Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bolqarca
Bolqar dili — Hind-Avropa dillərinin slavyan dilləri qrupunun cənub slavyan dilləri yarımqrupuna daxil olan dil. Bolqar dili Bolqarıstan Respublikasının rəsmi dövlət dilidir. Dünyada bu dildə danışanların ümumi sayı 12 milyona qədərdir. Leksik cəhətcə bolqar dili slavyan kilsə dilinə çox yaxındır və şərqi slavyan dilində olan xeyli arxaik sözləri özündə saxlayır. Dildə həmçinin çox sayda türk dili sözləri vardır. == Tarixi == Bolqar dili Hind-Avropa dillərinin slavyan dilləri qrupunun cənub slavyan dilləri yarımqrupuna daxildir. O tarixi inkişafında dörd mərhələ keçmişdir: şifahi dil – IX əsrə qədər; köhnə bolqar dili – IX əsr — XII əsr; orta bolqar dili – XII əsr — XVI əsr; yeni bolqar dili – XVI əsr — indiyə kimi. == Bolqar Əlifbası == == Maraqlı məqamlar == Bolqarıstanda başı aşağı – yuxarı yelləmək narazılıq, sağa-sola yelləmək isə razılıq əlamətidir.
Bolqarca Vikipediya
Bolqarca Vikipediya — Vikipediyanın bolqar dilində olan bölməsidir.
Bolqarlar
Bolqarlar (bolq. българи) — Avropada xalq. Cənubi Slavyan xalqlarından və Bolqarıstanın əsas əhalisi.
Bolqarçay
Bolqarçay — Azərbaycanın Biləsuvar rayonu ərazisindən axaraq Mahmudçala gölünə tökülür. Uzunluğu 163 km, hövzəsinin sahəsi 2170 km²-dir. Mənbəyini Talış silsiləsində, Qarıçadağın şimal yamacından (1716 m) başlayır. Yuxarı axımından Biləsuvar rayonuna qədər məsafədə Azərbaycanla İran arasında dövlət sərhədini təşkil edir. Çayın illik axımının 90-95%-ni yağış sularından əmələ gəlir. İlin soyuq aylarında yağan yağışlar çayda böyük daşqınlar əmələ gətirir. Yay aylarında çayın suyu tamamilə azalır, bəzi illərdə isə quruyur. Balharı çayının suyunun səmərəli istifadəsi məqsədilə çayın üzərində Bolqarçay su anbarı tikilmişdir. Muğan düzündə suvarılmada Balharı çaynıın müstəsna əhəmiyyəti var. == Toponimikası == Bolqarçay Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının ərazisindən axır.
Bolgare
Bolqare (it. Bolgare) — İtaliyada, Lombardiya bölgəsində Berqamonun — inzibati mərkəzinə tabe olan bir kommunadır. Əhalisi 4198 nəfər, əhali sıxlığı 525 nəfər / km²-dir. Sahəsi 8 km² ərazini əhatə edir. Poçt kodu — 24060. Telefon kodu — 035. Yaşayış məntəqəsinin himayədarları müqəddəs həvarilər Pyotr və Pauldur .
Bolqar
Bolqar (tatar. Bolğar, Болгар; rus. Болгар) — Rusiya Federasiyasında yerləşən şəhər Tatarıstan Respublikasına daxildir. Çerdaklı stansiyasından (Ulyanovsk-Ufa dəmiryolu üstündə) 100 km aralıda yerləşir. (BSE 13. c. s. 570) == Tarixi == Tarixin uzaq keçmişində Volqa çayınını yuxarılarında Volqa Bulqarıstanı yaranmışdır. Digər qismi Don – Kuban çayları arası bulqarlar isə xəzərlərin güclənən hücumları qarşısında duruş gətirməyərək Asparuxun başçılığı altında Balkanlara köç etmişdir. 660-cı ildə Asparux ordası Dunayın deltasında möhkəmləndi.
Bulgaria Air
"Bulgaria Air" (bolq. България Ер, ing. Bulgaria Air) — Bolqarıstan dövlətinə aid olan aviaşirkət. Aviaşirkət Sofiya Beynəlxalq hava limanında bazalanmışdır. Şirkət Himimport Inc sahibidir. 2008-ci ildə şirkət 118 543 sərnişin daşımışdır. Dövriyyəsi 434 mln lev, ümumi gəliri isə 470 000 lev təşkil etmişdir. "Bulgaria Air" Bolqarıstan bazarında əsas hava daşıyıcısı hesab edilir. Ölkənin milli aviadaşıyıcısıdır. Şirkətin aviaparkında 17 təyyarə vardır ki, onlarda dünyanın 19 ölkəsinin 27 şəhərinə uçuşlar təşkil edir.
Serbiyada bolqarlar
Serbiyada bolqarlar — rəsmi olaraq tanınan milli azlıq statusuna malikdirlər. 2011-ci ildə ölkədəki bolqarların sayı 18 543 nəfərə çatırdı. Əksəriyyəti Bosileqrad və Dimitrovqrad şəhərlərində yaşayır. Bolqarlar 1948-ci ildən bəri Yuqoslaviyada və Serbiyada siyahıyaalmada qeyd olunur. 1948: 59 472 1953: 60 146 (bolqar dilini ana dili hesab edənlər: 59 166) 1961: 58 494 1971: 53 800 (bolqar dilini ana dili hesab edənlər: 49 942) 1981: 33,455 (bolqar dilini ana dili hesab edənlər: 35,269) 1991: 26,698 (bolqar dilini ana dili hesab edənlər: 25 408) 2002: 20,497 (bolqar dilini ana dili hesab edənlər: 16 459) 2011: 18 543 (bolqar dilini ana dili hesab edənlər: 13 337) 2011-ci il siyahıyaalınmasına əsasən Serbiyada bolqarlar ölkənin cənub-şərqindəki Bosileqrad və Dimitrovqrad şəhərlərində məskunlaşmışlar. Burada 18.543 etnik bolqar yaşayırdı: 5.839 Bosileqradda (ümumi əhalinin 71,9%), 5 413 bolqar isə Dimitrovqradda yaşayır (əhalinin 53,5%). Bolqarlar pravoslavlığı məzhəbində ediqad edir. Bosileqrad və Dimitrovqradın yerləşdiyi dağlıq bölgələrdə demək olar ki, müsəlman yoxdur. Bolqar keşişlərinin sayının az olması səbəbindən bolqarların bəziləri Serb Pravoslav Kilsəsinə gedir. Həm Bosileqrad və Dimitrovqrad şəhərlərində kilsələr var.
Ön bolqarlar
Bulqarlar — II əsrdə ortaya çıxmış (lat. Bulensii) yarımköçəri türk xalqı. Tədqiqatçılar bulqarları Şimali Qafqaz çöllərində hunlardan əvvəl yaşamış türkdilli tayfa hesab edirlər. Bulqar tayfasının adı "Dədə Qorqud" eposunda da çəkilir. Erkən orta əsrlərə aid mənbələrdə bulqarların kazan, çakar, kol (kul), kuvyar və basil adlı tayfalardan ibarət olması göstərilir. Moisey Xorenski yazır ki, erməni çarı Xosrovun vaxtında Ermənistana "qüdrətli basillər" gəlib məskunlaşmışlar. Bulqarlar hələ qədimdən Ptolomeyə məlum idi. Onlar Ukraynanın Cənubi Buq çayı sahilində yaşayırdı. Bulqar dövləti Onogur-Kutriqur-Utiqur ittifaqının Göytürk xaqanlığından azad olması nəticəsində yaranmışdı. Böyük Bulqar xanlığını Kubrat xan qurdu.
Bolqar diasporu
Bolqarıstan diasporu ― Bolqarıstandan kənarda yaşayan etnik bolqarların da daxil olduğu bolqar millətinin bir hissəsi. Bolqarıstandan kənarda yaşayan bolqarların sayı 1989-cu ildən, Mərkəzi və Şərqi Avropada kommunist rejimlərinin süqutundan sonra kəskin şəkildə artıb. Bir milyondan çox bolqar ölkəni tərk etdi və bu, ölkənin əhalisinin əhəmiyyətli dərəcədə azalmasına səbəb oldu. Bir çox əcnəbi ABŞ-nin Yaşıl Kart lotereya sistemindən yararlanıb. Həmçinin, bir çox bolqarlar ixtisaslı işçiləri cəlb etmək üçün proqram çərçivəsində Kanadaya mühacirət ediblər. Digərləri Avropa Birliyinə getdilər. Yunanıstan və İspaniya kimi ölkələrdə bir çox bolqarlar, xüsusən də ölkə 2007-ci ildə Avropa Birliyinə üzv olduqdan sonra Bolqarıstanı öz yaşayış yeri olaraq saxlayaraq, yalnız fasilələrlə işləyir və yaşayır. Əsasən 1990-cı illərdən bəri bolqarlar iş və təhsillə bağlı səbəblərə görə Aİ üzv dövlətlərinə və Şimali Amerika ölkələrinə mühacirət edirlər. Əksər mühacirlərin başqa ölkələrdə yaşamaq icazəsi var. Mühacirlərin təhsil səviyyəsi və peşələri müxtəlifdir: onlar fəhlə (adətən mənzil-kommunal təsərrüfatında və ərazilərin təmizlənməsində işləyənlər), həmçinin santexnik, inşaatçı, bağban, fəhlə, qulluqçu ola bilər.
Bolqar dili
Bolqar dili — Hind-Avropa dillərinin slavyan dilləri qrupunun cənub slavyan dilləri yarımqrupuna daxil olan dil. Bolqar dili Bolqarıstan Respublikasının rəsmi dövlət dilidir. Dünyada bu dildə danışanların ümumi sayı 12 milyona qədərdir. Leksik cəhətcə bolqar dili slavyan kilsə dilinə çox yaxındır və şərqi slavyan dilində olan xeyli arxaik sözləri özündə saxlayır. Dildə həmçinin çox sayda türk dili sözləri vardır. == Tarixi == Bolqar dili Hind-Avropa dillərinin slavyan dilləri qrupunun cənub slavyan dilləri yarımqrupuna daxildir. O tarixi inkişafında dörd mərhələ keçmişdir: şifahi dil – IX əsrə qədər; köhnə bolqar dili – IX əsr — XII əsr; orta bolqar dili – XII əsr — XVI əsr; yeni bolqar dili – XVI əsr — indiyə kimi. == Bolqar Əlifbası == == Maraqlı məqamlar == Bolqarıstanda başı aşağı – yuxarı yelləmək narazılıq, sağa-sola yelləmək isə razılıq əlamətidir.
Bolqar levi
Bolqarıstan levi (bolq. лев) — Bolqarıstanın pul vahidi. 100 stotinkaya bərabərdir. Qədim bolqar dilində "lev", "aslan" deməkdir. 1 sentyabr 2016-cı il tarixinə aid məzənnədə 1 bolqar levi 0.570744 ABŞ dollarına bərabərdir.
Bolqar Avraami
Bolqar Avraami (rus. Авраа́мий Бо́лгарский) — Rus Pravoslav müqəddəsi və əzabkeşi. == Həyatı == O, müasir Rusiyada, indiki Tatarıstan ərazisində müsəlman İdil bulqarlarından olan tacir ailəsində anadan olmuşdur. O, müsəlman olmuş, yoxsullara qarşı yaxşı və mehriban davranmışdır. Daha sonra xristianlığı qəbul etmişdir. Müsəlmanlar israrla onun xristianlıqdan imtina etməsinə çalışmış, lakin Avraami öz imanında qalmışdır. O, mürtəd olduğu üçün bulqarlar tərəfindən edam edilmişdir. Avraami Bolqarda rus tacirləri tərəfindən dəfn edilmişdir. 1230-cu ildə, böyük knyaz Yuri Vsevolodoviçin dövründə, İbrahimin qalıqları Vladimirə aparıldı və Knyaginin monastırında böyük knyaz və yepiskopun iştirakı ilə dəfn edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Журавский А. В. Авраамий (Аврамий) Болгарский // Православная энциклопедия.
Bolqar çınqılotu
Bolqar çınqılotu (lat. Geum bulgaricum) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çınqılotu cinsinə aid bitki növü.
Bolqar mətbəxi
Bolqarıstan mətbəxi — Bolqarıstan mətbəxi öz yeməkləri ilə məşhurdur. Bolqarıstan mətbəxi Avropada yayılmışdır. Öz milli yeməkləri ilə tanınır. Hər regionunun özünəməxsus yeməkləri vardır. Ölkədə və bütün dünyada çox məşhurdur. Qeyd etmək olar ki, Bolqarıstan mətbəxi regionlara görə fərqlənir, dadların cürbəcürlüyü ilə boldur və dünyanın ən populyar mətbəxlərindən biri kimi sayılır. == Haqqında == Bolqar mətbəxi çox dadlıdır və tipik Bolqar mətbəxinin dadına baxmış, lakin onu sevməyən adam yoxdur. Sirr – bişirərkən istifadə olunan ədviyyatlardadır. Onlar yalnız yeməyi dadlı etmir, həmçinin çox sağlamdırlar və tərkibində çoxlu orqanik minerallar var. Daha çox spesifik dad qatmaq üçün salatlarda, şorba və digər yeməklərdə çoxlu təzə və yaşıl ədviyyatlar istifadə etmək, xüsusilə isti fəsillərdə ənənədir.
Azadlıq günü (Bolqariya)
Azadlıq günü — Bolqarıstan Osmanlı hökmranlığından tamamilə azad olunduqdan sonra sonra rəsmi olaraq 3 mart "Bolqarıstanın Qurtuluş Günü" olaraq qeyd olunur. Bolqarıstanın yenidən qurulmasına səbəb olan Rus-Türk müharibəsi (1877–1878) hadisələri Bolqarıstanın Qurtuluşunu bir növ car çəkirdi. 3 mart 1878-ci ildə imzalanan San Stefano Müqaviləsi, 14-cü əsrdə Bolqarıstan-Osmanlı müharibələri zamanı fəth edilən Bolqarıstan dövlətinin yenidən qurulmasını qəbul etməyi Osmanlı İmperiyasına bağlamağı nəzərdə tuturdu. Bu ilk dəfə 1980-ci il fevralın 19-da İmperator II Aleksandrının sui-qəsd və San-Stefano Barışıq Müqaviləsinin bağlandığı gün qeyd olundu. 1888-ci ildə Bolqarıstan Knyazlığı tərəfindən rəsmi olaraq 10 illik yubileydə Qurtuluş Günü olaraq təyin olundu. Yalnız 1978-ci ildə milli miqyasda qeyd olunmağa başlandı. Dövlət Şurası Sədrinin 27 fevral 1990-cı il tarixli 236 nömrəli sərəncamı ilə 5 mart tarixində qüvvəyə minən rəsmi bayram oldu. Bolqarıstanda hazırda ruslar və bolqarlar üçün 400-dən çox qorunan abidə mövcuddur. Hər il 3 mart tarixində Şipka abidəsinə çələnglər qoyulur və Bolqarıstanın azad edilməsi uğrunda döyüşlərdə şəhid olan bütün rus əsgərlərinin xatirəsinə hərbi ehtiramlar verilir. Ölkədəki sakinlər bolqar həmkarları ilə birlikdə şəhid düşmüş xarici qoşunların (Rus, Fin və Rumıniya) abidələrinə çiçək və qeydlər qoyurlar.
Bolqarçay su anbarı
Bolqarçay və ya Balharı[mənbə göstərin] su anbarı — Azərbaycanın cənub bölgəsində Biləsuvar rayonu ərazisində Bolqarçayın məcrasında yerləşir. Su anbarı kənd təsərrüfatı torpaqlarının su ilə təmin etmək məqsədilə 1965-ci ildə istismara verilmişdir. == Texniki göstəriciləri == Bəndin hündürlüyü 17,4 m, uzunluğu 4600 m, su anbarının ümumi həcmi isə 12mln. m³-dur. Suvarma sahəsi 3300 ha-dır.
Meiji Bulgaria Yogurt
Meiji Bulgaria Yogurt (明治ブルガリアヨーグルト, bolq. Кисело мляко Мейджи България) – Yaponiyanın "Meiji" qida şirkəti tərəfindən istehsal olunan qatıq brendi. Yaponiyadakı qatıq bazarının 30%-ini bu brendin satışları təşkil edir. Qatığın istehsal prosesi Bolqarıstan hökuməti tərəfindən sertifikatlaşdırılmış və rəsmi şəkildə bolqar qatığı brendi kimi tanınmışdır. == Tarixi == 1970-ci ildə Yaponiyanın Osaka şəhərində baş tutmuş Expo 1970 tədbiri zamanı "Meiji Dairies" şirkətinin nümayəndələri Bolqarıstan pavilyonunda sərgilənən bolqar qatığı ilə tanış olmuşdurlar. Qatıq plastik çantaya qoyulmuş və laboratoriyaya aparılmışdır. Şirkətin nümayəndələri qatığın nümunələrini əldə etmək üçün üçün bir neçə dəfə Bolqarıstana səfər etmişdirlər. 1971-ci ildə şirkət tərəfindən Yaponiyanın ilk sadə qatıq brendi olan "Meiji Plain Yogurt" təqdim olunmuşdur. Şirkət əvvəlcə qatığın adını "Meiji Bulgaria Yogurt" qoymaq istəsə də, Bolqarıstanın Yaponiyadakı səfirliyi bu ideyaya qarşı çıxmışdır. Məhsul satışa çıxdığı ilk il ərzində yaxşı satılmamışdır (gündə 300 ədəd).
Birinci Bolqar Dövləti
Dunay Bolqar Dövləti — Asparux xan tərəfindən qurulan Bulqar dövləti. == Qısa tarixi == Böyük Bulqar türk dövlətinin parçalanmasından sonra bulqarların bir hissəsi Kubrat xanın oğlu Asparux xanın başçılığı ilə 681-ci ildə Dunay çayı ətrafında öz dövlətlərini yaratdılar. 679-cu ildə bulqarlar Bizans İmperiyasına yürüş etdi. Bunun nəticəsində: Bizans asılılığı qəbul etdi. Hər il bulqarlara xərac verməyə razı oldu. Bizans İmperiyası ilə Avarlar arasında qalan Bolqarlar, 681-ci ildə edilən razılaşma ilə Bizans İmperiyası tərəfindən rəsmi olaraq tanındı. Asparuxdan sonra yerinə oğulu Tervel xan keçdi. O, Bizans İmperiyası ilə dostluq müqaviləsi imzaladı. Konstantinopolisin (bugünkü İstanbul) bulqarlar ərəblər tərəfindən mühasirə edilməsində Bizans İmperiyasına kömək etdilər. VII əsrdən sonra Bizans İmperatorluğu ilə müqavilən pozuldu və bu onlar arasında müharibəyə səbəb oldu.
Bolqar Pravoslav Kilsəsi
Bolqar Pravoslav Kilsəsi (bolq. Българска православна църква) — Bolqarıstanda yerləşən avtokefal pravoslav kilsə. Mərkəzi Sofiya şəhərindədir. Neofit kilsənin indiki patriarxıdır.
Bolqar çarı Boris
III Boris (bolq. Борѝс III ; Boris Treti; 30 yanvar 1894[…], Sofiya – 28 avqust 1943[…], Sofiya) — Bolqarıstanın çarı (30 yanvar, 1918–28 avqust, 1943). == Həyatı == == Fəaliyyəti == Ferdinand I-ın oğlu 1918-ci ildə atasının devrilməsindən sonra(Bolqarıstanın I Dünya müharibəsində məğlubiyyətindən sonra) hakimiyyətə gəlmiş və 1943-cü ilə qədər hakimiyyətdə olmuşdur. Bu dövr Bolqarıstanın siyasi və iqtisadi stabillik dövrünə təsadüf edirdi. Bolqar hökuməti yeni ərazi əldə etmək cəhdləri edir və Bolqarıstan hər vəchlə öz qonşularına təsir göstərməyə çalışırdı. Boris bu yolda əlindən gələni etməyə çalışırdı. == İstinadlar == == Ədəbiyyat == Bulgaria in the Second World War by Marshall Lee Miller, Stanford University Press, 1975. Boris III of Bulgaria 1894–1943, by Pashanko Dimitroff, London, 1986, ISBN 0-86332-140-2 Crown of Thorns by Stephane Groueff, Lanham MD., and London, 1987, ISBN 0-8191-5778-3 The Betrayal of Bulgaria by Gregory Lauder-Frost, Monarchist League Policy Paper, London, 1989. The Daily Telegraph, Obituary for "HM Queen Ioanna of the Bulgarians", London, 28 February 2000. Balkans into Southeastern Europe by John R. Lampe, Palgrave Macmillan, New York, 2006.
Böyük Bolqar Xanlığı
Böyük Bulqar xanlığı (orta əsrlər yunan dili: Παλαιά Μεγάλη Βουλγαρία, Palaiá Megálē Voulgaría) — VII əsrdə Avropada, indiki Ukraynanın cənubunda və Rusiyanın cənub-qərbində mövcud olan bir dövlət. Bulqar sözünün mənası "qarışmaq" deməkdir. Böyük Bulqar dövlətinin qurucusu Qurd (Qubrad) xaqan hesab olunur. 665-ci ildə Qurd xaqanın ölümündən sonra Böyük Bulqar dövləti zəiflədi və xəzərlərin hücumu nəticəsində iki hissəyə parçalandı. Dunay Bulqar dövləti və Volqa Bulqar dövləti yarandı. == Tarixi == 630–635-ci illər arasında Xan Kubrat Bolqarları Türk xaqanlığının(588–639) tabeliyindən xilas etdi, Onogur Bulqarlarını Kutrigur və Utiqur qəbilələri ilə vahid bir qayda altında birləşdirməyi bacardı və güclü bir konfederasiya yaratdı, Qərbi Avropada orta əsr müəllifləri tərəfindən Köhnə Böyük Bolqarıstan(630–665) adlandırıldı. Ancaq qurulan dövlət uzun ömürlü olmadı. Kubrat xanın 665-ci ildə ölümündən sonra oğlanları Batbayan,Asparux və Altsek arasında hakimiyyət uğrunda çəkişmə başladı və xaqanlıq iki yerə parçalandı. == Asparux xan == Bulqar-Türk dövlətinin qurucusu Asparux (643–701) xan idi. O, 679-cu ildə Bizansı məğlub edərək cənub-şərqi Avropada müstəqil Bulqar-Türk dövlətini qurdu.
Saloniki bolqar oğlanlar gimnaziyası
Saloniki Bolqar oğlanlar gimnaziyası "Müqəddəslər Kiril və Mefodi" (bolq. Солунска българска мъжка гимназия „Св. св. Кирил и Методий“) – Makedoniyada ilk bolqar oğlanlar gimnaziyası, Bolqarıstan təhsilinin ən əhəmiyyətli mərkəzlərindən biri. Gimnaziya 1880-ci ilin payızında Saloniki şəhərində yaradılmış və 1913-cü ilə qədər mövcud olmuşdur. Saloniki Gimnaziyasının davamçısı Bolqarıstanın Pirin Makedoniyasının Blaqoyevqrad şəhərindəki "Müqəddəs Kiril və Mefodi" Milli Humanitar Gimnaziyası hesab olunur. Salonikidəki Bolqar cəmiyyəti kimi, 1893-cü ildən sonra gimnaziyanın şagirdləri və müəllimləri iki düşərgəyə — "inqilabçılar" və "təkamülçülər"ə bölündülər. Gimnaziya iki hərəkat arasında mübarizənin mərkəzlərindən biri idi. Təkamül inkişafının tərəfdarlarının fikirləri Ekzarxiyanın Makedoniya əhalisinin mədəni-maarif və iqtisadi inkişafının qanuni vasitələrlə davam etdirilməsinin zəruriliyi mövqeyi ilə əlaqələndirilir. İnqilabçılar Makedoniyanın muxtariyyəti üçün silahlı mübarizə hazırlamaq haqqında Daxili Makedoniya-odrin inqilab Təşkilatı ideyalarının tərəfdarları idilər.
I Aleksandr (Bolqar knyazı)
I Aleksandr (bolq. Александър I Батенберг; 5 aprel 1857[…], Verona, Veneto – 17 noyabr 1893, Qrats) — I Bolqar knyazı. Bolqarıstan 1877–1878 Osmanlı-Rusiya müharibəsinin ardından müstəqillik qazandı və toplanan məclis Aleksandrı knyaz elan etdi. 1880-ci ildə məclisi, ertəsi il isə konstitusiyanı ləğv etdi. 1883-cü ildə konstitusiyanı bərpa etsə də, bu onun ruslarla münasibətlərini yaxşılaşdırmadı. Şərqi Rumeli torpaqları ələ keçirildi. Rus tərəfdarı olan ordu komandanları tərəfindən 1886-cı ildə taxtdan çəkilməyə məcbur edildi. Qalan ömrünü Avstriya ordusunda general olaraq keçirdi. == Mənbə == Black, Cyril E. The Establishment of Constitutional Government in Bulgaria. Princeton, NJ: Princeton University Press.
I Ferdinand (Bolqar çarı)
I Ferdinand (bolq. Фердинанд I; 26 fevral 1861[…], Vyana – 10 sentyabr 1948[…], Koburq, Almaniya Federativ Respublikası) — II Bolqar knyazı və I Bolqar çarı. == Mənbə == Aronson, Theo. Crowns In Conflict: The Triumph And The Tragedy Of European Monarchy, 1910–1918. London: J.Murray. 1986. ISBN 0-7195-4279-0. Constant, Stephen. Foxy Ferdinand, 1861–1948, Tsar of Bulgaria. London: Sidgwick and Jackson.