Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Baal
Vaal (yunan transkripsiyasında Vaal, assur-babil transkripsiyasında Baal) — Qədim Finikiya, Fələstin və Suriyada bərəkət tanrısıı. Vaala sitayiş başqa xalqlara Finikiyalılardan yayılmışdır. Bu zaman Vaalın xarakteri dəyişikliklərə məruz qalmışdır. Belə ki, yəhudi mifologiyasına görə Vaal Elin oğlu və Günəş tanrısıdır, Misir mifologiyasında isə ildırım tanrısı kimi tanınır. Adətən buğa buynuzlu və ildırım əsası ilə təsvir olunur. == Xarici keçidlər == Baal - Canaanite Sun God Baal Baal Phoenician God Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Babül
Babül — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Babül şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 976 nəfər və 287 ailədən ibarət idi.
Ball
Con Boll (ing. John Ball; 20 avqust 1818[…], Dublin – 21 oktyabr 1889[…], Kensinqton) — İrlandiya botaniki. London Kral Cəmiyyətinin üzvü (1868).
Barl
Barl (fr. Barles, oks. Barles) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Seyn kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04020. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 253 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyat meşəçilik, kənd təsərrüfatı, qoyunçuluq və turizmə əsaslanır. 2007-ci ildə 93 yaşında (15-64 yaş arasında) 64 nəfər iqtisadi cəhətdən fəal, 29 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68,8%, 1999-cu ildə 67.2%).
Raul
Raul — Kişi adı. Raul Kastro — Dövlət Şurasının sədri (2008) Raul Serkeyra — Portuqaliyalı keçmiş üzgüçü. Raul Qonsales — ispan futbolçu. Raul Albiol — ispaniyalı futbolçu Raul Meyreles — Portuqaliyalı futbolçu.
Bül-Bül
Bülbül (tam adı: Murtuza Məşədi Rza oğlu Məmmədov; 22 iyun 1897, Xanbağı, Şuşa – 26 sentyabr 1961, Bakı) — Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan peşəkar vokal sənətinin banisi, professor (1940), SSRİ xalq artisti, "Stalin" mükafatı laureatı. == Həyatı == Bülbül 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olmuşdur. 1907-ci ildə Bülbül Şuşa mollaxanasında musiqi təhsili almağa başlamışdı. 1909-cu ildə Bülbül Gəncəyə köçür. Burada gənc xanəndənin şöhrəti başlayır. 1911-ci ildə onu Tiflisə, ictimai yığıncaqlar keçirilən yay binasında çıxışa dəvət edirlər. Burada o, məşhur gürcü müğənnisi ilə tanış olur. Səhnə fəaliyyətinə 1916-cı ildən başlamışdır.1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olmuşdur. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm" (Kərəm), Z.Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operasında oynamışdır. 1927-ci ildə Bakı Konservatoriyasını bitirmişdir.
Bal
Bal, bir neçə arı növü tərəfindən hazırlanan şirin və qatı bir maddədir. Bu arı növlərindən ən məşhuru bal arılarıdır. Arı ailələri balı qidalanmaq üçün hazırlayır və saxlayırlar. Arılar bitkilərin şəkərli ifrazatlarını (əsasən çiçək nektarını) toplayıb təmizləyərək bal istehsal edirlər. Bu təmizləmə, həm arı orqanizminin daxilində requrqitasiya və fermentativ proseslərlə, həm də pətəkdə saxlama zamanı suyun buxarlanması nəticəsində baldakı şəkərlərin qatı və özlü olana qədər konsentrasiyasının artması ilə baş verir. Bal arıları balı şanda toplayırlar. Şanın içərisində bal pətəyi adlanan mumdan hazırlanmış bir quruluş var. Pətək yüzlərlə və ya minlərlə altıbucaqlı hüceyrələrdən ibarətdir və arılar onları balı saxlamaq üçün istifadə edirlər. Bal istehsal edən digər arı növləri isə maddəni müxtəlif quruluşlarda, məsələn, iynəsiz arıların istifadə etdiyi kimi mum və qatrandan hazırlanan qablarda saxlayırlar. İnsan istehlakı üçün nəzərdə tutulan bal çeşidləri vəhşi arı koloniyalarından və ya əhliləşdirilmiş arıların pətəklərindən toplanır.
Aaron Paul
Aaron Pol (27 avqust 1979, Emmett[d], Aydaho) — amerikalı aktyor və prodüser. "Breaking Bad" serialında canlandırdığı Cessi Pinkman personajı ilə tanınır. Bu ifasına görə üç dəfə, 2010, 2012 və 2014-cü illərdə "Praymtaym Emmi" mükafatına layiq görülüb. Paul, karyerasına Soldakı son ev və Təhlükəli tapşırıq III kimi filmlərdə əsas rolların heç birində oynamadan əvvəlcə musiqi videoları və filmlərdə bəzi qonaq rolları ilə başlamışdır. 2007-ci ildə HBO istehsalı serial olan Great Love (Böyük məhəbbət) serialında Scott Quitmann rolunu oynamışdır. 2014-cü ildən bəri Todd Çavezin səsləndirdiyi Netflixin BoJack Horseman cizgi serialının icraçı prodüseridir. 2016-cı ildə Hugh Dancy ilə baş rolunu paylaşdığı "The Path" ("Yol") serialı hələ də yayımlanır. Black Mirror (Mövsüm 4, Epizod 1 USS Callister) serialında qonaq aktyor kimi Gamer691-i oynamışdır.
Babül şəhristanı
Babol şəhristanı - İranın Mazandaran ostanınında şəhristan. Şəhristanın inzibati mərkəzi Babol şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 464,538 nəfər və 125,187 ailədən ibarət idi.
Bakl adası
Bakl (ing. Buckle Island) — yaşayışı olmayan, 24 km uzunluğa, 6 km enə malik olan ada. Bakl Yanq və Sterj adaları arasında yerləşir. Antarktidanıb Belousov burnundan 110 km aralıda yerləşir. Balleni adaları qrupuna daxildir. Adaya Yeni Zelandiya iddia edir. == Geologiya == Ada öz mövbəsində stratovulkandır. Vulkanın hündürlüyü 1239 metr təşkil edir. Cənub adasından cənuba uzanan sualtı silsilənin su səthinə çıxdığı ərazidir. Ada il boyu buzla örtülüdür.
Balu (çay)
Balu (benq. বালু নদী ) -Banqladeşdə çay, Şitalakşa çayının sağ qolu. Banqladeşin şimal-mərkəzi hissəsi, Qazipur, Dakka və Narayanganj rayonlarının ərazisindən axır. Çay 44 kilometr uzunluğundadır və orta eni 79 metrdir. Banqladeş Su Ehtiyatlarının İnkişafı Şurasının çayları siyahısında 46-cı yerdə göstərilmişdir.Balu çayı yağışlı mövsümdə daşır. Çayda qazma işləri Banqladeş hökumətinin sponsorluğu ilə aparılır. Buna baxmayaraq Balu çayı "ölüm çayına" çevrilir. Bu, çayın əsas axınının musson dövründə, Şitalakşa çayının Balu çayı boyunca axması zamanı baş verməsi ilə əlaqədardır. Balu çayında yağış olmadığından 6-7 ay ərzində su axını quruyur .Balu çayının suları suvarma üçün istifadə olunur .
Baqul Berdiyeva
Baqul Berdiyeva (18 may 1995) — Türkmənistanlı qadın ağır atlet. 53 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Türkmənistanı təmsil edir. Baqul Berdiyeva İslam Həmrəyliyi Oyunlarında iştirak etmişdir. Son dəfə 2017 İslam Həmrəyliyi Oyunlarında mübarizə aparmışdır.
Daniel Brül
Daniyel Sesar Martin Brül Qonsales (alm. Daniel César Martín Brühl González‎, 16 İyun, 1978, Barselona) – alman aktyoru. Brül, Barselonada, İspan bir ana ilə Alman bir atadan dünyaya gəlmişdir. Atası televiziya rejissoru, anası isə professordur. Doğulmasından qısa bir müddət sonra ailəsi Kölnə daşınan Brülün uşaqlığı burada keçmişdir. 1995-ci ildə rol aldığı Verbotene Liebe adlı serialla Almaniyada tanınan Brül, 2003-cü ildə, Good Bye, Lenin! adlı kino filmində canlandırdığı Aleks Kerner roluyla dünyaca tanındı.
Dragon Ball
Dragon Ball (yap. ドラゴンボール) — Akira Toriyamanın manqası və onun əsasında yaradılmış eyni adlı anime. == Xarici keçidlər == Dragon Ball — Internet Movie Database saytında.
Etyen Brül
Etyenn Brüle (fr. Étienne Brûlé; 1592, Şampinyi-sür-Marn, Paris, Fransa - iyun, 1643, Ontario, Kanada) — Fransız tədqiqatçı səyyah. Hal-hazırda Kanadada yerləşən Müqəddəs Lavrenti çayını bütün ərazi boyu keçən ilk avropalı olaraq tanınır. == Həyatı == Kanada yerlilərinin yaşayışı ilə maraqlanan Brüle, 1608-ci ildə Yeni Fransaya səyahət etdi.Burada səlahiyyətli Samuel de Champlain tərəfindən Huron tayfası ilə yaşaması üçün şimala göndərildi. Burada bir il yaşayıb Huronların dilini və mədəniyyətini öyrəndikdən sonra,bugünkü Ontario və Miçiqanın əksər bölgəsini kəşf etdi. Fransanın avtoritet rejimindən qaçaq düşən Brüle xəz ticarəti ilə məşğul olmuş, yerlilərlə yaşayaraq fransız tacirlər və yerlilər arasında əlaqə qurmuşdur. Seneca tayfası ilə döyüşdə əsir düşən və işgəncəyə uğrayan Brüle, ölümdən qurtulub Huron torpaqlarına geri qayıtdığında Brüleün başına gələn hadisələr inanmayan yerlilər onun Senecalılarla ticarət əlaqəsi olduğunu düşünərək onu işgəncə ilə öldürmüşlər.
Gəlugah (Babül)
Gəlugah — İranın Mazandaran ostanının Babül şəhristanının Şərqi Bəndpey bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,512 nəfər və 644 ailədən ibarət idi.
Leskyur-Jaul
Leskür-Jaul (fr. Lescure-Jaoul, oks. L'Escura) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Salveta-Peyrale kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12128. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 90 km şimal-şərqdə, Rodezdən isə 37 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 258 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 140 nəfər arasında (15-64 yaş) 98 nəfər iqtisadi fəal, 42 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 70.0%, 1999-cu ildə 71.4%).
Leskür-Jaul
Leskür-Jaul (fr. Lescure-Jaoul, oks. L'Escura) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Salveta-Peyrale kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12128. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 90 km şimal-şərqdə, Rodezdən isə 37 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 258 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 140 nəfər arasında (15-64 yaş) 98 nəfər iqtisadi fəal, 42 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 70.0%, 1999-cu ildə 71.4%).
Raul Albiol
Raul Albiol (ispan: [raˈul alˈβjol tortaˈxaða] d. 4 sentyabr, 1985) İtaliya Çempionatı təmsilçilərindən Napolidə oynayan ispaniyalı peşəkar futbolçu.
Raul Kastro
Raul Modesto Kastro Rus (İspanca tələffüz: [raˈul moˈðesto ˈkastɾo ˈrus]; 3 iyun 1931[…], Biran) — qardaşı Fidel Kastrodan sonra 2011–2021-ci illərdə təkpartiyalı kommunist dövlətində ən yüksək vəzifə olan Kuba Kommunist Partiyasının birinci katibi vəzifəsində çalışmış təqaüdçü kubalı siyasətçi və general. == Həyatı == Fidel Kastro Dövlət Şurasının sədri vəzifəsindən 2008-ci il fevralın 18-də istefa verib. O, 2006-cı ilin iyul ayında böyrəyində cərrahiyyə əməliyyatı keçiriləndən sonra ali dövlət postunu müvəqqəti olaraq qardaşına ötürmüşdü. Uzunmüddətli xəstəliyinə baxmayaraq F. Kastronun Xalq Hakimiyyəti Milli Assableyasına namizədliyi irəli sürülmüş və yanvarın 20-də keçirilən seçkidə o, qardaşı Rauldan 1 faiz az səs toplamışdı. R. Kastro qardaşından 5 yaş kiçikdir. O, Dövlət Şurası sədrinin birinci müavini idi. F. Kastro 2001-ci ildə Havanada keçirilən mitinqdə huşunu itirəndən sonra qardaşını öz varisi elan etmişdi. Kuba parlamenti 2008-ci il fevralın 24-də 76 yaşlı Raul Kastronu ölkədə ən ali vəzifəyə — Dövlət Şurasının sədri vəzifəsinə seçib. Raul Kastro 1959-cu ildən Kubanın lideri olan Fidel Kastronun qardaşı və silahdaşıdır.
Raul Meyreles
Raul Meyreles (17 mart 1983, Portu) — Portuqaliyalı futbolçu. Hal-hazırda Fənərbaxça PFK-da oynayır.
Raul Piriyev
Raul Zabid oğlu Piriyev (4 iyun 1997; Kür, Şəmkir rayonu, Azərbaycan — 5 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. Piriyev Raul Zabid oğlu 04.06.1997-ci ildə Şəmkir rayon Kür qəsəbəsində anadan olmuşdur. 2003-cü ildə Şəmkir rayon ,Kür qəsəbəsi H.Z.Tağıyev adına 2 saylı tam orta məktəbin birinci sinifinə qəbul olub. 2006-cı ildə Bakı şəhər Sabunçu rayonu F.Bayramov adına 22 saylı tam orta məktəbin üçüncü sinifində təhsilini davam etdirib . 2015- ci ilin may ayında orta məktəbi bitirərək AZTU- nin (Azərbaycan Texniki Universiteti ) "Dəmiryol Nəqiliyyatı və Təsərrüfatı mühəndisliyi" fakültəsində təhsil almışdır.Təhsil aldığı müddətdə qrup rəhbəri ( starst ) kimi faliyyət göstərmişdi. 2016-cı ilin aprelin 25- də McDonald's restoranının Gənclik filialında iş faliyyətinə başlamışdır. İş faliyyəti müddətində ,,ilin ən yaxşı işcisi" ,,ilin ən surətli işcisi"....bir sıra diplom və hədiyyələrlə təltif olunmuşdu. 2019-cu il , 2 iyul tarixində bakalavr ali peşə - ixtisas dərəcəsi ilə təhsilini bitirdi. 2019 - cu il ,3 oktyabr tarixində Şəmkir rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır . 2019-cu ilin , 8 oktyabr tarixində həqiqi hərbi xidmətə yola salınıb.
Raul Qonsales
Raul Qonsales Blanko (isp. Raúl González Blanco; 27 iyun 1977[…], Madrid) ― İspaniya futbolçusu. Bir çox futbol mütəxəssislərinin, futbolçuların,azarkeşlərin və idman yazarlarının fikrinə əsasən Raul bütün zamanların gəlmiş keçmiş ən böyük ispan futbolçusu olaraq görülməktədir və öz dövrünün ən yaxşı futbolçularından biri olaraq qəbul edilir. == Həyatı == 27 iyun 1977-ci ildə İspaniyanın Madrid şəhərində dünyaya gəlib. 13 yaşında Atletiko Madrid klubunun uşaq komandasına qəbul edilib.İki il sonra İspaniyanın məşhur klublarından biri olan Real Madrid klubu 15 yaşlı futbolçunu öz rənglərinə bağlamağa nail olur. 1994-cü ildə "Real"ın əsas heyətində meydana çıxır. Raul Real Madrid klubunda forma geyən ən gənc futbolçu kimi tarixə düşür. Kral klubunun heyətində ilk qolunu Atletiko Madrid klubunun qapısına vurub.15 futbol mövsümündə Raul Kral klubunun ayrılmaz hissəsinə çevrilib. Real Madridin şərəfini qoruduğu 15 il ərzində 7 prezident, 15 baş məşqçi dəyişməsinə baxmayaraq bütün məşqçilər Raula əsas heyətdə yer veriblər.İspan klubuna bir çox dünya ulduzları futbolçular gəlib-gedib-Zinəddin Zidan, Devid Bekhem, Fabio Kannavaro, Van Nisterloy və başqaları. Amma madridli azarkeşlərin qəlbinin tək fatehi Raul olaraq qalır.
Raul Qədimov
Qədimov Raul Abdulla oğlu (22 iyul 1939, Kirovabad – 2000, Gəncə) — Sovet mikrobioloq , Ph. D., professor, Azərbaycan Elmlər, Kənd təsərrüfatı Rusiya Təhsil Akademiyasının akademiki xadimi. Sahəsində bir alim baytarlıq , mikrobioloq , təşkilatçısı və tədqiqat işlərinin lideri baytarlıq ölkədə baytarlıq elminin uğurları təbliğ edirik. == Bioqrafiya == Raul Kadymov Azərbaycan CCR Gəncə şəhərində 22 iyul 1939 anadan olmuşdur. Onun atası — Abdullah Hüseyn Kadymov (1912–1953 gg.) — Alim, təşkilatçılarından biri idi Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun. 1947-ci ildə Kadymov Russian orta məktəb Gəncə (Kirovabad) və 1 № girdi. Heç uşaqlıqdan, Raul səy, bilik üçün arzu, kitab sevgi, peşə seçimində əsas kimi xidmət heyvanların maraq göstərdi və 1957-ci ildə o, uğurla qəbul imtahanlarını Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun , hələ onun bütün sonrakı həyatı ki, bilmədən həyat pedaqoq və alim bu təşkilat ilə bağlı olacaq. 1962-ci ildə Kadymov fərqlənmə diplomu ilə təhsilini başa və Heyvandarlıq Azərbaycan Elmi-Tədqiqat İnstitutunda işə göndərilmişdir. Professor RA Kadymov baytarlıq elminin nailiyyətləri bir əsas Promoter idi. "Tibb insan heals və baytarlıq insanlıq qoruyur" — o, monoqrafiya dərslik, o cümlədən 300-dən çox çap olunmuş elmi işlərin müəllifidir məşhur söz Raul Abdullaevich baytar Evseenko S. təkrar sevdi.
Raul Santyaqo
Raul Santyaqo Betankor (d. 26 sentyabr 1997) — İspaniyalı üzgüçü. Raul Santyaqo İspaniyanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Raul Santyaqo birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 5 km məsafəyə açıq hovuz üzgüçülüyü yarışlarında iştirak etdi. 53:52.8 saniyəlik nəticə ilə 34-cü yeri tutdu və yarışı başa vurdu.