Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Abbas-Abad briqi
"Abbas-Abad" (rus. «Аббас-Абад») — Rus donanmasının "Erivan" (rus. «Эривань») tipli 12 toplu briqi, bu tipli dörd briqlərdən biri. Ruslar bu adı Abbasabad qalasının 1827-ci il iyulun 6-da zəbt edilməsinin xatirəsinə görə qoyub. == Tarixi == Briqin əsası 4 (16) oktyabr 1824-cü ildə qoyulub. 16 (28) avqust 1827-ci ildə suya buraxıldı və Xəzər donanmasının tərkibinə daxil edildi. "Abbas-Abad" iki müharibədə iştirak etmişdir — Rusiya-İran müharibəsi (1826-1828) (kreyser xidməti göstərirdi) və Rusiya-Osmanlı müharibəsi (1828-1829) (Həştərxandan vəsaitlərin və qoşunların fəaliyyət göstərən orduya çatdırılmasını təmin edirdi). Müharibələr bitəndən sonra briq 1830–1832-ci və 1834–1836-cı illər ərzində Xəzər Dənizində istifadə olunurdu, Həştərxan — Bakı marşrutu, Kürün mənsəb hissəsi və Sara adasına yük daşıyırdı. 1837-ci ildə briq Həştərxanda söküldü. == Komandirləri == "Abbas-Abad" briqin komandirləri müxtəlif vaxtlarda aşağıdaki şəxslər olmuşdur: 1827–1828 — Y. D. Mandrika 1829–1830 — A. P. Doroxov 1832 — A. T. Aleksandrovskiy 1834 — iyul 1836 — V. T. Alenikov с июля 1836 — S. S. Palitsin == Ədəbiyyat == Чернышёв А. А. Российский парусный флот.
Qrizli
Qrizli (lat. Ursus arctos horribilis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinin qonur ayı növünə aid heyvan yarımnövü. Qrizli ayıları ağırlığı ən azı 500 kq olan, dünyanın ən böyük və qorxulu yırtıcılarından biridir. ABŞ-də yaşayan qrizli ayıları qəzəblənərkən qarşısına çıxanı parçalamağa çalışırlar.
Qrızlı
Qrızlar və ya Qırızlar — "Şahdağ xalqları" kimi fərqləndirilən Azərbaycanın milli etnik nümayəndələri. Azərbaycanın Şimal zonasında Quba və Xaçmaz rayonlarının bəzi kəndlərində yaşayan, qrız dilində danışan, təxminən 1000 nəfərdən ibarət kiçik etnik qrupdur. Nax-Dağıstan dil ailəsinin ləzgi dil qrupuna aid qrız dilində danışırlar. Qrızlar İslam dinin Sünni təriqətinə aiddilər. Qrızların sayı haqqında müxtəlif məlumatlar var. N.K.Zeydlisin 1886-ci ilə aid məlumatlarına görə qrızlıların sayı 7767 nəfər olub. 1926-cu ilin siyahalınmasına görə qrızlıların sayı 2600 nəfər idi. 1959-cu ilin siyahalınması zamanı qrızlılar ayrıca bir qrup kimi qeydə alınmamışdır. "Кавказский этнографический сборник, том 3" kitabında qrızlıların sayı 9704 nəfər kimi qeyd olunmuşdur. 2005-ci ildə nəşr olunan "The Sociolinguistic Situation of the Kryz in Azerbaijan"-ın Vəli Xıdırova istinadən verdiyi məlumata görə Azərbaycanda qrızların sayı 10 000-15 000 arasında dəyişir.
Cizgi
Animasiya, cizgi, animasiya kinosu və ya cizgi filmi – incəsənətin bir növü. Onun əsərləri kağız üzərində və ya kompüterdə çəkilmiş şəkillərin hərəkətə gətirilməsi nəticəsində yaranır. == Haqqında == Kino sənətinin əsas növlərindən biri də animasiya kinosudur. Bu növ uşaqlar üçün nəzərdə tutulmuşdur. Ona multiplikasiya kinosu da deyilir. Animasiya kinosu yeni multiplikasiya filmləri rəsmli, yaxud həcmli obyektləri müəyyən fazalarla hərəkət etdirib onların bu hərəkətini ardıcıl lentə almaqla yaranır. Animasiya kinosunda fantastika, bədii uydurma mühüm yer tutduğuna görə tədqiqatçılar bəzən onu təsviri sənət növlərinə daha yaxın hesab edir və ya kinematoqrafiya texnikasından istifadə edən müstəqil sənət sayılır. Gerçəkliyi əks etdirmənin xüsusi bədii şərtilik forması olan qrafik animasiya fantastik hadisə və əhvalatların təsviri üçün özünə məxsus ifadə vasitələrinə malikdir. Əhvalatı göstərmək cəhətindən qrafik animasiya ilə ayaqlaşa bilməyən həcmli animasiyada personajların təsviri xarakteristikası daha dolğun olur. Elektronikaya və kibernetik maşınların tətbiqinə əsaslanan animasiya filmləri də vardır ki, onlara kompüter animasiyası deyilir.
Bridgit Mendler
Bricit Kler Mendler (18 dekabr 1992) — Amerika aktrisası, müğənni, musiqiçi və söz yazıçısıdır. Ən məşhur rolu isə Uğurlar, Çarli!dəki Teddi Dankan roludur. Və ən məşhur film rolu isə, Limonadlı ağızdakı Oliviya Vayt roludur. Musiqi sahəsində isə, 2012 üçün Hollivud Rekords şirkəti ilə razılaşmışdır.
Britni Spirs
Britni Cin Spirs (ing. Britney Jean Spears; 2 dekabr 1981[…]) — ABŞ müğənni və ifaçısı (pop və müasir R&B janrlarında). 2005-ci ildə Qremmi mükafatı laureatı olmuşdur ("Toxic" mahnısına görə). Amerika musiqi tarixində albomları ən yaxşı satılan səkkizinci qadın müğənnidir. Onun "…Baby one more time" adlı ilk albomu onu dünyaca məşhur eləmiş və albomun eyniadlı sinqlı Billboard Hot 100 çartında birinci yerə yüksəlmişdir. Spirsin ikinci "Oops!…I Did It Again" adlı albomu 2000-ci ilin yazında çıxmış və onun pop-ulduz statusunu daha da möhkəmləndirmişdir. Onun üçüncü albomu "Britney" 2001-ci ilin payızında buraxılmışdır və növbəti albomu- "In The Zone" 2003-cü ilin payızında işıq üzü görmüşdür. Karyerasındakı fasilədən sonra 2007-ci ilin oktyabrında "Blackout" albomu çıxmışdır. Albomun ilk sinqlı olan "Gimme More" dünyaca məşhur mahnı olmuşdur. "Piece of me" mahnısına gorə o üç mükafat qazanıb — "ən yaxşı pop-mahnı", "ən yaxşı qadın videosu"na və "2007-ci ilin ən yaxşı videosu"na görə.
Uilford Brimli
[mənbə göstərin] Anthony Wilford Brimley (27 sentyabr 1934, Solt-Leyk-Siti – 1 avqust 2020) — aktyor. == Həyatı == 27 sentyabr 1934-cü ildə doğulub.
Briq
Briq (ing. brig) — ikidorlu yelkənli gəmi. Fok, qrot dorlarda düzbucaqlı və yalnız bir çarpaz yelkənlərə malikdir. Briq gəmilərində bizan dorağacı və ona müvafiq yelkənlər olmur.
Benjamin Briqs
Benjamin Briqs (ing. Benjamin Spooner Briggs) — kabus gəmi hesab olunan "Meri Kalest" gəmisinin kapitanı. "Meri Kalest" gəmisi küləyin təsiri ilə Cəbəllütariq boğazı istiqamətində hərəkət edərkən sahibsiz şəkildə aşkar edilmişdir. Gəminin kapitanı Benjamin Briqs, həyat yoldaşı Sara Briqs, iki yaşlı qızları Sofia Matilda və digər dörd nəfər itkin düşmüşdür.
Brili (Xaşuri)
Brili (Xaşuri) (gürc. ბრილი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 470 nəfər idi. 2014-cü ildə 313 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, II cild, səh.
Cizgi filmi
Animasiya, cizgi, animasiya kinosu və ya cizgi filmi – incəsənətin bir növü. Onun əsərləri kağız üzərində və ya kompüterdə çəkilmiş şəkillərin hərəkətə gətirilməsi nəticəsində yaranır. == Haqqında == Kino sənətinin əsas növlərindən biri də animasiya kinosudur. Bu növ uşaqlar üçün nəzərdə tutulmuşdur. Ona multiplikasiya kinosu da deyilir. Animasiya kinosu yeni multiplikasiya filmləri rəsmli, yaxud həcmli obyektləri müəyyən fazalarla hərəkət etdirib onların bu hərəkətini ardıcıl lentə almaqla yaranır. Animasiya kinosunda fantastika, bədii uydurma mühüm yer tutduğuna görə tədqiqatçılar bəzən onu təsviri sənət növlərinə daha yaxın hesab edir və ya kinematoqrafiya texnikasından istifadə edən müstəqil sənət sayılır. Gerçəkliyi əks etdirmənin xüsusi bədii şərtilik forması olan qrafik animasiya fantastik hadisə və əhvalatların təsviri üçün özünə məxsus ifadə vasitələrinə malikdir. Əhvalatı göstərmək cəhətindən qrafik animasiya ilə ayaqlaşa bilməyən həcmli animasiyada personajların təsviri xarakteristikası daha dolğun olur. Elektronikaya və kibernetik maşınların tətbiqinə əsaslanan animasiya filmləri də vardır ki, onlara kompüter animasiyası deyilir.
Divok Oriqi
Divok Okot Oriqi (18 aprel 1995[…], Ostende[d], Flamand regionu[d]) — Belçikalı peşəkar futbolçu, İtaliyanın "Milan" klubunda və Belçika milli komandasında hücumçu kimi çıxış edir. == Klub karyerası == Oriqi futbolçu karyerasına "Lill"də başlayıb və 2013-cü ildə peşəkar karyerasında ilk qolunu vurub. Bir il yarım sonra futbolçunu, İngiltərə Premyer Liqa klubu "Liverpul" 10 milyon funt-sterlinq qarşılığında transfer edib və onu 2014–15 mövsümu üçün yenidən "Lill"ə icarəyə verir. Zədələrə görə "Liverpul"da möhkəmlənə bilmir və bir müddət və Almaniyanın "Volfsburg" klubunda da bir il icarədə olur. Oriqi 2018–19 mövsümündə kluba müxtəlif mühüm töhfələr verir və 2019 Çempionlar Liqasının yarımfinalında "Barselona"ya qarşı geri dönüşdə iki qol vurur. O, həmçinin növbəti mövsümdə 2019–20 Premyer Liqasını qazanan "Liverpul"un son 30 il ərzində ilk liqa titulunu qazanan heyətində olur. "Liverpul"da 8 il keçirdikdən sonra, 2022-ci ilin yay transfer pəncərəsində daimi müqavilə ilə İtaliyanın "Milan" klubuna qoşulur.
Kızqı (Arxangel)
Kızqı (başq. Ҡыҙғы, rus. Кизги) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Bakaldı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 29 km, kənd sovetliyindən (Bakaldı): 21 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 39 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir. == Tanınmış şəxsləri == Oleq Zakiroviç Xanov - Başqırdıstan Respublikasının xalq artisti. Maqafur Mahmudoviç Usmanov - Başqırdıstan Respublikasının Milli Gənclər Teatrının rəssamı, Başqırdıstanın Respublikası Xalq Artisti (2008), Teatr İşçiləri Birliyinin üzvü (1995).
Milad Beigi
Milad Beygi və ya tam adı ilə Milad Beygi Hərçigani (farsca: میلاد بیگی 1 mart 1991, İsfahan) — İran əsilli Azərbaycan taekvondoçusu. Milad Beygi, 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. Milad Beygi, 2015-ci ildə baş tutan I Avropa Oyunlarının və 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub. O, həmçinin 2017-ci ildə Tayvanın paytaxtı Taybey şəhərində baş tutan Tələbələrin Universiada Oyunlarınında qalibi olub. O, həm də 2016-cı ildə Avropa, 2017-ci ildə isə Dünya çempionu olub. Karyerası ərzində qatıldığı 22 yarışın 19-da qızıl, 1-də gümüş, 2-də isə bürünc medal qazanan Milad Beygi, Azərbaycan yığmasının heyətində 2015 və 2016-cı illərdə Komandalar arası Dünya Kubokunun qalibi olub. Milad Beygi, I Avropa Oyunlarında qazandığı uğura görə "Şöhrət" ordeni ilə, XXXI Yay Olimpiya Oyunlarında qazandığı uğura görə isə "Azərbaycan Respublikası Prezidentinin" Fəxri diplomu ilə təltif edilib. == Həyatı == Milad Beygi Hərçigani 1 mart 1991-ci ildə İranın İsfahan şəhərində anadan olub. Şəxsi məşqçisi Reza Mehmandost, millidə məşqçisi Elnur Amanovdur. Orta təhsilini başa vurandan sonra o, 2012-ci ildə Sepahan Universitetinə qəbul oldu və 2015-ci ildə həmin universiteti bitirdi.
İRS cizgi
İRS cizgi — vətənpərvər ruhda milli və tarixi qəhrəmanlar üzərindən oxuculara məntiq, mühəndislik, dünyagörüşü kimi bilgiləri çatdıran cizgi film, roman, oyuncaq, oyun, animasiya və s. kimi məhsullar üzərində çalışan bir komanda. == Yaradılması == İRS cizgi komandası 2017-ci ildə Anar Əkbərli tərəfindən yaradılmışdır. Hədəfləri milli və elmi formatda oxuculara dünyagörüşü , məntiq və mühəndislik sahələrində bilgi verən cizgi, roman, oyuncaq, oyun və animasiyaların yaradılmasıdır. İşlərində daha çox milli və tarixi qəhrəmanları daha fərqli, daha çox günümüzə uyğun şəkildə təsvir edirlər. == Fəaliyyəti == 2017-ci ildə İRS cizgi yaradıcılıq qrupunun "Koroğlu" adlı ilk milli komiksinin təqdimatı keçirilib. Komiksin Mərkəzi Elmi Kitabxanada, Bakutel sərgisində təqdimatı keçirildi. Bu komiks Azərbaycanda bu sahədə ilk uğurlu layihədir. İstənilən yaş qrupu üçün nəzərdə tutulmuş ssenari əsasında hazırlanıb. Dastandan ilhamlanaraq, tarixi faktlara əsaslanaraq milli ruhda hazırlanan komiks oxucuya məntiq və dünyagörüşü aşılayır.Qrup tərəfindən 2018-ci ildə Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə bağlı "DİRİLƏR" milli komiksi elektron versiyada istifadəçilərə pulsuz təqdim olunub.
İbrahim Qrızi
İbrahim Qrızi — Qrız-Xınalıq bölgəsindən çıxmış ilk görkəmli alim. == Həyatı == Qrız-Xınalıq bölgəsindən çıxmış ilk görkəmli alimlərdən biri İbrahim Qrızidir. Filologiya elmləri doktoru Nazif Qəhrəmanlı "Quba abidələri" məqaləsində onun adını çəkəndən (Qobustan, 1984, № 1) bir müddət sonra axtarışları davam etdirib "İbrahim Qrızi haqqında nə bilirik?" məqaləsində (Azərbaycan, 1999, 17 avqust) və "Azərbaycan kitabının inkişaf yolu (Qədim dövrdən XIX əsrin sonuna qədər)" kitabında (Azərbaycan Ensiklopediyası NPB, 2000, s. 113-116) ilk məlumat vermişdir. Nazif Qəhrəmanlının "İbrahim Qrızi haqqında nə bilirik?" məqaləsində qeyd olunur ki, İbrahim Qrızi şeyx titulu daşımışdır. Qədim Şərqdə yalnız Nizami Gəncəvi kimi ustadlar şeyx titulunu daşımışlar, bu da İbrahim Qrızinin böyüklüyünə dəlalət edən bir amildir. Təəssüf ki, alimin əsərləri günümüzə qədər gəlib çatmamışdır. Qrız-Xınalıq bölgəsindən çıxmış ikinci böyük alim Həkim ibn İbrahim əl-Xınaluqi onun oğludur.
Luiza Brili
Luiza Brealey (ing. Louise Brealey; 27 mart 1979) — həmçinin Loo Brealey kimi tanınır, ingilis aktrisası, yazıçı və jurnalist. Şerlok televiziya serialında Molli Huper rolu ilə məşhurdur. == Bioqrafiya == Luiza Brealey 27 mart 1979-cu ildə Northemptonda anadan olub. Məktəbi bitirdikdən sonra o, Kembric Universitetinə daxil olub. Brealey daha sonra Lee Strasberg Teatr və Film İnstitutunda aktyorluq təhsili almaq üçün Nyu-Yorka köçür. O, komediya ustası Filip Qollierdən də dərslər alıb. === Teatr karyerası === Luiza Brealey 2001-ci ildə London Kral Məhkəməsində Sliding With Suzanne filmində 14 yaşlı Sofi rolunda səhnəyə çıxdı. 2005-ci ildə Bristolun Old Vic Teatrında səhnəyə qoyulan Tom Stoppardın "Arcadia" filmində rol aldı. === Kino karyerası === Luiza Brealeynin debüt filmi tibb bacısı rolunu oynadığı "Fəlakət" serialı idi.
Cizgi film
Animasiya, cizgi, animasiya kinosu və ya cizgi filmi – incəsənətin bir növü. Onun əsərləri kağız üzərində və ya kompüterdə çəkilmiş şəkillərin hərəkətə gətirilməsi nəticəsində yaranır. == Haqqında == Kino sənətinin əsas növlərindən biri də animasiya kinosudur. Bu növ uşaqlar üçün nəzərdə tutulmuşdur. Ona multiplikasiya kinosu da deyilir. Animasiya kinosu yeni multiplikasiya filmləri rəsmli, yaxud həcmli obyektləri müəyyən fazalarla hərəkət etdirib onların bu hərəkətini ardıcıl lentə almaqla yaranır. Animasiya kinosunda fantastika, bədii uydurma mühüm yer tutduğuna görə tədqiqatçılar bəzən onu təsviri sənət növlərinə daha yaxın hesab edir və ya kinematoqrafiya texnikasından istifadə edən müstəqil sənət sayılır. Gerçəkliyi əks etdirmənin xüsusi bədii şərtilik forması olan qrafik animasiya fantastik hadisə və əhvalatların təsviri üçün özünə məxsus ifadə vasitələrinə malikdir. Əhvalatı göstərmək cəhətindən qrafik animasiya ilə ayaqlaşa bilməyən həcmli animasiyada personajların təsviri xarakteristikası daha dolğun olur. Elektronikaya və kibernetik maşınların tətbiqinə əsaslanan animasiya filmləri də vardır ki, onlara kompüter animasiyası deyilir.
B.G.Briggs
Barbara Cillian Briqqs (ing. Barbara Gillian Briggs d: 1934) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Barbara Cillian Briqqs əsasən toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Briggs, B.G. 1962. Interspecific hybridization in the Ranunculus lappaceus group. Evolution 16: 372–390. Johnson, L.A.S., & Briggs, B.G. 1963. Evolution in the Proteaceae. Austral. J. Bot.
Barbara Cillian Briqqs

Barbara G. Briggs

Barbara Gillian Briggs

Shard London Bridge
The Shard — Londonda inşa edilmiş, 95 mərtəbə hündürlüyündə olan göydələn. 2012-ci il 30 mart tarixində binanın hündürlüyü 310 metrə çatdırılmışdır. Göydələn, yalnız Böyük Britaniyada deyil, Avropada da ən yüksək binalardan birinə çevrilmişdir və hazırda 5-ci ən yüksək tikililərdən biri hesab edilir.The Shardın tikintisi 2009-cu ilin mart ayında başlamış və 2012-ci ilin noyabr ayında başa çatmışdır. == Görünüşü == Binanın forması şüşə ilə bəzədilmiş piramida kimi hazırlanmışdır. Göydələn 72 mərtəbəsini ofis və mənzillər əhatə edir. Binanın yuxarı hissəsində Böyük Britaniyanın ən yüksək panaroma platforması vardır. Tikili günəşdə parlayan minlərlə şüşə panellər ilə örtülmüşdür. == Planlaşdırma və layihə müzakirəsi == Göydələnin layihəsi Pompido Mərkəzinin Paris müəllifi, Renzo Piano tərəfindən 2000-ci ildə hazırlanmışdır.2002-ci ildə yerli hakimiyyət orqanları, baş nazirin müavini vəzifəsini icraçısı, Shard layihəsi ilə əlaqədar baş nazirliy administrasiyasına müraciət göndərir və 19 noyabr 2003-cü ildə tikinti icazəsi təsdiqlənir. == Tikintisi == Binanın yuxarı mərtəbələrinin tikintisi zamanı güclü külək səbəbiylə bir neçə dəfə inşa dayanmaq məcburiyyətində qaldı.
Süleyman bəy Qrızlı
Süleyman bəy Qrızlı - Qrızdan çıxmış yeganə bəy. == Həyatı == Süleyman bəy Qrızlı Quba rayonunun Qrız kəndində anadan olub. O, irsi bəy olmamış, bəy titulunu rus ordusunda 25 illik xidmətinə görə almışdır. Qrızlar arasında zadəgan titulu daşımış yeganə şəxs olan Süleyman bəyin oğlu Sankt-Peterburqda ali hərbi təhsil almışdır. Bəzi məlumatlara görə general olmuş Süleyman bəyin hərbi rütbəsi dəqiq bilinmir. == İstinadlar == == Mənbə == Şıxbala Qrızlı (Süleymanov). Qrızlar və Qrız dili.
Ərfaca əl-Bəriqi
Ərfaca əl-Bəriqi (592, Bariq[d], Əsir bölgəsi[d] – 654, Mosul, ərəb. عرفجة بن هرثمة البارقي‎) — İslam peyğəmbəri Məhəmmədin səhabələrindən biri. Onun İslam tarixində yerinin önəmli olması bilinir. Ömərin xilafətində ordunun komandanı olmuşdur. == Ridde müharibələri == İkrimə Əbu Bəkrin göstərişi ilə Omanın ardınca Mahra üzərinə yürüş edir. Ona qoşulmalı olan Ərfaca ibn Harthama hələ gəlməsə də, yerli üsyanı təkbaşına yatırır. O, Abyana gedir və göstərişləri gözləməyə başlayır.