Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Amblyseius boina
Amblyseius boina (lat. Amblyseius boina) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius boina Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Balina
Kaşalot (lat. Physeter catodon; Physeter macrocephalus) — balinalar dəstəsinin dişli balinalar yarımdəstəsinə aid iri dəniz məməlisi növü. == Görünüşü == Yetkin erkəklərinin uzunluğu 20 m, kütləsi 50 t-a çatır. Dişilərin 11–13 m. Bədən forması damcıvaridir. Başı nəhəngdir, erkəklərdə bədənin 1/3, dişilərdə 1/4 çatır, öndən kütdür. S -formalı cütsüz nəfəs borusu başın ön hissəsində, orta xətdən solda yerləşir. Baş bədəndən az-sezilən boyunla ayrılır. Sinə üzgəcləri qısa, enli, yumruvaridirlər.Quyruq üzgəclərinin bıçaqları böyük, bir-birindən dərin oyma ilə ayrılırlar. Bel üzgəci alçaq və qozbelvaridir.
Boeing
Boeing (ing. The Boeing Company) — dünyanın aparıcı aerokosmik şirkətlərindən biri. Eyni zamanda reaktiv kommersiya və hərbi təyyarələrin ən böyük istehsalçılarından biridir. Ayrıca, Boeing rotorlu təyyarə, elektron və müdafiə sistemləri, raketlər, peyklər, raket atıcı qurğular və inkişaf etmiş informasiya və kommunikasiya sistemləri dizayn və istehsal edir. NASA-nın əsas xidməti təminatçısı kimi, Boeing Aerokosmik Gəmi və Beynəlxalq Aerokosmik Stansiyanı (The Space Shuttle and International Space Station) idarə edir. Şirkət həmçinin çoxsaylı hərbi və kommersiya hava dəstək xidmətləri təşkil edir. Boeing-in dünyanın 90-dan çox ölkəsində müştəriləri var və satış həcminə görə ABŞ-in ən böyük ixracatçılarından biridir. == Müdafiə, aerokosmik və təhlükəsizlik xidmətləri == 14 iyul 2010-cu ildə Boeing dörd gün dayanmadan uça bilən və hidrogenlə işləyən kəşfiyyat təyyarə prototipini təqdim etdi. "Phantom Eye" adlanan təyyarə 20 min metr yüksəklikdən uça bilir. 96 saat havada qala bilən təyyarə hər biri 150 at gücünə sahib 2,3 litrlik dörd silindirli iki motorla təchiz olunmuşdur.
Bovinae
Öküzlər (lat. Bovinae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Bozbinə
Bozbinə — Azərbaycan Respublikasının Zaqatala rayonunun Əli Bayramlı inzibati ərazi vahidində kənd. == Tarixi == Bozbinə oyk., mur. Alazan-Əyriçay çökəkliyindədir. Keçmışdə Yuxarı Tala kəndindən çıxmış ailələrin Bozbinə adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "boza calan, boş görünən sahədə binə" mənasındadır. == Əhalisi == Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Bılina
Bılina (rus. были́на) — rus xalq ədəbiyyatında folklor janrıdır. Əsasən rusların IX-XIII əsrlər həyatını əks etdirir.rus xalq ədəbiyyatı janrı, qəhrəmanlıq və sosial-məişət məzmunlu epik nəğmə. Bılinalar bahadırlar və xalq qəhrəmanlarının simasında tarixi hadisələri əks etdirən, nağıl şəklində yaradılmış mahnı-poemalardır. Əsasən, 9–13 əsrlərdə naməlum nəğməkar-nağılçılar tərəfindən qoşulan Bılinalar nəsildən-nəslə keçmişdir. Bılinada folklora xas mifoloji ənənələr geniş yer tutur. Burada təsvir olunan aləm real olsa da, fantastik səhnələr çoxdur: bahadırlar divlər və əjdahalarla vuruşur, fövqəltəbii rəşadət göstərirlər. Bılinanın səciyyəvi xüsusiyyətlərindən biri də onun çoxqatlı olması, yəni müxtəlif dövr və yerlərlə bağlı ideya-mövzu əlamətlərinin və surətlərin üzvi surətdə birləşməsidir. Bılina, adətən, coşqun, təmtəraqlı əhvali-ruhiyyə ifadə edir. Təhkiyədə mübaliğə və təkrirə müraciət olunur.
Bəbila
Bəbila (ərəb. ببيلا‎) — Suriyada şəhər, Dəməşq mühafazasının Mərkəz Dəməşq məntəqəsində eyniadlı nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 10.600 ailədə 26.266 nəfəri kişilər və 24.614 nəfəri qadınlar olmaqla cəmi 50.880 nəfərdir.
Dobşina
Dobşina (alm. Dobschau‎, mac. Dobsina, lat. Dobsinium) — SlovakiyaDakı Slovak Filiz Dağları, Koşisenin şimal-qərbindəki Slana çayında qəsəbə. == Coğrafiyası == Karpatlarda Revuska Vrçovina ilə Volovske Vrçi arasında yerləşir və Hniles çayının suladığı Stratena vadisinin cənubundadır və hər yanda dağlarla əhatə olunur. Vadidəki və kənd torpaqlarına aid olan məşhur Dobşinska Buz mağarası (1870-ci ildə tapıldı). == Tarixi == Ən köhnə yazılı isnad yeri 1326-cı ildə, Etnik Alman mədənçilik mütəxəssislərinin burada yerləşdiklərini ifadə edir. Şəhər, 1417-ci ildə bir qəsəbə nizamnaməsi aldı və Karpat Alman azlıqları və dağ-mədəninin (qızıl, gümüş, nikel, dəmir, kobalt, mis, civə və s.) və keçmişdə dəmir emalının mərkəzi olmuşdur. Ətrafında müxtəlif materiallardan hazırlanmış mədənlər vardır, bunların bəziləri çox antikdir. XVIII əsrə qədər, Dobşina az-çox bir Alman anklavı idi, lakin möhkəm bir Macarlaşmadan sonra, Alman cəmiyyəti gücünün bir hissəsini itirdi, halbuki hələ qəsəbədəki dominant etnik qrup idi.
Fobiya
Fobiya (yunanca φόβος — fobos (qorxu)) — təşviş və qorxu hissləri, həmçinin müxtəlif vegetativ əlamətlərlə müşayiət olunan haldır. Tez-tez müşahidə edilirsə təşviş pozuntuları adlanan müxtəlif növ nevrozlar təzahürü kimi təyin edilir. Fobiya dayanıqlı şəkildə qorxunun yaranmasıdır. Onun çox sayda mənbələri vardır. Çox qəribə fobiyalar vardır: pelidofobiya — keçəllərdən qorxmaq, alektrofobiya — toyuqlardan qorxmaq, triskaidekafobiya — 13 rəqəmindən qorxmaq, fobofobiya — qorxmaq qorxusu və s. Göstəriciləri - ürək döyünməsi, baş gicəllənməsi, tərləmə, titrəmə, tənginəfəslik, ürək bulanması, əzələlərdə gərginlik, əllərin və ayaqların keyiməsi. Üç yerə bölünür: 1.Aqorafobiya — küçə, meydan, bazar, teatr, kino, tünel və sair bu kimi yerlərdən qorxurlar. Çox vacib olduqda belə yerlərə ailə və dostları ilə gedirlər. 2.Spesifik fobiya — heyvanlardan (özü də təkcə yırtıcı yox, həm də ev heyvanlarından), yüksəklikdən, qapalı və açıq mühitlərdən, təyyarəyə və liftə minməkdən qorxurlar. 3.Sosial fobiya — daha çox ictimai yerlərdə yeməkdən, danışmaqdan və ya yazmaqdan, həmçinin ictimai nəqliyyatdan istifadə etməkdən, qonaq qəbul etməkdən, əl-ələ görüşməkdən qorxurlar.Fobiyalar müxtəlif yaşlarda başlaya bilər.
Molina
Bakxaris (lat. Baccharis) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Baccharis acaulis (Wedd. ex R.E.Fr.) Cabrera Baccharis acutata (Alain) Borhidi Baccharis alamosana S.F.Blake Baccharis alaternoides Kunth Baccharis albida Hook. & Arn. Baccharis × alboffii F.H.Hellw. Baccharis albolanosa A.S.Oliveira & Deble Baccharis aliens Rusby Baccharis alleluia A.S.Oliveira & Deble Baccharis alnifolia Meyen & Walp. ex Meyen & Walp. Baccharis alpestris Gardner Baccharis alpina Kunth Baccharis altimontana G.Heiden & al. Baccharis amambayensis Zardini & Soria Baccharis angusticeps Dusén ex Malme Baccharis angustifolia Michx.
Robinia
Robinia pseudoacaci (lat. Robinia pseudoacaci) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Yayılması, Şimali Amerika və Şimali Meksikada bitir.
Sabina
Sabina — ad. Sabina Florian — İtaliyanı təmsil edən buzüstü xokkeyçi. Sabina Azema — Fransa aktrisası. Sabina Derflinger — Avstriyalı rejissor, ssenarist və prodüser;DigərSabina (region) — İtaliyanın mərkəzində, Umbriya, Latsio və Abruttso arasında yerləşən tarixi-coğrafi region.
BOINC
BOINC (Berkeley Open Infrastructure for Network Computing - Berkli Universitetinin şəbəkə hesablamaları üçün açıq platforması) — paylanmış hesablamaların aparılması üçün açıq tipli (GNU LGPL licenziyası altında yayılır) proqram platformasıdır. BOINC sistemi SETI@home layihəsinin yaradıcısı Devid Andersonun rəhbərlik etdiyi komanda tərəfindən Kaliforniya (Berkli şəh. ABŞ) universitetində hazırlanıb. Bu sistemin yaradılmasına əsas səbəb radioteleskopdan gələn məlumatların emalı üçün kifayət qədər hesablama gücünün olmaması idi. Ona görə də, sistemi yaradanlar hesablama resurslarını və bir neçə elmi layihələrin cəmiyyətlərini birləşdirmək qərarına gəliblər. Qeyd olunan bu böyük məsələnin həlli üçün də BOINC program platforması yaradılıb. BOINC paylanmış hesablamaların aparılması üçün kliyent-server arxitekturasını istifadə edən bir sistemdir.
Bobla
Bobla — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 134 nəfərdir. == Tarixi == Bobla Lerik rayonunun Dəstər inzibati ərazi vahidində kənd. Dağlıq ərazidədir. Kəndin ərazisindəki Bobla türbəsi pir hesab edilir. Kənd öz adını pirin adından almışdır. Talış dilindəki baba/boba (pir) və -lə (Şək.) komponentlərindən düzəlmiş bu oykonim "pir yeri" mənasındadır.
Bocin
Sakimori (防人, azərb. "qoruyucu şəxs"‎) və ya bocin – Qədim Yaponiyada Kyuşu adasını qorumaqla vəzifləndirilən əsgərlər. Sakimori sistemi VI-X əsrlərdə qüvvədə olmuşdur. == Tarixi == 720-ci ildə yazılmış "Nihon Şoki" xronikalarına görə sakimorilər ilk dəfə 562-ci ildə Yaponiyanın Koreya yarımadasındakı anklavı Kayanın süqutundan sonra Kyuşuya göndərilmişdir."Sakimori" termini ilk dəfə 645-ci ildə Tayka islahatı zamanı işlədirilmişdir. Yenicə yaradılmış Ritsuryo sisteminə görə milli müdafiə məqsədilə bütün ölkə boyunca yığılan əsgərlər üç illiyinə Kyuşuya göndərilməli idi. Lakin 730-cu ildən sonra ancaq Şərqi Honşu əyalətlərindən sakimorilər Kyuşuya göndərilməyə başlamışdır.Şimali Kyuşunun hökumət iqamətgahı olan Dazayfuda sakimori məsələləri ilə məşğul olmaq üçün xüsusi ofis yaradılmışdır. Sakimorilər hərbi vəzifələrini yerinə yetirməklə yanaşı öz qidalarını da yetişdirməli idilər. Sakimorilər hərbi xidmət zamanı biyar əməkdən və vergidən azad edilmişdilər, lakin zireh, yemək və səyahət pulunu özləri ödəməli idilər. Buna görə də kasıb kəndlilər hərbi xidmətdən yayınmağa çalışırdılar. Qıtlıqlar, epidemiyalar və sosial rifahın aşağı səviyyədə olmasına görə sakimori toplamaq getdikcə çətinləşmişdir.
Boinq
Boeing (ing. The Boeing Company) — dünyanın aparıcı aerokosmik şirkətlərindən biri. Eyni zamanda reaktiv kommersiya və hərbi təyyarələrin ən böyük istehsalçılarından biridir. Ayrıca, Boeing rotorlu təyyarə, elektron və müdafiə sistemləri, raketlər, peyklər, raket atıcı qurğular və inkişaf etmiş informasiya və kommunikasiya sistemləri dizayn və istehsal edir. NASA-nın əsas xidməti təminatçısı kimi, Boeing Aerokosmik Gəmi və Beynəlxalq Aerokosmik Stansiyanı (The Space Shuttle and International Space Station) idarə edir. Şirkət həmçinin çoxsaylı hərbi və kommersiya hava dəstək xidmətləri təşkil edir. Boeing-in dünyanın 90-dan çox ölkəsində müştəriləri var və satış həcminə görə ABŞ-in ən böyük ixracatçılarından biridir. == Müdafiə, aerokosmik və təhlükəsizlik xidmətləri == 14 iyul 2010-cu ildə Boeing dörd gün dayanmadan uça bilən və hidrogenlə işləyən kəşfiyyat təyyarə prototipini təqdim etdi. "Phantom Eye" adlanan təyyarə 20 min metr yüksəklikdən uça bilir. 96 saat havada qala bilən təyyarə hər biri 150 at gücünə sahib 2,3 litrlik dörd silindirli iki motorla təchiz olunmuşdur.
Ada-Boyana
Ada-Boyana (serb. Ада Бојана) — Monteneqro ərazisində, Adriatik dənizi sahilində, Boyana çayı mənsəbində yerləşən ada. Ulsin şəhəri yaxınlığında, Albaniya və Monteneqro sərhəddin yaxınlığındadır. Adanın sahəsi 4,8 km²-dir. Ada-Boyana üçbucaq formaya malik çay adasıdır. Süni şəkildə formalaşan ada 1958-ci ildə "Merito" gəmisinin qəzası sonucunda meydana gəlir. Vaxtı ilə mövcud iki kiçik çay adasının qumla birləşməsindən sonra ortaya çıxır. Yuqoslaviya Sosialist Federativ Respublikası dövründə ada xarixi turistlərə xidmət edən istirahət mərkəzi olmuşdur. Hazırda 1000 nəfər adada sərbəst şəkildə istirahət edə bilir. 1973-cü ildən adada naturizm kənddi vardır.
Artemisia gobica
Artemisia gobica (lat. Artemisia gobica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Balina (bürc)
Balina bürcü (lat. Cetus) — müasir 88 bürclərdən biridir. Göyün Şimal yarımkürəsindədir. Cetus adı Yunan mifologiyasında bir dəniz canavarı olan Cetusdan əmələ gəlməkdədir. Balina bürcü digər suyla əlaqədar təsvir edilən bürclərlə birlikdə Su adlanan səma bölgəsindədir.
Balina alleyası
Balina alleyası — Qədim zamanlarda Eskimosların müqəddəs məbədi və ya ibadətgahıdır. Çukotka Muxtar Dairəsinın ərazisinə daxil olan İttiqran adasında yerləşir. Bu arxeoloji kompleks Qrenlandiya balinasının sümüklərindən təşkil olunub. İlk dəfə bu tapıntı SSRİ Etnoqrafiya Universitetinin üzvü M.A.Clenov tərəfindən tətqiq edilir. == Ədəbiyyat == Arutyunov, Sergey Aleksandroviç, İ. İ. Krupkin, Clenov, Mixail Anatoleviç. "Balina alleyası". Senyavin boğazına daxil olan adaların qədimi tarixi 1982.
Balina bitləri
Balina bitləri (lat. Cyamidae) — xərçəngkimilər yarımtipinə aid fəsilə. == Bədən quruluşu == Balina bitləri enli olmaları ilə seçilirlər. Ayaqları güçlü olub, üçüncü və dördüncü seqmentlər istisna olaraq digər yerlər ayalarla ördülüdür. Bu seqmentlərdə kisəyə bənzər qəlsəməyə sahibdirlər. == Həyat tərzi == Xərçənkimilərə daxil balina bitləri parazitlərdir. Onlar Balinakimilərin dərilərində yaşayırlar. Əsasən dəliklər olan sahələrə yapışırlar. Dəridəki hüceyrələrlə qidalanırlar. Uzun zaman dərində qaldıqları zaman burada xorlar əmələ gətirirlər.
Balina buxtası
Balina buxtası — Buxta Ross şelf buzlağında, Ruzvelt adasının şimalında yerləşir. Buxta 1841-ci ildə Ceyms Rossun ekspedisiyası tərəfindən kəşf edilmişdir. Buxtanın adı Britaniya qütb araşdırma ekspedisiyasının rəhbəri Ernest Şelktonun Nimrod gəmisinin arxasında (24 yanvar 1908) çoxlu sayda Balinanı müşahidə etməsi ilə əlaqədar verilmişdir. Şelkton buxtanın gəmilərin dayanması və düşərgə qurmaq baxımından əlverişsiz olmasını bildirmişdir. Bununla belə XX əsrin əvvəllərindən sahilləri qütb araşdımalarının məskəni olmuşdur. 1911-ci ildə Balina buxtasında yerləşən Framheym düşərgəsi Rual Amundsen tərəfindən Cənub qütbünə təşkil etdiyi ekspedisiya zamanı uğurla istifadə etmişdir. 1928—1930 illər ərzində buxtada amerikalı Riçard Berdin rəhbərliyi ilə ekspedisiya fəaliyyət göstərmişdir. 1934-cü ildə Berd buxtada iki buzlağın toqquşduğunu müəyyən etmişdir. 1939—1941-ci illər ərzində isə Balina buxtasında Amerika Antarktida proqramı çərçivəsində araşdırma işləri aparılmışdır.
Balina bığı
Balina bığı — Bığlı balinalarda rast gəlinən, balinaların qidasının ağız boşluğunda saxlamasına xidmət edən, buynuz maddəsindən təşkil olunan xüsusi plastinlər. Dişlərə sahib olmayan balinaların üst çənələrində 360-800 arası (uzunluğu 20 - 450 sm) buynuz maddəsindən ibarət plastin olur. Onlar 0,3—1,2 sm arakəsmə ilə bir-birinin ardınca yerləşir. Hər bir plastinin baş hissəsi balıq, molyusk və xərçəngkimilərin suya axmasını əngəlləyən şitləri vardır. Onlar bir növ filter rolunu oynayır. == İstifadəsi == Balina bığları əvvəllər mebel və tekstil sahələrində geniş istifadə edilirdi. Plasmasın ixtirasına qədər onlardan paltarların tikilməsində geniş tətbiq olunmuşdur.
Balina köpəkbalığı
Balina köpəkbalığı (lat. Rhincodon typus) — Orectolobiformes dəstəsinin balina köpəkbalıqları fəsiləsindən balıq növü. 40 ölkədən olan ekspertlər qrupu balina köpək balıqlarının mühafizəsi üçün bir araya gəliblər. Qeyd edək ki, bu növ planetin ən iri balıqlarıdır. Bu haqda Meksikanın Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Nazirliyindən məlumat yayılıb. Atlantik, Hind və Sakit okean tropik sularının sakinləri olan balina köpək balıqları Karib dənizinin Meksika sahillərində məskunlaşıblar. Bir çox turistlər istirahət adası olan Xolboşun yaxınlığındakı yerə suda bu canlıların ətrafında üzmək üçün gəlirlər. Bu nəhəng balıqların uzunluğu 15 metrə, kütləsi isə 20 tona yaxın olur. Bu balıq növünün problemlərinə həsr olunmuş konfransda iştirak edən mütəxəssis – ixtioloq və ekoloqlar avqust ayının 30-u Beynəlxalq Balina Köpək balığı Günü elan olunması ilə əlaqədar razılığa gəliblər. Onların bu qərara gəlmələrində məqsəd, nəsli kəsilmə təhlükəsi olan bu növə insanların diqqətini cəlb etməkdir.
Balina mahnıları
Balına mahnıları — Balinakimilərin əlaqə qurmaq məqsədi ilə buraxdığı səslər. Mahnı sözü onunla əlaqədər işlədilir ki, bu səslər həzmliyi ilə seçilir və insanların ifa etdiyi mahnılara bənzəyir. Səsin istifadəsini aktuallaşdıran əsas səbəb suda görmənin məhtudluğu, iyin isə quruya nisbətdə daha zəif yayılmasından irəli gəlir. Belə düşünülür ki, ən qəliz mahnılar Qozbel balina və dişsiz balinaların bir necə növündə müşahidə edilir. Bu güçlü səslər əsasən nikah mövsümündə çıxarılır. Nisbətən zəif səslər isə il boyu səsləndirilir. Görünür bu səslər ya rabitə ya da naviqasiya rolunu oynayır. Dişli balinalar (Osalar belə daxil olaraq) bu səslərin exolokasiya rolunu oynayır. == Səslərin yaranması == Dişsiz balinalarda dişin olmaması səbəbindən səslər udlaqda formalaşır. Onlarda səs tellərinin olmaması bu səslərin formalaşma mexanizmini dəqiq söyləməyə imkan vermir.