanda hər il dekabrın 25-də Cinnahın xatirəsinə təşkil olunan bir tətildir. Milad ilə eyni vaxtda, urdu və pəncab dilində "Böyük gün" mənasını verir. Qeyd etmələr həm Pakistan, həm də Hindistanda yaşayan Milad qeyd etməyən qeyri-xristianlar üçün alternativdir.
Barb.Rodr.
Juan Barboza Rodriqis (port. João Barbosa Rodrigues, 22 iyun 1842, Rio-de-Janeyro – 6 mart 1909) — Braziliya botaniki. == Elmi fəaliyyəti == Juan Barboza Rodriqis qıjıkimilər və toxumlu bitkilər sahəsində ixtisaslaşmışdır.. == Elmi işləri == A Lingua Geral do Amazonas e o Guarany: observações sobre o alphabeto indigena. Rodrigues, 1888. Pacificação dos Crichanás. Rodrigues, 1885. Poranduba Amazonense. Rodrigues, 1890. Vocabulario indigena comparado.
Barda Balka
Barda Balka — indiki İraqın şimalında, Kiçik Zab və Çəmçəmal çayları yaxınlığında arxeoloji abidə.Burada tapılan tapıntıların oxşarları Çəmçəmal vadisi ətrafında yerləşən digər ərazilərdə də aşkar edilmişdir. Alətlərin tapıldığı sahənin mərkəzində Neolit dövrünə aid meqalit mövcuddur.
Bardo (dəqiqləşdirmə)
Bardo müqaviləsi
Bardo (qevoq)
Bardo (dz. བར་ད།, ing. Bardho) — Butanın Jemqanq dzonqxaqında qevoq. == Coğrafiya == Qevoqun ərazisi Jemqanq dzonqxaqının şərqi və bir qədər mərkəzi hissəsində yerləşir. Qevoq 210 km2-lik bir ərazini əhatə edir. Bu qevoq, Çamqxar çayının (ing. Chamkhar Chu) vadisində, çayın şərq sahillərində yerləşir.Qevoqun ərazisinə daxil olan yaşayış məntəqələri arasında dəniz səviyyəsindən ən yuxarıda olanın hündürlüyü 1770 metr, ən şağıda olanın hündürlüyü isə 1050 metrdir.Bardo qevoqu 5 çivoqa – Bardo, Xomşar, Pxulabi, Lanqdorbi və Diqala çivoqlarına bölünür. Qevoqun ərazisində 15 kənd mövcuddur.Qevoq ərazisinin 75%-i meşəliklərdən ibarətdir. == İqtisadiyyat == Bardo qevoqunun şimalında kultivasiya edilmiş ərazilər tədricən çoxalır. Xomşar, Lanqdurbi və Diqala çivoqlarında torpaqlar daha çox becərilir.
Bardo müqaviləsi
Bardo müqaviləsi — Tunis bəyliyinin Fransa tərəfindan işğalından sonra imzalanan müqavilə. Müqavilə 12 may 1881-ci ildə imzalanmışdır. Fransız qanunlarında müqavilə "zəmanət və qoruma müqaviləsi" adlanır.
Bari FK
Bari FK (it. Società Sportiva Calcio Bari) – İtaliyanın Bari şəhərini təmsil edən futbol klubu. 1908-ci ildə qurulmuşdur. Ev oyunlarını 58.270 tamaşaçı tuta bilən San Nikola stadionunda oynayır. Klub hazırda İtaliyanın B Seriyasında çıxış edir. == Tarixi == XX əsrin 30–40-cı illəri klub tarixinin ən uğurlu dövrü hesab olunur. Bu zaman kəsiyində komanda A Seriyasının daimi iştirakçısı olmuş, 1947-ci ildə isə klub, A Seriyasında 7-ci yerdə qərarlaşmışdır. 1950-ci illərdən başlayaraq klub zəifləyir. Bu dövrdə klub A Seriyasında cəmi 5 mövsüm keçirdir (1958–61, 1963–64 və 1969–70). 1974-cü ildə komanda C seriyasına qədər düşür.
Bari Məhəmmədəli
Bari Məhəmmədəli (27 yanvar 1989 və ya 27 oktyabr 1989, Göktoğay[d], Sincan-Uyğur Muxtar Rayonu) — hazırda "Qingdao Huanqhay" komandasında oynayan yarımmüdafiəçi Uyğur-Çinli futbolçudur. == Klub karyerası == Bari Sincanda anadan olub. Hər iki valideyninin də yerli Mədən Bürosunda çalışdığına, cüzi maaşlarına baxmayaraq, oğulları üçün məşq etməsi və futbol dərslərini ödəməsi üçün kiçik bir futbol meydançası quraraq fəal şəkildə futbol inkişafına təşviq etdilər. Valideynlərinin təşviqi Barinin Sincan Kişi Futbol Komandası tərəfindən 2005-ci ildə Çin Milli Oyunlarında iştirak etmək üçün kəşf olunduğu Sincan Mahnı Kinqlinq Futbol Məktəbində oynamasına təkan verdi. Turnirdən sonra yerli Sincan futbol idarəsi 2006-cı il peşəkar Çin futbol liqalarında iştirak etmək qərarına gəldi və üçüncü sıradakı "Sincan Ticai" adlı bir komandaya daxil oldular. 2005-ci il Çin Milli Oyunlarına qatılan heyətdən istifadə etdilər. 2007 liqası mövsümündə Bari böyük komandaya yüksəldi və kluba dörddəbir finalda nokaut edildikləri bir yüksəliş pley-off mövqeyiylə kömək etdi. Növbəti mövsüm Sincan əvvəlki mövsümdəki nəticələrini inkişaf etdirə bilmədiyini və rəhbərliyin komandanı ləğv etmək qərarına gəldiyini bildikdən sonra 2009 Çin Milli Oyunlarına çata bilmədiyini müəyyənləşdirdi. Bari 2009-cu il Çin Milli Oyunlarında ilkin hazırlıq dövründə futbol məşqçisi Vu Cinqui tərəfindən kəşf edildi və üst səviyyəli klub olan "Hanqcu Qrintovn"-a baş məşqçi olaraq qatıldıqdan sonra Barini futbolçularından biri halına gətirdi. İlk oyununu 27 mart 2010-cu ildə "Şandonq Lunenq"-ə qarşı keçirdi və 4-2 məğlubiyyətlə bitən bir oyunda Fan Xiaodonqun əvəzinə meydana çıxdı.
Bars xaqan
Bars xaqan (v. 711) — VII əsrin ikinci yarısından 710/711-ci ilədək hakimiyyətdə olmuş Qırğız xaqanlığı hökmdarı. == Hakimiyyəti == Həyatının ilk dövrlərinə aid məlumat azdır. Əvvəllər bəy olsa da, sonra müstəqillik əldə etmiş və İltəriş xaqanın qızı ilə evlənib İnanc Alp Bilgə xaqan adını götürmüşdü. Tabğaclar və Türkeşlərlə İkinci Göytürk xaqanlığına qarşı ittifaqa qoşulmuşdu. 710-711-ci illərdə Tonyukuk, Kül Tigin və Bilgə xaqanın ordusuna məğlub olaraq öldürüldü. Övladları daha sonra Çinə səfir kimi getdilər. == Epiqrafik abidələr == Bəzi tədqiqatçılar Bars xaqanın əslində Manas olduğunu düşünür. Sergey Klyaştornı belə düşünür ki, Altın Göl yazıları Bars xaqanın iki ekiz övladı haqqındadır. == Müasir mədəniyyətdə == 2011-ci ildə Oş şəhərində heykəli ucaldılmışdır.
Bart Rouvenhorst
Bart Rouvenhorst (nid. Bart Rouwenhorst; d. 30 dekabr 1970, Apeldorn, Niderland) — Hər il Hollandiyanın Breda şəhərində keçirilən Kürənsaçlılar festivalının rəssamı, məsləhətçisi və təşkilatçısı. == Kürənsaçlılar festivalı == Bart Rouvenhorst Kürənsaçlılar festivalının yaradıcısıdır. Belə ki, o, 2005-ci ildə 15 kürənsaçlının şəklini çəkmək istəyib. Bunun üçün o, kürənsaçlı model axtarışına çıxıb. Onun müraciətinə 150 nəfər müsbət cavab verib. Tədricən bu ənənə festival halını alaraq, 5 minədək kürən insanı bir araya gətirib.
Bart Simpson
Bartolomyu Jo-Jo «Bart» Simpson (ing. Bartholomew Jo-Jo «Bart» Simpson) — Simpsonlar cizgi serialının əsas personajlarından biri və Simpsonlar ailəsinin üzvü. Aktrisa Kartrayt Nensi tərəfindən səsləndirilən Bart xarakteri televiziyada ilk dəfə 1987-ci il 19 aprel tarixində "The Tracey Ullman Show"da (1987-1990-cı illər arasında həftəlik ekranlara çıxan Amerika televiziya şousu) yayımlanan "Simpsonlar qısası"nın birinci bölümü olan "Good Night"da göründü. Bart animasiyası cizgi film rəssamı Mett Qreyninq tərəfindən Bruks Ceymsin ofisinin gözləmə salonunda gözləyərkən hazırlandı və yaradıldı. Qreyninq "Life in Hell"ə (Qreyninq tərəfindən çəkilən həftəlik karikatura seriyası) əsaslanan animasiya hazırlaması üçün çağırılsa da, bunun əvəzinə yeni bir qrup obraz yaratmağa qərar verdi. Digər obrazlara Qreyninqin ailə üzvlərinin adları verilsə də, Bartın adı brat (yaramaz uşaq) sözünə uyğunlaşdırılmışdır. "The Tracey Ullman Show"da üç il yayımlandıqdan sonra Simpson ailəsi 1989-cu ilin 17 dekabr tarixində Fox telekanalında ayrıca serial kimi yayımlanmağa başladı. == Təkrarlanan frazalar == Ay caramba! Eat my shorts! (Mənim şortumu ye!) Don`t have a cow man!
Beagle Board
Beagle board — Texas Instruments və Digi-Key şirkətləri tərəfindən yaradılmış ucuz başa gələn bir-lövhəli kompüterdir. Öncəliklə BeagleBoard OMAP3530 mikroprosessorunun imkanlarını nümayiş etdirmək məqsədiylə Open Source icması ilə sıx əməkdaşlıqla yaradılmışdır. == Xüsusiyyətləri == Lövhənin ölçüləri təqribən 75 х 75 mm təşkil edir. Lövhənin mərkəzi prosessoru olan OMAP3530 ARM Cortex-A8 nuvəsindən ibarət, tərkibində rəqəmsal siqnal prosessoru olan TMS320C64x+ (video- və audioməlumatların emalını sürətləndirir) və PowerVR SGX530 (2D/3D qrafika sürətləndiricisi, OpenGL ES 2.0 dəstəkləyir) video prosessorundan ibarətdir. . Lövhədə aşağıdakı konnektorlar mövcuddur: S-VIDEO HDMI SD/MMC yaddaş kartları üçün slot USB OTG RS-232 JTAG 3,5 mm in/out audio.DYQ (daimi yaddaş qurğusu) və OYQ (operativ yaddaş qurğusu, RAM) eynidir və 256 Mb təşkil edir. POP korpusunun (cip-içində cip) sayəsində yaddaş lövhə üzərində əlavə yer tutmur. Lövhə 2 Vt enerji işlədir, USB uzərindən ya da qida blokundan qialana bilər. Az enerji sərfiyyatına görə qızmır və əlavə soyutmaya ehtiyac görülmür. 27 avqust 2010 -cu ildə BeagleBoard-ın müasirləşdirilmiş versiyası olan BeagleBoard-xM dünya üzü gördü. Ən əsas fərq ölçülərinin daha böyük olması 82.5 х 82.5 mm, prosessorun artmış sürəti (720 MHz əvəzinə 1 GHz), artırılmış RAM yaddaşı (256 Mb əvəzinə 512 Mb), Ethernet RJ-45 konnektoru və 4 portlu USB-xab.
Berd rayonu
Şəmşəddin rayonu — Ermənistan Respublikasında rayon. Mərkəzi Berd şəhəridir. Çar Rusiyası dövründə rayon ərazisi Yelizavetpol quberniyasının Qazax qəzasına daxil idi. 1930-cu il sentyabrın 9 da yaradılıb. Rayon mərkəzi Tovuzqala (Tavusqala dəyişdirilmiş adı Berd) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 211 km-dir. Şəmşəddin rayonunun ərazisi 824 kv km-dir. Rayonu Çəmbərək rayonu tərəfdən Murğuz dağları əhatə edir. Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları: == İstinadlar == == Xarici keçidlər == Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh.
Berd çayı
Berd çayı — Rusiyanın Altay diyarı ərazisindən axan bir çay. Ob çayının sağ qolu. Çayın uzunluğu 363 km, hövzəsinin sahəsi 8650 km² -dir. Orta illik su sərfi 45,8 m³/s təşkil edir. Noyabrın əvvəlindən aprelin ortasına qədər buz bağlayır. Berd çayı üzərində şəhər tipli qəsəbə olan Maslyanino və İskitim, Berdsk şəhərləri vardır. Berd hidroniminin mənşəyi haqqında inandırıcı izah yoxdur.. == Coğrafiyası == Berdin mənbəyi Salair dağ silsiləsində, 440 m yüksəklikdə, Kemerovo vilayəti və Altay diyarının sərhəddində yerləşir. Çayın əksər hissəsi Novosibirsk vilayətindən axır. 1959-cu ildən bu yana çay Novosibir su anbarının Berd körfəzinə tökülür.