BUL

сущ. диал. трёхзубчатый гарпун для ловли рыбы
BUQƏLƏMUNLUQ
BULAQ
OBASTAN VİKİ
Andre Şarl Bul
Andre Şarl Bul (11.11.1642,Paris – 28 və ya 29.2.1732, Paris) — fransız mebel ustası. 1672-ci ildən XIV Lüdovikin saray ustası. Luvr, Marli və Versalda dekorativ işlər (qiymətli ağac növlərindən istifadə etməklə divar marketri və s.) görmüşdür. == Həyatı == Bulun mebel emalatxanasında dörd oğlu: Filipp Bul (1678–1744), Pyer Benua Bul (1680–1741), Andre Şarl Bul (Bul de Süv, 1685–1745; həmçinin heykəltaraş) və Kiçik Şarl Jozef Bul (1688–1754) işləmişdir. Onların yaratdığı mebel nümunələrində rokokoya təkamül edən klasisizm və barokko əlamətləri birləşirdi. Bu mebelləri effektlilik, dekorun zənginliyi, həmçinin düz xətlərin və əyri -xətli naxışların uyarlı gözəlliyi, ornament və inkrustasiyanın dekorativliyi (səthə yapışdırılmış tunc, abnos ağacından, fil sümüyü, sədəf və tısbağa qınından istifadə etməklə düzəldilən marketri) fərqləndirirdi. Əsasən, Luvr da, Klüni Muzeyində (Paris), Versalda, Fontenbloda, Volles kolleksiyasında, Viktoriya və Albert Muzeyində (London), Ermitajda (S.- Peterburq) saxlanılır. "Bul", həmçinin 17-ci əsrin sonu – 18-ci əsrin 1-ci yarısında fransız saray mebeli sənətində üslub idi. == Muzeylər və sərgilər == Andre Şarl Bulun mebel kolleksiyalarına dünyanın bir çox muzeylərində rast gəlinir: Luvr muzeyi, Paris Viktoriya və Albert, London Qetti muzeyi, Los Anceles Bundan əlavə, Andre Şarl bulun mebelleri bir sıra fransız saraylarını bəzəyir.
Bul (çörək)
Bul (fr. Boule)- Fransız dilində "Top" mənası verən, Fransız çörəyinin ənənəvi forması ki bir əzilmiş topa bənzər.Hər hansı un növü ilə hazırlana bilən bir köntöy bulka forma dır.
Bul dəyişəni
Bul dəyişəni– kompüter proqramında: mümkün iki qiymətdən birini alan dəyişən. Kəmiyyətlərin müqayisəsinin nəticələrini hər dəfə yadda saxlamaq lazım gəldikdə Bul dəyişənləri çox faydalı olur. Bul ifadəsi– iki Bul qiymətindən (doğru – true və yalan – false) birini verən ifadə; bəzən məntiqi və ya şərti ifadə də deyilir. Belə ifadələrin tərkibinə < (kiçikdir) və > (böyükdür) kimi nisbət operatorlarının istifadə olunduğu müqayisələr və Bul ifadələrinin məntiqi kombinasiyaları daxil ola bilər. Bul məntiqi– məntiqi qiymətlərin (“doğru”, “yalan”) emalı ilə bağlı olan anlayış. Bir çox proqramlaşdırma dilləri qabaqcadan “doğru” və “yalan” qiymətlərini təyin etməklə Bul verilənlərindən istifadə edir; başqa dillərdə isə Bul qiymətləri tam ədədlər vasitəsilə təyin olunur ki, bu zaman, adətən, (həmişə yox) “0” “yalan” qiymətinə, “0 deyil” isə “doğru” qiymətinə bərabər tutulur. Bul axtarışı – verilənlər bazasında Bul operatorlarından istifadə etməklə axtarışdır. \ == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Con Bul
Con Bul (d. 1562, Somerset, Britaniya İmperiyası - ö. 15.3.1628, Antverpen, İspaniya) — ingilis bəstəkar, musiqiçi, orqan düzəldən.
Corc Bul
Corc Bul (2 noyabr 1815[…] – 8 dekabr 1864[…], Ballintempl[d], Munster[d]) — ingilis riyaziyyatçısı, riyazi məntiqin yaradıcılarından biridir. == Həyatı == Corc Bul 1815-ci il, noyabr ayının 2-də İngiltərənin Linkolnşir şəhərinin Linkoln qəsəbəsində kasıb bir ailədə dünyaya gəlib. Həmin dövrdə qədim dilləri (latın və yunan) öyrənməyə xüsusi maraq var idi. Sözsüz ki, Bulun təhsil aldığı əsasən imkansız ailələrin oxuduğu məktəbdə bu dillər tədris olunmurdu. Lakin Bul sərbəst şəkildə bu dilləri öyrənirdi. Bundan əlavə, riyaziyyat və məntiqlə maraqlanan məhdud təhsilə malik atası Corca bu fənlərin ilkin mərhələsini tədris edirdi. Bul artıq 16 yaşında valideynlərinə kömək etmək üçün özəl bir ibtidai məktəbdə müəllim assistenti kimi fəaliyyətə başladı. O, 4 il iki məktəbdə müəllimlik fəaliyyəti ilə məşğul olur. Bul gələcək həyatı haqqında düşünürdü, özü üçün bir yol seçməyə çalışırdı. O, ilkin biliklərinin normal səviyyədə olduğunu anlasa da peşə baxımından qənaətbəxş hesab etmirdi.
Pyer Bul
Pyer Bul — fransız yazıçısı. == Həyatı == İxtisasca mühəndis olmuşdur. 1936–41-ci illərdə Cənub-Şərqi Asiya ölkələrində yaşamışdır. İkinci dünya müharibəsinin iştirakçısı olmuşdur; 1943-cü ildə əsir düşmüş,1944-cü ildə əsirlikdən qaçmışdır; 1947-ci ildən Parisdə yaşamışdır. Asiyada qazandığı həyat təcrübəsi “Kvay çayı üzərində körpü”(1952; 1957 ildə rej. D. Lin tərəfindən ekranlaşdırılmışdır) romanında, “Kvay çayının mənbəyində” (1966) avtobioqrafiyasında və s. əksini tapmışdır. Ən məşhur əsəri “Meymunlar planeti” (1963; bir neçə dəfə, o cümlədən 2001 ildə T. Breton tərəfindən ekranlaşdırılmışdır) romanıdır. Paradoks məntiqi əsasında qurulmuş “Absurd haqqında hekayələr”in (1953); E. Po tərzində “Cəllad” (1954) psixoloji detektivinin “İdrak oyunları” (1971) futuristik antiutopiyanın müəllifidir. Fəxri legion ordeni ilə təltif olunmuşdur (1945).
Bul cəbri (məntiqi)
Bul cəbri — ədədi dövrələrin analiz və dizaynını təmin edən riyazi nəzəriyyədir. Rəqəmli kompüter dövrələrinin tətbiqində, ikili dəyişənlər üzərində təyin olunan ədədi əməliyyatları göstərir.Bul cəbri ikili say sisteminə əsaslanır. == Tarix == Diskret riyaziyyatın ən əhəmiyyətli bölmələrindən biri riyаzi məntiqdir. Bu еlmin əsаsını ХVII əsrdə аlmаn riyаziyyаtçısı və filоsоfu Q.Lеybnis qоymuşdur. О, bu gələcək еlmi əqli nəticələr hеsаbi və yа riyаzi məntiq аdlаndırmışdır. İrlаnd riyаziyyаtçısı və məntiqçisi Corc Bul ХIХ əsrdə bu еlmi məntiqin riyаzi аnаlizi аdlаndırmışdır. Bulun işlərinin dаvаmçılаrı və sistеmləşdiriciləri оlаn riyаziyyаtçısı Е.Şrеdеr və rus riyаziyyаtçısı P.S.Pоrеtski "riyаzi məntiqin" əsаs bаşlаnğıclаrı hаqqındа tədqiqаt аpаrmışlаr. ХIХ əsrin 70-ci illərində оlduqcа tеz-tеz "məntiq cəbri" tеrmini, bəzən də bu tеrminə C.Bulun sоyаdının əlаvə еdilməsi nəticəində аlınаn tеrmin rаst gəlinirdi "Bul məntiq cəbri" (Pirs, 1870), "Bulun məntiq cəbri" (Liаrd, 1877), "Məntiq cəbri" (Mаkfеrlеyn, 1880). 1880-cı ildə ingilis məntiqçisi "Simvоlik məntiq", 1891-ci ildə isə itаlyаn riyаziyyаtçısı Pеаnо "Riyаziyyаtın məntiqi" tеrminlərini istifаdə еtmişlər. == Tətbiqi == Məntiq cəbri funksiyаlаrı riyаziyyаtın bаşqа sаhələri ilə yаnаşı həm dəqiq və həm də humаnitаr еlm sаhələrində, tехnikаnın müхtəlif sаhələrində tətbiq оlunur.
"Badamlı" mineral bulaqları
Badamlı — Azərbaycan Respublikasının Şahbuz rayonunun Badamlı qəsəbəsi ərazisində mineral bulaq. == Ümumi məlumat == Badamlı mineral suyunun kəşfi və dünyada tanıdılması geologiya-mineralogiya elmləri doktoru Əziz Əsgərovun adı ilə bağlıdır. 1947-ci ildən bəri istehsal olunan "Badamlı" Azərbaycanın ilk və ən məşhur su brendidir. Sovet İttifaqı dövründə 15 müttəfiq respublikaya satılan Badamlı suları faydalı komponentlərlə zəngin tərkibi və unudulmaz dadı ilə bütün Sovet İttifaqı alıcılarının könlünü fəth etmişdir. 1990-cı illərdə ittifaq dağıldıqdan sonra, bazar iqtisadiyyatına keçid prosesi ilə əlaqədar yaranan çətinliklərə görə Badamlı sularının ixracı dayanmışdır. Adını ərazidə yerləşən Badamlı kəndinin adından alan bulaqlar XIX əsrin sonlarında yer qatının çatlaması nəticəsində üzə çıxmışdır. Badamlı mineral süfrə suyu həzmi asanlaşdırır, iştahı artırır. Tərkibində olan minerallar insan orqanizminə müsbət təsir edir, həmçinin orqanizmdə çatışmayan mineralların bərpasına köməklik göstərir. Qiymətli süfrə suyu kimi sənaye miqyasında istifadə edilir. == Badamlı mineral su yatağı == Badamlı bulağı Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Badamlı kəndinin cənub-qərbində, 1262–1274 metr hündürlükdə yerləşir.
Achnodonton bulbosum
Çəmən pişikquyruğu (lat. Phleum pratense) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin pişikquyruğu cinsinə aid bitki növü. == Sinonimləri == Achnodonton bulbosum (Gouan) J.Woods Phleum alpinum subsp. trabutii Litard. & Maire Phleum bertolonii subsp. trabutii (Litard. & Maire) Kerguélen Phleum brachystachyum (Salis) Gamisans, A.T.Romero & C.Morales Phleum bulbosum Gouan Phleum deckeri Roem. ex Trin. Phleum fallax Janka Phleum maximum Pryor [Invalid] Phleum microstachyum Ruiz ex Nyman Phleum microstachyum Ruiz Phleum nodosum L. Phleum nodosum var. pratense (L.) St.-Amans Phleum parnassicum Boiss.
Aetheorhiza bulbosa
Aetheorhiza bulbosa (lat. Aetheorhiza bulbosa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin aetheorhiza cinsinə aid bitki növü.
Alaşa (bulaq)
Alaşa – Azərbaycan Respublikasının Astara rayonunun Alaşa kəndi ərazisində mineral bulaq. == Ümumi məlumat == Azərbaycan Respublikasının ərazisində 100-ə qədər azotlu su növü var ki, bunlardan biridə Alaşa bulağının suyudur. Suyun hərarəti 45–50°C-yə qədər olur. Bu su isti azotlu sular qrupuna daxildir ki, bunların əhəmiyyəti daha çoxdur. Alaşa mineral bulağı Astara rayonunun Alaşa kəndindən 3 km qərbdə , İstisu çayının yatağında yerləşən 16 bulaqdan ibarətdir. Bulaqlar yüksək debitli olub, acı-şordur. Yerli əhali tərəfindən müalicə məqsədi üçün istifadə olunur. Bu hidronim türk dillərində qədim dil elementi kimi bir neçə məna ifadə edir: "at", "köçəri həyata alışmış heyvan", "coşan, harın, inadkar", "aşağı, alçaq", "bel, arxa", "pis, murdar, iyrənc" və s. Bulaq adı kimi "pis, xoşa gəlməyən su" mənasını ifadə edir.
Aleksey Buldakov
Aleksey Buldakov (26 mart 1951, Klyuçevski rayonu[d], Altay diyarı – 3 aprel 2019, Ulan-Bator) — Rusiya aktyoru, Rusiyanın xalq artisti (2009) == Həyatı == Aleksey İvanoviç Buldakov 26 mart 1951-ci ildə Altay vilayətində anadan olub. A.Çexov adına Pavlodar Dram Tetarının nəzdində gənclər teatr studiyasında təhsil alıb (1969). 1981-ci ildən Pavlodar, Tomsk, Karaqanda, Ryazan teatrlarında, "Belarusfilm"in nəzdindəki teatr-studiyada (1985-1992) çalışıb. Kinoda 1982-ci ildən çəkilmişdir. Aleksey Buldakov 3 aprel 2019-cu ildə qastrol səfəri zamanı damarın trmobla tıxanması nəticəsində vəfat edib.
Allium margaritaceum var. bulbiferum
Üzüməbənzər soğan (lat. Allium vineale) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. == Sinonimləri == Allium affine Boiss. & Heldr. [Illegitimate] Allium arenarium Wahlenb. [Illegitimate] Allium assimile Halácsy Allium campestre Schleich. ex Steud. [Invalid] Allium compactum Thuill. Allium descendens W.D.J.Koch Allium laxiflorum Tausch Allium littoreum Bertol. Allium margaritaceum var.
Allium vineale var. bulbiferum
Üzüməbənzər soğan (lat. Allium vineale) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. == Sinonimləri == Allium affine Boiss. & Heldr. [Illegitimate] Allium arenarium Wahlenb. [Illegitimate] Allium assimile Halácsy Allium campestre Schleich. ex Steud. [Invalid] Allium compactum Thuill. Allium descendens W.D.J.Koch Allium laxiflorum Tausch Allium littoreum Bertol. Allium margaritaceum var.
Allophylus bullatus
Allophylus bullatus (lat. Allophylus bullatus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin allophylus cinsinə aid bitki növü.
Alxas bulağı
Alxas bulağı — Xınalıqda bulaq. Alxas bulağı Xınalığın sirli bulaqlardan biridir. Bulağın suyu iki mənbədən gəlir: həm qayaların arasından süzülür, həm də yerin altından qaynayıb çıxır. Bu suyu içəndə adamın dişini göynədir. Bulağın bir sirri də var. Təkcə yayda çobanlar yaylaqda məskən salandan-salana suyu olur.
Amaranthus bulgaricus
Geriqatlanan pəncər (lat. Amaranthus retroflexus) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin pəncər cinsinə aid bitki növü. == Sinonimləri == Amaranthus bulgaricus Kov. Amaranthus bullatus Besser ex Spreng. Amaranthus curvifolius Spreng. Amaranthus delilei Richt. & Loret Amaranthus johnstonii Kov. Amaranthus recurvatus Desf. Amaranthus retroflexus var. delilei (Richt.
Amaranthus bullatus
Geriqatlanan pəncər (lat. Amaranthus retroflexus) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin pəncər cinsinə aid bitki növü. == Sinonimləri == Amaranthus bulgaricus Kov. Amaranthus bullatus Besser ex Spreng. Amaranthus curvifolius Spreng. Amaranthus delilei Richt. & Loret Amaranthus johnstonii Kov. Amaranthus recurvatus Desf. Amaranthus retroflexus var. delilei (Richt.
Amblyseius bulga
Amblyseius bulga (lat. Amblyseius bulga) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius bulga Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Ametist mineral bulağı
Şahbuz rayonundakı Gömür kəndindən 7 km aralıdakı dərədədir. Oksidlər sinfinə aid bənövşəyi rəngli Kvars (SiO2) mineralından (süxurundan) əmələ gəlmiş duzlu mineral sudur. Orta dərəcədə minerallaşmış karbon qazlı suyun tərkibində xeyli miqdarda ametist olması ilə əlaqədar həkim məsləhəti ilə dəri xəstəliklərinin müalicəsində (20–30 Cº) vanna qəbul etmək olar. Qədim Yunanıstanda Ametist duzundan sərxoşluğa qarşı dərman kimi istifadə etmişlər. == Mənbə == Bağırov, Feyruz Abdulla oğlu. Naxçıvanın təbii sərvətləri — Naxçıvan, 2008.
Andela Bulatoviç
Anjela Bulatoviç (15 yanvar 1987, Podqoritsa) — Monteneqronu təmsil edən həndbolçu. == Karyerası == Anjela Bulatoviç Monteneqro yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 26:24 hesabı ilə məğlub olan Monteneqro yığması, London Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Anjela Bulatoviç Monteneqro yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Monteneqro yığması, Rio-de-Janeyro Olimpiadasını 11-ci yerdə başa vurdu.
Astara bulvarı
Astara bulvarı — Astara şəhərində, Xəzər dənizinin sahilində yerləşən park-bulvar kompleksi. == Tarixi == Kompleksin inşasına 2014-cü ilin mart ayında başlanılmış və 2015-ci ildə tikinti-quraşdırma işləri başa çatdırılmışdır. == Ərazisi == Park-bulvar kompleksi Astara şəhərində Xəzər dənizinin sahili boyunca 1 kilometr uzunluğunda olan ərazini əhatə edir. Burada park-bulvarın sahəsi 6 hektar, çimərliyin sahəsi 2 hektardır. Park-bulvarda fəvvarə kompleksi, süni şəlalələr, yay-qış uşaq əyləncə mərkəzləri, açıq fitnes meydançası, kafe-çay evi tikilmişdir. Bundan əlavə, ərazidə uşaq əyləncə attraksionları quraşdırılmışdır. == Qalereya == == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Astara bulvarı ilə əlaqəli mediafayllar var.
Ağanus (bulaq)
Ağanus — Laçın rayonunu ərazisində mineral bulaq. Hidronim ağan/aqan (iti axan) və us (su) sözlərindən düzəlib, "iti axan su" deməkdir.
Aşağı İstisu (bulaq)
Aşağı İstisu – Azərbaycan Respublikasının Kəlbəcər rayonu ərazisində mineral bulaq. == Ümumi məlumat == Qarabağ yaylasında, Kəlbəcər rayonu ərazisində, Tərtərçayın sahilində, 2100–2800 metr yüksəklikdə yerləşir. Bu bulaqların ətrafında kurort salınmamışdır. Suyundan müalicə və içmək üçün istifadə edilir. Aşağı İstisu bulaqları çox debitli 8 bulaqdan ibarətdir, suyunun dadı turşməzədir. Mineral bulaqlar 1139-cu ildə zəlzələ zamanı yerin çatlaması nəticəsində əmələ gəlmişdir. == Həmçinin bax == İstisu Yuxarı istisu == Mənbə == Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.262.
B-5 (Qış Bulvarı) metrostansiyası
B-5 metrostansiyası — Bakı metrosunun "Bənövşəyi xəttinin 6-cı stansiyası olacaq. == Tarixi == Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsi rəisi Bəxtiyar Məmmədov bildirib ki, xəttin beşinci stansiyası (B-5) üzrə yer bəllidir və o istiqamətdə işlər B-4-də işlər qurtardıqdan sonra başlayacaq: “B-5 stansiyası Xarici İşlər Nazirliyinin binasının arxa tərəfində yerləşəcək”.
Babazənən (bulaq)
Babazənən – Azərbaycan Respublikasının Salyan rayonunun Babazənən dağının ərazisində mineral bulaq. == Ümumi məlumat == Azərbaycan Respublikasının Salyan şəhərinin şimal-şərqində yerləşir. Cənub-şərqi Şirvan düzündə, eyniadlı dağda, Babazənən dağında yerləşdiyi üçün adını da həmin dağdan almışdır. Bəzi mənbələrdə Babasənan variantında da işlənmişdir. Mütəxəsislərin bir qismi oronimin ikinci komponentini fars dilindəki "qadın" sözünün qarşılığı, digər qismi isə Sənan şəxs adı ilə əlaqələndirirlər. Əslində isə Babasinən variantında qəbul olunmalı olan bu oronim"baba" və "sinən" (türk dilində "enən", "düşən", "yatan", "kiçilən") sözlərindən ibarətdir. Bir çox tədqiqatçılara görə, burada əsasən qadın xəstəlikləri müalicə olunduğu üçün bulaqlar Babazənən (qadın piri) adı ilə tanınır. Babazənən bulağının suyu isti və kükürdlüdür. Yerli əhali tərəfindən müalicə üçün istifadə edilir. Bulaqdan dəri xəstəliklərinin ən yaxşı dərmanı olan rodonlu su axır.
Bakı bulvarı
Bakı bulvarı (rəsmi adı: Dənizkənarı Milli Park) — Azərbaycanın Bakı şəhərində, Xəzər dənizinin sahilində yerləşən bulvar. == Tarixi == === İlk işlər === Bakı bulvarının ərazisində ilk tikinti işlərinə XIX əsrin əvvəllərində başlanılmışdır. Həmin dövrdə esplanadanın tikintisi yenicə başlayırdı və İçərişəhərin sahil zolağı hələ boş idi. XIX əsrin ikinci yarısında bu ərazidə mövcud olan ensiz sahil zolağı əsasən iqtisadi məqsədlər üçün istifadə edilirdi. Burada anbarlar və körpülər yerləşirdi. 1860-cı illərdə "Qafqaz və Merkuri" paraxod şirkəti körpü və digər qurğuların tikintisini həyata keçirmişdir. Bu qurğuların tikilməsi nəticəsində sahil zolağı 2 hissəyə bölündü: Qərb istiqamətində: Qala boyunca – Aleksandrovski sahili; Şərq istiqamətində: Bolşaya Morskaya prospektinə qədər Petrovski sahili Lakin belə vəziyyət şəhər strukturuna üzvi şəhərsalma elementi kimi daxil ola biləcək vahid sahil küçəsinin yaranmasına xidmət etmirdi. Sahil küçələrinin təsadüfi təmiri və rekonstruksiyası ümumi şəhərsalma problemini həll etmirdi. Belə ki, qərbdəki neft mədənlərini şərqdə yerləşən emal zavodları ilə birləşdirən mühüm nəqliyyat arteriyası kimi sahil küçəsi, demək olar ki bütün gün ərzində hərəkətdə olan nəqliyyat üçün kifayət qədər buraxılış gücünə malik deyildi. Eyni zamanda şəhər əhəmiyyətli dərəcədə böyümüş, mərkəzi hissəsi genişlənmiş və sahilin tənzimlənməsi artıq şəhər həyatının tələbinə çevrilmişdi.
Bakı bulvarı (roman)
Bala Buluq rayonu
Bala Buluq rayonu - Əfqanıstan İslam Respublikasının Fərah vilayətinin rayonlarından biri . Əhalisinin 95%-ini puştunlar (daha doğrusu puştunlar və birinci istifadə etdikləri dil puştunca olanlar, bura həmçinin rayonda məskunlaşmış evdə Azərbaycan türkcəsində kənarda isə puştunca və tacikcə - şərqi farsca danışan Qızılbaş Əfşarlar da daxildir !), 5%-ini isə taciklər təşkil edir. 2002-ci ilə olan məlumata əsasən rayonun əhalisi 100.429 nəfərdir . == Kəndlər == Farah Rod, Rabat, Afshar, Sartakht, Jangal Younis, Garmar, Takhsirak, Shikilah, Ranask, Todanak,Safar, Dizar, Roodidoz, Galamikh, Saji, Arif Abad, Bakhsh Abad, Zarmaardan, Dolat Abad, Saigangle,Deriab, Grani, Kal Qala, Charab, Damang Shak, Khal Goshki, Ajor, Shiwani, Kharsaki, Kholang,Alakini, Gange Abad, Aleria, and Alamch .
Bala Buluq vulusvalisi
Bala Buluq rayonu - Əfqanıstan İslam Respublikasının Fərah vilayətinin rayonlarından biri . Əhalisinin 95%-ini puştunlar (daha doğrusu puştunlar və birinci istifadə etdikləri dil puştunca olanlar, bura həmçinin rayonda məskunlaşmış evdə Azərbaycan türkcəsində kənarda isə puştunca və tacikcə - şərqi farsca danışan Qızılbaş Əfşarlar da daxildir !), 5%-ini isə taciklər təşkil edir. 2002-ci ilə olan məlumata əsasən rayonun əhalisi 100.429 nəfərdir . == Kəndlər == Farah Rod, Rabat, Afshar, Sartakht, Jangal Younis, Garmar, Takhsirak, Shikilah, Ranask, Todanak,Safar, Dizar, Roodidoz, Galamikh, Saji, Arif Abad, Bakhsh Abad, Zarmaardan, Dolat Abad, Saigangle,Deriab, Grani, Kal Qala, Charab, Damang Shak, Khal Goshki, Ajor, Shiwani, Kharsaki, Kholang,Alakini, Gange Abad, Aleria, and Alamch .
Balaca bulaqotu
Balaca bulaqotu (lat. Veronica minuta) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bulaqotu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Çılpaq, çoxillik ot bitkisidir. Gövdəsi çoxsaylıdır, nazik, sərilən, 2,5-10 sm uzunluqdadır. Yarpaqlar xırda, qısasaplaqlı, dairəvi, oval və ya yumurtaşəkilli, tamkənarlı, 3-7 mm uzunluqdadır. Salxımlar təpədə yerləşir, qısa, seyrək, uzunsov-tüklü, vəzili deyil. Meyvə kasacığın hissələri 3 mm uzunluqda, oval və uzunsov, kənarlardan ağ kirpiklidir. Çiçək tacı mavi, kasacıqdan 2 dəfə böyükdür. Qutucuğu 4mm uzunluqda, sıxılmış, kənarlardan kirpiklidir.

Значение слова в других словарях