Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Stad Boeva
Stad Boeva — Yeni Kaledoniyanın Boulari Bey adlı körfəzin yaxınlığında yerləşən və futbol üçün istifadə olunan idman stadionudur. Stadion bir sıra yerli klublara və 2011-ci ildə Sakit Okean oyunlarında kişilərdən ibarət futbol turnirinə ev sahibliyi etmişdir. Belə ki, Stad Boeva 2011 Sakit Okean oyunlarında futbol turnirində ən böyük qələbələrdən olan və 3 sentyabr 2011-ci ildə keçirilən Papua-Yeni Qvineyanın Kiribatiyə 17-1 qalib gəlməsinə, 5 sentyabr 2011-ci ildə isə Taitinin Kiribatiyə 17-1 qalib gəlməsinə ev sahibliyi etmişdir.
Luis Bota
Luis Bota (2 fevral 1957) — CAR-ı təmsil edən stolüstü tennisçi. == Karyerası == Luis Bota CAR-ı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Teodor Bota
Teodor Konstantin Bota (24 may 1997-ci ildə Ramniku Valkeyada anadan olub) — Styaua Buxarest FK klubunda hücumçu kimi çıxış edən Rumıniyalı futbolçudur. == Statistika == 31 avqust 2016-cı il məlumatların əsasən.
Enn Linç Botta
Enn Linç Botta - Amerikalı şairə, yazıçı və müəllimə. (D.11 noyabr 1815/ Ö. 23 mart 1891) == Həyatı == Gerçək adı Anne Charlotte Lynch olan Anne Botta, 11 noyabr, 1815-ci ildə, Amerikanın Wermont əyalətində anadan olmuşdur. İrlandiya əsilli olan atası Patrich Lynch, 1798 İrlandiya üsyanında iştirak etdiyi üçün ölkədən qovulmuş, 18 yaşı olarkən Amerikaya yerləşmişdir. 1812.ci ildə Charlotte Gray adlı xanımla ailə həyatı qurmuş və bu izdivaçdan Anne və oğulları Thomas Rowson dünyaya gəlmişdir. 1819.cu ildə atasını itirən Anne, 16 yaşı olarkən Albany Qızlar Akademiyasına daxil olmuş, 1834 də isə, təhsilini yüksək dərəcəylə başa vurduqdan sonra, məhz orada bir neçə il müəlliməliklə maşğul olmuşdur. Ardından anasıyla birlikdə Rhoda Islanda köçmüş və müəlliməliyə davam etmişdir. Bununla yanaşı O, şairə və yazıçı kimi də fəaliyyət göstərmiş və evi uzun illər boyunca ədəbi dəvətlərin verildiyi bir mərkəz olmuşdur. 1841.ci ildə, Annenin redaktorluğu ilə, içərisində bir çox şairin əsərləriylə yanaşı öz şeirlərinin də olduğu kitab, həmçinin 1848.ci ildə şeirlərinin məcmuasını əks etdirən digər bir kitabı da işıq üzü görmüşdür. Bununla yanaşı eyni anda bir çox fərqli jurnalda yazıları dərc olunmuşdur. Evində verdiyi ədəbi dəvətlər səbəbiylə, dövrün bir çox ədibiylə tanış olma imkanı qazanmış, həmçinin bir çox təzə qələm sahibinin də ictimaiyyətə tanıdılmasında rol oynamışdır.
Kotva ticarət mərkəzi
Kotva ticarət mərkəzi (çex. Obchodní dům Kotva) — Praqadakı ticarət mərkəzi, şəhərin mərkəzindəki Respublika Meydanında yerləşir. Gündə 75 min ziyarətçiyə xidmət etmə imkanına sahibdir. Adı yaxınlıqdakı ən qədim binadan götürülmüşdür. "Palladium "ticarət mərkəzinin birbaşa qarşısında yerləşir. == Yer == Bir vaxtlar ticarət mərkəzinin yerləşdiyi yerdə Müqəddəs Benediktin Roma kilsəsi yerləşirdi. 13-cü əsrin ortalarına qədər bu yer Köhnə şəhərin qalaları ilə əlaqəli olan Tevton cəngavərlərin komtur qalası idi. 17-ci əsrdə Straxov Monastırından əvvəl bu bölgədə Norbertinum Universitet şəhərciyini qurulur. Domeniko Orsinin rəsmlərinə görə burada barok kilsəsi inşa edilir. Kilsə XVIII əsrin sonlarında Yeni şəhərin Soylu Qızlar İnstitutunun qurulması üçün sökülür.
Balva
Batna
Batna vilayəti — Əlcəzairdə vilayət. Batna (şəhər) — Əlcəzairin şimal-şərqində şəhər, Batna vilayətinin inzibati mərkəzi.
Biota
Biota (q.yun. βιοτή - həyat) — biosenozun, assosiasiyanın, həmçinin daha böyük taksonların bitki və heyvanat aləminin növ məcmusu (flora və fauna). Biotanın orqanizmləri (biontlar) bir-birilə mürəkkəb biotik, mühitlə isə trasabiotik əlaqələrlə bağlıdır. Biota termini ən çox biocoğrafiyada istifadə olunur. == Mənbə == == Ədəbiyyat == О полифункциональной роли биоты в самоочищении водных экосистем // Экология. 2005. № 6. С. 452–459.
Bobla
Bobla — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 134 nəfərdir. == Tarixi == Bobla Lerik rayonunun Dəstər inzibati ərazi vahidində kənd. Dağlıq ərazidədir. Kəndin ərazisindəki Bobla türbəsi pir hesab edilir. Kənd öz adını pirin adından almışdır. Talış dilindəki baba/boba (pir) və -lə (Şək.) komponentlərindən düzəlmiş bu oykonim "pir yeri" mənasındadır.
Bomba
Bomba — içi partlayıcı və yanıcı maddəylə dolu, bir odlama nizamıyla təchiz olunmuş, kürə formasında yox edici odlu silah. == Bombanın quruluşu == Bombalar ümumiyyətlə dörd hissədən ibarətdir. Bunlar xarici örtük, bombanın havada balanslı getməsini təmin edən qanadcıqlar, tapa və tapanı odlamağa yarayan mexanizmdir. Bombalar hədəflərə dəyişik formalarda göndərilə bilər. Təyyarədən buraxıla, bir raket köməyiyl , əllə atıla bilər, ya da hədəfə əvvəldən yerləşdirilib uzaqdan patladıla bilər. Mərmi ilə fərqlidir. Bombalarda, top mərmisindəki sövq barıtı kimi itələyici bir maddə tapılmır. Amma ilk bombalar top mərmisinə bənzəyirdi və barıt doldurulmuş metal bir kürə şəklində idi. Ağır-ağır yanan bir fitilli yanaraq patladılırdı. Düşmən sipərlərinə əllə, ya da hava topuyla atılan bu cür bombalar ilk dəfə XVI əsrdə istifadə edilmişdir.
Borxa
Borxa (isp. Borja) — İspaniyanın Araqon avtonom bölgəsinin Saraqosa vilayətində bələdiyyə. Bələdiyyə Kampo-de-Borxa kormakasında, Saraqosa şəhərindən 63 kilometr (39 mil) uzaqlıqda yerləşir. 2014-cü il əhali siyahıyaalmasına əsasən, bələdiyyədə 4.969 nəfər yaşayır. İntibah dövründə İtaliyada güc qazanmış Borciya ailəsi əslən Borxadandır. == Əhali == == Qardaş şəhərlər == == Qalereya == == İstinadlar == == Xarici keçdlər == Vikianbarda Borxa (İspaniya) ilə əlaqəli mediafayllar var.
BosVaş
BosVash (eyni zamanda BosNYVaş, Boşinqton və ya Şimal-şərq meqapolisi) — ABŞ-nin şimal-şərq sahilindəki aqlomerasiya regionunu əhatə edən bir meqapolya. Meqapol, şimal-şərqdə Massaçusets ştatından Bostondan başlayır və cənub-şərqdə Vaşinqton şəhəri və Virciniyaya qədər uzanır. Başda Boston, Nyu-York, Filadelfiya, Baltimor və Vaşinqton olmaqla böyük şəhərləri, aqlomerasiya regionlarını, şəhərətrafı zonalar və daha kiçik şəhər mərkəzlərini özündə birləşdirir. Fransız coğrafiyaşünası Can Qottmann, 1961-ci ildə yazdığı “Megalopolis: ABŞ-nin Urbanizə edilmiş Şimal-şərqi sahilboyu əraziləri” (Megalopolis: The Urbanized Northeastern Seaboard of the United States) əsəri ilə meqapol termini geniş yayılmışdır. BosVaş 2010-cu ildəki siyahıyaalma nəticələrinə görə 52.332,123 əhaliyə sahibdir və bu da ölkə əhalisinin 17% -ni əhatə edir. BosVaşda Ağ ev, ABŞ Konqres Binası, Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahı, Nyu-York Fond Birjasının, Beynəlxalq Valyuta Fondunun və bir çox iri transmilli şirkətin mənzil qərargahı yerləşir və ABŞ-nin ÜDM-nin 20%-ni təşkil edir.
Budva
Budva (mont. Будва, Budva) - Monteneqroda şəhər. Eyniadlı bələdiyyənin mərkəzidir. Əhalisi 10.918 nəfərdir. Adriatik dənizinin sahilində yerləşir.
Fətva
Fətva (ərəbcə:فتوى), İslam hüququ ilə əlaqədar olan bir problemin dini hüquq qaydalarına görə çıxış yolunu göstərən, Şeyxülislam və ya müfti tərəfindən veriləbilən dini sənəd. Fətva sadəcə İslam hüququ ilə əlaqədar olaraq deyil, İslamın qaydaları ilə idarə olunan dövlətlərdə də, hakimin verdiyi qərardır. == Fətva ilə hökm arasında fərq == Fətva ilə hökmün fərqləri müvafiq məzmunlu şəriət kitablarında izah edilmişdir. Qısaca bunu deyək ki, fətva şəriətdə nəzərdə tutulmuş mövcud dəlillər əsasında verilir (Quran ayələrinə, hədislərə, icmaya və ağıla əsaslanaraq). Hökm isə müctəhidin mövcud şəraiti dəyərləndirərək gəldiyi qənaəti əks etdirir. Əlbəttə, hökm verilərkən də şəriətdəki dəlillər nəzərə alınır, lakin bu dəlillər mücərrəd mənada deyil, mövcud şəraitə əsasən dəyərləndirilir. Buna görə də fətva zamana və şəraitə görə dəyişmir, hökm isə dəyişə bilər. Beləliklə, hökm fətvaya nisbətən daha geniş məfhumdur; deyə bilərik ki, məna etibarilə hökm fətvanı da özündə ehtiva edir. Fətva, onu verən müctəhid və onun müqəllidləri üçün keçərlidir, başqaları həmin müctəhidin fətvasına əməl etməyə vəzifəli deyillər. Amma lazımi şərtləri özündə birləşdirən şəriət hakimi bir məsələdə hökm versə, hamı ona tabe olmalıdır.
Kotava
Kotava — 1978-ci ildə linqvist Staren Fetcey tərəfindən yaradılmış süni dil. == Əlifbası == Yazıda latın qrafikasından istifadə olunur və 24 hərfdən ibarətdir. == Əvəzliklər == 9 əvəzlik var. == İstinadlar == == Əlavə ədəbiyyat == Fetcey, Staren (1979). Kotava, langue internationale neutre. Québec, Canada : Ed. Univers des langues T.B. INC. 148 p. Kotava Avaneda (Kotava linguistic committee). Official grammar of Kotava {PDF}; Official grammar of Kotava (French) {PDF}. Kotava Organisation (March 2007, version III.8, 49 p.
Litva
Litva (lit. Lietuva) köhnə Azərbaycandilli mənbələrdə Litfa və ya Litvaniya, rəsmi adı Litva Respublikası (lit. Lietuvos Respublika) — Avropada, Baltik dənizinin şərq sahilində dövlət. Şimalda Latviya, cənub-şərqdə Belarus, cənub-qərbdə Polşa və Rusiyanın Kalininqrad bölgəsiylə həmsərhəddir. 2004-cü ildən NATO-nun və Avropa İttifaqının üzvüdür. == Tarix == Bunu Litvanın İntibah dövrünün tətqiqatçılarından biri, fəlsəfə doktoru, professor Bronislav Qenzelis belə təsdiq edir. == Siyasət == Litva Polyaklarının Seçimi, lider: V. Tomaşevski. Liberal və Mərkəzçilik İttifaqı, lider: A. Zuokas. Liberal — Demokrat Partiyası, lider: V. Mazuronis. Litva Sosial — Demokrat Koalisiyası, lider: A. M. Brazauskas.
Moyva
Moyva (lat. Mallotus villosus) — Osmeridae fəsiləsinə daxil olan balıq növü. Bədəninin uzunluğu 25 sm, çəkisi 52 q, maksimal ömür müddəti isə 10 ildir. Moyvaların olduqca kiçik pulcuq və dişləri olur. Onlara dünyanın bütün okeanlarında rast gəlinir: Arktika, Atlantik okean və Sakit okean , Norveç dənizindən tutmuş Şpisbergen adaları ətrafındakı ərazilər. Bəzi müəlliflər onlara bir necə yarımnövləri daxil edirlər: Mallotus villosos villosus Müller, 1776 və sakitokean moyvası Mallotus villosus catervarius Pennatt, 1784. Bəzən onları kapelan olaraq adlandırırlar. == Biologiya == Əsasən siyənək, lososların balaları və planktonlarla qidalanırlar. Okean və dənizlərin 300 metr bəzən isə 700m dərinliklərində müşahidə edilirlər. Kürüləmə ərəzisi nisbətən dayaz olur.
Nıtva
Nıtva — Rusiya Federasiyasında yerləşən şəhər. Perm diyarına daxildir.
Botlar
Botlar (lat. Bothidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kambalakimilər dəstəsinə aid heyvan fəsiləsi.
BOTAŞ
BOTAŞ ( Neft Boru Kəməri Nəqliyyatı Anonim Şirkəti ) - Türkiyədə yerləşən, dövlətə məxsus xam neft və təbii qaz boru kəmərləri və ticarət şirkətidir . Baş ofisi Ankaranın Bilkənd şəhərində olan BOTAŞ, illik dövriyyəsi təxminən 20 Milyar TL ilə Türkiyənin ən böyük təşkilatları arasındadır. Xalis satış rəqəmlərinə görə 2008-ci ilin Fortune 500 siyahısında 2-ci yeri tutmuşdu . == Tarixi == 1974-cü ildə TPAO-nun törəmə müəssisəsi kimi qurulub. 1987-ci ildən BOTAŞ həm də təbii qazın nəqli və ticarəti fəaliyyətlərində iştirak edib. 1995-ci ildə Dövlət Təsərrüfat Müəssisəsi statusunu qazanıb. Təbii qaz ticarəti bazarında inhisarçı mövqeyi 2001-ci ildə tutmuşdu. 2009-cu ildə onun fəaliyyət sahələrinə görə hüquqi şəxslərə bölünməsi nəzərdə tutulmuşdur. 2011-ci ilədək ötürmə fəaliyyəti istisna olmaqla, digər hüquqi şəxslərin özəlləşdirilməsi başladı. Şirkət Avropanın qaz ehtiyaclarını ödəmək üçün Rusiyadan kənarda alternativ yolların tapılması strategiyasına uyğun formalaşan, lakin sonradan ləğv edilən NABUCCO layihəsinin 16,67%-lik səhmdarı idi.
Amblyseius boina
Amblyseius boina (lat. Amblyseius boina) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius boina Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Betta splendens
Betta splendens, (Xanıkimilər) dəstəsindan bir balıq növü. Betta (Betta splendens), təbii həyat sahəsi Asiya (Tayland, Malayziya, Kamboca və Vyetnam) olan, təxminən 4-6 sm boyunda bir balıq növü. Xüsusilə erkəklərin, üzgəclərinin görkəm və gözəlliyi və zadəganlığını əks etdirən ağır duruşuyla diqqət çəkən bir növdür. Latınca Adı: Betta splendens Həbidə idi və Ana vətəni: Tayland Bəslənmə Forması: Heyvan ilə bəslənən Davranış Forması: Orta dərəcədə təcavüzkar Öz Növlərinə Davranışı: Həddindən artıq Təcavüzkar Üzmə Səviyyəsi: Səth Cinsiyyət Ayrı-seçkiliyi: Kişilər daha rənglidir və daha uzun üzgəclərə malikdir. Artıma: Kişi suyun üstünə köpükdən yuva edər, kişi və dişi yumurtlayarkən ata yumurtaları bu köpüklərə daşıyar və yumurtalara gözətçilik edər. İstilik: 26 °C Ən Çox Böyüdüyü Boy: 7 sm Ən Az Akvarium Həcmi: 30 lt Çətinlik Səviyyəsi: 1 ümumiyyətlə plafonlarda və stəkanlarda satılan bu balıqlar yaşadılma şəkli baxımından layiq olduqları yeri tapa bilməmiş ticari qayğılar üzündən üstün koru yaşadılmağa işlə/çalışılan narın və zadəgan balıqlardır. Beta, Cənnət balığı, Gurami kimi növlər Labirintlilər olaraq adlandırılar bunun səbəbi ol/tapıldıqları sudakı oksigen miqdarı çox düşdüyündə həyatda qalmalarını təmin edən labirint adı verilən əlavə tənəffüs orqanlarına da sahib olmalarıdır, doğrudan havadan oksigen təmin edə bilərlər. Plafonlarda satılmalarının səbəbi Labirint olaraq adlandırılan bir tənəffüs sistemlərinə daha sahib olmalarıdır. Labirintlilər qrupuna girən Cənub Şərq Asiyanın bu davaçı balığı ümumiyyətlə plafonlarda baxılmalarına baxmayaraq ən az 30 litrlik akvariumlarda baxılmalıdır. Davranış formaları gərəyi iki kişis(n)i eyni mühitdə yaşada bilməzsiniz, nəticə mütləq bir balığın itirilməsi olacaq.
Biota orientalis
Bossa-nova
Bossa nova — Braziliya musiqi üslubudur, özündə müxtəlif yerli ritmlərlə (bayan və ilk növbədə, samba) kul-cazın özünəməxsus qarışığını ehtiva edir.
Botan (çay)
Botan (türk. Botan Çayı, Botan Suyu və ya Uluçay; kürd. Çemê Botanê; erm. Ջերմ ) ― Türkiyənin cənub şərqində, Siirt ilində çay. Botan çayının yuxarı axını Van ilindən axır və bu hissəyə tez-tez Çatak deyilir. Çatak şəhərinin qərbindən axan Çatak çayının ən yuxarı hissəsi isə bəzən Norduz adlandırılır. Çay Van və Hakkari arasındakı sərhəd yaxınlığında yerləşən Norduz yaylası ətrafındakı yüksək dağlardan qaynaqlanır. Çay dərəsi ilə dağların zirvəsi arasındakı hündürlük fərqi təxminən 1000 m-ə çatır. Bu səbəbdən çay öz dərəsi üzərində kanyon yaratmışdır. Çayın yazdan yayın ortalarına qədər ortalama su sərfi 100–300 m³/san-dir.