Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Eduin Quero
Eduin Estiver Quero Albarrakin (22 aprel 1997-ci ildə anadan olub) — Venesuela Primyera Diviziya təmsilçilərindən olan Deportivo Taçira klubunda müdafiəçi kimi çıxış edən peşəkar Venesuela futbolçusudur. == Milli karyerası == Quero Venesuelanın U-20 millisi ilə 2017 FİFA U-20 Dünya Çempionatında iştirak etmişdir.
Babuin
Babuin (lat. Papio cynocephalus) — əntərkimilər fəsiləsinin pavianlar cinsinə aid məməli heyvan. Bədəninin uzunluğu 60–70 sm, quyruğunun uzunluğu 50 sm-ədək olur. Başı it başına oxşayır; burun dəlikləri üzünün qurtaracağında yerləşir, köpək dişləri güclü inkişaf etmişdir. Tükü açıq-sarı rəngdədir (sarı pavian adı da buradandır). Mərkəzi və Şərqi Afrikada yayılmışdır; bozqır və dağlıq yerlərdə məskunlaşır. Gündüzlər fəaldır, əsasən, yerüstü həyat keçirir. Bitki (meyvələr, soğanaqlar və s.) və heyvani (həşəratlar, xırda onurğalılar) yemlərlə qidalanır; bəzən k.t. bitkilərinə çox zərər vurur. Babuin qrup halında yaşayır; sürüyə yaşlı erkəklər başçılıq edir.
Benzin
Benzin — neftdən emal edilən bir növ yanacaq. 150 °C'a qədər xam benzin, 150-250 °C'a qədər qaz yağı, kerosen, reaktiv yanacağı, 250-350 °C'a qədər dizel yanacağı, 350 °C sonra da ağır yağlar əldə edilir. Kimyəvi olaraq benzin xam neftin xüsusiyyətinə bağlı olaraq 120-dən çox karbohidrogen ehtiva edər. Bunların çoxu doymuş karbohidrogen quruluşunda olub, 4'den 12-ə qədər karbon ehtiva edərlər.Sintetik olaraq benzini Alman kimyaçı Bergius'un metodu ilə kömürdən əldə etmək mümkündür. Bu metoda görə kömür yüksək təzyiq altında katalitik hidrojenasyon ilə maye hidrokarbonlara çevrilir qaynama temperaturu 30-dan 200 °C-dək olan yüngül karbohidrogen yanacaq. Sıxlığı 0,75 q/sm³ qədər. İstilik yaratma imkanı 10500 kkal/kq (46 MC/kq, 34,5 MC/litr). Donma temperaturu -60 °C. == Avtomobil benzinləri == DÜİST 2084-77 üzrə benzin markaları: A-72, A-76, Aİ-93, Aİ-92, Aİ-95 (Ekstra), Aİ-98. A hərfi benzinin avtomobil benzini olduğunu göstərir. Rəqəm isə benzinin malik olduğu oktan ədədidir.
Berlin
Berlin (alm. Berlin‎ [bɛɐ̯ˈliːn], ) — Almaniyanın paytaxtı və ən böyük şəhəridir. Berlin həm də Almaniyanın 16 federal əyalətindən biridir. Əhalisi təqribən 3400000 nəfər, ərazisi isə 891,85 km²-dir. Şəhərin şimalındandan cənubuna doğru olan məsafə 38 km-ə, şərqindən qərbinə qədər olan məsafə isə 45 km-ə bərabərdir. Öz tarixi dövründə Berlin bir neçə dəfə alman dövlətlərinin (Brandenburq kürfürstlüyü, Prussiya krallığı, Almaniya İmperiyası, Veymar Respublikası, Üçüncü reyx) paytaxtı olmuşdur. 1990-cı ildən, Almaniyanın birləşməsindən sonra Berlin AFR-in paytaxıdır. == Ümumi məlumat == Berlin Avropada ən mühüm siyasət, media, mədəniyyət və elm mərkəzidir. Metropol Avropada ən mühüm nəqliyyat düyümü sayılır və qitənin ən çox səyyah gələn şəhərdir. Burada yerləşən ali məktəblər, elmi idarələr, teatr və muzeylər beynəlxalq aləmdə tanınmışdılar.
Bespin
Bespin — "Ulduz müharibələri" kainatında uydurma planet. Bespin qalaktikanın ucqar sektorunda yerləşən böyük bir qaz nəhəngidir. Planetin iki peyki var və onun qaz kütləsində yaşayış üçün nazik əlverişli atmosfer təbəqəsi var. Bespinin atmosferində dəbdəbəli meqapolis olan Bulud şəhəri, yanacaqdoldurma məntəqəsi olan Şinuk stansiyası və Uqnorqrad şəhəri yerləşir. Planet bir çox həyat növlərinə ev sahibliyi edir. Bespində üzgüçülük hovuzları nadir bir lüks hesab olunur. Planet ilk dəfə "Yeni ümid" (1977), sonradan isə "İmperiya cavab zərbəsi vurur" (1980) filmində nümayiş olunur. == İstinadlar == == Xarici keçidlər == Bespin — Vukipediya saytında.
Mədain
Ktesifon (yun. Κτησιφῶν (Ktēsiphōn), pəhl. Tyspwn, fars. تیسفون‎ (Tisfun), ərəb. قطسيفون‎ (Qaṭaysfūn), erm. Տիզբոն (Tizbon)) — Parfiyanın, sonra Sasanilərin paytaxtı. Azərbaycan tarixi ədəbiyyatında Mədain kimi xatırlanır. Mədain-digər adı ilə Ktesifon şəhəri əvvəlcə Parfiyanın, sonra Sasanilər imperiyasının paytaxtı idi. İndi xarabalıqları İraqın şərqində yerləşir. Ərəblər Mədaini Səvad adlandırırdılar.
Şərüin
Şərüin (ərəb. شروين‎) — Əlcəzairin cənubunda, Adrar vilayətində şəhər və kommuna. Eyniadlı rayonun inzibati mərkəzidir. Şəhər vilayətin şimal-qərb hissəsində, Böyük Səhranın şimal-qərbindəki vahələrdən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 903 kilometr cənub-qərbdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 266 metrdir.Şərüin kommunası Talmin, Uled-Ayşə,Deldul, Metarfa və Tsabit kommunaları ilə həmsərhəddir . Sahəsi 3080 km2-dir. Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı - 19 mm). Orta illik temperatur 24,2-dir °C. 2008-ci ilin rəsmi siyahıyaalınmasına əsasən, kommunanın əhalisi 11,347 nəfər idi. Əhalinin 50,6%-ni kişilər, müvafiq olaraq 49,4%-ni isə qadınlar təşkil edirdi.
Beden
Beden Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. == Toponimkası == Beden - Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. Şimali Qafqazda Kuban əyalətində Beden dağ və Stavropol əyalətində Veden dairə adı ilə eynidir. Türk dillərində bet "aşırım", "dağ yamacı" və in "mağara" sözlərindəndir.
Bedik
Bədik - türk və tatar xalq inacında əyləncə cini. Türk mifologiyasında ən maraqlı hekayəyə sahib olan varlıqlardan biridir. İlk başlarda pis bir ruh olduğu halda, insanlara və heyvanlara zərər verdiyi üçün evlərdən qovulmaq istənmişdir. Bunun üçün onun şərəfinə mərasimlər təşkil edilmiş və mərasimlər yavaş-yavaş əyləncəli bir hal alınca Bedik də əylənməyə başlamışdır. Mərasimlərdə ondan getməsi xahiş edilir, bunun üçün qafiyəli dualar oxunur. Hətta söz anlamazsa təhdid və təhqirə müraciət edilər. Sırtıq, əsbləri oynadan bir varlıq olduğundan danışılmışdır. == Etimoloji == (Bed/Bet) kökündən törəmişdir. Üz və görünüş mənalarını ehtiva edər. Qədim türkcə "Bedük" sözcüyü böyük mənasını verər.
Benin
Benin Respublikası (fr. République du Bénin; yor. Orílẹ̀-èdè Olómìnira ilẹ̀ Benin), Benin (fr. Bénin; yor. Benin — Qərbi Afrikada dövlət, rəsmi adı Benin Respublikası. 1975-ci ilədək Daqomeya) — Qərbi Afrikada dövlət. Benin körfəzinə və Qvineya körfəzinə çıxışı var. Şimalda Burkina Faso və Niger, şərqdə – Nigeriya, qərbdə Toqo ilə həmsərhəddir. Paytaxtı — Porto-Novo, ancaq hökumət ölkənin ən böyük şəhəri olan Kotonuda yerləşir. == Tarix == === Ən qədim dövrlərdən XIX əsrin sonlarınadək === Müasir Benin dövlətinin şimalında qurma tayfaları məskunlaşmışdı, sonralar onlar müasir Nigeriya ərazisindən gələn barba tayfaları tərəfindən sıxışdırıldılar.
Beyin
Beyin — bütün onurğalı və bəzi onurğasızlarda sinir sisteminin mərkəzi vəzifəsini icra edən orqandır. Bir çox heyvanda beyin kəllə sümüyünün içində, ilkin duyğu orqanlarının və ağızın yaxınında yerləşir. == Ümumi == Kompüter və digər cihazlardan fərqli olaraq insan beyninin yaddaşı sonsuzdur və heç vaxt dola bilməz. İnsan hər dəfə müəyyən bir şeyi yaddaşına qeyd etdikdə, beyin yeni hüceyrələr və sinir bağlantıları yaratmağa başlayır. Doğru qidalanmaq beyini inkişaf etdirir. Dəniz məhsullarından olan yeməklər beyin üçün ən faydalı yeməkdir və bu, yaddaşı 15% artırır. Eyni zamanda, müntəzəm edilən idman beyinin diqqətini və xoşbəxtlik duyğusunu artırmağa kömək edir. Onu da qeyd etmək lazımdır ki, uşaqların beyinləri məişət zorakılığına görə ciddi şəkildə zədələnir və bu, müharibə zamanı əsgərlərə dəyən eyni zərərə bərabərdir. Yüksək səslə kitab oxumaq və uşaqla daimi şəkildə danışmaq uşağın beyninin inkişafına yardım edir. İnsan beyni 40 yaşın sonuna qədər inkişaf edərək irəliləyir və ən yaxşı anlarına çatır.
Beçin
Beçin — Türkiyənin Muğla vilayətinin cənubunda, Milas şəhərində məhəllə. 2012-ci ildə YUNESKO-nun Ümumdünya İrs Müvəqqəti Siyahısına daxil edilmişdir. == Tarixi == Beçin Roma, Məntəşəoğulları və Osmanlılar da daxil olmaqla, tarixi boyu bir çox fərqli sivilizasiyaya ev sahibliyi etmişdir. Beçin XIII əsrin axırlarında türkmənlərin qurduğu Məntəşəoğulları bəyliyi tərəfindən tutulmuşdur. Şəhər bəyliyin paytaxtı olmuş və sürətlə genişlənmişdir. 1333-cü ildə İbn Bətutə Beçini ziyarət etmiş, onu yeni qurulmuş bir şəhər kimi təsvir etmiş, evlərini və məscidlərini xatırlatmışdır. Orada qalan abidələrin əksəriyyəti XIV əsrə aiddir. Qəsəbə 1980-ci illərə qədər mövcud olmuşdur.
Bidun
Bidun (Bindu; bilinmir, Soqdiana – 670-ci illər) — Orta çağda Buxaranın hakimi, Buxaraxudat. Bəzi tarixi mənbələrdə Nidun, Sadun və yaxud Bandun kimi də göstərilir. == Həyatı == Türk əsilli xaqandır. Hakim titul olan Tidunla qarışdırılmışdır. Orta əsr tarixçisi Cəfər Narşaxi yazır ki, Çaçın tudunu Buxaraya yardıma gəlmişdi. Paykəndin də tidunu ola bilər. Ciddi tədqiqatçılara görə Qərbi Göytürk xaqanlığı çökəndən sonra Bidun Buxaraya gəlib, burda hakimiyyətə nail olur. Bidun Ramitən, Candar, Xaqan, Babkənd və Qaragöl şəhərlərini ələ keçirir. O, Buxara Ərkini təmir etdirir. Bəzi tarixçilərə görə, Buxara şəhəri ilk dəfə 674-cü ildə Əməvilər dövləti tərəfindən hakimiyət altına alınmağa çalışılmışdır.
Budin
Buda (mac. Buda) - Macarıstan krallığının mərkəzi olmuş tarixi şəhər. Budin şəhərinin yerləşdiyi tarixi yer Budapeşt şəhərindən keçən Dunay çayının cənub tərəfi hesab olunur. Osmanlı imperiyası və Macarıstan krallığı arasında 1526-cı ildə baş vermiş Mohaç döyüşü nəticəsində şəhər Osmanlı imperiyasının nəzarəti altına keçmişdir.
Bədik
Bədik - türk və tatar xalq inacında əyləncə cini. Türk mifologiyasında ən maraqlı hekayəyə sahib olan varlıqlardan biridir. İlk başlarda pis bir ruh olduğu halda, insanlara və heyvanlara zərər verdiyi üçün evlərdən qovulmaq istənmişdir. Bunun üçün onun şərəfinə mərasimlər təşkil edilmiş və mərasimlər yavaş-yavaş əyləncəli bir hal alınca Bedik də əylənməyə başlamışdır. Mərasimlərdə ondan getməsi xahiş edilir, bunun üçün qafiyəli dualar oxunur. Hətta söz anlamazsa təhdid və təhqirə müraciət edilər. Sırtıq, əsbləri oynadan bir varlıq olduğundan danışılmışdır. == Etimoloji == (Bed/Bet) kökündən törəmişdir. Üz və görünüş mənalarını ehtiva edər. Qədim türkcə "Bedük" sözcüyü böyük mənasını verər.
Bədən
İnsan bədəni — insanın fiziki quruluşu, insan orqanizmi. İnsan bədəni, adətən orqanlar meydana gətirən, aralarındakı boşluğu dolduran və ya kənarı örtən toxumalarda təşkil olunan müxtəlif növ hüceyrələr tərəfindən meydana gəlir. Otuz trilyon hüceyrə bir yetkin insan bədənini meydana gətirir. İnsan bədənində baş, boyun, gövdə, yuxarı və aşağı ətraflardan ibarətdir. == Anatomiya == İnsan orqanlarının sistemi — məkanca birləşmiş, ümumi quruluş planına, ümumi mənşəli və ümumi funksiyaları yerinə yetirən insan orqanlarının məcmusudur. İnsan orqanizmində sümük, əzələ, sinir, ürək-damar, tənəffüs, həzm, ifrazat, reproduktiv, endokrin, immun və inteqrativ sistemlər ifraz olunur.
IV Bolduin
== Uşaqlığı == IV.Bolduin uşaqlıqda atasının Yerusəlimdəki sarayında böyüdü. O, uşaqlıq illərində Yaffa və Aşkelonun qrafinyası olan, atası sonradan boşanan və Sidon Lordluğunun gələcək xanımı olacaq anası ilə çox vaxt keçirmədi. Bolduin tarixçi Vilyam tərəfindən təhsil almışdır. Bir gün Vilyam gənc şahzadə haqqında kədərli bir şey kəşf etdi. Bir gün şahzadə dostları ilə oynayırdı, dırnaqlarını bir-birlərinin qollarına vuraraq yaralamağa çalışırdılar, lakin Bolduin ağrı hiss etmirdi. Vilyam bunun ciddi xəstəliyin əlaməti olduğunu dərhal anladı, ancaq bir neçə ildən sonra cüzamın qəti diaqnozu qoyuldu və xəstəlik yetkinlik dövründə daha da sürətləndi. == Taxta çıxması == Bolduinin atası I Amalrik 1174-cü ildə öldü və Boduin 13 yaşında taxta çıxdı. Yetkinlik dövründə Yerusəlim iki ardıcıl regent tərəfindən idarə edildi. Əvvəlcə Miles of Planci, sonra atasının əmisi oğlu Qraf Tripoli III. Raymond 1175-ci ildə Səlahəddin Əyyubi ilə müqavilə bağladı. Bolduin cüzam xəstəsi olduğu üçün uzun müddət hökmranlıq etməsi və varislik təyin etməsi gözlənilmirdi.
I Bolduin
I Bolduin (iyul 1172, Valansyen – iyul 1205, Veliko Tırnovo) — Səlib yürüşləri nəticəsində yaradılmış Latın imperiyasının ilk imperatoru. Atası Hainaut qrafı V Bolduin, anası isə Flanders qrafinyası I Marqareta idi. O həm də VI Bolduin adı ilə Hainaut qrafı və IX Bolduin adı ilə Flanders qrafı olmuşdur. 1205-ci ildə Bolqarıstan çarı Kaloyan tərəfindən əsir tutularaq həbsdə ölmüşdür.
Mədain Saleh
Mədain Saleh(ərəb. مدائن صالح, madāʼin Ṣāliḥ‎), Əl-Hicr və ya Hegra — Səudiyyə Ərəbistanın Əl-Mədinə bölgəsinin Əl-Ula sektorunda yerləşən İslamdan öncə arxeoloji kompleks.
Neza Biduan
Neja Bidouane (18 sentyabr 1969, Rabat) — Əlillər arasında yarışmış keçmiş Mərakeşli atlet. 1999 IAAF Dünya Atletizm Çempionatında gümüş medal qazanmış və Afrika rekorunu 52.90 saniyə ilə qırmışdır. Abdeləziz Sahere ilə evlidir.
Qərbi Berlin
Qərbi Berlin — 1949–1990-cı illər arası xüsusi statusa malik anklav ərazi. Qərbi Berlin hər tərəfdən ADR-in ərazisi ilə əhatə olunmaqla Şərqi Berlindən daş divarlarla ayrılmışdı. İkinci dünya müharibəsindən sonra Almaniyanın ərazisi və paytaxtı dört fərqli zonaya bölündü. Şərqi-sovet və üç qərbi-amerika, fransa, ingiltərə ərazilərinə. 1948-ci il iyunun 24-dən Berlinin qərb hissəsi sovet orduları tərəfindən mühasirəyə alındı. 1949-cu il 23 mayda Almaniya Federativ Respublikasının (AFR) yaradılması elan olundu. SSRİ-nin də buna cavabı gecikmədi: 7 oktyabr 1949-cu ildə Şərqi Berlinin müvəqqəti parlamenti-Xalq Soveti-Almaniya Demokratik Respublikasının yaradılmasını elan etdi. Qərbi Berlin-12 şəhər dairəsinədən ibarətdir: Tirqarten, Şarlottenburq, Vilmersdorf, Şpandau (ingiltərə sektoru). Kroysberq, Noylkeln, Tempelxof, Şeneberq, Selendorf, Şteqlic (amerika sektoru). Veddinq, Raini-kendorf (fransa sektoru) Şərqi və Qərbi Berlin arasında ki, sərhəd ilk vaxtlar açıq olmuş və ümumi uzunluğu 155 km idi.
Rodion Şedrin
Rodion Konstantinoviç Şedrin (rus. Родио́н Константи́нович Щедри́н, 16 dekabr 1932[…], Moskva[…])— Rusiya bəstəkarı. Rodion Konstantinoviç Şedrin 16 dekabr 1932-ci ildə Moskva şəhərində anadan olub. Uşaqlıqdan musiqiyə böyük maraq göstərən Rodion, sonradan musiqi təhsili ilə ciddi məşğul olur və nəhayət, Moskva konservatoriyasına qəbul olur.
Stenli Bolduin
Stenli Boldvin (ing. Stanley Baldwin; 3 avqust 1867[…], Byudli[d], Vusterşir[d] – 14 dekabr 1947[…], Byudli[d], Vusterşir[d]) — ingilis dövlət xadimi, 1935-1937-ci illərdə Böyük Britaniyanın 59-cu baş naziri.
Yuri Şedrin
Yuri Yevgenyeviç Şedrin (rus. Юрий Евгеньевич Щедрин; 21 fevral 1950, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan SSR avtomobil nəqliyyatı naziri (1986–1987), Azərbaycan Kommunist Partiyası Orconikidze (Suraxanı) Rayon Komitəsinin birinci katibi (1987–1991), Rusiya Federasiyasının Azərbaycan Respublikasında ilk ticarət nümayəndəsi (2006-cı ildən). Yuri Yevgenyeviç Şedrin 21 fevral 1950-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə "Qaradağneft"in neft-qazçıxarma idarəsində fəhlə kimi başlamış, müxtəlif illərdə mexanik, kortej rəisi, Azərbaycan KP Qaradağ Rayon Komitəsinin təlimatçısı vəzifələrində işləmişdir. Paralel olaraq Azərbaycan Politexnik İnstitutunun axşam şöbəsində təhsil almışdır. 1978-ci ildə buranı avtomobil və avtomobil sənayesi ixtisası üzrə bitirmişdir. Yuri Şedrin 1979–1982-ci illərdə əvvəlcə Azərbaycan KP Bakı Şəhər Komitəsinin sənaye və nəqliyyat şöbəsinin, sonra isə Azərbaycan KP Mərkəzi Komitəsinin nəqliyyat və rabitə şöbəsinin təlimatçısı vəzifəsinə irəli çəkilmişdir. 1986-cı ildə Azərbaycan SSR avtomobil nəqliyyatı naziri təyin edilmiş, sonra isə Azərbaycan KP MK-nın şöbə müdiri, Azərbaycan KP Orconikidze (Suraxanı) Rayon Komitəsinin birinci katibi vəzifələrində çalışmışdır. Yuri Şedrin Azərbaycan Ali Sovetinin deputatı seçilmiş, 1991-ci ildən Ali Sovetin Nəqliyyat, rabitə və informatika məsələləri daimi komissiyasının sədri olmuşdur. 1992–1993-cü illərdə "Azərbaycan–Rusiya" Cəmiyyətinin idarə heyəti sədrinin müavini, daha sonra Azərbaycan Respublikası Milli Məclisinin Qaçqınlar və xaricdə yaşayan soydaşlarla əlaqə komissiyasının üzvü olmuşdur.
Berlin, Aleksanderplats
"Berlin, Aleksanderplats. Frans Biberkopfun povesti" (alm. Berlin Alexanderplatz. Die Geschichte vom Franz Biberkopf‎) — Alfred Döblinin ilk dəfə 1929-cu ildə nəşr olunmuş romanı. Bu, Veymar Respublikasının ən mühüm və yenilikçi əsərlərindən biri hesab olunur. 2002-ci ildə 100 tanınmış yazıçı arasında keçirilən sorğuda kitab bütün zamanların ən yaxşı 100 kitabı sırasına daxil edilmişdir. == Süjet == Malyükləyən Frans Biberkopf məşuqəsini öldürdükdən 4 il sonra həbsdən azad edilir. Biberkopf vicdanlı və layiqli bir insan olmağa ümid edir, lakin onun səyləri boşa çıxır. O, bir müddət sonra içki aludəçisi olur və sosial çuxura düşür. O, fahişələrin, sutenyorların, oğruların, qatillərin, siyasi təşviqatçıların və işsizlərin izdihamlı dünyasından keçir.