Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Baal
Vaal (yunan transkripsiyasında Vaal, assur-babil transkripsiyasında Baal) — Qədim Finikiya, Fələstin və Suriyada bərəkət tanrısıı. Vaala sitayiş başqa xalqlara Finikiyalılardan yayılmışdır. Bu zaman Vaalın xarakteri dəyişikliklərə məruz qalmışdır. Belə ki, yəhudi mifologiyasına görə Vaal Elin oğlu və Günəş tanrısıdır, Misir mifologiyasında isə ildırım tanrısı kimi tanınır. Adətən buğa buynuzlu və ildırım əsası ilə təsvir olunur.
Babül
Babül — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Babül şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 976 nəfər və 287 ailədən ibarət idi.
Ball
Con Boll (ing. John Ball; 20 avqust 1818[…], Dublin – 21 oktyabr 1889[…], Kensinqton, London qraflığı[d]) — İrlandiya botaniki. London Kral Cəmiyyətinin üzvü (1868).
Barl
Barl (fr. Barles, oks. Barles) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Seyn kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04020. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 253 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyat meşəçilik, kənd təsərrüfatı, qoyunçuluq və turizmə əsaslanır. 2007-ci ildə 93 yaşında (15-64 yaş arasında) 64 nəfər iqtisadi cəhətdən fəal, 29 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68,8%, 1999-cu ildə 67.2%).
Raul
Raul — Kişi adı. Raul Kastro — Dövlət Şurasının sədri (2008) Raul Serkeyra — Portuqaliyalı keçmiş üzgüçü. Raul Qonsales — ispan futbolçu. Raul Albiol — ispaniyalı futbolçu Raul Meyreles — Portuqaliyalı futbolçu.
Paul
Paul — kişi adı.
Bül-Bül
Bülbül (tam adı: Murtuza Məşədi Rza oğlu Məmmədov; 22 iyun 1897, Şuşa – 26 sentyabr 1961, Bakı) — Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan peşəkar vokal sənətinin banisi, professor (1940), SSRİ xalq artisti, "Stalin" mükafatı laureatı. == Həyatı == Bülbül 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olmuşdur. 1907-ci ildə Bülbül Şuşa mollaxanasında musiqi təhsili almağa başlamışdı. 1909-cu ildə Bülbül Gəncəyə köçür. Burada gənc xanəndənin şöhrəti başlayır. 1911-ci ildə onu Tiflisə, ictimai yığıncaqlar keçirilən yay binasında çıxışa dəvət edirlər. Burada o, məşhur gürcü müğənnisi ilə tanış olur. Səhnə fəaliyyətinə 1916-cı ildən başlamışdır. 1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olmuşdur. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm" (Kərəm), Z. Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operasında oynamışdır.
Bal
Bal, bir neçə arı növü tərəfindən hazırlanan şirin və qatı bir maddədir. Bu arı növlərindən ən məşhuru bal arılarıdır. Arı ailələri balı qidalanmaq üçün hazırlayır və saxlayırlar. Arılar bitkilərin şəkərli ifrazatlarını (əsasən çiçək nektarını) toplayıb təmizləyərək bal istehsal edirlər. Bu təmizləmə, həm arı orqanizminin daxilində requrqitasiya və fermentativ proseslərlə, həm də pətəkdə saxlama zamanı suyun buxarlanması nəticəsində baldakı şəkərlərin qatı və özlü olana qədər konsentrasiyasının artması ilə baş verir. Bal arıları balı şanda toplayırlar. Şanın içərisində bal pətəyi adlanan mumdan hazırlanmış bir quruluş var. Pətək yüzlərlə və ya minlərlə altıbucaqlı hüceyrələrdən ibarətdir və arılar onları balı saxlamaq üçün istifadə edirlər. Bal istehsal edən digər arı növləri isə maddəni müxtəlif quruluşlarda, məsələn, iynəsiz arıların istifadə etdiyi kimi mum və qatrandan hazırlanan qablarda saxlayırlar. İnsan istehlakı üçün nəzərdə tutulan bal çeşidləri vəhşi arı koloniyalarından və ya əhliləşdirilmiş arıların pətəklərindən toplanır.
Etyen Brül
Etyenn Brüle (fr. Étienne Brûlé; 1592, Şampinyi-sür-Marn, Paris, Fransa — iyun, 1643, Ontario, Kanada) — Fransız tədqiqatçı səyyah. Hal-hazırda Kanadada yerləşən Müqəddəs Lavrenti çayını bütün ərazi boyu keçən ilk avropalı olaraq tanınır. == Həyatı == Kanada yerlilərinin yaşayışı ilə maraqlanan Brüle, 1608-ci ildə Yeni Fransaya səyahət etdi. Burada səlahiyyətli Samuel de Champlain tərəfindən Huron tayfası ilə yaşaması üçün şimala göndərildi. Burada bir il yaşayıb Huronların dilini və mədəniyyətini öyrəndikdən sonra, bugünkü Ontario və Miçiqanın əksər bölgəsini kəşf etdi. Fransanın avtoritet rejimindən qaçaq düşən Brüle xəz ticarəti ilə məşğul olmuş, yerlilərlə yaşayaraq fransız tacirlər və yerlilər arasında əlaqə qurmuşdur. Seneca tayfası ilə döyüşdə əsir düşən və işgəncəyə uğrayan Brüle, ölümdən qurtulub Huron torpaqlarına geri qayıtdığında Brüleün başına gələn hadisələr inanmayan yerlilər onun Senecalılarla ticarət əlaqəsi olduğunu düşünərək onu işgəncə ilə öldürmüşlər.
Gəlugah (Babül)
Gəlugah — İranın Mazandaran ostanının Babül şəhristanının Şərqi Bəndpey bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,512 nəfər və 644 ailədən ibarət idi.
Leskyur-Jaul
Leskür-Jaul (fr. Lescure-Jaoul, oks. L'Escura) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Salveta-Peyrale kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12128. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 90 km şimal-şərqdə, Rodezdən isə 37 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 258 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 140 nəfər arasında (15-64 yaş) 98 nəfər iqtisadi fəal, 42 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 70.0%, 1999-cu ildə 71.4%).
Leskür-Jaul
Leskür-Jaul (fr. Lescure-Jaoul, oks. L'Escura) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Salveta-Peyrale kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12128. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 90 km şimal-şərqdə, Rodezdən isə 37 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 258 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 140 nəfər arasında (15-64 yaş) 98 nəfər iqtisadi fəal, 42 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 70.0%, 1999-cu ildə 71.4%).
Paul (film)
Paul — Simon Peq və Nik Frostun birgə ssenarisi əsasında Qreq Mottolanın rejissorluğunu üstləndiyi 2011 istehsalı fantastik-komediya filmi. Film iki fantastika həvəskarının yumorist, alkoqolu və siqareti çox xoşlayan bir yadplanetli ilə yaşadıqları sərgüzəştlərdən bəsh edir. Onlar yadplanetlinin casuslardan qaçmasına və planetinə qayıtmasına yardım edirlər.
Paul Blobel
Paul Blobel (alm. Paul Blobel‎; 13 avqust 1894, Potsdam, Brendenburq əyaləti[d], Prussiya, Almaniya imperiyası – 7 iyun 1951, Landsberq həbsxanası) — Alman nasist hərbi cinayətkarı, SS-Standartenführer və SD üzvü. Potsdam şəhərində anadan olmuşdur. Birinci dünya müharibəsində iştirak etmiş, müharibədən sonra memar kimi işləmişdir. 1924-cü ildən 1931-ci ilə qədər memar kimi işlədikdən sonra Nasional Sosialist Alman Fəhlə Partiyasına qatılmışdır. Blobel Kiyev və ətraf bölgələrdə 33.771 nəfər yəhudinin öldürülməsi ilə nəticələnən Babi Yar qətliamının əsas təşkilatçılarından biri kimi tanınır. Qətliamın əsas iştirakçılarndan olan Sonderkommando 4a birliyinin komandiri olmuşdur.
Paul Bonatz
Paul Bonatz (d. 6 dekabr 1877 – ö. 20 dekabr 1956) — Almaniya memarı, Nasist memarlığına böyük təsir göstərmişdir. Paul Bonatz 1896–1901 illəri arasında Münhen Texniki Universitetində memarlıq təhsili gördükdən sonra, Ştutqart Universitetində Prof. Teodor Fişerin assistenti kimi çalışmışdır (1902–1906), 1908-ci ildə isə onun yerinə keçdi. Türkiyədə işə gəldiyi 1943-cü ilə qədər müəllimliyə davam etdirdiyi kimi öz bürosunda da memarlıq fəaliyyətlərini davam etdirdi. Tübinqen Universiteti Kitabxanası (1910–1912), Hannover Şəhər Salonu (1910–1914), yarışma layihəsi olaraq hazırladığı Ştutqart Vağzalı (1914–1917), mühəndislik strukturlarının bir memarlıq mövzusu ola biləcəyini göstərdiyi Nekkar Su Anbarı və Elektrik Stansiyası (1926–1935), Ştutqartdaki Zepplin Oteli (1931–1933), İsveçrədə Bazel Gözəl Sənətlər Muzeyi (R. Krist ilə birlikdə; 1932–1936), müxtəlif şose körpüləri (1938–1941) bu dövr əsərlərinin başlıcalarıdır. Bonatz Türkiyəyə ilk dəfə 1916-cı ildə İstanbulda tikiləcək Türk-Alman Dostluq Evi layihə yarışması üçün gəlmişdi. 1942-ci ildə Türkiyəyə bir daha gələrək beynəlxalq Anıtkabir arxitektura layihə yarışmasında münsiflər heyətinə seçildi. Növbəti ilin əvvəllərində, Hitler dövrünün Alman memarlığını müxtəlif ölkələrdə tanıtmaq məqsədini daşıyan Alman Memarlıq Sərgisində işlərini Ankara və İstanbulda təqdim etmək üçün yenidən Türkiyəyə gəldi.
Paul Bostaph
Pol Stiven Bostaf (ing. Paul Steven Bostaph; d. 6 mart 1964, San-Fransisko, Kaliforniya) — amerikalı treş-metal zərbçisi. Bostafın zərb alətlərində ifaçılıq karyerası 1984-cü ildən başlayır və o, bu zamandan başlayaraq Forbidden (başlanğıcda Forbidden Evil olaraq tanınırdı), Slayer, Testament, Exodus və Systematic kimi qruplarla işləmişdir. Metal-Rules.com saytı Bostafı "əsl professional və treş-metal janrının günümüzdəki ən yaxşı zərbçilərindən biri" adlandırmışdır. Hal-hazırda o, yenidən Slayer qrupunda ifa edir.
Paul Braytner
Paul Braytner (alm. Paul Breitner, 5 sentyabr 1951[…], Münxen) — müdafiəçi və yarımmüdafiəçi mövqelərində çıxış etmiş keçmiş Alman futbolçusudur. Qərbi Almaniya millisinin formasını 48 dəfə geyinmiş Braytner, Almaniya millisinin tarixində ən mübariz oyunçulardan biri kimi qəbul edilir. Bir müddət Almaniya millisində Braytner — Bekkenbauer — Foqts müdafiə üçlüsü, Bayern Münhendə isə Rummenigge — Braytner yarımmüdafiə ikilisi çox məşhur idi. Braytner 1974 FİFA Dünya Kubokunu qazanan kazanan Qərbi Almaniya millisinin ayrılmaz bir parçası idi, hətta final matçında qol da vurmuşdu. Üstəlik 1982 FİFA Dünya Kubokunda fərqlənməklə iki fərqli Dünya Çempionatında qol vuran 4 futbolçudan biri oldu — digərləri isə Pele, Vava və Zinəddin Zidan idi. Bütün zamanların ən güclü alman futbolçularından biri olan Braytner 1994-cü ilə FİFA tərəfindən FİFA Dünya Kuboku Bütün Zamanların Komandasına seçildi. 2004-cü ildə FİFAnın mükafatlandırma mərasimində Pelenin tərtib etdiyi yaşayan ən güclü futbolçuların siyahısına — FİFA 100-ə əlavə edildi. Braytner karyerasını bitirdikdən sonra Almaniyada şərhçi, alim və köşə yazarı kimi çalışıb, eyni zamanda Bavariyanın idarəetmə şurasının məsləhətçisidir. Braytnerin futbol karyerası 1970-ci ildən 1983-cü ilə qədər davam etdi.
Paul Corc
Pol Corc (2 may 1990, Palmdeyl, Kaliforniya) — Amerikalı peşəkar basketbolçu. Hal hazırda Los-Anceles Klippers komandasında çıxış edir. O, 9 dəfə NBA All-Star komandasına 5 dəfə isə All-NBA və 2 dəfə NBA All-Defensive komandasına seçilib. PG13 ləqəbi ilə də tanınır. Corc əvvəlcə ali məktəbin Knight High School komandasında sonra isə Fresno State kollec komandasında çıxış edib. 2010 NBA seçmələrində İndiana Pacers tərəfindən 10-cu sıradan seçilib. 2013-cü ildə "'Ən çox inkişaf etmiş"' (Most Improved Player) seçilib. 2014-cü ildə ABŞ milli basketbol yığmasına çağırılıb və milli komanda ilə hazırlıq oyunlarının birində ayağını qırır. Zədə səbəbindən 2014–15 sezonun çoxunu buraxmalı olur, amma 2016-cı ildə yenidən All-Star komandasına seçildi. İndiana Peysers komandası üçün oynadığı 7 sezonda 7 dəfə (2011, 2012, 2013, 2014, 2015, 2016, 2017) pleyoffa 2 dəfə (2013, 2014) isə konferans finalına çıxdı.
Paul Cézanne
Pol Sezan (fr. Paul Cézanne) (tələffüz: pɔl sezan) (19 yanvar 1839[…], Eks-an-Provans[d] – 22 oktyabr 1906[…], Eks-an-Provans[d]) — fransız rəssamı, postimpressionizm cərəyanının yaradıcısı və görkəmli nümayəndəsi. Belə demək mümkündürsə, Pol Sezan impressionizm ilə kubizm arasında körpü rolu oynamışdır. O, öz əsərlərində dizayn, rəng, ton və kompozisiya ustalığı nümayiş etdirir. Pol Sezan 1839-cu il 19 yanvar Fransada yerləşən Eks-an-Provansda anadan olub. Onun soyadı Şimali İtalyanın Pyemont əyalətində yerləşən Çezena şəhərindən götürülmüşdür. Bunun əsasında bir sıra mütəxəssislər onun italyan əsilli olduğu fikrini irəli sürmüşlər. Rəssamın atası Lui-Ogüst Sezan şlyapa taciri olmuş, daha sonra isə bankirliklə məşğul omuşdur. Eksdə Burbon Kollecində sonradan yaxın dostu olacaq Emil Zolya ilə birlikdə eyni kollecdə təhsil almışdır. Emil Zolya ilə aralarında olan bu dostluq uzun müddət davam etmişdir.
Paul Daniels
Paul Daniels — Eduard Daniels və ya bilinən səhnə adı ilə: Paul Daniels, İngilis illuziyonist, tv aparıcısı. İngilis BBC kanalında 1979-1994 illəri arasında fasiləsiz yayımlanan sehrbazlıq verilişi The Paul Daniels Magic Show (Paul Danielsin Sehrli şousu) ilə tanınır. Şoularda ona kömək edən assistanı Debbi Makki ilə evlənmişdir. Xüsusilə boş qutulardan içki butulkaları çıxartmaqla və kiçik toplarla etdiyi illuziyalarla yaddaşlarda qalmışdır. Paul Daniels beyin xərçənginə bağlı komplikasiyalar nəticəsində 77 yaşında vəfat etmişdi.
Paul Drinhol
Paul Drinhol (16 yanvar 1990) — Birləşmiş Krallıqı təmsil edən stolüstü tennisçi. Paul Drinhol Birləşmiş Krallıqı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, Komanda turnirində isə 9-cu pillənin sahibi olub. Daha sonra Paul Drinhol Birləşmiş Krallıqı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin sahibi olub.
Paul Ehrenfest
Paul Ehrenfest (18 yanvar 1880[…], Vyana – 25 sentyabr 1933[…], Amsterdam) - statistik mexanika sahəsinə ilə onun kvant mexanikası ilə əlaqələrinə, o cümlədən faza keçidi nəzəriyyəsi və Ehrenfest teoremi böyük töhfələr verən Avstriya-Hollandiyalı nəzəri fizik idi. O, 1912-ci ildə Praqaya səfəri zamanı Albert Eynşteynlə danışıq qurdu və tez-tez Eynşteyni qəbul etdiyi Leydendə professor oldu. Paul Ehrenfest Vyanada Moraviyanın Loštice şəhərindən (indiki Çexiyanın bir hissəsi) yəhudi valideynlərində anadan olub və böyüyüb. Valideynləri Zigmund Ehrenfest və Johanna Jellinek ərzaq mağazası işlədirdilər. Ailə həddindən artıq dindar olmasa da, Paul ibrani dilini və yəhudi xalqının tarixini öyrəndi. Sonralar o, həmişə yəhudi köklərini vurğulayırdı. Erenfest ibtidai sinifdə əla oxudu, lakin Akademisches Gymnasium -da yaxşı nəticə göstərmədi, ən yaxşı fənni riyaziyyat idi. Frans İosif Gimnaziyasına köçdükdən sonra göstəriciləri yaxşılaşdı. 1899-cu ildə buraxılış imtahanlarını verdi.
Paul Erliş
Paul Erliş (alman: [ˈpaʊ̯l ˈeːɐ̯lɪç] ( dinlə)) (14 mart 1854[…], Stşelin[d], Prussiya – 20 avqust 1915[…], Bad-Xomburq[d], Almaniya imperiyası) - alman hәkimi, immunoloq, bakterioloq, kimyaçı vә biokimyaçı. Kimyәvi terapiyanın banisi, Nobel mükafatı laureatı. Paul Erliş Rostok, Strasburq, Breslavl, Leypsiq və Frayburq universitetlərində oxumuşdur. 1877-ci ildәn Şarite Berlin Klinikasının hәkimi kimi işləməyə başlamışdır. 1887-ci ildən etibarən Berlin Universitetinin privatdosenti, 1890-cı ildәn ekstraordinar professor olmuşdur. 1896-cı ildәn Şteqlisdә zәrdabın öyrәnilmәsi institutunun direktoru olmuşdur. 1899-cu ildәn Frankfurt-Maynda, hazırda öz adını daşıyan, Eksperimental Terapiya İnstitutuna rәhbәrlik etmişdir. Əsas әsәrlәri biokimya, dәrman maddәlәrinin kimyası, eksperimental patologiya vә terapiya, habelә immunitet üzrәdir. 1901-ci ildәn bәdxassәli şiş problemi üzәrindә işlәmişdir. Qan leykositlәrinin müxtәlif formalarını tәsvir etmiş, qanyaranmada sümük iliyinin vә limfoid orqanların әhәmiyyәtini göstәrmişdir.
Paul Fleminq
Paul Fleminq (alm. Paul Fleming‎; 5 oktyabr 1609[…] – 2 aprel 1640[…], Hamburq, Müqəddəs Roma imperiyası[…]) — alman şairi. Martin Opitsin çoxsaylı şagirdləri və davamçıları arasında Fleminq öz orijinallığı və daha istedadlı olması ilə seçilir. Onun şeirləri sünilikdən uzaq səmimi bir dillə yazılmışdır. Bir çox müasirlərindən fərqli olaraq o, nikbin, həyatsevər bir şairdir. Vətənin başına gələn fəlakətlər onu düşündürsə də, kədərləndirsə də, narahat etsə də, bədbinləşdirmir, ümidsizləşdirmir. Fleminq pastor /protestant keşişi/ ailəsində anadan olmuş, Leypsiqdə latın məktəbində oxumuş, sonra tibb öyrənmişdir. Adam Oleari ilə birlikdə 1633-1639-cu illərdə Rusiyaya və İrana səyahət etmişdir. Paul Fleminq səfərdən qayıdandan bir qədər sonra 1640-cı ildə Hamburqda ölmüşdür. 1631-ci ildə latınca yazdığı aşiqanə şeirləri çap olunmuşdur.
Paul Haldan
Paul Haldan (12 aprel 1965) — Niderlandı təmsil edən stolüstü tennisçi. Paul Haldan Niderlandı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin sahibi olub.