Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Barja
Barja — yedək gəmisi, su nəqliyyatı vasitə. Barja taxta və dəmir hissələrdən hazırlanırdı. Barjanın dəniz, göl, çay, kanal sularında işlədilən müxtəlif formaları olmuşdur. Yük tutumu böyük olan və yaxşı materialdan hazırlanmış barjalar 20 il müddətində iş üçün yararlı olurdu.
Barqa
Barqa (it. Barga) — İtaliyanın Toskana regionunda şəhər.
Baria
Baria (vyet. Bà Rịa, tı-nom 巴地) — Vyetnamın cənubunda şəhər, Baria-Vunqtau vilayətində hökumət şəhəri. Şəhərdə 153,862 nəfər yaşayır, onlardan 120,705 nəfəri şəhərin urbanizasiya hissəsində yaşayır. Adambaşına düşən orta gəlir ildə 48 milyon donq təşkil edir. 2012-ci ildə orta sakinə 18,5-19 m2 mənzil düşürdü. Bir neçə xəstəxana və tibb məktəbi var. Hər 10,000 nəfərə 107,69 xəstəxana çarpayısı düşür. Ban Biên Tập Cổng thông tin điện tử Thành phố Bà Rịa. "giới thiệu tổng quan về thành phố Bà Rịa" (vyetnam). 2014-07-16 tarixində arxivləşdirilib.
Barda Balka
Barda Balka — indiki İraqın şimalında, Kiçik Zab və Çəmçəmal çayları yaxınlığında arxeoloji abidə. Burada tapılan tapıntıların oxşarları Çəmçəmal vadisi ətrafında yerləşən digər ərazilərdə də aşkar edilmişdir. Alətlərin tapıldığı sahənin mərkəzində Neolit dövrünə aid meqalit mövcuddur.
Baza
Baza [yun. basis – əsas, özül] – əsas, nəyinsə əsası – özülü, bünövrəsi. Baza sözü müxtəlif mənalarda işlənə bilər: Anbar, emalatxana, istinad məntəqəsi və s. Məsələn, böyük anbar, təchizatla məşğul olan müəssisə; Hərbi hissə yerləşən ərazi, bəzən ordunu, ekspedisiyanı və ya bir müəssisəni təmin etmək üçün ehtiyat; Mədəni-maarif işlərinin bu və ya digər sahəsinə xidmət edən məntəqə; Mənbə; Müəyyən vaxt dövrünə aid edilən, digər analoji göstəricilərlə müqayisə üçün əsas sayılan göstəricilər, məlumatlar. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Aykut Barka
Barra (kommuna)
Barra (fr. Barras) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Qərbi Din-le-Ben kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04021. 2008-ci ildə əhalinin sayı 156 nəfər təşkil edirdi. 2007-ci ildə 92 yaşında (15-64 yaş arasında) 63 nəfər iqtisadi fəal, 29 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68.5%, 1999-cu ildə 79.5%). Fəal olan 63 nəfərdən 60 nəfər (32 kişi və 28 qadın), 3 nəfər işsiz (1 kişi və 2 qadın) idi. Aktiv olmayan 29 nəfər arasında şagird və ya tələbə, 10 nəfər təqaüdçü, 12 nəfər digər səbəblərə görə hərəkətsizdir..
Jozef Bayza
Jozef Bayza (mac. Bajza József ; 31 yanvar 1804[…] – 3 mart 1858, Peşt[d], Peşt medyesi) — macar şair və tənqidçi. Jozey Bayza Macarıstanın Heveş medyesində Dyöndyöş bölgəsində anadan olmuşdur. İlk əsərləri 1830-1837-ci illərdə Karoy Kişfaludinin Aurora ədəbi qəzetində dərc edilmişdir. Bundan əlavə, Kritikai Lapok, Athenaeum və Figyelmező qəzetləri üçün də məqalələr yazırdı. Onun dram əsərləri ilə bağlı tənqidi araşdırmaları bu janrda o dövrün ən yaxşı yazıları hesab olunur. 1830-cu ildə xarici dram əsərlərindən ibarət tərcümələrini "Ausländische Bühne" adı altında və 1835-ci ildə isə öz əsərlərini nəşr etdirdi. 1837-ci ildə Peştdə yeni yaradılmış milli teatrın direktoru təyin edildi. Daha sonralar, özünü tarixi əsərlərə həsr etdi və “Tarixi kitabxana” (Történeti Könyvtár), 6 cilddə 1843–1845; “Müair Plutarx” (Uj Plutarch), 1845–1847; və “Universal tarix” (Világtörténet), 1847 kitablarını nəşr etdirdi. Bu əsərlərin bəzi hissəsi alman müəlliflərin əsərlərinin tərcüməsidir.
Martina Barta
Martina Barta (çex. Martina Bárta; 1 sentyabr 1988, Praqa) — Çexiyalı caz müğənnisi. O, vokalist və eyni zamanda valtorn ifaçısıdır. Martina 4 To The Bar adlı Frankfurt-Mayndan olan caz qrupunda fəaliyyət göstərmişdir. 2017-ci ilin fevral ayında Çex telekanalı ČT Martina Bartanın Çexiyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini açıqlamışdır. Müğənninin müsabiqədə ifa edəcəyi mahnı olan "My Turn" mart ayında dinləyicilərə təqdim edilmişdir. Uzun məşqlərdən sonra Martina 9 may tarxində baş tutan Avroviziyanın birinci yarımfinal mərhələsində 14-cü nömrə altında səhnə almışdır. Nəticədə isə Martina 83 xalla 13-cü yerdə qərarlaşaraq, finala adlaya bilməmişdir. Martina Barta 1 sentyabr 1988-ci ildə Çexiyanın paytaxtı Praqa şəhərində anadan olmuşdur.
Bara Din
Bara din — Bara Din, Pakistanda hər il dekabrın 25-də Cinnahın xatirəsinə təşkil olunan bir tətildir. Milad ilə eyni vaxtda, urdu və pəncab dilində "Böyük gün" mənasını verir. Qeyd etmələr həm Pakistan, həm də Hindistanda yaşayan Milad qeyd etməyən qeyri-xristianlar üçün alternativdir.
Baza (cins)
Kəkilli çalağan (lat. Aviceda) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Baza inflyasiya
Baza təhsil
Baza yağları
Baza yağları - avtomobillərdə istifadə etdiyimiz mühərrik yağın tərkibinə daxildir. Adətən baza yağları üç qrupa bölünür: sintetik, yarım sintetik və mineral, amma faktiki olaraq bu qrupların sayı beşdir. Amerika neft institutun klassifikasiyasına (APİ) əsasən bu qruplar üç növ göstəricilərlə seçilir: kükürdün miqdarı, doymuş karbohidrogen miqdıarı və özüllülük indeksi. Kükürd metalların korroziyasını yaradır, kükürdlü birləşmələrin yandırılması zamanı kimyəvi oksidləşməyə səbəb olan turşular əmələ gəlir. Kükürdün mövcudluğu baza yağların xüsusiyyətlərinə neqativ təsir edir. Doymuş karbohidrogenlər, doymamış karbohidrogenlərldən fərqli olaraq, daha sabitdirlər və daha asta oksidləşirlər. Doymuş karbohidrogenlər nə qədər çox mövcüddür, o qədər da baza yağı oksidləşir, köhnəlir və deqradasiya olunur. Özüllülük indeksi – bu miqdar yağın özlülüyü temperatur asılılığından göstəricisidir. Yuxarı indeksli yağlar temperaturdan asıllığ dərəcəsi azdır, bununla yağın aşağı temperatur xüsusiyyətləri daha yaxşılaşır. O deməkdir ki, yağın özüllülük indeksi nə qədər yuksək olarsa, yağın xüsusiyyətləri o qədər yüksək olar.
Hərbi baza
Hərbi baza — hər hansı bir hərbi hissənin avadanlığının və şəxsi heyətinin yerləşdirildiyi, həmçinin şəxsi heyətinin hazırlandığı və əməliyyatların aparıldığı bir obyektdir. Hərbi bazalara giriş qanunla məhdudlaşdırılmışdır.
Margit Bara
Margit Bara (21 İyun 1928 – 25 Oktyabr 2016) — Macarıstanlı film aktrisası. O, 1956-cı il ilə 1975-ci il arasında 25-dən çox film və televiziya şousunda rol oynamışdır.
Senecio barba-johannis
Senecio barba-johannis (lat. Senecio barba-johannis) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Aaron Sayens Qarza
Aaron Sayens Qarza (isp. Aarón Sáenz Garza; 1 iyun 1891, Monterrey – 26 fevral 1983, Mexiko) — Meksika siyasətçisi. Aaron Sayens Qarza 1 iyun 1891-ci ildə Meksikada, Nuevo-Leon ştatının Monterrey şəhərində anadan olmuşdur. Xuan Sayens Qarza və Konsepsyon Qarzanın oğlu olmuşdur. 1916-cı ildə Hərbi və Hərbi Dəniz nazirliyində katib olmuşdur. 28-ci Qanunvericilik Məclisinin xalq deputatı. 1918-ci ildə Braziliyada səlahiyyətli nazir. 1920–1924-cü illərdə xarici işlər nazirinin müavini, 1924–1927-ci illərdə nazir. 1924-cü ildə Yaponiya ilə ticarət və gəmiçilik müqaviləsini müzakirə etmək, 1925-ci ildə Meksika ilə Almaniya arasında iddialar konvensiyasını imzalamaq və 1925-ci ildə Meksika ilə Kuba arasında ekstradisiya müqaviləsini imzalamaq üçün xüsusi nümayəndə olmuşdur. 1925-ci ildə Prezident Maçadonun inauqurasiyası üçün Kubada xüsusi missiyada olan səfir kimi xidmət etmişdir.
Baza və superstruktur
Marksist superstruktur, marksist cəmiyyət nəzəriyyəsində insanın subyektivliyi ilə cəmiyyətin maddi varlığının vəhdətinin ilkin formasıdır. Forma müəyyən dərəcədə obyektiv, müəyyən dərəcədə subyektivdir. İnfrastruktur məhsuldar qüvvələrdən və istehsal münasibətlərindən (işçi-işəgötürənin əmək şəraiti, əmək bölgüsü, mülkiyyət münasibətləri və s.) ibarətdir. Marksist nəzəriyyədə infrastruktur, superstrukturu təşkil edən mədəniyyət, institutlar, siyasi qüvvələr münasibətləri, rollar, rituallar və dövlət kimi cəmiyyətin digər münasibətlərini və düşüncələrini müəyyən edir. Güman edilir ki, superstruktur və infrastruktur arasındakı əlaqə dialektik xarakter daşıyır, "dünyada" rmövcud olan eal varlıqlarla arasında heç bir fərq qoyulmur.
Everest Baza düşərgələri
Everest Baza düşərgələrinə iki baza düşərgəsi aiddir: Nepaldan 5,364 metr (17,598 ft) yüksəklikdə yerləşən Cənub Baza düşərgəsi (28°00′26″ şm. e. 86°51′34″ ş. u.) və Tibetdə (Çində) 5,150 metr (16,900 ft) yüksəslikdə yerləşən Şimal Baza düşərgəsi (28°08′29″ şm. e. 86°51′05″ ş. u.). Baza düşərgələri Everestə dırmanan peşəkar və ya həvəskar alpinistlər tərəfindən istifadə edilir. Cənub Baza Düşərgəsi cənub-şərq silsiləsindən keçərkən, Şimali Baza Düşərgəsi isə şimal-şərq silsiləsindən keçərkən istifadə olunur. Təchizatlar Cənubi Baza Düşərgəsinə hamballarla və ya şerplərlə və heyvanların köməyi ilə, əsasən də yaklarla daşınır.
Qotard baza tuneli
Qotard baza tuneli — İsveçrədə yerləşən bu tunelin ideyası 30 il əvvəl verilib. 57 kilometrlik bu tunelin açılışı 2018-ci ilə planlaşdırılıb. Bu tuneldə qatarlar 250 km saat sürətlə hərəkət edə biləcək. Mütəxəssislər işlərin vaxtında başa çatacağına inanmırlar.
Pyer Savoğnyon de Braza
Pyer Savoğnyon de Brazza (fr. Pierre Savorgnan de Brazza) - İtalyan əsilli fransız səyyah. Fransa Coğrafiya Cəmiyyətinin dəstəyi ilə Konqo çayı boyunca olan ərazilərə səfərlər etmiş və Mərkəzi Afrikada yerləşən həmin ərazilərin gələcəkdə Fransa müstəmləkələrinə çevirilməsində mühüm rol oynamışdır. Pyer Brazza fiziki cazibəsi və təmkinli yanaşması ilə afrikalılar arasında nüfuz əldə etməyi bacarmış və bu baxımdan dönəmin digər səyyahlarından fərqlənməkdədir. Fransız müstəmləkə hakimiyyəti zaman salınmış və bu gün Konqo Respublikasının paytaxtı olan Brazzavil şəhəri səyyahın şərəfinə adlandırılmışdır.
102-ci Hərbi baza
102-ci Rusiya hərbi bazası (rus. 102-я российская военная база, erm. Ռուսաստանի 102-րդ ռազմական բազա) — Rusiya Silahlı Qüvvələrinin Ermənistandakı hərbi bazası. Rusiya Müdafiə Nazirliyinin direktivi ilə 1 sentyabr 1994-cü il tarixində keçmiş SSRİ Silahlı Qüvvələrinin 7-ci ordusunun 127-ci motoatıcı diviziyasının bazasında yaradılıb. Hazırda şəxsi heyətinin 4000 nəfər olduğu bildirilən hərbi bazanın döyüş heyəti İrəvan və Gümrü qarnizonundan ibarətdir. İrəvan qarnizonuna İdarəetmə Qrupu, 123-cü motoatıcı alay, 3624-cü aviasiya bazası, hospital, mənzil-təchizat hissəsi, qarnizon məhkəməsi və rabitə mərkəzi daxildir. Gümrü qarnizonuna isə 128-ci motoatıcı alay, 124-cü motoatıcı alay, 988-ci zenit raket alayı (S-300 ZRK) və 992-ci artilleriya alayı tabedir. Bazanın nəzdində əlahiddə tank, kəşfiyyat, təmir, mühəndis-istehkam, radiasiya-kimyəvi və bakteroloji mühafizə taborları, tank əleyhinə divizion, radioelektron, tibb, komendant bölükləri, prokurorluq, televiziya mərkəzi və s. fəaliyyət göstərir. 128-ci motoatıcı alay: Alay 3 motoatıcı tabor (biri BMP-2, biri BTR-80, biri isə avtotexnika), zenit divizionu (silahlanmasına ZSU-23–4 "Şilka", BRDM maşının bazasında "Strela" və ZU-23–2), özüyeriyən artilleriya divizionu ("Qvozdika"), artilleriya divizionu (D-30 haubitsalar), tank bölüyü (T-72 tankları) olmaqla 750 nəfər şəxsi heyətdən ibarətdir.
Baza verilənlərin proqramlaşdırma dilləri
Baza verilənlərin proqramlaşdırma dilləri — bu qrup dillər alqoritmik dillərdən həll etdiyi məsələlərə görə fərqlənir. İlk bazalar böyük informasiya massivlərinin emalına və müəyyən əlamətə görə bir qrup informasiyanın seçilməsinə ehtiyac olanda yaradılmışdır. Bunun üçün strukturlaşdırılmış sorğular dili SQL (structured query language) dili yaradılmışdır. O güclü riyazi nəzəriyyəyə əsaslanmaqla verilənlər bazasını effektiv emal etməyə imkan yaradır. Böyük verilənlər bazalarını idarə etmək, onları effektiv emal etmək üçün VBİS (verilən bazasının idarəetmə sistemi) yaradıldı. Hal-hazırda dünyada 5 aparıcı VBİS istehsalçısını göstərə bilərik: Microsoft (SQL Server), İBM (DB2), Oracle Software AG (Adabas), İnformix Sybase. Onların məhsulları şəbəkədə minlərlə istifadəçinin eyni zamanda işini dəstəkləyir, verilənlər bazaları isə paylanmış şəkildə bir neçə serverdə saxlanıla bilər.
Pedro Calderón de la Barca
Pedro Calderón de la Barca (17 yanvar 1600[…], Madrid, İspaniya monarxiyası[d] – 25 may 1681[…], Madrid, İspaniya monarxiyası[d]) — İspan yazıçısı, Santiago Sifarişli cəngavər, ilk növbədə Qızıl Çağın ən görkəmli Barok yazıçılarından biri olaraq tanınan, xüsusən teatrı üçün.
BAFTA
"BAFTA" (ing. British Academy of Film and Television Arts) — İngilis Film və Televiziya Sənətləri Akademiyasıdır. Oscarın Birləşmiş Krallıqdakı tayı olan bu akademiya hər il film, televiziya, uşaq film və televiziya əsərlərinə mükafatları verir. 1947də İngilis Film Akademiyası olaraq, David Lean, Aleksandr Közdə, Carol Reed, Charles Laughton, Roger Manvell kimi adlar tərəfindən qurulmuşdur. 1958-də Televiziya Prodüserləri və Rejissorları Loncası ilə birləşərək Film və Televiziya Klubu olmuşdur. 1976-da isə indiki adını almışdır. BAFTA-nın ana ofisi Piccadilly, Londonda, amma İngiltərənin şimalında, Şotlandiyada, Uelsdə, Nyu-Yorkda və Los-Ancelesdə da ofisləri var. Akademiyanın mükafatı Amerikalı heykəltaraş Mitzi Cunliffe tərəfindən hazırlanmış teatr maskası şəklindədir və 1955-ci ildə Televiziya Prodüserləri Loncası tərəfindən sifariş olunmuşdu. 1989-cu ildən bu yana Los-Anceles ofisi, BAFTA, hər il öz mükafatları olan Britanya Mükafatlarını verməkdədir.
Bahia
Eriophyllum (lat. Eriophyllum) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Balba
Balta
Balta — metalik kəsici tilə malik olan, sapaqda bərk oturdulmuş alətdir. Baltaların müxtəlif növləri vardır. Baltalar adətən dülgərlik işlərində ağacların yonulub formaya salınmasında və kəsilməsində istifadə edilir. Qədimdə baltadan həm əl, həm də atılan silah kimi istifadə edilmişdir. Baltaların kəsici hissəsini sapaqla birləşdirmək üçün, onun tutqac hissəində deşik nəzərdə tutulur. Sapaq bu deşiyə keçirildikdən sonra o pazla bərkidilir. İlk balta hələ qədim daş dövründə mövcud olmmuşdur. Ağaca başlanmış, iti kəsici tilləri olan daş parçalarından balta kimi istifadə edilmişdir. Bu günkü baltlara oxşarı olanlar mezolit (b.e.6000 il əvvəl) dövründən meydana gəlmişdir. Ona qədər insanlar uc hissəsi itilənmiş daşlardan istfadə edirdilər.
Balva
Banda
Banda — iki və daha çox şəxsdən ibarət olub iştirakçıları arasında möhkəm təşkilati birlik olan, basqınlar etmək məqsədilə birləşən insanlar birliyi. Bəzi cinayətkar bandaların üzvləri özlərinin sadiq olduqlarını və adətən oğurluq və zorakılıq kimi cinayətləri törətməyə qadir olduqlarını sübut etməlidirlər. Bandanın üzvünə qanqster deyilir. Bir çox banda dəstələri tarix boyu böyük şöhrət qazanmışlar; məsələn, İtaliya mafiyası, rus mafiyası, irland mafiyası, yəhudi mafiyası, polyak mafiyası, alban mafiyası, Yaponiyada yakudza, Çində triada, Yeni ingiltərə bandaları, Yamaykada Duş Posse və Yardi, afroamerikalılardan ibarət Krips və Bludz, latinoların bandalarından Mara Salvatruça, ağdərili bandalardan Ari qardaşlığı və motosikletçilərdən ibarət banda olan Cəhənnəm mələkləri. Banda ingilis dilində "gang" sözü ilə ifadə olunur. "Gang" sözü qədim ingilis dilindəki "getmək" mənasına gələn "gan" sözünün feli sifət formasıdır. Bu isə qədim skandinav dilindəki "səfər, səyahət" mənasına gələn "gangster" sözü ilə eyniköklü sözdür. Ümumiyyətlə, söz bir qrup insan mənasına gəlir və işlənmə yerindən asılı olaraq neytral, müsbət və ya mənfi mənada istifadə edilə bilər. Amerika tarixində banditizmin rolundan danışarkən Barrinqton Mur qeyd edirdi ki, qanqsterizm əhəmiyyətli dərəcədə qanunçuluğun olmadığı cəmiyyətlərdə peyda olur. O, Avropa feodalizmini "əsas etibarilə cəngavər anlayışı vasitəsilə hörmət qazanan qanqsterizm" kimi xarakterizə edirdi.
Banka
Baçka
Baçka (serb. Бачка, mac. Bácska, sloven. Báčka, xorv. Bačka, alm. Batschka‎) — Mərkəzi Avropada, Ortadunay ovalığında, Tisa və Dunay çaylarının arasında yerləşən tarixi-coğrafi rayon. Regionun çox hissəsi Serbiyada yerləşən Voyevodina muxtar krayına düşür, az hissəsi isə Macarıstanın Baç-Kişkun medyesinə daxildir. Baçka bölgəsi son 4000 il ərzində insanlar tərəfindən məskunlaşmışdır. Onun ilk sakinlərini illirialılar təşkil edirdi. VI-VII əsrlərdə bölgədə artıq slavyanlar çoxluq təşkil edirdi.
Bağça
Bağça (Bukan) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. Bağça (Behi-yi Feyzullah Bəyi) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı, Behi-yi Feyzullah Bəyi dehistanı ərazisinə daxil olan kənd.