BarKamp
BarKamp (ing. BarCamp) — iştirakçıları tərəfindən hazırlanan qeyri-konfransdır. Qeyri-konfrans adlandırılmasının səbəbi onun qeyri-formal metodlar əsasında qurulması və rəsmi konfranslardan köklü surətdə fərqlənməsidir. BarKamp hamıya açıqdır, təqdimatlar, təlimlər, müzakirələr formasında baş verir, bütün materiallar iştirakçılar tərəfindən təqdim olunur. BarKampın əsas mövzuları adətən bunlar olur: yeni media, sosial şəbəkələr, bloqlar, veb 2.0, start-aplar, opensource və s.
== Tarix ==
"BarKamp" adı Tim O`Reyli tərəfindən öz dostları üçün keçirilmiş Foobar adlı tədbirdən götürülüb. İlk BarKamp Palo Alto, Kaliforniyada, 19-21 avqust 2005-ci ildə Socialtext şirkətinin ofisində keçirilib. Bu BarKampa 200-ə yaxın iştirakçı qatılmışdı. O vaxtdan etibarən BarKamplar dünyada 400-ə yaxın şəhərdə keçirilib. MDB məkanənda ilk BarKamp Ukraynada BloqKamp formatında keçirildi (13-14 avqust, 2007).