Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bobbi-Bobbi
Bobbi-Bobbi – Avstraliyanın şimal ərazilərində məskunlaşmış Binbinqa adlı aborigen qruplarının miflərində keçən fövqəltəbii varlıq. Bobbi-Bobbi "yuxu zamanı" mifoloji erasında göylərdə yaşayırdı. O Əlvan İlana bənzər nəhəng ilan idi və əvvəllər insanlara müsbət yanaşırdı. Göylərdən o görür ki, həyatda qalmaq üçün insanlara təkcə su yetmir. Buna görə də o insanlar üçün uçan tülküləri (yarasa növü) yaradır ki, sonuncular onları tutub yeyə bilsin. Tülkülər insanların onları tuta bilməyəcəyi yüksəklikdə uçmağa başladıqda, Bobbi-Bobbi qabırğalarından birini çıxararaq insanlara verir və onlar qabırğanı tarixdə ilk bumeranq kimi istifadə edirlər. Deyilənlərə görə, bəzi insanlar verilən bu hədiyyələrədən razı deyildilər və səma cənnətinin necə olduğunu görmək istəyirdilər. İki kişi göydə keçid açıb Bobbi-Bobbiyə təşəkkür etmək adı ilə qabırğa-bumeranqı elə güclə atırlar ki, o buludlarda nəhəng dəlik açır. Bobbi-Bobbi çox qorxduğundan bumeranqı tuta bilmir və o geri qayıdaraq kişiləri öldürür. Bununla ilk dəfə Ölüm insan oğlu ilə tanış olur.
Bobbi Andonov
Bobbi Andonov (ing. Bobby Andonov, mak. Бобби Андонов; 28 avqust 1994 və ya 18 avqust 1994, Melburn) — Makedon əsilli Avstraliya müğənnisi, bəstəkar və model. Bobbi Andonov 29 avqust 1994-cü ildə Avstraliyanın Viktoriya ştatında yerləşən Melburn şəhərində anadan olmuşdur. Andonovun hər iki valideyni Makedoniya Respublikasının Strumitsa şəhərindəndir. Bobbi altı yaşından bəri oxuyur və eyni zamanda rəqslə məşğul olur. Müğənni müsahibələrindən birində musiqiyə Prins və Corc Maykldan ilhamlandığını bildirmişdir. Bobbi eyni zamanda piano və gitarada ifa etməyi kiçik yaşlarından öyrənmişdir. Bobbi Andonov 14 yaşında ikən ana vətəni olan Makedoniya Respublikasını 2008 Avroviziya Uşaq Mahnı Müsabiqəsində təmsil etmiş və 15 iştirakçı arasında 5-ci yerdə qərarlaşmışdır. Müsabiqədə özünün bəstələdiyi və ifa etdiyi "Prati mi SMS" mahnısı ilə əsasən Balkan ölkələrində şöhrət qazanan Andonov müsabiqənin ardınca həmin ölkələrdə turlar həyata keçirmişdir.
Bobbi Fişer
Robert "Bobbi" Ceyms Fişer (ing. Robert James "Bobby" Fischer) 9 mart 1943[…], Çikaqo, İllinoys[…] – 17 yanvar 2008, Reykyavik[…]) — ABŞ şahmatçısı. Şahmat üzrə 11-ci dünya çempionu (1972–1975). Fischer 1943-cü il martın 9-da Çikaqoda yəhudi ailəsində anadan olmuşdur. Valideynləri Almaniya (atası) və İsveçrədəndir (anası). ABŞda siyasi baxışlarına görə təqib olunan kommunist, antifaşist atası Hans-Herhardt Fişer (Gerardo Liebscher kimidə tanınır) ikinci dünya müharibəsi bitdikdən sonra Almaniyaya qayıtmalı olur. (SSRİ xüsusi kəşfiyyat orqanı üzvi, bəzi mənbələrə görə). Robertin atası haqda çox az məlumatı vardı. Yalnız adının Herhardt olmasını bilirdi. Ona macar yəhudilərindən olan Pol Nemeni atalıq edib.
Bobbi Makferrin
Bobbi Makferrin (ing. Bobby McFerrin; doğ. 11 mart 1950) — Amerika caz müğənnisi və dirijoru, 10 dəfə "Qremmi" mükafatı laureatı. Bobbi Makferrin 1950-ci il martın 11-də Manhettendə (Nyu-York), opera müğənnisi Robert Makferrin və müğənni Sarah Koperin ailəsində anadan olub. Uşaqlıqdan musiqini sevən Makferrin ilk olaraq klarnetdə, sonra isə fortepianoda ifa etməyi öyrənib. Vokalçı kimi 1977-ci ildə debüt edib və növbəti ildən "Astral Project" kollektivində oxumağa başlayıb. Musiqiçinin həyatında 1980-ci ildə Playboy Caz Festivalında onun vokal debütünü təşkil edən komediyaçı Bill Kosbi ilə tanışlıq mühüm rol oynayıb. Musiqiçinin ilk albomu ("Bobby McFerrin") 1982-ci ildə çıxıb. Onun 1984-cü ildə çıxan növbəti albomu ("The Voice") heç bir musiqi aləti olmadan yazılan ilk caz albomu olub. Makferrin 1988-ci ildə ifa etdiyi və iki nominasiya üzrə "Qremmi" mükafatına layiq görülmüş "Don't Worry, Be Happy" mahnısı ilə dünya şöhrəti qazanıb.
Bobbi Qiçard
Bobbi Robson
Ser Robert Uilyam "Bobbi" Robson SVE (ing. Sir Robert William "Bobby" Robson; 18 fevral 1933, Sakriston, Darem qraflığı — 31 iyul 2009) — İngiltərə futbolçusu və futbol məşqçisi. Bobbi Robson 20 oyun keçirib 4 qol vurduğu yığmaya 1982–1990-cı illərdə rəhbərlik edib. Futbolçu kimi "Fulhem" və "Vest Bromviç"də forma geyinən ingilis 1968-ci ildə başladığı məşqçi karyerasının birinci klubunda başlayıb. 1969-cu ildə "İpsviç"ə keçən gənc məşqçi ardıcıl 13 il sükanı arxasında olduğu komandaya İngiltərə və UEFA kuboklarını qazandırıb. Sonrakı 8 ildə milli komandaya rəhbərlik edən Robson dünya və Avropa çempionatlarında fərqli nəticələr qazanıb. DÇ-86-nın 1/4 finalında Dieqo Maradonanın "Tanrı əli"nin qurbanı olan ingilis 4 il sonra üçüncü yer uğrunda matçda İtaliyaya uduzub. Qitə birinciliklərində isə onun yetirmələri uğura həsrət qalıb. İngiltərə yığmasından sonra klublarda çalışan Robson ümumilikdə 41 il sürən məşqçilik karyerasının sonunadək PSV (Hollandiya), "Sportinq", "Porto" (Portuqaliya), "Barselona" (İspaniya) və "Nyukasl"da (İngiltərə) da işləyib. Hollandiya və Portuqaliyada çempion, İspaniya və Portuqaliyada ölkə kuboku qazanan Robson 12 il əvvəl "Barselona"ya Kuboklar kubokunu qazandırıb.
Bobbi Vinton
Bobbi Vinton, əsl adı Stenli Robert Vintula (ing. Bobby Vinton, Stanley Robert Vintula Jr.; d. 16 aprel 1935) — polyak əsilli amerikalı estrada müğənnisi. 1962-1964-cü illərdə ifa etdiyi sentimental "Roses Are Red (My Love)", "Blue Velvet", "There! I’ve Said It Again" və "Mister Lonely" balladaları Billboard Hot 100-də ilk yerlərdə qərarlaşdığı vaxt şöhrət qazanmışdır. Bobbi Pensilvaniya ştatında, öz kumiri olan Perri Komo ilə eyni şəhərdə dünyaya gəlmişdir. Özünün vizit kartına çevrilən "Blue Velvet" mahnısını isə Toni Bennetin repertuarından götürmüşdür. 1964-cü ildə Vintonun eyniadlı albomuna daxil olan "There! I’ve Said It Again" mahnısı, Beatles qrupunun ABŞ-dakı ilk sinqlı olan "I Want to Hold Your Hand" tərəfindən çartların ilk pilləsindən sıxışdırılıb çıxarıldı. 1962-1972-ci illərdə "Billboard" jurnalının çartlarında Vintonun 28 mahnısı yer almışdı, o cümlədən məşhur "Sealed with a Kiss".
Bobbi Çarlton
Bobbi Çarlton (11 oktyabr 1937[…], Aşinqton[d], Nortamberlend qraflığı[d] – 21 oktyabr 2023) — ingilis keçmiş futbolçu, 1966-cı ildə İngiltərə milli futbol komandasının tərkibində dünya çempionu və "Qızıl top" laureatı olmuşdur. Bobbi Çarlton 1937-ci ildə İngiltərənin Aşinqton vilayətində anadan olub. Ser Bobbi Çarlton 1953-cü ildə "Mançester Yunayted"in akademiyasına daxil olub. 1956-cı ildə "qırmızı şeytanlar"ın heyətində debüt edib. Komandanın heyətində 758 oyun keçirib və komanda üçün rekord sayda 249 qol vurub. Son zamanlara qədər Çarlton həmçinin İngiltərə yığmasında qol rekordunu əlində saxlayırdı. O, 49 qol vurmuşdu. Onun rekordunu İsveçrə ilə oyunda Ueyn Runi qırdı. Qeyd edək ki, Runi Ser Bobbinin klub rekordunu da qırmağa ən yaxın namizəddir.
Greyfriars Bobbi
Greyfriars Bobbi (d. 1855 və ya 1856, Edinburq, Şotlandiya - ö. 1872, Edinburq, Şotlandiya) — Skye Teriyer cinsindən olan it. Ölən sahibi John Grayı iki yaşından 16 yaşında öz ölümünə qədər məzarı başında gözləməsi ilə məşhurlaşmışdır. Qarşılıqsız sevgi və sonsuz sədaqətilə Edinburq şəhərinin simvolu halına gəlmişdir. Ölümünün ertəsi ilində, Burdett-Coutts Baronessi Angela Burdett-Coutts- IV Coutts körpüsünün cənub çıxışında, Bobbinin xatirəsini yaşatmaq üçün bir heykəl və bulaq tikdirdi. John Gray 14 may 1814-cü ildə Şotlandiyanın Forfar şəhərində anadan olub. Əvvəl atası kimi bağban olan Qrey, pis hava durumu səbəbiylə işsiz qalınca həyat yoldaşı və oğlu ilə birlikdə Edinburqa köçərək polis orqanlarında işləməyə başlayıb. Gecə növbəsində işlədiyi üçün özünə qoruma iti olaraq Bobbi verilmişdir. 1857-ci ildə vərəmə yoluxan Qrey, gündən-günə pisləşdi.
Bobbi Eden
Bobbi İden (4 yanvar 1980, Haaqa) — holland əsilli Amerika pornoqrafik film aktrisası və beynəlxalq jurnal modeli. O, böyüklər üçün kino sənayesinə, 2002-ci ildə 22 yaşında ikən qədəm qoyub. Bobbi İden şou-biznes modelliyinə 1998-ci ildə qədəm qoyub. O, Hollandiyanın Penthouse ev heyvanı qadını müsabiqəsində ikinci olub. Sonra o, Avropanın müxtəlif yerlərində, o cümlədən alt paltar kataloqlarında modellik etdi, corab promosyonlarında və həftəlik jurnallarda çalışdı. Şou-biznes modeli olduğu üçün 2 il boyunca evi 24 saat müşahidə edildiyini bildirib. İngiltərəyə getdi və Club, Men Only və Soho Maqazin kimi jurnalların 250 mövu, 100 dəfə də üz qabığına çıxdı. 3 il boyunca jurnallarda çalışdı. Jenna Jameson böyüklər üçün çəkilişlərdə yer almaq üçün görüşmələrə başladı; ancaq Bobbi hələ hazır deyildi. O, yarım il Avropada özəl erotik nümayişçi kimi çalışıb.
Bobbi İden
Bobbi İden (4 yanvar 1980, Haaqa) — holland əsilli Amerika pornoqrafik film aktrisası və beynəlxalq jurnal modeli. O, böyüklər üçün kino sənayesinə, 2002-ci ildə 22 yaşında ikən qədəm qoyub. Bobbi İden şou-biznes modelliyinə 1998-ci ildə qədəm qoyub. O, Hollandiyanın Penthouse ev heyvanı qadını müsabiqəsində ikinci olub. Sonra o, Avropanın müxtəlif yerlərində, o cümlədən alt paltar kataloqlarında modellik etdi, corab promosyonlarında və həftəlik jurnallarda çalışdı. Şou-biznes modeli olduğu üçün 2 il boyunca evi 24 saat müşahidə edildiyini bildirib. İngiltərəyə getdi və Club, Men Only və Soho Maqazin kimi jurnalların 250 mövu, 100 dəfə də üz qabığına çıxdı. 3 il boyunca jurnallarda çalışdı. Jenna Jameson böyüklər üçün çəkilişlərdə yer almaq üçün görüşmələrə başladı; ancaq Bobbi hələ hazır deyildi. O, yarım il Avropada özəl erotik nümayişçi kimi çalışıb.
Bobbi (film, 1973)
"Bobbi" (hind. बॉबी , ing. Bobby) — rejissor Rac Kapurun 1973-cü ildə çəkdiyi melodram film. Rac (Rişi Kapur) varlı və tanınmış bir ailənin övladıdır. Onun gələcəyinin qərarı artıq on il əvvəldən verilib: nüfuzlu institutda oxuyub, vəkil olmaq və atasının şərikinin qızıyla ailə qurmaq. Lakin Rac Bobbiyə (Dimpl Kapadiya), adi balıqçı qızına aşiq olur. İndi valideynlərinə nə cavab verəcək?
Jan-Dominik Bobi
Jan Dominik Bobi (23 aprel 1952, XIV arondisman (Paris), Fransa – 9 mart 1997[…], Qarş[d], O-de-Sen, Fransa) — fransız jurnalist, ssenarist, yazıçı və "Elle" France jurnalının baş redaktoru. İnsult keçirdikdən sonra "Skafandr və kəpənək" bestsellerini yazıb. 8 dekabr 1995-ci il 43 yaşındaykən güclü insult keçirir-Bu zaman onun oğlu Bobi də yanında idi (onlar yeni avtomobildə gəzintiyə yollanırdılar). 20 gün keçdikdən sonra Bobi komadan ayılır və müşahidə edir ki, onun sol gözündən başqa bütün bədəni iflic olub. xəstəxanada həkimlər fransız sözlərində daha tez-tez işlədilən hərf sıralaması ilə Bobi üçün xüsusi əlifba düşünürlər. Adətən, Loqoped hərfləri xüsusi ardıcıllıqla (O[o], S[es], A[a], R[eğı], N[en], T[ti], U[ü], M[em] və.s) yavaş-yavaş oxuyurdu, əgər bu Jan-Dominikə lazım olan hərf idisə, o gözünü bir dəfə yumub açırdı, əgər loqoped səhv edirdisə, Bobi gözünü bir neçə dəfə yumub açmaqla həkimi xəbərdar edirdi. İlk əvvəl bu Bobi üçün çətin idi, beləki o gözünü uzun müddət qırpmadan açıq saxlaya bilmirdi. Daha sonra ardıcıllığa öyrəşdikdən sonra loqoped hərfləri tez tez sadalamağa başladı. Bu yolla Bobi öz daxili dünyası və hissləri haqqında bütöv bir kitabı (Skafandr və Kəpənək) yazdı. Kitab çox böyük uğur gətirdi.
Bobbi Çarltonun milli komandada vurduğu qolların siyahısı
Britaniya İmperiyası Ordeninə layiq görülmüş Bobbi Çarlton 1958–1970-ci illər aralığında 106 matçda İngiltərə milli futbol komandasının şərəfini qorumuşdur. O, millinin tərkibində 49 dəfə fərqlənməklə, İngiltərə milli futbol komandasının ikinci bombardiri hesab olunur. Bununla yanaşı o, futbol tarixinin ən güclü yarımmüdafiəçilərindən biri hesab olunur ki, nəticədə 1966-cı ildə Qızıl top mükafatına layiq görülmüşdür. Çarlton İngiltərə millisində debütünü 1958-ci ilin aprel ayında, Şotlandiya milli futbol komandasına qarşı keçirdiyi ilk oyununda qol hesabını açmağı bacardı. O, millidə çıxış etdiyi ilk 13 ay ərzində komandası üçün olduqca məhsuldar futbolçu olmuş və millinin tərkibində ilk het-triki 1959-cu ilin may ayında ABŞ milli futbol komandasına qarşı keçirdiyi matçda reallaşdırdı. O, millidə 31-ci qoluna 1963-cü ildə yekunda 4–0 hesablı qələbə ilə başa çatdırdıqları Uels milli futbol komandasına qarşı matçda imza atmış və bununlada özündən əvvəlki Tom Finni və Net Lofthausa məxsus rekordu təzələyərək İngiltərə millisində ən çox qol vuran futbolçu adına sahib olmuşur. Sonradan 1964-cü ilin oktyabrında Cimmi Qrivs onun bu rekordunu əlindən alsada o, 1968-ci ilin may ayında millinin tərkibində 45-ci qoluna imza atmaqla bu adı yenidən qazanmışdır. Bobbi millidə sonuncu qoluna 1970-ci ilin may ayında Kolumbiya milli futbol komandasına qarşı keçirdiyi matçda imza atmış və bu oyunun yekununda İngiltərə millisi 4–0 hesablı qələbə qazanmışdır. 1970 FİFA Dünya Kuboku turnirindən sonra o, milli komandanın tərkibində çıxışını başa vurmuşdur. O, 2015-ci ilin sentyabr ayına qədər İngiltərə millisinin bombardiri adını özündə saxlamışdır ta ki Ueyn Runi bu rekordu təzələyənə qədər.
Babəki
Babəki — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Araz çayı yaxınlığında, şərur düzündədir. XX əsrin ortalarında qonşu Çərçiboğan kəndindən çıxmış bir qrup gənc ailənin burada məskunlaşması nəticəsində yaranmışdır. Toponim özündə xalq qəhrəmanı Babəkin adını əks etdirir. "Babəkə məxsus, Babəkin tərəfdarları" deməkdir. SSRİ dövründə Çərçiboğan, Arbatan, Dərvişlər, Keştaz, Sovetabad və Qara Həsənəli kəndləri ilə birlikdə "SSRİ-nin 50 illiyi" adına kolxozda birləşmişdir. 1982-ci ildə kəndə qaz və su kəməri çəkilib.
Bibai
Bibai (yap. 美唄市) — Yaponiyanın Hokkaydo adasında və eyni adlı prefekturanın Soraçi sabprefekturada yerləşən şəhər.
Bitki
Bitki (lat. Plantae və ya lat. Vegetabilia) — mamırlar, qıjılar, qatırquyruğular, plaunlar, çılpaqtoxumlular və çiçəkli bitkiləri özündə birləşdirən çoxhüceyrəli orqanizmlərin əsas qruplarından biri. Bəzi mütəxəssislər[kimlər?] yosunları bütünlüklə, bəziləri[kimlər?] isə onların bir qismini bitkilər qrupuna aid edirlər. Botanika elminin tədqiqat obyekti olan bitkilər Yer kürəsində geniş yayılmışdır. Quru səthində hər il yaşıl bitkilər tərəfindən atmosferdən CO2 mənimsəməklə, günəş enerjisindən, torpaqdan daxil olan su və mineral birləşmələrdən istifadə etməklə 53 milyard ton biokütlə sintez edilir. Bu biokütlənin bir hissəsi kök və yerüstü qalıqlar şəklində təzədən torpağa qayıdır. Yaşıl bitkilər torpaqda üzvi maddələrin yeganə ilkin mənbəyidir. Onların torpaqəmələgətirici kimi əsas funksiyası maddələrin bioloji dövranı – torpaqdan qida elementlərinin və suyun mənimsənilməsi, üzvi kütlənin sintezi və həyat dövranı başa çatdıqdan sonra onun təzədən torpağa qaytarılmasıdır. Bioloji dövranın nəticəsi kimi – torpağın üst qatlarında potensial enerjinin və bitkilərin qida elementlərinin akkumulyasiyası torpaq profilinin tədrici inkişafını və torpağın əsas xassəsi olan münbitliyin inkişafını şərtləndirir.
Bobla
Bobla — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 134 nəfərdir. Bobla Lerik rayonunun Dəstər inzibati ərazi vahidində kənd. Dağlıq ərazidədir. Kəndin ərazisindəki Bobla türbəsi pir hesab edilir. Kənd öz adını pirin adından almışdır. Talış dilindəki baba/boba (pir) və -lə (Şək.) komponentlərindən düzəlmiş bu oykonim "pir yeri" mənasındadır.
Boesi
Anisi Manli Severin Boesi (lat. Anicius Manlius Severinus Boethius; təq. 480[…], Roma – 524, Paviya) — neoplatonçu filosof, Roma dövlət xadimi, xristian ilahiyyatçısı və müqəddəsi. Boesi Roma imperiyasının süqutundan sonra Şimali İtaliyada yaranan Ostqotlar krallığında yaşayıb, yaratmışdır. O Romanın patrisi ailəsində anadan olmuşdu və ostqot kralı Teodorikusun (latınca Theodoricus) dövründə, yüksək dövlət vəzifələrini tutmuşdu. Lakin sonra, Boesini Ostqot dövlətinin mövcudluğuna son qoyulması məqsədilə bizanslılarla məxfi danışıqların aparılmasında ittiham etmişdilər. Dövlətə qarşı xəyanətdə ittihamlandırılan Boesi zindana atılmış və orada bir müddət saxlandıqdan sonra edam edilmişdi. Boetsiyə "sonuncu romalı" ləqəbi vermişdilər. Boesi tərcüməçi və filosof kimi tanınmışdı. O yunan dilindən latın dilinə bəzi riyazi əsərləri, məsələn Evklidesin (Eukleides) "Başlanğıclar" əsərini tərcümə etmişdi.
Bordi
Bordi - 1468-ci ilə aid ermənicə mənbədə Rəvan əyalətinin Sisəcan nahiyəsində kənd adı. Buradi adının ermənicə yazılmışdır. Fars dilində bur əkilməmiş yer, boşaldılimış yer və deh kənd sözlərindən ibarətdir.
Dobri
Dobri (mac. Dobri) — Macarıstanın Zala medyesində yerləşən kənd.
Forki
Forki, Forkis, Fork (q.yun. Φόρκυς q.yun. Φόρκυς Φόρκυς) — qədim yunan mifologiyasında dəniz xthonik tanrısı, fırtınalı dəniz tanrısı, möcüzələr tanrısı. Pontla və Geyanın oğlu və ya Uran və Geyanın oğlu və ya Pontla Tefidanın oğlu . Dəniz tanrısının qardaşı və əri, uçurumun qəddar tanrısı Keto . Birlikdə bütün dəniz fırtınalarına əmr verir, dəniz bədheybətləri ilə dənizçilərdə qorxu yaradırdılar. əmr verdilər, dəniz canavarlarını meydana gətirdilər. Qorgon və Qrayalar ; Hesperidlər (versiyaya görə); hesperidlərin qızıl alma qəyyumu yüz başlı əjdaha Ladon, ; sirenalar (versiyaya görə) və Yexidna onların övladlarıdır. (versiyaya görə). Həm də Forki həm də şəhərin sərhədlərini qoruyan tanrıya Troya çarının minnətdarlıq etmədiyinə görə Poseydonun sakinlər üzərində nəzarət üçün qoyduğu Troya dəniz əjdahasının atası olmuşdur.
Hobbi
Hobbi — insanın könüllü surətdə, məcbur edilmədən məşğul olduğu və böyük zövq aldığı fəaliyyəti. Hobbi insanın çox vaxt özünü tanımasına köməkçi olur. Aparılan bir çox araşdırmalar bədbəxt insanların 38%-nin heç bir hobbisinin olmadığını üzə çıxarmışdır. Hər hansı bir əşya — məsələn, marka, müasir dünya ölkələrinin və ya dövriyyədən çıxmış pul əskinasları, rəsm əsərləri və s. — yığmaq (kolleksiyaçılıq) da hobbidir. Hörgü, naxış, taxta oyma kimi əl bacarığı tələb edən işlər də hobbi ola bilər İdmanla məşğul olmaq, səyahətə çıxmaq, bağ-bağçaya qulluq etmək, heyvan bəsləmək də hobbi sayılır. Eyni hobbisi olanlar bəzən müəyyən dərnək və ya klublarda bir araya gəlirlər. Hobbi sayəsində maddi gəlir əldə etmək də mümkündür. Kolleksiyaçılar öz kolleksiyalarındakı bəzi nümunələri dəyişməklə və ya satmaqla gəlir əldə edə bilərlər 16-cı əsrdə "hobbi" termini "kiçik at və pony" mənasını daşıyırdı. "Hobbi atı" termini 1557-ci ildə İngiltərənin Redinq şəhərindən olan "Hobbi atı" üçün ödənişin təsdiqi zamanı sənədləşdirilmişdir.
Qorki
Qorki — Rusiyada şəhər. Qorki (Belarus) — Belarusda şəhər. Qorki Avtomobil Zavodu — Avtomobil Zavodu.
Rokki
Rokki (ing. Rocky) — 1976-cı ildə istehsal olunmuş ABŞ filmidir. Film 3 Oskar mükafatına layiq görülmüşdür. Filmdə uydurulmuş boksçu Rokki Balboanın həyatından söhbət açılır. Bu film əsas ilham mənbəyini əfsanəvi "Boks Kralı" Məhəmməd Əlinin Çak Vepnerlə olan döyüşündən götürür. Çak Vepner 1975-ci ildə keçirilən yarışmada Məhəmməd Əliyə məğlub olmuşdur. Rokkinin prototipi Çak Vepner. Həqiqətən də, Çak Vepner Məhəmməd Əlini 9-cu raundda nokdauna göndərmişdir. Lakin 15-ci raundda Məhəmməd Əli dayanmadan xeyli sayda ağır zərbələr endirərək onu nokauta salmışdır.Beləcə, Məhəmməd Əli döyüşün qalibi olmuşdur. Apollo Kridin prototipi Məhəmməd Əlidir.
Torki
Torki (ing. Torquay — Böyük Britaniyada, İngiltərədə (İngiltərə Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.